Press "Enter" to skip to content

Avropa parlamentinin ərzailərin zəbt olunmasına dair qətnaməsi

“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”.

“Avropa Parlamentinin qətnaməsi qəbuledilməzdir”

“Avropa Parlamentinin qətnaməsi qəbuledilməzdir” “Avropa Parlamentinin qətnaməsi qəbuledilməzdir və bizi çox məyus etdi”.

11 Mart , 2022 17:13

https://static.report.az/photo/03974c35-6111-348a-b905-485e5ee4eaae.jpg

“Avropa Parlamentinin qətnaməsi qəbuledilməzdir və bizi çox məyus etdi”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, Avropa Parlamentində iki nəfər istisna olmaqla hər kəs qərarın lehinə səs verib: “Bunun qərəzli olduğunu demək olmaz. Görünür, həmin iki nəfərdən başqa, qalanları Cənubi Qafqazdan, regionda baş verənlərdən xəbərsizdir. Çox güman ki, onların Azərbaycan həqiqətlərindən məlumatı yoxdur. Həmin parlamentarilər Ermənistanın sərhədlərinin haradan başlayıb harada bitdiyini bilmirlər. Məscidlərin, tarixi abidələrin dağıdılmasında, vandallığa məruz qalmasında bizi günahlandırmağa çalışıblar. Beləliklə, bu sənəd, əslində, bumeranq effekti verdi və Avropa Parlamentində kimlərin təmsil olunduğunu ifşa etdi”. U.Rəhimoğlu bildirib ki, Azərbaycan belə addımlara adekvat cavab verməlidir: “Azərbaycan öz mövqelərini gücləndirməlidir, həqiqətlərini daha ciddi təbliğ etməlidir. Əlbəttə, bu işdə vətəndaş cəmiyyətinin, medianın xüsusi rolu var. Hər kəs səfərbər olunub proseslərə reaksiya bildirir. Bu, məni sevindirir. Fikrimcə, hərbi sahədə nəticəsini gördüyümüz “Dəmir yumruğ”u diplomatiya meydanında da işə salmalıyıq”. Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır. Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa “Baqramyan 33”də hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu yalnız illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər. Buna cavab olaraq Azərbaycanın bir sıra QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Bəyanatda göstərilir ki, Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və İslamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirilib.

Avropa parlamentinin ərzailərin zəbt olunmasına dair qətnaməsi

Zurbişvilidən Avropa Parlamentinin qətnaməsi barədə açıqlama: “Hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”

“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb: “Qətnamə ehtimal ki, yalnız qıcıq ifadəsidir və buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir”.

S.Zurabişvili həmçinin qeyd edib ki, Gürcüstan “Assosiasiyalı trio” ölkələri (Gürcüstan, Ukrayna və Moldova – red.) arasında liderlikdən sonuncu yerə enib: “Bizim təşəbbüsümüzlə ötən ilin iyulun 19-da Batumidə trionun imzaladığı qətnamə ən mühüm mərhələlərdən biridir. O zaman Gürcüstanın lider olduğu aydın idi. Lakin bir il sonra Gürcüstan qabaqcıl mövqedən sonuncu yerə düşüb”/Report

Prezident daha sonra vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb: “İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”.

Xatırladaq ki, iyunun 9-da Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxulardan, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub. Sənəddə həmçinin hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb/Report.

Avropa parlamentinin ərzailərin zəbt olunmasına dair qətnaməsi

Avropa Parlamentinin Azərbaycan haqqında təcili dinləmələr keçirməsi və haqsız qətmanə qəbul etməsi ümumiyyətlə ədalətə və qanunun aliliyinə ziddir və hörmətsizlikdir.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin Avropa Parlamentinin bu qərəzli addımı ilə bağlı məqaləsini təqdim edir.

