Press "Enter" to skip to content

Xaricdən avtomobil alarkən nəyə diqqət etməliyik

ABŞ-da bu sferada ən məşhur axtarış sistemi “Carfax”dır. Bu sistem vasitəsilə dünyanın istənilən yerində olan müştərilər maraqlandıqları avtomobil barədə müəyyən olunmuş məbləği ödəməklə (3-15 ABŞ dolları) onun haqqında bütün məlumatları əldə edə bilirlər.

Avtomobilin nömrə nişanı itdikdə nə etməli?

Avtomobilimin nömrə nişanından biri düşüb itib. Harada düşdüyünü bilmirəm. Bu gün səhər avtomobili park edərkən gördüm ki, qarşıdakı nömrəsi yoxdur. İndi nə etməliyəm? Avtomobili bu cür idarə etsəm, cərimələnə bilərəm?

Bu barədə Publika.az-a paytaxt sakini müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a açıqlamasında avtomobilin dövlət nömrə nişanının itirilməsinə görə, cərimə tətbiq edilmədiyini bildirib.

Onun sözlərinə görə, nömrə nişanı itmiş avtomobilin sahibi əvvəlcə yol polisinə müraciət etməlidir. Bu zaman avtomobilin texniki qeydiyyat şəhadətnaməsi dəyişir. Dövlət qeydiyyat nişanına görə, yenidən rüsum, baxış haqqı ödəməli olur:

“Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq, onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və əgər o biri qeydiyyat nişanı qalıbsa, onunla birgə BDYPİ-ə müraciət edib, ərizə yazıb yeni qeydiyyat nişanı almaq lazımdır. Bu zaman yeni ayrı nömrə veriləcək. Qeydiyyat nişanının dövlət rüsumu 22 manatdır.

K.Əliyev bildirib ki, dövlət qeydiyyatı nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. İdarə edildiyi halda, həmin şəxsin əməlində inzibati xəta yaranır və inzibati məsuliyyətə cəlb olunur.

Gülxar

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Xaricdən avtomobil alarkən nəyə diqqət etməliyik?

Müasir dövrdə insanların gündəlik tələbat vasitələrdən biri də avtomobillərdir. Odur ki, avtomobil alqı-satqısı daim cəmiyyətin müxtəlif nümayəndələrinin diqqət mərkəzində olur. Ölkədə avtomobil satışları ilə məşğul olan rəsmi dilerlər, ikinci əl avtomobillərin satıldığı bazarlar, alqı-satqı saytları ilə yanaşı xaricdən sifarişlə avtomobil gətirən şirkətlər də fəaliyyət göstərir. Bir məlumatı nəzərə alaq ki, Avropa İttifaqı (Aİ) ölkələrində yanvar ayında yeni minik avtomobillərinin satış həcmi ötən ilin müvafiq dövrünə nisbətən 24,5 % azalaraq 726,5 min ədəd təşkil edib. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Aİ-nin 27 üzv ölkəsindən İspaniyada yeni avtomobillərin satışı 51,5 %, Almaniyada 31,1 %, İtaliyada isə 14 % azalıb. Ən kiçik azalma (5,8 %) Fransada qeydə alınıb. Bəs proseslərin belə cərəyan etməsi Azərbaycana xaricdən avtomobil gətirilməsinə necə təsir edib?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Report”a bildirib ki, ölkəmizə köhnə avtomobillərin gətirilməsində azalma yoxdur: “Hazırda ölkəmizdə dünyanın bütün aparıcı avtomobil markalarının rəsmi nümayəndəlikləri mövcuddur. Bir neçə il əvvəl hansısa avtomobillərin təmirində, ehtiyat hissələrinin tapılmasında problem çıxırdısa, hazırda bu problemlər demək olar ki, yoxdur.

“Bu il bizim ölkəmizə həm dilerlər, həm də fərdi şəxslər tərəfindən müxtəlif markalı avtomobillərin krossover modelləri gətiriləcək”

