Ayə qrupumu necə tanıya bilərəm
Qanköçürmədən əvvəl pasiyent müayinə olunur, hemotransfuziya üçün əks-göstərişlərin olub-olmaması təyin olunur, qan qrupu və rezus-faktor yoxlanılır, donorun və resepiyentin qanının uyğunluğu təyin olunur, xüsusi testlər aparılır. Daha sonra bioloji sınaq aparılır – xəstəyə 25-30 ml qan köçürülür və həkimlər xəstəyə nəzarət edir. Məsələ burasındadır ki, hətta tam uyğun qanın köçürülməsi ağırlaşmaların inkişafına səbəb ola bilər. Əgər xəstə özünü yaxşı hiss edirsə (nəfəsalmanın və nəbzin artması, üzün qızarması, narahatçılıq və s. yoxdur) qan köçürülür.
Hansı qan qrupundan olanla evlənməli? – Əgər qanınız aşağıdakı qruplara aiddirsə.
Mütəxəssislər evlilikdən əvvəl tibbi müayinədən keçməyin nə qədər vacib olduğunu qeyd etsələr də, təəssüflər olsun ki, bir çox cütlüklər buna əməl etmir. Amma bu məsləhəti qulaq ardına vuran şəxslər bilməlidirlər ki, onların bu addımı gələcəkdə nəinki öz sağlamlıqları, eləcə də dünyaya gələcək övladlarının səhhəti üçün problem yarada bilər.
Day.Az kishi.az-a istinadən bildirir ki, bu cür problemlərlə rastlaşmaq istəməyən cütlüklər qan uyuşması məsləsində xüsusən həssas olmalı, evlilikdən əvvəl mütləq həkim nəzarətindən keçməlidirlər. Çünki evlilikdə qan qrupu uyğunluğu sağlam körpələrin dünyaya gəlməsi üçün lazım olan əsas şərtdir.
Qan qrupu təhlili ana ilə ata arasında ola biləcək qan uyuşmazlığını təyin etmək üçün edilir. Qan uyuşmazlığı isə qan qrupunuzdan deyil, qanınızdakı Rh faktorundan aslıdır. Ümumiyyətlə, qan uyuşmazlığı yalnız qadında Rh mənfi, kişidə isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər.
Əgər qanınız aşağıdakı qruplara aiddirsə, deməli uyğunsuzluq yoxdur.
Qadın Rh müsbət, kişi Rh mənfidirsə;
Qadın Rh mənfi, kişi Rh mənfidirsə;
Qadın Rh müsbət, kişi Rh müsbətdirsə;
Xüsusən, qohum evliliyi quran şəxslərin evlilikdən öncə qan qrupu yoxlamasından keçməsi daha vacibdir. Çünki, hər insanın genetik şifrəsində onun sağlamlığı üçün təhlükə yaratmasa belə, bəzi gizli xəstəliklər olur. Bu gizli xəstəliklər eyni genetik kodu daşıyan, vahid mənşədən gələn insanlarda çox vaxt eyni hissələrdə olur. Dünyaya gələcək körpənin düsturu isə yarı qədər anadan, yarı qədər atadan aslı olduğu üçün ata və anada olan bu gizli xəstəlik övladda bütünləşərək tam şəkildə özünü gəstərir. Bunun nəticəsində də qohum evliliyindən doğulan uşaqlar çox vaxt əqli və ya fiziki cəhətdən qüsulu, bəzi hallarda isə hətta şikəst doğulurlar.
Müxtəlif genetik kodu daşıyan insanlarda çox nadir hallarda bu cür uyğunluğa rast gəlinsə də, yenə də hər iki halda, körpənizin və özünüzün sağlamlığı üçün həkim nəzarətindən keçməyiniz mütləqdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Böyrək
Böyrək – lobyaşəkilli cüt orqandır. Qanın təmizlənməsi və sidik yaranmada birbaşa iştirak edir. Bu orqan sidik-ifrazat sisteminə daxildir.
Böyrəyin anatomiyası
Böyrəklər insan bədənində qarnın arxa divarında, bel nahiyəsində yan tərəflərdə axırıncı 2 döş və I-II bel fəqərəsi səviyyəsində yerləşir. Sağ böyrək sola nisbətən bir qədər aşağıdadır. Çünki o, yuxarıdan qaraciyərlə sərhədlənir.
Böyrəyin normal ölçüləri
Yetkin insanda böyrəyin uzunluğu təqribən 11.5-12.5 sm, eni 5-6 sm, qalınlığı isə 3-4 sm-dir. Çəkisi 120-200 qramdır. Adətən sol böyrək sağla müqayisədə bir qədər böyük olur.
