Avropa və asiya ölkələri tarixi
Böyük İpək Yolunun bərpası
Magistratura ixtisaslar
Magistratura ixtisaslar və keçid balları, eyni zamanda hansı universitetlərdə magistr təhsili ala biləcəyiniz haqqında daha dəqiq məlumatları Təhsil.com.az saytında toplaya biləcəksiniz.
Magistratura ixtisaslar hansıdır və ixtisas seçimi üçün nələr etmək lazımdır kimi sizi maraqlandıran digər sualların cavabları da saytımızda mövcuddur.
Ölkəmizdə magistr təhsilinə, magistr dərəcəsinə maraq və tələb xeyli yüksəkdir. Demək olar ki, bakalavr son kurs tələbələri və univeristeti bitirənlərin ilk atdığı adamlardan biri də magistr təhsili almaq yolunda irəliləməkdir. Azərbaycanda və eyn zamanda xarici ölkələrdə bu təhsil növünə müraciət edən saysız-hesabsız tələbələr vardır. Ölkəmizdə magistr təhsili almaq üçün 2 mərhələli imtahan keçirilir ki, bu imtahanlar qış və yay aylarında baş tutur. Lakin xaricdə magistr təhsili almaq (Rusiya, Türkiyə, Gürcüstan) imtahansız, təqaüdlü və şəxsin öz hesabına baş tutur. Eyni zamanda ALES, SAT, TOFEL, İELTS kimi imtahanlardan keçərək sertifikat əldə edərək və DAAD təqaüdlü proqramı vasitəsilə Türkiyə, Avropa, Amerika kimi ölkələrdə təhsil şansı qazana bilərsiniz. Lakin ölkə və univeristet seçimi zamanı, əgər ki, vətənə geri qayıtmağı planlayırsınızsa, diplomunuzun ölkəmizdə tanınmasını araşdırmalısınız. Əks halda Azərbaycanda tanınmayan diplomla siz iş imkanlarını itirə bilərsiniz.
Magistratura ixtisaslar aşağıdakı kimi təsnif olunur:
- Təhsil ixtisasları qrupu.
- Humanitar və sosial ixtisaslar qrupu.
- Mədəniyət və incəsənət ixtisasları qrupu.
- İqtisadiyyat və idarəetmə ixtisasları qrupu.
- Təbiət ixtisasları qrupu.
- Texniki və texnoloji ixtisaslar qrupu.
- Kənd təsərrüfatı ixtisasları qrupu.
- Səhiyyə, rifah və xidmət ixtisasları qrupu.
- Təhsil ixtisasları qrupuna – Azərbaycan dili və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi, fizika müəllimliyi,riyaziyyat müəllimliyi, texnologiya müəllimliyi, kimya müəllimliyi, musiqi müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, coğrafiya müəllimliyi, tarix müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, pedaqogika kimi fakültələr daxildir.
- Humanitar və sosial ixtisaslar qrupuna – fəlsəfə, filologiya, tərcümə, junalistika, kitabşünaslıq, tarix, psixologiya, sosiologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər kimi fakültələr daxildir.
- Mədəniyət və incəsənət ixtisasları qrupuna – sənətşünaslıq, instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, xoreoqrafiya sənəti, estrada sənəti, xalq çalğı alətləri ifaçılığı və s fakültələr daxildir.
- İqtisadiyyat və idarəetmə ixtisasları qrupuna – dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, sənayenin təşkili və idarə edilməsi, statistika, menecment, marktinq, biznesin idarə edilməsi kimi fakültələr daxildir.
- Təbiət ixtisasları qrupuna – riyaziyyat, mexanika, fizika, kimya, biologiya, coğrafiya, hidrometrologiya, geologiya, kompüter elmləri, ekologiya kimi fakütələr daxildir.
