Li Həsənov vəzifəsindən azad edilib
Sabiq ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Prezidentinin köməkçisi − PA-nın Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Avropa Amerika deyil
Avropa İttifaqını yaradanlar nə vaxtsa bu qurumun Amerika Birləşmiş Ştatlarına taraz qüvvə olacağını nəzərdə tutmuşdular. Amma qurumun təsisatından hər ötən gün bu arzunun nə dərəcədə optimist olduğunu aydın edir. “Avro–federalistlər ittifaqların mühümlüyünü və müvəffəqiyyətini vurğulamaq məqsədi ilə son günlər Amerikanın “Konfederasiya maddələrinə”ə istinad etməyə başlayıblar. Amma bu müqayisə cəfəngdir,” deyə Charles Cooke öz yazısında qeyd edir.
Müəllifin sözlərinə görə əsrlərlə fərqli mədəniyyət, dil və başqa atributlara malik olmuş Avropa dövlətlərini Britaniya İmperiyasına qarşı müstəqillik mübarizəsindən sonra bir araya gəlmiş 13 koloniya ilə müqayisə etmək tarixi məlumatsızlıqdan qaynaqlanır. “Amerika koloniyaları avroplalıların hətta yuxuda görmədikləri təbii birliyə malik olublar,” deyə Cooke yazır. Istər dil, din, siyasi ənənə və irs baxımdan eyni köklərə malik Amerika koloniyaları lap əvvəldən ümumi siyasi baxışları və hədəfləri paylaşırdılar. Əlbəttə, Cənubla Şimal arasındakı iqtisadi və fəlsəfi fikir ayrılıqları vətəndaş müharibəsi ilə nəticələndi. Amma baş verən münaqişəni Avropa qitəsini əsrlərlə qana bələmiş saysız-hesabsız müharibələrlə müqayisə etmək yanlış olardı.
“Avropa, ABŞ-dan fərqli olaraq, coğrafiyanın qəzasıdır. Onun tarixi konflikt, parçalanma və qeyri-harmoniya ilə yoğrulub. Amerika koloniyalarından fərqli olaraq, Avropa millətləri dəfələrlə bir-birləri ilə müharibə ediblər. Ələlxüsus Fransa və Almaniya daim bir-birinin torpağını qəsb etməyə can atıblar. Onların boğuşmalarına məhz Amerikanın qlobal miqyasda artan gücü son qoyub,” deyə Cooke yazır. Hazırda Avropada bir-birindən radikal şəkildə fərqlənən iqtisadi modellər fəaliyyət göstərir. Qitədə 23 fərqli dil danışılır. Onların hüquq sistemləri və mədəni irsləri arasındakı fərqlər nəhəngdir. Elə bu fərqlər məşhur Britaniya lideri Vinston Çörçilli vadar etmişdi ki, Britaniyanın heç zaman Avropann tərkib hissəsi olmayacağı haqda bəyanat versin. Çörçill Britaniyanın “öz arzuları və hədəfləri” olduğunu israr edirdi. Bu sözləri hansısa ABŞ ştatı haqda demək mümkün deyil.
Nəhayət, Cooke hesab edir ki Avropa inteqrasiyası haqda ideya xalqların arzularından deyil, siyasi elitaların istəklərindən ilham alır. Seçimlə üzləşəndə, Avropa xalqları Brüsselə səlahiyyət verməkdən çəkinirlər. “Fərq bundan ibarətdir: Avropa federalizmi yuxarıdan tətbiq edilən qeyri-təbii siyasi düzəndir, amma ABŞ-da bu ideya ümumi prinsiplərdən qaynaqlanıb. 1787-ci ildə kolonistlər dövlət qurmaq amacında idilər. Avropalıların çoxu isə belə düşünmür. Onların artıq öz dövlətləri var.”
Kateqoriyalar Beynəlxalq Taglar
19-cu əsrin Nostradamusu – Alexis de Tocqueville
Demoqrafik Fəlakət: Çinin “Bir Uşaq” Siyasəti
Parvin Kouliev says:
Sadəcə Avropa İttifaqının üzvü olan Almaniyanı götürəndə dövlət quruluşu federasiya olsada, hər 16 ştatın polisidə immigrasiya işlərində qərar verə bilir. Amerikada cənubi ştatların istədiyi azadlıq Almaniyada qanunla icazə verilib. Əgər Almaniyanın hər torpağının bu gür muxtariyyəti varsa, Amerika ilə münasibətdə onların hansısa başqa dövlətlə nəinki Federasiya, heç Konfederasiya qurması qəbul olunmaz.
Şərh yaz Ləğv et
Əsgər Möhsümoğlu
Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. “Vaşinqtonun Nəbzi” azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.
Əli Həsənov vəzifəsindən azad edilib
59 yaşlı Əli Həsənov 2015-ci ilin fevralından bəri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin-şöbə müdiri vəzifəsini icra edirdi.
