Press "Enter" to skip to content

Bərdədə 8 kilometrlik avtomobil yolu təmir olunur

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Azərbaycanda ilk ödənişli avtomobil yolunun tikintisi nə vaxt yekunlaşacaq?

Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, hazırda yolda son tamamlanma işləri gedir: “Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolu 5 hissə üzrə inşa olunur. İlk hissə-0-dan 30-cu kilometrə qədər olan hissə 2020-ci ildə tikilib yekunlaşdırılıb. İkinci hissə-30-55-ci kilometrlik hissəsində tikinti işləri yekunlaşır, son tamamlanma işləri görülür. Yaxın vaxtlarda həmin hissədə tikinti tam yekunlaşdırılacaq. 3-cü və 4-cü hissə üzrə torpaq və asfaltlanma işləri davam etdirilir. Həmin hissədə tikinti işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır. 5-ci hissə üzrə – Qəndob – Rusiya sərhəddinə qədər olan hissədə isə tikinti artıq yekunlaşır. Hazırda həmin hissədə də son tamamlanma işləri görülür. Həmçinin yolda paralel olaraq ödəniş terminallarının da quraşdırılması prosesi davam etdirilir”.

A. Nəcəfli bildirib ki, adıçəkilən yolda tikinti işləri ilin sonunda tam yekunlaşacaq.

Milli.Az

Bərdədə 8 kilometrlik avtomobil yolu təmir olunur

Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan və uzunluğu 8 km olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası və beton küvetlərin tikintisi işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərnə start verilib. Artıq yolun 5 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Avtomobil yolu nömrəmin etibarlı olub olmadığını necə bilə bilərəm?

I. Azәrbaycan Respublikasının әrazisindә olan bütün hüquqi vә fiziki şәxslәr bu maddәnin tәlәblәrinә riayәt etmәklә avtomobil yollarından istifadә edә bilәrlәr. Avtomobil yollarında yalnız dövlәt qeydiyyatından keçmiş, texniki cәhәtdәn saz vәziyyәtdә olan nәqliyyat vasitәlәrinin hәrәkәtinә yol verilir.

II. Nәqliyyat vasitәlәri yol hәrәkәti qaydalarına uyğun olaraq, ancaq yolun hәrәkәt hissәsindә hәrәkәt edә bilәrlәr. Nәqliyyat vasitәsinin yol çiyini ilә hәrәkәtinә yalnız dar yollarda başqa nәqliyyat vasitәsi ilә toqquşmamaq, habelә

qısamüddәtә dayanmaq üçün icazә verilir.

III. Nasaz nәqliyyat vasitәlәrinin, yüklәrin, materialların sahiblәri onları ümumi istifadәdә olan yolun tәhkim zolağı (yolların tikintisi vә ya çәkilmiş yol üçün ayrılan zolaq) hüdudlarından kәnara çıxarmadıqda, avtomobil yollarına xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәri özlәri bu nәqliyyat vasitәlәrini, yüklәri, materialları tәhkim zolağının hüdudlarından kәnara çıxarmaq hüququna malikdirlәr. Bu zaman avtomobil yollarına xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәri nәqliyyat vasitәlәrinin, yüklәrin vә materialların salamatlığı üçün mәsuliyyәt daşımırlar.

IV. Avtomobil yollarında vә tәhkim zolağında aşağıdakılar qadağandır:

1) örtüyü tәkmillәşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinlәri olan nәqliyyat vasitәlәrinin hәrәkәti (dolayı yollar olmadıqda, onların körpülәrdәn, bәndlәrdәn, bataqlıq yerlәrdәn keçәn yol sahәlәrindәn hәrәkәti, yol örtüklәrinin zәdәlәnmәmәsi şәrti ilә, yollara xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәrinin yazılı icazәsi ilә hәyata keçirilә bilәr);

2) yolların vә ya yol qurğularının kәnar predmetlәrlә zibillәnmәsi, yaxud tutulması, yolda kәnd tәsәrrüfatı mәhsullarının qurudulması, zibil vә qar yığınlarının yaradılması;

3) yolların hәrәkәt hissәsindә yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, bitumun axmasının mümkünlüyü ilә bağlı işlәrin görülmәsi, habelә yük vurulub-boşaldılması;

5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülәrin altından taxta-şalban axıdılması;

6) mal-qaranın otarılması, habelә onların yolun müәyyәn edilmәmiş vә uyğunlaşdırılmamış yerlәrindәn keçirilmәsi;

