Press "Enter" to skip to content

Axc daxili siyasəti

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2022-ci ilin yekunları, ötən il keçirilən qrant müsabiqəsinin, “Şuşa İli” çərçivəsində görülən işlər, Böyük Qayıdış prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində .

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Martın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan komitənin sədri Siyavuş Novruzov gündəliklə bağlı məlumat verib .

Bələdiyyə institutunun təkmilləşdirilməsi regional inkişafa xidmət edir

AzerTAg.az

25.02.2023 [12:40]

Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib. Müxtəlif sahələri əhatə edən kompleks islahatlar davam etdirilib, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafı .

Türkiyədə zəlzələdə həlak olanların xatirəsi Azərbaycan parlamentində yad edilib

AzerTAg.az

17.02.2023 [11:36]

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi Milli Məclisin iclasında bir dəqiqəlik sükutla yad edilib. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova həlak olanların ailələrinə və yaxınlarına .

“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

AzerTAg.az

27.01.2023 [17:01]

Yanvarın 27-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Ziyafət Əsgərov Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını kəskin surətdə pisləyib .

“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklər edilir

AzerTAg.az

27.01.2023 [12:42]

Milli Məclis Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərinə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişikliklər nəzərdə tutur .

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza almaları üçün portal istifadəyə verilib

AzerTAg.az

25.01.2023 [18:19]

Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən yanvarın 25-də istifadəyə verilib .

Böyük Qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiya yaradılacaq

AzerTAg.az

25.01.2023 [14:52]

Ermənistanın işğalından azad olunmuş torpaqlara Böyük Qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq .

Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq

AzerTAg.az

25.01.2023 [14:45]

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib .

Parlamentdə Qərbi azərbaycanlıların 100 illik deportasiyası ilə bağlı konfrans təşkil ediləcək

AzerTAg.az

25.01.2023 [14:37]

Parlamentdə “Qərbi azərbaycanlıların 100 illik deportasiyası – Vətən müharibəsindəki Qələbədən sonra Qərbi azərbaycanlıların hüquqları kontekstində” adlı konfransı keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin .

Azərbaycan Prezidenti ölkə mediasını dayanıqlı islahatlara hazırlayır

AzerTAg.az

23.01.2023 [13:03]

Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir .

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası layihəsinə dair dinləmələr keçirilib

AzerTAg.az

18.01.2023 [19:35]

Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib. Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər .

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək

AzerTAg.az

17.01.2023 [12:57]

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2022-ci ilin yekunları, ötən il keçirilən qrant müsabiqəsinin, “Şuşa İli” çərçivəsində görülən işlər, Böyük Qayıdış prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində .

“Siyasi partiyalar haqqında” yeni Qanun partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradacaq

AzerTAg.az

13.01.2023 [19:38]

Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşmənin, təkmilləşmənin qaçılmaz olduğunu bariz şəkildə ortaya qoyur. Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır .

Politoloq: Azərbaycan Prezidenti başqaları üçün qeyri-mümkün görünən hədəfləri reallığa çevirdi

AzerTAg.az

13.01.2023 [18:23]

Səmərəli, informasiya və mənayüklü, ən əsası isə dəqiq ünsiyyət səmərəli və uğurlu lider üçün vacib amil kimi çıxış edir. Şübhəsiz ki, məsuliyyət, əvvəlcədən düşünülmüş birləşmə, dəyər sistemi yaratmaq və idarə etmək .

Azərbaycanın 2023 hədəfləri: Türk əsrinə doğru

AzerTAg.az

13.01.2023 [10:36]

Tarix elə bir prosesdir ki, bəzən bir hadisə yüzillik bir gedişatı durdurur və yeni bir mərhələnin başlanğıcını qoyur. Bu baxımdan tam əminliklə demək olar ki, 2020-ci il sentyabrın 27-də başlayan, Zəfərlə başa çatan Vətən müharibəsi tək Azərbaycan üçün deyil .

Milli Məclisin plenar iclasında 23 məsələ müzakirə olunub

AzerTAg.az

27.12.2022 [19:43]

Dekabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb .

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

AzerTAg.az

17.12.2022 [15:46]

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyində olan məsələlərin müzakirəsindən əvvəl Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın .

Milli Məclisdə mətbuat konfransı keçirilib

AzerTAg.az

23.11.2022 [19:51]

Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli Məclisdə mətbuat konfransı keçirilib .

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi

AzerTAg.az

21.11.2022 [15:30]

Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri .

Axc daxili siyasəti

AXC-nin daxili siyaseti
Tarix: 10-12-2013 10:33
Müellif:

