Press "Enter" to skip to content

Avropa ve amerika ölklrinin tarixi 1ci hisse mustafayeva

– Bəs verdiyiniz pullara heyfiniz gəlmirdi?

SƏmayə MƏMMƏD qızı mustafayeva

SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA

ABŞ VƏ BÖYÜK BRİTANİYANIN
ƏN YENİ TARİXİ

1918-2007-ci illər

ADPU-nun Tarix fakültəsi Елми Шурасынын
2009-cu il 3 aprel tarixli iclasının qərarına
əsasən çap edilir (pr №5).

Bakı – 2009

2

Rəyçilər:

t.e.d.prof. V.Əliyev

t.e.n.
dos.Ə.Əhmədov

Səmayə Mustafayeva. ABŞ və Böyük Britaniyanın ən yeni
tarixи (1918-2007) Bakı-2009, ADPU-nun nəşriyyatı. 350 сящ.

©
2009
01030809
)
(
1957
209
1947000300

Т

SSRİ-nin dağılması ilə onun tərkibinə daxil olan milli
respublikalar, o cümlədən Azərbaycan müstəqillik qazandılar.
Azərbaycan Respublikasının dünya sivilizasiyasına qoşulmaq
imkanları genişləndi. Dünya Azərbaycanı, Azərbaycan isə dünyanı
dərk etməyə başladı. Azərbaycanın qabaqcıl ölkələr səviyyəsinə
yüksəlməsi üçün onun dünyanın aparıcı dövlətlərinin tarixi ilə,
onların əldə etdikləri nailiyyətlərlə tanış olmağa ehtiyacı da artdı.
Gənclərimizin dünya tarixinə, ilk növbədə dünyanın birinci super
dövləti olan ABŞ-ın, aparıcı dövlətlərindən biri olan Böyük
Britaniyanın tarixinə marağının artması fərəhləndirici hal hesab
edilməlidir. Bu baxımdan bu dövlətlərin müasir tarixinin daha
dərindən gənclərə öyrədilməsi xüsusi aktuallıq kəsb edir. Bütün
bunları nəzərə alaraq biz «ABŞ və Böyük Britaniyanın ən yeni tarixi»
mövzusunda dərs vəsaiti yazmağı və tələbələrin istifadəsinə təqdim
etməyi lazım bildik. Dərs vəsaitində bu dövlətlərin 1918-ci ildən hal-
hazıra qədərki tarixindən qısaca da olsa, bəhs etmişik.
Dərs vəsaitindən ali məktəb müəllimləri və tələbələri,
magistraturaya daxil olmaq istəyənlər, ümumiyyətlə, bu ölkələrin
müasir tarixi ilə maraqlanan hər bir oxucu istifadə edə bilər.

5
ABŞ üçün Birinci dünya müharibəsinin nəticələri

XVIII əsrin II yarısında Amerika qitəsinin şimalında müstəqil
dövlət kimi yaranmış ABŞ artıq XIX əsrin sonu – XX əsrin
əvvəllərində sənaye məhsulu istehsalına görə dünyada birinci yeri
tutdu və rəqibsiz oldu. Bunun səbəbləri ilk növbədə ABŞ – ın
cənubunda quldarlıq quruluşunun ləğvi, Atlantik okeandan Sakit
okeana qədər ABŞ – ın bütün ərazisinə köçürülmə prosesinin başa
çatması, Avropadan buraya mühacir axını, ölkənini coğrafi şəraiti,
yəni hər iki tərəfdən okeanla əhatə edildiyi üçün xarici basqınlardan
təhlükəsizliyinin təmin edilməsi, təbii sərvətlərlə zənginliyi, elmi
nailiyyətlərin dərhal istehsala tətbiq edilməsi idi. Bütün bunların
nəticəsində daxili bazar genişləndi və Amerika tarixində yeni eranın,
– sənaye erasının başlanğıcı qoyuldu. Artıq 1885 – ci ildə ABŞ – da
ümumi məhsul istehsalı Böyük Britaniyanı keçdi. XIX əsrin sonunda
ABŞ – da Almaniya, Fransa, Avstriya – Macarıstan və İtaliyanın
birlikdə istifadə etdikləri qədər enerji istehlak olunurdu.

Mühacirlərin hesabına Amerika əhalisi iki dəfə artdı. 1890 – cı ildə
ABŞ sənaye məhsulu istehsalına görə dünyada birinci yeri tutdu. XX
əsrin əvvəllərində dəmir yolu inşaatı daha sürətlə inkişaf etdi. Belə
ki, 1913- cü ilə qədər ölkədə 400 min km dəmir yolu çəkildi ki, bu
da birlikdə götürüldükdə Almaniya, Fransa və Rusiyadakından çox
idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində dünya iqtisadi
böhranının başlanması, azad rəqabətin yerini inhisarların tutması,
ABŞ – da böhrandan çıxmaq üçün korporativ kapitalizm təşkil etmək
istiqamətinin yaranmasına səbəb oldu ki, onun da əsasını, iqtisadi və
sosial sahənin dövlət tənzimlənməsi prinsipi təşkil edirdi. Bu kurs
ABŞ – da proqressizm kursu adlandı. Bu hərakatın başlanğıcı XX
əsrin əvvəllərində T. Ruzvelt və V. Vilson tərəfindən qoyuldu, XX
əsrin 30 – cu illərində F. Ruzvelt, 60–ı illərində C. Kennedi və L.
Conson, 90 –cı illərində isə B. Klinton tərəfindən davam etdirildi.
ABŞ – ın büyük iqtisadi qüdrəti olan bir dövlətə çevrilməsi onun
beynəlxalq statusuna da təsir etdi. 1898 – ci il İspan – Amerikan
müharibəsi göstərdi ki, ABŞ böyük dünya dövlətinə çevrilməkdədir.
Kubanı ələ keçirdikdən sonra ABŞ, ardıcıl olaraq, İspaniya mülkləri
olan Puerto – Riko adasını, Filippin adalarını ələ keçirdi. 1903 – cü

6
ildə Havay adaları üzərində ABŞ protektoratı elan olundu. 1916 – cı
ildə Amerika Danimarkadan 25 milyon dollara Virginiya adasını
götürdü. 1904 – cü il Panama – ABŞ sazişinə əsasən, 99 il müddətinə
Panama bərzəxi ABŞ tərəfindən icarəyə götürüldü və 1904 – 1914 –
cü illərdə Panama kanalı çəkildi. Birinci dünya müharibəsi
başlanarkən, ABŞ öz bitərəfliyini elan etsə də, əslində bu formal
xarakter idaşıyırdı, ABŞ – ın hakim dairələri müharibənin ilk
günündən Antanta dövlətlərini müdafiə edirdi. ABŞ – ın Almaniyaya
qarşı müharibəyə başlamasında bəhanə isə ABŞ – ın hərbi, sərnişin
və ticarət gəmilərinin Almaniyanın sualtı qayıqları tərəfindən
müharibədə məhv edilməsi idi. 1917 – ci ilin martında ABŞ – ın üç
gəmisinin alman sualtı qayıqları tərəfindən batırılması ABŞ – ın
müharibəyə başlaması üçün şərait yaratdı. 1917 – ci ilin aprelin 6 –
da, ABŞ Almaniyaya müharibə elan etdi. Birinci dünya
müharibəsində iştirak onun dünya dövləti kimi tanınmasına səbəb
oldu. ABŞ-ın 1917-ci ilin aprelin 6-da Antanta tərəfində müharibəyə
girməsinin əsas səbəbi Birinci dünya müharibəsinin nəticələrini öz
xeyrinə dəyişdirmək, verdiyi borcları itirməmək istəyi, həmçinin
Rusiyadakı Fevral inqilabının Avropaya təsirindən qorxması idi.
1918 – ci ilin yazında ABŞ ordusunda artıq 4 milyon adam var idi.
1918 – ci ilin yayında ABŞ ilk dəfə olaraq, Avropaya, general
Perşinqin komandanlığı altında 1 milyon 200 min nəfərltk qoşun
kontingenti çıxartdı ki, bu da Antantanın canlı qüvvə cəhətdən
qüvvətlənməsinə və müharibənin tez qurtarmasına gətirib çıxartdı.
ABŞ müharibəyə girməsini Vilson dünyanı demokratiya üçün
saxlamaq zərurətindən “irəli gəldiyini” söyləmişdir. 1918 –ci ilin
yanvarın 8 – də Vilson Münaribədən sonra dünyanın ədalətli
bölgüsünü təmin etmək üçün “14 maddəlik” sülh proqramı ilə çıxış
etdi. Bu maddələrdə diplomatiyanın açıqlığı, dənizlərdə gəmilərin
üzməsinin sərbəstliyi, müstəmləkələrin tələblərinin ədalətli həlli,
ümumi tərksilah, ticarətdə süni maneələrin ləğvi, millətlər
cəmiyyətinin təşkili və digər təkliflər öz əksini tapmışdı. Lakin
müharibədən dərhal sonra ABŞ – ın daxili siyasi həyatında
fərdyyətçilik əhval – ruhiyyəsi üstünlük təşkil etməyə başladı.
ABŞ, hərbi əməliyyatlarda ancaq 1918-ci ilin yayında iştirak
etdiyinə görə bu ölkədən 50 min ölən, 230 min yaralanan oldu. ABŞ-

7
ın müharibədə hərbi xərci 25,7 milyard dollar təşkil etdi, ABŞ birinci
dünya müharibəsi nəticəsində ən çox qazandı və kapitalizm
dünyasının ən güclü dövləti səviyyəsinə qalxdı. Əgər birinci dünya
müharibəsinə qədər ABŞ borc alan dövlət idisə, onun xarici
dövlətlərə borcu 6 milyard dollara çatırdısa, müharibə dövründə o,
borc verən dövlətə çevrildi. Müharibədən sonra xarici dövlətlərin ona
borcu 10 milyard dollar oldu. Dünya qızıl ehtiyatının yarısı onun
əlində cəmləşdi. Dünyanın maliyyə mərkəzi İngiltərənin paytaxtı
Londondakı Siti bankından Nyu-Yorkun Uoll-Strit bankına keçdi.
Müharibə nəticəsində ABŞ Avropa dövlətlərinə hərbi və
ərzaq məhsuları satmaqla güclü sənaye sahələri yaratmış oldu. Artıq
1920-ci ildə dünyada istehsal edilən bütün avtomobillərin 85%-i, neft
istehsalının 67%-i, poladın 60%-i ABŞ-ın payına düşürdü. Müharibə
nəticəsində ABŞ-ın milli gəliri 2,5 dəfə artdı. Onun dövlət inhisarçı
kapitalizminə çevrilməsi prosesi başa çatdı. Belə ki, ABŞ-dakı bütün
fabrik və zavodların 50%-i, bütün sənaye məhsulunun 92%-i iri
korporasiyalara məxsus idi.Fəhlələrin 90 %-i bu korporasiyalarda
işləyirdi. Əhalinin 2%-ni təşkil edən inhisarçıların əlində bütün milli
gəlirin 60%-i toplanmışdı. Əhalinin 2/3 hissəsi təşkil edən digər
təbəqələrə isə gəlirin 5%-i düşürdü. Ayrı-ayrı ailələrin əlində külli
miqdarda sərvət toplanmışdı. Morqan, Düpon, Rokfeller, Mellonun
ailələri belələrindən idi. Həmçinin inhisar qruplaşmalarının yerləşdiyi
ayrı-ayrı şəhərlərdən Çikaqo, Boston, Klivlend, Nyu-York xüsusilə
seçilirdi.
Birinci dünya müharibəsinin ABŞ üçün nəticələrindən biri də
kapital ixracının güclənməsi idi. Əgər 1913-cü ildə ABŞ xarici
ölkələrə cəmi 2,6 milyard dollar kapital ixrac edirdisə, artıq 1920-cı
ildə bu rəqəm 7 milyard dollara çatdı. ABŞ müharibə illərində
verdiyi kreditlər hesabına çoxlu borc faizləri götürdü ki, bu da demək
olar ki, büdcənin 30%-dən çoxunu təşkil edirdi. O, rantye dövlət kimi
də tanınırdı. Lakin ABŞ, dənizdə hökmranlığı və kapital ixracındakı
üstünlüyü İkinci dünya müharibəsinə qədər İngiltərənin əlindən
almağı bacarmadı.
Birinci dünya müharibəsi qurtardıqdan sonra ABŞ-da hakim
dairələr içərisində demokratlar partiyasından narazılığın
güclənməsinin səbəblərindən biri prezident Vudro Vilsonun Paris

