Ayrılıq haqqında kitabı
Kiçik yarpağında incəliyə bax!
Sevgi və ayrılıq haqqında ən gözəl və ən müdrik ibrətamiz hekayə
Sevgi deyir: “Dayan, qoy əvvəlcə mən onlara bircə dəfə yanaşım, sonra sən istədiyin qədər onlara yanaşa bilərsən- ondan sonra görərik ki, sən onları ayıra bilərsən, yoxsa yox,”. Ayrılıq razılaşır.
Sevgi gənc cütlüyə yaxınlaşır, onlara toxunur və onların gözlərindəki qığılcım yarandığını görür. Sevgi uzaqıaşır və deyir: “İndi sənin növbəndir”.
Ayrılıq cavab verir: “Yox, mən indi heç nə edə bilmərəm, indi onların ürəkləri sevgi ilə doludur. Mən sonra onlara yaxınlaşacam.”
Zaman keçir. Ayrılıq evə yaxınlaşanda evdə gənc ana, körpə və ata görür. Ayrılıq ümid edir ki, sevgi artıq keçib gedib. O, bu ümidlə evin kandarına qədəm qoyur. Onlara yaxınlaşanda gözlərində Minnətdarlığı görür. Ayrılıq geri dönür və deyir: “Mən sonra gələcəm”.
Zaman keçir, Ayrılıq yenidən peyda olur. Bu dəfə evdə səs-küy salan uşaqları sakitləşdirən işdən yorğun gəlmiş ata və ananı görür. Ayrılıq ümid edir ki, bu dəfə onları ayıra biləcək – çünki bu illər ərzində Sevgi və Minnətdarlıq onların ürəyindən yox olub getməlidir. Amma bu dəfə onların gözlərinə baxanda Hörmət və Anlayışı görür. “Mən sonra gələrəm”- Ayrılıq deyir.
Zaman keçir. Ayrılıq yenə onların evinə yaxınlaşır. O, ağ saçlı atanın yetkin uşaqlarına nə isə izah etdiyini, qadının isə mətbəxdə yemək hazırladığını görür. Onların gözlərinə baxan Ayrılıq bu dəfə təəssüflə köks ötürür: çünki onların gözlərində İnam görür. “Mən sonra gələrəm”- deyib gedir.
Zaman keçir. Ayrılıq yenə evə yaxınlaşır, evdə ora-bura qaçan nəvələri, buxarının yanında qızınan yaşlanmış qadını görür. Ayrılıq baxır və öz-özünə fikirləşir: “Deyəsən mənim vaxtım gəlib çatıb”. O , yaşlı qadının gözlərinə baxmaq istəyərkən, qadın ayağa qalxır və evdən çıxır. Ayrılıq onun ardınca gedir. Qadın məzarlığa gedir və qəbirlərdən birinin yanında əyləşir. Bu onun həyat yoldaşının qəbri idi.
“Deyəsən mən gecikmişəm,” –Ayrılıq fikirləşir, -zaman mənim yerimə mənim işimi görüb”. Ayrılıq qadının ağlayan gözlərinə nəzər salır. Amma onun gözlərində Xatirə – Sevgi Xatirəsi, Minnətdarlıq, Hörmət, Anlayış və İnamı görür.