- Texniki və texnoloji ixtisaslar qrupuna – materialşünaslıq mühəndisliyi, geologiya mühəndisliyi, geofizika mühəndisliyi, dağ-mədən mühəndisliyi, neft-qaz mühəndisliyi, istilik energetikası mühəndisliyi, metallurgiya mühəndisliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, uçuş mühəndisliyi kimi fakültələr daxildir.
- Kənd təsərrüfatı ixtisasları qrupuna – torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq, aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, meşəçilik kimi fakülətələr daxildir.
- Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna – əczaçılıq, bədən tərbiyəsi və idman, turizm və otelçilik, nəqliyyat servisi, sosial iş fakütləri daxildir.
Magistratura ixtisasları üzrə keçid balları hər bir tələbə üçün maraqlıdır. Çünki keçid balı haqqında bir məlumata sahib olduqdan sonra seçim etmək və hansı ixtisasa yönəlməyin mümkünlüyü barədə fikir formalaşır. Magistr üzrə tərtib olunan sualların düzgün cavab balı 1 olaraq müəyyənləşir. Keçid balları hər il dəyişir. Bunun üçün magistr jurnalları həmin il satışa çıxarılır və daha dəqiq keşid ballarını oradan öyrənə bilərsiniz. İndi isə sizə keçən il üçün müəyyən olunmuş magistr keçid ballarını sizlərə təqdim edirik. Buyurun, tanış olun.
Bakı Dövlət Universiteti
- Geokimya Ə 64(64)
- Dəniz və okean dibinin geologiyası Ə 59(68)
- Mineralogiya Ə 57(-)
- Petrologiya Ə 60(60)
- Petrologiya Ə 45(-)
- Kristalloqrafiya və kristal kimyası Ə 45(-)
- Filiz və qeyri- filiz faydalı qazıntı yataqlarının geologiyası Ə 56(64)
- Hidrogeologiya Ə 40(53)
- Mühəndis geologiyası Ə 63(63)
- Hidrogeoekologiya Ə 40(-)
- Seysmologiya və seysmometriya Ə 49(-)
- İqlimşünaslıq Ə 67(67)
- Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi Ə 69(69)
- Dünya siyasəti ə 60(73)
- Müasir danışıqlar təcrübəsi ə 56(-)
- Sosial psixologiya ə 69(69)
- Sosial psixologiya ə 71(71)
- Klinik psixologiya ə 65(65)
- Klinik psixologiya ə 50(69)
- Hüquq psixologiyası ə 73(73)
- Hüquq psixologiyası ə 65(65)
- Pedaqoji psixologiya ə 63(63)
- Pedaqoji psixologiya ə 52(66)
- Uşaq və yaş psixologiyası ə 63(63)
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi ə 70(-)
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi ə 60(-)
- Beynəlxalq hüquq ə 73(-)
- Beynəlxalq hüquq ə 70(-)
- Dövlət hüququ ə 80(80)
- Dövlət hüququ ə 64(-)
- Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ə 78(80)
- Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ə 64(81)
- Mülki və təsərrüfat hüququ ə 76(78)
- Mülki və təsərrüfat hüququ ə 73(-)
- Kommersiya hüququ (tədris ingilis dilində)ə 83(83)
- İnsan hüquqları (tədris ingilis dilində) ə 74(79)
- Avropa hüququ (tədris ingilis dilində) ə 71(-)
- Dəniz və enerji hüququ (tədris ingilis dilində) ə 70(81)
- Transmilli cinayət hüququ ə 71(-)
- Transmilli cinayət hüququ (tədris ingilis dilində)ə 74(-)
- İnformasiya hüququ ə 70(-)
- İnformasiya hüququ (tədris ingilis dilində) ə 77(80)
- İnzibatı hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ ə 85(85)