Azerbaycan hökumeti
ölkenin içtimai, siyasi,
iqtisadi ve medeni heyatının
müxtelif sahelerindeki
quruculuq işlerini
genişlendirmeye başladı.
F.X.Xoyski hökumeti
Müessiseler Meclisinin
çağrılması üçün hazırlıq
işleri aparırdı. Onun teklifı
ile Azerbaycan Milli Şurası
öz işini berpa etdi ve
Meclisin çağrılmasını öz
üzerine götürdü.
Azerbaycan Milli Şurasının
1918-ci il noyabrın 19-de
keçirilen ikinci iclasında (1-
ci iclas-16 noyabr)
Azerbaycanın ali
qanunverici orqanının
yaradılması haqqında qanun
qebul edildi. Bu qanuna
esasen tekpalatalı
parlament 120 neferden
ibaret olmalı idi. Milli
Şuranın 44 üzvünden elave
ölke ehalisinin ekseriyyetini
teşkil eden yerli müselman
ehalisinden (2,75 mln.
ümumi ehalinin 1,9 mln-u)
daha 36 nümayende
seçilmesi nezerde tutulurdu.
Ölke ehalisinin çoxmilletli
terkibi nezere alınaraq
ermenilere (sayları 500 min)
gelecek parlamentde 21 yer
ayrılırdı. Bakıdan olan rus
milli şurasına 10 yer
ayrılmışdı (ruslar 230 min
idiler). Milli azlıqlardan
almanlara, yehudilere,
gürcü ve polyaklara –
heresine 1 yer verilirdi. Bakı
hemkarlar teşkilatına 3,
Bakı neft senayeçileri şurası
ve Ticaret-senaye ittifaqına
– 2 nefer yer verilmişdi.
Nümayendeler birbaşa ve
qapalı seçile bilerdiler.
Qadınlara da islam aleminde
ilk defe olaraq seçib-
seçilmek hüququ verilirdi.
Bolşevikler parlamenti
baykot elan etdiler. Rus
Milli Şurasının bir qrup üzvü
onun terkibinden çıxıb,
Rus-Slavyan cemiyyeti
deyilen bir teşkilat
yaratdılar. İstiqlalı qebul
etmeseler de, öz
nümayendelerini parlamente
göndermek qerarına
geldiler. Bir sıra şeher ve
mahallarda seçkiler başa
çatdırılmamışdı. Naxçıvan
ve Borçalının geleceyi
meselesi qaranlıq
qaldığından oradan
nümayende gelmemişdi.
Odur ki, qanunda nezerde
tutulduğu 120 deputatın
ekseriyyetinin toplanması
ile parlamentin açılışı oldu.
Parlamentin ilk iclası 1918-
ci il dekabrın 7-de oldu.
İclası Milli Şuranın sedri
M.E.Resulzade açdı. İclasda
Tomsonun nümayendesi,
İranın baş konsulu, onun
maliyye müşaviri, Dağlılar
hökumetinin sedri
Q.Çermoyev, Gürcüstanın
nümayendesi Karsevadze,
Araz respublikasının
nümayendesi P.Eliyev
iştirak edirdi.
Ş.Rüstembeyovun teklifı ile
E.Topçubaşov parlamentin
sedri, müavini H.Ağayev,
katibi ise R.Vekilov seçildi.
Nazirler Şurasının sedri
F.X.Xoyski Müveqqeti
hökumetin istefası ile bütün
hakimiyyetin parlamente
tehvil verildiyini elan etdi.
Parlament terefınden istefa
qebul edildi. İttihad
partiyasının üzvü
Q.Qarabeylinin parlamentin
açılışı münasibeti ile siyasi
mehbuslara efv-ümumi
verilmesi teklifı qebul edildi.
Daha sonra mandat,
teserrüfat, reqlament
komissiyaları üzvlerinin
seçilmesi ile tesis iclası
bağlandı.
Sonrakı iclaslarda maliyye –
büdce, qanunvericilik
teklifleri, aqrar, fehle, herbi
işlerve s. komissiyalar
yaradıldı.
Parlamentde hökumetin
teşkili meselesi yene
F.X.Xoyskiye tapşırıldı.
Lakin o, sehhetinin pis
olması ile elaqedar bundan
imtina edirdi. Lakin
dekabrın 18-de parlament
Xoyskiden bele bir ağır
günlerde kabinenin teşkilini
öhdesine almağı israr etdi.
F.X.Xoyski 10 neferden
ibaret kabinenin terkibini ve
iş proqramını hazırlayıb
parlamentin müzakiresine
verdi. Kabinede yalnız
İttihad partiyası iştirak
etmekden boyun qaçırtdı.
Dekabrın 26-da F.X.Xoyski
kabinesi tesdiq edildi.
General Tomson hemin
kabineni dekabrın 28-de
tanıdığını ve Azerbaycanda
yegane qanuni hökumet
hesab etdiyini bildirdi.
Parlamentin ilk
tedbirlerinden biri Paris
sülh konfransına
nümayende heyetinin
seçilmesi idi. Nümayende
heyetine E.Topçubaşov,
M.H.Hacinski, E.Ağaoğlu,
E.Şeyxülislamzade,
müşavirler M.Meherremov,
M.Y.Mehdiyev, C.Hacıbeyli,
emekdaşlar E.Hüseynzade,
V.Marçevski daxil idi.
Çoxpartiyalı quruluşa malik
parlamentde fraksiyalar (11
fraksiya var idi) öz
beyannameleri ile çıxış
etdiler. Bu beyanatlarda
müeyyen meselelerde fıkir
ayrılıqları olsa da, ümumi
bir meqsed var idi: genc
Azerbaycan Cümhuriyyetinin
müsteqilliyi ve erazi
toxunulmazlığını, milli-
siyasi hüquqlarını qoruyub
saxlamaq, Azerbaycan
xalqının, hökumetinin diger
xalqlar ve dövletlerle,
xüsusile qonşu dövletlerle
elaqeleri möhkemlendirmek,
respublikada hüquqi-
demokratik dövlet
quruluşunu berqerar etmek,
islahatlar heyata keçirmek,
ölkeni müdafıe ede bilecek
güclü ordu yaratmaq.
Parlamentin 1919-cu il 3
yanvar tarixli iclasının qerarı
ile qanunverici ve icraedici
hakimiyyetin bölünmesi
prinsipine uyğun olaraq
parlament üzvünün dövlet
orqanlarında işlemesi
meqbul sayılmadı. Yalnız
