Ahin Musavi`nin Blogu
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Kəmalüddövlə məktubları
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publistik işi sayılır . Hind şahzadəsi Kəmalüddövlə ilə fars şəhzdəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, “Kəmalüddövlə məktubları” bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir .
Məhsulun kodu: 2000255697961
Janr: Tarix
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Bərk
Müəllif: Mirzə Fətəli Axundzadə
Səhifə sayı: 160
dil: Azərbaycan
şərhlər 0
Nizami Gəncəvi
Nizami Gəncəvi
Nizami Gəncəvi
PULSUZ ÇATDIRILMA
Nizami Gəncəvi
Leyla Vəkilqızı
Ömər Xəyyam
Ziya Bünyadov
Viktor Frankl
Emmanuel Todd
Yuval Noah Harari
Rauda Jamis
Ronda Bern
Eckhart Tolle
Thomas Piketty
Erix Fromm
William H. Mcraven
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
PULSUZ ÇATDIRILMA Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Ramiz Rövşən
PULSUZ ÇATDIRILMA Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Mithat Gürata
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Ziqmund Freyd
Ceyn Ostin
Harper Lee
İsmayıl Şıxlı
Ştefan Svayq
Corc Oruell
Nizami Gəncəvi
Edqar Allan Po
Mirzə Ələkbər Sabir
Salman Rushdie
Nəriman Əbdülrəhmanlı
Qriqori Petrov
Amin Maalouf
Mario Levi
Ronda Bern
Robin Şarma
Keith Ferrazzi və Tahl Raz
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Franz Kafka
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
İskender Pala
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Carmine Gallo
Haqqımızda
Aksiyalar Və Endirimlər
- Möhtəşəm endirimlər
- Pulsuz çatdırılma fürsəti
- Bağda darıxırsan?
- Hədiyyə Sertifikatları
- VISA kartla ödəniş zamanı 7% endirim
Sifariş haqda
- Sifarişi necə etmək?
- Ödənişi necə etmək?
- Promokodu necə istifadə etməli?
- Bölgələrdən sifariş etmək qaydası
- Çatdırılma
- Sərfəli taksit imkanı
- Bir kliklə alış-veriş
- “Özün götür” xidməti nədir?
- Bizimlə əlaqə saxlayın
- Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
- Geyimlərin rahat qaytarılması
- Pulsuz dənəmə nədir?
- Evə kitabxana lazımdır?
Şahin Musavi`nin Blogu
M.F.Axundovun dini görüşləri və “Kəmalüddövlə məktubları”ndan sitatlar
Yayınlandı: Haziran 26, 2012 / Mənim Məqalələrim, Şəxsiyyətlər
Mirzə Fətəli Axundov Şərqin ən böyük ziyalılarından biridir. Axundovun dövrünə görə çox-çox irəli getdiyini deyə bilərik. Əsərlərində daha çox molla və ruhaniləri tənqid edən Axundov dini fanatizmdən çıxıb tərəqqiyə qədəm qoymağın vacibliyini xüsusi vurğulayırdı. Əsərlərindən Axundovun dini baxışlarını görmək mümkündür. Çox şəxs axundovu ateist kimi tanıyır. Bəli, o öz əsərlərində “allah”ı və digər dini kitabları, şəriət hüququnu tənqid edirdi. Lakin Axundovu ateist yox daha çox deist adlandırsaq, daha yerinə düşər. Lakin bu barədə də onun düşüncələri ziddiyətlidir. Bu fikri mən “Kəmalüddövlə məktubları” əsərində yazdığı bir fikirə əsasən deyirəm. O fikir aşağıdakı kimidir:
“…Belə bir əqidə bütpərəstlikdən də pisdir. Kainatı yaradan Allah bu cür sifətlərdən uzaqdır və ona bu kimi sifətləri vermək xalis küfrdür. Siz dediyiniz Allah, sizin xəyalınızda zənn ilə süni surətdə yaradılmış Allahdır. Senin Allahın səfehlərin dediyindən çox yüksəkdir…”
Daha sonra isə Axundovun Allahı tənqid etdiyini hətta daha sonra isə təhqir etdiyini görə bilərik. Axundovun dini baxışlarını müəyyən etmək üçün onun “Kəmalüddövlə məktubları” əsərini oxumaq kifayətdir. Axundovun düşüncəsinə əsasən din insanları çox geri salıb. Avropa insanın inkşaf etməsi, müsəlmanın isə cəhalət girdabında olmasının başlıca səbəbini o dində, xurafatçılıqda görür. O qeyd edir ki, bu mollalara ağıllı insan yox, bir sürü qoyun lazımdır. Axundov tamamilə İslamı rədd etmir. O qeyd edir ki, İslamda, şəriət-hüququnda xeyirli şeyləri saxlayıb, ziyanlıları atmaq lazımdır. Həmçinin o şəriətin ciddi tələblərini də rədd edir:
