Press "Enter" to skip to content

Ayna uşaq ensiklopediyası tarix keçmişdn glcy

Brest qalası

Ayna uşaq ensiklopediyası tarix keçmişdn glcy.

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Uşaq Bilik Portalında yerləşdirilən ensiklopediya istifadəçiyə külli miqdarda vacib informasiya çatdırılmasına hesablanıb. Tutumuna görə məhdudiyyətsizdir, daim yenilənmək və korrektə olunmaq imkanına malikdir. Burada Azərbaycan və dünya elmi, ədəbiyyat və incəsənəti, tarixi və coğrafiyası haqqında ən müxtəlif informasiyalar yer alır. Ensiklopediya istifadəçiyə, həmçinin bütün zamanların və xalqların görkəmli şəxsiyyətləri, ölkəmizin və dünyanın sosial-iqtisadi, mədəni-ictimai həyatında baş verən ən mühüm hadisələr haqqında məlumatlar çatdırır. “Yeni nəşrlər” bölməsində isə uşaqlar üçün nəzərdə tutulan yeni kitab və dərgilər haqqında məlumat almaq mümkün olacaq.

“Tayqa” saxa (yakut) dilindən tərcümədə “meşə” mənasını verir. Lakin meşəyə tayqa demək olmaz. Alimlər müəyyən təbii zonalı iynəyarpaqlı meşələri tayqa adlandırırlar.

İndi saat neçədir? Cavab daha çox sizin harada olmağınızdan asılıdır. Əgər indi Santyaqo və ya Çilidə günortadırsa, Perth və ya Avstraliyada gecəyarısı olacaq. Buna anlam vermək üçün dünya 24 saat qurşağına bölünüb və saatlar hər bir qurşaqda ona uyğun müəyyən olunub.

Göllərdə iki gözəl bitki var, suzanbağı və nilufər. Onların yarpaqları da oxşardır, kökləri də. Çiçəklənmədən sonra onların küpələri qalır. Küpələrin içində toxum olur.

Demokrit qədim Yunanıstanın görkəmli materialist filosofudur. O, Aralıq dənizinin Frakiya sahilindəki Abderdə anadan olmuşdur. Demokritin müəllimi Qədim Yunanıstanın filosofları olan Anaksaqor və Levkipp olmuşlar. Bundan başqa o, fars kahinlərindən də dərs almışdır.

