Axundzadnin seçilmiş srlri
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Xankəndi
“Miqrasiya mürəkkəb fenomendir. Düşünürəm ki, bu məsələyə optimist nöqteyi-nəzərindən baxmaq lazımdır. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra onların doğma torpaqlarına qayıtmasını təmin etməyə başladı. Əsas məsələ miqrasiyanı doğuran kök səbəbləri aradan qaldırmaqdır. Azərbaycan miqrasiyanı inkişaf amili kimi də qəbul edir”.
Bu fikirləri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov paytaxtımızda təşkil edilən X Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi” mövzusunda martın 10-da keçirilən panel müzakirələrdə deyib.
İqlim dəyişikliyi, yoxsulluq, münaqişələr nəticəsində miqrasiya edənlərin sayının artdığını qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bu məsələnin qlobal gündəmi zəbt etdiyini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası da miqrasiyada rəqəmlərin artmasına öz təsirini göstərib.
O, miqrasiya probleminin həlli üçün qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bunun üçün beynəlxalq sənədlərin mövcud olduğunu da diqqətə çatdırıb.
“Azərbaycan miqrasiya məsələlərində başqa ölkələrlə sıx əməkdaşlıq edir. Treninqlər keçirilir. Treninqlərə region ölkələri də dəvət olunacaq. Bu, ölkəmizin potensialını artırmağa imkan verəcək. Miqrasiya bir ehtiyacdır və buna uyğunlaşmaq lazımdır. Bu məsələyə optimist yaxınlaşsaq, faydalarını da görmək mümkündür”, – deyə Vüsal Hüseynov bildirib.
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.
Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.
Ömrünün sonuna qədər Şərq dilləri mütərcimi vəzifəsində çalışan M.F.Axundzadə Rusiya-İran və Rusiya-Türkiyə dövlətləri arasında aparılan bir sıra diplomatik danışıqlarda iştirak etmişdir.
O, bir müddət mütərcimliklə yanaşı, Tiflis qəza məktəbində işləsə də, dövlət qulluğunda işi çox olduğu üçün müəllimlikdən çıxmaq, öz yerini müəllimi M.Ş.Vazehə vermək qərarına gəlir. Tiflis ədəbi-mədəni mühiti, görkəmli ziyalılarla ünsiyyət M.F.Axundzadənin dünyagörüşünün, sənətə baxışının formalaşmasında, Şərq üzrə biliklərinin dərinləşməsində, Qərbi Avropa ədəbiyyatı ilə tanışlığında, bir sənətkar kimi püxtələşməsində mühüm rol oynamışdır. Həyatı gərgin mübarizələrdə keçən Mirzə Fətəli ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq haqsız yerə işdən çıxarılmış, ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmişdir. O, Tiflisdəki müsəlman qəbiristanlığında, müəllimi Mirzə Şəfi Vazehin qəbrinin yanında dəfn olunmuşdur.
M.F.Axundzadə bədii yaradıcılığa lirik şeirlərlə başlamış, “Səbuhi” (səhər, sübh adamı) təxəllüsü ilə Azərbaycan türk dilində və farsca şeirlər yazmışdır. “Zəmanədən şikayət” şeiri süjetli lirikanın dəyərli nümunələrindən sayılır. A.S.Puşkinin ölümü münasibətilə fars dilində yazdığı “Matəm qəsidəsi” M.F.Axundzadənin ilk çap əsəridir. Sonrakı nəşrlərində əsər “Puşkinin ölümünə Şərq poeması” adlandırılmışdır. Mirzə Fətəlinin fars dilində yazdığı “Yeni əlifba haqqında mənzumə” avtobioqrafik səciyyə daşıyır. “Molla Əli”, “Hekayəti-Seyyid Molla Ələm Səlyani”, “Həcvi-Əbdürrəsul xan” şeirlərində isə ədib cəmiyyətdə və şər xislətli insanlarda gördüyü nöqsanları tənqid edir.
XIX əsrin ortalarında Azərbaycan həyatı komediya, satirik əsərlər üçün material ola biləcək ziddiyyətlərlə, konfliktlərlə zəngin idi. Məhz belə bir şəraitdə M.F.Axundzadə maarifçilik ideyalarını geniş yaymağa imkan verən dramaturji yaradıcılığa başlamışdır. Onun 1850-ci ildə yazılmış “Hekayəti-molla İbrahimxəlil kimyagər” adlı ilk komediyasında cəhalət və fırıldaqçılıq kəskin tənqid edilir. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” (1850) komediyasında ədib gerilik, ətalət, cəhaləti gülüş hədəfinə çevirmiş, gəncləri inkişafa, dünyəvi elmləri öyrənməyə çağırmışdır. Mövzusu kənd həyatından alınmış “Hekayəti-xırs quldurbasan” (1851) komediyasında Bayramla Tarverdi arasında cərəyan edən münaqişə əsasında məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakılıq tənqid edilir, qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmət kimi məsələlər ön plana çəkilir.
“Hekayəti-vəziri-xani Lənkəran” (1851) komediyasının mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir. Ədibin xəsislik mövzusunda yazılmış “Hekayəti-mərdi-xəsis” (1852) komediyası qəhrəmanın adı ilə “Hacı Qara” da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəman müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. Onun əməyə xor baxması, tüfeyli həyatı, oğurluq, quldurluq arzusu ilə yaşaması o dövrün ictimai bəlası kimi əsərdə tənqid hədəfinə çevrilmişdir. Sonuncu komediyası olan “Mürafiə vəkillərinin hekayəti” (1855) əsərinin mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür.
Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir.
Komediyanın əsas tənqid hədəfi olan Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqi görüşlərə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.
M.F.Axundzadə “Aldanmış kəvakib” povesti ilə Azərbaycan ədəbiyyatı tarixində yeni realist bədii nəsrin dəyərli nümunəsini yaratmış, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.
- Teqlər:
- Azərbaycan ədəbiyyatı
- , Mirzə Fətəli Axundov
- , Mirze Feteli Axundov
- , dramaturq
Axundzadnin seçilmiş srlri
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812 Nuxa (Şəki) – 1878 Tiflis) — Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi.
Həyatı
Mirzə Fətəli Axundovun 150 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tbilisi botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.
Bədii yaradıcılığı
Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
Azərbaycanda teatr sənətinin inkişafında rolu
M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.
Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: “Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur”.
M.F.Axundzadə 1837-ci ildə – 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.
2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. “Sübhün səfiri” adlanan filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır.
Əsərləri
Şərq poeması (1837)
Hekayəti Molla İbrahimxəlil Kimyagər (1850)
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
Sərgüzəşti Vəziri-Xani Lənkəran (1850)
Hekayəti Xırsi-Quldurbasan (1851)
Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
Mürafiə vəkillərinin hekayəti (1855)
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah) (1857)
Fəhristi-kitab (1859)
Nəzm və nəsr haqqında (1862)
Tənqid risaləsi (1862)
Kəmalüd-dövlə məktubları (1865)
1.Əsərləri. 3 cilddə. Bakı: Şərq-Qərb, 2005, c.I, 296 s.; c.II, 376 s.; c.III, 296 s.
2.Ахундов М.Ф. Восточная поема на смерть А.С.Пушкина. Баку: Азернешр, 1982, 22 стр.
3.Ахундов М.Ф. Обманутые звёзды. Баку: Детюниздат, 1957, 56 стр.
Comments are closed, but trackbacks and pingbacks are open.