Bundan 10 il əvvəl isə o, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində idi. Cənab Həsənov 1996-2005-ci illərdə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri, bundan daha bir il əvvəl isə bu şöbədə müdir müavini vəzifələrində çalışıb.
Naxçıvanda doğulmuş Əli Həsənovun məmurluq dövrü 1994-cü ildən, onun Naxçıvandan Bakıya gəlməsindən sonra başlayıb. Mediada adı Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin “sadiq tərəfdarı” kimi keçən Əli Həsənov elə həmin ildən hakim partiyada ideologiya şöbəsinin müdiri kimi çalışıb.
Onun həmçinin Yeni Azərbaycan partiyasının yaranmasında yaxından iştirak etdiyi yazılır.
Bəzi hökumətyönlü saytlara görə, o, uzun illərdir ki, ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında, “dövlətlə KİV-lər, QHT-lər, vətəndaş cəmiyyəti arasında uğurlu münasibətlərin yaranmasında” xüsusi rolu olub.
Prezidentin yeni köməkçiləri kimlərdir?
Cümə günü Prezident Administrasiyasının yeni strukturu təyin olunub və Prezidentə yeni köməkçilər və PA-nın şöbə müdirləri təyin olunub.
Neft Fondunun sabiq icraçı direktoru, Şahmar Mövsümov prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib. Neft fondunun yeni icraçı direktoru, əvvəl bu idarədə icraçı direktorun müavini vəzifəsini tutan İsrafil Məmmədov olub.
Birinci vitse prezidentin köməkçisi Anar Ələkbərov vəzifəsindən azad edilərək Prezidentin köməkçisi təyin edilib. O, həmçinin Heydər Əliyev Mərkəzinin direktorudur.
Fuad Ələsgərov Prezidentin köməkçisi − PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Prezidentin digər köməkçisi – PA-nınİqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təyin olunub.
Zeynal Nağdəliyev isə Prezidentin köməkçisi − PA-nın Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.
Ədalət Vəliyev isə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Şahin Əliyev PA-nın Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.
Kərəm Həsənov Prezidentin köməkçisi − PA-nın Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.
Hikmət Hacıyev Prezidentin köməkçisi − PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Süleyman İsmayılov PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Fərəh Əliyeva PA-nın Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
Sabiq ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Prezidentinin köməkçisi − PA-nın Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Eldar Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bakıda milyonçunun tarixi binası yerlə yeksan edilib – Video
Kürdəxanı kəndi, Ləhiş bağları ərazisində qum səthi zaman-zaman oğurlanmış, tək-tək evlərin tikildiyi bir ərazidə damsız, divarları ovxalanmış, miskin bir tikili adamı uzaqdan səsləyir. Üzərində heç bir nişan, heç bir lövhə yoxdur. Yerli insanların “Köhnə məscid” adlandırdıqları bu hündür, kimsəsiz tikilinin yanında zamana meydan oxuyan üç-dörd qəbir daşı da var. Məhz həmin daşlardakı yazılar, adlar bizi bu abidə ilə bağlı maraqlı, həm də qüssəli bir tarixə aparır.
Hacı Sultənəli Haşım oğlu. Baxışları illərin nəmini canına çəkmiş daşın üzərindən dünyaya zillənən bu şəxs sən demə, milyonçu olub.
Vikipediyadan oxuyuruq:
1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına 1904–1910-cu illərdə Bakıda “Nizami” metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi tikilib.
1921-ci ildə nfarktdan dünyasını dəyişib. Hacı Sultanəli Ləhiş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.
Üç-dörd cümləlik bu ömürdə böyük bir tarix yatır… Xeyriyyəçiliklə yoğurulmuş zəngin tarix.
Kənd sakinləri deyir ki, Hacı Sultanəli bəlkə də, Hacı Zeynalabdin Tağıyevdən çox iş görüb. Məşhur Hacı Sultanəli məscidindən başqa, xeyli abidə, məktəb də inşa etdirib. Onlardan biri bu uçuq məscid, digəri isə Balaxanı kəndindəki məsciddir.
Ömrünün sonuna yaxın məhz bu məscidin yanında dəfn olunmağı vəsiyyət edib. Ondan sonra daha üç nəfər yaxın adamı burada son mənzilə yola salınıb. Kənd sakinlərinin sözlərinə görə, milyonçunun məzarı da bu məscid kimi uçub-dağılıbmış. Bir neçə il əvvəl yaxınlıqda yaşayan nəvəsi iki qəbiri səliqə-sahmana salıb.
19-cu əsrin axırlarında tikilmiş məscid 1930-cu illərdə – Sovet hakimiyyətinin dini abidələrə qarşı mübarizəsindən sonra fəaliyyətini dayandırıb.
Məscidi “ölümə” aparan isə içərisində qızıl basdırılmasıyla bağlı şayiə olub. Qarətçilər məscidə iki dəfə hücum edib. Deyilənə görə, onlar məscidə damdan giriblər. Minarə və damı zədələyiblər. Bundan sonra abidə dağılmağa başlayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.