nazirlerin eyni zamanda
parlament üzvü olmasına
icaze verilirdi. Dövlet
qulluğunda işleyen
parlament üzvü bir neçe
gün erzinde iki vezifeden
birini seçib, parlamentin
reyaset heyetine bildirmeli
idi.
Azerbaycan türkcesi
parlamentin istifade etdiyi
dövlet dili statusuna malik
idi.
Parlamentin 140-a qeder
ümumi iclası olmuşdur. 315
qanun layihesi teqdim
edilmiş, onlardan bir neçesi
redd edilmiş, qalanları
müzakireye verilmişdi.
Parlamentin tesdiq etdiyi
nizamnameler sırasında
Bakı Universiteti,
Azerbaycan Dövlet Bankı,
Azerbaycan Dövlet emanet
kassalarının nizamnamesi,
metbuat haqqında
nizamname var idi. Başqa
dövletlerle bağlanmış her
hansı bir sened ve müqavile
parlamentin
tesdiqinden sonra qüvveye
minirdi.
1919-cu il iyulun 21-de
Azerbaycan Respublikasının
Müessiseler Meclisine
seçkiler haqqında
Esasname qebul edildi.
Esasname 4 fesilden, 116
bendden ibaret idi.
Esasnameye göre
Müessiseler Meclisine
seçkilerde cinsinden,
dilinden, milliyyetinden asılı
olmayaraq 20 yaşına çatmış
bütün Respublika
vetendaşları iştirak ede
bilerdiler. Seçkiler aprelin
20-ne (1920-ci il) teyin
edildi. Lakin o zaman
Bakıda baş veren hadiseler
buna mane oldu.
Azerbaycan öz
müsteqilliyini elan etdikden
sonra ordunun yaranması
meselesini en mühüm
mesele kimi ireli sürmüşdü.
1918-ci ilin iyun ayında
Azerbaycanda herbi veziyyet
elan edildi. Müselman
korpusu «Elahidde
Azerbaycan korpusu»
adlandırıldı. Burada xidmet
etmek üçün zabit kadrları
hazırlamaq üçün qısa
müddetli kurslar açıldı,
mecburi herbi mükellefıyyet
haqqında ferman verildi.
Bütün bunların kifayet
etmeyeceyini nezere alaraq
Nazirler Şurasının sedri
Feteli xan Xoyski Türkiye
hökumetine bir diviziya
hecminde yardım
gösterilmesini xahiş etdi.
Bu da 1918-ci il 4 iyun
müqavilesinde öz eksini
tapmışdı.
Genceye beşinci Qafqaz
diviziyası gönderildi. Daha
sonra Karpat cebhesinden
götürülmüş 15-ci
Çanaxqala diviziyası da
Genceye geldi. Azerbaycan
korpusu ile birlikde bu herbi
hisseler Qafqaz İslam
Ordusu adı altında birleşdi.
Bunun da komandanı Nuru
paşa idi.
Lakin 30 oktyabr 1918-ci
ilde Yunanıstanın Mudros
şeherinde Böyük Britaniya
ile Türkiye arasında
bağlanan sazişe göre türk
qoşunları Cenubi Qafqazdan
geri çağrılırdılar. İngilis
qoşunları komandanı
general Tomson Nuru paşa
ve bütün türk zabitlerinden
Azerbaycanı terk etmesini
teleb etdi. Yalnız
Azerbaycan vetendaşlığını
qebul eden Nuru paşa ve
onun silahdaşları
Azerbaycanda qaldılar,
hökumete xidmet
edeceklerini bildirdiler.
Mudros sazişi Cenubi
Qafqazın qapılarını
ingilislerin üzüne açırdı.
Hemen sazişin 11-ci
bendine esasen Azerbaycan
ingilislerin nüfuz dairesi
elan edilir, 15-ci bendine
esasen ise Azerbaycanın
demir yolları ve neft
menbeleri ingilis
komandanlığının ixtiyarına
keçirdi.
Noyabrın 17-de ingilis
qoşunları Bakıya daxil
oldular. Tomson özünü
Bakının general qubernatoru
elan etdi. Şeher polisi,
liman, neft senayesi,
maliyye idareleri, metbuat
üzerinde nezaret qoyuldu.
Noyabrın 22-de Tomsonun
telebi ile Azerbaycan
korpusunun qerergahı
Genceye köçürüldü.
Dekabrın 25-de general S.
Mehmandarov herbi nazir,
bir neçe gün sonra ise
E.Şıxlinski müavin teyin
olundu.
1918-ci il noyabrın 15-de
teşkil edilen baş qerargahın
reisi ise Suleyman Sulkeviç
teyin edilir. Qerargah
şöbelerinin zabit kadrları ile
temin edilmesi problemini
hell etmek üçün
Azerbaycanda olan rus
zabitlerinden istifade etmek
qerara alındı. Türk esger ve
zabitleri ruslarla evez
edilirdi. Azerbaycan
hökumeti çox çetin bir
veziyyete düşmüşdü. Öz
kadrları yox idi. Nuru
paşanın vaxtı ile yaratdığı
herbi mektebin müdavimleri
de ordunun teşkiline celb
edilirdi.
1919-cu ilde 25 minden
ibaret ordu yaratmaq
vezifesi qarşıya
qoyulmuşdu. Ordunun
yaradılması ile bağlı 1919-
cu il üçün nezerde tutulmuş
dövlet büdcesinden 399,4
mln. manat ayrılırdı ki, bu
da büdcenin 24%-ne
beraber idi.
Milli Ordu yaratmaq işinin
süretlendirilmesini ölkenin
herbi-siyasi veziyyetinin
kesginleşmesi de teleb
edirdi. Bele ki, mayın 25-de
general Denikinin könüllü
ordusu terefınden Petrovsk
ve Derbend tutuldu. Bu da
Azerbaycanda böyük
heyecana sebeb oldu.
Bakıda Xüsusi Dövlet
Müdafıe Komitesi yaradıldı.
Onun terkibine N.Yusifbeyli,
X.Melikaslanov,
A.Sefıkürdski,
S.Mehmandarov,
M.Y.Ceferov daxil oldular.
İyunun 11-de bütün
Azerbaycanda herbi veziyyet
elan edildi. DMK-ne ümumi
seferberlik heyata keçirmek,
ölkede herbi, müharibe
veziyyeti elan etmek, diger
fövqelade tedbirler görmek
