Category: History of Europe
Avropanın əhəmiyyəti və mövqeyi əhalisi və fiziki coğrafiyasından deyil, sahib olduğu insan resurları və onun xüsusiyyətlərindən irəli gəlir. Yaxşı hazırlıqlı insanlardan ibarət əhali, elm və texnologiyada göstərmiş olduğu irəliləmələr sayəsində, iqtisadi istiqamətdən də inkişaf etmiş və yüksək bir həyat standartına çatmışdır. Təbii qaynaqları az olan Avropa, bu inkişafını tamamilə insan qaynağının yüksək xüsusiyyətlərinə və müstəmləkəçilik sisteminin nemətlərinə borcludur. İndiki vaxtda dünyanın ən böyük güc mərkəzi olan ABŞ-ın xalqı da çox böyük nisbətdə Avropa mənşəlidir. Ayrıca elmi və texnoloji inkişafların bir çoxu avropalılar tərəfindən reallaşdırılmışdır. Avropa ölkələrinin hər istiqamətdən birləşməsini məqsəd qoyan və bu yolda əhəmiyyətli mərhələlər reallaşdıran Avropa Birliyi, Avropanın yer üzündəki gücünü və əhəmiyyətini daha da artırmaqdadır. Avropa Bayrağı, Avropa Birliyi tərəfindən də istifadə edilir
Avropa tarixi
Bu gün Bakı 2015 Avropa Oyunları və Avropa Olimpiya Komitələri (AOK) bu yay Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunları ilə bağlı əldə edilmiş irəliləyişləri müşahidə etmək öhdəliyi daşıyan yüksək vəzifəli nümayəndələrdən təşkil olunmuş AOK Koordinasiya Komissiyasının yekun səfərini başa çatdırıblar.
Modern.az xəbər verir ki, komissiya üzvləri Bakı 2015-in hər bir şöbəsi tərəfindən Oyunlara hazırlıqlarla bağlı ətraflı məlumat alıblar. Bundan əlavə, onlar Oyunların Marşrut Şəbəkəsi boyunca hərəkət edərək Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Heydər Əliyev Arenası və Avropa Oyunları Parkını gəziblər. Onlar, həmçinin, Bakı 2015 Uniforma Paylama və Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu Mərkəzdə Nar Mobile tərəfindən dəstəklənən “Alov qoruyan” könüllülər proqramının iştirakçılarının qeydiyyatı aparılacaq və onlara uniformalar paylanacaq.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Oyunların Açılış mərasiminə dörd aydan bir az çox müddət qalıb. Hələ görüləcək çox iş var, lakin yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq.” “İlk Avropa Oyunlarının bütün qitə üçün möhtəşəm idman və dostluq bayramı olduğunu sübut etməyə ehtiyac yoxdur.” Koordinasiya Komissiyasının üzvləri 2012-ci ilin dekabr ayında Bakıya Avropa Oyunlarına ev sahibliyi hüququ verildiyi gündən bəri əldə edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər.
Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hiki söyləyib: “Avropa Olimpiya Komitələrinin ilk Avropa Oyunları ilə bağlı Bakıya bu səfəri bir daha sübut etdi ki, şəhər unudulmaz tədbirə ev sahibliyi etməyə tam hazırdır. İki il ərzində əldə edilmiş bu qədər nailiyyətlər Azərbaycanın Oyunları həyata keçirmək üçün göstərdiyi səyləri təsdiqləyir. Avropanın idmançıları və idman azarkeşləri onları gözləyən yüksək səviyyəli idman obyektləri və məkanlardan məmnun qalacaqlar. Bakı 2015, Avropa Oyunları üçün möhtəşəm başlanğıc platforması olacaq.”
AOK Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralos əlavə edib: “Bakı 2015 tarixdə ilk möhtəşəm Avropa Oyunlarını həyata keçirmək yolunda sürətlə irəliləyir. İndi BAOƏK hazırlıqların son mərhələsinə qədəm qoyur və Oyunlara sayılı günlər qalıb. Lakin onlar bu vaxta kimi tikinti ilə bağlı bütün işləri çatdırıblar və mən əminəm ki, Bakı Oyunlara vaxtında hazır olacaq.”
“Bundan əlavə, bu innovativ Oyunlar gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərlər üçün möhtəşəm nümunə olacaq. İyun ayında Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimi üçün buraya qayıtmağı səbirsizliklə gözləyirəm.” Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “Avropa Oyunlarının başlamasına 126 gün qalıb və biz indi hazırlıqların son mərhələsinə keçid alırıq. AOK Koordinasiya Komissiyasının bu səfəri Komissiya üzvlərini əldə etdiyimiz irəliləyişlərlə tanış etmək və nailiyyətlərimizi nəzərdən keçirmək üçün əla fürsət oldu.”
