AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ
AXC hakimiyyətdə olduğu zaman bir çox, xüsusilə sosial-iqtisadi sahədə demokratik qərarlar qəbul edilib. Bu qərarlardan bir hissəsi mövcud dönəmin çətinliyi, Rusiyanın müdaxilələrindən dolayı gecikib ya da həyata keçməyib. İstiqlalın görkəmli lideri olan Məmməd Əmin Rəsulzadə sosial ədalətsizliyin aradan qaldırılmasının başlıca vəzifə olduğunu bildirərək Cümhuriyyətdə iqtisadi reformların nə qədər vacib olduğunu “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” fikrilə ifadə edib. Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tərəfdarı idi.
Batumidə AXC-nin yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunub
Batumidə AXC-nin yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunub Batumi. 15 may. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
15 May , 2018 01:42
https://static.report.az/photo/8de3e94a-b2ea-49da-880e-ef6892c96fe5.jpg
Batumi. 15 may. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşkil etdiyi tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze, nazirlər, hökumət rəsmiləri, Türkiyə, İran və digər ölkələrin baş konsul və konsulluq şöbələrinin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək AXC-nin yaranması və qısa vaxt ərzində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, şərqdə ilk dəfə qadınlara seçki hüququ verən AXC ən demokratik dövlət kimi adını tarixə yazdırıb. Diplomat qeyd edib ki, tarixən qonşu olan Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqil dövlət qurublar. İlk müstəqilliyimiz də demək olar ki, eyni vaxtda süqut edib. Buna baxmayaraq hər iki xalq uzun illər keçdikdən sonra yenidən müstəqilliyini bərpa edib və dostluğumuz, qardaşlığımız bundan sonra da inkişaf edib, daha da möhkəmlənib. Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat verən diplomat deyib ki, dövlət müstəqilliyimizin qorunması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın çətin böhrandan çıxmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli liderin müstəsna xidmətləri olub. Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkənin regionda aparıcı dövlətə çevrilməsi üçün mühüm addımlar atıb. Ümummilli liderin siyasi xətti və dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycan və Gürcüstanən regionda əsas aparıcı dövlətlər olmasına, iqtisadi inkişafına, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycanın müstəqillik illərində, xüsusən də Prezident İlham Əliyevin hakimiyytədə olduğu dövrdə qazandığı uğurlardan bəhs edən diplomat deyib: “Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada təkcə neft ölkəsi kimi deyil, həm də idman, multikultrual dəyərlərə malik, tolerant dövlət kimi tanınır”. “Azərbaycan Prezidentinin, eləcə də, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Bakıda keçirilən “Avroviziya mahnı müsabiqəsi”, “Bakı-2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, multikulturalizm və humanitar forumlar buna parlaq nümunədir”, – deyə baş konsul vurğulayıb. P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Baş konsul, Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmasını, Azərbaycan və Gürcüstanın bölgələri arasındakı yüksək münasibətlərin bariz nümunəsi olduğunu vurğulayıb. Sonra Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze çıxış edib. Azərbaycan xalqını hər iki əlamətdar hadisə münasibətilə təbrik edən Pataradze deyib ki, Azərbaycan ilə Gürcüstan qonşu, dost və qardaş respublikalardır. Azərbaycan xalqı bu günlər ilk müstəqil dövlət qurculuğunun 100 illiyini və dünya şöhrətli siyasi xadim, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü qeyd edir. Biz də bu bayramları azərbaycanlılarla birgə qeyd edirik. Bu bizim dostluğumuzun nümunəsidir. O deyib: “Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Məhz Heydər Əliyevin səyi nəticəsində regionda irimiqyaslı BTC, BTƏ, BTQ kimi layihələr həyata keçirilir. Bu layihələr bizim dövlət müstəqilliyimizin möhkəmlənməsində, iqtisadi, mədəni, humanitar sahələrdə inkişafımıza töhfələr verir”. Hökumət başçısı daha sonra regionda həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən bəhs edib. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib. Azərbaycanın və Gürcüstanın incəsənət ustaları mərasimdə maraqlı konsert proqramları ilə çıxış ediblər. Tədbirdən sonra jurnalistlərə müsahibə verən Z.Pataradze deyib: “Azərbaycan Gürcüstan dostluğundan çox danışmaq olar. Bəzi görkəmli şəxslər ölkələrimizin qarşılıqlı, siyasi, mədəni və iqtisadi əlaqələrinin inkişafından çox böyük işlər görüblər. Qeyd etməliyəm ki, bütün nailiyyətlərimizin səbəbi Heydər Əliyevdir. O bizim ölkələrimiz arasındakı əlaqələrin inkişafında çox böyük işlər görüb. Bu gün də ölkələrimiz arasındakı siyasi münasibətlər dinamik inkişaf edir. Bugünkü bayram tədbirində hər iki ölkənin incəsənət ustaları bir daha göstərdilər ki, biz təkcə iqtisadiyyatda deyil, musiqi sahəsində də çox bağlıyıq”. Hökumət başçısı Batumidə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rolunu da yüksək qiymətləndirib. Acarıstan MR Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili jurnalistlərə müsahibəsində deyib: “Bu gün biz azərbaycanlılarla birlikdə iki böyük bayramı qeyd edirik. Acarıstan hökuməti və acar xalqı adından bütün Azərbaycan xalqının təbrik edirəm. Bizim təhsil, turizm, idman və iqtisadi sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Biz bu münasibətləri daha da genişləndirmək niyyətindəyik. İnanıram ki, xalqlarımız arasındakı dostluq əlaqələri daha geniş formada inkişaf edəcək”. İran İslam Respublikasının batumidəki Baş konsulu Ahmad Badpa da Azərbaycan xalqını təbrik edib. Diplomat deyib: “Azərbaycan bizim yaxın qonşumuz və dostumuzdur. Bu gün Batumidə belə bir tədbirin keçirilməsindən və burada iştirakımızdan çox məmnunam. Müstəqil Azərbaycan dünyada tanınan və öz sözünü deyən ölkədir. Azərbaycanın belə qüdrətli ölkə olmasında Heydər Əliyevin rolu çox böyükdür. Belə bir tarixi şəxsiyyətin yubileyində iştirakdan çox məmnunam. İnanıram ki, bizim qadaşlıq və dostluq əlaqələrimiz bundan sonra da bütün sahələrdə inkişaf edəcək və biz birlikdə çox böyük işlər görəcəyik”.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ
Şərqin ilk demokratik respublikası olan AXC-nın yaranmasından 100 il ötür. Dövlət başçısı İlham Əliyev 2017-ci ilin 16 may tarixində AXC-nin yaranmasının 100 illik yubileyinin Respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Müasir Azərbaycan dövlətinin sələfi AXC-nin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq qeyd ediləcək. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2018-ci il AXC ili elan edilmişdir.
AXC xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən biridir. AXC-nin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. ADR-in yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəylinin, Ə.M.Topçubaşovun, Xasməmmədovun, Hacınskinin, Səməd bəy Mehmandarovun və digərlərinin çox böyük rolu olmuşdur. AXC-nin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda AXC-nin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi, siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. AXC-nin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhvələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, bütün Şərq-müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik-üsul idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik-üsul idarəsinin əsası qoyulmuşdur.
Müasir Azərbaycan AXC-nin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik Aktında qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur, Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, AXC-nin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. “İstiqlaliyyət bəyannamə”sinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika günü kimi, 1918-ci ilin 26 iyun tarixi Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərmanın verildiyi gün Silahlı Qüvvələr günü kimi, 1918-ci ilin 9 noyabr tarixi – üçrəngli bayrağın qəbul edildiyi gün Bayraq günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə AXC-nin yaranmasının 80-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində AXC-nin yaranmasından keçən dövrü 4 mərhələyə ayırmışdır:
1. I dövr – 1918-1920-ci illər – AXC-nin fəaliyyət göstərdiyi illər;
2. II dövr – 1920-1922-ci illər – Azərbaycan Sovet Sosialist Respublikasının mövcud olduğu illər;
3. III dövr – 1922-1991-ci illər – Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr;
4. IV dövr – 1991-ci ilin dekabrından indiyədək – Sovet Sosialist İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illəri əhatə edir.