Uşaq Ensiklopediyaları

Tez-tez kitabxanaları, bukinistləri gəzib, kitablara baxıram. Əsasən uşaqlar üçün olan kitabları vərəqləyirəm. Baxıram ki, uşaqlar üçün faydalı hansı kitablar var. Keçən dəfə Gəncədə ”kitabevim” mağazasında gəzərkən,” Bunları Bilmək İstəyirəm” adlı illüstrasiyalı intelektual ensiklopediya diqqətimi çəkdi. Kitabın tərtibatı çox xoşuma gəldi. Uşaqlar üçün çox faydalı kitabdır. Böyüklər üçün də maraqlı olar. Çox güman 2 cild lik sovet uşaq ensiklopediyası əsasında tərtib olunub ancaq yanıla da bilərəm. Bu gün isə Sumqayıtda dostum Vüsalın işlətdiyi Kibrit kitab dükanına getmişdim. Orada ”Ayna Uşaq Ensiklopediyası” diqqətimi çəkdi. Bu haqda sizə məlumat vermək istəyirəm. Bu ensiklopediya 1997-2003-cü illərdə EksonMobil şirkətinin maliyyə yardımı ilə çıxıb. 18 kitabdan ibarətdir. Bu kitablara daxildir : ( Təbiət, Tarix, Yer Kürəsi, İncəsənət, İnsan, İdman, Ulduzlar, Ekologiya, Teatr və Kino, Musiqi, Neft, Elm və Texnika, İnformatika, Kosmos, Okean, İqtisadiyyat, Din, Real İqtisadiyyat ). Kitablardan birini aldım. Deyə bilərəm ki, çox yaxşı tərtibat olunub.Daha sonra Ayna uşaq ensiklopediyasını Təhsil Nazirliyi böyük tirajla çap edib. Məktəblərə pulsuz paylanıb. Bunları bilmək istəyirəm kitabının pdf forması internetdə var. Oradan da əldə edə bilərsiz. Belə satışda da var. Uşaqlarınız üçün mütləq alın. Bütün bunları niyə yazıram, gəlim sözümün əsas mərkəzinə. Mən kənddə işləyəndə tarixdən çox uşaqlara bədii, elmi kitablar oxudur, inşa yazdırırdım. Ucqar kənd olmasına baxmayaraq məktəbimizin kitabxanasında dərslikləri tapmaq çətin olsa da elmi, bədii kitablar xeyli var idi. Uşaqlara sıra ilə oxudurdum. İndi mənə maraqlıdır, məktəblərdə müəllimlər, evdə valideynlər, uşaqlara bu ensiklopediyalardan oxudurlarmı? son illərdə ölkədə xeyli kitab nəşr olundu. Qhtlər, nəşriyyatlar və.s xeyli kitab nəşr etdilər. Kİtab almağa imkanı olmayan, belə kitabxanalardan və ya bukinistlərdən kitab götürüb oxuya bilər. Düzdü azərbaycan dilində elmi kitablar çox azdır. Buna baxmayaraq bu işə də başlanılıb. Xüsusilə gənclər bu sahədə çox iş görür. Onlara da böyük eşqlər. İndi bizim işimiz bu kitabları ünvanlara çatdırmaqdır. Müəllimlər şagirdlərə, valideynlər övladlarına. Bu kitablar toz basıb kitabxanalarda qalmamlıdır. Dərsliklərimiz yaxşı səviyyədə deyil. Onlar bizi robot kimi yetişdirir. İçi boş, əzbərçi edir. Bizi uşaqlıqdan formalaşdıran, kainatımız haqqında təsəvvür yaradan, bu ensiklopediyalardır. Mən bu statusu yazıram ki, müəllimlər, valideynlər, uşaqlar belə kitabların varlığından xəbərdar olsunlar. Varlığından xəbərdar idilərsə, yaxın getmirdilərsə, indi yaxın gedib, kitabı oxusunlar. Yeni gələn nəsil üçün nələrsə etməliyik. Onlar bizim kimi robot, əzbərçi olmamalıdır. Onlar diplom yox elm qazanmağın vacibliyini anlamalıdırlar.

Uşaq ensiklopediyası (XIX)

Böyük Britaniya dövləti Atlantik okeanında, Avropa sahilləri yaxınlığındakı Britaniya adalarında yerləşir. Britaniya adaları Avropada ən geniş ada qrupudur. Bu qrupa iki Böyük ada – Böyük Britaniya və İrlandiya adaları, 5 min kiçik ada daxildir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.
Ərazisi çox da böyük olmayan bu ölkədə əhali çox sıxdır. Ölkə əhalisinin 45 milyonu ingilislərdir. Böyük Britaniyanın ən böyük və sıx əhalisi olan hissəsi İngiltərədir. Qədim ingilis şəhərləri – Birminhem, Mançester və Liverpulda zavod və fabrik bacalarından gecə-gündüz tüstü çıxır. Payızda və qışda buralarda sıx duman olur.
Ölkənin paytaxtı olan London cənubda yerləşir. Bu, Avropanın ən qədim şəhərlərindən biridir. Bu şəhərdə 7 milyon nəfərə yaxın adam yaşayır.
XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, “dünyanın sənaye emalatxanasına” çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-Manş və Pa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizi və daş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.
Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birmingem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan neft və təbii qaza əsaslanır.
Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir.
Keçən əsrin 60-cı illərində The Beatles və “Rollinq stounz”un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir.