“Oyunlar Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və bunun üçün biz öhdəliklərimizi Bağlanış mərasimindən sonra sonuncu qonaq Bakını tərk edənə qədər davam etdirmək niyyətindəyik.”
Modern.az
Category : History of Europe
history of Europe, including the continent and nearby islands
- history of a geographic region
- academic discipline
- branch of history
This is a main category requiring frequent diffusion and maybe maintenance. As many pictures and media files as possible should be moved into appropriate subcategories.
Subcategories
This category has the following 65 subcategories, out of 65 total.
Avropa
Avropa — Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Sahəsi 10,523,000 km²-ə bərabərdir.
“Avropa” sözü sami dillərində Erep (yaxud İrib), “günəşin batdığı tərəf” mənasını verir. Finikiyalılardan yunanlara keçən bu ad, yunanca “Europa” olmuş və Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir.
Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızırayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.
Coğrafiyası
Avropanın ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Mərakeş burnu, qərbdə Roka burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur. Ekvator xəttindən xeyli şimalda yerləşir. Lakin şimal qütb sahəsinə az bir hissəsi daxildir. Antarktidadan başqa yeganə qitədir ki, tropik sahəyə daxil deyildir. Qərb hissəsindən başlanğıc meridianı keçir, bu meridian London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün onu çox vaxt Qrinviç meridianı adlandırırlar. Digər materiklərə görə Avropanın mövqeyi tarixən əlverişliliyi ilə seçilmişdir. Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları üzərində yerləşmişdir. Avropa Atlantik okeanı və Şimal Buzlu okeanı suları ilə əhatə olunub. Sahil xətləri çoxlu parçalanmaya məruz qalmış, girintili-çıxıntılı olması ilə seçilmişdir. Onun sahillərində çoxlu buxta və körfəzlər var. Bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişaf etməsinə, çoxlu dəniz limanlarının yaranmasına şərait yaratmışdır. Dənizdən xeyli kənarda, Temza çayı sahilində yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Sahil xətlərinin çox parçalanması bir sıra ada və yarımadaların da yaranmasına səbəb olmuşdur. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Avropanın daxili hissələri dənizlərdən çox aralı deyildir. Qərbdə daxili hissələrin dənizlərdən məsafəsi 600 km, şərqdə isə 1600 km təşkil edir. Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı olduğuna görə, dəniz dövlətləri hesab olunurlar.
Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, Barens və Ağ dənizin suları yuyur. Barens və Ağ dənizləri arasında Kola yarımadasıyerləşmişdir. Şimaldakı Yeni Torpaq, Frans-İosif Torpağı və Svalbardadaları da Avropaya aiddir. Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, Qara və Azov dənizisahillərdə bir sıra körfəz və buxtalar yaratmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa və başqa körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadasıyerləşir. Avropanın digər iri yarımadalarından Pireney, Apennin, Balkan, Krım qeyd olunmalıdır. Avropanın böyük adalarından isə Böyük Britaniya, İrlandiya, İslandiya, Korsika, Siciliya və Sardiniya göstərilə bilər. Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dəniz həmişə istidir (13 °C) və onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür. Buna səbəb isə dayaz və ensiz Cəbəllütariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Şimali Atlantika isti cərəyanının təsiri ilə Norveç və Barens dənizləri qışda donmur. Bu, gəmiçiliyin daimi inkişafı üçün əlverişli imkan yaradır. Daha cənubda yerləşən Ağ və Baltik dənizləri isə qışda buz bağlayır.
Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik bir ərazidir. Bu əlverişlilik onun ekvatora və qütb sahəsinə, digər materiklərə, okeanlara görə bir qədər münasib yerləşməsi, sahil xətlərinin əlverişli olması ilə izah oluna bilər. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış, təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar. Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxaran amillərdən olmuşdur.
Geologiyası
Avropanın fiziki xəritəsi
Fiziki xəritədə Avropanın şərq və qərb hissələrinin relyefində olan fərqləri asanlıqla müşahidə etmək olar. Bunun əsas səbəbini ərazinin müxtəlif hissələri arasındakı geoloji inkişaf tarixinin xüsusiyyətləndə axtarmaq lazımdır. Ona görə ki, qitənin şərqində qədim platforma, qərbində isə müxtəlif yaşlı geosinklinal strukturlar və cavan platformalar üstünlük təşkil edir. Burada ən qədim və sahəsinə görə ən böyük tektonik struktur Şərqi Avropa platformasıdır. Platformanın qədim bünövrəsi Baltik və Ukrayna kristallik qalxanları şəklində səthə çıxmışdır. Qərb hissədə Şərqi Avropa platforması Atlantik okeanından Sakit okeana qədər uzanan Alp-Himalay geosinklinalı və cavan platforma ilə əhatə olunmuşdur. Platformalar nisbətən sabit sahələridir, onlar düzənlik və orta hündürlüklü dağlara uyğun gəlir. Geosinklinallar isə yerin daha fəal, hərəkətdə olan sahələridir və Avropanın cənubunda Alp dağları qurşağı ilə təmsil olunub.