AXC böyük tarixə malik Azərbaycan xalqının şah əsəridir. Uzun müddət davam edən rus əsarətindən qurtulan bu torpaqların həqiqi sakinləri öz dövlətlərini yaratmağa nail oldular. 1918-ci ilin 28 mayında Tiflis şəhərində dünyada xaosun, qarşıdurmanın hökm sürdüyü bir vaxtda AXC-nin yaradıldığı bəyan edildi. Həmin vaxt Bakı işğal altında olduğundan paytaxt Gəncə şəhəri elan olundu. Sentyabrın 15-də Sentrokaspi diktaturasına son qoyulduqdan sonra paytaxt Bakı şəhərinə köçürüldü. Bundan sonrakı dövr daha məhsuldar oldu, bir-birinin ardınca mühüm qərarlar qəbul olundu və müsəlman şərqində ilk demokratik respublika quruldu. 2 ildən az bir vaxtda mövcud olmasına baxmayaraq dünya tarixində öz sözünü deməyi bacaran AXC ilə bağlı ən mühüm məqamlara diqqət yetirmək lazımdır: 1918-ci ilin 28 mayında Milli Şura AXC-nin I Hökumət Kabinəsini təşkil etməyi Milli Şuranın üzvü bitərəf F.X.Xoyskiyə tapşırdı. Milli Şuranın iclasında Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk hökuməti təsdiq edildi. İlk hökumətdə vəzifələr bu cür bölünürdü: F.X.Xoyski – Nazirlər Şurasının sədri və Daxili İşlər Naziri, Xosrov bəy Sultanov – Hərbi Nazir, Məhəmmədhəsən Hacınski – Xarici İşlər Naziri, Nəsibbəy Yusifbəyli – Maliyyə və Xalq maarifi Naziri, Xəlilbəy Xasməmmədov – Ədliyyə Naziri, Məmmədyusif Cəfərov – Ticarət və sənaye Naziri, Əkbərağa Şeyxülislamov – Əkinçilik və Əmək Naziri, Xudadat bəy Məlikaslanov – Yollar, poçt və teleqraf Naziri, Camal bəy Hacınski – Dövlət nəzarəti Naziri, AXC Milli Şurasının Rəyasət Heyətinin sədri – Məhəmmədəmin Rəsulzadə. Sonradan hakmiyyətin daha təkmilləşdirilməsi və gücləndirilməsi üçün bir neçə dəfə bu bölgüyə dəyişikliklər oldu. AXC Parlamentinin ilk təsis iclası 1918-ci il dekabrın 7-də Bakıda Tağıyevin qız məktəbində təşkil edildi. Parlamentin sədri Topçubaşov idi, parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirildi, yetərsay olmadığı üçün onlardan 15-i baş tutmadı, AXC Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı, bunlardan 230-u qəbul edildi. Parlamentin fəaliyyəti onun nizamnaməsi rolunu oynayan Azərbaycan Parlamentinin təlimatı ilə tənzimlənirdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Mandat komissiyası, Hərbi komissiya, Müəssisələr məclisinə Seçkilər keçirmək üzrə komissiya, Aqrar məsələlər komissiyası, Sorğular üzrə komissiya, Təsərrüfat-sərəncamverici komissiya, Ölkənin məhsuldar qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Redaksiya komissiyası, Fəhlə məsələləri üzrə komissiya. AXC I dünya müharibəsindən sonra gərgin siyasi hadisələrin hökm sürdüyü bir vaxtda yaransa da, dövlət nümayəndələri Cümhuriyyətin dünyaya tanıdılması üçün ilk gündən fəaliyyətə başlamışdır. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqinə nail oldular.