Ayrılıq haqqında kitabı
18 июн 2013
В группе 219 участников
Ayrılıq haqqında şeir “Ayrılıq.” Ayrılıq! Bu ki tək gedişin deyil. Çirkənir otağım, divarlar yorğun. Artıt günü-gündən bədbinliyə meyl, Tez xəstələnirəm, rəngimsə solğun. Getmədi bir müddət əksin gözümdən, Çoxaldı suallar – kim, niyə, necə? Utandım nəhayət özüm-özümdən, Uşaq kimi hönkürməkdən gizlicə. Sən istəyən kimi dedim o adı. Nitqimdən ayrılam səslər, hərflər, Divarda qovuşub “ayrılıq” yazdı. Və sonda üç nöqtə. Yazıq ümidlər! Necə izah edim darıxmağımı?! Bu fərqli bir şeydir, hərdən bir olur. Deyəsən şəhərdən köçmüsən axı. Bu cür fikirlərlə beynim boğulur. Yəqin ki bunları bilməyəcəksən. Əlavəm “sətirlər”, ixtisarım “sən”! Sən gördüyün “mənlə”, mən gördüyüm “mən”, Nə mütənasibdir, nə də dəyişkən. Yoxsan. Düşünmə ki çox dəyişmişəm. Mənə qınaq olan pis vərdişləri, İnan ki, atmağı çox istəmişəm – Yersiz kövrəlməyi, içkini, səni. Əlvida demədin o gün. gözlədim! Düşündüm gələrsən bu payızadək. O payız, bu payız on il qocalıb, Bilmirəm nə deyim. Görüşənədək!
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 7 февраля в 17:05
Чарские пески, место силы и потрясающей красоты природы
6 575 506 просмотров
добавлена 25 декабря 2022 в 20:54
С Новым годом поздравляет автор и исполнитель песни – Кем бы ты не был
6 909 364 просмотра
добавлена 3 декабря 2020 в 11:27
Цени жизнь! Цени то, что есть сегодня! Не трать время на вещи, которые не стоят твоего внимания. Всегда говори то, что чувствуешь, и делай, то что думаешь. Hayatın kıymetini bil! Bugün olan şeyi takdir ediyorum! Dikkat şeyler için vaktini harcama. Her zaman hissettiğin şeyi söyle ve ne düşünüyorsan onu yap.
Nigar Rəfibəylinin çiçək dünyası. – Vaqif YUSİFLİ yazır
Nigar xanım Rəfibəylinin yaradıcılığı, əlli beş illik şeir-sənət yolu barədə ciddi bir tədqiqat əsəri qələmə alınmayıb. Halbuki, onun lirikası, sənət dünyası özünəməxsus fərdi, bənzərsiz xüsusiyyətləri ilə seçilir. Şeir aləminə 13-14 yaşında qoşulan Nigar Rəfibəyli həyatındakı şəxsi faciələri – atası Xudadat bəy Rəfibəylinin güllələnməsini (atası Müsavat hakimiyyətinin liderlərindən idi), bir ailənin taleyin ümidinə qalmasını unuda bilməzdi. Lakin Nigar xanım fitri istedadını, qandan və gendən gələn sənət yanğısını taleyin ümidinə buraxmadı. Doğrudan da, indinin özündə də adamı heyrət bürüyür. 13-14 yaşlı bir qız uşağı Bakıya gəlir, çox tezliklə buranın ədəbi-mədəni mühitinə qoşulur, ilk şeirlərini mətbuatda çap etdirir, hətta onun əleyhinə hücum kompaniyası başlayanda da özünü itirmir (Bolşevik lideri Əliheydər Qarayev və onun əleyhinə yalan-iftira ilə dolu bir yazı çap etdirmişdilər, guya Nigar xanım “günəşin parlaq şəfəqlərinə dözə bilmir, Müsavat və kapitalist dövlətinin bərpasını arzulayır”. Nigar xanım isə artıq yeni quruluşu tərənnüm edən şeirlər də yazırdı, o zamankı mətbuatda Mirvarid Dilbazi ilə yanaşı, gənc sovet şairləri kimi etiraf olunurdu. Və həyatındakı ən böyük hadisə isə onun Rəsul Rza ilə evlənməsi oldu. Sonralar, onların oğlu – xalq yazıçısı Anar yazacaq ki: “Heç bir şey, nə qubernator qızının “xofu”, nə otuzuncu illərin ədəbi döyüşləri, nə 37-ci il, nə də Moskvadakı təhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağrı-acılı günləri Rəsul Rza ilə Nigar Rəfibəylini bir-birindən ayıra bilmədi”.
Sevgi ilham kimidir:
Təmiz, yüksək, müqəddəs.
bağlanan hər kəs.
