Avtomobil vergisini necə ləğv edə bilərəm
Nəqliyyat vasitələri 2021-ci ilin sonuna əmlak vergisindən azad edilmişdirsə, bəs 2022-ci ilin əvvəlinə də əmlak vergisi bəyannaməsində azad edilən kimi yazılacaqmı?
Avtomobil vergisini necə ləğv edə bilərəm?
Vergi Məcəlləsində avtonəqliyyat vasitələri üçün azadolmanı nəzərdə tutan 199.4.3-cü maddə ləğv edildikdən sonra – 1 yanvar 2022-ci ildən avtonəqliyyat vasitələri əmlak vergisinə cəlb edilir. 2022-ci ilin əmlak vergisi təqdim ediləndə müəssisələrin balansında olan nəqliyyat vasitələri üçün əmlak vergisi hesablanılıb ödənilməlidir. Bəs bu zaman hesablamalar necə aparılmalıdır? 2022-ci ilin əvvəlinə nəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergisi üçün nəzərə alınmalıdırmı?
FED.az xəbər verir ki, bu suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
Maraq doğuran halları konkretləşdirmək üçün misalı nəzərdən keçirək.
“AA” MMC-nin balansında ancaq əsas vəsaitlər kimi 2021-ci ilin əvvəlinə 10.000 manatlıq, həmin ilin sonuna isə 7.500 manat qalıq dəyəri olan nəqliyyat vasitələri vardır. Şirkət 2022-ci ildə heç bir əsas vəsait almayıb və nəqliyyat vasitələrinə illik norma ilə amortizasiya hesablayıb. Bu halda MMC-nin 2021-ci və 2022-ci il üçün əmlak vergisi nə qədər olacaq?
2021-ci ildə nəqliyyat vasitəsi əmlak vergisindən azad edildiyinə görə əmlak vergisi bəyannaməsində ilin əvvəlinə azad edilən əmlakın qalıq dəyəri kimi 10.000 manat; 2021-ci ilin sonuna isə bəyannamənin 1-ci əlavəsinin 513-cü sətrində, Vergi Məcəlləsinin 199.4.3.-cü maddəsinə əsaslanaraq, 7.500 manat yazılacaq. Nəticə etibarilə 2021-ci il üçün əmlak vergisi hesablanmayacaq.
Bu halda 01.01.2022-ci il tarixinə əsas vəsaitlərin qalıq dəyəri 7.500 manat olacaq. 2022-ci ildə norma ilə 1.875 manat amortizasiya hesablanıldığından 2022-ci ilin sonuna nəqliyyat vasitələrinin qalıq dəyəri (7.500 – 1.875) = 5.625 manat müəyyənləşdirilir.
7.500 x 25% = 1.875 manat;
7.500 – 1.875 = 5.625 manat.
Nəqliyyat vasitələri 2021-ci ilin sonuna əmlak vergisindən azad edilmişdirsə, bəs 2022-ci ilin əvvəlinə də əmlak vergisi bəyannaməsində azad edilən kimi yazılacaqmı?
Qeyd edildiyi kimi, nəqliyyat vasitələrinin əmlak vergisindən azad edilməsinin son tarixi 31.12.2021-ci ilə kimi olub. Artıq 01.01.2022-ci ildən əmlak vergisinə cəlb edildiyinə görə 2022-ci ilin əmlak vergisi bəyannaməsinin ilin əvvəlinə nəqliyyat vasitələri vergiyə cəlb edilən əmlak kimi yazılmalıdır. Eyni zamanda da ilin sonuna vergiyə cəlb edilən əmlak kimi qeyd edilməlidir.
Odur ki, cəmiyyətin 2022-ci ildə əmlak vergisi belə hesablanacaq:
7.500 + 5.625 = 13.125 manat;
13.125 : 2 = 6.562,5 manat;
6.562,5 x 1% = 65,63 manat.
Beləliklə, “AA” MMC-nin 2022-ci üçün əmlak vergisi 65,63 manat təşkil edəcək.
2022-ci il üçün əmlak vergisi bəyannaməsi təqdim ediləndən sonra vergi orqanlarından 2021-ci ilin sonuna 7.500 manat əmlakın azad edilən, 2022-ci ilin əvvəlinə isə cəlb edilən kimi yazılması haqqında uyğunsuzluq xəbərdarlığı daxil ola bilər. Bu halda sadə açıqlama təqdim etməklə uyğunsuzluq aradan qaldırılır. Yəni vergi ödəyiciləri Vergi Məcəlləsində olan dəyişiklik əsasında 2021-ci ildə nəqliyyat vasitələrinin əmlak vergisindən azad edilməsi barədə açıqlama təqdim edə bilərlər. Açıqlamada 2022-ci ilin əvvəlindən nəqliyyat vasitələri vergiyə cəlb edilən əmlak olduğundan, 01.01.2022-ci ildə əmlak vergisi bəyannaməsində onların vergiyə cəlb edilən əmlak kimi yazıldığı qeyd edilməlidir.
Avtomobil vergisini necə ləğv edə bilərəm?
Öz minik avtomobili ilə hər hansı xarici ölkədən Azərbaycana qonaq gələn, yaxud respublikamızın ərazisindən keçərək digər ölkələrə gedən şəxs Azərbaycan sərhədləri daxilində yollardan istifadə etdiyi üçün yol vergisi ödəməlidir.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, bu vergi yük avtomobillərinə də aiddir. Yol vergisi üzrə vergitutma obyektinə maye qaz, avtomobil benzini və dizel yanacağı da daxildir. Yəni Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəmizə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi tətbiq olunur.
Yol vergisinin hesablanması qaydası
Ölkə ərazisinə daxil olan xarici avtomobillər üzrə vergi dərəcələri avtonəqliyyat vasitəsinin növündən, oturacaqlarının sayından, yükgötürmə qabiliyyətindən, yüklə birlikdə ümumi çəkisindən, yola saldığı ağırlıqdan, Azərbaycanın sərhədləri daxilində keçdiyi məsafədən, təhlükəli yüklərin daşınmasından asılıdır. Ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunan xarici dövlətlərin minik avtomobilləri və avtobuslar üçün fərqli vergi dərəcələri tətbiq edilir.
Minik avtomobilləri üçün vergi dərəcələri mühərrikin həcmindən və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılıdır. Avtobuslar üçün vergi dərəcələri oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.
Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən çox ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün respublika ərazisini tərk edən zaman ölkədə artıq qaldığı müddətdən asılı olaraq, ödənilməli yol vergisinin yekun məbləği hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda, daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq Vergi Məcəlləsinin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilir.
Xaricdən ölkə ərazisinə daxil olan yük avtomobillərindən tutulan yol vergisinin məbləği fərqli qaydada hesablanır. Vergi dərəcələri yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.
Ağır çəkili xarici avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə isə verginin məbləği yük avtomobillərinin tonnajı və Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri ilə müəyyən olunur.
Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
37 tondan 41 tonadək olduqda – 0,15 dollar,
41 tondan 51 tonadək olduqda – 0,30 dollar,
51 tondan 61 tonadək olduqda – 0,45 dollar,
61 tondan 71 tonadək olduqda – 0,60 dollar,
71 tondan 81 tonadək olduqda – 0,75 dollar,
81 tondan çox olduqda – 1,8 dollar məbləğində vergi ödənilməlidir.
Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği bu şəkildə artırılır
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək topdan satılan və ölkəmizə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat yol vergisi hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilir.
Vergiödəyiciləri tədiyəçisi olduqları yol vergisi bəyannaməsini hər il iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidir.
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkəmizi tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Comments are closed, but trackbacks and pingbacks are open.