Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
idi. Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli
Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ
rəmzi şəkildə mənalandırılan iki qüvvə mövcuddur: qaranlıq və işıq.
Bu kitabda ədibin zəngin ədəbi irsindən seçmələr – müəllifin maarifçi
ideallarının təsdiqi olan bədii nəsr əsərləri (hekayələr) və pyeslər toplanmışdır.
ISBN 9952-418-39-3
Milli Kitabxana
Milli Kitabxana
Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan maarifpərvər yazıçı
Süleyman Sani Axundov 40 illik yaradıcılıq yolu keçmişdir. M.F.Axundovla
başlanan nəsr və dramaturgiya yolunu davam etdirən N.Vəzirov, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə kimi böyük yazıçılar sırasında Süleyman Sani orijinal bir yer
tutur. Həm ictimai, həm də ədəbi fəaliyyəti ilə o, böyük demokrat, yorulmaz
maarifçi, istedadlı sənətkar kimi XX əsr Azərbaycan ədəbiyyatı tarixində şöhrət
Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabr ayının 21-də
Şuşa şəhərində bəy ailəsində doğulmuşdur. Hələ körpə ikən atasız qalan
Süleymanın təlim-tərbiyəsi ilə bilavasitə dayısı, görkəmli maarif xadimi Səfərəli
bəy Vəlibəyov (1861-1902) məşğul olmuşdur. Süleyman Sani 1885-ci ildə Qori
müəllimlər seminariyasına daxil olmuş, burada milli, klassik rus və dünya
ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərmişdir.
1894-cü ildə seminariyanı bitirən Süleyman Sani Bakıdakı III dərəcəli rus-tatar
məktəbinə müəllim təyin edilmişdir. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə
xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla
tərbiyələndirmək işində var qüvvəsi ilə çalışmışdır. Süleyman Sani ədəbi-ictimai,
pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmişdir.
1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən
Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərmiş, həmin
qurultayda ana dilində proqram tərtib etmək üçün ayrılan komissiyaya seçilmiş,
1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə
birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur
“İkinci il” dərsliyini tərtib etmişdir. Dərsliyin müəllifləri yenicə oxuyub yazmağa
başlayan azəri balalarına çatdırmaq istədikləri tərbiyəvi fikirləri sadə, aydın, usaq
təfəkkürünün tez dərk edə biləcəyi bir üslubda qələmə almışdılar. Bununla həm də
dilimizin alınmalarla doldurulmasına qarşı çıxaraq azəri dilinin saflığını qoruyub
Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim
idi. Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli
gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq
Milli Kitabxana
onun dostu idi. O özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik
biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini
qazanmışdır. Təsadüfi deyildir ki, Süleyman Saninin direktor olduğu məktəb onun
adı ilə çağırılırdı.
1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif
komissarı kimi maarif sahəsində böyük həvəslə çalışmışdır. Xalq maarifi işində
Süleyman Saninin xidməti onun ictimai-pedaqoji fəaliyyətində parlaq, şərəfli
hadisədir. O, tərcümeyi-halında yazır: “1918-ci ildə mən cəlb olunmuş üzv sifəti ilə
xalq maarifi işində işləmişəm. Buradakı əsas işim – zəhmət məktəbləri üçün
proqram düzəltmək, məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və
rayonlarındakı maarifçilərin bütün həyətini siyahıya alıb yoxlamaqdan ibarət idi”.
1920-ci il mayn 25-də Gəncə qiyamı yatırıldıqdan sonra həmin il iyun ayının
əvvəlində belə bir qiyam Qarabağda baş verir. Qiyamı yatırmaq üçün ciddi
tədbirlər hazırlanır. XI Ordu hissələri Qarabağa gəlir. AK(b)P MK və Azərbaycan
İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz ildırımı Qarabağa göndərir.
Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr sırasında
Süleyman Sani də vardı.
1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra
partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ
vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyir;
Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif
ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycanda mədəni maarif işlərinin
1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə,
A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk (Azərbaycan – N.V.) əlifbası”
dərsliyini yazır. Həmin ildə o, “Azərbaycan ədib və şairlər ittifaqının sədrliyinə
seçilir və ədəbi gəncliyin tərbiyələnməsi üçün böyük əmək sərf edir. 1923-cü ildən
nəşrə başlayan “Maarif və mədəniyyət”, “Şərq qadını” jurnallarında dövrün
tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir.