Avropa Parlamentində heç bir alt qurumda, komitədə müzakirə edilmədən tələsik şəkildə iclasa çıxarılan məsələ açıq-aşkar Azərbaycana qərəzli münasibətin ifadəsidir. Azərbaycan haqqında ədalətsiz, yanlış və qərəzli qətnamə qəbul etməsi Avropa Parlamentinin dövlətlərin və xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını göstərir. Əksinə, onlara qarayaxma kampaniyasını həyata keçirir. İndiyə qədər biz belə halları ölkəmizdəki inkişafa kölgə salmağa çalışanların paxıllığı və qısqanclığı kimi başa düşürdük. Təəssüf ki, sentyabrın 10-da tələm-tələsik təcili dinləmələrdən sonra qəbul edilmiş qətnamə göstərir ki, Avropa Parlamentindəki bir çox siyasi qurumlar Azərbaycana qarşı sadəcə paxıllıq yox, düşmənçilik siyasəti aparırlar. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da dərindən başa düşür ki, Avropa Parlamentinin atdığı addım Azərbaycandakı inkişafla heç cür barışa bilməyən qüvvələrin iç üzünün əks-sədasıdır. Bu bədnam qətnamə Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən qorxuya düşənlərin vahiməsi və təzyiq vasitəsidir. Qəbul olunan qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə öz xalqı arasında və beynəlxalq aləmdəki böyük nüfuzunu qəbul edə bilməyən qüvvələrin bədxahlığını, dargözlüyünü üzə çıxarır. Azərbaycan xalqı isə yaxşı görür ki, analitik siyasi təfəkkürə, ümummilli ideallara dərindən bağlı olmasına və bəşəri dəyərlərə ehtiram göstərməsinə görə dünya ölkələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müqayisə edilə biləcək siyasi lider göstərmək çətindir. Xalqımız haqlı olaraq özünün lideri, görkəmli dövlət xadimi İlham Əliyevlə fəxr edir və onun ətrafında sıx birləşir. Qərb ölkələrinin ictimaiyyəti arasında da Avropa Parlamentinin müstəqil olmadığı, sifarişli və qərəzli qərarlar qəbul etdiyi barədə dəfələrlə natrahatlıqlar ifadə olunmuşdur. Bu parlament bir-iki dövlətə Avropanın lideri statusu qazandırmaq, digər ölkələri həmin liderlərdən asılı salmaq siyasətini həyata keçirir. Məhz buna görə də Avropa Parlamenti müstəqil siyasət aparan, qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığa açıq ölkə olan Azərbaycanı sıxışdırmaq, təzyiq göstərmək və asılı ölkə səviyyəsinə salmaq üçün cidd-cəhd göstərir. Avropadakı asılı ölkələrin acınacaqlı vəziyyəti, bu ölkələrdəki dərin və genişmiqyaslı böhran Avropa Parlamentinin və onu dəstəkləyən qurumların demokratiya adı altında həyata keçirdikləri totalitar siyasətin real nəticəsidir. Məhz həmin siyasətin nəticəsidir ki, Qərbdəki bir çox ölkələrdə hətta hakimiyyət böhranı yaşanmaqdadır. Qarşısıalınmaz böyük miqrant dalğasının yaranması da Avropa Parlamenti kimi qurumların dünya ölkələrində apardıqları məkrli siyasətin acı mənzərəsidir.

Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər və böhtandır. Ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur, demokratik cəmiyyətin daha da inkişaf edib möhkəmlənməsi üçün ardıcıl olaraq islahatların keçirilməsi davam etdirilir. Xalqımız, o cümlədən ziyalılarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş siyasəti tam dəstəkləyir. Azərbaycan xalqla iqtidarın möhkəm birliyinə nümunə, model ola biləcək bir ölkədir. Ölkəmizdəki sabit tolerant mühit, normal inkişaf ritmləri, vətəndaş cəmiyyətinin ardıcıl və ahəngdar inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın dövlət müstəqilliyinin böyük bəhrəsidir.

