Press "Enter" to skip to content

Axund Mirzə Əbu Turab Axundzadə(r)

Azərbaycan xalqının fəxri, milyonçu Hacı Zeynalabdın Tağıyevin Əbu Turab axundla yoldaşlıq və dostluq münasibəti olmuşdur. O, yaşca ondan böyük olan axunda böyük ehtiramla və hörmətlə yanaşmışdır. Təsadüfi deyildir ki, Hacı öz şəxsi faytonundan istifadə etməyə ancaq Axunda icazə vermşdi. Tağıyev dünyadan köçməzdən çox-çox əvvəl vəsiyyət etmişdi ki, öləndə onu Axund Mirzə Əbu Turabın ayağı tərəfində basdırsınlar. Onu Mərdəkanda “Pir-Həsən altı” deyilən qəbristanlıqda Əbu Tburabın məzarının ayaq tərəfində dəfn etmişlər. Əbu Turab Axunzadənin yetişdirmələrindən biri onun qohumu Bakı vilayət qazısı Axund Mir Məhəmməd Kərim Müzəffərzadə idi. Onun qazılığına razılığı 1904-cü ildə Əbu Turab Axunzadə vermişdi. Məlumdur ki, Mir Məhəmməd Kərim Müzəffər Quranın “Kəşfül-həqaiq” adlı üç cilddən ibarət Azərbaycan dilində təfsirini vermişdir. Dörd il üç aya yazılan bu əsərin əsas müddəaları Əbu Turab Axunzadə ilə razılaşdırılmış, onun dəyərli məsləhətləri isə nəzərə alınmışdı. Axund Əbu Turab tanınmış publisist idi. Hansı mövzuda yazırsa-yazsın, insanları həmişə maarifə, biliyə və birliyə çağırırdı. Orucov qardaşlarının nəşriyyatında onun “İslam firqələrinin səbəbləri” adlı kitabı nəşr edilmişdir. Bu kitab ilə o İslamiyyət içərisində təfriqə salanları ifşa etmişdir.

“Yuğ” teatrının mart ayı üçün repertuarı açıqlanıb

“Yuğ” teatrının mart ayı üçün repertuarı açıqlanıb Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət “Yuğ” Teatrının mart ayı üçün nəzərdə tutulan repertuar planı açıqlanıb.

27 Fevral , 2018 09:54
https://static.report.az/photo/96d7c839-7af8-4323-aed9-b9d766c23d31.jpg
Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət “Yuğ” Teatrının mart ayı üçün nəzərdə tutulan repertuar planı açıqlanıb. “Report” teatrın repertuar planını təqdim edir:

3 mart, şənbə P.Nurəliyeva “Sonuncu” 19:00
4 mart, bazar T.Vahid “Quş dili” 19:00
9 mart, cümə O.Fikrətoğlu “Fəna” 19:00
10 mart, şənbə V.Klim “Medeya Sekvensiya – 01” 19:00
11mart, bazar S.Haqverdiyeva “Metamorfoza” 19:00
16 mart, cümə G.Dumbadze “Məhşər günü” 19:00
17 mart, şənbə M.F.Axunzadənin əsərləri əsasında “Naməlum Axundzadə” 19:00
23 mart, cümə Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında “Ründi Şeyda” 19:00
25 mart, bazar K.Abdulla “Səsimi unutma” 19:00
30 mart, cümə T.Nar “Şok” 19:00

Link kopyalandı
Ruhanə Mirzəyeva
https://static.report.az/photo/0d7e1063-ff24-3014-af10-a99cc38afd83_50.jpg

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Axund Mirzə Əbu Turab Axundzadə(r)

Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri də görkəmli şəxsiyyət Axund Mirzə Turab Axundzadədir. O, 1817-ci ildə Bakıda İçəri Şəhərdə tanınmış runani ailəsində dünyaya göz açmışdır. Onun əsl adı məlum deyil. Əbu Turab Hz.Əli(ə) adlarından biridir. Bu ləqəbi ona İslam Peyğəmbəri(s) vermişdir. Mənası torpaq atası deməkdir. Axunda da Ərəbistanda dini təhsil aldığı illərdə bu ləqəb kimi verilmişdir. Mirzə Əbu Turab Axundzadə sözün həqiqi mənasında Abşeron torpağının “atası” idi. İlk təhsilini o dövrdə Bakının məşhur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. Cəhalət və xürafatın hökm sürdüyü dövrdə həmin mədrəsənin üstünlüyü ondan ibarət idi ki, orada ilahiyyat elmləri ilə yanaşı dünyəvi elmlər də tədris olunurdu. Təəssüflər olsun ki, həmin mədrəsənin nə tarixi, nə də onun banisi olan gözəl şair, maarifçi din xadimi Mirzə Həsib Qüdsinin fəaliyyəti bu günədək işıqlandırılmamış və təhqiq olunmamışdır. Təkcə bu faktı göstərmək kifayətdir ki, uzun illərdən bəri hüzr məclislərində “Yasin” surəsindən sonra oxunan tilavət tərifi Mirzə Həsib Qüdsi tərəfindən yazılmışdır.

Ərəb və fars dillərini mərəsədə mükəmməl öyrənən Əbu Turab bununla kifayətlənmir. Təhsilini davam etdirmək üçün, Ərəbistana yola düşür. Təhsilini Mədineyi-Münəvvərədə başa vurur və tələbəlik illərindəcə Məkkə ziyarətində olur. Yeri gəlmişkən qeyd etmək istəyirik ki, Mədinədə təhsil almış ilk və yeganə alim idi. Əbu Turab Axunzadə dövrünün ən görkəmli ilahiyyatçılarından hesab olunurdu. O, Bakının bir çox məscidlərində moizələr edərdi. Bəzən moizələrini ərəb dilində söyləyərdi. O, əsasən Bakının Əmircan məscidində fəaliyyət göstərirdi.