Avropanın relyefinin formalaşmasında Dördüncü dövrdə baş vermiş materik buzlaşmalarının təsiri böyük olmuşdur. Həmin dövrdə yeni tektonik hərəkətlərin təsiri ilə səthin xeyli qalxması və iqlimin soyuqlaşması baş verir. Bu da çox böyük ərazilərin buzlaqlar altında qalmasına gətirib çıxarır. Mütəxəssislər belə hesab edir ki, Dördüncü dövrdə Avropa ərazisində dörd böyük buzlaşma dövrü olmuşdur. Ən böyük buzlaşma dövründə buzlağın cənub sərhədi 50° şimal enliklərinə qədər gəlib çatmışdı. Skandinaviya və Britaniya ərazilərindən başlayan buzlaqlar 6 milyon km²-ə qədər ərazi tuturdu. Cənubda, Alp dağlarında isə dağ buzlaşmaları inkişaf etmişdi. Dördüncü dövr buzlaşmalarının izləri Avropanın relyefində aydın görünür. Müasir relyefdə buzlaq relyefinin bəzi formaları (moren tirələri və təpələri) müşahidə olunur. Çoxlu iri və xırda göl çökəklikləri əmələ gəlmiş, sahil xətlərinin girintili-çıxıntılığı artmışdır. Relyefin dəyişilməsinə səbəb olan tektonik hərəkətlər müasir dövrdə də davam etməkdədir. Buna misal olaraq Skandinaviyanın cənub hissələrinin tədricən qalxmasını, Baltik dənizinin cənub sahillərinin isə enməsini göstərmək olar. Avropa ərazisində çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır. Fəaliyyətdə olan vulkanlar Aralıq dənizi sahillərində və Atlantik okeanındakı adalarda yerləşir. Apennin yarımadasının qərbində Vezuvi, Siciliya adasında Etnavulkanları mövcuddur. İslandiya adasında Hekla vulkanı, isti bulaqlar-qeyzerlər fəaldırlar. Avropanın cənub hissəsi fəal zəlzələ zonasına daxildir. Burada çox böyük dağıdıcı gücə malik olan zəlzələlər baş verir. Bu da relyefin formalaşmasının və inkişafının davam etdiyini göstərən amillərdəndir.
Relyefi
Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Bu düzənliyin səthi bir sıra yüksəklik və ovalıqlardan ibarətdir. Şərqi Avropa düzənliyinin qərbə davamını Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi təşkil edir. Skandinaviya yarımadasının şimalını eyniadlı dağlar, cənub və şərq sahələrini isə eyniadlı dağlar tutmuşdur. Britaniya və İrlandiya adaları da daxil olmaqla bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü Vogez, Şvartsvald, Mərkəzi Massiv, Sudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri (Alp, Karpat, Balkan, Pireney, Apennin dağları) və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.
Daxili suları
Çaylar
Avropa qitəsi inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların ərazi üzrə paylanması qitənin iqlim şəraitindən, relyefin xarakterindən, geoloji quruluşundan bilavasitə asılıdır. Çayların qidalanmasında yağış, qar, buzlaq suları böyük rol oynayır. Hövzələrinə görə çaylar üç yerə bölünür. Avropa çaylarının çox hissəsi Atlantik okeanı hövzəsinə daxildir. Digər çaylar isə Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilir.
Şimal Buzlu okeanına axan çaylar əsasən qar və yağış suları ilə qidalanır, ilboyu bolsulu olurlar. Qışda onlar uzun müddət buz bağlayır, yazda isə daşırlar. Çayların çoxu qısadır, gəmiçilik üçün az yararlıdır. Lakin onların böyük hidroenerji ehtiyatları vardır. Şimal Buzlu okeanına axan çaylar içərisində böyüklüyünə görə Peçora və Şimali Dvina çaylarını qeyd etmək olar. Şərqi Avropa ərazisindən axan çaylar axarsız hövzə olan Xəzər dənizinə və Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinə tökülür. Bunlardan Volqa, Dnepr, Don, Ural, Dauqava (Qərbi Dvina), Neman çaylarını göstərmək olar. Onlar öz başlanğıclarını Şərqi Avropa düzənliklərindəki yüksəkliklərdən götürürlər. Relyefin az meylli olması axının zəif və sakit olmasına, çaylarda geniş vadilərin olmasına gətirib çıxarıb.
