AVSTRİYA ŞENGEN VİZASI HARADAN VƏ NECƏ ALINIR
Avropa ölkələri arasında qədim tarixi və mədəniyyəti ilə ön plana çıxan, arxaik və rəngarəng üslüba sahib paytaxt Vyana şəhəri ilə dünyada tanınan Avstriya hər il milyonlarla turistin diqqətini özünə çəkərək onlara ev sahibliyi edir. Siz də o milyonlarla turistin arasında özünüzə yer tapmaq istəyirsinizsə, arzunuza yol açacaq ən böyük vasitə – Avstriya Şengen vizası haqda detallı məlumatları bu məqalədən əldə edə bilərsiniz.
Avstriyaya Necə Getmək Olar
Avstriya Alp, xizək kurortları, imperatorluq Vyana, Dunay, şokolad və qəhvədir. Avstriyanın doqquz bölgəsinin hər biri ziyarətə və ayrıca bir hekayəyə dəyər. Bu ölkə haqqında sonsuzca danışa bilərsiniz, amma ən yaxşısı onu öz gözlərinizlə görməkdir. Bu ecazkar ölkəyə necə getmək olar? Avstriyaya necə getmək olar
Təlimat
Addım 1
Səyahət vaxtınızı səmərəli keçirməyinizə kömək edəcək bir səyahət marşrutu hazırlayın. Avstriyanın görməli yerləri haqqında saatlarla danışa bilərsiniz. Kayak mərkəzlərində il boyu idmanla məşğul ola bilərsiniz, sağlamlıq mərkəzlərində isə il boyu müalicə ala bilərsiniz. Avstriya palçıq, termal və mineral bulaqları ilə məşhurdur. Avropanın ən böyük muzey kompleksi – Museumsquart ilə sizi heyran edəcək Vyananı ziyarət etdiyinizə əmin olun.
Addım 2
İlin ən yaxşı vaxtını düşünün. Avstriya bütün il boyu turistlər üçün açıqdır. Yaylar isti, qışlar mülayimdir.
Addım 3
Nəqliyyat seçin. Avstriyaya təyyarə ilə Vyana Beynəlxalq Hava Limanına gedə bilərsiniz. Aeroflot və Austrian Airlines, Moskvadan və Rusiyanın bəzi digər böyük şəhərlərindən Avstriyaya gündəlik uçuşlar həyata keçirir. Avstriyaya Polşa və Çex Respublikasından tranzit yolla qatar, avtomobil və avtobusla getmək olar.
Addım 4
Bir otel seçin. Avstriyada hər zövqə uyğun yaşayış yeri tapa bilərsiniz: bir gənc yataqxanası gündə 10 avro, pansionatda 40 avro, yaxşı bir oteldə gündə 80 avro, prestijli bir oteldə gündə 130 və daha çox avro olacaq. Mövsümdən asılı olaraq otaq qiymətləri dəyişir. Xüsusi təqaüdlər, bağ evləri və bir çox rəsmi düşərgə yeri var.
Addım 5
İndi vizanıza baxın. Bunu əldə etmək üçün Avstriya səfirliyinin konsulluq şöbəsinə sənədlər təqdim edin: etibarlı pasport və onun fotokopisi, doldurulmuş müraciət forması, iki, 3, 5×4, 5 sm ölçülü fotoşəkillər, otel rezervasyonu, biletlərin surəti, yerdən sertifikat. vəzifə, iş stajı, əmək haqqı, bank çıxarışı, ən azı 30.000 avro əhatə edən tibbi sığortanın surəti, Avstriya tərəfinin dəvəti (xüsusi ziyarət halında) göstərilən blankda iş. Konsulluq haqqı 35 avro. Formallıqların arxasında, səyahətə hazırlaşa bilərsiniz
AVSTRİYA ŞENGEN VİZASI HARADAN VƏ NECƏ ALINIR?
Avropa ölkələri arasında qədim tarixi və mədəniyyəti ilə ön plana çıxan, arxaik və rəngarəng üslüba sahib paytaxt Vyana şəhəri ilə dünyada tanınan Avstriya hər il milyonlarla turistin diqqətini özünə çəkərək onlara ev sahibliyi edir. Siz də o milyonlarla turistin arasında özünüzə yer tapmaq istəyirsinizsə, arzunuza yol açacaq ən böyük vasitə – Avstriya Şengen vizası haqda detallı məlumatları bu məqalədən əldə edə bilərsiniz.
Avstriya Viza Növləri
Şengen ölkələri siyahısında yer alan Avstriyaya səyahətinizi Avstriya Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Avstriyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Avstriyada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Avstriya milli vizasına da müraciət edə bilərlər.
Avstriya Şengen Vizası
Digər Şengen ölkələrinə oxşar olaraq Avstriya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Avstriya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Avstriyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Avstriya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.