8
sülh konfransında ABŞ-ın üstünlüyünü təmin etməyi bacarmaması
idi. Vilson özü Versal müqaviləsinə qol çəksə də, ABŞ konqresi bu
müqaviləni ratifikasiya etmədi. Vilson özünü müdafiə etmək üçün
konqresə məlumat verdi ki, o, Almaniyanın parçalanmasının qarşısını
almışdır. Saar vilayətinin Fransaya verilməsinə mane olmuşdur.
Respublikaçılar Millətlər Cəmiyyətində ABŞ-ın rəhbərliyinin təmin
edilməməsindən də narazı idilər. Bu dövrdə ABŞ-ın hakim dairələri
içərisində xarici siyasətdə iki meyl yarandı. Bunlardan biri
təcridçilik, ikincisi isə beynəlmiləlçilik idi. Birinci meylə
respublikaçıların ən nüfuzlu nümayəndəsi Lodc başçılıq edirdi. O,
göstərirdi ki, biz ilk prezidentimiz Corc Vaşinqtonun vəsiyyətinə
əməl etməli və narahat Avropadan kifayət qədər kənarda
dayanmalıyıq. Beynəlmiləlçilər isə belə fikir irəli sürdülər ki, ABŞ
dünyanın tərkib hissələrindən biridir. O, ancaq dünya ölkələri ilə əla-
qədə öz inkişafını təmin edə bilər.
1920-ci ilin prezident seçkiləri ərəfəsində Vilson vəziyyəti
düzəltmək üçün konstitusiyaya 2 düzəliş etməyi təklif etdi (ABŞ
konstitusiyası Corc Dikkenson tərəfindən tərtib edilmiş, 1787-ci il
sentyabr ayının 17-də qəbul olunmuşdu. Konstitusiyada cəmi 7 mad-
də vardır. Bu vaxta qədər ona 26 əlavə edilmişdir). Vilsonun
konstitusiyaya etmək istədiyi düzəlişlərdən biri ondan ibarət idi ki,
qadınlara da kişilərlə bərabər seçki hüququ verilsin və onlar bərabər
hüquqlu vətəndaşlar hesab edilsin. Lakin ABŞ əhalisinin əksəriyyəti
protestant olduğu üçün bu təklif böyük həyəcana səbəb oldu. Çünki
onlar qadını ancaq mətbəxdə, kilsədə və ailədə görmək istəyirdilər.
Konstitusiyaya edilən 18-ci düzəlişə görə isə spirtli içkilərin istehsalı
və istehlakı qadağan edilirdi. Lakin bu qara bazarın genişlənməsinə
və çirkli pulların işə düşməsinə səbəb oldu.

9
ABŞ Uorren Hardinqин prezidentliyi dövründə

1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində
respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo
ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın
dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi
ilə konqresdə çıxış etdi. O, “normal zaman” və “normal qaydalar”
şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət
şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında
əməkdaşlıq yaradılması məqsədi ilə həmkarlar ittifaqları assosia-
siyaları yaradıldı.1921-ci ildə 1920-ci illə müqayisədə federal
hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil
etdi.
1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal
aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı, əmək haqqı 25-
50% ixtisar edildi. Lakin böhran 1921-ci ilin sonu 1922-ci ilin
əvvəllərində iqtisadi yüksəlişlə əvəz olundu. ABŞ-da iqtisadi
böhranın tez qurtarmasının səbəbləri daxli bazarın geniş tutumlu
olması, yeni sənaye sahələrinə iri həcmli kapital qoyuluşu, ABŞ
mallarının xarici ölkələrə ixracından və onun verdiyi borclardan
gələn gəlirlər ilə əlaqədar idi. 1922-ci ildən iqtisadiyyatda inkişaf və
ya “çiçəklənmə” (“prosperite”) dövrü başlandı. Qardinqin
hakimiyyəti illərində rüşvətxorluq halları artdığına görə üç nazir
istefaya getməli oldu.
Bu dövrdə ABŞ-ın xarici siyasətində təcridçiliyin üstünlük
təşkil etməsinə baxmayaraq xarici iqtisadi əlaqələr genişləndirildi.
ABŞ 1921-ci ilin avqustunda Almaniya ilə müqavilə bağladı. Latın
Amerikasında öz nüfuzunu gücləndirdi. Uzaq Şərqdə İngiltərə-ABŞ,
Yaponiya-ABŞ arasındakı problemlər Vaşinqton konfransında
qismən həll edildi.

ABŞ VƏ VAŞİNQTON KONFRANSI

1919-1920-ci illərdə Paris sülh konfransında bağlanmış
müqavilələr 1914-1918-ci illəri əhatə edən birinci dünya
müharibəsindən sonrakı dövr üçün Avropanın böyük dövlətləri
arasındakı yeni münasibətləri müəyyən etdi. ABŞ öz Avropadakı
rəqibləri ilə mübarizədə diplomatik uğursuzluğa düçar oldu. Bu hər
şeydən əvvəl, Vudro Vilsonun İngiltərənin baş naziri Lloyd Corc və
Fransanın baş naziri Corc Klemenso ilə müqayisədə siyasi cəhətdən
təcrübəsizliyi ilə əlaqədar idi. Vudro Vilson ABŞ-a üstünlük
qazandırmağı bacarmadı. Lloyd Corc və Corc Klemenso isə öz
dövlətlərinə üstünlük qazandırmağı məharətlə bacardılar. Məhz buna
görə də ABŞ Paris sülh konfransında öz planlarının heç birini həyata
keçirə bilmədi, daha doğrusu bacarmadı. Bir sıra məsələlər, o
cümlədən Uzaq Şərq və Sakit okean məsələsi isə həll edilməmiş
qaldı.
Paris sülh konfransı nəinki sülhü təmin etmədi, hətta demək
olar ki, imperialist dövlətləri arasındakı ziddiyətləri daha da
kəskinləşdirdi. ABŞ-da Versal sülhünü qəbul etməmək uğrunda
mübarizə hələ 1919-cu ilin yazında başlandı. Tezliklə hər iki partiya
arasında intensiv diskussiyalar başlandı. Hər şeydən əvvəl, konqresin
özündə bu məsələ müzakirə obyektinə çevrildi.
“Barışmazlıq” tərəfdarları isə irəli sürürdülər ki, Versal
müqaviləsinə düzəlişlər etmək lazımdır. Bu düzəlişlərdə bütün
dövlətlərdə hərbi mükəlləfiyyətlərin ləğv edilməsi, iri dövlətlərin
ordu və donanmalarını ixtisar etmək, həmçinin hərbi büdcəni
azaltmaq və s. məsələlər öz əksini tapmalıdır. Onlar İngiltərə, Fransa,
Yaponiyanı Avropanı, Almaniya koloniyalarını, Çin və Türkiyə
ərazilərini bölüşdürməkdə təqsirləndirir, bunu “imperialist soyğunu
və işğalı” hesab edir, buradakı insanlara мцнасибяти isə “heyvanla
münasibətə” bənzədirdilər
Vilsona qarşı duran cəbhədə respublikaçılar partiyasının
liderlərindən olan Morqan və Rokfeller birləşdilər. Onlar ilk növbədə
anti İngiltərə istiqamətində köklənmişdilər. Onlar istəyirdilər ki,
Yaxın Şərqdən Meksikaya qədər bütün neft sərvətlərinə ABŞ
rəhbərlik etsin. Onlar göstərirdilər ki, ABŞın maraqlarında birinci
yeri Avropa, sonra Latın Amerikası və Asiya tutmalıdır.

11
Vilsonun əleyhdarları belə hesab edirdilər ki, ABŞ Millətlər
Cəmiyyətinə daxil olmamalı və onun nizamnaməsindəki onuncu
maddənin ləğv edilməsinə nail omaq lazımdır. Millətlər
Cəmiyyətində İngiltərə və Fransanın birinciliyi, hər şeydən əvvəl,
Monro doktrinasını təhlükə altına alırdı. Onlar Amerikanın
avropalaşması haqqında şaiələr yayırdılar.
İzolyanistlərin proqramında kontinentə sahib olmaq, Latın
Amerikasında ABŞ-ın hökmranlığının təmin etmək, həmçinin
Yaponiyanı Çinin Şandun əyalətindən və Sakit okeandakı adalardan
məhrum etmək, mandat sisteminə yenidən baxmaq nəzərdə tutulurdu.
Lodcistlər və “barışmazlıq” tərəfdarları arasında fikir ayrılığı
olmasına baxmayaraq, onlar 1919-cu ildə birləşdilər. Lakin ziddiyət
yenə də qalmaqda idi. Lodc belə hesab edirdi ki, Versal müqaviləsinə
ABŞ maraqlarına uyğun gələn maddələr daxil edilsə, onu qəbul
etmək olar. “Barişmazlıq” qrupunun rəhbəri Bor isə elan etdi ki, ABŞ
bütün hallarda Versal müqaviləsinə, Millətlər Cəmiyyəti əleyhinə səs
verməlidir. Nəhayət bu iki qrup arasında mübarizədə lodcistlər
qələbəyə nail ola bildilər. 1919-cu ilin iyulunda Vilson rəsmi şəkildə
Versal müqaviləsini təsdiq üçün senata təqdim etdi. Bu məsələ ilə
əlaqədar müzakirə səkkiz ay davam etdi. Senat ABŞ-ın xeyrinə 48
əlavə 4 düzəliş tələb edirdi. Lodc isə 15 düzəliş tələb edirdi. Senatda
Versal müqaviləsinin leyhinə 39, əleyhinə 56 nəfər səs verdi.
1920-ci ilin martın 19-da Versal müqaviləsinin qəbul
edilməsindən imtina edən qətnamə qəbul edildi. Bir sözlə, Versal
müqavilələri ABŞ konqresi tərəfindən ratifikasiya edilmədi.
Həmçinin bu hadisələr bir daha sübut etdi ki, hakimiyyətdə
prezidentlə konqres arasında kəskin ziddiyətlər mövcuddur.
ABŞ-ın xarici siyasət kursu əhəmiyyətli dərəcədə 1920-ci ildə
noyabr ayında keçiriləcək prezident seçkilərinin keçirilməsindən
asılı idi. Vilson beynəlxalq səhnədə məğlub vəziyyətdə idi. Ölkə
daxilində isə artıq ona rəğbət qalmamışdı.
İzolyanistlərin millətçilik ruhunda təbliğatları öz işini gördü.
Respublikaçıların prezident seçkiləri kampaniyası inhisarçılar
tərəfindən yaxşı maliyyələşdirildi. 1920-ci ilin noyabr seçkilərində
respublikaçılar partiyası qalib gəldi və Oqayo ştatından olan Hardinq
prezident seçildi.
Hakimiyyətə gələn respublikaçılar partiyası dərhal Versal
müqaviləsinə yenidən baxmağı qərara aldı. Bunun üçün Vaşinqtonda