Eldəniz Cəfərov Nəqliyyat məsələləri üzrə ekspert

Zaman keçdikcə vətəndaşlar daha çox qənaətcil və rahat avtomobillərə üstünlük verirlər. O cümlədən böyük şəhərlərdəki tıxacları nəzərə alaraq kiçik mühərrikli avtomobillərə daha çox üz tutulur. Avtomobil istehsalçıları da insanların istəyini nəzərə alaraq yeni krossoverlər istehsal edirlər. Bu gün krossoverlərə böyük ehtiyac var. Bu avtomobilləri şəhər əhalisi daha çox alır. 2021-ci ildə də Yaponiyanın, ABŞ-ın, Avropanın avtomobil istehsalçıları krossoverlərə böyük diqqət yetirir. Bu il bizim ölkəmizə də həm dilerlər, həm də fərdi şəxslər tərəfindən müxtəlif markalı avtomobillərin krossover modelləri gətiriləcək. Bu gün Azərbaycana ikinci əl avtomobillərin gətirilməsində azalma yoxdur. Yük avtomobillərinin və əsasən turizm üçün nəzərdə tutulan modellərin gətirilməsində isə azalma var. Yeni model avtomobillərin ölkəyə idxalında da cüzi azalma nəzərə çarpır”. Ekspert qeyd edib ki, avtomobillərin daşınmasında problemlər yoxdur: “Hazırda ölkəyə avtomobil idxalındakı problem avtomobillərin gömrük rüsumunun yüksək olmasıdır. Ona görə də vətəndaşlar köhnə avtomobil alırlar. Bu gün vətəndaşlarımız ekoloji təmiz avtombillərə də maraq göstərir. Avtomobil daşımasında hər hansı problem yoxdur. Hazırda Yaponiyadan, ABŞ-dan, Avropa ölkələrindən, bir sözlə dünyanın müxtəlif yerlərindən Azərbaycana avtomobillər gətirilir. Əvvəllər isə əsasən ərəb ölkələrindən avtomobil gətirilirdi. Hər hansı şirkət vasitəsilə xaricdən avtomobil sifariş verən vətəndaş aldanmamaq üçün gərək ilk olaraq həmin şirkətlə müqavilə bağlasın”. Xaricdən avtomobillərin sifarişi və gətirilməsi ilə məşğul olan “Eurocar Azerbaijan” şirkətinin təsisçisi Seyfulla Azər xarici avtomobil ixracatçıları bəzən ikinci əl avtomobillərin yürüş göstəricilərində dəyişiklik edirlər:

“Koreya, Amerika, Almaniya, Fransa və digər ölkələrdən ikinci əl avtomobillər almaq istəyən şəxslərin bu işdə təcrübəli mütəxəssislərin dəstəyindən yararlanması daha məqsədəuyğundur. Təcrübə göstərir ki, bu kimi xarici ölkələrdə ixrac məqsədilə satışa çıxarılmış avtomobillərin əksəriyyətinin vəziyyəti o qədər də ürəkaçan olmur. Bunun əsas səbəbi həmin ölkənin avtomobil istehsalçısı olmasıdır. Məsələn, Cənubi Koreya “KİA” və “Hyundai” markalı avtomobillər istehsal edən nəhəng şirkətlərə ev sahibliyi edir. Cənubi Koreyada yaşayan insanlar üçün həmin markalarda “sıfır” yürüşlü yeni avtomobillərin qiymətləri, digər ölkələrdə yaşayan insanlar üçün olan qiymətlərlə müqayisədə böyük fərqlə ucuzdur. Cənubi Koreyada orta qazanc, ümumi yaşayış səviyyəsi, avtomobil istehsalçısı tərəfindən edilən xüsusi endirimlər, sərfəli təkliflər və başqa üstünlüklər ölkə vətəndaşlarına şərait yaradır ki, həm yeni, həm də buraxılış ili daha yeni, vəziyyəti daha yaxşı, orijinal yürüşü daha az olan avtomobilləri daha sərfəli şərtlərlə, daha sərfəli qiymətlərlə ala bilsinlər. Bu halda texniki nasaz və ya qəzalı avtomobillərin daxili bazarda tezliklə, rahat və sərfəli qiymətə satılması ehtimalı olduqca aşağı düşür. Odur ki, bu növ avtomobillərin satılmasının ən rahat, ən tez və ən sərfəli yolu ölkədən ixrac etməklə satılmasıdır. Bu vəziyyət qabaqcıl istehsalçı şirkətlərə “ev sahibliyi” edən digər ölkələrə də şamildir. Avtomobilin istismar vəziyyətinin əsas göstəricisi onun yürüşüdür. İstər Cənubi Koreyada, istər Avropa ölkələrində və ya Amerikada avtomobilin yürüşünə müdaxilə etmək qanunvericiliyə ziddir və bu səbəbdən də ölkə daxilində bu hallarla qarşılaşılmır. Lakin ixraca göndəriləcək avtomobillərin əksəriyyətinin böyük yürüşlərinə rahatlıqla müdaxilə olunur və təcrübəyə əsaslanaraq deyə bilərik ki, 200 000 km, 250 000 km orijinal yürüşə malik avtomobillərin yürüşləri 35 000 km, 50 000 km yürüşə endirilir. Almaniya, Cənubi Koreya kimi yağışlı, qarlı ölkələrdə qarajlarda deyil, çoldə qalan avtomobillərin alt hissələri korroziyaya meyillidirlər. Bəzən ixraca köklənmiş satıcılar bu tip avtomobillərin korroziyaya uğramış detallarını rəngləməkdən də çəkinmirlər. Təcrübədə bu kimi hallarla kifayət qədər üzləşirik. Bu və hələ sadalamadığım bir çox səbəblər də var ki, xarici ölkələrdən ikinci əl avtomobil almaq istəyən həmvətənlərimizin bu işdə mütəxəssislərə müraciət etmələrinə əsas yaradır. Xarici ölkələrdə avtomobillərini başqa ölkəyə ixrac etmək üçün satışa çıxarmış satıcılardan, şirkətlərdən, dillerlərdən avtomobilin mühərrikinə, sürətlər qutusuna, yürüşünə zəmanət tələb etmək , həmçinin avtomobilin qəzalı olub-olmamasını, avtomobilin hansı detallarının dəyişilib-dəyişilməməsini, rənglənib-rənglənməməsini öyrənmək lazımdır.