selahiyyeti verildi.
Azerbaycan hökumeti başa
düşürdü ki, Denikin
yürüşünün son meqsedi
Azerbaycanı ve keçmiş
Rusiya imperiyasının diger
hisselerini geri qaytarmaq
idi. Zaqafqaziyanın
tehlükesizliyini temin etmek
üçün Azerbaycan hökumeti
1919-cu il iyunun 16-da
Gürcüstan ile herbi
müqavile bağladı. Hemin
müqavileni Tiflisde
F.X.Xoyski ve
S.Mehmandarov imzaladılar.
Müqavilede her iki dövlet
öz üzerine bele bir öhdelik
götürürdü ki, bunlardan her
hansı birine hücum
edilerse, özlerinin bütün
herbi silahlı qüvveleri ile
buna qarşı çıxacaq, öz
dövletlerinin suveren
hüquqlarının ve
müsteqilliyinin qorunmasına
yönelmiş diplomatik
danışıqlar aparacaqlar.
Ölkede yaranmış gergin
veziyyet Azerbaycan
hökumetini ordu quruculuğu
işinde qeti addımlar atmağa
sövq edirdi.
1919-cu ilin ortalarında
Azerbaycan hökumeti
Fransa, Polşa, İngiltereden
silah almağa cehd etdi.
Lakin bu cehdler boşa
çıxdı. 1919-cu ilin
sentyabrında general
İ.Usubovun başçılığı ile
nümayende heyeti İtaliyaya
gönderildi. Oradan 25 min
dest yeni geyim, 25 min
dest köhne geyim alınması
tapşırılmışdı. İtaliya
hökumeti Azerbaycana
helelik avtomobil, aeroplan,
projektor, odeyal yataq
vasitesi sata bileceyini
bildirdi ve onların arasında
kontrakt bağlandı. Lakin
hemin mallar Azerbaycanın
sovetleşmesi erefesinde
getirildiyi üçün Azerbaycan
ordusu ondan istifade ede
bilmedi, Qırmızı Orduya
qismet oldu.
1919-cu ilin sonlarında
Azerbaycan ordusu iki
piyada ve bir süvari
diviziyalardan ibaret idi.
Birinci piyada diviziyanın
qerargahı Gencede
yerleşmişdi. Bu diviziyanın
reisi general mayor Cavad
Şıxlinski idi. İkinci piyada
diviziyasının qerergahı
Bakıda idi. Reisi general
mayor İ.Usubov idi.
Gencede yerleşen suvari
diviziyaya general-mayor
Teymur
Novruz oğlu başçılıq edirdi.
Selim Sultanovun rehberlik
etdiyi xüsusi süvari
diviziyonu,Yunis Şekerovun
atıcı batalyonu üçüncü
süvari diviziyasının
tabeliyinde idi. Gencede
birinci ve ikinci artilleriya
briqadaları yerleşmişdi.
Azerbaycan ordusunda bu
dövrde 3 zirehli qatar, 4
herbi teyyare, 6 zirehli
avtomobil, 2 herb gemisi
var idi.
Yaranmaqda olan yeni
hisseleri zabit kadrları ile
temin etmek üçün
Gencedeki herbi mekteb
Bakıya köçürülmüş, yeniden
qurulub genişlendirilmişdi.
Bundan başqa İstehkamçılar
mektebi, Şuşada herbi
feldşer mektebi, herbi
demiryol mektebi de tesis
edilmişdi. 1920-ci il üçün
ordunun şexsi heyetini 40
mine çatdırmaq
planlaşdırılmışdı. Orduya
könüllü ve mecburi 19-24
yaşlı gencler götürülürdü.
İngilis herbi hisselerinin
Zaqafqaziyanı terk eden
vaxt (1919, avqust) öz
silahlarının xeyli hissesini
Azerbaycan ordusuna
vermesi, Gürcüstanın
Azerbaycana müeyyen
qeder silah satması
ordunun texnikaya artan
telebatını ödemeye qadir
deyildi.
Herbi sursatlara olan
ehtiyacı ödemek üçün Herbi
Nazirlik herbi zavod
yaratmaq fıkrinde idi. Çünki
mövcud olan
emalatxanalarda dezgahlar,
fehle aletleri, temir üçün
lazımi materiallar çatışmırdı.
Ona göre de bu
emalatxanalar bezen kiçik
telebleri de ödeye bilmirdi.
Herbi nazirlik bu
emalatxanaları birleşdirib
herbi zavoda çevirmek
qerarına gelir. Zavodun
layihesi, ştatları, xercleri
1920-ci il fevralın 23-de
parlamentde tesdiq edildi.
Lakin bu zavodun
yaradılması üçün böyük
qüvve ve külli miqdarda
vesait lazım idi.
Çox mürekkeb şeraitde
fealiyyet göstermesine
baxmayaraq Azerbaycan
hökumeti ve parlamenti
xalqın milli dövletinin
yaranmasını ebedileşdirmek
üçün elm, tehsil, xalq
maarifı ve sehiyye
meselelerinin inkişafını da
diqqet merkezinde
saxlayırdı.
AXC-i yarandığı ilk günden
maarif işlerine xüsusi fıkir
vermişdir,1918-ci il 30 iyun
qerarına esasen Gencede
Xalq Maarif Nazirliyinin
defterxanası teşkil edildi.
N.Yusifbeyli maarif naziri
teyin edilmişdi. Nazirliyin ilk
tedbirlerinden biri 1918-ci il
22 sentyabr serencamına
göre mekteblerin
millileşdirilmesi oldu. 1918-
ci il 28 avqust qerarına
göre bütün mekteblerde
tedris Azerbaycan dilinde
keçirilmeli idi. Başqa
milletlerden olan uşaqlar
üçün rus dilinde mektebler
açılması nezerde
tutulmuşdu. Bu mekteblerde
Azerbaycan dilinin tedrisine
xüsusi ehemiyyet verilirdi.
Ana dili heftede 4 defe
tedris edilmeli idi.
Müellimlere olan ehtiyacı
ödemek üçün 1918-ci ilde
Gencede, Şeki, Zaqatalada
qısa müddetli pedağoci
kurslar teşkil edildi ve 150
nefer kurslara qebul edildi.
Bundan elave Nazirlik Qori
müellimler seminariyasının
Azerbaycan şöbesinin
müsteqil bir seminariya kimi
Qazaxa köçürülmesi
haqqında qerar qebul etdi.
Kadrlar hazırlamaq üçün