Bu çaylar üçün qış dövründə bir neçə ay buz bağlaması, yazda daşması və yayda bir qədər dayazlaşması xarakterikdir. Bunların arasında Volqa uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3690 kilometrdir. Qərbi Avropa ərazisindən axan çaylar öz başlanğıclarını orta və hündür dağlardan, yüksəkliklərdən götürür. Bu səbəbdən yuxarı axarda çaylar daha sürətli, düzənliklərdə isə sakit axırlar. Okeandan gələn rütubətli hava kütlələrinin təsiri ilə çox yağıntı aldıqlarından çaylar bolsuludurlar və gəmiçilik üçün daha əlverişlidirlər. Onların çoxu qış aylarında buz bağlamır. Bu ərazidən axan çayların hamısı Atlantik okeanı hövzəsinə aiddir. Onlardan Dunay, Reyn, Visla, Oder, Elba, Sena çaylarını qeyd etmək olar. Bunlar arasında Dunay Avropada ikinci ən böyük çaydır. Uzunluğu 2850 kilometrdir. Dunay səkkiz dövlətin ərazisindən keçir və onların çoxu üçün bu çay dənizə yeganə çıxış yoludur. Cənubi Avropa ərazisində Aralıq dənizinə tökülən çaylardan Roma, Po, Taho, Qvadiananı göstərmək olar. Buradakı çayların əksəriyyəti qısa, tipik dağ çayıdır, gəmiçilik üçün bir o qədər də yararlı deyildir. Lakin iqlim şəraitilə əlaqədar çayların suvarma işlərində əhəmiyyəti böyükdür.
Göllər
Avropada çoxlu göllər var və onlar qeyri-bərabər yerləşmişdir. Qitənin şimalında göllər daha çoxdur. Onlar buzlaq mənşəlidirlər. Skandinaviya, Finlandiya və Kareliyada irili-xırdalı minlərlə göl vardır (Venern, Vettern, Sayma, İnari). Burada ən böyük göl Ladoqadır. Bolsulu Neva çayı onu Baltik dənizi ilə, Svir çayı isə yaxınlıqdakı Oneqa gölü ilə birləşdirir. Ağ dəniz-Baltik kanalı bu göllərdən Şimal Buzlu okeanına, Volqa-Baltik kanalı isə Xəzər və Qara dənizlərinə getməyə imkan verir. Cənubda, Alp dağlarında da çoxlu xırda göllər var (Cenevrə, Boden, Balaton). Şərqi Avropa düzənliyinin cənub-şərqində duzlu Elton və Baskunçak göllərini də qeyd etmək olar.
Avropa ərazisində çoxlu buzlaq sahələri də vardır. İslandiya, Svalbard, Novaya Zemlya adalarında, həmçinin Alp dağlarının yüksək zirvələrində buzlaqlar çoxdur. Dağ buzlaqları bir çox çayların qidalanmasında mənbə rolunu oynayır. Bataqlıqlar da bu ərazidə geniş yer tutub. Kareliya, Finlandiya və Belarusda bataqlıqlar daha çox yayılmışdır. Rusiya, Ukraynavə Belarus ərazisində yerləşən Polesye bataqlığı geniş ərazi tutur.
Daxili suların böyük təsərrüfat əhəmiyyəti vardır. Lakin bununla belə Avropada çay və göllərin, digər su hövzələrinin həddindən artıq çirklənməsi müşahidə edilir. Bu sənaye sahələrinin inkişafı ilə əlaqədardır. Buna görə də Avropa dövlətlərində daxili su hövzələrinin mühafizə edilməsi problemi birinci dərəcəli vəzifə kimi qarşıda durur.
İqlimi
Avropanın ərazisi enlik istiqamətində, yəni şimaldan cənuba doğru böyük məsafədə yerləşmişdir. Onun cənub hissələri günəşdən daha çox istilik alır, cənubdan şimala doğru istilik miqdarı azalır. Avropa ərazisində iqlim şəraiti qərbdən şərqə doğru dəyişir. Bu hal qitənin okeana yaxın olması, hakim küləklərin və okean cərəyanlarının təsiri nəticəsində əmələ gəlmişdir. Şimali Atlantika cərəyanının Avropa sahillərinə gətirdiyi nisbətən isti suların təsiri ilə iqlimdə müəyyən yumşalmalar hiss olunur. Bu hal xüsusilə özünü Skandinaviya, Kola yarımadası və İslandiya adasının iqlimində göstərir. Atlantik okeanı üzərində formalaşan nəhəng isti və rütubətli hava kütlələri də Avropanın iqliminə böyük təsir göstərir. Avropanın ərazisi okeandan gələn qərb küləklərinin təsiri altında olur. Bu hava axınları isə İslandiya alçaq və Azor yüksək təzyiq sahələrinin təsiri altında formalaşır. Qışda Atlantik okeanı üzərindən əsən cənub-qərb küləkləri (Azor antisiklonu) özü ilə birlikdə çoxlu yağıntı gətirir və havanı yumşaldır. Yayda isə şimal-qərb küləkləri (İslandiya siklonu) bol yağıntı və sərinlik gətirir. Avropanın şimal hissələri daha çox Arktika hava kütlələrinin, Cənubi Avropa isə tropik hava kütlələrinin təsiri altında olur. Avropanın relyefi də iqlimin formalaşmasında öz təsirini göstərir. Avropada okeandan gələn dəniz mənşəli hava kütlələrinin qarşısını ala biləcək hündür dağ sistemlərinin olmaması Atlantik və Şimal Buzlu okeanlarının iqlimə təsirini daha da gücləndirir. Hündür dağlar qitənin cənub hissəsindədir. Onlar enlik istiqamətində yerləşdiklərindən okeandan gələn hava kütlələrinin qarşısında maneə rolunu oynaya bilmirlər. Hamar, düzən mərkəzi və şərq hissələr istiliyin, rütubətin daxili hissələrə keçməsi üçün bir növ dəhliz rolunu oynayır.