“Bəzən ixraca köklənmiş satıcılar avtomobillərin korroziyaya uğramış detallarını rəngləməkdən də çəkinmirlər”

Seyfulla Azər “Eurocar Azerbaijan” şirkətinin təsisçisi

Xarici ölkələrdən ikinci əl avtomobil alarkən mütəxəssislərə müraciət etməyin əsas səbəblərindən biri də avtomobil almaq istəyən kəsin özünün təcrübəsizliyi, biliksizliyi, özünün və ətrafının təsəvvürlərinə əsaslanaraq hərəkət etməsidir. Bu zaman ən birinci “tələ” alıcının “ucuz və keyfiyyətli” avtomobil alacağı haqqında illuziyasıdır. Xarici saytlarda gördüyü ucuz qiymətlərdən ilhamlanan alıcı qiyməti hesablamaq eşqinə düşür və həmin saytda gördüyü avtomobilin daxili bazardakından daha ucuz qiymətə başa gələcəyini əsas götürərək həvəslə avtomobili almaq proseslərinə başlayır. Amma avtomobil almaq işində idealist deyil, realist olmaq tələb olunur. Nəzərə almaq lazımdır ki, ucuz və keyfiyyətli avtomobil olmur.Təəssüf olsun ki, daxili bazarımızda olan avtomobillərin qiymətləri o qədər də əsaslı göstərici deyil, çünki böyük sayda ticarətçilər xaricdən ixraca satılan ən ucuz avtomobilləri alırlar ki, daxili bazarda maksimum gəlir əldə etsinlər. Belə maşınların qiymətlərindən də aşağı qiymətə maşın almaq istəyi, özünü aldatmaqdır. Bu səbəblərə əsaslanaraq, alıcıların yenə də bu işin mütəxəssisləri vasitəsilə xaricdən avtomobil almasını məsləhət görürəm”. S.Azər hansı növ avtomobillərə tələbatın olduğundan və qiymətlərdən də danışıb: “Əgər avtomobillərə olan maraq və tələbat haqqında danışsaq, bunun avtomobillərin aid olduqları əsasən “ekonom”, “premium” və “biznes” “class”lara görə dəyişdiyini müşahidə edə bilərik. Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda həmişə “premium” və “biznes class” avtomobillərə tələbat daha çox olub. Son aylarda isə “ekonom class” avtomobillərə olan tələbat artıb. 2015-ci ildən bu günə qədər Amerikadan kütləvi şəkildə “Toyota Prius”, “Honda İnsight” kimi hibrid avtomobillərin alınması tendensiyası artmaqdadır. Amerikadan “Chevrolet Cruze” və “Chevrolet Malibu” avtomobillərinin 2018-2019-cu illərdə ölkəmizdə böyük sayda alıcısı var idisə, 2020-ci ilin ikinci yarısından bu günə bu tələbat zəifləməkdədir. Almaniya və Koreya avtomobillərinin “ekonom”, “premium” və “biznes class” modelləri isə getdikcə ölkəmizdə maraq dairəsini böyütməkdədir. Almaniyadan buraxılış ili 2006-2015-ci illərin “Mercedes-Benz E-Class” modelləri “premium” və “biznes” class avtomobilləri kimi, “Opel” markasının “Astra”, “Corsa”, “Vectra” modelləri isə “ekonom” class avtomobilləri kimi ölkəmizə daha çox gətirilməkdədir.