Nigar Rəfibəylinin yaradıcılığı başdan-ayağa lirika üstündə köklənmişdi. Onun lirik şeirləri – bu şeirlərin aşıladığı hisslər – onların forma və məzmunca özünəməxsusluğu barədə əsl yazılar hələ yazılmayıb. Mən Nigar Rəfibəylini ömrümdə bircə dəfə görsəm də, onun lirikasında Azərbaycan şeirin Nigarını gördüm. Onun ən adi bir mövzuya yanaşma tərzinin orijinallığı məni özünə cəlb etdi. “Yazı stolum” – şairlərimizin bir çox şeirlərində yazı stolu az qala inqilabi tribunaya çevrilir. Amma görün Nigar xanım nə yazırdı:
Üzərinə sarı xəzan yarpaqları tökülən
Soyuq bir xiyabana bənzəyir stolum.
Yazda meşədən gətirdiyim
Yazı masama axırıncı sarı yarpağı.
Şairlərimizin hər birinin lirikasında Təbiətdən nəsə var, Təbiət Azərbaycan lirikasına ta əzəldən qaynayıb-qovuşub. Amma mən Nigar xanımın müasiri olan heç bir şairdə güllərə, çiçəklərə bu qədər vurğun ikinci şair görmədim. “Qərənfil”, “Qərənfillər”, “Zanbaq çiçəklər”, “Güllərim”, “Xərabədə bitən çiçək”, “Hollandiya çiçəkləri”, “Çiçəklər”, “Lalə”, “Nərgiz gülləri”, “Ağ çiçəklər”, “Yasəmən”, “Güllər” – baxın, onun poeziyasının bu çiçək sərgisinə (hələ başqa şeirlərində də çiçəklərdən, güllərdən söz açır). Natəvandan sonra deyərdim ki, qərənfilə aid ən yaxşı şeirləri Nigar xanım yazıb. “Qərənfili sevir könlüm çiçəklər arasından. Elə bil iki damla qan sızır ürəyimin yarasından”. Hər bir çiçək şeirində də özünəməxsus poetik rəng, naxış görürsən. Lalədən çox yazıblar, Nigar xanımın laləsi isə onun poetik təxəyyülündən doğa bilərdi:
Səni kim yaratdı böylə alyanaq?
Kiçik yarpağında incəliyə bax!
Sənin rəngindədir sevdiyim bayraq
Sən ilk salamlarsan baharı, lalə!
“Nərgizgülü” şeiri isə məncə, Nigar xanımın nə qədər həssas, həzin təbiətli, özünü təbiətdən, təbiəti özündən ayırmayan bir şair olduğunu yekcümlə təsdiqləyir:
Mən dağlardan nərgizgülü gətirdim,
Şaxta vurdu, nərgizlərim dondular.
Yuvasından ayrı düşən quş kimi
Həzin-həzin sinəm üstə qondular.
Ürəyimdə nə hərarət vardısa,
Mən bu solan çiçəklərə bağladım.
Şaxta vurub nərgizlərim donanda
Mən dözmədim, sakit-sakit ağladım.
Hər dərdimi dərin-dərin gizlədim
Gizlin dərdim gözlərimdən oxundu:
Nadan gördüm, sərt nəfəsi şaxtatək
Ürəyimin nərgizinə toxundu.
Görəsən, güllərə, çiçəklərə bu qədər məftunluq hardan gəlirdi? Əlbəttə, burada nəsə bir səbəb axtarmağı düşünmürəm. Güllərə, çiçəklərə vurğun olan şairin özünün daxili dünyası zərif çiçək kimiydi. Nigar xanım 1964-cü ildə – onda ki, yaşı əllini təzəcə keçmişdi – “Mətbəx şeirləri”ni yazdı. “Ürəyim bu mətbəx aləmində yaman darıxır, Mən bir azca da şairəm axı” – deyirdi. Amma sonra o, qab-qacaqla, yer-yeməklə dolu olan mətbəxin özündə də bir şeiriyyət görürdü.