S.S.Axundov Azərbaycan teatrının əlli illiyi münasibəti ilə Ə.Haqverdiyev,
N.Vəzirov, T.Şahbazi, S.Qənizadə, Ə.Cəfərzadə ilə birlikdə “Azərbaycan-türk
teatrosunun müxtəsər tarixçəsi”ni yazır. 1923-cü ildə Bakıda Azərnəşrin nəzdində
məktəbdənkənar oxu kitabları tərtib edən komissiyanın işində fəal çalışır. Bütün bu
və başqa dəlillər göstərir ki, 20-ci illərdə Süleyman Sani xalqın ictimai-mədəni
inkişafı üçün böyük əmək sərf etmiş, ictimai xadim kimi xalqın etimadını
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri” işıq üzü görüb
İctimai maarifçilik hərəkatının ideoloqu, ədəbi tənqidimizin banisi, əlifba islahatçısı, Azərbaycan dramaturgiyasının, yeni tipli bədii nəsrin banisi, yazıçı Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 432 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitaba müəllifin nəsr əsərləri, şeirləri, dramları, məqalələri daxil edilmişdir.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə yazıçı Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri”nin üç cildliyi 2005-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla-25000 nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdi.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Son Yazılar
- UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb
- Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub
- Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS
- Nargis.”ZERO. ”
- Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız”
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
BE | ÇA | Ç | CA | C | Ş | B |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
- Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
- Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023
- Nargis.”ZERO. ” 10 Mart 2023
- Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız” 10 Mart 2023
- İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti” 10 Mart 2023
- Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək 10 Mart 2023
- Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib 10 Mart 2023
- Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub 10 Mart 2023
- Gənc xanım yazar Şəhanə Müşfiqin “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçiriləcək 10 Mart 2023
- Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – 10 Mart 2023
- TÜRKSOY Yazarlar Birliyi yaradıldı 10 Mart 2023
- TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir 10 Mart 2023
- Şair-publisist Əkbər Qoşalının yardıcılıq gecəsi keçiriləcək 10 Mart 2023
- 10 Mart – Milli Teatr Günüdür 10 Mart 2023
- İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il) 10 Mart 2023
- Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il) 10 Mart 2023
- Lütviyyə ƏSGƏRZADƏ.”Keçmiş Olsun, Türkiyəm” 10 Mart 2023
- Vüsalə VƏTƏNXAN.”Rahat uyu, igid əsgər!” 10 Mart 2023
- Vüsalə VƏTƏNXAN.”VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ” 10 Mart 2023
Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ
tragizm yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir.
“Laçın yuvası” kamil ideya-bədii xüsusiyyətləri ilə seçilən sovet dövrü ilk
Azərbaycan dramıdır. Sovet hakimiyyətinin qurulmasının ildönümü münasibəti ilə
pyes yazmaq üçün elan edilən dövlət müsabiqəsində bu əsər birinci mükafata layiq
görülmüşdür. “Laçın yuvası”nın əlyazmalarının biri üzərində böyük yazıçımız
Ə.Haqverdiyev bu əsərin “Ənama layiq” olduğunu göstərmişdir.
“Eşq və intiqam” isə beş pərdə, yeddi şəkildə realist faciədir. Əsərin mövzusu
bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan vəhşi adət-
ənənələrdən, mustəbid mülkədar və bəylərin törətdiyi qanlı faciələrdən, gəncliyin
bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən,
haqsızlığa qarşı mübarizə edənlərin həyatından bəhs edir. Professor Məmməd
Cəfər sovet dövrü ilk Azərbaycan dramları haqda məqaləsində yazır: “Deyirlər ki,
“Eşq və intiqam” faciəsi səhv olaraq bir-birini sevən bacı-qardaşın faciəsidir. Ona
görə də guya süni, uydurma bir hadisədir. Bu, əlbəttə, yanlış, dərindən
düşünülməmiş söylənən bir fikirdir. Əsil həqiqəti axtarsaq, bu əsərdə iştirak edən
adamların hamısının faciəsi bir yerə toplanaraq ümumi bir faciə, müəyyən bir
dövrün, zamanın, məişət tərzinin, bir üsuli-idarənin faciəsidir”.
qanlı adət-ənənələri davam etdirən bəy-mülkədar zümrəsinin
nümayəndəsi Şahbaz bəydir. O, pul gücünə Həcər xanımı özünə arvad etmişdir.