1918-ci ilde Göyçayda,
Ağdamda, Nuxanın
Qutqaşen kendinde ali
ibtidai mektebler açılması
haqqında qerarlar qebul
edildi. 1918-ci ilde
Zaqatalada 25 ibtidai
mekteb açmaq üçün
Nazirlik 100 min manat pul
ayırmışdı,1919-cu ilin
yayında Bakı, Gence, Şeki,
Şuşa, Qazax, Qusar, Salyan,
Zaqatalada qadın ve kişiler
üçün pedağoci kurslar
açıldı.
1918-ci il-ci ilde Türkiye ile
bağlanan 4 iyun
müqavilesine göre Nazirlik
Türkiyeden 50 müellim
devet etmişdi. 1919-cu il
oktyabrın evvellerinde
hemin müellimler
Azerbaycana gelib
müellimlik fealiyyetine
başlamışdılar. Azerbaycan
dilinde dersliklerin
yazılması ve neşri üçün de
xüsusi komissiya ayrılmışdı.
Türkiyeden de derslikler
alınırdı.
Azerbaycan hökumeti ali
tehsilin teşkili ve yüksek
ixtisaslı kadrların
hazırlanmasını en esas
vezife hesab edirdi. Bakı
Universitetinin,
Konservatoriyanın, Pedaqoji
İnstitutun, Gencede Kend
Teserrüfatı İnstitutunun
açılması planlaşdırılırdı.
Siyasi şeraitin elverişsizliyi
ve maliyye çetinlikleri
üzünden yalnız bir ali
mektebin – Bakı
Universitetinin yaradılması
üçün imkan elde edildi.
Azerbaycan Xalq Maarifı
nazirinin müavini Hemidbey
Şahtaxtinski görkemli rus
alimi, Cenubi Qafqaz
Universitetinin rektoru
Razumovskiye müraciet
ederek Bakı Universitetinin
teşkili üçün kömek
göstermesini xahiş etmişdi.
Razumovski deveti qebul
etmiş ve yaradılan
komissiyanın sedri
seçilmişdi. 1919-cu il
mayın 19-da komissiya
tesdiq edilir.
Mayın 31-de ise komissiya
Bakı Universitetinin
yaradılması haqqında qanun
layihesini, Universitet
nizamnamesini, Universitet
xerclerini Xalq Maarif
nazirliyine teqdim etmişdi.
Universitetin yaradılması
haqqında layihe 1919-cu
ilin iyul-avqust aylarında
qanunvericilik, maliyye-
büdce komissiyalarında,
parlamentin ümumi
iclaslarında müzakire edildi.
Universitet komissiyası
avadanlıq, teşkilati ve
quruculuq işlerine 3,5 mln.
rubl verilmesini xahiş etdi.
Maarif naziri Kaplanov
hemin mebleği 5 mln.rubl
artırmağı lazım bildi.
Universitetin açılması
meselesi mübahiseler
doğurdu. Mübahiseler
Universitetin rus dilinde
açılması meselesinde fıkir
müxtelifliyinin mövcud
olduğunu gösterdi. Ehrar,
İttihad, biteref müselman
qrupu Universitetin rus
dilinde açılması eleyhine
çıxdılar.
Universitetin yaradılması
işinde M.E.Resulzade,
H.Ağayev, E.Pepinov,
S.Ağamalı oğlu, C.Hacinski
feal iştirak edirdiler.
Tanınmış maarifçi
Memmedağa Şahtaxtinski
«Azerbaycanda Universitet»
meqalesinde qeyd edirdi ki,
Bakıda Universitetin
açılması zeruridir. Rus
dilinde açılacaq Universitet
tedricen millileşdirilecek ve
türkleşdirilecek. Universitet
Azerbaycan dövletine ve
türk medeniyyetine xidmet
edecekdir.
1919-cu il sentyabrın 1-de
parlament Bakı
Universitetinin yaradılması
haqqında qanunu qebul
etdi. Hemin iclasda
1919/20-ci tedris ili üçün
xarici ölkelerin ali
mekteblerine 100
abituriyent ve telebe
gönderilmesi haqqında
qetname qebul edildi. Bu
telebeler üçün Maarif
Nazirliyinin serencamına
dövlet xezinesi vesaitinden
7 mln. rubl. ayrılırdı:
Avropaya gönderilen her bir
adam üçün her ay 400
frank teqaüd, 1000 firank
da yol xerci, Rusiyaya
gönderilen her bir adam
üçün her ay 3 min rubl
teqaüd, 3 min de yol xerci.
Hökumet teqaüdünden
istifade eden telebeler
tehsil müddeti qurtardıqdan
sonra hökumetin müeyyen
etdiyi yerde 4 il xidmet
etmeli idi.
100 neferden 10-u
İngiltereye, 23-ü İtaliyaya,
45-i Fransaya, 9-u
Türkiyeye, 13-ü Rusiyaya
gönderilmeli idi.
Qanuna göre Universitetde
4 fakülte açılmalı idi:
Tarixfılologiya, tibb, fızika-
riyaziyyat, hüquq. Lakin bir
il müddetine iki fakülte
üçün (tarix-fılologiya, tibb)
ştat, smeta müeyyen edildi.
Bütün fakültelerde
azerbaycan dilinin keçilmesi
mecburi idi. Qebul zamanı
Azerbaycan vetendaşlarına
üstünlük verilirdi. Rektor 3
il müddetine seçilir ve
nazirlik terefınden tesdiq
edilirdi.
1919-cu ilin 15 noyabr
günü Universitetde birinci
ders günü elan edildi.
Bakı Dövlet Universitetinin
açılması Azerbaycan
hökumetinin medeniyyet
sahesindeki böyük qelebesi
idi.
1919-cu il oktyabrın 1-den
Qarabağın ermeni
mektebleri üzre xüsusi
müfettişlik yaradıldı ve
R.N.Şahnazarov müfettiş
teyin edildi. Nazirler Şurası
Qarabağda yaşayan
ermenilerin medeniyyet,
xalq maarifı sahesinde öz
müqedderatını teyin etmesi
üçün şerait yaratmış, bunu
hüquqi cehetden
esaslandıraraq 23
maddeden ibaret esasname
tesdiq etmişdi. Esasnamede
deyilirdi ki, Qarabağda olan
ermeni mektebleri Şuranın
rehberliyi altında
muxtariyyete malikdirler.