“….Qadağan edirsiniz, spirtli içkiləri qadağan edin. Şərabın haram edilməsi, həqiqətdə, İslam dininin misilsiz qanunlarındandır. Çünki spirtli içkilərin bədənə heç bir xeyri yoxdur və bu içkiləri çox içdikdə insanın vücudu, şübhəsiz, müxtəlif xəstəliklərə tutulur, nəhayət, tamamilə məhv olub gedir.. Siz qumarı qadağan edin ki, dünyada insanın ömrünü zay edən və həyatın ləzzətini zəhrimara döndərən pis bir adət və əlacı tapılmayan təhlükəli bir xəstəlikdir…”
Axundov əsərlərində cənnət və cəhənnəm məfhumunu inkar edir. Və bunu aşağıdakı kimi əsaslandırır:
“…Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı əlinə düşdükdə yeməsin; bir tüksüz uşağa rast gəldikdə ona əl vurmasın; fürsət düşdükdə camaatın qızına və arvadına təcavüz etməsin?! Bütün oğrular, yolkəsənlər və qatillər cahillər adamlar sırasından, yəni cəhənnəmə inanan adamlar sırasından çıxır. Heç alim və mərifət sahibi adamlardan birinin oğru, yolkəsən və ya qatil olduğunu görmüşsənmi? Afrikada bəşər cinsindən olan azyaşlı oğlan uşaqlarını tutaraq rəhmsizcəsinə axtalayıb xacə edən və onu İslam ölkələrinə heyvan kimi satanlar, habelə onları alanların hamısı cəhənnəmə inanan adamlar idi…”
Axundov həmçinin “Qurandakı Allah”ı riyakar, ikiüzlü və cəllad hesab edir, fikirlərini aşağıdakı misralarda əsaslandırır:
“…Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin? Məsələn: “Əbi-Ləhəbin əlləri şil оlsun”. Pəh-pəh… Allahımıza baх, “Əbi-Ləhəbin əlləri şil оlsun”, baх gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir, çünki оnun əql və huşu var, anlayır ki, qardaşı оğlu avam aldatmaq dəstgahı düzəltmək istəyir və öz nəfsinin bu fani dünyada beş günlük həzzi üçün min-minlərcə adamları ölümə vermək və Asiyanın bəyənilmiş səltənətlərini məhv etmək və şərafətli nəsilləri kоrlamaq və Asiya tayfalarını cəhalət və bədbəхtlik dəryasına qərq etmək istəyir. Az-çох bir düşüncəsi оlan adam “Təbbət” surəsinin dəlalət etdiyi belə çirkin və ləyaqətsiz qərəz sahibi Allahı bütün ülvi və süfli aləmlərin yaradıcısı saya bilərmi? Əgər həqiqətdə biz tək bir хəlqedənin və misilsiz bir yaradıcının varlığına qail оlsaq, о хəlqedən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir.
Bu surə Məkkədə nazil оlmuşdur. Peyğəmbərimiz Məkkədə оlduğu vaхt hələ köməkçisi, tərəfdarı və gücü yох idi. О zaman bizim Allah yalnız оnun düşmənlərini qarqış etmək ilə kifayətlənmişdir. Peyğəmbərimiz Mədinəyə köçdükdən sоnra, başına bir çох tərəfdar və köməkçilər yığışdıqdan sоnra və işində irəliləmə görünərək özü də qüdrət və dövlət sahibi оlduqdan sоnra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qоydu, qan tökməyə, rəhmsizliyə başladı, “Müşrikləri öldürün!” ayəsini göndərdi. Хəndək davasından sоnra öz Cəbraili vasitəsi ilə peyğəmbərə bəni-Qureyşə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər оnların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib оldu, оnların arvad-uşaqlarını əsir etdi. Kişilərin bоyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik? Оnu necə alçaq əхlaq və qərəz sahibi kimi tanımayaq? Və оna necə əzəmət, cəlal, mürüvvət və mehribanlıq sahibi, rəhmət və ehsan çeşməsi deyək? Bu necə Allahdır? Bu şiddətlə ölümə verdiyi bəndələr оnun məхluqu deyilmi? Хülasə….”