Temperatur və yağıntılar
Yuxarıda göstərilən amillərin təsiri ilə, Avropa ərazisində temperatur və rütubətin paylanmasında böyük fərqlər özünü göstərir. Yanvar ayının orta temperaturunu göstərən izotermlər daha çox meridian istiqamətində dəyişir və bu yalnız cənub hissədə enlik istiqamətində gedir. Atlantik okeanı və Aralıq dənizi sahillərindən +8 °C, +4 °C-lik yanvar izotermi keçir. Skandinaviya yarımadasının okean sahillərində 0 °C-lik izoterm daxili hissələrə doğru daha aşağı temperaturlarla (-8 °C, -10 °C) əvəz olunur. Şərqi Avropa düzənliyindən Ural dağlarına doğru kontinentallıq artır və daha aşağı temperatur qeydə alınır. İyul izotermləri enlik istiqamətində gedir, yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru əyilir. Orta iyul temperaturu ucqar şimalda +8 °C, Aralıq dənizi sahillərində +24 °C, +28 °C, Xəzər sahili ovalıqda +24 °C, Orta və Şərqi Avropada +16 °C, +20 °C-dir. Dağlıq ərazilərdə izotermlərin gedişində kəsilmələr baş verir.
Atmosfer yağıntılarının paylanması istər hava kütlələrinin, istərsə də relyef şəraitinin təsirindən daha çox asılıdır. Atlantik okeanı sahillərindən şərqə getdikcə yağıntıların illik miqdarı və onun ərazidə paylanması xeyli dəyişir. Daha çox yağıntı dəniz hava kütlələrinin yolu üzərində yerləşən sahilboyu və dağətəyi ərazilərə düşür (1000–2000 mm). Lakin daxili hissələrə doğru getdikcə okeandan gələn hava kütlələri transformasiyaya uğrayır, yəni öz rütubətini itirir və kontinetallaşır. Orta Avropa düzənliklərinin qərb hissəsinə 800–1000 mm, mərkəzinə 600 mm, qitənin şimal hissələrinə 400–500 mm, Xəzəryanı ovalığına isə 250 mm yağıntı düşür. Dağlarda yağıntıların miqdarı 1000 mm-dən artıqdır. Yağıntıların fəsillər üzrə paylanmasında da fərqlər vardır. Qərbdə, Atlantik okeanı sahillərində dəniz iqliminin təsiri ilə yağıntıların çox hissəsi payız və qış aylarında düşür. Şərqi Avropadayağıntıların çox hissəsi yay, Aralıq dənizi sahillərində isə qış aylarında düşür.