12
yeni bir konfrans çağırmaq üçün hazırlıq işləri görməyə başladı. Bu
konfransın çağırılması 1918-1920-ci illərdə ABŞ-ın xarici siyasətinin
məntiqi nəticəsi idi. Versal müqaviləsindən sonra ABŞ qarşısına
revanşı və dünyaya rəhbərliyini öz əlinə almağı məqsəd qoydu.
Lakin o, məqsədini əvvəlki dövrlərdən fərqli olaraq çox ehtiyatla
həyata keçirməyə başladı. Dünya ağalığı ideyasını dirçəltmək ideyası
hələ 1920-ci ilin oktyabrın 16-da 31 nəfər görkəmli respublikaçının
imzaladığı bayanatda öz əksini tapdı. Onlar təsdiq edirdilər ki, bu
partiya “Dərin millətlər assosasiyasının” yaradılmasını təmin
edəcəkdir.
Prezident Hardinq hələ seçkilərdən sonrakı birinci
müşavirəsində göstərdi ki, bu məsələ ABŞ-ın xarici siyasətinin
mərkəzində duracaqdır.
Hardinq hökuməti beynəlxalq konfransın çağırılmasını və
orada ilk növbədə aşağıdakı məsələlərin müzakirə edilməsini lazım
bilirdi: Silahların məhdudlaşdırılması; mandatların bölüşdürülməsinə
yenidən baxılması; Çində “açıq qapılar” doktrinasının keçirilməsi;
“rus məsələsinin müzakirəsi”; beynəlxalq münasibətlərin yeni
prinsiplərini işləyib hazırlamaq və s.
İngiltərə ancaq ona nail ola bildi ki, çağırılacaq konfrans ancaq
Uzaq Şərq və Sakit okean məsələləri ilə məşğul olsun. Bu məsələdə
isə ən çox dörd dövlət – ABŞ, İngiltərə, Fransa və Yaponiya iştirak
etməlidir. Fransa uzun müddət burada iştirak etməyə cəhd etdi və
nəhayət, buna nail ola bildi. Fransa həm də çalışırdı ki, konfransın
gündəliyinə borclar haqqında məsələ də daxil edilsin. Fransa
mətbuatı o zaman həyacanla yazırdı ki, ona imkan vermək olmaz ki,
hər bir yeni ABŞ prezidenti öz beynəlxalq təşkilatını yaratsın.
Yaponiya isə qətiyyətlə bildirdi ki, artıq Uzaq Şərqdə zəbt edilmiş və
həll edilmiş ərazilərlə bağlı heç bir məsələ gündəliyə daxil edilməsin
Müzakirənin gedişində qarşıda duran forum “Silahların
məhdudlaşdırılması, Sakit okean və Uzaq Şərq məsələləri üzrə
konfrans” adını aldı. 20-ci illərin əvvəllərində Uzaq Şərq və Sakit
okeanda ağalıq üstündə imperialist dövlətləri arasındakı ziddiyyətlər
daha da kəskinləşdi. ABŞ bu dəfə mübarizənin önündə getməyə
başladı. ABŞ, hər şeydən əvvəl, Çinin müstəmləkə işğalında özünün
birinciliyini nəzərə çarpdırmağı qarşısına məqsəd qoydu. Məhz buna
görə də ABŞ diplomatiyası 1921-ci ildə konfrans çağırmaq
təşəbbüsündə olduğunu bildirdi. Həmçinin ABŞ bildirdi ki, bu

13
konfransı çağırmaqda onun məqsədi müharibədən sonrakı beynəlxalq
münasibətlərin yeni sisteminin təşkilini başa çatdırmaqdı. Həmçinin
kapitalizm dünyasında sülh üçün böyük fasilə yaratmaq fikrində
olduğunu da ABŞ elan etdi. Əlbəttə, bütün bunların arxasında ABŞ-
ın öz maraqları dururdu. O, Sakit okean, Uzaq Şərq və Çində
hegemonluğa nail olmaq fikrində idi. Bunun üçün onun kifayət qədər
iqtisadi və müdafiə qüdrəti vardı. İmperialist dövlətləri arasında bir
şeyə nail olmaq üçün ən güclü vasitə isə qüvvə idi.
Birinci dünya müharibəsi ABŞ-ın inkişafına güclü təkan verdi.
ABŞ üçün əlverişli şərait yarandı. Avropa hərbi əməliyyatlar
meydanına çevrilsə də, ABŞ bundan kənarda qaldı. ABŞ ordusu
hərbi əməliyyatlarda ancaq 1918-ci ilin yayından iştirak etməyə
başladı. Ona görə də canlı insan itkisi müharibədə iştirak edən digər
dövlətlərlə müqayisədə ABŞ-da az oldu. 50 minə yaxın insan həlak
oldu, 230 min isə yaralandı.
Hərbi materialların, ərzağın və xammalın Avropa ölkələrinə
ixracı ABŞ-ı dünyanın ən qüdrətli sənaye ölkələrindən birinə çevirdi.
ABŞ-da güclü urbanizasiya prosesi getməyə başladı. 1920-ci il
siyahıya alınmasına görə ABŞ əhalisi 105,7 milyon nəfər idi ki,
bunun da 54,2 milyonu artıq şəhərlərdə yaşayırdı. Bu ABŞ-ın
tarixində yeni bir hadisə idi ki, şəhər əhalisi artıq kənd əhalisini ötüb
keçmişdi.
İqtisadiyyatda dövlətin vəziyyəti ABŞ-da güclü inhisar
birləşmələrinin yaranmasına səbəb olmuşdu. Bütün bunlar isə ABŞ-a
imkan verdi ki, dünya ağalığı fikrinə düşsün. ABŞ bu planını ilk
növbədə Cənub-Şərqi Asiyada, xüsusilə Çində həyata keçirmək
istəyirdi.
ABŞ bütün Çin ərazisində üstünlüyü ələ almağa çalışaraq 20-ci
illərin əvvəllərində, xüsusilə Çinin təsir dairələrinə bölünməsinin
ləğv edilməsini tələb edirdi. Bu tələb bütün imperialist dövlətlərinə,
birinci növbədə isə İngiltərəyə aid idi. Həmçinin ABŞ kapitalı daha
çox bu dövrdə Çinə nüfuz etməyə başladı. ABŞ xüsusilə Yantszı çayı
hövzəsində və Çinin cənubunda bu sahədəki fəaliyyətini
genişləndirdi. Bu isə aydındır ki, İngiltərənin mənafeyinə toxunmaya
bilməzdi. İngiltərə və ABŞ-ın maraqları həmçinin Cənub-Şərqi
Asiyanın digər ölkələrində də toqquşurdu. İngiltərə və ABŞ
münasibətlərində ən kəskin problemlər dənizdə silahlanma və ingilis-
yapon sazişi məsələsində idi. İngiltərə ilə Yaponiya arsında bu saziş

14
1902-ci ildə bağlanmış, hər iki dövlət müəyyən sahədə birgə öhdəlik
götürmüşdülər. Bu isə ABŞ-ın, Uzaq Şərq, Çin və Sakit okean
planlarına maneçilik törətdiyinə görə ABŞ hər vəchlə bu sazişin ləğv
olunmasına çalışırdı.
1919-cu ildə ABŞ konqresi hələ müharibə illərində hərbi-dəniz
quruculuğu haqqındakı proqramını hazırlayıb təsdiq etdi. Bu
proqramda göstərilirdi ki, elə etmək lazımdır ki, ABŞ-da hərbi-dəniz
quruculuğu 1924-cü ilə qədər dünyada ən qüdrətli və güclü olsun.
Bu proqramın qəbul edilməsi əslində İngiltərə üçün bir çağırış
demək idi. Çünki ABŞ bu proqramı qəbul etməklə İngiltərənin
dənizdə hökmranlığını əlindən almaq, “dənizlər hökmdarını” məğlub
etmək istəyirdi. Dənizdə sürətlə silahlanma məsələsində 20-ci illərin
əvvəllərində İngiltərə ABŞ-la rəqabətə girə bilməzdi. Çünki buna
iqtisadi gücü yox idi. Buna səbəb isə o idi ki, İngiltərə müstəmləkə
imperiyası idi. Onun öz ərazisindən 109 dəfə çox əraziyə malik
müstəmləkələri var idi. Birinci dünya müharibəsindən sonra isə bu
müstəmləkələrin bir çoxunda milli-azadlıq hərakatı başlanmışdı.
Müstəmləkələrdən gələn gəlirlər hesabına dolanan İngiltərə
Birinci dünya müharibəsinə qədər “dünya faytonçusu”, “dünya
emalatxanası”, “dünya maliyyə mərkəzi” hesab edilsə də
müharibədən sonra bu keyfiyyətlərdən məhrum olmuşdu. ABŞ-ın
anası hesab edilən və ona həmişə borc verən İngiltərə müharibədən
sonra ABŞ-a borcu olan bir dövlətə çevrilmişdi.
İrlandiyada baş verən hadisələr, İngiltərənin özünün daxili və
beynəlxalq vəziyyəti ona imkan vermirdi ki, ABŞ-la münasibətləri
kəskinləşdirsin. Bir sözlə, onun ABŞ-ın istəyi ilə hesablaşmamağa
gücü yox idi. Bu vəziyyəti ABŞ hakim dairələri də çox gözəl başa
düşürdü. ABŞ əlverişli imkandan çox bacarıqla istifadə edirdi.
ABŞ İngiltərəyə təzyiq vasitələri içərisində ilk növbədə
İngiltərənin maliyyə sahəsindəki çətinliklərindən istifadə etdi. O,
İngiltərədən tələb etdi ki, əgər konfransın çağırılmasına razılıq
verməsə, onda ABŞ ondan müharibə dövründə verdiyi hərbi borcunu,
yəni 850 milyon funt-sterlinqin, (4 milyard dollar) qaytarılmasını
tələb edəcəkdir. Amerikanlar İngiltərənin kredit bazarındakı
mənafeyinə də toxunurdular. Amerika banklarının təzyiqi altında
1920-ci ildə İngiltərə funt-sterlinqinin qızıl paritetini 79%-ə qədər
aşağı endirdi. Ümumiyyətlə, funt-sterlinqin kursu aşağı düşdü.