Azərbaycan tarixi/Şah İsmayılın daxili və xarici siyasəti

Mərkəzləşdirilmiş dövlət yaratmaq Səfəvilər dövləti banisinin daxili siyasətində başlıca ideyalardan biri idi. Ticarətin, sənətkarlığın dirçəldilməsi və normal iqtisadi həyatın bərpası zərurəti bunu qəti surətdə tələb edirdi.
I Şah İsmayılın ən mühüm tədbirlərindən biri dini islahatın həyata keçirilməsi idi. 1501-ci ilin payızında, Səfəvi hakimiyyətinin, ilk günündən islamın şiə təriqətinin imamilər məzhəbi (12 imam) dövlət dini elan olundu. Mənbələrdən məlum olur ki, İsmayılın əmri ilə şəhər məscidində oxunan xütbədə 12 imam xatırlanmış və ilk 3 xəlifə (Əbu-bəkr, Ömər və Osman) isə açıq şəkildə lənətlənmişdi. Anonim tarixçi qeyd edir ki, İsmayıl tacqoyma ərəfəsindəki gecədə əmirlərdən və şiə üləmalarından məsləhət istəmişdi. Onlar 200-300 min əhalinin üçdə iki hissəsinin sünni və yalnız bir hissəsinin şiə olduğu bir şəhərdə xalq həyəcanlarının mümkünlüyünü bildirdilər, onu bu tədbirdən çəkindirməyə cəhd etdilər. Lakin şiəliyi qəbul etdirmək qərarına gələn İsmayıl demişdi: “Əgər rəiyyət bir kəlmə etiraz etsə, mən Allahın köməyilə qılıncı ələ alıb, bir nəfəri də sağ qoymayacağam”. Ertəsi gün yerli xatib (xütbə oxuyan) Təbrizin Cümə məscidinə gəlmiş, İsmayılın əmri ilə minbərə çıxmış və xütbə oxumağa başlamışdı. İsmayıl isə təbrizlilərin başı üzərinə qaldırmış olduğu qılıncı ilə minbərin aşağısında durmuşdu. Onun yanında dayanmış silahdaşları baş verə biləcək müqaviməti yatırmağa hazır idi. Dövriyyəyə şiəlik simvolları olan pullar buraxıldı. Pul islahatı imami şiəliyin təbliği və onun dövlətdə hökmran mövqeyinin möhkəmləndiriləsi məqsədinə də xidmət edirdi. Lakin Azərbaycan və Şərqi Anadoludan kənarda şiəliyi tətbiq etmək çətin idi. Sünniliyin hökmran olduğu İran vilayətlərinə qızılbaşların irəliləməsi nəticəsində üləmalar, əyanlar və şəhərlilər arasında şiəliyə qarşı müqavimət artdı. Qızılbaşlar yeni dövlətə, yeni məzhəbə qarşı İsfahan, Şiraz, Kazərun və Yəzd şəhərlərindəki müxalifətlə hesablaşmağa məcbur oldular. Səfəvilər sünnilərə Şirvanşahların, Ağqoyunlu sülaləsinin müdafiəçiləri və yaxud xarici siyasi düşmənlərinin – Osmanlı imperiyasının, Şeybanilər dövlətinin tərəfdarları kimi yanaşırdılar. Məcburi şəkildə həyata keçirilmiş şiə islahatının çox böyük maddi əhəmiyyəti də var idi. Çünki şiəliyi qəbul etməkdən imtina etmiş feodal əyanları və sünni ruhanilərin əmlakını müsadirə üçün Səfəvilər “qanuni hüquq” almışdılar. Hakim təriqətə çevrilmiş şiəlik sonralar müxalifətçi cərəyan kimi öz rolunu itirməyə başladı. Şah yalnız dünyəvi hökmdar deyildi. O, həmçinin bütün müsəlman şiələrin dini başçısı və “dinin himayəçisi” hesab olunurdu. “Səfəviyyə” təriqətinin mürşidi, rəhbəri olan I Şah İsmayılın müridləri qızılbaş əyanları və sıravi əsgərlər idi. Buna görə də şahın sıravi qızılbaşlarla, xalqla əlaqəsi daha sıx və möhkəm idi. I Şah İsmayıl özünün siyasi düşmənlərinə – sünnilərə qarşı münasibətdə barışmaz idi, lakin xristian əhalini himayə edir və onlara toxunmurdu. Bu, Avropa dövlətləri ilə yaxınlaşmağa çalışan Səfəvilərin gerçək siyasi marağından irəli gəlirdi.
Şah İsmayılın daxili siyasəti haqqında məlumatımız çox azdır. Dövlət aparatına irəli çəkdiyi məmurlar, sərkərdələr və b. onu dövrünün bacarıqlı dövlət və siyasi xadimi kimi səciyyələndirirlər. Qızılbaş əyanlarının bir hissəsi lap əvvəldən separatçılığa meyil göstərir, mərkəzi hakimiyyətlə az hesablaşırdılar. Lakin Şah İsmayıl belələrinə qarşı sərt davranır, hətta özünün ən yaxın silahdaşlarına belə güzəştə getmirdi. Qızılbaş əyanlarının yerlərdə möhkəmlənə bilməməsi üçün onların yaşadığı ərazilər tez-tez dəyişirdi. Məsələn, Şah İsmayıl lələsi Hüseyn bəy Şamlını “bəzi təqsirləri” üzündən əmir ül-üməra vəzifəsindən azad edir və həmin vəzifəyə Məhəmməd bəy Ustaclını təyin edir. Maraqlıdır ki, yeni vəzifə ilə bərabər Məhəmməd bəy Hüseyn bəyin “ölkəsini” və “mülazimlərini” də aldı. Başqa misal: Əbdül bəy Dədə qorçubaşı vəzifəsindən azad edildi və onun “ölkəsi” (Qəzvin, Sovucbulaq, Rey və Xar) Zeynal xan Şamlıya verildi.
İsmayılın daxili siyasətində mərkəzi hakimiyyətin ictimai dayağının genişlənməsi cəhdi müşahidə edilir. Qızılbaş əyanları ilə yanaşı dövlət idarəsinə oturaq şəhər əhalisinin nümayəndələri də cəlb edilməyə başlayır. Şəmsəddin Zəkəriyyə Təbrizinin vəzir vəzifəsinə təyin edilməsi (1501) buna parlaq misaldır. Şah ona şərəf əlaməti olaraq “Azərbaycanın açarı” titulunu vermişdi. Şahın vəkili vəzifəsini Hüseyn bəy Lələdən sonra Nəcməddin Məsud Gilani, Yar Əhməd Əbdülbaği Yəzdi, Mirzəşah Hüseyn İsfahani və Xacə Cəlaləddin Məhəmməd Təbrizi tutmuşdular. Adı çəkilənlər şəhər əyanlarına məxsus idi.
Azərbaycan Səfəvilər dövlətinin Osmanlı Türkiyəsi və Orta Asiyadakı Şeybanilər dövləti ilə qarşılıqlı əlaqələri şiə-sünni düşmənçiliyi ilə səciyyəvi idi. Ağqoyunlu əmirlərini “üsyankar qızılbaş tayfalarına” qarşı mübarizəyə təhrik edən və hətta birbaşa hərbi yardım göstərən II Sultan Bayazid Səfəvilərlə üz-üzə toqquşmadan çəkinirdi. O, Osmanlı dövləti ərazisində Ərdəbil təriqəti müridlərinin (Kiçik Asiya qızılbaĢlarının) çıxıĢından ehtiyat edirdi. I ġah İsmayılın İran feodallarına qarşı mübarizəyə giriş məsindən istifadə edən Şeybani xan 1507-1508-ci illərdə Teymurilər sülaləsinə son qoydu, Xorasanı tutdu, 1509-cu ildə isə Kirmana viranedici yürüşlər etdi. Bu zaman I Şah İsmayılın Şirvan səfərində olması özbəklərin maneəsiz geri qayıtmasına imkan vermişdi. İsmayıl Şeybani hökmdarına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırdı. Şeybani xan Şah İsmayıla cavab məktubunda həyasızcasına tələb edirdi ki, o, özbək hökmdarının adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Şeybani xan yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki səkkizinci İmam Rza məqbərəsini bir “dərviş” kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcəkdir. 