Böyük Vətən Müharibəsi
(1941-1945)

Rusiya və keçmiş postsovet ölkələrinin bəzilərində 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır.
Almaniya çox güclü hərbi-iqtisadi potensiala malik idi. Hərbi istehsal 1934-cü ildən 1940-cı ilə qədər 22 dəfə artmışdır. Alman hərbi qüvvələrinin sayı(105 mindən 3755 minə qədər) 35 dəfə artmışdır. 1941-ci ilin ortasında Almaniyanın silahlı qüvvələrinin ümumi sayı 7,3 mln adam (bundan əlavə 1,2 mln muzdlular vardı). Quru qoşunlarında (5,2 mln adam) 214 (169 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa) diviziya, 7 əlahiddə briqada vardı. Texnikası: 5639 tank və hucum top, 10 min təyyarə, 61 min top və minaatan. 1941-ci ilin iyununda hərbi-dəniz donanması 5 xətt gəmisi, 4 ağır və 4 yüngül kreyser, 43 esmines və minadaşıyan, 161 sualtı qayıq və başqa gəmilər.
Barbarossa strateji planı sovet qoşunlarının dövrəyə alınıb məhv edilməsini və ölkənin içərilərinə irəliləyərək Arxangelsk-Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Bu məqsədlər üçün alman komandanlığı (müttəfiqlərlə birgə) 19-u tank, 14-ü motorlu olmaqla 190 diviziya ayırmışdı. Alman qruplaşması 5,5 mln canlı qüvvə, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət idi.
SSRİ-yə qarşı Vermaxtın quru qoşunlarının 83%-i, o cümlədən 86% tank və 100% motorlu diviziyası, eyni zamanda beş hava donanmasından dördü ayrılmışdı.
Bütün qüvvələr üç strateji istiqamətdə cəmləşdirilmişdi:
Şimal ordular qrupu(komandan: general-feldmarşal V.Leyeb) — tərkibində 16-cı, 18-ci ordular və 4-cü tank qrupu(cəmi 29 diviziya)olmaqla, 1-ci hava donanmasının dəstəyi ilə Şərqi Prusiyadan hərəkət edərək, sovet qoşunlarını Baltikyanıda darmadağın etmək və, Leninqrad və Kronştadt daxil olmaqla, Baltik dənizi limanlarını zəbt etmək əmri aldı.
Mərkəz ordular qrupu(komandan: general-feldmarşal F.Bok) — Moskva istiqamətində cəmləşən bu qruplaşma, tərkibində 4-cü və 9-cu ordular, 2-ci və 3-cü tank qrupları olmaqla – cəmi 50 diviziya və 2 briqada – ikinci hava donanmasının dəstəyi ilə, sovet qoşunlarının strateji müdafiyəsini yarmalı, onları Belarusda mühasirəyə almalı və Moskvaya sonrakı irəliləmə üçün imkan yaratmalı idi.
Cənub ordular qrupu(komandan: general-feldmarşal Q.Rundştedt) — tərkibində 6-cı, 17-ci, 11-ci alman, 3-cü və 4-cü rumın orduları, 1-ci tank və hərəkətli macar korpusu olmaqla – cəmi 57 diviziya və 13 briqada. Onun 4-cü hava donanması və rumın aviasiyasının dəstəyi ilə sovet qoşunlarını sağ sahilboyu Ukraynada darmadağın etməli, Dneprə çıxmalı və Şərqə hucumunu başlamalı idi. Norveç və Finlandiya ərazisində almanların Norveç ordusu və 2 fın ordusu – cəmi 21 diviziya və 3 briqada, 5-ci alman hava donanması və fin aviasiyasının dəstəyi altında yerləşmişdi.