Hər şeyə rəğmən insanları cahiliyyət quyusundan çıxıb kamala dəvət edən Axundov şərq dünyasının bir dahisidir. O insanları savada səsləyirdi. Bu da təbii ki mollaların işinə yaramırdı. Çünki indi olduğu kimi o zaman da mollalara ağıllı adamlar lazım deyildi. Hətta mollalar və dini xurafatçılar həmin şəxsləri düşmən gözüylə görür, ölümünə fətva verirdi. Bu vəziyyət indi də heç fərqli deyil.
QEYD: MƏQALƏDƏN İSTİFADƏ ZAMANI İSTİNAD ZƏRURİDİR!
«Vaqif Axundov Dövlət Mühafizə Xidmətinə qohumlarını yığıb»
Əzizağa Süleymanov: «17 ildir Milli Qvardiyanın komandanı vəzifəsi vakant olaraq alır» Sentyabrın 13-də prezident Əliyevin Qobustan rayonuna səfəri zamanı Bakı-Şamaxı yolunun 44-cü kilometrində “Mercedes” markalı avtomobil Milli Qvardiyanın bir əsgəri və bir çavuşunu vurub. Onlardan biri həlak olub, digəri yaralanıb. Hər ikisi dövlət başçısının kortejinin təhlükəsizliyini təmin edirdilər. “Milli Qvardiyada xidmət edənlərin belə YNH-də həlak olması mümkünsüzdür, belə bir şey olmamalıdır, belə ki, mövcud təlimatlar buna yol vermir. Onlarla birlikdə Saray kəndinin 62 yaşlı sakinini də maşın vurub. Mülki şəxs Milli Qvardiya əsgərlərinin yanında ola bilərdi? Bütün bu suallar Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində mətbuat konfransı keçirən Milli Qvardiyanın əsasını qoyanlardan biri, istefada olan polkovnik Əzizağa Süleymanov tərəfindən səsləndirilib. Hadisənin subyektiv və obyektiv səbəbləri var. Belə ki, Milli Qvardiyanın şəxsi heyəti lazımi şəkildə təlimatlandırılmır, çünki kənar şəxsin Milli Qvardiyanın qulluqçularının yanında olmaq hüququ yoxdur. Obyektiv səbəblərə gəlincə, 17 ildir Milli Qvardiyanın komandanı vəzifəsi vakant olaraq qalır. Bu zaman Dövlət Xüsusi Mühafizə Xidməti və Milli Qvardiyada bir çox məsul vəzifələri Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun qohumları tutur. Belə ki, Milli Qvardiyanın qərargah rəisi vəzifəsinin 10 ildir ki, Vaqif Axundovun qohumu, tamamilə mülki şəxs tutur. Peşə hazırlığı İdarəsinə keçmiş müstəntiq rəhbərlik edir. Ümumiyyətlə, hər iki qurum peşə üçün yararsız insanlarla doludur, deyə o bildirib. 3-4 il əvvəl prezidentin bölgələrə səfəri zamanı Hacıqabul rayonu ərazisində Milli Qvardiyanın bir neçə əsgəri dəmiryol qatarı altında qalmışdı, onlardan bir hissəsi həlak olmuşdu, digərləri isə əlil olmuşdu. Bu hadisə ictimaiyyətdən gizlədildi və heç kim cəzalandırılmadı. Belə çıxır ki, hər dəfə dövlət başçısının rayonlara səfəri zamanı Milli Qvardiyanın əsgərləri həlak olmalıdır, deyə Süleymanov qeyd edib.
“Mən 1991-ci ildə Milli Qvardiyanı yaradanlardan biri olmuşam. Hazırda bu qurumda baş verənlər məni narahat etməyə bilməz. Nə qədər ki, Milli Qvardiya və Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbərliyi bir ailənin əlində qalacaq, yeni faciələr qaçılmazdır”, deyə Əzizağa Süleymanov bildirib. “Xural” qəzeti, il 9, sayı: 038 (446), 21 sentyabr 2011
Comments are closed, but trackbacks and pingbacks are open.