7) üzәn nәqliyyat vasitәlәrinin körpü dayaqlarına yan alması, körpülәrin altında qayıq stansiyalarının, digәr qurğuların yerlәşdirilmәsi;

8) torpaqların şumlanması, yaşıllığın qırılması;

9) kütlәvi istirahәt yerlәrinin tәşkil edilmәsi;

10) kanalizasiya, sәnaye vә çirkli suların axıtması;

11) yolu vә tәhkim zolağını zibillәyә bilәn materialların vә yüklәrin müvafiq qaydada qablaşdırılmadan aparılması;

12) müәyyәnlәşdirilmәmiş yerlәrdә yola girmә vә yoldan çıxma.

V. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırmadan avtomobil yollarında vә nәzarәt edilәn zonalarda aşağıdakılar qadağandır:

1) yolun hәrәkәt hissәsindә vә ya sәkilәrdә materialların yığılması vә predmetlәrin saxlanılması (sәkilәrdә materialların vә ya predmetlәrin saxlanılması nәticәsindә yaranmış mәhdudiyyәtlәrin piyadaların gediş-gәlişi üçün yolun hәrәkәt hissәsindәn istifadә etmәsinә sәbәb olmadığı hallar istisna olmaqla);

2) geoloji, axtarış, tikinti, meliorasiya işlәrinin aparılması, rabitә vә elektrik xәtlәrinin, digәr kommunikasiyaların çәkilmәsi;

3) daimi vә müvәqqәti giriş-çıxış yerlәrinin, başqa yollarla birlәşmәlәrin vә kәsişmәlәrin yaradılması;

4) yolların hәrәkәt hissәsindә sәdlәrin, şlaqbaumların qurulması vә nәqliyyat vasitәlәrinin hәrәkәtinin başqa üsullarla kәsilmәsi;

5) tәhkim zolağında hәrәkәt tәhlükәsizliyinә aid olmayan nişanların vә göstәricilәrin, reklam lövhәlәrinin vә transparantların qurulması;

6) dәmiryol keçidlәrinin, bәndlәrin, şlüzlәrin, nohurların, digәr meliorasiya vә hidrotexniki qurğuların tikintisi, yenidәn qurulması, tәmiri vә lәğvi, çayların vә kanalların yatağının dәrinlәşdirilmәsi;

7) bәrk örtüklü yollarda avtomobillәrin, traktorların, digәr özügedәn vә qoşqulu nәqliyyat vasitәlәrinin zavod sınaqlarının keçirilmәsi;

8) tәhkim zolağında nәqliyyat vasitәlәrinin durması vә yuyulması üçün meydançaların, servis obyektlәrinin, köşklәrin, pavilyonların, digәr qurğuların yerlәşdirilmәsi vә ticarәt aparılması;

9) yarışların, mәşqlәrin vә digәr idman tәdbirlәrinin keçirilmәsi (krosslar, avtomotoyarışlar, digәr kütlәvi tәdbirlәr).

VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çәkili vә ya tәhlükәli yüklәri daşıyan nәqliyyat vasitәlәrinin avtomobil yollarında hәrәkәti bu Qanunun 10-cu maddәsinin ikinci hissәsindә göstәrilәn hüquqi vә ya fiziki şәxslәr ilә razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çәkili vә ya tәhlükәli yüklәri daşıyan nәqliyyat vasitәlәrinin avtomobil yollarından istifadә qaydası Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çәkili vә ya tәhlükәli yüklәri daşıyan nәqliyyat vasitәlәrinin hәrәkәti zamanı avtomobil yoluna vә yol qurğularına zәrәr dәydikdә, onların sahiblәri bu zәrәri ödәmәyә borcludurlar.

VII. Bu maddәdә sadalanan qadağanlar vә mәhdudiyyәtlәr bu Qanunun 10-cu maddәsinin ikinci hissәsindә göstәrilmiş hüquqi vә ya fiziki şәxslәr tәrәfindәn avtomobil yollarının saxlanılması, abadlaşdırılması vә avtomobil yollarında tәhlükәsiz hәrәkәt şәraitinin yaradılması üçün görülәn işlәrә şamil edilmir.

VIII. Avtomobil yollarından istifadә olunması zamanı yol hәrәkәti tәhlükәsizliyinin bu maddәdә göstәrilmiş tәlәblәrini pozan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.

Comments are closed, but trackbacks and pingbacks are open.