- İnzibati hüquq, inzibati proses, iqtisadı və maliyyə hüququ (tədris ingilis dilində) Ə 86(86)
- Tibbi hüquq ə 68(81)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Elektroenergetika Ə 52(70)
- Elektrik şəbəkə və sistemləri Ə 46(-)
- Elektrik təchizatı (sahələr üzrə) Ə 40(-)
- Kabel və keçiricilərin fizikası və Ə 44(-)
texnikası - Nəqliyyat vasitələrinin elektrik Ə 40(-)
avadanlığı və elektronikası (nəqliyyat növləri üzrə) ▶ Elektrik aparatları ə 44(59) - Elektrik aparatları ə 40(-)
- Sənaye qurğuları və texnoloji ə 51(60)
komplekslərin avtomatikası və elektrik intiqalı - Avtomatlaşdırılmış elektrotexnoloji ə 40(60)
qurğular və sistemlər - Elektrik nəqliyyatı (metropoliten ə 44(61)
sahəsi üzrə) - Elektrik təchizatının ə 40(-)
optimallaşdırılması və modelləşdirilməsi - Sənaye istilik energetikası ə 40(51)
- Bərpa olunan enerji mənbələri ə 40(63)
- Daxiliyanma mühərrikləri və onların ə 43(54)
texniki istismarı - Enerji maşınlarının istehsalı ə 40(66)
- Soyuducu maşın və qurğular ə 40(-)
- Materialşünaslıq və materiallar ə 40(54)
texnologiyası - Maşınqayırma materialşünaslığı ə 40(-)
- Kompozisiya materialları ə 40(-)
- Metalların və ərintilərin tökmə istehsalı ə 40(49)
- Qaynaq istehsalı metallurgiyası, texnologiyası və avadanlığı ə 40(50)
- Metalşünaslıq və metalların termiki emalı ə 40(58)
- Metalşünaslıq və metalların termiki emalı ə 40(48)
- Metalların təzyiq altında emalı ə 40(-)
- Maşınqayırma texnologiyası ə 50(57)
- Maşınqayırma texnologiyası ə 40(-)
- Maşınqayırmada kompüter texnologiyaları ə 61(61)
- Maşınqayırmada kompüter texnologiyaları ə 40(57)
- Tökmə və qaynaq istehsalının maşın və avadanlıqları ə 40(57)
- Texnoloji komplekslərin layihələndirilməsi ə 47(59)
- Metallurji tullantıların təkrar emal texnologiyaları ə 45(57)
- Maşın və aparat hissələrinin yeyilməyədavamlılığının yüksəldilməsi və bərpası texnologiyası və avadanlığı ə 42(-)
- İnteqrasiya olunmuş və kompüterləşdirilmış dəzgah sistemləri ə 40(58)
Azərbaycan Tibb Universiteti
- Menecment (səhiyyə sahəsi üzrə) Ə 52(-)
- Klinik (tibbi) psixologiya Ə 70(70)
- Əczaçılıq kimyası Ə 72(72)
- Farmakoqnoziya Ə 71(71)
- Əczaçılıq texnologiyası Ə 79(79)
- Toksikoloji kimya Ə 78(78)
- Əczaçılığın təşkili Ə 65(65)
Bakı Musiqi Akademiyası
- Etnomusiqişünaslıq Ə 36(-)
- Musiqi tarixi Ə 47(47)
- Musiqi nəzəriyyəsi Ə 38(47)
- Musiqi texnologiyaları Ə 30(-)
- İnstrumental ifaçılıq (musiqi alətləri üzrə: fortepiano, orqan, klavesin, kontrabas, fleyta, klarnet, qoboy, saksofon, truba, viola, arfa, violin, violonçel, faqot, trombon, tuba, valtorna və zərb alətləri) Ə 39(51)
- Solooxuma (akademik vokal) Ə 39(39)
- Dirijorluq (xor dirijorluğu, opera- simfonik dirijorluğu, nəfəs və zərb alətləri orkestrinin dirijorluğu) Ə 49(49)
- Bəstəkarlıq Ə 30(35)
- Populyar musiqi və caz ifaçılığı (vokal üzrə) Ə 60(60)
Azərbaycan Milli Konservatoriyası
- Etnomusiqişünaslıq Ə 30(-)
- Musiqi tarixi Ə 37(59)