1510-cu ildə Şah İsmayıl Xorasana qoşun çəkdi. Qızılbaşların yaxınlaşmasından xəbər tutan Şeybani xan Heratdan Mərvə qoşun toplamağa getdi. Şah İsmayıl Mərv qalasını mühasirəyə aldı. Şeybani xanı qaladan çıxarmaq üçün İsmayıl hərbi hiylə işlətdi. Qızılbaşlar qaladan çəkilib şəhərin 3 fərsəxliyində (10 km) yerləşdilər. Eyni zamanda İsmayıl sərkərdəsi Əmir xan Mosulluya bir dəstə ilə qalanın yanında durmağı və Şeybani xan qaladan çıxanda “qaçmağa üz qoymağı” tapşırdı. Şeybani xan Şah İsmayılın Azərbaycana qayıtdığını zənn edərək Mərvdən çıxdı və Əmir xanın dəstəsini təqib etməyə başladı. Beləliklə, nisbətən kiçik qüvvəyə malik Şeybani xan İsmayılın əsas qoşunu ilə 1510-cu il dekabrın 2-də döyüşə girməyə məcbur oldu. Nəticədə özbək qoşunu dannadağın edildi, Şeybani xan isə həlak oldu. Salnaməçinin verdiyi xəbərə görə, bu qanlı döyüşdə özbəklərin itkisi 10 minə çatırdı. Mərv qələbəsi Amudəryaya qədər bütün Xorasanı İsmayılın hakimiyyəti altına saldı.
Ağqoyunlu dövlətinin aradan çıxmasına əmin olan II Sultan Bayazid Şah İsmayıl dövlətini rəsmi surətdə tanımağa məcbur olmuş və bu münasibətlə 1504 –cü ildə öz elçisini onun yanına göndərmişdi. Elçi təntənəli şəkildə qəbul olunmuş, İsmayıl məktubunda Bayazidə “ata” deyərək müraciət etmişdi. Səfəvilər bilirdilər ki, yalnız öz qüvvələri ilə Osmanlı müdaxiləsinin qarşısını almaq onlar üçün çətin olacaqdır. Buna görə də I Şah İsmayıl bir sıra Avropa ölkələri ilə (xüsusilə bunda daha çox marağı olan Venesiya ilə) hərbi ittifaq yaratmaq sahəsində ciddi səy göstərməyə başladı. Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir. Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi. İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı şeyxül-islamı Müfti Əl-Həmzə tərəfindən verilən fətva ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.
I Sultan Səlimin Osmanlı taxt-tacına gəlməsi ilə Səfəvi-Osmanlı münasibətləri düşmənçilik xarakteri aldı. Azərbaycan Səfəvilər dövlətinə qarşı hərbi əməliyyata başlamazdan qabaq Sultan, Səlim Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən Şeybanilər tərəfindən yardım vədini aldı. Sünni üləmaları tərəfindən qızılbaşlara qarşı bütün müsəlman-sünnilərin müqəddəs vəzifəsi olan cihad elan olundu. Belə ki, Osmanlı feodalları üçün “kafir” adlandırılan şiələri öldürməyə və onların əmlakını qarət etməyə “qanuni” əsas yarandı. I Səlim Ərdəbil təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrini qabaqcadan kütləvi şəkildə amansızcasına qırdırdı və arxadan təhlükəsizliyi təmin etdi (tam olmayan məlumata görə, 40 minə qədər adam öldürülmüşdü). Yürüşə başlayan Osmanlı ordusu say etibarilə Şah İsmayılın qoşunundan çox idi. Buna görə də İsmayıl ilk mərhələdə düşmənlə açıq döyüşdən çəkindi. Onun göstərişi ilə qızılbaş sərkərdələri geri çəkildilər, əhalini köçürdülər, ərzaq və yem ehtiyatlarını məhv etdilər, su mənbələrini yararsız hala saldılar. İsmayıl “yandırılmış torpaq” taktikası ilə Osmanlı ordusunu viran qalmış əraziyə cəlb etməyə, onları qarşıdakı qışda çətin vəziyyətə salmağa çalışırdı. Lakin bu taktika özünü qismən doğruldurdu. I Sultan Səlim Osmanlı əsgərlərini şərqə doğru hərəkətə məcbur etmək üçün kütləvi edamlardan çəkinmirdi. Əsas döyüş 1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə baş verdi. Osmanlı və qızılbaş mənbələri qərəzli şəkildə öz qüvvələrini azaltmış, qarşı tərəfın sayını artırmışdır. İdris Bidlisinin verdiyi ən dolğun məlumata görə, Osmanlı ordusunda 100 min, qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur. Sultan Səlim yalnız ordusunun sayına görə deyil, həm də Avropa tipli hərbi təşkilatı ilə də İsmayıldan üstün idi, osmanlıların sərəncamında qızılbaşlarda olmayan böyük topxana vardı. Yeniçərilərin və topların atəşi qarşısında İsmayılın əsas qüvvəsini təşkil edən qızılbaş süvariləri aciz qaldılar. Məhz bu amil döyüşü Sultan Səlimin xeyrinə həll etdi. Salnaməçilərin xəbər verdiyinə görə, bu döyüşdə ġah İsmayıl və qızılbaşlar böyük hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Döyüşün qızğın çağında Şah İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə məşhur olan Əli bəy Malqucoğlu ilə üz-üzə gəldi. Şah İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, “baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi”. Vuruş manın ən faciəli anında, top mərmiləri Şah İsmayılın döyüşçülərini məhv etdiyi bir vaxtda bəzi qızılbaş sərkərdələri meydanı özbaşına tərk etdilər. Lakin Şah İsmayıl geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir-birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu. Çiynindən və əlindən yaralanmış İsmayıl atının müvazinətini itirməsi nəticəsində atla birlikdə yerə sərildi. Osmanlı əsgərləri ona tərəf atıldılar, lakin Şah İsmayıl, Sultan Əli Mirzə tərəfindən xilas edildi. Sultan Əli Mirzə Şah İsmayıla həm zahirən, həm də geyimi ilə çox oxşayırdı. O, ” mənəm Şah İsmayıl” qışqıraraq əsgərləri öz arxasınca apara bildi. Beləliklə, Şah İsmayıl 300 nəfər qızılbaşla mərəkədən çıxıb geri çəkildi. Çaldıran döyüşündə tərəflərin itkiləri haqqında məlumat ziddiyyətlidir. Salnaməçi Bicənin məlumatına görə, vuruşmada 3 min Osmanlı əsgəri və 2 min qızılbaş öldürülmüşdür, lakin bu, şübhəsiz, azaldılmış rəqəmlərdir. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd bəy Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xülafəni, San Pirə Ustaclını itirdilər. Osmanlı sərkərdələrindən Rumeliya bəylərbəyi Həsən paşa, Üveys bəy, Malquçoğlu, Süleyman bəy və b. həlak oldular. Sultan Səlimin əmri ilə əsir düşmüş qızılbaşlar amansızcasına qətl edildilər. Sultan Səlim Misir sultanına, özbək Ubeydulla xana, Krım xanına qələbə münasibətilə fəthnamələr göndərdi. Sentyabrın 6-da Sultan Səlim Səfəvilər dövlətinin paytaxtı Təbrizə daxil oldu, lakin bir həftədən sonra geri döndü. Qışın yaxınlaşması, ərzaq qıtlığı və ən nəhayət, qızılbaş döyüşçülərinin vətən torpağı uğrunda misilsiz igidliyi Sultan Səlimi Azərbaycandan tezliklə çıxmağa vadar etdi. Bundan əlavə, əsgərlər arasında şiə tərəfdarları da az deyildi və onlar Sultan Səlimə qarşı hətta sui-qəsdə də cəhd göstərdilər. Sultan Səlim geri dönərkən, bir neçə min mahir Təbriz sənətkarını ailəliklə əsir alıb Türkiyəyə apardı. Qızılbaş əyanlarının evləri və əmlakı qarət edildi.