Bəzən yüksək məclislərdən
daha parlaq, daha təmiz olur
Bir kiçik mətbəx pəncərəsindən
İlin dörd fəslini görürəm.
Ürək geniş olarsa,
xəyal dərin olarsa,
Könüldə bir işıq
Balaca bir mətbəxdən də
böyük bir dünya görünür.
Nigar Rəfibəylinin Azərbaycan sevgisi haqqında ayrıca danışmaq olar. Onun bu sevgisi şablon, ritorik ifadələrlə “süslənməmişdi”. O, bircə Xəzər istisna olunmaqla, Azərbaycanın konkret olaraq heç bir dağından, rayonundan, meşəsindən söz açmayırdı, amma dağdan, meşədən, çöldən, çəməndən yazanda sənə tanış olan dağı da, meşəni də, çölü də görə bilirdin. Azərbaycandan bir az uzaq düşəndə isə Vətən sevgisi bütün varlığını titrədirdi: “Bakıdan beş gün ayrılanda, yuxuma Xəzər girir. Həm şad gündə, həm tufanda Alagözlü gəlin Göy gölümü düşünürəm” – deyirdi.
Nigar Rəfibəyli haqqında düşünəndə bir də onun lirikasındakı mahnı ahəngini xatırlayırsan. Ayrılıq haqqında elə bir şeir yazıb ki, bu şeiri əsrlər boyu Ayrılıq şeirlərinin bayrağına həkk etmək olar. Bu şeirdə – bu qəmli, kövrək mahnıda Füzulidən gələn “badi-səba”nın nəfəsini hiss edirsən:
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçını yolur, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
Nigar Rəfibəyli poetik istedadı etibarilə də dolu şair idi. Hecada da, sərbəstdə də, əruzda da eyni istedadla yazırdı. Rəsul Rza ilə bir evdə, bir sevgi cazibəsində yaşayasan – bu bir amil, amma istedad insanın özündə varsa, əsas budur. Bu istedad Nigar xanımın təkcə orijinal yaradıcılığında deyil, həm də bədii tərcümələrində də şəffaflığı ilə əks olunurdu. İngilis yazarı E.Voyniçin “Ovod” romanı mükəmməl tərcümə olunub – tərcüməçi Nigar xanım idi. Amma o, daha çox poeziya əsərlərini tərcümə edirdi. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əlişir Nəvai, Puşkin, Lermontov, A.Mitskeviç, Ş.Petefi, R.Berns, Şelli, V.Nezval, A.Axmatova, M.Svetayeva və b. şairlər N.Rəfibəylinin doğma dilində danışdılar. Mən bu tərcümələr içərisində Məhsəti Gəncəvinin rübailərini daha çox bəyənirəm. Yəqin oxucular da bu fikrimə şərik olarlar ki, həmin rübailəri ikinci dəfə bu kamillikdə bir kimsə tərcümə edə bilməz:
Xərabatdan çıxan bir Ay ucaldı,
Fələyin damında bir çadır saldı.
Qəflətən ucaldı hatifdən bir səs:
“Bu dünya bir saman çöpünə dəyməz?”
Toxunma könlünə biçarə gülün,
İncitmə qəlbini avarə gülün;
Səbanın eşqiylə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.
Nigar Rəfibəylinin xanım-xatın, sevgili, vəfalı həyat yoldaşı kimi obrazını Rəsul müəllim silsilə şeirlərində yaratdı. Heç bir izahata ehtiyac duymadan bu yazını da elə Rəsul müəllimin misraları ilə bitirirəm:
Çox gözlərə baxdım
qonur gözlərindən qəşəng
Çox qumaşa baxdım,
qumral saçın kimi ipək
bir sərraf oldum,
qəlbin kimi böyük ürək
Yer salıb könlümdə sağalmaz izi,
varmı bir qüvvət ki,
Vaqif Yusifli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.