2019-cu ildə Koreyadan bir ay ərzində Azərbaycana 120-150 avtomobil gətirilirdisə, pandemiya dövründə bu rəqəmlər nisbətən azalıb, 90-120 avtomobil təşkil edib. Koreya avtomobillərinə tələbatın artması daha çox nəzərə çarpır. Buraxılış illəri 2008-2017-ci illəri əhatə edən “KİA Pride”, “KİA Cerato K3”, “KİA Morning”, “Hyundai Accent”, “Hyundai İ30” tipli avtomobillər “ekonom” class növünə aid avtomobillər kimi, “KİA K5”, “KİA K7”, “KİA Sorento”, “KİA Sportage”, “Hyundai Avante”, “Hyundai Elantra”, “Hyundai Sonata”, “Hyundai Santa Fe”, “Hyundai Tucson” kimi avtomobillər isə “premium” və “biznes” class növünə aid avtomobillər kimi ölkəmizə gətirilməkdədir.

2015-cı ildən başlayaraq ölkəmizdə köhnə avtomobil qiymətlərinin süni şəkildə bahalaşması hələ də öz tempini saxlamaqdadır. Pandemiyanın ilkin mərhələsində Almaniyada və Koreyada ixraca yönəlmiş avtomobillərin qiymətlərində nisbətən ucuzlaşma müşahidə olunurdusa, 2020-ci ilin noyabr ayından bu günə qiymətlərdə nisbətən bahalaşma nəzərə çarpır. Sözsüz ki, bu hal Azərbaycanda da öz təsirini hiss etdirir”.

Avtomobillərə texniki baxış prosesi ləğv edilir? – Ekspert DETALLARI AÇIQLADI

Rusiyada avtomobillərin məcburi texniki baxışdan keçirilməsi ləğv olunub.

Azərbaycanda da bu qayda ləğv edilə bilərmi?

Əslində, bu məsələ cəmiyyət arasında ən çox müzakirə olunan mövzudur. Sürücülərin fikrincə, belə qaydanın hər il yerinə yetirilməsi absurddur. Onlar düşünür ki, bu avtomobil üçün heç bir əhəmiyyət kəsb etmir və ancaq əlavə pul yığmaq üçün bir yoldur.

MÖVZU İLƏ BAĞLI:

Bayram günləri texniki baxış olacaqmı? – DYP-dən AÇIQLAMA
Xatırladaq ki, yeni istehdal olunan avtomobil, istehsal tarixinin 4 ilinin tamamında 5-ci ilində texniki baxışdan keçir. Məsələn: 2017-ci il istehsalı olan avtomobil 2022-ci ildə texniki baxışdan keçməlidir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçməlidirlər.

Məsələn: 2016-cI ilin avtomobili 2020-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxış müddəti 2022-cİ il olacaqdır. İstehsal ilindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçməlidirlər.

Texniki baxışdan keçmək üçün tələb olunan şərtlər

Texniki baxışdan keçmək üçün nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:

1. Dəm qazı (Avro 2)

2. Şinlərin protektoru (1.6 mm)

3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər

4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)

5 İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı “işıqlarınız nasazdır” desələr həmin kağız lazım olacaq)

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızması olmasın.

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantası olmalıdır. Tibb çantasının tərkibi isə mütləq şəkildə müvafiq siyahıya uyğun olmalıdır.
Bundan başqa qanuna əsasən texniki baxış üçün dövlət rüsumu sadəcə 25 manatdır. Bu məbləği bank, kassa, pos-terminal və onlayn ödəmək mümkündür.

Belə bir prosedura ehtiyac varmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov düşünür ki, avtomobillər mütləq şəkildə qaydalara uyğun olaraq, texniki icbari baxışdan keçirilməlidir.

Onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti köhnə maşınlar olur.