- Musiqi nəzəriyyəsi Ə 46(46)
- Xanəndəlik Ə 30(40)
- Vokal ifaçılığı (milli) Ə 30(-)
- Dirijorluq (xalq çalğı alətləri)orkestrinin dirijorluğu, xor dirijorluğu) Ə 30(33
- Bəstəkarlıq Ə 30(-)
- Populyar musiqi və caz ifaçılığı (tar-kamança, qarmon, qanun, balaban, ney, zurna, saz, nağara, tütək, fortepiano, akkordeon, saksofon, klarnet, fleyta, qoboy, truba, gitara, zərb alətləri və vokal) , Ə 30(-)
- Xalq çalğı alətləri ifaçılığı kamança, qanun, saz, balaban, zurna, tütək, ney, qarmon, nağara) (tar, Ə 36(47)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
- Memarlıq abidələrinin bərpası və yenidən qurulması (tədris Azərbaycan dilində Ə 40(-)
- İncəsənət əsərlərinin bərpası və ekspertizası (tədris Azərbaycan dilində) Ə 49(59)
- Təsviri incəsənət tarixi və nəzəriyyəsi (tədris Azərbaycan dilində) Ə 47(60)
- Dizayn (sənaye dizaynı, qrafik dizayn, geyim dizaynı, interyer üzrə dizayner, tədris Azərbaycan dilində) Ə 37(49)
- Dekorativ sənət (bədii xalça, bədii toxuculuq, bədii keramika və şüşə, bədii metal, tədris Azərbaycan dilində) Ə 34(41)
- Rəngkarlıq (dəzgah rəngkarlığı, teatr dekorasiyası rəngkarlığı, kino və televiziya rəssamı, tədris Azərbaycan dilində) Ə 41 (41)
- Qrafika (dəzgah qrafikası, kitab tərtibatı və illüstrasiyası, plakat, tədris
Azərbaycan dilində) Ə 30(47) - Heykəltəraşlıq (tədris Azərbaycan Ə 30(31) dilində)
Azərbaycan Turizm və Menecment Universiteti
- Turizm işi Ə 70(70)
- Turizm işi (tədris ingilis dilində) Ə 72(72)
- Otelçılik Ə 55(67)
- Beynəlxalq turizm və ölkəşünaslıq Ə 69(69)
- Beynəlxalq turizm və ölkəşünaslıq (tədris ingilis dilində) Ə 69(69)
- Turizmin iqtisadiyyatı Ə 52(-)
- Menecment (sahələr üzrə) Ə 53(-)
- Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi Ə 50(64)
- Əhalinin sosial müdafiəsi Ə 59(67)
- Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi Ə 50(-)
- İctimai siyasət Ə 50(80)
Bakı Xoreoqrafiya Akademiyası
- Balet tarixi Ə 36(-)
- Balet tarixi Ə 30(-)
- Balet tənqidi Ə 33(-)
- Balet tənqidi Ə 39(-)
- Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi Ə 43(43)
- Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi Ə 41(-)
- İnstrumental ifaçılıq (fortepiano, tar, qarmon) Ə 30(-)
- İnstrumental ifaçılıq (fortepiano, tar, qarmon) Ə 33(-)
- Rəqs sənəti üzrə müəllim-tədqiqatçı Ə 30(-)
- Rəqs sənəti üzrə müəllim- tədqiqatçı Ə 30(-)
- Rejissorluq (musiqili teatr sahəsi üzrə) Ə 30(-)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
- Fiziki tərbiyə nəzəriyyəsi və metodikası Ə 42(53)
- İdman məşqinin nəzəriyyəsi və metodikası Ə 40(53)
- Bədən tərbiyəsi və idmanda tibbi- bioloji təminat Ə 47(54)
SSRİ və Şərqi Avropa ölkələri
İkinci Dünya müharibəsindən sonra SSRİ-də Stalinin totalitar rejimi daha da gücləndi. Hər cür azadlıqların məhdudlaşdırılması, Kommunist Partiyasının diktaturası, iqtisadiyyat və mədəniyyət üzərində dövlət nəzarəti bu rejimin mahiyyəti idi. 1953-cü ildə Stalinin ölümündən sonra sovet cəmiyyətində tədricən yumşalma prosesi başladı.