15
ABŞ-la İngiltərə arasında birinci dünya müharibəsindən sonra
kapital qoyuluşu, satış bazarları və xammal mənbələri uğrunda
mübarizə gücləndi.
Çin üzərində İngiltərə və ABŞ arasında ziddiyətlər daha kəskin
xarakter daşıyırdı. Məsələlərə aydınlıq gətirmək üçün deyək ki, Çin
hələ orta əsrlərdən bütün qabaqcıl dövlətlərin diqqət mərkəzində olsa
da heç birinin müstəmləkəsinə çevrilməmiş, daha doğrusu, kapitalist
dövlətləri bunu bacarmamışdılar. Çin həmişə özünə xas olan
təcridçiliyini saxlaya bilmişdir. Çini müstəmləkə edə bilməyən
dövlətlər onun ancaq ayrı-ayrı limanlarında möhkəmlənə bilmişdir.
Məsələn, Rusiya Port-Arturda, Fransa Quançjouda, Almaniya
Tzsyançjouda, İngiltərə isə Veyxoveyidə, Honkonqda özünü
möhkəmlətmişdir. Yantszı çayı hövzəsində və Mərkəzi Çində isə
İngiltərənin təsiri daha güclü idi. Demək olar ki, bu ərazi İngiltərənin
təsir dairəsi hesab edilirdi. XIX əsrin sonunda isə ABŞ bütün bunları
diqqətlə izləyirdi.
İngiltərənin nüfuzlu siyasi dairələri dənizdə silahlanma
məsələsində ABŞ-la kompromisə meyl etməyə başladılar. 1921-ci
ilin martında İngiltərənin hərbi dəniz donanması naziri Lord Li belə
bir nitqlə çıxış etdi ki, buna nail olmaq lazımdır ki, dənizdə İngiltərə
və ABŞ donanması arasında paritet, yəni bərabərlik yaransın. Bir
aydan sonra İngiltərə hökuməti ABŞ-a öz fikrini belə bəyan etdi ki, o
dənizdə silahlanmada və donanmada üstünlüyü daim öz əlində
saxlamaq ideyasında deyildir. O, ABŞ-la sazişə gəlməyə və bu
sahədə onunla paritet yaratmağa razıdır. O, İngiltərə və ABŞ
donanmalarının bərabər səviyyədə olmasına etiraz etmədiyini
bildirdi. Bunun üçün İngiltərə Atlantik okeanda ABŞ-ın
təhlükəsizliyini təmin etməyi vəd etdi ki, bu da imkan verməli idi ki,
Sakit okeanda amerikanlar öz donanmalarını cəmləşdirməyi
bacarsınlar.
İngiltərə məcburiyyət qarşısında qaldı ki, həmçinin ABŞ-la
1902-ci il ingilis-yapon sazişi barədə də danışıqlara girsin. Bu saziş
həm antialman, həm antirus, həm də antiamerikan ruhunda
bağlanmışdır. 1920-ci ildə ABŞ senatoru Lodc bildirmişdi ki, ingilis-
yapon sazişi bizim Sakit okeanda və Uzaq Şərqdə qarşılıqlı
münasibətlərimiz üçün təhlükəli elementdir. O, təkcə ABŞ-da deyil,
həmçinin Kanada da həyacan doğururdu. Həmçinin bu saziş

16
Yaponiyanın hərbi ruhunu müdafiə edir və onun dənizdə və quruda
yeni münaqişələr törətməsinə imkan verirdi.
ABŞ diplomatiyası qətiyyətlə ingilis-yapon sazişinin ləğv
edilməsini tələb etdi. İngiltərəyə təzyiq göstərmək üçün ABŞ
İrlandiya məsələsindən bacarıqla istifadə etdi. 1921-ci ilin iyununda
ABŞ konqresi İrlandiya respublikasının tanınması məsələsini
müzakirə etdi. Müzakirə zamanı ABŞ-ın o zamankı dövlət katibi Yuz
İngiltərənin ABŞ-dakı səfirinə bildirdi ki, konqresin necə qərar
çıxartması İngiltərə ilə Yaponiya arasındakı qarşılıqlı münasibətlərin
xarakterindən asılı olacaqdır.

İngiltərə-Yaponiya sazişi Britaniya imperiyasının öz
daxilində də narazılıq doğurmağa başladı. 1921-ci ilin iyulunda
Kanada və Cənubi Afrika ittifaqının nümayəndələri bildirdilər ki,
onlar İngiltərənin dominionları kimi belə hesab edirlər ki, ABŞ-la
yaxşı münasibətlər yaratmaq və onu qorumaq İngiltərə-ABŞ
münasibətlərinin əsasını təşkil etməlidir. Yaponiya ilə saziş isə bu
münasibətləri pozur, korlayır. İmperiya konfransında çıxış edən
Kanada baş naziri Meyson təklif etdi ki, İngiltərə-Yaponiya sazişinin
əvəzində dörd dövlət sazişi – ABŞ, Böyük Britaniya, Yaponiya,
Fransa müqaviləsi bağlansın. İki digər dominionların – Avstraliya və
Yeni Zelandiyanın nümayəndələri belə təklif etdilər ki, İngilis-yapon
sazişində yeniləşmə getsin. Yaponiyaya hücum əleyhinə təminat
verilsin, həmçinin bir sıra dəyişikliklər edilsin ki, onlar amerikanları
razı salsın.

İmperiya konfransı nəticədə bu məsələni həll etmək üçün
xüsusi konfrans çağırmaq və burada ABŞ-ın da iştirakını təmin
etmək haqqında qərar qəbul etdi.
Bütövlükdə götürsək, İngiltərənin özü də Yaponiya ilə
sazişin yeniləşməsinin əleyhinə idi. Çünki Birinci dünya müharibəsi
dövründə Yaponiyanın mövqeyinin Çində möhkəmlənməsi
İngiltərənin maraqlarına ciddi zərbə vurmuşdu. İmperialist
dövlətlərinin, xüsusilə İngiltərənin Avropada başlanmış müharibəyə
başlarının qarışmasından istifadə edən Yaponiya 1914-1918-ci illərdə
Çində nüfuzunu möhkəmlətməyə xüsusi diqqət yetirdi. Bu dövrdə
Çinə kapital qoyuluşunun həcmini artıraraq bu sahədə İngiltərə ilə
yaxınlaşmaq həddinə çatdı. Bu Çinlə bağlı məsələlərə baxan təşkilat
olan və Londonda fəaliyyət göstərən “Çin assosasiyası”nı da narahat
etməyə başladı. Yapon kapitalının sürətlə İngilis kapitalını

17
sıxışdırdığını görən bu assosasiya hansı ki, iri İngiltərə sənayeçiləri,
qabaqcıl ticarət nümayəndələrini birləşdirirdi, 1921-ci ilin iyulun 22-
də İngiltərə xarici işlər nazirinə xüsusi məktubla müraciət etdi.
Məktubda göstərilirdi ki, 1902-ci il ingilis-yapon sazişi hazırki
dövrdə İngiltərənin xarici siyasət kursuna və siyasi maraqlarına
uyğun gəlmir. Xüsusilə Yaponiyanın son dövrlərdə yeritdiyi siyasət
İngiltərənin maraqları əleyhinədir. Ona görə də biz xahiş edirik ki, bu
saziş ləğv edilsin və İngiltərənin mənafeyinə uyğun olan dörd dövlət
sazişi ilə əvəz edilsin.
Yaponiyanın Çində və Sakit okeanda sahib olduğu ərazilər,
həmçinin iqtisadi gücünün artması ABŞ-ın rəhbər dairələrini,
xüsusilə inhisarçı dairələri narahat edirdi. Doğrudan da, Paris sülh
konfransı nəticəsində Çinin Şandun əyalətinin (müharibəyə qədər
Şandun əyaləti Almaniyanın təsir dairəsində idi. Birinci dünya
müharibəsi başlayarkən Yaponiya Almaniyadan tələb etdi ki,
Şandun əyaləti ona verilsin. Lakin Almaniya bu tələbi rədd etdi. Belə
olduqda, Yaponiya Antantanın tərəfində 1914-cü il avqustun 23-də
müharibəyə girdi.) həmçinin Sakit oeandakı Marşall, Karolina,
Mariya adalarının Yaponiyaya verilməsi onun nüfuzunu xeyli
gücləndirmişdi. Birinci dünya müharibəsi nəticəsində ABŞ-dan sonra
ən çox qazanan dövlət Yaponiya idi. ABŞ isə bununla barışmaq
istəmirdi. Hələ müharibənin sonuna yaxın Yaponiyanın Çindəki
nüfuzunu ABŞ sarsıtmağa və zəiflətməyə çalışmağa başladı. Bu
məqsədlə 1918-ci ilin iyununda ABŞ beynəlxalq bank konsorsumu
təşkil etmək layihəsini irəli sürdü ki, bu layihəyə əsasən Çinə kredit
verilməsinin bütün növlərini bu qrup inhisara almalı idi. Danışıqlar
iki ilə qədər davam etdi. Yaponiya formal olaraq ona maraq göstərsə
də, heç bir fəallıq nümayiş etdirmədi.

Şandun əyalətinin Yaponiyaya verilməsi Çində böyük
həyacana səbəb oldu. 1919-cu il may ayının 4-də Çində bununla
əlaqədar kütləvi hərakat başladı. Çində baş verən hərəkat bir daha
sübut etdi ki, imperialist dövlətlər artıq bu ölkə ilə istədiklər kimi
rəftar edə bilməzlər. Bu ölkə ilə münasibətlərdə dəyişiklik etmək çox
vacibdir. Həmçinin bu hərəkatdan sonra Çin hökuməti də
konsorsumun təklifini qəbul edə bilmədi və bundan ehtiyat etdi. ABŞ
planının müvəffəqiyyətsizliyə uğramasının digər səbəbi isə
Yaponiyanın rəhbər dairələrinin buna müqavimət göstərməsi idi.

18
Çünki bu layihəyə dəstək vermək Çinin açarını ABŞ-a vermək
demək idi.
Müharibədən sonra dünyanın maliyyə mərkəzi də ABŞ oldu.
Məhz bunun nəticəsi idi ki, amerikan burjuaziyası üçün Uzaq Şərq
bazarlarının əhəmiyyəti daha da artırdı. 1920-ci ildə Panama
kanalının açılması ABŞ-ın Uzaq Şərqlə dəniz yolunu qısaltmış oldu.
Uzaq Şərq, xüsusilə Çin uğrunda mübarizə ABŞ xarici siyasətində
əsas yer tutdu.
İstər ABŞ-da, istərsə də Yaponiyada irticaçı dairələr yenidən bu iki
dövlət arasında toqquşmalar baş verəcəyini söyləməyə başladılar.
ABŞ donanmasının əsas qüvvələri Atlantik okeandan Sakit okeana
gətirildi.
Çin
və Uzaq Şərq uğrunda mübarizədə Yaponiyanın
vəziyyəti ABŞ-la müqayisədə daha əlverişli idi. ABŞ-da bunu yaxşı
başa düşürdülər. Yaponiyanın hərbi dəniz qüvvələri Tayvan və
Rüküdə idi, dayaq məntəqəsi isə Saxalin, Kuril, Mariana, Karolin,
Marşall adaları idi. Bu da imkan verirdi ki, manevr etsin və dənizdən
olacaq hər hansı bir hücumdan özünü müdafiə etsin. Sakit okeandan
uzaq bir məsafədə yerləşən ABŞ üçün yenidən Yaponiya ilə
müharibə aparmaq çətin idi. Konqres ancaq 1921-ci ildə qərar qəbul
etdi ki, Filippin və Quam adalarında silahlanmanı gücləndirmək üçün
hazırlıq işləri aparılsın.
Sovet
Uzaq
Şərqinə münasibətdə də Yaponiya ilə ABŞ
arasındakı münasibətlər kəskinləşdi. Amerika imperialistləri əvvəlki
kimi yenə də Sovet Rusiyasını tanımaq və onunla münasibət
yaratmaq əleyhinə idilər. 1920-ci il seçkilərində demokratların
məğlubiyyətindən sonra prezident seçilmiş respublikaçılar
partiyasından olan Hardinq antisovet kursu davam etdirməklə
bərabər, onu daha da dərinləşdirdi. Yaponiyanın Uzaq Şərq
Respublikası üzərində tam hökmranlığa nail olmaq cəhdi, Sovet
Uzaq Şərqində möhkəmlənmək istəyi ABŞ hakim dairələrində böyük
narahatçıılığa səbəb oldu. ABŞ hökuməti yapon işğalçılarının Uzaq
Şərqdə Sovet hökumətinə qarşı təcavüzünü bəyənsə də, Yaponiyanın
daha çox əl-qol açmasını istəmirdi.
1921-ci
ilin
mayında Uzaq Şərq respublikası hökuməti
razılaşdı ki, Saxalinin Cənubundakı neft yataqlarını ABŞ-ın Sinkler
neft kompaniyasına təqdim etsin və onlar Saxalinin şərq sahilində iki