“Ölkədə istismar müddəti bitmiş xeyli sayda avtomobil var, ona görə də bu qanunun ləğv olunmasının tam əleyhinəyəm. Bu səbəblərə görə icbari texniki baxış mütləq şəkildə həyata keçirilməlidir. Həm də Dövlət Yol Polisinin həyata keçirdiyi bu texniki baxış avtomobilin mexaniki hərəkət hissəsinin yoxlanışıdır. Bunu səthi adlandırmaq doğru deyil, çünki bu reqlamentə uyğun olaraq həyata keçirilir. Əgər sabah avtomobilin texniki baxışı həyata keçirilməsə hər kəs istədiyi kimi onun motorunu və digər hissələrini dəyişər. Bu isə bizim təhlükəsizliyimiz baxımında özümüz üçün təhlükəli ola bilər”.

Ekspert bildirib ki, yoxlanışlar tərtib olunmuş qaydalara uyğun həyata keçirilir. Hansı sürücü bundan razı deyilsə, könüllü şəkildə avtomobilinin markasına uyğun olaraq, rəsmi servisə müraciət edib müəyyən məbləğ ödəməklə bunu edə bilər.
Eldəniz Cəfərov sürücülərin onlardan əlavə pul tələb edilməsi haqqında iddialarına da fikir bildirib.

“Hər bir insan belə neqativ hallarla bağlı dərhal şikayət etməlidirlər. Orada olan rəhbər işçilərə yaxınlaşıb bu barədə məlumat verməlidirlər. Rüsumlar haqqında isə deyə bilərəm ki, Azərbaycanda bu digər ölkələrdən qat-qat aşağıdır. Məsələn Yaponiyada avtomobilin istehsal tarixindən 5 il keçdikdən sonra rüsumu o qədər baha olur ki, avtomobil sahibi yeni maşın almağa üstünlük verir”.

Azərbaycanda avtomobillərin vahid informasiya bankı niyə yaradılmır?

Avtomobil sahəsində olan ikinci problem maşınların tarixçəsi və onun xarakteriskası haqqında vahid bir sistemin olmamasıdır. Bu isə avtomobillərin alqı-satqısı zamanı satıcıların müştəriləri aldatmasına gətirib çıxarır.

ABŞ-da bu sferada ən məşhur axtarış sistemi “Carfax”dır. Bu sistem vasitəsilə dünyanın istənilən yerində olan müştərilər maraqlandıqları avtomobil barədə müəyyən olunmuş məbləği ödəməklə (3-15 ABŞ dolları) onun haqqında bütün məlumatları əldə edə bilirlər.

Ekspertlər düşünürlər ki, Azərbaycan belə bir mərkəzi sistem tətbiq olunarsa, bununla avtomobil sahəsində bir-neçə problem öz həllini tapa bilər.

Belə olduğu təqdirdə, həm müştərilər, həm də dövlət müəyyən qazanc əldə edə bilərlər. Bu zaman avtomobil almaq istəyənlər aldanmaz, həm də dövlət büdcəsinə külli-miqdarda vəsait cəlb oluna bilər. Çünki bir avtomobilin tarixçəsini əldə etmək istəyən müştəri təyin olunan məbləği ödəməklə məlumatları əldə edə biləcək.

2021-ci ilin statistikasına görə, ölkəyə 80 min avtomobil gətirilib. Bu hesablamalara görə, vahid mərkəzi sustemin tətbiqi ölkə büdcəsnə milyonlarla vəsait qazandıra bilər.

Plan hazırdır, vaxt bəlli deyil.

Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bu məsələyə də toxunub. O, bildirib ki, bu vahid sisteminin yaradılması dövlət proqramında da öz əksini tapıb.

“Azərbaycanda bütün avtomobillərin texniki baxışı tam diaqnostikadan keçirilib onun vəziyyəti haqqında məlumatlar vahid portala yerləşdirilməlidir.
Bu zaman bir vətəndaş alqı-satqı etdiyi zaman digərinə avtomobilin vəziyyəti haqqın şifahi şəkildə deyil, sənədləşdirlmiş formada sözlərini sübut edə bilər. Bu Azərbaycan Respublikası “Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən” dövlət proqramında öz əksini tapıb. Həmin o proqramda qeyd edilib ki, ölkədəki avtomobillərin texniki baxışı dəqiq cek-up müayinədən keçirilməli və onun bütün informasiyası ümumi sitemə yerləşdirilməlidir. Bununlada avtomobilin bütün vəziyyəti o sistemdə əks olunacaq. Ümid edirik ki, 2022-ci ildə bu məsələ barədə işlər yekunlaşacaq və yol xəritəsi hazırlanaraq işlərə start verilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.