Müharibə Sovet İttifaqına böyük iqtisadi zərbə vurmuşdu. Şəhərlər, kəndlər dağıdılmış, sənaye müəssisələri və kənd təsərrüfatı böyük zərər görmüşdü. Dördüncü beşillik planın (1946–1950) məqsədi ölkə iqtisadiyyatının bərpa edilməsi idi. Ağır sənaye və infrastruktura daha çox vəsait ayrılması əhalinin onsuz da ağır olan vəziyyətini daha da pisləşdirirdi. Böyük metallurgiya müəssisələrinin və nəhəng elektrik stansiyalarının yaradılması Soyuq müharibə dövründə Sovet İttifaqını dünyanın böyük hərbi və iqtisadi gücünə çevirdi. 1949-cu ildən atom bombasına sahib olan SSRİ-də sosial-iqtisadi problemlər tədricən dərinləşdi. Gündəlik tələbat məhsullarının azlığı, mənzil təminatı və iqtisadiyyatın xammalla təchiz edilməsi əsas problemlərdən idi.
Totalitar rejim
1946-cı ildən sonra dünyanın iki qütbə bölünməsi düşüncələr üzərində də nəzarəti gücləndirdi. Cəmiyyətin bütün sahələri, siyasi və sosial-iqtisadi fəaliyyət dövlətin inhisarında idi. Planlı iqtisadiyyat sistemi davam etdirilirdi. Rejim rəsmi ideoloji təbliğatı gücləndirmişdi. 1940-cı illərin ikinci yarısı – 1950-ci illərin əvvəllərində repressiyalar daha da sərtləşdirildi. Lakin 1953-cü ildə Stalinin ölümü ölkəni repressiyaların yeni dalğasından xilas etdi.
“Amerikaya çatmaq və onu ötüb-keçmək”
Stalinin vəfatından sonra hakimiyyətə Nikita Xruşşov gəldi. Xruşşov dövrü (1953–1964) Stalinin totalitar rejiminin mülayimləşdirilməsi ilə səciyyəvidir. 1956-cı ildə Sov. İKP-nin XX qurultayında Stalin dövrünün şəxsiyyətə pərəstiş siyasəti tənqid edildi. Bununla da, Xruşşov ölkədəki problemlərin səbəbi olaraq Kommunist Partiyasını deyil, Stalini və onun ətrafını günahlandırdı. Xarici siyasətdə də dəyişiklik baş verdi. Soyuq müharibə əvəzinə, “Kapitalist dövlətlərlə sülh şəraitində birlikdə yaşama” prinsipi irəli sürüldü.
Stalin dövrünün tənqid edilməsi iqtisadi sahədə də dəyişiklikləri zəruri edirdi. Xruşşov kommunizmin yalnız bolluq yaradılması ilə qalib gələcəyini düşünürdü. Bu məqsədlə “Amerikaya çatmaq və onu ötüb-keçmək” şüarını irəli sürdü. Mənzil təminatının yaxşılaşdırılması və kənd təsərrüfatına diqqətin artırılması ön plana çəkildi. Xalqın həyat şəraiti yaxşılaşdırıldı. Xam torpaqların istifadəsinə başlanıldı.
Lakin Xruşşovun daxili və xarici siyasətindən narazı olan qüvvələr 1964-cü ildə onu vəzifədən kənarlaşdırdılar.
Durğunluq dövrü
Xruşşovdan sonra rəhbərliyə gələn Leonid Brejnevin (1964– 1982) hakimiyyəti dövrü islahatlar aparılmaması ilə bağlı olaraq durğunluq dövrü adlanır.
