Tez-tez verilən suallar
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya trek nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Axxes ödəniş cihazını necə sifariş edə bilərəm?
Ana Səhifə » Çatdırılma və Ödəniş
Çatdırılma və Ödəniş
Necə sifariş edə bilərəm?
Bizim www.topservis.az saytımızda ödənişsiz şəkildə qeydiyyatdan keçdikdən sonra (və ya qeydiyyatsız) onlayn alış-veriş zamanı istədiyiniz məhsulu səbətə əlavə edirsiz. Sonram səbətə keçid alaraq adınızı, soyadınızı və əlaqə nömrənizi qeyd etdikdən sonram ünvan bölməsində ünvanınız qeyd olunmalıdır.
Dükandan almaq istədiyiniz zaman isə “Mağazadan al” düyməsinə keçid alaraq Bakı şəhərində fəaliyyət göstərən dükanlarımızdan birini seçib məhsullarınızı oradan əldə edə bilərsiniz.
Sifarişin ödənişini necə edim?
Sifariş etdiyiniz məhsulun dəyərini istər biz çatdırdıqda, istərsədə özünüz gəlib apardıqda məhsulu sizə təqdim edən nümayəndəmizə nağd şəkildə ödəyə bilərsiniz.
Əlavə olaraq sifariş etdiyiniz məhsulun dəyərini istər biz çatdırdıqda, istər özünüz gəlib apardıqda, saytda bank kartları vasitəsilə də ödəyə bilərsiniz.
Çatdırılma qiyməti necə hesablanır?
Bakı şəhəri üzrə çatdırılma ödənişsiz həyata keçirilir. Lakin Bakı ətrafı kəndlərə və ya Azərbaycanın digər regionlarına sifariş olunan məhsulun çatdırılma haqqı məsafəyə görə hesablanır.
Azərbaycanın ən geniş təkər satış mərkəzi
- Təkər təmiri
- Yağdəyişmə
- Mobil servis
- Təkərə xidmət
- Razval xidmətləri
- info@topservis.az
- *6868
- (055) 333-11-53
Sosial şəbəkələrdə oluruq
©2020 Top Servis. Разработано Sharafmedia.az
Təkərlərin onlayn və kreditlə satış mərkəzi. Hər növ avtomobil üçün müxtəlif ölçüdə təkərlərin satışı. Ucuz qiymətə təkərlərin topdan və pərakədəndə satışı. Müxtəlif təkər brendləri – Michelin, Goodyear, Tigar, Cordiant, Pirelli, Bridgestone və digər təkərlər.
Tez-tez verilən suallar
“Mənim üçün Sifariş Et” xidməti. “Sifariş et” xidməti nədir? Bu xidmətdən istifadə etdiyiniz zaman Türkiyə sifarişlərinizi biz həyata keçiririk. Türkiyə saytlarından bəyəndiyiniz məhsulun linkini bizimlə bölüşməyiniz kifayətdir. Xidmət tamamilə ödənişsiz və əlavə komissiyasızdır.
Sifarişim neçə gün ərzində çatdırılır?
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 3-7 iş günü ərzində Azərbaycana çatdırılır.
Məhsulu “satıcı firma iptal edir” nə deməkdir?
Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Azex Karqo şirkəti tərəfindən edilibsə və onlayn mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən onlayn mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Azex Karqo şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.
Sifarişi geri qaytarmaq olar?
Azex Karqo şirkəti satıcı firmanın göndərdiyi məhsulun orjinallığına və keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Məhsulun qaytarılması və ya dəyişdirilməsi üçün siz birbaşa satıcı firmaya müraciət etməlisiniz.
Azərbaycan bank kartlarını qəbul etməyən saytlardan necə sifarış edə bilərəm?
Əgər siz məhsulları xarici saytdan sifariş edə bilmirsinizsə, biz sizə kömək edəcəyik. Məhsulun linkini bizə yollayıb ödənişi şirkətimizə onlayn kart vasitəsilə edin. Daha sonra biz məhsulu sizin üçün əldə edəcəyik.
Həcm çəkisi nədir və necə hesablanır?
Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarələrdə daşınan yüklərin çəkisi ölçülərindən aslı olaraq iki cür hesablana bilər: Fiziki çəki; Həcm çəkisi. Bağlamların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir. Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır: (En(sm) x Uzunluq(sm) x Hündürlük(sm))/6000 = Həcm çəkisi (kg)
Bəyannamənin doldurulma qaydası
Azex.az saytında bəyannamə növbəti şəkildə doldurulur: İnvoysu sifariş etdiyiniz saytda “sifarişlər” bölməsindən və ya mailinizdan(order confirmation) əldə edə bilərsiniz. İnvoysda məhsulun adı, qiyməti, sayı və ödənilən ümumi məbləğ kimi məlumatlar mütləq qeyd olunmalıdır. “Bəyan et” bölməsindən bəyannamə satıcı bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.
«Tracking» Nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya trek nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
300 dollar limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Daşınması qadağan olan məhsullar
- Dezodorantlar.
- Mobil telefonlar.
- Müxtəlif növ batareyalar, powerbank-lar.
- Qida məhsulları.
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
- Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
- Canlı heyvanlar.
- Bitki və toxumlar.
- Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
- Pul əskinasları, sikkələr.
- Akkumulyatorlar.
- Batareyalar.
- Mühərriklər.
- Hover Board skuterlər.
- Maşın yağları və maşın yağının olduğu bütün mallar.
- Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
- Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
- Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
- Türkiyədən sənət əsərləri, müxtəlif sənədlər.
Müraciət kanalları
Yeniliklər barədə həm sosial şəbəkə səhifələrimizdən, həm də azsmart.az vebsaytından məlumat ala bilərsiniz.
Sifariş və əlavə suallar üçün +994 2539903 və ya +994 125389842 əlaqə nömrələrinə müraciət edə bilər və ya İzmir küç. 23 (İzmir Plaza, 2-ci mərtəbə) ünvanında yerləşən ofisimizə yaxınlaşa bilərsiniz. Bundan əlavə, bizi sosial şəbəkə səhifələrimizdən və azsmart.az vebsaytımızdan izləyə bilərsiniz.
Kampaniyalar
Sifariş həcmindən asılı olaraq endirim imkanları nəzərdən keçirilə bilər.
Təkliflər (ümumi suallar)
Bütün təkliflərinizlə bağlı office@azsmart.az ünvanına email göndərə bilərsiniz.
Sənədləşmə və Ödəniş
Ödəniş sifariş həcminə uyğun olaraq, tam formada köçürmə/ nağd/ onlayn ödəniş/ POS-Terminal ilə və ya BirKart vasitəsilə 2/3 aylıq taksit kimi həyata keçirilir. O cümlədən, aylıq xidmət haqqı ödənişləri üzrə isə qaimə əsasında köçürmə/ onlayn ödəniş və ya Yığım.az vasitəsilə (MilliÖn, E-manat, ExpressPay terminalları) ödəniş edə bilərsiniz.
Sizə qeydiyyat zamanı yardım göstərmiş Satış üzrə Mütəxəssisimizə müraciət edə bilərsiniz.
AzSmart-a yaxınlaşıb, bizdə olan müqavilənin surətini ala bilərsiniz. Və ya online olaraq, Sizə skan versiyasını göndərə bilərik.
Yerləşmə və iş vaxtları
37 nömrəli avtobus ilə gələ bilərsiniz. (Hyatt Regency oteli və İzrail səfirliyinin yanı)
Xeyr, bir ünvanda fəaliyyət göstəririk. Regionlar üzrə isə Satış agentlərimiz fəaliyyət aparır.
Ofisimiz həftə içi hər gün saat 9:00-18:00 aralığında fəaliyyət göstərir.
Digər
Bütün vakansiya elanları sosial media hesabımızda və digər iş elanları saytalarında (jobsearch.az, employ.az, və s.) elan edilir. Bundan əlavə, əgər vakansiya elan edilmədən də müraciət etmək istəsəniz öz CV formanızı başlıqda müraciət etmək istədiyiniz vəzifəni qeyd edərək office@azsmart.az ünvanına göndərə bilərsiniz.
Köhnə kassa aparatları qeydiyyatdan çıxmasa da yeni nəsil elektron Nəzarət Kassa Aparatlarını qeydiyyata almaq olur. Köhnə kassa isə artıq avtomatik sistemdə funksionallığını itirir, amma qeydiyyatdan çıxarmaq üçün həmin kassanı vaxtilə quraşdıran şirkətlə əlaqə yaratmaq lazımdır. Amma yeni kassa olanda, Dövlət Vergi Xidməti nəzarəti həmin cihaza əsasən aparır əsas, köhnə kassanı nəzərə almırlar.
Comments are closed, but trackbacks and pingbacks are open.