I Dünya müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətlərindən yetərincə faydalanmasına imkan vermədi. AXC 1920-ci ilin aprelin 28-də ölkə daxilində gedən siyasi proseslərin, məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi.
Axc-nin iqtisadi siyasəti
1918-ci il mayın 28-də müstəqilliyi elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqin ilk demokratik dövləti kimi tarixə düşüb. Bu il AXC-nin elan olunduğu şanlı tarixin 100-cü ili tamam olur. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı xidmətləri olub. 1920-ci il 28 aprel istilasına qədər gənc dövlətin hökumətinin tərkibi dörd dəfə dəyişib.
AXC hakimiyyətdə olduğu zaman bir çox, xüsusilə sosial-iqtisadi sahədə demokratik qərarlar qəbul edilib. Bu qərarlardan bir hissəsi mövcud dönəmin çətinliyi, Rusiyanın müdaxilələrindən dolayı gecikib ya da həyata keçməyib. İstiqlalın görkəmli lideri olan Məmməd Əmin Rəsulzadə sosial ədalətsizliyin aradan qaldırılmasının başlıca vəzifə olduğunu bildirərək Cümhuriyyətdə iqtisadi reformların nə qədər vacib olduğunu “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” fikrilə ifadə edib. Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tərəfdarı idi.
AXC-nin iqtisadi modelinə görə, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və “burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”.
Respublikanın yaratdığı iqtisadi qanuna görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi.
AXC-nin qanun layihələri
AXC-nin aqrar proqramının əsasını aqrar islahatı haqqında “Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsəd torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın. “Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapırdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi.
AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya və qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, bu sahədə fikir və təcrübəni öyrənmək əsas məqsədlərdən idi.
AXC maliyyəçiləri – Əliağa Həsənov və Rəşid bəy Qaplanov
Cümhuriyyətin maliyyə və bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi Əliağa Həsənovun böyük xidmətləri olub. Ə.Həsənov Şəhər Dumasına üzv seçilmiş və Bakıya şollar kəmərinin çəkilməsində, kanalizasiya şəbəkəsinin yaradılmasında, Dənizkənarı parkın salınmasında xidmətlər göstərmişdi.
O, Fətəli Xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinəsində maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarında Dövlət müfəttişi, Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin yaratdığı birinci hökumət kabinəsində maliyyə naziri olub. Daha sonra vəzifəsindən azad edilən Ə.Həsənov Dövlət Bankının müdiri təyin olunub.
Maliyyə naziri vəzifəsini isə Rəşid bəy Qaplanov icra etməyə başlayıb. Ə.Həsənova qədər Azərbaycan Cümhuriyyətinin maliyyə nazirləri–Nəsib bəy Yusifbəyli, Əbdüləli bəy Əmircanov, Məhəmməd Həsən Hacınski, İ.Protasov olub. Onların hər biri çox ağır vəziyyətdə olan ölkənin maliyyə problemlərinin həllinə çalışıb.
Bu işlərin davamı olaraq, 1919-cu il iyulun 15-də xarici valyutanın kursunun müəyyənləşdirilməsi üçün Bank birjası yanında ayrıca komitə yaradıldı.
Eyni il sentyabrın 30-da Dövlət Bankının, oktyabrın 25-də isə Bankın Gəncə şöbəsinin açılması barədə qanun qəbul olundu. 1919-cu ilin 11 oktyabrında Parlament “Azərbaycan Dövlət Əmanət Kassaları haqqında nizamnamə”ni təsdiqlədi.
Ə.Həsənov həm də neft gəlirinin əldə olunmasına diqqət edirdi. Neft sənayesi sahəsində görülən tədbirlər nəticəsində neft hasilatı əvvəlki dövrlə müqayisədə yüksəlmişdi. Əgər 1918-ci ilin avqustunda 11, 2 milyon pud neft hasil olunmuşdusa, 1919-cu ilin avqustunda bu rəqəm 20, 4 milyona çatmışdı. Cümhuriyyət dövründə neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi. Bu rəqəmlər və göstəricilər dövlətin iqtisadi siyasətinin düzgün yürüdülməsinin nəticəsi idi.