Bütün dünyanı bürüyən iqtisadi böhranın başlanması ilə eyni vaxtda həyata keçirilən növbəti beşillik planda (1976–1980) hərbi sənaye və Sibirin geniş təbii resurslarının istifadəsi ön plana çıxdı. Dövlətin gəlirlərini artırmaq üçün, əsasən, xammal ixracetmə siyasəti gücləndi. Lakin bu, problemlərin həllinə deyil, iqtisadi tənəzzülün genişlənməsinə səbəb oldu. ABŞ-la silahlanma yarışında hərbi xərclərin artması, iqtisadi səmərəliliyin və sərmayə qoyuluşunun azalması iqtisadi tənəzzülə gətirib çıxardı. Təhsil səviyyəsinin tədricən yüksəlməsi, şəhər əhalisinin artması rəsmi ideologiyadan fərqli düşüncəyə sahib olan insanların çoxalmasına gətirib çıxardı. Sovet rejiminə müxalif fikirli ziyalılar ortaya çıxdı. Lakin təhlükəsizlik orqanları cəmiyyətin həyatına nəzarəti gücləndirdi. Bütün bunlar SSRİ-nin beynəlxalq nüfuzuna zərbə vurdu.
1980-ci illərin əvvəllərində SSRİ-nin dünyada və ölkə daxilində yürütdüyü təbliğatla sosial-iqtisadi reallıq fərqli idi. 1953-cü ildə Stalinin ölümündən sonra həyata keçirilən islahatlara baxmayaraq, sovet modeli sərt mərkəzləşmə, yuxarıdan planlaşdırma, iqtisadiyyatda bürokratik maneələr və şəxsi təşəbbüslərin qarşısının alınması 1930-cu illərdə olduğu kimi qalırdı. Lakin nəzərə almaq lazımdır ki, 1930-cu illərdə cəmiyyətin əsasını kəndlərdə yaşayan və təhsil səviyyəsi aşağı olan sosial qruplar təşkil edirdi. 1980-ci illərdə isə cəmiyyət keyfiyyət və kəmiyyət cəhətdən dəyişmişdi.
Yenidənqurmadan süquta
1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov “Yenidənqurma” adlanan islahatlar proqramı elan etdi. Xruşşovun dövründən fərqli olaraq, yenidənqurma yalnız iqtisadi sahəni deyil, daxili və xarici siyasi sistemi də əhatə edirdi. İqtisadi islahatlara əsasən ticarət və xidmət sahəsində xüsusi sahibkarlığa icazə verildi. Səmərəliliyin artırılması məqsədilə kadrların ixtisarı işsizliyin inkişafına səbəb oldu. İnflyasiya, tətillər artır, istehsal isə çökürdü.
Cəmiyyətdə baş verən sosial-iqtisadi proseslər Baltik ölkələrində, Qafqazda və başqa bölgələrdə millətçiliyin artmasına səbəb oldu. Yenidənqurma siyasəti bir çox qüsurlarla həyata keçirildi. Bu qüsurları hökumət iclasında M.Qorbaçova cəsarətlə bildirən Heydər Əliyev 1987-ci ildən vəzifədən uzaqlaşdırıldı. Bundan istifadə edən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddia irəli sürdü. Tezliklə Ermənistanda və Qarabağda azərbaycanlı əhaliyə qarşı terrorçuluq fəaliyyəti başlandı. Sovet rəhbərliyi tərəfindən qarşısının alınmaması ölkədə yeni milli münaqişə ocaqlarının yaranmasına səbəb oldu. Bu, iqtisadi və siyasi böhranı dərinləşdirdi. Digər tərəfdən, partiya və dövlət rəhbərliyindəki mühafizəkar qrup Qorbaçovu anarxiya yaratmaqda günahlandırdı. 1991-ci ilin avqustunda dövlət çevrilişinə cəhd edildi. Lakin xalqın müqaviməti çevrilişin uğursuzluğuna səbəb oldu. Bu, ölkədə kommunist rejiminə qarşı narazılığı artırdı və mərkəzi hakimiyyətin süqutunu sürətləndirdi. SSRİ-yə daxil olan dövlətlər öz müstəqilliyini elan etdilər.