Əgər siz Avstriya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Avstriyada qalacağınızı göstərməlisiniz. Bir çox turist Avstriya səyahətlərini planlayarkən öz tur planlarına Macarıstan, Çexiya, Almaniya və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Avstriya göstərməyiniz viza üçün məhz Avstriya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.
Avstriya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
Avstriya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
- Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
- Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
- Şəxsiyyət vəsiqənizin surəti
- İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
- Elektron hökumət portalından işlə bağlı arayış*
- Adınıza olan bank hesabından arayış* Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
- Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
- Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
- Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
- 2 ədəd 3.5×4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
- Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
- Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
- Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
- İngilis dilində doldurulmuş ərizə forması
- Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
- Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.
Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Avstriya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.
Viza Proseduru
Avstriya Şengen vizasını almaq üçün Avstriyanın Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün görümütləq şəkildə öncədən səfirlikdə görüş təyin edilməlidir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl, ən gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Bu, hər yaşda olan uşaqlar və səyahət qruplarına da aiddir.
Şengen viza proseduru müraciət tarixindən etibarən 10-15 iş günü çəkə bilər.
Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 10-15 iş günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.
Viza rüsumu 35 avro olmaqla milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.
Avstriya Şengen Vizası Alma Ehtimalı
Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstriyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Avstriya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə ilk Şengen vizasını Avstriya səfirliyindən almış şəxslər təcrübəmizdə kifayət qədər mövcuddur. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Avstriya səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.
Avstriyaya Viza Dəstəyi
Biz Vizam.az şirkəti olaraq sizə Avstriya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstriya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.
Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Vyanada bir gün keçirmək səyahətinizi unudulmaz etməyə yetərlidir! Xoş səyahətlər!
- BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI
- AVSTRALİYA VİZASI NECƏ ALINIR?
- POLŞA ŞENGEN VİZASI
Avstraliya
Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln 2 km-dir.
Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.
O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
Adaları — Tasman, Kenquru, Kinq, Melvil v s.
Cərəyanları: — şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq).
Kəşfi: 1606-c ildə Yanson, 1642-ci ildə A. Tasman və 1771-ci ildə C. Kuk Avstraliyanın müxtəlif hissələrini kəşf ediblər.
Avstraliyanın relyefi
Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.
Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır.
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.
Avstraliyanın iqlimi
dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir.
Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim quraqları var:
- Subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.
- ropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var;
a) rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir.
b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir. - Subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.
- Mülayim iqlim – Tasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.
Çaylar
Avstraliya ən quraq materik olduğundan çay şəbəkəsi seyrəkdir. Materikin 60%-ı axarsız hövzəyə aiddir. Materikin mərkəzindəki səhra və yarımsəhralar üçün müvəqqəti quruyan caylar səciyyəvidir ki, onlara “kriklər” deyilir. Belə çaylarda su yalnız nadir halda yağan yağışlardan sonra qısa müddət olur. Ilboyu bolsulu çaylar Avstraliyanın yalnız çox yağıntı düşən şərq hissəsindədir. Avstraliya çayları yalnız yağış və yeraltı sularla qidalanır, çünki burada qar yağmır və buzlaqlar yoxdur. Avstraliyanın ən iri çay sistemi Murrey və onun qolu Darlinq sayılır. Murreyin uzunluğu 2570 km, Darlinqin uzunluğu isə 2740 km-dir. Darlinq quraqlıq vaxt quruyur. Murrey isə səviyyəsini kəskin azaltsa da qurumur.
Gölləri. Avstraliyanın gölləri əsasən axarsız və şorsuludur. Bu göllər əsasən yağış suları ilə qidalanır. Materikin ən iri gölü Eyr gölüdür. Bu göl dəniz səviyyəsindən -16 m aşağıda yerləşib. Gölün səviyyəsi çox dəyişkəndir. Yağış yağdıqda gölün sahəsi bir neçə dəfə artır. (Afrikadakı Çad gölü kimi). Bu gölün ətrafı materikin ən quraq və bəhrəsiz yeridir. Avstraliya yeraltı sularla zəngindir. Burada 7 minə qədər artezian quyusu var.
Avstraliyanın təbii zonaları
Avstraliyada aşağıdakı təbii zonalar var: 1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr. 2. Tropiklərin səhra və yarımsəhraları. 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.
Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.
Səhralar — Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.
Əhali –19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.
Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.
Okeaniya — Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
1. Meloneziya (qara adalar deməkdir).
2. Mikroneziya (kiçik adalar deməkdir).
3. Polineziya (çoxlu adalar deməkdir).
4. Yeni Zelandiya — Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.
- Teqlər:
- Avstraliya
- , Okeaniya
- , Avstraliyanın coğrafiyası
Comments are closed, but trackbacks and pingbacks are open.