19
liman tiksinlər. Dövlət departamenti bunun üçün lazımi tədbirlər
həyata keçirdi.
1921-ci ilin avqustunda Dayrend (Dallində) Uzaq Şərq
Respublikası nümayəndələrinin konfransında tələb edildi ki,
Yaponiya öz qoşunlarını təcili surətdə Uzaq Şərqdən köçürsün və heç
bir şərt irəli sürmədən Sovet Rusiyasının nümayəndələri konfransda
iştirak etsinlər. Lakin yapon tərəfi bu təklifi qəbul etmədi. Yaponiya
Uzaq Şərq respublikasına təzyiqi artırdı. Yaponiya konfransa “17
tələb” təklifini irəli sürmüşdü ki, onun mahiyyəti faktiki olaraq Uzaq
Şərq respublikasını Yaponiyanın müstəmləkəsinə çevirmək idi.
Yapon
imperialistləri çalışırdılar ki, rusların Vladivastok
rayonunda və Koreya sərhədlərindəki qalaları ləğv edilsin. Uzaq Şərq
respublikası dəniz donanması yaratmaqdan imtina etməli idi.
Yaponiyanın iş adamlarının Uzaq Şərq respublikasının ərazisində
yerli vətəndaşlarla bərabər hüquqda ticarət və sənətkarlıqla məşğul
olmaq azadlığını təmin edilməli idi. Uzaq Şərq respublikası təminat
verməli idi ki, öz ərazisinə “kommunist rejimi”nin ayaq basmasına
imkan verməyəcəkdir. Həmçinin o, Saxalinin şimal hissəsini
Yaponiyaya icarəyə verməli idi.
Uzaq
Şərq respublikasının nümayəndələri bu təklifləri rədd
etməklə bərabər yaponlarla danışıqları da davam etdirdilər. Çünki
onlar imkan vermədilər ki, yaponlar onları konfransın işini pozmaqda
ittiham etsinlər.
1921-ci ilin oktyabrında Yaponiya tərəfindən silahlandırılan
ağqvardiyaçılar Uzaq Şərq respublikasına hücuma keçdilər. Lakin
Uzaq Şərq respublikasının ordusu onlara ciddi müqavimət göstərdi.
Asiyada başlanan milli azadlıq hərəkatı Yaponiya və ABŞ-a imkan
vermədi ki, onlar Sovet Rusiyasını məhv etsinlər. Əksinə, Uzaq
Şərqdə və Çində başlanan milli-azadlıq hərəkatı onların bu xalqları
müstəmləkəyə çevirmək planını pozdu. Lakin bütün bunlara
baxmayaraq bu və ya digər dərəcədə Yaponiya bu regionda
müdaxiləçilik siyasətini davam etdirirdi. Bu isə Yaponiya-ABŞ
münasibətlərinə öz təsirini göstərməyə bilməzdi.
Göstərdiyimiz səbəblər də Amerika diplomatiyasına konfrans
çağırmaq təşəbbüsünü irəli sürməyə imkan verirdi. Konfrans Sakit
okean və Uzaq Şərqlə bağlı olan problemlərə baxmalı və onları həll
etmək yollarını göstərməli idi.

1921-ci ilin iyulun 10-da ABŞ dövlət katibi Yuz
Vaşinqtonda beynəlxalq konfrans çağırmaq təklifi ilə çıxış etdi.
Avqust ayının 11-də dünyanın böyük dövlətlərinə dəvətnamə
göndərildi.

Lakin konfransa nə Uzaq Şərq, nə də Sovet Rusiyası dəvət
edilmədi. Sovet Rusiyası məsələsi konfransın gündəliyinə daxil
edilməsə də aydın idi ki, konfransın işində əsas yer tutmalı idi. ABŞ-
ın nüfuzlu qəzetlərindən birində yazılmışdır ki, “Rus məsələsi,
şübhəsiz, Vaşinqton konfransında Hardinq və digər nümayəndələr
tərəfindən ən çox müzakirə edilən məsələlərdən biri olacaqdır.
Sovet
Rusiyası iki dəfə 1921-ci il iyulun 19-u və noyabrın 2-
də etirazını bildirdi ki, o da Sakit okean dövlətidir və konfransda
iştirak etməlidir. Lakin konfrans qəti bildirdi ki, konfransın qərarı ilə
o, qanuni qüvvəyə malik olmayacaqdır. Konfrans 14 dövlətin iştirakı
ilə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda açıldı. Konfransda ABŞ,
Böyük Britaniya və onun dominionları Fransa, İtaliya, Yaponiya,
Hindistan, Çin, Belçika, Niderland, Portuqaliyadan nümayəndə
heyəti iştirak edirdi.
Konfransın iclasları açıq keçirilirdi. Nümayəndələrin çıxışları
da çap edilirdi. Burjua mətbuatı nümayiş etdirirdi ki, gizli
diplomatiya, bağlı qapı arxasında söhbətlərin artıq sonu çatmışdır.
Həqiqət isə bundan çox uzaq idi. İkinci dərəcəli məsələlər xalqa
bildirilsə də, əsas məsələlər ancaq dar dairədə həll edilirdi. Gizli
keçirilən müşavirələrdə ancaq dörd dövlətin – ABŞ, İngiltərə,
Yaponiya, Fransanın nümayəndələri iştirak edirdilər. Konfransda
iştirak edən digər dövlətlərin rəyi ilə, demək olar ki, çox az hallarda
razılaşırdılar. Bəzən isə bu nümayəndələrin çıxışına heç diqqət
verilmirdi.
Konfransın rəsmi gündəliyinə aşağıdakı məsələlər daxil
edilmişdir: 1) Dəniz silahlarının məhdudlaşdırılması, həmçinin
müharibədə yeni silahlardan istifadə qaydaları; 2) Sakit okean və
Uzaq Şərq məsələləri (Çin, Sibir və Mandat altında olan ölkələr)
İngilis-Yapon sazişi haqqında məsələ konfransın gündəliyinə daxil
edilməmişdi. Lakin bir şey aydın idi ki, başqa problemlər üzrə sazişə
gəlmək üçün onun həlli vacib idi.
Konfransda başlıca rolu ABŞ oynayırdı. O, Versal sülh
müqaviləsində buraxdığı səhvləri düzəltməyi qarşısına məqsəd
qoymuşdu. ABŞ nümayəndə heyəti konfransda özünün birinci

21
vəzifəsini ingilis-yapon sazişini ləğv etməkdə görürdü. Bu digər
məsələlərin həlli üçün açar rolunu oynayırdı. Bu məsələ ilə bağlı gizli
şəkildə üç dövlət, ABŞ, İngiltərə, Yaponiya arasında ciddi söhbət və
müzakirə keçirildi. Danışqlarda ABŞ tərəfindən Yuz, İngiltərə
tərəfindən Balfur, Yaponiya tərəfindən Kato əsas rol oynayırdı.
Baffur əvvəl məsələni belə qoydu ki, saziş ləğv edilməsin, İngiltərə,
Yaponiya və ABŞ arasında üç tərəfli sazişlə əvəz edilsin və bu hərbi
müdafiə sazişi olsun. ABŞ dövlət katibi Yuz İngiltərənin ingilis-
yapon sazişini yeni formada saxlamaq cəhdini qəti rədd etdi və təkid
etdi ki, Fransa da bu danışıqlarda iştirak etsin. ABŞ belə hesab edirdi
ki, Fransanın ABŞ-a borclu olması, həmçinin İngiltərə ilə Fransa
arasında Yaxın Şərq, alman və digər məsələlərlə bağlı ziddiyyətlər
Fransanın İngiltərə və Yaponiya əleyhinə olmasına səbəb olacaq və
ABŞ-ın mövqeyini müdafiə edəcəkdir.
1921-ci il dekabr ayının 10-da konfransın nümayəndələrinin
əksəriyyəti üçün gözlənilməz şəkildə ABŞ nümayəndəsi belə bir
təklif irəli sürdü ki, Sakit okeandakı adaların toxunulmazlığına
təminat haqqında dörd dövlət – ABŞ, Yaponiya, İngiltərə, Fransa
arasında saziş bağlansın İtaliyanın sazişdə iştirak etmək haqqında
tələbləri nəzərə alınmadı və qəbul edlmədi. Lodcun çıxışından sonra
İngiltərə nümayəndə heyətinin başçısı Balfur çıxış edərək göstərdi ki,
ABŞ-ın təklifini sevinclə qəbul edir, çünki bu onun ABŞ, İngiltərə,
Yaponiya və Fransanın dostluğunu möhkəmləndirmək haqqında
arzusunun həyata keçməsi deməkdir. Balfurun çıxışı da əslində
nəzakətli formada ingilis-yapon sazişinin ləğv olunduğu demək idi.
Təsadüfi deyildir ki, yapon nümayəndəsi açıq formada ingilis
nümayəndəsinə bildirdi ki, “Siz hər halda bizim ittifaqımız üçün əla
dəfn yaratdınız”.
Vaşinqton konfransının mühüm hadisələrindən biri də “Dörd
dövlət müqaviləsi”nin bağlanması idi. Bu müqavilə ABŞ, İngiltərə,
Yaponiya, Fransa arasında 1921-ci ilin dekabrın 13-də bağlandı.
Müqavilədə qeyd edilirdi ki, müqavilə ratifikasiya olunduqdan sonra
ingilis-yapon müqaviləsi qüvvədən düşür. Bu, ABŞ diplomatiyasının
böyük qələbəsi demək idi. Çünki burada rəhbər rolu ABŞ oynamalı,
İngiltərə isə ona tabe olmalı idi.
Bununla birlikdə müqavilə müstəmləkə və asılı ölkələrdəki
milli-azadlıq hərəkatlarına qarşı çevrilmişdi.

22
Müqavilənin mətni cəmi dörd maddədən ibarət idi. Bunlar
aşağıdakıları əhatə edirdi: Sakit okean regionunda olan ada
mülklərinə və ada ərazilərinə qarşılıqlı hörmət hüququnu saxlamaq,
hər hansı digər dövlət tərəfindən bu ərazilərə təhlükə yarandıqda
“hərəkət tədbirləri” haqqında birgə qərar qəbul etmək; Avtomatik
olaraq uzatma şərti ilə müqavilənin müddətini on il müəyyən etmək;
1902-ci ildə bağlanmış İngiltərə-Yaponiya sazişi artıq əhəmiyyətini
itirir və bu dörd dövlət müqaviləsi onu əvəz edir.
Amerika inzibati idarəsi, o cümlədən ABŞ tarixçiləri bu
müqaviləni cəmi dörd maddədən ibarət olduğuna görə ikinci
dərəcəli hesab edirlər. Əslində isə dörd dövlət müqaviləsində ABŞ
məharətlə öz məqsədini gizlətməyi bacarmışdır. Bu məqsəd əslində
ABŞ-ın özünəməxsus formada və öz rəhbərliyi altında “Uzaq Şərq
Antantası”nı yaratması idi. Məhz bu baxımdan dörd dövlət
müqaviləsi əslində ABŞ-ın “Millətlər assosasiyası” yaratmaq
ideyasının qismən ifadə edilməsi demək idi və bu mənada da
prinsipial əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildir ki, o konfransda
ilk imzalanan müqavilə idi.
Müqavilənin 4-cü bəndi 1902-ci il İngiltərə-Yaponiya
sazişinin ləğvinə aid idi ki, bu əslində Vaşinqtonun böyük qələbəsi
demək idi. Çünki bu Uzaq Şərqdə ABŞ-ın əsas rəqiblərini bir-
birindən ayırdı. Yaponiyanı dayağından məhrum etdi ki, hansı ki,
onun vasitəsilə Yaponiya bir çox adaları işğal etmişdir.
Müqavilənin birinci maddəsi də az əhəmiyyət kəsb etmirdi.
Belə ki, bu maddə ABŞ-ın Sakit okeanda Millətlər Cəmiyyəti
vasitəsilə olan bölgünü tanıdığını bildirirdi. Bu maddə həmçinin o
demək idi ki, əgər Çin ipə-sapa yatmasa, onun əleyhinə dörd dövlət
birgə hərbi çıxış təşkil edə bilərlər. Əslində bu maddə həm Çinə, həm
də Sovet Rusiyasına qarşı yönəlmişdi. Həmin planda suda, havada və
quruda silahlanmanın məhdudlaşdırılması öz əksini tapmışdır. Lakin
bütün bunlar əslində formal xarakter daşıyırdı. Qısa müzakirələrdən
sonra məlum oldu ki, Fransa Avropada qayda-qanunu saxlamaq üçün
ən böyük quru qoşunlarına malikdir. Yaponiya xüsusi Uzaq Şərq
situasiyasını saxlamaq üçün silahlanmışdır. Nəticədə iştirakçılar belə
fikrə gəldilər ki, quruda və havada hələlik tərkisilah mümkün
deyildir. Bu ABŞ dövlət katibini tamamilə əmin etdi. Əslində ABŞ-ı
bu məsələ o qədər də narahat etmirdi. Onu narahat edən İngiltərə və
Yaponiyanın dənizdə silahlanması idi. Aviasiyaya gəldikdə isə ABŞ