Böcəklər

Böcəklər təbiətdə geniş yayılmışdır. Siz, yəqin ki, daha çox qara rəngli böcəklərə rast gəlirsiniz. Lakin qırmızı, göy, mavi, yaşıl, hətta gümüşü və qızılı rəngli böcəklər də az deyildi. Uzunluğu 15 sm-ə çatan çox iri böcəklər, yalnız böyüdücü şüşə ilə görünən böcəklər də var. Böcəklərə dünyanın hər yerində – bütün qitələrdə, bütün coğrafi zonalarda – dağlarda və səhralarda, tayqada və suda rast gəlmək olar. Təkcə bizim ölkəmizdə böcəklərin 25 min növü hesaba alınmışdır. Ümumiyyətlə, Yer üzərində 250 min növdən çox böcək var.
Böcəklər bir-birindən təkcə böyüklüyünə və rənginə görə deyil, həm də hərəkət və həyat tərzinə görə fərqlənir. Məsələn, böcəklərin bir qismi digər böcək və həşəratlarla (yırtıcılar), bir qismi bitkilərlə (bitki yeyənlər), bir qismi isə heyvan cəsədləri ilə (çürüntü yeyənlər) qidalanır.
Bu fərqlərə baxmayaraq bütün böcəklər yaxın qohumdurlar, onlar bir qrupdan və bir dəstədəndirlər. Bütün böcəklər qanadlarının quruluşuna görə oxşardır. İki qanad (aşağı və arxa qanadlar) nazik və şəffaf olur. Bunlar uçmaq üçündür. Üst və ya ön qanadlar adlanan digər iki qanad isə sərt qanadlardır. Bunlar altdakı qanadları və böcəyin yumşaq qarıncığını örtür. Böcək uçduqda üst qanadlar qalxır və altdakı qanadlar rahat hərəkət edir. Bəzən alt qanadları inkişaf etmədiyi üçün uça bilməyən böcəklərə də təsadüf edilir. Bəzi hallarda isə əksinə, yalnız alt, nazik və şəffaf qanadları inkişaf edən, üst qanadları isə çox kiçik olan böcəklərə rast gələ bilərsiniz.
Böcəklərin bir çox növü meyvə və meşə ağaclarına, tarla və tərəvəz bitkilərinə, anbarlardakı ərzağa, tikinti materialına zərər vurur; digər növləri yırtıcı həyat sürür, müxtəlif zərərli cücüləri məhv edir. Başqa bir sıra növləri bitki zərərvericilərinə qarşı bioloji mübarizə məqsədilə istifadə edilir. Torpağın münbitləşməsində, bitki qalıqlarının çürüməsində də böcəklərin əhəmiyyəti böyükdür.

Braziliya
(Braziliya Federativ Respublikası)