Böyrəyin daxili quruluşu
Hər bir böyrək sərt fibroz birləşdirici kapsulla əhatə olunaraq, parenxima, sidiktoplayıcı və sidikçıxarıcı sistemlərdən ibarətdir. Parenxima xarici qabıq (korteks) və daxili beyin (medulla) qatlarından təşkil olunmuşdur.
Sidiktoplayıcı sistemə 6-12 ədəd xırda kasacıq daxildir. Onlar öz aralarında 2-3 ədəd birləşməklə iri kasacıqlar (2-4) əmələ gətirilər. İri ölçülü kasacıqların birləşməsindən isə böyrək ləyəni yaranır. Ləyən sidik axarına keçir. Sağ və sol sidik axarları sidik kisəsinə açılır.
Böyrəklərin morfo-funksional vahidi nefrondur. Nefron sidik əmələ gətirmə funskyasını yerinə yetirən spesifik strukturdur. Böyrəklərin hər birində 1 milyondan çox nefron mövcuddur.
Böyrəyin funksiyaları
- İfrazat (ekskretor);
- Osmorequlyasiya (su-elektrolit balansının tənzimi);
- İonorequlyasiya (ion balansının tənzimi);
- Endokrin (daxili sekretor vəzi kimi);
- Metabolik;
- Qan yaranma.
İfrazat funksiyası böyrəyin əsas vəzifələrindəndir. O, sekresiya və filtrasiya prosesləri ilə həyata keçir. Yüksək təzyiq altında böyrəklərə daxil olan qan plazma ilə birlikdə Şumlyan-Boumen kasacıqlarında filtrlənir. Yaranan maye birincili sidik adlanır.
Bu maye nefron kanalcıqlarında öz hərəkətini davam etdirir. Məhz burada qidalı maddələrin (qlükoza və s.), su və elektrolitlərin geriyə, yəni qana sorulması baş verir. Bu zaman birincili sidiyin tərkibində sidik cövhəri, sidik turşusu və kreatinin qalır. Nəticədə ikincili sidik formalaşır, kasacıqlardan ləyənə, ordan da sidik axarına keçərək, sidik kisəsinə tökülür.
Normada gün ərzində böyrəklərdə 120-150 llitr birincili və 1.5-2 litr ikincili sidik əmələ gəlir. Həmçinin bu orqanlardan sutkada 1700-2000 litr qan keçir.
Böyrəklər həm də qan plazmasında turşu-qələvi balansının tənzimində mühüm rol oynayırlar. Orqanizmin maddələr mübadiləsinin son məhsulları, toksiki birləşmələr (o cümlədən dərmanlar), qeyri-üzvi və üzvi hissəciklərin artığı bu orqanlardan keçərək, bədəndən kənarlaşdırılır.
Böyrək xəstəlikləri
Böyrək xəstəlikləri və müalicəsi ilə urologiya, həmçinin nefrologiya məşğul olur. Və təbii ki, uroloq kimdir sualına belə cavab verə bilərik: uroloq böyrək xəstəlikləri, o cümlədən bütün sidik-cinsiyyət sisteminin patologiyalarının müalicəsi ilə məşğul olan həkimdir.
Bu xəstəliklərə aşağıdakılar aiddir:
- Nefrolitiaz (böyrək daşı xəstəliyi);
- Pielonefrit (böyrəyin iltihabı xəstəliyi). Əksərən infeksiya orqana qan vasitəsilə keçir.
- Nefroptoz (böyrəyin sallanması). Anadangəlmə və qazanılmış olur. Çox vaxt qadınlarda rast gəlinir.
- Hidronefroz (sidiyin ləngiməsi nəticəsində kasa-ləyən sisteminin genişlənməsi). Anadangəlmə və qazanılmış xarakterlidir. Qazanılmış forma böyrək daşının kanala düşməsi nəticəsində mexaniki ləngimə və hamiləlikdə böyrək problemi kimi təzahür edir. Xəstəlik birinci halda müalicə ilə, hamiləliklə əlaqəli olduqda isə yüngül formalarda uşaq doğulduqdan sonra öz-özünə keçib gedir.
- Böyrək çatışmazlığı. Orqan öz funksiyasını yerinə yetirə bilmir. Onun kəskin və xroniki formaları qeydə alınır.
- Qlomerulonefrit. Böyrək yumaqcıqları və kanalcıqlarının zədələndiyi iltihabi xəstəlikdir.
Xülasə
Bu iki ədəd lobyaşəkilli orqan həyati vacib funskiyaları yerinə yetirdiyindən özünüzü infeksiyalardan və böyrək soyuqlamasından qorumağı tövsiyə edirik.