23
özü də bu sahənin yeni texnika əsasında inkişaf etdirilməsində
maraqlı idi.
Konfransda yeganə birgə müzakirə edilməsi mümkün olan
məsələ müharibənin gedişində kimyəvi vasitələrdən istifadə etmək
üzrə məsələyə baxılmasına dair beş dövlət, ABŞ, Böyük Britaniya,
Yaponiya, Fransa və İtaliya komitəsinin təşkili idi. Lakin komitənin
yaradılmasında dövlətlər yekdil qərara gələ bilmədilər. Konfransda
müharibədə kimyəvi vasitələrdən istifadə haqqında ümumi
müzakirədən sonra əlavə beş dövlət müqaviləsi bağlandı. Bir sözlə,
Vaşinqton konfransında ancaq dənizdə “tərksilah” məsələlərinə
baxıldı.
Dənizdə silahlanmanın məhdudlaşdırılmasına Hardinq
hökuməti xüsusi əhəmiyyət verirdi. Yuzun məruzəsində göstərilirdi
ki, ABŞ, İngiltərə və Yaponiya xətt gəmilər aşağıdakı nisbətdə
müəyyən edilsin. Belə ki, ABŞ və İngiltərə 500 min ton su tutumu,
Yaponiyaya isə 300 min ton su tutumu olan gəmilər istehsal edə
bilərdi. Nisbət 5:5:3 olmalı idi. ABŞ-ın məqsədi İngiltərəyə çatmaq,
Yaponiyanı isə ikinci yerdə saxlamaq idi. Həmçinin Yuz belə bir
bəhanədən də istifadə etdi ki, guya böyük gəmilər xüsusi təhlükə
təşkil edir, ona görə də 35 min ton su tutumundan yuxarı gəmilər
tikilməsin. Bu həm də ona görə lazım idi ki, ABŞ üçün Atlantik
okeandan Sakit okeana, Sakiit okeandan Atlantik okeana donanma
köçürməkdə çətinlik törətməsin. Böyük dövlətlərin mənafeyinə
uyğun olaraq dənizdə yeni silahlanmanın əsası qoyulmuş oldu. Yuz
çox böyük çətinlik bahasına linkorların nisbətini aşağıdakı qaydada
müəyyən edə bildi. ABŞ və İngiltərə üçün 525 min tona qədər,
Yaponiya üçün 315 min tona qədər, Fransa və İtaliya üçün isə 175
min tona qədər. Bu nisbətin qəbul edilməsi əslində ABŞ-ın daha iri
gəmilər tikməsinə şərait yaradılması demək idi. İngiltərə və Fransa
arasında kəskin müzakirələr kreyserlərin və sualtı qayıqların
məhdudlaşdırılmasına imkan vermədi.
Konfrans həmçinin təyyarə daşıyan gəmilərlə əlaqədar
razılığa gələ bilmədi. Bu münasibətlə elə ilk təqdim edilən layihə
rədd edildi. Bütün bu sahələrdə müqavilələrin bağlanmamasının
səbəkarı isə Fransa və güzəştə getməyi bacarmayan İngiltərə oldu.
ABŞ-ın müvəffəqiyyətləri tam olmadı, o bir neçə güzəştə
getməyə məcbur oldu. Bu, onun Yaponiyaya yaxın ərazilərdə hərbi
baza yaratmamağı öhdəsinə götürməsi idi. Nəticədə onun hərbi

24
bazalarının hamısı Perl-Xarbor və Sinqapurla məhdudlaşdırılmış
oldu. Bu özü ABŞ-ın konfransı müntəzəm davam edən orqana
çevirmək planından imtina etməsi demək idi. ABŞ-ın planına görə
həmin orqan Millətlər Cəmiyyətinə qarşı çevrilməli və iqtisadi və
maliyyə məsələlərini əhatə edən fəaliyyət sahəsini əhatə etməli idi.
Beş dövlət müqaviləsinin müzakirəsi göstərdi ki, Avropa
dövlətləri və Yaponiya ABŞ-ın hegemonluq iddiasını qəbul etmək
istəmirlər. Hətta ayrı-ayrı istiqamətlərə də bunu şamil etmək
niyyətində deyildilər. Bununla bərabər Yuz ona müvəffəq olmağı
bacardı ki, Vaşinqton konfransında iki qətnamə qəbul etdirsin.
Bunlardan biri “tərksilah” məsələsinin gələcəkdə müzakirə edilməsi
zəruriliyi, digəri isə konfrans iştirakçılarının 8 ildən sonra bir daha
konfrans çağırıb xətt gəmilərinin tonnajını təsdiq etmək öhdəliyi
haqqında idi. Bu nisbət belə müəyyən edilirdi. 5:5:3:1,75:1,75. Bu
qətnamələr ABŞ-a imkan verdi ki, dənizdə silahlanmanı öz nəzarəti
altına alsın və tərksilah məsələsi üzrə növbəti konfrans çağırmaq
təşəbbüsünü öz əlində saxlamış olsun.
Vaşinqtonda silahların məhdudlaşdırılması məsələsinin
müzakirəsinin nəticələri ABŞ senatında kəskin müzakirəyə səbəb
oldu. Tənqidçilər sağdan hökuməti fövqaladə güzəştlərə getməkdə
təqsirləndirirdilər. Göstərirdilər ki ABŞ, nümayəndələri hədsiz
dərəcədə sülh xülyalarına qapılmışlar. Senator C. Rid təsdiq edirdi ki,
müqavilə göstərir ki, biz ingilislərə necə xeyirxahlıq göstəririk.
Digərləri isə ABŞ-ın Yaponiyaya gözəştə getməsini pisləyirdilər.
Debat belə bir amilə imkan verdi ki, sağlar bundan istifadə edərək
hərbi hazırlığı gücləndirməyi, müəssisələrin hərbi sifarişlər qəbul
etməsinə icazə verilməsini tələb etsinlər.
Soldan tənqiddə senator Bora, Uilyam, Uinq və digərləri
qeyd edirdilər ki, Sakit okeanda bazalarını möhkəmləndirməkdən
imtina edən ABŞ çalışmalıdır ki, Filippin və Quamda
möhkəmlənməkdən imtina etməməklə bərabər özünə geniş imkanlar
yaratsın. İngiltərə və Yaponiya isə Sakit okeanın qərb hissəsində
möhkəmlənməməlidir. Bütün böyük dövlətlərin donanmalarını
azaltmamalı, əksinə onlar daha güclü olmalıdırlar. Xərclər qoy çox
olsun, lakin sürətlə silahlanmada kreyser, sualtı qayıq və təyyarələr
istehsalı artırılsın.

25
Beş dövlət müqaviləsinə senatda cəmi bir nəfər səs vermədi,
ancaq 24 senator bu məsələdə bitərəf qaldı, qalanlar leyhinə səs
verdi.
Müqaviləyə əlavədə Yuz göstərdi ki, dənizdəki hərbi gəmilər
və köməkçi döyüş vasitələrinin nisbəti dünyanın böyük dövlətləri
arasında proporsional qaydada bölünməlidir. Bundan ABŞ-ın birinci
növbədə məqsədi o idi ki, İngiltərənin xətt gəmilərinin ABŞ
üzərindəki üstünlüyü ləğv edilsin. Çünki İngiltərə artıq xətt
gəmilərinin tikintisinə başlamışdı, ABŞ-da isə hələ bu tikinti
başlamamışdı. İngiltərə üçün ABŞ-ın təklifini rədd etmək çətin idi.
Çünki bu dövrdə İngiltərə çox böyük maliyyə çətinlikləri ilə
qarşılaşmışdı, dənizdə donanma saxlamaq isə ona çox baha başa
gəlirdi. Ona görə də Balfur Yuzun təklifini müdafiə etməli oldu.
Yapon nümayəndəsi Kato isə ABŞ-ın təklifi ilə əlaqədar olaraq öz
proporsional sazişini elan etdi. Bununla belə konfransda ABŞ-ın
layihəsi konkret şəkildə müzakirə edildikdə müxtəlif məsələlər
meydana gəldi. Yaponlar təkid edirdilər ki, ABŞ, İngiltərə və
Yaponiya arasında xətt gəmilərində nisbət 10:10:7 olsun. Halbuki
Yuz təklif edirdi ki, bu nisbət 10:10:5 olsun. Cavabında ABŞ
bildirirdi ki, əgər Yaponiya inadkarlığını davam etdirərsə, ABŞ hər
bir yapon gəmisinə qarşı dörd gəmi tikintisinə başlayacaqdır. Belə
olduqda yaponlar ABŞ-ın təklifinə razı olduqlarını bildirməyə
məcbur oldular. Lakin onlar belə bir şərt qoydular ki, ABŞ Sakit
okeanda belə gəmilərin tikintisi ilə məşğul olmayacaqdır və hərbi-
dəniz bazası yaratmayacaqdır. ABŞ nümayəndəsi Yaponiyanın bu
tələblərinə etirazını bildirdi, xüsusilə Havay adalarına da bunu şamil
etməsinə razılşmadığını bildirdi. Öz növbəsində Fransa da təkid etdi
ki, ona 35 min tonnaj su tutumu olan 10 linkor tikintisi üçün icazə
verilsin. İtaliya da onun Fransa ilə bərabərhüquqlu səviyyədə
tutulmasını və Fransaya aid ediləcək proporsiyanın ona da şamil
edilməsi tələbini bildirdi.
ABŞ nümayəndələri konfransda İngilislərin köməyi ilə quru
qoşunlarının və aviasiyanın ixtisarı haqqında məsələ qaldırdı. Əslində
nə ABŞ, nə də İngiltərə ümumi formada silahlanmanı ixtisar etmək
istəmirdilər. Bundan məqsəd Yaponiyanın mövqeyini Çində,
Fransanın mövqeyini isə Avropada və Yaxın Şərqdə sarsıtmaq idi.
Manevr alınmadı. Fransa quruda silahlı qüvvələrin qəti surətdə
ixtisar edilməsi əleyhinə çıxdı. Fransız nümayəndə heyətinin başçısı