Parlamentdə kağız pulların müzakirəsi
1919-1920-ci illərdə AXC-nin 25, 50, 100, 250 və 500 manat dəyərində dövriyyəyə buraxılan kağız pullarının üzərində Nazirlər Şurasının sədri N.Yusifbəylinin və Maliyyə Naziri Ə.Həsənovun imzaları var idi. Tanınmış dövlət xadimi Ə.Həsənov həm də parlamentin iclaslarında fəallıq göstərib. O çıxışlarının birində deyirdi:
“Beş ildir bütün məmləkətdə anarxiyadır. Biz güman edirik ki, yollar açıq olacaq, mallarımız aparılıb satılacaq və oradan da bizim üçün hazır mallar gələcək”. O, fikirlərini konkret müddəlar əsasında çatdırırdı:
“Biz nə əkmişik, nə biçmişik? Dövlət haradan olsun? Gərək əkin əkilsin, yollar açıq olsun, ticarət edilsin ki, əmniyyət də olsun”.
Parlamentin 101-ci iclasında kağız pullar müzakirəyə çıxarıldı. Pulumuzun dəyərinin aşağı olduğunu qeyd edənlərə cavab olaraq, Ə.Həsənov bunun heç də belə olmadığını bildirdi: “Bizim pullar köhnə pullara nisbətən yaxşı haldadır”. Dövlət rəsmisi yalnız Azərbaycanda deyil, eləcə də Fransa və Almaniyada ümumi kağız pullarının kursunun aşağı düşdüyünü qeyd edir, mövcud problemlərə toxunur, vergi işlərinin müəyyən sistemə salınmadığını, verginin xalqa tanıdılıb qəbul etdirməyin çətinliyini vurğulayırdı. Onun bu cür çıxışları maliyyə sahəsində kifayət qədər bilik və bacarıqlara sahib olmasının göstəricisi idi. Ə.Həsənovu bu vəzifədə əvəz edən Rəşid bəy Qaplanov da onun kimi, dövlətin mənafeyindən çıxış edirdi. R.Qaplanov ölkə iqtisadiyyatında islahatların, sərvət mənbəyi olan neftdən, son zamanlarda ehtiyaca görə pambıq, ipək yerinə buğda əkilməsindən, vergilərin bir hissəsinin artırılmasından, vəziyyətdən çıxmaq üçün hökumətin daha səmərəli çalışmasından bəhs edirdi. O AXC-nin istər maarif, istərsə də maliyyə naziri vəzifələrində çalışarkən dövlətin inkişafında önəmli rol oynayıb.
Gömrük xidmətləri-mal mübadiləsi
Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində də böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı.
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-“Bakı bonları” buraxıldı. O vaxtadək ölkədə “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi.
Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.
Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Azərbaycan Dövlət Bankının yaradılması da məhz bu məqsədi daşıyırdı.
Eyni zamanda, müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu.
Həmin iclasda qəbul olunan qərara görə, əsas diqqət xəzinənin doldurulmasına yönəldildi. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda geniş əksini tapdı.
Respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. Daxili bazarı tənzimləmək məqsədilə 9 fevral 1920-ci ildə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi. Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi.
AXC-də təşəkkül tapmaqda olan iqtisadi sistemi o dövrün qabaqcıl iqtisadi nəzəriyyələrindən və ümumi inkişaf xəttindən kənarda təsəvvür etmək olmaz. O zaman dünyada azad rəqabətdən inhisara, tənzimlənməyən bazar iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına keçid baş verirdi. İqtisadi liberalizm prinsipləri mütləq qəbul olunan deyildi. Bu da öz əksini, heç şübhəsiz, AXC-nin iqtisadi inkişaf platformasında tapırdı.
Cümhuriyyət hökuməti dövrün mürəkkəb problemləri ilə əhatə olunmasına baxmayaraq, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyinə söz verərək, müvafiq addımlar atmağa çalışırdı.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.