Tarixi
Vyana döyüşü 1683-cü il. Bu döyüş nəticəsində Avropa Osmanlı İmperiyası tərəfindən istila olunmaqdan xilas oldu
Avropanın əhəmiyyəti və mövqeyi əhalisi və fiziki coğrafiyasından deyil, sahib olduğu insan resurları və onun xüsusiyyətlərindən irəli gəlir. Yaxşı hazırlıqlı insanlardan ibarət əhali, elm və texnologiyada göstərmiş olduğu irəliləmələr sayəsində, iqtisadi istiqamətdən də inkişaf etmiş və yüksək bir həyat standartına çatmışdır. Təbii qaynaqları az olan Avropa, bu inkişafını tamamilə insan qaynağının yüksək xüsusiyyətlərinə və müstəmləkəçilik sisteminin nemətlərinə borcludur. İndiki vaxtda dünyanın ən böyük güc mərkəzi olan ABŞ-ın xalqı da çox böyük nisbətdə Avropa mənşəlidir. Ayrıca elmi və texnoloji inkişafların bir çoxu avropalılar tərəfindən reallaşdırılmışdır. Avropa ölkələrinin hər istiqamətdən birləşməsini məqsəd qoyan və bu yolda əhəmiyyətli mərhələlər reallaşdıran Avropa Birliyi, Avropanın yer üzündəki gücünü və əhəmiyyətini daha da artırmaqdadır. Avropa Bayrağı, Avropa Birliyi tərəfindən də istifadə edilir
Soyuq müharibənin sonu, 1990-cı ilə qədər Avropada bir-birindən fərqli siyasi – iqtisadi sistemlər mövcud idi. Bunlardan biri, indi də mövcud olan plürialist demokratik sistem və sərbəst bazar iqtisadiyyatını tətbiq edən Qərb Bloku, digəri isə kommunist ideologiyalı tək partiyalı sosialist sistemi (bax Varşava Müqaviləsi) idi. Ancaq sosialist sisteminin lideri olan SSRİ-nin iqtisadi və siyasi sisteminin zəifləməsi ilə blok çökdü. Köhnə sosialist bloku ölkələri, iqtisadi və siyasi sistem olaraq Qərb blokuna yaxınlaşma yolunda ciddi addım atmağa başladılar. Çoxpartiyalı demokratik sistemə və sərbəst bazar iqtisadiyyatına keçid həmin ölkələrin iqtisadiyyatına ciddi təsir etməyə başladı. Üzvlük və inteqrasiya ilə bağlı Avropa Birliyinə edilən müraciətlər müsbət qarşılandı və onlarla AB arasında ciddi inteqrasiya prosesi başlandı. Həmin ölkələrin böyük bir hissəsi Qərbi Avropanın hərbi təşkilatı olan NATO-ya daxil olmuş və beynəlxalq təhlükəsizliyin təminatında iştirak etməyə başladılar. Bununla da Avropada 1990-cu ilin əvvəlindəki hərbi, iqtisadi və siyasi qütbləşmə ideoloji əhəmiyyətini itirmişdir.
XIX əsrin sonlarında Avropada vəziyyət
Vyana sistemi XIX əsrin ortalarında, 1870-ci illərin əvvəllərində dağılmağa başladı. Avropada bir-birinə düşmən olan iki hərbi-siyasi blok formalaşmağa başladı. Nəhayət, 1907-ci ildə formalaşdılar. Onların qarşıdurması nəticədə Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. Dövrün xarici siyasət tarixində ən çox olan əsas faktlar, İtaliya və Almaniya birləşməsi ilə bağlı diplomatik və hərbi hadisələr idi. Birinci məsələ italiyalıların özləri ilə yanaşı, Fransa birbaşa maraqlandı və İtaliyaya ikiqat yardım göstərdi. İtaliya 1815-ci ildən bəri Venesiya Krallığı olan Lombarda adlanan iki vilayətdən məhrum olan Avstriya idi. Digər bir məsələdə Almaniya, Avstriya və Prussiya birləşdirən orta və kiçik dövlətlərdən başqa, bu əraziləri itirmiş Danimarkadan şlezviq və Holşteyn və Prussiya qazanmasına qarşı çıxan Fransanı yenidən götürərək maraqlandı. On iki il ərzində dörd müharibə baş verdi:
- İtaliya 1859, Fransa və Sardiniya bir tərəfdə, Avstriya isə digər tərəfdən idi;
- Avstriya və Prussiyanın kiçik Danimarkaya hücum etdiyi Danimarka 1864;
- Avstriya-Prussiya 1866 və eyni zamanda Avstriya-İtalyan,
- Fransız-Alman 1870-1871.