26
Brian konfransda antisovet əhval-ruhiyyəsini biruzə verərək göstərdi
ki, Fransaya böyük ordu lazımdır ki, Polşa və Qərbi Avropanı
bolşevizm təhlükəsindən qoruya bilsin. Həmçinin o göstərdi ki,
Almaniya istənilən an özünə yarım milyonluq ordu yarada bilər.
Quru qoşunlarının ixtisarına qarşı Yaponiya, İtaliya, Belçika da öz
etirazlarını bildirdi. Kəskin fikir ayrılıqlarının meydana çıxması
nəticəsində quru qoşunlarının, həmçinin sualtı donanmanı və hərbi
hava qüvvələrini məhdudlaşdırmaq məsələsi də həll edilməmiş qaldı.
Bununla belə İngiltərə və ABŞ-ın təzyiqi nəticəsində Fransa onların
hərbi-dıniz tonnajı haqqında təkliflərini qəbul etməli oldu.
Nəhayət üç aylıq gərgin mübarizədən sonra ABŞ, Böyük
Britaniya Yaponiya, Fransa və İtaıiya birgə 1922-ci il fevralın 6-da
beş dövlət sazişini imzaladılar ki, bu “Dəniz qüvvələrinin
məhdudlaşdırılması haqqında” saziş adlanır. Saziş dövlətlər
arasındakı nisbəti bu şəkildə müəyyən etdi:5:5:3:1,75:1,75. Bu
müqavilə 1936-cı ilin 31 dekabrına qədər qüvvədə hesab olunurdu.
Beş dövlət sazişi İngiltərə ilə ABŞ arasında xətt gəmilərində
bərabərliyi rəsmiləşdirdi. Amerika nümayəndə heyəti həmçinin hərbi
kreyserlərin də məhdudlaşdırılmasını təklif etdi, çünki İngiltərə bu
sahədə birinci yeri tuturdu. Lakin İngiltərə nümayəndə heyəti bunu
qətiyyətlə rədd etdi, çünki kreyser donanması dənizdə
kommunukasiya xətlərinə nəzarət etmək üçün mühüm əhəmiyyət
kəsb edirdi və İngiltərə onun vasitəsi ilə müstəmləkələri ilə əlaqə
saxlaya bilirdi. Beləliklə İngiltərə bir sıra sahələrdə dənizdə
üstünlüyünü qoruya bildi.
ABŞ-ın Sakit okeanda yeni dəniz bazaları tikməsi sazişə
əsasən qadağan edilirdi. Lakin bu qadağa ABŞ-ın adalarına,
Kanadaya, Avstraliyaya, Yeni Zelandiyaya, Panama kanalı zonasına,
Havay adalarına aid edilmirdi.
Konfransın müzakirə etdiyi mühüm məsələlərdən biri də Çin
məsələsi idi. Vaşinqton konfransında Pekin hökuməti nümayəndələri
Çinin maraqlarını müdafiə etmək qabiliyyətinə malik deyildi. Cənubi
Çin hökumətinin nümayəndələri, hansı ki, ona Sun-Yatsen başçılıq
edirdi, konfransa buraxılmamışdı.
Ancaq Çində baş verən antiimperialist hərəkatlar Çin
nümayəndə heyətini məcbur etmişdi ki, konfransda Çinin milli
maraqlarını qismən olsa da, müdafiə edən tələblər proqramı irəli
sürsün. Çin böyük dövlətlərdən tələb edirdi ki, onun ərazi

27
bütövlüyünə toxunulmasın və ona hörmət edilsin., həmçinin onun
siyasi və iqtisadi müstəqilliyi təmin edilsin. Çin nümayəndə heyəti
habelə öz tərəfindən vəd edirdi ki, öz ərazisinin müəyyən hissəsini
xarici kapitalistlərə icarəyə verə bilər. Çin nümayəndə heyəti “Açıq
qapılar və bərabər imkanlar” prinsipi ilə razılaşdığını bildirdi. Lakin
Çin nümayəndə heyəti bağlanan sazişlərdə özünün bərabərhüquqlu
dövlət kimi iştirakını tələb edirdi, hansı ki, bu sazişlər Sakit okeanla
və Çinlə birbaşa bağlı idi. Çin nümayəndə heyətinin irəli sürdüyü “on
maddə”də həmçinin bir sıra mühüm tələblər vardı ki, bunlar Çin
ərazisində bütün xarici dövlətlərin hər cür imtiyaza və üstünlüyə
malik olmasının qadağan edilməsi, Şandunun Çinə qaytarılması və
Yaponiyanın 17 tələbinin rədd edilməsi”, “nüfuz dairəsi” və
“icarə”lər formasında xarici dövlətlərin Çin ərazisində ağalığının ləğv
edilməsi, xarici qoşunların çıxarılması və başqaları idi.
Bu proqram xarici dövlətləri, ilk növbədə ABŞ-ı təmin
etmirdi. ABŞ ancaq o maddələri müdafiə edirdi ki, onlar
Yaponiyanın əleyhinə çevrilmişdir. ABŞ özü də Çinə müdaxiləsini
genişləndirmək istəyirdi, lakin bunu hərbi təzyiq yolu ilə yox,
özünəməxsus xüsusi vasitələrlə həyata keçirmək istəyirdi. Çində
ABŞ-ın “Standard oyl” inhisarının, Düponun konserninin, “Betlaxem
stil”in, “Vesteri elektrikin” və başqalarının filialları yerləşirdi. ABŞ-
ın təşəbbüsü ilə 1920-ci ilin oktyabrında burada beynəlxalq bank
konsersumu da təşkil edilmişdi. Bundan məqsəd Çinə dəmiryol,
sənaye müəssisələri, iqtisadi islahatlar üçün təqdim edilən istiqrazları
cəmləşdirmək idi. 1919-cu ilin martılndan ABŞ-ın təşəbbüsü ilə
dəmiryollara aid saziş imzalanmağa başlandı. ABŞ çalışırdı ki,
ideoloji metodla Çinə nüfuz etməyə xüsusi diqqət yetirsin. Çinli
tələbələrin ABŞ universitetlərində oxumasına xüsusi şərait
yaradılırdı. Həmçinin Çinin özündə ABŞ-ın köməyilə tədris
müəssisələri açılırdı. Məsələn 1920-cı ildə Çindəki 16 universitetdın
8-ni ABŞ özü, 3-nü isə Kanada və İngiltərə birlikdə açmışdır.
ABŞ çalışırdı ki, Çində İngiltərə, Yaponiya və Fransanın təsir
dairələrini ləğv etsin. O əslində istəyirdi ki, Çinin birləşməsi
Amerikapərəst Çin hökuməti tərəfindən yenidən təşkil edilsin.
Yaponiyanın Çinə hər cür müdaxiləsinin məhdudlaşdırılması
Vaşinqton konfransında ABŞ-ın başlıca məqsədlərindən biri idi.
ABŞ-ın digər məqsədi Çində milli-azadlıq hərakatını zəiflətmək idi,
çünki bu dövrdə etiraf etmək lazımdır ki, Çində Rusiyadakı Oktyabr

28
çevrilişinin təsiri ilə milli-azadlıq hərəkatı başlanmış, və geniş vüsət
almışdı. Kommunist partiyası yaranmışdı. Çində milli-azadlıq
hərəkatının ən bariz nümunəsi özünü 1919-cu ilin 4 may hərəkatında
tapdı. Bu hadisə Şandun əyalətinin Yaponiyaya verilməsi haqqında
Paris sülh konfransının qərarına qarşı yönəlmişdi. Bu hərəkat Pekin
hökumıtini məcbur etdi ki, o, Versal müqaviləsini imzalamaqdan
imtina etsin. Belə bir şəraitdə isə maraqlı tərəf kimi ABŞ çıxış
etməyə başladı.
ABŞ-ın Çinə münasibəti Vaşinqton konfransında hər şeydən
əvvəl, iri kapital nümayəndələrinin planına uyğun gəlməli idi. Onları
isə ən çox Çində baş verən siyasi hadisələr narahat edirdi. ABŞ
köhnə müstəmləkə metodlarının əleyhinə çıxış etməklə bərabər,
Çindəki inqilabi demokratik antiimperialist hərəkatdan qorxaraq ona
dominion hüququ verilməsini təklif edirdi.
Konfransda Kontondakı demokratik hökumətin
nümayəndələrinin iştirakına icazə verilməmişdi. Çinin tələbləri
içərisində mərkəzi yeri Şandun məsələsi tuturdu.
1922-ci il fevralın 4-də Yaponiya və Çin saziş bağladılar.
Yaponiya öz qoşunlarını Şandundan çıxartmağı öz öhdəsinə götürdü.
Kömür və dəmir filizi mədənləri Çin-Yaponiya birgə kompaniyasının
əlinə keçdi. Taidao-Teinan dəmiryol xətti Çinə qaytarıldı. Yaponiya
Çinə istiqraz təqdim etdi. Şandun əyaləti ilə bağlı Versal
müqaviləsinə yenidən baxılması Yaponiyanın məğlubiyyəti, ABŞ
diplomatiyasının isə böyük qələbəsi demək idi.
1922-ci ilin fevralın 6-da konfransda “Doqquz dövlət
müqaviləsi” adlanan müqaviləni ABŞ, İngiltərə, Fransa, Yaponiya,
Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Çin imzaladı. Müqavilənin
iştirakçıları üzərlərinə öhdəlik götürdülər ki, Çinin suverenliyinə
hörmət edirlər, onun ərazi və inzibati bütövlüyünə toxunmayacaqlar.
Lakin Çinin suverenliyini təmin etmək üçün böyük dövlətlər heç bir
təminat vermədilər.
ABŞ “Doqquz dövlət sazişi”nin bağlanmasını özünün ən
böyük nailiyyəti hesab edirdi. Yuz göstərirdi ki, bu sazişə minnətdar
olmaq lazımdır ki, o “açıq qapılar”ı reallığa çevirdi. Bu yolla onlar
Çin bazarında ağalıqlarını həyata keçirmək istəyirdilər.
Çin üçün “Açıq qapılar” doktrinası onun müsətqilliyinə
böyük zərbə demək idi. Çin böyük dövlətlərin sövdələşmə obyektinə
çevrildi. Bu müqavilə Çinin milli-azadlıq hərəkatını boğmaq üçün

29
imperialistlərin birləşməsi demək idi. Çində xaricilərin rabitə şöbələri
və radiostansiyaları ləğv edilmədi. Çin gömrük məsələsində bərabər
hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun ərazisindən
çıxartmadı. Mühüm strateji ərazilər yenə də böyük dövlətlərin
sərəncamında qaldı. Yaponiya Lyaodun yarımadasını, İngiltərə isə
Honkonqu öz əraziləri hesab etdilər.
“Doqquz dövlət müqaviləsi” Uzaq Şərqə dair imperialist
dövlətləri arasındakı ziddiyətləri həll etmədi. Şandun məsələsinə 36
iclas həsr edilmişdi ki, burada yapon diplomatları ilə kəskin
mübarizə getmişdi. ABŞ və İngiltərə burada “barışdırıcı” mövqedə
olan tərəflər kimi çıxış edərək bildirirdilər ki, Şandun dəmiryolu
konsorsiuma verilsin. Tsindao limanı açıq limana çevrilsin. Bu isə
əslində Şandunun ABŞ və İngiltərənin olmasının təmin edilməsi
demək idi.
“Doqquz dövlət sazişi”nə əlavə olaraq dörd əlavə saziş də
bağlandı. Gömrük tarifi haqqında müqaviləyə görə Çin gömrüyü 5 %
yüksəldə bilərdi. Qiymətləri isə 1843-cü ildəkindən cəmi 7,5 %
yüksəldə bilrərdi. Halbuki Çin nümayəndə heyəti tələb edirdi ki, 12,5
% yüksəltməyə hüququ olsun. Həmin doqquz dövlət qətnamə qəbul
etdilər ki, Çindən xarici qoşunlar çıxarılsın. Nəhayət, qərar qəbul
edildi ki, səkkiz dövlətin iştirakı ilə komissiya yaradılsın ki, bu
komissiya eksterritoriallıq hüququnun təxirə salınması haqqında
məsələni diqqətlə öyrənsin.
Paris sülh konfransında olduğu kimi, Vaşinqton konfransında
da “rus məsələsi” vacib yer tuturdu. Dövlətlərin Sovet Rusiyasını və
Uzaq Şərq Respublikasını konfransa dəvət etməkdən imtina etmələri
Sovet Rusiyasının bəyanat verməsinə səbəb oldu.
Konfransın antisovetizm əhval-ruhiyyəsində olması burada
tez-tez ŞÇDY (Şərqi Çin Dəmir Yolu) məsələsinin müzakirə
obyektinə çııxarılmasında da özünü göstərirdi. ABŞ hakim dairələri
çalışırdılar ki, ya onu neytrallaşdırsınlar, ya da onun üzərində,
beynəlxalq nəzarət qoysunlar. Konfransda texniki-ekspertlər
komissiyası yaradıldı ki, o yolun idarə edilməsini yeni şəkildə təşkil
etməli idi.
RSFSR hökuməti qəti surətdə buna etirazını bildirdi və
göstərdi ki, bu məsələ Çin və Rusiyaya aid məsələdir. Sovet
hökumətinin qəti mövqeyi və iştirakçılar arasında fikir müxtəlifliyi
konfransda bu məsələ ilə əlaqədar qərar qəbul edilməsinə mane oldu.

