Press "Enter" to skip to content

Axc-nin gəncə dövrü

Onlyan konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” (Gülşən Bəşirova), “AXC-nin fəaliyyətinin Gəncə dövrü” (Nailə Həmzəyeva), “Bakının azad olunması” (Ülkər Hüseynova), “Dövlət quruculuğu. Azərbaycan Parlamenti” (Ruhiyyə Lətifova), “AXC-nin sosial-iqtisadi və mədəni tədbirləri” (Nərgiz Əbilova), “Erməni təcavüzünə qarşı mübarizə” (Esmira Mikayılova), “Beynəlxalq vəziyyət və AXC-nin xarici siyasəti” (Şüküfə Səmədova), “Aprel istilası. AXC-nin süqutu” (Aytəkin Dəmirova), “Müstəqil Azərbaycan – AXC-nin varisidir” (Ayşən Qənbərova), “AXC-nin fəaliyyətinə dair ədəbiyyatın universal biblioqrafik icmalı” (Nailə Həmzəyeva), “AXC-nin Azərbaycan dövlətçilik tarixində yeri və rolu. AXC-nin kitabxanalarda təbliği” (Lətifə Məmmədova) mövzularda qısa məruzələr dinlənilib.

AXC-nin imzaladığı ilk beynəlxalq müqavilənin 102-ci ildönümü qeyd olunub

Bu gün İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Yasamal rayon MKS-i ilə birgə Azərbaycan Xalq Cumhuriyyətinin imzaladığı və bununla da AXC dövründə ilk diplomatik əlaqələrinin qurulmasının 102-ci il dönümünə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda onlayn elmi konfrans təşkil edib. SİA-nın məlumatına görə, konfrasın moderatorları Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova və İsmayıllı rayon MKS-inin direktoru Könül Baxışova konfrans iştirakçılarını salamlayaraq onları konfrasın proqramı ilə tanış ediblər.

Onlyan konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” (Gülşən Bəşirova), “AXC-nin fəaliyyətinin Gəncə dövrü” (Nailə Həmzəyeva), “Bakının azad olunması” (Ülkər Hüseynova), “Dövlət quruculuğu. Azərbaycan Parlamenti” (Ruhiyyə Lətifova), “AXC-nin sosial-iqtisadi və mədəni tədbirləri” (Nərgiz Əbilova), “Erməni təcavüzünə qarşı mübarizə” (Esmira Mikayılova), “Beynəlxalq vəziyyət və AXC-nin xarici siyasəti” (Şüküfə Səmədova), “Aprel istilası. AXC-nin süqutu” (Aytəkin Dəmirova), “Müstəqil Azərbaycan – AXC-nin varisidir” (Ayşən Qənbərova), “AXC-nin fəaliyyətinə dair ədəbiyyatın universal biblioqrafik icmalı” (Nailə Həmzəyeva), “AXC-nin Azərbaycan dövlətçilik tarixində yeri və rolu. AXC-nin kitabxanalarda təbliği” (Lətifə Məmmədova) mövzularda qısa məruzələr dinlənilib.

Onlayn konfransa moderatorlar L.Məmmədova və K.Baxışova yekun vuraraq qeyd etdilər ki, Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdə müstəsna yeri və rolu vardır. Onlar vurğulayıblar ki, müstəqil Azərbaycan Respublikasında dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində böyük işlər görülür.

Sonda İsmayıllı rayon Mərkəzi Kitabxanasının fəal oxucusu Lalə Qədirovanın ifasında M.Ə.Rəsulzadənin “Mayıs duyğuları” şeiri səslənilib.

Onlayn konfrans Yasamal rayon Mərkəzi Kitabxanasının fəal oxucusu Sadiq Nəbilinin ifasında “Oğul dedi mənə Vətən” şeiri ilə başa çatdıb.

Axc-nin gəncə dövrü

Tariximizin şanlı səhifələrdən birini vərəqləyirik bu gün. O səhifə ki, orada Şərqin ilk Demokratik Respublikası qurulub. O səhifəki orada Azərbaycan bayrağı milli dövlət atributumuz, Azərbaycan dili dövlət dilimiz elan edilib. Sadalananlar 23 aylıq hökumətin qəbul etdiyi qərarların bir qismidir. Və 1918-ci ilin bu günü elan olunan Azərbaycan Demokratik Respublikasının qısa taleyinin Gəncədən keçən bir dövr var. Zülfiyyə Telmanqızı ilə Cümhuriyyətin 3 aylıq Gəncə dövrünə nəzər salırıq.

Hadisələrin xronoloji ardıcıllığı. Adətən tarixə belə tərif verirlər. Amma hər şey xronologiya kimi quru və statik rəqəm ardıcıllığı deyil. Bəzən o rəqəmlərdən birinin altında o qədər böyük hadisələr cəmləşir ki, həmin rəqəm tarixin xronologiyasından çıxıb, bütöv bir tarixə çevrilir. 1918-ci ilin 28 mayı kimi. Azərbaycanın müstəqil dövlət olaraq elan edilməsi, Dünya xəritəsində dövlətlər sırasında adının hallanması Şərqin ilk demokratik Respublikasının olmasını xarakterizə edir bu tarix. Sözün əsl mənasında tarix içində tarixdir 28 may.

Azad Bayramov-tarixçi:Birinci dünya müharibəsinin olması, müharibədə güclü dövlətlərin tamamilə zəifləməsi, Rusiyada 300 ildən artıq hökmranlıq edən Romanovlar sülaləsinin devrilməsi, bütün bunlar imkan verdi ki, Azərbaycan xalqı özünün müstəqilliyini elan etsin. Bununla da Azərbaycan bütün dünyaya göstərdi ki, doğrudan da bu xalq müstəqil yaşamağa qadir xalqdır“.