1991-ci ilin dekabrında Qorbaçovun istefası ilə SSRİ-nin varlığına son qoyuldu.
Rusiya müasir dövrdə
Rusiya tarixi üçün 1990-cı illər bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadi islahatlarla səciyyəvidir. Bu islahatların əsasında özəlləşdirmə prosesi dayanırdı. Lakin özəlləşdirmə prosesində yol verilən qanunsuzluqlar, korrupsiya və ölkədə kriminal vəziyyətin pisləşməsi islahatların uğursuzluğuna səbəb oldu. İnflyasiya artdı, əhalinin vəziyyəti pisləşdi. Bu dövrdə siyasi həyatda da müəyyən dəyişikliklər baş verdi. Çoxpartiyalı sistem formalaşdı. Eyni zamanda ölkənin çoxmillətli olması etnik-dini münaqişələrin, müstəqillik meyillərinin artmasına səbəb olurdu. 1994–1996-cı illər Çeçenistan müharibəsində məğlubiyyət siyasi və sosial-iqtisadi vəziyyəti daha da pisləşdirdi. Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin 1999-cu ilin sonunda istefa verməyə məcbur oldu. Hakimiyyətə Vladimir Putin gəldi. Onun siyasətinin əsasını dövlət hakimiyyətinin möhkəmləndirilməsi və Rusiyanın beynəlxalq nüfuzunun bərpa edilməsi təşkil edirdi. Siyasi sabitlik və Rusiyanın ixracatının əsasını təşkil edən neft-qaz məhsullarının qiymətinin dünya bazarında yüksəlməsi nəticəsində ölkənin sosial-iqtisadi vəziyyəti yaxşılaşmağa başladı. Hərbi sənayenin modernləşməsi Rusiyanın əvvəlki hərbi qüdrətinin bərpasına səbəb oldu.
2014-cü ildə Rusiya tərəfindən Krımın ilhaq edilməsi ABŞ və Avropa Birliyinin ona qarşı iqtisadi sanksiya tətbiq etməsinə səbəb oldu.
Şərqi Avropada sovet modelinin yaradılması
İkinci Dünya müharibəsindən sonra Şərqi Avropa ölkələrində əvvəlcə bütün siyasi qüvvələri birləşdirən Milli Birlik Hökumətləri yaradıldı. Siyasi azadlıqlar bərpa edildi. Parlament seçkiləri keçirildi. Ona görə də bu dövr “xalq demokratiyası” dövrü adlanırdı. Lakin tədricən bu ölkələrdə olan sovet qoşunlarının müdaxiləsi ilə Kommunist Partiyalarından başqa digər siyasi təşkilatlar qadağan edildi. 1940-cı illərin sonlarında Rumıniyada, Macarıstanda, Polşada,Bolqarıstanda, Şərqi Almaniyada və Çexoslovakiyada sosialist sistemi – sovet modelli totalitar rejimlər yaradıldı. Təkpartiyalı rejim, xüsusi mülkiyyətin ləğvi və milliləşdirmə, planlı iqtisadiyyat bu rejimin xüsusiyyətləri idi. SSRİ-nin üstünlüyünü qəbul etməsə də, sosialist rejimi Yuqoslaviyada da qurulmuşdu.
Stalinin ölümündən sonra SSRİ-də baş verən mülayimləşmə siyasəti Şərqi Avropa ölkələrinə də təsir göstərdi. 1956-cı ildə Macarıstanda sosialist rejiminə qarşı xalq hərəkatı baş verdi, lakin sovet hərbi qüvvələri tərəfindən yatırıldı. 1968-ci ildə Çexoslovakiyada rejimin liberallaşdırılması üçün islahatlara təşəbbüs edildi. Senzura ləğv olundu, Kommunist Partiyasından başqa digər siyasi partiyaların fəaliyyətinə icazə verildi. “Praqa baharı” adlanan bu islahatlar sovet rəhbərliyinin narazılığına səbəb oldu. Ona görə də SSRİ və onun müttəfiqləri: Bolqarıstan, Polşa, Macarıstan ölkəyə müdaxilə etdilər. Çexoslovakiyada xalqın iradəsinə zidd olaraq hakimiyyət dəyişikliyi baş verdi.