Bu müharibə dövrü nisbətən qısa müddət ərzində Vyana Konqresi ilə dünya müharibəsinin başlaması arasında Qərbdə təxminən bir yüz illik beynəlxalq sülh dövrünü kəsdi. Avropanın şərq yarısında, 1856-cı ildə başlayan Rusiya ilə Türkiyə arasındakı sülh prosesi yalnız 1877-7878-ci illərdə qırıldı, lakin keçmişin sonunda və bu əsrin əvvəllərində Balkan yarımadasında yerli kiçik dövlətlər arasında müharibələr baş verdi və Avropanın qalan hissəsinə yayıldı.Vyana konqresindən 1914-1918-ci illərə qədər müharibənin başlanğıcına qədər keçən əsr əvvəlki əsrlərə nisbətən misilsiz uzun bir sülh zamanıdır, həm böyük, həm də kiçik dövlətlərin silahlanması XIX əsrin ikinci yarısında olduğu kimi bu cür böyük nisbətlərə çatmamışdır. XIX əsrin ikinci yarısında militarist siyasətə başlayan ikinci imperiyanın bərpası militarizmin inkişafının təməlini qoydu. Tarix və tarixin İtaliya və Almaniya birləşməsinə gətirdiyi sualları nəzərə alaraq, kiçik Sardunya krallığının intensiv silahlanmağa başladığı, eləcə də Türkiyənin, Fransa və İngiltərənin Rusiyaya qarşı müharibəsində iştirak etdiyinə baxmayaraq illər keçdi. 60-cı illərin əvvəllərində Prussiya öz hərbi gücünü gücləndirdi və özünü hegemoniya altında Almaniyanı birləşdirmək tapşırığı qarşısına məqsəd qoydu. Bu, hökumətlə Silahlar üzərində böyük məbləğlər sərf etmək istəməyən Deputatlar Palatası arasında daxili bir qarşıdurma yaratdı. 1859-1871-ci illərdəki müharibələr yalnız militarizmin inkişafına kömək etdi. Birləşmiş İtaliya və xüsusilə Almaniyanı ehtimal olunan hücumlardan, digər dövlətlərdən, təcavüzkar dizaynların təsbit edildiyi yeni imperiyanın tərəflərindən mümkün hücumlardan qoruya bilməsi üçün satınalmalarını qorumaq lazım idi. Bütün bunlar silahlı dünyanın atmosferini yaratmışdır, bunun üçün beynəlxalq alyansların yaradıldığı qorunması üçün, öz növbəsində öz rəqiblərindən daha yaxşı silahlı olmaq lazım olduğunu düşünürdü. Dövrün sonunda, dəniz silahları, xüsusilə Avropa maraqlarına rəqabət qeyri-Avropa, müstəmləkəçi və dünya maraqları arasında rəqabətə yayıldığı zaman torpaq silahlarına (militarizm marinizmə mürəkkəbləşmişdi) qatıldı. Bu vəziyyət həmçinin, Avropa qüvvələrinin dünya imperializasiyasının xarici siyasətdə başlamış digər səbəblərdən ötəri Avropanın güclünü tamamilə dəyişdirən, Avstriyanın Prussiya və İtaliya müttəfiqləri ilə birlikdə 1866-cı ildə müharibə etdiyi böyük rol oynayaraq xüsusi diqqətə layiqdir və Rusiya, eləcə də ellilərin, Fransa və İngiltərənin müxalifləri ilə müttəfiqdir.
Avropa dövlətlərinin beynəlxalq münasibətləri
Krım müharibəsi 1853-cü ildə başlamışdır.Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır. 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur. 1877-1878ci illər müharibəsi Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu, boğazları ələ keçirmək üçün real şans idi, amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir. Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirlir.1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü. Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerundabir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyayamüharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. Razılaşma Almaniyada “Müharibənin alçaldılmış formada davamı” kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı. Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi. Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər əzazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi.Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri xx əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. Istehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı. 1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu. Kanada vətəndaşları Böyük Britaniyanın təbəəsi sayılırdılar. Parlametin qəbul etdiyi qanunlar ingilis general-qubernatoru tərəfindən təsdiq olunmalı idi. Kanada xarici dövlətlərlə diplomatik əlaqə yarada bilməzdi. Kanada özünüidarə hüququ alsa da, istiqlaliyyət qazana bilmədi.xx əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəldə olduğu kimi, parlamentli monarxiya olaraq qalırdı. Siyasi həyatda iki partiya-Liberallar və Mühafizəkarlar partiyaları hökmranlıq edirdilər. Hər iki partiyanın özəyini iri burjiaziya təşkil edirdi. xx əsrin əvvəllərində Mühafizəkarlar partiyası sıralarındakı ixtilaflardan istifadə edən liberallar seçkilərdə qalib gəldilər. Liberalların təşkil etdikləri hökumətlərdə böyük nüfuza malik olan D.Lloyd Corc mühüm rol oynayırdı.