Axund elmin və maarifin tərəfdarı idi. 1901-ci ildə öz qızını H. Z. Tağıevin qız məktəbinə qoymuşdu. 1845-1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunmuş, Qafqaz baş canişini M. S. Verensov və Zaqafqaziya Şeyxülislamı Axund Məhəmməd Əli tərəfindən qəbul edilmiş, ona Bakı vilayət qazısı vəzifəsi təklif olunmuşdu. Amma o, bu vəzifədən imtina etmişdi. Əbu Turab Axund özünün ruhanilik fəaliyyəti ilə İslam dinini təhqir edənlərə qarşı amansız olmuşdu. Əbu Turab Axundzadənin Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə ilə eləcə də, başqa ictimai xadimlərlə mübahisələri olmuşdur. Onun 1907-ci ildə əvvəlcə “Həyat” qəzetində, sonra isə Tiflisdə kitabça şəklində çap olunmuş “Bizə hansı elmlər lazımdır” məqaləsi həmin dövrdə müxtəlif mübahisələrə səbəb olmuşdu. Axund Əbu Turab yazırdı: “Təbiətin hikmətinin bilməklə insan olmaq olmaz. İlahi hikməti ilə kamilləşmək insanı insan edər.” Məqalənin başqa hissəsində deyilir: “Tibb elmini bilməklə bədənin xəstəliklərinə əlac etmək olar, lakin onunla insanlığı kəsb etmək olmaz.”

Azərbaycan xalqının fəxri, milyonçu Hacı Zeynalabdın Tağıyevin Əbu Turab axundla yoldaşlıq və dostluq münasibəti olmuşdur. O, yaşca ondan böyük olan axunda böyük ehtiramla və hörmətlə yanaşmışdır. Təsadüfi deyildir ki, Hacı öz şəxsi faytonundan istifadə etməyə ancaq Axunda icazə vermşdi. Tağıyev dünyadan köçməzdən çox-çox əvvəl vəsiyyət etmişdi ki, öləndə onu Axund Mirzə Əbu Turabın ayağı tərəfində basdırsınlar. Onu Mərdəkanda “Pir-Həsən altı” deyilən qəbristanlıqda Əbu Tburabın məzarının ayaq tərəfində dəfn etmişlər. Əbu Turab Axunzadənin yetişdirmələrindən biri onun qohumu Bakı vilayət qazısı Axund Mir Məhəmməd Kərim Müzəffərzadə idi. Onun qazılığına razılığı 1904-cü ildə Əbu Turab Axunzadə vermişdi. Məlumdur ki, Mir Məhəmməd Kərim Müzəffər Quranın “Kəşfül-həqaiq” adlı üç cilddən ibarət Azərbaycan dilində təfsirini vermişdir. Dörd il üç aya yazılan bu əsərin əsas müddəaları Əbu Turab Axunzadə ilə razılaşdırılmış, onun dəyərli məsləhətləri isə nəzərə alınmışdı. Axund Əbu Turab tanınmış publisist idi. Hansı mövzuda yazırsa-yazsın, insanları həmişə maarifə, biliyə və birliyə çağırırdı. Orucov qardaşlarının nəşriyyatında onun “İslam firqələrinin səbəbləri” adlı kitabı nəşr edilmişdir. Bu kitab ilə o İslamiyyət içərisində təfriqə salanları ifşa etmişdir.

Öz dərin ağlı, zəkası, mərifəti və xeyirxalıqı ilə hörmət qazanmış, Bakı alimlərinin başçısı Mirzə Əbu Turab Axundzadə 1910-çu ildə Mərdəkənanın bağında vəfat etmişdir. Bakı milyonçusu Ağa Murtəza Muxtarov hörmət əlaməti olaraq, onun qəbri üstündə günbəz inşa etdirmişdir.

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ ƏSƏRLƏRİ I CİLD

Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demоkratik fəlsəfi və estetik fikrin, ilk əlifba inqilabının, bütövlükdə mənəvi mədəniyyətimizin bütün sahələrində “yeni dövr”ün banisi оlan böyük ədib, alim və filоsоf Mirzə Fətəli Axundzadənin zəngin və çоxcəhətli yaradıcılığı ümumşərq və ümumbəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir. Milli ədəbiyyatın taleyinə və tarixinə təsir baxımından məhz bir maarifçi оlaraq оnun gördüyü işin hüdudları XII əsrdə Nizami, XVI əsrdə Füzuli dühasının miqyasları ilə müqayisə оluna bilər. Lakin tarixi inkişafın yeni mərhələsinə uyğun оlaraq Axundzadə dоğma ədəbiyyatın qarşısında duran vəzifələrə böyük bəşəri vüsətlə yanaşı daha fərdi və milli bir kоnkretlik də gətiribdir. Əsərlərinin I cildinə mütəfəkkir sənətkarın bədii irsi – 1850-1855-ci illər arasında yazdığı altı kоmediya, həmçinin 1856-cı ildə qələmə aldığı “Aldanmış kəvakib” pоvesti və eləcə də şeirləri daxil edilmişdir.

Yükləməyə Keç [787,38 Kb] [ : 456] –>

Comments are closed, but trackbacks and pingbacks are open.