30
Konfransa dəvət edilməsə də, Uzaq Şərq respublikasının
nümayəndə heyəti konfransa gəldi və öz bəyanatını ABŞ nümayəndə
heyətinin başçısı Yuza 1921-ci il dekabrın 22-də təqdim etdi. Burada
Uzaq Şərq respublikasının kənarlaşdırılmasına etiraz öz əksini
tapmışdı. Həmçinin Yaponiyanın Uzaq Şərq respublikasına aid
verdiyi “17 tələb” də rədd edilirdi.
1922-ci ilin yanvarın 23-də konfransın Uzaq Şərq
komissiyasının iclasında Yaponiyanın nümayəndəsi Sidexara bildirdi
ki, o, Rusiyanın ərazi bütövlüyünə hörmət edir və Priamuryedən və
Saxalindən qüvvələrini evakuasiya edəcək. Lakin bunun saxtalığı o
idi ki, burada müddət göstərilmirdi. ABŞ sözdə Yaponiyanın fikri ilə
razılaşsa da həqiqətdə isə Sovet hakimiyətinə qarşı mübarizədə
Yaponiyadan istifadə etmək istəyirdi Ona görə də konfrans Sovet
Uzaq Şərqindən yapon qoşunlarının çıxarılması məsələsinin
üzərindən sükutla keçdi.
Vaşinqton konfransı Sakit okeanda qüvvələrin yeni
quruluşunu müəyyənləşdirdi. Konfransın qərarları 1919-1920-ci
illərin Paris konfransının qərarlarını müəyyən dəyişikliklərlə
tamamlamış oldu.
Vaşinqtonda bağlanmış sazişlər əslində ilk növbədə ABŞ
imperialistlərinin maraqlarına cavab verirdi. Yaponiya bir sıra
güzəştlərə getməli oldu. Onlardan ən vacibi Şandundan imtina idi.
Lakin bununla belə o Şimal-Şərqi Çinin cənub hissəsində və Sakit
okeanın qərb hissəsində güclü hərbi-dəniz bazalarını saxlaya bildi.
İngilis-Yapon sazişinin ləğv edilməsi də Yaponiyanın məğlubiyyəti
idi.
Həm ABŞ və İngiltərənin təzyiqi və həm də Uzaq Şərqdə
yapon müdaxiləsinə qarşı qalxan uğurlu mübarizə, ölkənin daxili
vəziyyəti özü də Yaponiyanın güzəştə getməsinə səbəb olan
amillərdən idi. .
Çin xalqının milli azadlıq mübarizəsi də göstərdi ki, artıq
Çinlə əvvəlki kimi rəftar etmək qeyri-mümkündür. Bununla bərabər
konfransdan sonra imperialst dövlətləri Çin uğrunda mübarizəni
gücləndirdilər. Vaşinqton konfransı həmçinin sovet dövlətinə qarşı
çevrilmişdi. Konfransın qərarları vahid antisovet cəbhə
yaradılmasında əməkdaşlıq yaratmağa kömək edirdi. Onlar Uzaq
Şərqdə “hasar” yaratmaq və sovet ölkəsini mühasirəyə almaq
istəyirdilər.

31
Vaşinqton konfransının qərarları bir sıra məsələlərdə tam
müvəffəqiyyətsizliyə uğradı. Belə ki, Uzaq Şərqdə Sovet hakimiyyəti
quruldu. Sovet Rusiyasının Sakit okean dövləti kimi rolu atmağa
başladı. Çində milli azadlıq hərəkatının yüksəlişi də Vaşinqton
konfransının qərarlarının möhkəm olmadığını göstərdi. Həmçinin
Uzaq Şərqə aid ingilis-yapon və yapon-amerikan ziddiyətləri nəinki
ləğv olunmadı, əksinə daha da artdı.

Футбол

«Мустафаев покажет хороший перформанс независимо от того, за какую сборную будет играть»

10 марта 2023 17:02

Бывший футболист сборной Азербайджана Александр Чертоганов в разговоре с azerisport.com высказался о Эмиле Мустафаеве, который играет за «Александрию».

«Эмиль показывает себя в «Александрии» с очень хорошей стороны. Я рад этому. В двух матчах он сделал два ассиста, дважды забил. А это нелегко, так как чемпионат Украины – сильная и трудная лига. Поздравляю Эмиля и желаю продолжить в том же духе.

Я читал в прессе о том, что Мустафаева приглашают в сборную Украины. Сборную какой страны ему лучше выбрать? Ничего не могу сказать по этому поводу. Знаю, что Эмиль играл в молодежной сборной Азербайджана, что он азербайджанец, но родился, вырос и научился играть в футбол в Украине. Поэтому комментировать его возможный выбор считаю неверным. Эмиль – профессиональный футболист. Я видел его игру. Думаю, он покажет хороший перформанс независимо от того, за какую сборную будет играть», – заявил Чертоганов.

Teleaparıcı Leyla Mustafayeva: “Məndə şeytan tükü var”

Teleaparıcı Leyla Mustafayevanın Milli.Az-a müsahibəsi.

– Leyla xanım, televiziya sahəsinə necə gəldiniz? Çox çətinlik çəkdiniz?

– Üçüncü kursda oxuyanda televiziyada işləmək üçün universitetimizə seçim etməyə gəlmişdilər, mən də seçilən qızların arasında idim. Televiziyada bir verilişə prodüser-müxbir lazım idi. Bir həftə ərzində verilən tapşırıqları istədikləri kimi yerinə yetirəndən sonra işə qəbul olundum. İnanırsınız, adi kompüterdə yazmağı belə bacarmırdım. İlk iş günü bunu kimsə bilmədi, heç kimə bunu hiss etdirmədim. Özümü elə aparırdım ki, guya hər şeydən xəbərim var (gülür). Bir-iki həftə çətinlik çəkdim, öyrənmək üçün hamının işinə baxırdım. Artıq səkkiz ildir, bu sahədəyəm.

– Bir zamanlar səhərlər verilişinizlə salamlayırdınız bizi.

– İnşallah, başqa verilişlərlə salamlayaram. Hələ hər şey qarşıdadır.

Hazırda iş fəaliyyətinizi harada davam etdirirsiniz?

– Yerli prodakşnlardan birində redaktor kimi fəaliyyət göstərirəm. Hazırladığım veriliş yerli kanallardan birində yayımlanır.

– Leyla xanım, sosial şəbəkələrdə sənət əhli ilə görürəm sizi. Nə xəbərdir?

– Burada qeyri-adi bir şey olmadığını düşünürəm. Mən bu neçə il ərzində mədəniyyət sahəsində çalışdığım üçün əksər sənətçilərlə münasibətlərim var. Xüsusilə də “qaymaq” sənətkarlarla.

– Səhv etmirəmsə, bu il bir seriala da çəkildiniz. Özünüzü aktrisa kimi sınamaq çətin olmadı ki?

– Seriala təklif rejissor Mahir Canasdan gəldi və mən də özümü aktrisa kimi sınamaq istədim. Serialın adı “Sadko”dur. Əslində, çəkilişlər çox əyləncəli keçdi. Uşaq evində böyümüş qızın rolunu canlandırıram. Baş rollardan biridir.

– Düşünmürsünüzmü ki, rolunuz yaxşı alınmasa, sənətkarlar tərəfindən qınaq obyektinə çevrilə bilərsiniz?

– İnanırsınız, özüm üçün də serialı efirdən izləmək maraqlı olacaq. Bəyənilərsə – əla, bəyənilməsə də – canları sağ olsun! Bu mənim üçün də bir sınaqdır. Amma hamı tərəfindən sevilməsini istəyirəm.

– Leyla xanım, ailə həyatınızdan danışa bilərsiniz?

– Vallah, bu barədə danışmağı sevmirəm. Mənə elə gəlir ki, bu, yalnız mənə aid olan bir şeydir. Onu deyə bilərəm ki, 7 yaşında Selcan adlı bir qızım var.

– Ev işləri, biş-düş ilə aranız necədir?

– Biş-düşlə aram yoxdur, bu barədə tənbələm. Eyni zamanda işimin çoxluğu baxımından çatdırmıram.

– Qızınızın hansı sənətə həvəsi var?

– Rəqsə, pianoya həvəsi var. Mən də ona şərait yaradıram.

Səyahət etməyi çox sevirsiniz?

– Gəzməyi və əylənməyi çox sevirəm.

– Yay tətilində harada dincəldiniz?

– Bu yay Litvada, Polşada və Ukraynada oldum. Qısa müddətdə isə Qəbələdə dincəldim. Fürsət düşən kimi Azərbaycanımızın regionlarına üz tuturam.

– Dostlarla harada əylənirsiniz?

– Maraqlı partilərdə və ya haradasa əyləncə mərkəzində. Kinoya getməyi sevirəm. Yeni filmləri izləmək üçün tez-tez getdiyim məkandır.

– Şou-biznes aləmindən necə, dostlarınız var? Ümumiyyətlə kaprizli insansınız?

– Şou-biznes aləmindən də dostlarım var. Kapriz deməzdim, mən insanlarla tez bir zamanda ünsiyyət qurmağı bacarıram. Ətrafımda tanışlarım çoxdur. Bəzən onlar mənim onlara qarşı olan səmimiyyətimi düzgün anlamırlar. O zaman da onlarla vidalaşıram. Ümumiyyətlə, hər bir şeyi zamanında və yerində dəyərləndirən biriyəm. İstəyirəm ki, ətrafımdakılar da belə olsunlar.

– Etiraf edin ki, falçıya da getmisiniz.

– Bu arada, yalan danışmağı da sevmirəm. O qədər getmişəm falçıya. Xüsusilə darıxanda getmişəm. Onlarla çox əylənirəm (gülür). Dedikləri sözlərə də inanmıram.

– Bəs verdiyiniz pullara heyfiniz gəlmirdi?

– Mənə pulsuz baxıblar, özləri istəyiblər, mən də razı olmuşam.

– Qara qaşınıza, qara gözünüzə vurulmuşdular?

– Məndə, deyilənə görə, şeytan tükü var.

Comments are closed, but trackbacks and pingbacks are open.