Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi. Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
AXC-nin xarici siyasəti
1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fıkir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafıyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafık vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.
Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni əsirgiməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiyə müttəfıqlərindən asılı vəziyyətə düşmüşdü. Müttəfıqlər Osmanlının Azərbaycana diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu qadağan etmişdi.
1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə çatdılar.
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafıə etməyi məsləhət görmüşdü. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun. 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyətinin mühüm uğuru 1920-ci il yanvarın 11-də Paris konfransının Ali Şurası tərəfındən Azərbaycanın istiqlalının defakto tanınması və Azərbaycanın beynəlxalq münasibətlərin subyektinə çevrilməsi idi. Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı.
Müəllif: dosent. A.Z.İbrahimova
- Teqlər:
- Azərbaycan Xalq Cümhuriyyəti
- , Azərbaycan Demokratik Respublikası
AXC-nin yaranması və fəaliyyəti
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri onların konkret addımlar atmasına imkan vermədi.Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
- Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
- Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
- Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
- Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
- Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
- Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi.İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov – hərbi nazir, Məmməd Həsən Hacınski – xarici işlər naziri, Nəsib bəy Yusifbəyli – maliyyə naziri və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədov – ədliyyə naziri, Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri, Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri, Xudadat bəy Məlik- Aslanov – yollar naziri və poçt-teleqraf naziri, Camo bəy Hacınski – dövlət nəzarətçisi.Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi. Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Mənbə: Anar İsgəndərov – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri
Axc dövründə mədəni quruculuq
AXC dövründə milli-mənəvi
dəyərlərimizin qorunması
Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik � yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda AXC-nin � az vaxt ərzində qazandığı nailliyyətlərdən bəhs olunur və qeyd edilir ki , maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi , Azərbaycanın ilk universiteti təsis olundu , təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü .
Digər sahələrdə olduğu kimi , milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində də AXC-nin fəaliyyətinin öyrənilməsi � diqqət mərkəzindədir. Ədəbiyyat, teatr , musiqi , təsviri sənət və memarlıq sahələrində bir canlanma yarand ı. Məlumdur ki , professional teatrmızın tarixi 1873-cü ildən başlayır, buna baxmayaraq , yalnız cümhuriyyət dövründə, dövlət teatrının əsası qoyuldu .
Teatrın inkişafı üçün xüsusi qərarla Mayılov qardaşları Teatrının binası məcburi surətdə, lakin ədalətli qiymətlə alındı. Teatrın zəngin repertuarı var idi . Milli dramaturqlarla yanaşı , dünya klassiklərinin əsərləri də bu teatrda oynanılırdı. Türkiyə qəzetləri yazırdı ki , �Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər�.
Xalqın milli mənlik şüurunun formalaşmasında teatrın rolunu qiymətləndirən Azərbaycan hökuməti Mayılov qardaşları Teatrını Maarif Nazirliyinin tabeliyinə vermişdi . Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası yaradılmışdı. Truppada Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski , Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi böyük sənətkarlar çalışırdılar. Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı. Teatrda oynanılan əsərlərin çoxu xalqın qəhrəmanlıqla dolu keçmişini , türk dünyasının əzəmətini əks etdirirdi . C.Cabbarlının �Bakı müharibəsi�, � Yulduz , yaxud Trablis müharibəsi� kimi tarixi əsərləri tamaşaya qoyulmuşdu .
� Leyli və Məcnun� operası ilə Azərbaycan professional musiqisinin təməlini qoymuş , sonralar bir sıra dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə �Dağıstan� və �Azərbaycan� adlı xoreoqrafik əsərlərini , eləcə də �Azərbaycan� marşını bəstələmişdir. Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət himni kimi qəbul edildi .
Daha bir böyük bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə yazdığı � Şah İsmayıl� operası məhz AXC dövründə böyük uğurla tamaşaya qoyuldu .