Şahbaz bəy və Həcər xanım xəttində dramaturq, feodal-burjua ailəsindəki
ziddiyyətləri olduqca real, bədii boyalarla qələmə almışdır. Həcər xanımın
simasında qadının günahsız müqəssir, hüquqsuz kölə vəziyyətini, mənəvi
iztirablarım, Şahbaz bəyin şəxsində isə pulun, çirkin feodal əxlaqının ailəni necə
Realist dramaturq S.Sani göstərir ki, feodal-burjua cəmiyyətindəki əxlaqsızlıq
çox təbii olaraq Çingiz və Zöhrə xanım kimi günahsız müqəssirlər doğurur. Buna
görə şahbaz bəylərin özbaşınalığı, ancaq çingizlərin, zöhrələrin müsibətinə bais
olmaları ilə məhdudlaşmır. Bu nöqteyi-nəzərdən Çingiz intihardan əvvəl üsyankar
bir dillə: “Məni öz bacıma aşiq yetirməkdə
Milli Kitabxana
fikrin nədir, ey çərxi-fələk?” deməsi çox mənalıdır. Çingiz realist, tragik
qəhrəmandır. O, ağır dəqiqələrdə əlçatmaz gözəl arzularla yaşamaq istəmir.
Bacısına aşiq olduğunu bilib intihar etməsi, xəstə mülkədar-burjua əxlaqının
məişətdə törətdiyi faciəni ümumiləşdirir, digər tərəfdən insanların sevgi hisslərinin
yüksək əxlaqi prinsiplərini ləkələməkdən qoruyur, saf ailə-məişət normalarının
müqəddəsliyini təsdiq edir.
“Eşq və intiqam” ilhamla yazılmış əsərdir. Burada surətlərin intellektual aləmi,
fərdi xüsusiyyətləri əlvan realist boyalarla təsvir olunmuş, öz xarakteri, ədası,
hərəkət və düşüncə tərzi ilə bir-birindən fərqlənən surətlər yaradılmışdır. Əsərdəki
obrazlar canlı, dolğun və təsirli verilmişlər. Faciə həm də gözəl insani sifətlərin
qabarıq verilməsi baxımından 20-ci illərin dramaturgiyasında yeni hadisə idi.
S.S.Axundovun “Tənqid və təbliğ” teatrında tamaşaya qoyulan pyesləri də o
dövrün tələblərinə cavab verən əsərlər idi. “Çərxi-fələk” (1921) pyesində
dramaturq, istismarçı sinfin inqilabi mübarizə yolu ilə devrildiyini simvolik şəkildə
əks etdirir, fəhlə sinfinin bu mübarizədə hegemonluğunu Bahadır surətində
Yazıçının maraqlı pyeslərindən biri də “İki yol” (1922) əsəridir. Pyesin
konflikti yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur. Əsərin qəhrəmanı
gənc ziyalı, aktyor Məmməddir. O, azad, saf məhəbbətin tərəfdarıdır, eyni
zamanda teatrı kəsərli, əhəmiyyətli tərbiyə vasitəsi hesab edir və təbliğ etdiyi bu
qayəyə qarşı duranlarla mübarizə aparır.
Keçmişdən qalma mənfi adət-ənənələrin tənqidi, yeni əxlaq normalarının köhnə
mühafizəkar əxlaqi normalar üzərində qələbəsi, komediyada müsbət surətlərdən
cəsarətlə istifadə etmək meyli Süleyman Saninin “Molla Nəsrəddin Bakıda”,
“Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Yeni həyat” məzhəkələrinin ideya-
bədii xüsusiyyətlərini təşkil edir.
Sovet dövrü Azərbaycan dramaturgiyasında bioqrafik formada yazan ilk
sənətkar Süleyman Sanidir. Onun “Molla Nəsrəddin Bakıda” məzhəkəsi böyük
inqilabçı-demokrat C.Məmmədquluzadəyə həsr edilmişdir. Burada o, Molla
Nəsrəddin surətini ilk dəfə səhnəyə çıxarır, onun köhnəliyə qarşı çevrilən satirik
gülüşünün ictimai məzmununu açır, Cəlil Məmmədquluzadənin bir şəxsiyyət kimi
bəzi xarakterik sifətlərini göstərir.
“Şahsənəm və Gülpəri”nin konflikti hüququnu anlayan, ictimai həyata atılmaq
istəyən qadınlar ilə yeniliyə qarşı çıxan köhnə fikirli ərlərin mübarizəsi üzərində
qurulmuşdur. Komediyanın finalında ərlər öz səhvlərini başa düşüb arvadları ilə
barışır, mədəni həyata qədəm qoyurlar.
Comments are closed, but trackbacks and pingbacks are open.