Braziliya Cənubi Amerikada ən böyük dövlətdir. Təxminən 1500-cü ildə dəniz səyyahı Pedru Kabralın gəmisi indiki Braziliya sahillərinə yan aldı. Yerli əhali olan hindilər müstəmləkəçilərə müqavimət göstərdilər, lakin məğlub oldular. Onların bir hissəsi qul edildi, qalanları isə ölkənin içərilərinə – cəngəlliklərə çəkildi.
İstilaçılar ölkədən qızılı, qiymətli daşları, nadir ağac növlərini, xüsusən “pau-brazil” adlanan qırmızı ağacı (ölkənin adı “Braziliya” bu addan götürülüb) xaricə daşımağa başladılar.
Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdi.1835-1845 ci illərdə ölkənin olan respublika tərəfdarları ilə Farrapus müharibəsi baş verir. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800 min kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu. 1896-1897-ci illərdə Kanudus müharibəsi baş verir ki,hədəf imperiyanın bərpası idi.1912-1916 illərdə ölkədə növbəti vətəndaş müharibəsi (Kontestado müharibəsi).1914-cü ildə siyasi birliyi təmin edən Braziliya, bütün dünya ölkələri tərəfindən tanındı. 1939-1941-ci illərdə Braziliya öz bitərəfliyini elan etdi. Lakin sonralar antifaşist koalisiyaya daxil oldu. 1945-ci il 18 apreldə Braziliyada siyasi məhbuslar üçün amnistiya elan edildi. 1945-ci ilin mayında seçki haqqında qanun qəbul edildi. Elə həmin il 28 mayda siyasi partiyaların fəaliyyətinə icazə verildi. 1947-ci ilin sentyabrında ABŞ-la “Qərb yarımkürəsinin birgə müdafiəsi haqqında” pakt imzalandı. 1952-ci ildə ABŞ-la hərbi yardım haqqında sazış imzalandı. 1960-cı il 21 apreldə paytaxt Rio-de-Janeyrodan Braziliyaya köçürüldü. 1967-ci ildə ölkədə yeni Konstitusiya qəbul olundu, ölkədə avtoritar rejim gücləndi. Argentina ilə 1980-cı ildə atom enerjisindən istifadə haqqında sazış imzalandı. Belə bir sazış İraqla da bağlandı. 1981-ci ildə Nikaraqua, 1982-ci ildə Ekvadorla saziş bağlandı. 1983-cü ildə Braziliya və ABŞ kosmosda raketlərdən istifadə haqqında saziş bağladılar. Braziliya Latın Amerikası ölkələri içərisində kosmosa ilk süni peyk göndərən ölkə oldu.
Braziliya, ictimai ehtiyyatı baxımından çox böyük fərqliliklər ifadə edir. Cənub seqmentləri, daha çox şəhərləşmiş, daha çox sənayeləşmiş, siyasi və ictimai ağırlığa malikdir.
Şimal və şimal-şərq bölgələri isə, çöl bölgələr olub, daha çox aristokratlaşmıştır. Bu səbəbdən ötəri tarixçilər Braziliyadan bəhs edərlərkən, şimal və şimal-şərqdəki ənənəvi əkinçiliklə məşğul olan aristokrat siniflə, cənub bölgədəki sənayeləşmiş demokrat ictimai sinifi bir-birindən ayırırlar.
Braziliyada əhali artımı çox yüksəkdir. İyirminci əsrin sonlarında dünyanın ən sıx ölkələrindən biri olacağı təxmin edilir: Braziliya əhalisi 4 etnik qrupda birləşir: Yerli Qırmızıdərililər, Kolonizator Portuqaliyalılar, Afrika zənciləri və 1850-ci ildən bəri Avropa və digər məmləkətlərdən gələn immiqrantlardır. Siyahıyaalma qeydlərinə görə əhalinin 62%i ağlar, 11 %i zəncilər, 27% i qəhvəyi dərililərdən meydana gəlir.
Ancaq fərqli irqlər arasında evlənmələr səbəbiylə metis xalq artmaqdadır. Braziliyaya xaricdən gələnlər olduqca çoxdur. Hələ də Braziliyada 300.000 insan, Portuqaliya vətəndaşı olaraq yaşayır.1875 ilə 1960-cı illər arasında Braziliyaya 5 milyon Avropalı köç etmişdir.
Ailədə ata hakimdir. Ancaq son zamanlarda bu hakimiyyət zəifləmişdir.
Braziliya zəngin mədən yataqlarına malikdir. On səkkizinci əsrdən etibarən zəngin qızıl, almaz mədənləri tapılmışdır. Braziliya eyni zamanda dünyanın ən bol dəmir ehtiyatlarına malikdir. Amapo bölgəsində bol miqdarda manqan çıxarılır. Salvador yaxınlarında neft tapılmışdır. Braziliyada çox az kömür yataqları var.. Xaricdən idxal yolu ilə ehtiyacını ödəyir.
Oxuma-yazma bilməyənlərin nisbəti bəzi çöl bölgələrdə çox yüksəkdir. Sao Paulo, Rio Grande do Sul, Minas Geraısda isə aşağıdır. Konstitusiyada təhsil üçün dövlət gəlirlərinin % 10i ayrılmışdır. İbtidai təhsil məcburdur. Üç növ ibtidai məktəb vardır. Məşhur olanı dövlət ibtidai məktəbi olub, əyalət idarəçiləri tərəfindən idarə edilir. İkincisi bələdiyyə məktəbləri, üçüncüsü də xüsusi ibtidai məktəblərdir. İbtidai məktəb 4 ildir və 7 və ya 8 yaşında şagird qəbul edilir. Orta məktəblər Şimal Amerikadakı orta məktəblərə bənzədilir. Braziliyada ilk universitet 1920-ci ildə qurulmuşdur. Bununla birlikdə XX əsrdə də diqqətə dəyər inkişaflar olub yeni universitetlər də quruldu. Bəzi universitetlər kilsənin idarəsi altındadır. Ən böyük universiteti Braziliya Universiteti olub, Rio da Janeriodadır.