1918-20-ci illərdə Üzeyir Hacıbəylinin �O, olmasın, bu , olsun �, �Arşın mal alan �, Əbdürrəhimbəy Haqverdiyevin �Bəxtsiz cavan �, Namiq Kamalın � Akif bəy�, � yaxud � Namus � əsərləri də teatrlarda oynanılmışdı. Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da həmin dövr ə təsadüf edir .
Cümhuriyyət dövründə rəssamlıq sahəsində də canlanma var idi . Rəssam Əzim Əzimzadənin karikaturaları öz orijinallığı ilə diqqət çəkirdi. Bəhruz Kəngərlinin əsərlərində dövrün problemləri əks olunurdu . 1919-cu ildə ilk rəssamlıq studiyası yaradıldı. Studiyanın üzvü Bəhruz Kəngərli öz tablolarında, əsasən, erməni təcavüzü zamanı yurd-yuvalarından qaçqın düşmüş qadın və uşaqların ağır vəziyy ətini təsvir edirdi . O, qaçqınlar mövzusuna aid böyük rəsm qalereyası yaratmışdı.
� AXC hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər gördü . Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan � İstiqlal � muzeyi o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir . Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi . Burada tariximizi , dinimizi əks etdirən eksponatlar � məişət əşyaları, silahlar , əlyazmalar toplanmışdı.
� Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu . Şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənir və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı. Hüseyn Cavid , Məhəmməd Hadi , � Əhməd Cavad , Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq , Əliabbas Müznib və digər ədiblərimiz öz əsərləri ilə milli ruhun oyanmasına kömək edirdilər.
Bu dövrdə H.Cavidin � Şeyx Sənan�, M.Hadinin � Eşq ilahəsi� əsərləri çap olunmuşdur . C.Cabbarlı Bakının türk qoşunları tərəfindən azad edilməsinə həsr etdiyi �Bakı müharibəsi� pyesini yazmışdı. O, Azərbaycanın � istiqlalını �Azərbaycan bayrağı� şeiri ilə alqışlamışdı. C.Məmmədquluzadənin �Anamın kitabı�, � Kamança � əsərləri də o dövrün məhsullar ıdır.
1918-1920-ci illərdə Azərbaycanda yaşanan tarixi hadisələr kino istehsalına da təsirsiz ötüşmədi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti incəsənət və xüsusən, kino sahəsində layihələrin həyata keçirilməsində maraqlı idi . Lakin görüləcək işlərin çoxluğu , zamanın azlığı, kino sahəsində yerli mütəxəssislərin olmaması da bu sahənin inkişafına mane olurdu .
AXC cəmi 23 ay yaşamasına baxmayaraq , Azərbaycan xalqının həyatında tarixi hadisəyə çevrildi . Milli hökumət mövcud olduğu qısa müddət ərzində milli dövlətçiliyin əsaslarını qurmaqla yanaşı, Azərbaycanda mədəni quruculuq � təhsil, milli mədəniyyət, ədəbiyyat və incəsənət, sosial-mədəni sahənin inkişafı ilə bağlı xeyli işlər gördü .
Xalq Cümhuriyyəti illərində kinoteatrlarda Azərbaycan Milli Ordusunun yaranmasını və sərhədlərimizin necə qorunub saxlanmasını, erməni daşnaklarının özbaşınalığına son qoymaq üçün xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə gəlişini, milli hökumətin dinc quruculuq işlərini əks etdir ən xronikal-sənədli filmlər göstərilirdi.
1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq, �Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə� adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının � Ekspress � və � Rekord �, bir qədər sonra � Forum � kinoteatrında nümayiş etdirildi .
1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu , Xalq Cümhuriyyəti süqut etdi . Milli hökumətin bütün sahələrdə, o cümlədən mədəni quruculuqla bağlı nəzərdə tutduğu böyük işlər yarımçıq qalsa da , sovet dövründə mədəniyyət, eləcə də kino yeni inkişaf mərhələsini yaşadı.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu yöndə tarixi əhəmiyyətli işlər görülmüşdür .
Hazırladı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .- 2018.- 15 mart.- S.8.
Comments are closed, but trackbacks and pingbacks are open.