Press "Enter" to skip to content

İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnaməyə dəyişiklik edilib

4 Fevral , 2022 13:09

İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnaməyə dəyişiklik edilib

“Report”un xəbərinə görə, dəyişikliklə Əsasnaməyə yeni 11.16-cı bənd əlavə edilib.

Bununla da “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunan informasiya resurslarının formalaşdırılmasını təmin edən dövlət orqanları arasında mübadilə edilən məlumatların siyahısı artırılıb.

Belə ki, həmin siyahıya Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhədkeçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar da daxil edilib.

İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnaməyə dəyişiklik edilib

İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnaməyə dəyişiklik edilib Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

4 Fevral , 2022 13:09

https://static.report.az/photo/387076f4-e0aa-3f8c-ad0b-8bb0bda6f61d.jpg

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. “Report”un xəbərinə görə, dəyişikliklə Əsasnaməyə yeni 11.16-cı bənd əlavə edilib. Bununla da “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunan informasiya resurslarının formalaşdırılmasını təmin edən dövlət orqanları arasında mübadilə edilən məlumatların siyahısı artırılıb. Belə ki, həmin siyahıya Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhədkeçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar da daxil edilib.

Avtomatlaşdırılmış axtarış sistemlr

İrəvanla Xankəndi erməniləri arasında fikir ayrılığı dərinləşir – Sülhməramlılar isə.

Hərbçimiz güllə yarasından ölüb

Ərdoğan seçki kampaniyasının detallarını açıqladı, deputatlığa namizəd olacaq şəxslərə çağırış etdi

“Kamal Kılıcdaroğluna sui-qəsd təhdidləri alırıq” – CHP sensasiyalı iddia irəli sürdü (VİDEO)

Kılıçdaroğlundan seçki elanına reaksiya: “Türkiyənin dəyişikliyə ehtiyacı var. “

CHP-nin keçmiş sədrləri Kılıçdaroğluna Müharrem İnce ilə bağlı hansı təklifi verib? – Açıqlama

Prezident daha bir fərman verdi – Dəyişiklik

“Azərsu” ASC: “İçməli suyun qiyməti qalxacaq”

Bunları tanıyın: qadın sərnişinlərlə əxlaqsız təkliflər edən taksi sürücüləri qandallandı – VİDEO/FOTO

Akşener “Anıtkabir”də Atatürkə söz verdi: “Tarix yazacağıq” – FOTO

Eldar Əzizov Həsrət Əmrahovu niyə vəzifədən çıxardı? – Yeni direktor kimdir?

Sahil Babayev onlara yüksək vəzifə verdi

Prezident avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə bağlı yeni qanunu təsdiqlədi – Nələr dəyişdi?

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması ilə bağlı yüklülük sahibi, borclu və yüklülük verən, “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanılmış icbari sığorta müqavilələri üzrə sığortalılar, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı mülkiyyətçilər, elektron imzalar üzrə sertifikat xidmətlərindən istifadə edən şəxslər, məsafədən maliyyə xidmətlərinin əldə edilməsi üçün müraciət edən şəxslər, vergi, rüsum, gömrük yığımları, icarə haqqı və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması və fiziki şəxslər, hüquqi şəxslər və dövlət qurumları arasında hesablaşmaların aparılması məqsədilə özünün yaratdığı informasiya sistemlərində ödəniş aparan və ya qeydiyyata alınan şəxslər ölkə vətəndaşları olduqda ─ şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi üzrə məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə edə biləcək.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan Əsasnaməyə görə, AMB yalnız kommunal, rabitə və digər kütləvi xidmətlərə görə ödənişlərin qəbulu üzrə mərkəzləşdirilmiş informasiya sistemində qeydiyyata alınan şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatları sözügedən sistemdən əldə edə bilirdi.

Comments are closed, but trackbacks and pingbacks are open.