1980-ci illərin ikinci yarısında SSRİ-də başlanan yenidənqurma və aşkarlıq siyasəti Şərqi Avropa ölkələrinə də təsir göstərdi. Bu ölkələri tətil və nümayişlər bürüdü. 1989-cu il Şərqi Avropanın sosialist ölkələri üçün dönüş nöqtəsi oldu. Polşada, Çexoslovakiyada, Macarıstanda və Bolqarıstanda sosialist sisteminin dağılması dinc yolla, islahatlarla həyata keçirildi.
RumıniyadaNikolaye Çauşeskunun diktatura rejimi xalq üsyanı ilə devrildi.1989-cu ildə Berlin divarı dağıdıldı və 1990-cı ildə Almaniya birləşdirildi.
Sosialist sisteminin dağılması yeni münaqişələrin yaranması ilə müşahidə edilirdi. Yuqoslaviya dini (islam, katolik və pravoslav) və etnik müxtəlifliyi ilə seçilirdi. 1991-ci ildə Yuqoslaviyada etnik və dini müharibə başladı. Pravoslav serblər, katolik xorvatlar və müsəlman bosniyalılar arasında müharibə gedirdi. 1992-ci ildə BMT Yuqoslaviyaya iqtisadi embarqo (qadağa) tətbiq etdi. Serb millətçiləri bosniyalı müsəlmanlara qarşı soyqırımı həyata keçirdilər. Bölgənin təhlükəsizliyi BMT Sülhməramlı qüvvələrinə həvalə edildi, onlar isə müsəlmanların silahlarını topladılar. Bundan istifadə edən serb millətçiləri 1995-ci ildə Srebrenitsa şəhərində müsəlmanlara qarşı soyqırımı etdilər. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən kütləvi insan qətliamı oldu.
1995-ci ildə NATO təyyarələri Bosniyada serb hərbi qüvvələrinə zərbə endirdi. Bosniya müharibəsi Deyton (ABŞ) sazişı ilə başa çatdı. BMT Hərbi Cinayətlər Məhkəməsi Srebrenitsa soyqırımının günahkarları olan serb hərbi-siyasi rəhbərlərini mühakimə etdi. 2015-ci ildə BMT Təhlükəsizlik Şurasında hadisələrin soyqırımı kimi tanınması təklifinə Rusiya veto qoydu.
Sonralar Bosniya prezidenti Aliya İzzetbeqoviç xalqa müraciətində qeyd etmişdir: “Müharibədə böyük zülmə məruz qaldınız. Zalımları əfv edib-etməməkdə sərbəstsiniz. Nə edirsiniz, edin, amma soyqırımını unutmayın. Çünki unudulan soyqırımı təkrar olunur!”
- Teqlər:
- SSRi tarixi
- , sovet ittifaqı
- , Sovet dövrü
- , sosialist bloku
İqtisadiyyat
Son illərdə ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
Böyük İpək Yolunun bərpası
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi
2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin — Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.
Şimali Avropanı Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.
Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək.
Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir.
Gələcəkdə Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.
Hazırda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi prosesi aşağıdakı mühüm istiqamətlər üzrə gedir:
– Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarının arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafı;
– Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafı;
– Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması;
– Zəngəzur dəhlizinin reallaşdırılması;
– Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsi;
– Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olması;
– Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılması;
– müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi;
– yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;
– çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması və s.
Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi və münaqişənin başa çatması regionda yeni münasibətlərin yaranmasına zəmin yaradıb. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer aldı. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır və bu dəhlizin reallaşması Azərbaycanın növbəti tarixi uğuru olacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.