Avropa Parlamenti Azərbaycanla Qərb arasında, dünya ölkələri arasında sədd çəkə bilməz. Azərbaycan Respublikası özünün dövlətlərarası münasibətlərini qurmaq və inkişaf etdirmək sahəsində böyük təcrübə əldə edib. Beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir müddət bu yüksək qurumdakı mötəbər bir bölməyə sədrlik funksiyasını həyata keçirməsi beynəlxalq münasibətlər sistemində tutduğumuz yeri, malik olduğumuz rolu, aparılan siyasəti və qazanılan nəticəni çox aydın şəkildə ifadə edir. Əslində, ölkəmizdə demək olar ki, hər gün beynəlxalq əməkdaşlıq üçün məqsədyönlü addımlar atılır və bu, davam edən bir prosesdir. Avropa Parlamenti isə ölkələr və xalqlar arasına nifaq, ayrıseçkilik, qarşıdurma toxumları səpməklə məşğuldur.

Avropada böyük nüfuza malik olan Avropa Xalq Partiyası, Milliyyətlər və Azadlıq Avropası kimi qrupların Avropa Parlamenti ilə həmrəy olmamaları, Azərbaycanın haqq işinə dəstək vermələri bu parlamentin öz siyasətinə təzədən baxması zərurətini meydana çıxarır. Eyni zamanda, ayrı-ayrı partiyaların və qrupların mövqelərini nəzərə almaması Avropa Parlamentinin demokratik ptrinsiplərdən uzaq olduğunu göstərir. Bizə qərəzli və sifarişli Avropa Parlamenti yox, Avropa ölkələri və xalqları ilə həmrəylik lazımdır. Azərbaycan müstəqil dövlət olaraq dünya ölkələri ilə əlaqələrini inkişaf etdirməkdə davam edir. Avropa Parlamentinin qərəzli qurumlarına, birtərəfli, təzyiq və qarayaxma siyasətinə əsaslanan Avronest Parlament Assambleyasına ölkəmizin ehtiyacı yoxdur. Böhranın dərinləşdiyi bir vaxtda Avronest Parlament Assambleyası kimi lüzumsuz qurumu ümumiyyətlə saxlamağa heç bir ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanın Avronest təşkilatından çxması digər üzv ölkələrin də eyni addım atmasına təkan verəcək. Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamə Qərbin siyasi təşkilatlarını etibardan salır. Bu qətmanə Avronest təşkilatının iflasına gətirib çıxarmalıdır.

Bundan başqa, Qərbin Şərq tərəfdaşlığı adı altında irəli sürdüyü müddəalar qarşılıqlı əməkdaşlığı yox, birtərəfli qaydada təzyiqləri həyata keçirməyə cəhd göstərməsinin ifadəsidir. Fikrimcə, Şərq Tərəfdaşlığının bu istiqamətdə inkişafı, Şərqə doğru deyil, Şərqə qarşı, onun əleyhinə olan hərəkatdır. Bütövlükdə Şərq Tərəfdaşlığı məsələsi yenidən müzakirə edilərək onun strategiyası və taktikası ciddi surətdə nəzərdən keçirilib aydınlaşdırılmalıdır. İndiki halda, hazırkı mövcud formatda Şərq Tərəfdaşlığında iştirak etmək ardıcıl olaraq anlaşılmaz vəziyyətlərlə üz-üzə qalmaqdan başqa bir şey deyil.

Avropa parlamentinin ədalətsiz qərarının arxasında Qərbdəki ermənipərəst və islamofob qüvvələrin və onların havadarlarının dayandığı məlumdur. Azərbaycanda isə ulu öndər Heydər Əliyevin vaxtilə böyük dəqiqliklə bildirdiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan dövləti və xalqı müstəqillik illərində böyük nailiyyətlər qazanıb. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdəki vətəndaş azadlığına tam təminat verir. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələri sürətlə inkişaf edir. Azərbaycan xalqı isə Prezident İlham Əliyevlə tamamilə həmrəydir. Xalq-iqtidar birliyi ölkəmizi indiki yüksək inkişaf səviyyəsinə çatdırıb. Xalqımızın birliyi, ölkəmizdəki ümummilli həmrəylik müstəqillik illərində keçirilən seçkilərin hamısının sabitlik şəraitində və mütəşəkkil səviyyədə keçməsini təmin edib. Xalqımız və ölkəmiz istənilən siyasi məqamda bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.