Hansı qan qrupu hansına köçürülə bilər – CƏDVƏL
Qanköçürmənin və onun əsaslarının kəşfi tibdə ən mühüm kəşflərdən biri sayılır.
Saglamolun.az qankörülmənin tarixi ilə bağlı maraqlı məlumatları sizə təqdim edir.
Bir çox ağır vəziyyətlərdə (travma, qanaxma, cərrahi əməliyyat, bəzi qan xəstəlikləri, ağır anemiya və s.) məhz qanköçürmə insanın həyatını xilas edir. Tibdə bu prosedura “hemotransfuziya” adlandırılır.
1667-ci ildə fransız kralı XIV Lüdovikin şəxsi həkimi Jan-Batist Deni ilk dəfə insana quzu qanı köçürdüb. Resepiyent (qan alan) sağ qalıb. Bu uğurdan sonra həkimin bir neçə pasiyenti qan köçürülməsi nəticəsində həlak olub və həkim hətta “qatil” kimi məhkəmə qarşısında durub. Xoşbəxtlikdən, həkim bəraət qazanıb, lakin sonra həkimlikdən imtina edib.
Uzun illər ərzində qanköçürmə ilə bağlı olan təcrübələr davam edirdi. Onlardan bəziləri yaxşı, digərləri isə pis nəticələnir və xəstə həlak olurdu. Bunun səbəbi yalnız 1901-ci ildə aşkar olundu. Vyana həkimi Landşteyner aşkar edib ki, bütün insanların qanı eyni deyil, müəyyən maddələrin olub-olmaması ilə fərqlənir. Beləliklə, qan 4 qrupa bölünüb – (I(0), II (A), III(B), IV(AB)) və qan qrupların bir biri ilə uyğunluğu araşdırılıb (hansı qan qrupu hansı qan qrupuna köçürülə bilər). Belə ki, I-ci qrupuna aid olan insanlar ideal donordılar (qan verən insan) – onların qanı bütün digər qruplara köçürülə bilər. IV-cü qrup isə ideal resepiyentdir (qan alan insan) – ona istənilən qan qrupu köçürülə bilər. Qan qrupların uyğunluğu cədvldə göstərilib.
Lakin qan qrupların kəşf olunması bütün problemləri həll etmədi – bəzən hətta uyğun qan qrupun köçürülməsi resepiyent üçün ölümlə nəticələnirdi. Yalnız 1940-cı ildə rezu-faktorun kəşfi bu problemdə nöqtə qoydu. Qanköçürmə zamanı tək qan qrupu deyil, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır.
Müasir tibdə qan adətən köçürülmür – qanın komponentləri (eritrositlər və ya leykositlər kütləsi, qan plazması, trombositlər) köçürülür.
Hemotransfuziya riskli prosedura sayılır ki, onun nəticəsində resepiyentdə həyati vacib proseslərin ağır pozulmaları mümkündür. Bu səbəbdən hemotransfuziya yalnız bu prosedurasız insanın həyatını xilas etmək mümkün olmadıqda tətbiq edilir.
Bəzən böyük qan itkisi ilə bağlı olan cərrahi əməliyyatlardan əvvəl xəstənin öz qanı götürülür və saxlanılır ki, lazım olduqda istifadə olunsun.
İdmançılar da bu üsuldan istifadə edir. Buna “qan dopingi” deyilir. Bu prosedurdan sonra idmançının əzələləri daha yaxşı işləməyə başlayır.
Qanköçürmədən əvvəl pasiyent müayinə olunur, hemotransfuziya üçün əks-göstərişlərin olub-olmaması təyin olunur, qan qrupu və rezus-faktor yoxlanılır, donorun və resepiyentin qanının uyğunluğu təyin olunur, xüsusi testlər aparılır. Daha sonra bioloji sınaq aparılır – xəstəyə 25-30 ml qan köçürülür və həkimlər xəstəyə nəzarət edir. Məsələ burasındadır ki, hətta tam uyğun qanın köçürülməsi ağırlaşmaların inkişafına səbəb ola bilər. Əgər xəstə özünü yaxşı hiss edirsə (nəfəsalmanın və nəbzin artması, üzün qızarması, narahatçılıq və s. yoxdur) qan köçürülür.
Uyğun olmayan qanın köçürülməsi nəticəsində orqanizmin bütün sistemlərində ağır pozulmalar yaranır ki, insan tez bir zamanda həlak ola bilər.
Müasir tibb aləmində uzun illərdir ki, süni qanın yaratması üzərində elmi işlər aparılır və müəyyən uğurlar əldə olunub.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.