Daha bir fakt isə bundan ibarətdir ki, Demokratik Respublikanın elan olunması nə dərəcədə vacibdirsə, onun paytaxtının seçilməsi də bir o qədər əhəmiyyətli idi. Amma həmin vaxt Bakıda erməni bolşevik alyansı at oynatdığından, tək bir Gəncə qalmışdı. Eyni zamanda Gəncənin paytaxt seçilməsini labüd edən digər səbəblər də var idi.

AXC-nin yaradılmasında əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının əksəriyyəti ya gəncəli idi, ya da fəaliyyətləri Gəncə ilə birbaşa bağlı olanlar. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi şəxslər məhz Gəncə torpağının yetirmələri olub. Elə bütün bu sadalananlar Gəncənin paytaxt seçilməsi üçün zəmin yaradan amillər sırasındadır.

Azərbaycan müstəqil ölkə elan edildikdən cəmi 19 gün sonra iyunun 16-da hökümət Tbilisidən Gəncəyə köçür.

Bura Azərbaycan Dövlət Aqrar Universitetidir. Təhsil ocağı kimi nə qədər ali olsa da, tarixi bina baxımından da bir o qədər ali və əhəmiyyətlidir. Məhz bu bina xüsusən Cümhuriyyət dövründə var gəl edən bir çox tarixi məqamların, hətta tarixi ilklərin şahidi olub.

AXC-nin Gəncə dövrü bütöv bir tarixin önəmli hissəsidir. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan edildi, məhz Gəncədə AXC-nin vətəndaşlığı haqqında qərar qüvvəyə mindi, məhz Gəncədə dahi Üzeyir bəyin başçılığı ilə “Azərbaycan” qəzeti işıq üzü gördü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən ən vacib qərarlardan biri isə dövlət bayrağımızın qəbulu oldu. Yəni verilən qərarların tamı məhz bu binada qəbul edilib. Elə tarixi əhəmiyyətindən irəli gələrək şəhər ictimaiyyəti 28 may tarixini illərdir məhz bu binada bayram edir. Özü əbədi olaraq müstəqil Azərbaycanın məğrur vətəndaşları kimi. Tarixə hörmət, bu günə etimad, gələcəyə inamla müstəqillik uğrunda mücadilə aparan şəxsiyyətlərin ruhunu şad edərək. İstiqlaliyyətin, çalınacaq zəfərlərin mübarək Azərbaycan.

Məmməd Əmin RəsulzadəBizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa ey şanlı Azərbaycan .

Zülfiyyə Telmanqızı

  • Baxış: 2330

“Çox yanlış bir fikir formalaşıb ki, guya AXC…” – Tədqiqatçı alim

Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı yeni kitabı çapdan çıxıb.

Bu barədə Teleqraf.com -a açıqlamasında müəllif özü məlumat verib. O qeyd edib ki, yeni tədqiqat işi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanıb.

AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən H.Sadıqov bildirib ki, təkcə bu hadisə xalqımızın dünya dövlətləri içərisində dövlətçilik indeksinin nə qədər yüksək olduğunu ortaya qoyan dəyərli faktdır.

“Transqafqaz dövlətini və Seymini milli ziddiyyətlər dağıtdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Ancaq cümhuriyyətin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Ona görə də cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən, paytaxt olaraq Gəncəni göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti 18 gündən sonra Gəncəyə gəldi. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrü tariximizin və dövlətçiliyimizin şanlı səhifəsidir”, – deyə H.Sadıqov qeyd edib.

Müəllif daha sonra deyib:

“Çox yanlış olaraq belə bir fikir formalaşıb ki, guya AXC Gəncədə olduğu müddətdə dövlətçilik üçün lazım olan hüquqi aktları hazırlaya bilməyib. Bəzi tarixçilər bunu AXC liderlərinin dövlət işindəki səriştəsizlikləri ilə əlaqələndirmək istəyirlər. Lakin, mən uzun müddət arxivlərdə çalışaraq, son zamanlarda isə Azərbaycan Dövlət Arxivində işlədikdə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü hökumət dəftəxanasının sənədlərinə rast gəldim və bütün sənədlərin surətini hazırlandığı yerə – Gəncəyə gətirdim”.

Arxiv sənədlərini araşdıran alim həmin sənədlərin təsnifatını və xronologiyasını da hazırlayıb. Məlum olub ki, AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 1918-ci ilin 16 iyunundan-16 sentyabra kimi ümumilikdə idarəçilik haqqında 210 qanun-hüquqi akt qəbul edilib. Onları qruplaşdırdıqda o da məlum olub ki, bu sənədlər həm də dövrünə görə çox mükəmməl qanunvericilik aktlarıdır.

Kitabın ikinci – xronologiya hissəsində isə müəllif maraqlı məsələlərə yer ayırıb. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut etməsinə baxmayaraq, cümhuriyyət ideyası uzun illər mübarizəsini davam etdirib. Müəllif kitabın bu hissəsində vaxtilə Avropaya və Türkiyəyə mühacirət edən cümhuriyyət xadimlərinin fəaliyyətinə geniş yer ayırıb. Kitabdakı xronologiyanın ən mühüm məziyyəti də bundan ibarətdir.

Qeyd edək ki, monoqrafiyada AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 210 hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunub. Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.