Brest qalası

Təsəvvür edin ki, siz yay axşamı, şənbə günü yatağa girib, sabah istirahət günü sizi gözləyən şən oyunlar, gəzintilər, əyləncələr haqqında xoş düşüncələrlə yuxuya gedirsiniz. Səhərə yaxın birdən-birə dəhşətli gurultudan oyanıb, görürsünüz ki, ev titrəyir, pəncərələrin şüşələri cingilti ilə yerə səpələnir, ətrafda bombalar partlayır, od-alov göyə qalxır, tikililər uçub dağılır, geyinməyə macal tapmamış yarıçılpaq adamlar ora-bura qaçışırlar. Ölənlər yıxılıb qalır, yaralılar inildəyir, qadınlar ağlayır, uşaqlar çığırışırlar.
1941-ci il iyunun 22-sində Brest qalasının qəfil gurultudan oyanan sakinləri belə bir vahiməli mənzərənin şahidi olmuşdular. Bu, müharibə idi. Brest şəhəri Belarusiyada yerləşir. Şəhərin yaxınlığında, Buq çayı sahilində qədim rus qalası var. Buq çayının o biri sahilində Hitler ordusunun qoşunları dayanmışdı. Onlar hücuma hazırlaşırdılar. Bazar günü, iyunun 22-də səhər saat 4-də hava təzəcə işıqlanarkən, toplardan atəş açıldı və alman təyyarələri qala üzərində dövrə vurub, qalanı bombalamağa başladılar.
Ərzaq və döyüş ləvazimatları saxlanılan anbarlar dağılmışdı. Döyüşçülərin içməyə suyu da yox idi. Çaya tərəf sürünənləri isə alman pulemyotlarının atəşi qarşılayırdı. Aclıq və sususzluq qaladakıları əldən salmışdı. Lakin onlar əlbəyaxa vuruşmada ələ keçirdikləri düşmən silahları ilə döyüşü davam etdirirdilər. Onların qala divarları üzərində asdıqları kətanda qanla bu sözlər yazılmışdı: “Hamımız ölərik, lakin qaladan getmərik!”
Brest qalasının müdafiəsində onlarca azərbaycanlı da iştirak etmişdir. Brest qalasının müdafiəsi Böyük Vətən Müharibəsi tarixində ən böyük qəhrəmanlıqlardan biri idi. İndi qalada muzey yaradılmış və abidə ucaldılmışdır.

Bruno Cordano Filippo
(1548-1600)

İtaliyanın paytaxtı Romada abidə çoxdur. Bunların arasında biri də var ki, ona gecələr projektor işığı salmırlar, turistləri bu abidənin yanına gətirməyi xoşlamırlar. O, köhnə evlərlə əhatələnmiş kiçik bir meydanda qoyulub. Həmin bu yerdə 1600-cü ildə tonqal qalanmış, Cordano Bruno və onun qiymətli kitabları bu tonqalda yandırılmışdı.
Gənc Cordano monastır məktəbində oxuyurdu. O dövrdə şagirdlərə öyrədirdilər ki, Yer kürəsi Kainatın mərkəzidir, Günəş və bütün planetlər isə Yerin ətrafında dövr edir. Bu fikirlə razılaşmayanları kilsə xadimləri təqib edir, daha inadkar olanları isə məhv edirdilər.
Bruno keşişləri və kilsəni qəzəblə ifşa edir, insanları Yerin və göyün sirlərini öyrənməyə çağırırdı. Brunonun şöhrəti bütün Avropaya yayılmışdı.
Lakin kilsə xadimləri bu cəsarətli alimlə heç cür razılaşa bilmirdilər. Odur ki, onlar bir nəfər xain tapdılar. Bu adam bir dost kimi Brunoya yaxınlaşdı və onu tovlayıb inkvizisiyanın (“cinayət” işləri ilə məşğul olan kilsə məhkəməsi) toruna saldı.
Brunonu zindana atdılar. O, burada səkkiz il qaldı. Ona gah işgəncə verir, gah hədələyir, gah da dilə tuturdular ki, öz fikirlərindən əl çəksin. Lakin bu adamı nə qorxutmaq, nə pulla satın almaq, nə də sarsıtmaq olardı. Məğlub olmuş inkvizisiya Brunonu “qan tökmədən” ölüm cəzasına məhkum etdi. Bu, o demək idi ki, böyük alimi tonqalda yandıracaqdılar.
Brunonun şücaəti unudulmayıb və heç vaxt da unudulmayacaq. Kopernikin, Qalileyin və Brunonun öyrətdiklərini nə qadağan etmək, nə də gizlətmək olar. Axı həqiqəti gizlətmək mümkün deyil!

Comments are closed, but trackbacks and pingbacks are open.