Avropada siyasət
Vyana sistemi XIX əsrin ortalarında, 1870-ci illərin əvvəllərində dağılmağa başladı. Avropada bir-birinə düşmən olan iki hərbi-siyasi blok formalaşmağa başladı. Nəhayət, 1907-ci ildə formalaşdılar. Onların qarşıdurması nəticədə Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. Dövrün xarici siyasət tarixində ən çox olan əsas faktlar, İtaliya və Almaniya birləşməsi ilə bağlı diplomatik və hərbi hadisələr idi. Birinci məsələ italiyalıların özləri ilə yanaşı, Fransa birbaşa maraqlandı və İtaliyaya ikiqat yardım göstərdi. İtaliya 1815-ci ildən bəri Venesiya Krallığı olan Lombarda adlanan iki vilayətdən məhrum olan Avstriya idi. Digər bir məsələdə Almaniya, Avstriya və Prussiya birləşdirən orta və kiçik dövlətlərdən başqa, bu əraziləri itirmiş Danimarkadan şlezviq və Holşteyn və Prussiya qazanmasına qarşı çıxan Fransanı yenidən götürərək maraqlandı. On iki il ərzində dörd müharibə baş verdi.Bu müharibə dövrü nisbətən qısa müddət ərzində Vyana Konqresi ilə dünya müharibəsinin başlaması arasında Qərbdə təxminən bir yüz illik beynəlxalq sülh dövrünü kəsdi. Avropanın şərq yarısında, 1856-cı ildə başlayan Rusiya ilə Türkiyə arasındakı sülh prosesi yalnız 1877-7878-ci illərdə qırıldı, lakin keçmişin sonunda və bu əsrin əvvəllərində Balkan yarımadasında yerli kiçik dövlətlər arasında müharibələr baş verdi və Avropanın qalan hissəsinə yayıldı.Vyana konqresindən 1914-1918-ci illərə qədər müharibənin başlanğıcına qədər keçən əsr əvvəlki əsrlərə nisbətən misilsiz uzun bir sülh zamanıdır, həm böyük, həm də kiçik dövlətlərin silahlanması XIX əsrin ikinci yarısında olduğu kimi bu cür böyük nisbətlərə çatmamışdır. XIX əsrin ikinci yarısında militarist siyasətə başlayan ikinci imperiyanın bərpası militarizmin inkişafının təməlini qoydu. Tarix və tarixin İtaliya və Almaniya birləşməsinə gətirdiyi sualları nəzərə alaraq, kiçik Sardunya krallığının intensiv silahlanmağa başladığı, eləcə də Türkiyənin, Fransa və İngiltərənin Rusiyaya qarşı müharibəsində iştirak etdiyinə baxmayaraq illər keçdi. 60-cı illərin əvvəllərində Prussiya öz hərbi gücünü gücləndirdi və özünü hegemoniya altında Almaniyanı birləşdirmək tapşırığı qarşısına məqsəd qoydu. Bu, hökumətlə Silahlar üzərində böyük məbləğlər sərf etmək istəməyən Deputatlar Palatası arasında daxili bir qarşıdurma yaratdı. 1859-1871-ci illərdəki müharibələr yalnız militarizmin inkişafına kömək etdi.Krım müharibəsi 1853-cü ildə başlamışdır.Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır.[1: səh 201.] 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur. 1877-1878ci illər müharibəsi Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu, boğazları ələ keçirmək üçün real şans idi, amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir. Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirlir.1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü. Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerundabir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyayamüharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi.[2:səh 120.] Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı.
Beynəlxalq münasibətlər
Birləşmiş İtaliya və xüsusilə Almaniyanı ehtimal olunan hücumlardan, digər dövlətlərdən, təcavüzkar dizaynların təsbit edildiyi yeni imperiyanın tərəflərindən mümkün hücumlardan qoruya bilməsi üçün satınalmalarını qorumaq lazım idi. Bütün bunlar silahlı dünyanın atmosferini yaratmışdır, bunun üçün beynəlxalq alyansların yaradıldığı qorunması üçün, öz növbəsində öz rəqiblərindən daha yaxşı silahlı olmaq lazım olduğunu düşünürdü.[3:səh 163.] Dövrün sonunda, dəniz silahları, xüsusilə Avropa maraqlarına rəqabət qeyri-Avropa, müstəmləkəçi və dünya maraqları arasında rəqabətə yayıldığı zaman torpaq silahlarına (militarizm marinizmə mürəkkəbləşmişdi) qatıldı. Bu vəziyyət həmçinin, Avropa qüvvələrinin dünya imperializasiyasının xarici siyasətdə başlamış digər səbəblərdən ötəri Avropanın güclünü tamamilə dəyişdirən, Avstriyanın Prussiya və İtaliya müttəfiqləri ilə birlikdə 1866-cı ildə müharibə etdiyi böyük rol oynayaraq xüsusi diqqətə layiqdir və Rusiya, eləcə də ellilərin, Fransa və İngiltərənin müxalifləri ilə müttəfiqdir. Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi.[4: səh 122.]Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər əzazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi.Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri xx əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. Istehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı.1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. Razılaşma Almaniyada “Müharibənin alçaldılmış formada davamı” kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı.
Mifologiya
Əfsanələrdən birinə görə, Avropa Finike kralı Agenar ilə Telepassanın qızının adıdır. Öküz şəklinə girən Zevs tərəfindən İdaya qaçırılmışdır. Zevsdən Minos, Sarppedon və Radamant adlı üç övladı olmuşdur. Adı bir yarımadaya verilmişdir.
Həmişə böyük krallıq və imperatorluqlara beşik olmuş bu yarımada, sənaye inqilabından sonra digər qitələrə nisbətən daha sürətlə bütün sahələrdə daha çox inkişaf etmişdir.
Avropada dövlətlər
Avropa, ümumi anlayışda Bir hissəsi Avropa və digər hissəsi Asiyada olan ölkələr Asiyada olan, amma tarixi və mədəni baxımdan Avropalı sayılan
Comments are closed, but trackbacks and pingbacks are open.