Çaldırandan sonra Şah İsmayıl Sultan Səlimlə sülh münasibətləri yaratmağa cəhd göstərdi. Lakin onun Səlimin ardınca göndərdiyi qızılbaş səfirləri Nurəddin Əbdülvahab, Qazi İsa və Şükrulla Muğani həbsə atıldılar. Şah İsmayılın məktubunu gətirən Kəmaləddin Hüseyn bəy və Bəhram ağanın elçiliyi də cavabsız qaldı. Sultan Səlimin mövqeyi barışmaz idi. Bəzi məlumata görə o, yeni yürüşə hazırlaşırdı. Çaldıran məğlubiyyəti İsmayılın hərbi-siyasi nüfuzuna ciddi zərbə vurdu, bu uğursuzluq onun Kiçik Asiya qızılbaşlarından özünün müttəfiqi kimi istifadə cəhdinin puç olduğunu göstərdi. Osmanlı sultanının təcavüzkar siyasəti ilə üzləşən Şah İsmayıl Cənubi Qafqazda öz siyasətini fəallaşdırdı. Onun Cənubi Qafqaza müdaxiləsi bu istiqamətdə Osmanlı ekspansiyasını dəf etmək üçün öz mövqelərini möhkəmləndirmək cəhdi ilə bağlı idi. Öz aralarında mübarizə aparan gürcü çarlarının yardım məqsədilə ona müraciəti müdaxilə üçün bəhanə oldu. Qızılbaş Əmiri Div Sultan Rumlu Gürcüstana üç dəfə (1516, 1517 və 1521-ci illər) yürüş etmişdi. Sonuncu yürüş Kaxeti çarı Levanın basqını nəticəsində Şəki hakimi Həsən bəyin İsmayıla kömək üçün müraciəti ilə əlaqədardır. 1521-ci ildə Naxçıvana, İsmayılın yanına gəlmiş gürcü çarları (Levan, Kvarkvare, David və Manuçar) ondan asılılığı qəbul etdilər. 1519-cu ildə Şəki hakimi Həsən bəy də qərb qonşuları ilə mübarizədə yardımına arxalandığı İsmayıldan asılılığı qəbul etmişdi. 1501-ci ildə qızılbaşlar Şirvanı tərk etdikdən sonra burada onların nümayəndəsi saxlanılmışdı. İsmayılın ən nüfuzlu silahdaşlarından biri olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunmuşdu. O isə öz yerinə şirvanhları təqib edən zaman Fərrux Yəsara çataraq onu atdan vurub yerə salmış və başını İsmayıla gətirmiş xidmətçisi (“cilovdar”) Şahgəldi ağanı qoymuşdu. Həmin vaxtdan etibarən Şahgəldi ağa Şirvanşah sarayında qalaraq Təbrizə “bac” və “xəracın” vaxtında göndərilməsinə nəzarət edirdi. Lakin hakimiyyətini möhkəmləndirmiş Şirvanşah Şeyxşah vassal asılılığından azad olmağı qərara aldı və bacın ödənilməsini dayandırdı. I İsmayılın sarayında sığınacaq tapmış Sultan Mahmud Şirvanşah taxtını özünə qaytarmaq üçün ondan hərbi yardım istəmişdi. Sultan Mahmudu müdafıə etmək qərarına gəlmiş İsmayıl onunla birlikdə qorçubaşı Əbdül bəy Dədəni qoşunla Şirvan üzərinə göndərdi. Bu yardım müqabilində Sultan Mahmud Şah İsmayıldan vassal asılılığını qəbul etmiş və onun adına sikkə kəsdirmişdi. Sultan Mahmud qızılbaş qoşunu ilə Gülüstan qalasında Şeyxşahı mühasirəyə aldı. Qalanın mühasirəsi üç ay davam etdi. Mühasirədə qalanların vəziyyəti ümidsiz olmuşdu. Lakin gözlənilməz hadisə baş verdi: Sultan Mahmud yatağında öz xidmətçisi tərəfındən öldürüldü, onun başı isə Şeyxşaha çatdırıldı. Bundan ruhlanan Şirvanlılar gecə basqınları təşkil edərək özlərini itirmiş qızılbaşları darmadağın etdilər. Onların çoxu qaçmaqla xilas oldu, bir hissəsi isə əsir düşdü. Şeyxşah adamlarını İsmayılın yanına göndərərək öz sədaqətini təsdiq etdi və İsmayıldan “Şirvanın idarəsinin ona bəxşiş edilməsinə” nail oldu. O, bir neçə ildən sonra Şirvan qalalarının və qoşunun gücünə arxalanaraq Səfəvi asılılığından yenidən azad olmağa cəhd etmiş, bacın ödənilməsini dayandırmışdı. Bu vəziyyət 1509-cu ilin qışında qızılbaşların Şirvana yeni yürüşünə səbəb oldu. Yürüşə İsmayıl özü rəhbərlik edirdi. Qızılbaş qoşunu Cavad yaxınlığında Kür çayını keçərək Şirvana daxil oldu. İsmayılın üstün qüvvələri ilə toqquşmadan çəkinən Şeyxşah Buğurd qalasında gizləndi. Qoşunun bir hissəsini Şamaxıya göndərmiş İsmayıl Bakıya doğru hərəkət etdi. Bakı və Şabranın qalabəyləri şəhər qapılarının açarlarını Səfəvi şahına təqdim etdilər. Şirvanın digər qalabəyləri də hədiyyələrlə İsmayılın hüzuruna gəldilər. Dərbənd rəisləri Yarəhməd və Ağa Məhəmməd bəy nəinki şahın yanına gəldilər, hətta ənənəvi “peşkəş” də göndərmədilər. Qızılbaşlar Dərbəndə hərəkət edərək onu mühasirəyə aldılar. Beş gün ərzində qala divarları altından 12 lağım atıldı. ġəhərin müdafıəçiləri silahı yerə qoymağa məcbur oldular. Çaldırandan sonra İsmayıl Şirvanşahlarla sülh münasibətlərinə meyil edirdi. Dostcasına səfir mübadiləsi nəticəsində Şah İsmayılın qızı Pərixan xanımla Şeyxşahın oğlu Xəlil nişanlandılar. Bu münasibətlər sonralar da müsbət istiqamətdə inkişaf etdi.

İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]

1. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. “Elm”. 2007
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009
3. Петрушевский И.П., Азербайджан в XVI – XVII вв., Сб. статей по истории Азербайджана, вып. 1, Баку, 1949
4. Новичев А.Д., История Турции, том I, Эпоха феодализма (XI-XVIII века), Ленинград, 1963
5. Faruk Sümer, XV asırdan itibaren Anadoludan İrana vukubulan göçler, Türk Yurdu, sayı 1, Ankara, 1954
6. Savory M. Roger, “A Curiose Episode of Safavid History”, Edinburgh University Press, 1971
7. Фарах Гусейн. Османо-сефевидская война 1578-1590 гг. Баку, “Нурлан”, 2005
8. Şehabeddin Tekindağ, “Yeni Kaynak ve Vesîkaların Işığı Altında Yavuz Sultan Selim’in İran Seferi”, İstanbul Üniversitesi Edebiyat Fakültesi Tarih Dergisi, Sayı 22, 1968
9. Gülağ Öz. İSLAMİYYƏT Türkler ve Alevilik. Ankara, 1999

Comments are closed, but trackbacks and pingbacks are open.