Ayətullah Xamenei- Ayətullah Sistani
11 aprel 2017
Mövludun mübarək, Ağa Seyyid Əli Hüseyni Sistani!
1349 (h.q)-cu ilin Rəbiül-əvvəl ayında İmam-Rza (ə.s)–ın şərəfləndirdiyi mübarək Məşhəd şəhəri yaxınlığında dindar bir ailədə, elm, təqva, kəramət və seyyidlər ocağında dünyaya göz açmış və bu müqəddəs məkanda fəzilətlər içində yetişib boya-başa çatmışdır. İbtidai və orta təhsilini (ərəb ədəbiyyatı, Bəlağət, əqli və dini elmləri) dəyərli ustadlardan almışdır.
TəhsiliYüksək dərəcədə Üsul, Fiqh, əqli və ilahi elmlərini o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi İsfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə 1368 (h.q)-ci ildə müqəddəs Qum şəhərinə, elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm mərkəzi təhsilini, Ayətullahul-üzma Seyyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi. Ayətullah Seyyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və İslami fikirləri əhatəedici və olduqca ciddi idi.Seyyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən Hədis və Rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir. Seyyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəfül-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, İlahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Mö’minin Əli (ə.s)–ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq İraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyyid bütün gücünü elmi əsaslara və fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi mə’lumatlar əldə etmişdir.
Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullahul-üzma Seyyid Xoinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və məs’ulu Həzrət Ayətullahul-üzma Seyyid Həkimdən də böyük elmi istifadələr etmişdir.
Seyyid, ən çox tələbkarlığı, dərin fikirlərə sahib olmasıyla məşhur olan Ayətullahul-üzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün Üsul dərslərini bir dövrə oxumuşdur. O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək Üsul və Fiqhdə, maarif və təhsil işlərində məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.
1381-ci (h.q) ildə Şeyx Ənsarinin (r.ə) «Məkasib»indən ictihad dərslərinə başlamışdır. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha sonra ictihad dərslərini «Şərh» ünvanı ilə Seyyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) «Urvətul-Vusqa»sıyla davam etdirmişdir. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər vermişdir.
Bu dəyərli şəxsiyyət, 1384 (h.q)-cü ilin Şə’ban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şə’ban ayında tamamladı. Onun əldə etdiyi və bir çox alim ustadlarından qazandığı Üsul və Fiqh dərslərindəki dəyərli mə’lumatları, dərsləri tədris etməyə başlamışdır.
Nailiyyətləri
Həzrət Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sür’-ətlə parladı. Dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rə’y vermə mövzularının hakim olması, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki bilikliyi və müvəffəqiyyətinə görə tanınmış və seçilmişdir.
O dəyərli şəxsiyyətin üstünlüyü hər kəs tərəfindən açıq-aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma Seyyid Xoi (quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan şəxsiyyətlərdəndir. Digər bir ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də ictihad şəhadətnaməsini 1380-cı (h.q) ildə yazılı olaraq Seyyid Sistaniyə vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir.
Yenə də həmin ildə fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki elmi şəhadətini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir.
Belə ki, bu dəyərli şəxsiyyətin məqamının göstəricisi olan izn və şəhadətnamələrin olması və bu mədhlərlə şəxsiyyətinin tanınması məhz onun otuz bir yaşı tamam olmadığı illər təsadüf etdiyini qeyd etməliyik.
Düşüncə və əsərləri
Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında yüksək səviyyədə fiqh, üsul və rical təhsilini verərək çox böyük xidmətlər göstərmişdir.
Onun fiqhi ictihadı və elmi tədqiqatlarının bəhrəsi olduqca çoxdur. Bunlardan bə’zilərinə işarə edəcəyik. Əvvəldə qeyd etdiyimiz kimi, Seyyid Şeyx ənsari (r.ə)-nin «Məkasib» kitabını yüksək səviyyədə tədris etmiş və bu təhsili sona yetirdikdən sonra təharət, qəza, xums, fiqhin bə’zi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi cəm edilərək kitab kimi nəşr olunmuşdur. Seyyid üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bə’zi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur.
Bu dəyərli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq:
1- Şərhi – urvətul – vusqa
2- Əl – buhusul – usuliyyə
3- Kitabul – qəza
4- Kitabul – bəy’i vəl – xiyarat
5- Fil – libasil – məşkuki – fih
6- Fi qaidətil – yəd
7- Fi səlatil – musafir
8- Fi qaidətit – təcavuz vəl – furaq
9- Əl – qiblə
10- Ət – təqiyyə
11- Qaidətul – ilzam
12- Əl – ictihad vət – təqlid
13- Fəvaidul – qərəviyyə
14- Ər – riba
15- Hucciyyətu Mərasili ibn əbi – Umeyr
16- Nəqdi risalətu Təshihu – Əsanidil – Ərdəbili
17- Şərhi məşiətut – təhzibeyn.
18- Qaidətul – Qur’ə.
19- Tarixi tədvinil – hədis fil – İslam
20- Əl- Fəvaidul – fiqhiyyə.
21- Risalətun fi hukmi ma iza ixtələfəl – muctəhidan əl-mutə-saviyan fil – fətva.
Seyyidin şər’i hökmlərdən ibarət «Tovzihul-məsail» kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub yayılmışdır.
Nəcəfi-əşrəfin bə’zi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyyid Nəsrullah Mustənbitin vəfatından sonra bə’zi fəzilət sahibləri Seyyid Xoi (r.ə)-nin mərcəliyində toplanmış və elmi mərkəzlərdəki fəaliyyətləri konstruktiv bir şəkildə idarə etmək üçün bir platforma axtarmışlar. Seyyid Xoi (r.ə) də elmi fəzilətləri səbəbilə Seyyid Sistanini seçdi. Seyyid Sistani, imam Xoinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı. Seyyid Xoinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır.
Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə, hüquq paylamağa və «Xəzra» məscidində imam Xoinin (r.ə) minbərində dərs verməyə başlamışdır. Onun mərcəliyi İraq, İran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sür’ətlə yayılmağa başlamışdır. Belə ki, Seyyid bir neçə ə’ləm fəqihdən birisidir. Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir.
Ayətullah Xamenei- Ayətullah Sistani
Bismillah. Bu videoda deyilənləri başa düşən qardaşlar bizə də aydınlıq versələr, minnətdar olaram:
- Gunahkar это нравится
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır” (“Əl-Maidə”,8)
#2 cafari
Отправлено 01 Май 2012 – 14:50
Bismillah. Bu videoda deyilənləri başa düşən qardaşlar bizə də aydınlıq versələr, minnətdar olaram:
ya Allah. deməli belə bu videoda bir nəfər ustad aga Sistaniyə ra aga rəhbəri muəzzəmi Xomneyi ra haqqında sual edir.aga Sistani ra deyir ki mən hər gecə onun haqqında Allaha dua edirəm.
sonra da aga rəhbəri muəzzəmi Xomneyi ra aga Sistani ra haqqında sual edirlər. o da deyir ki aga Sistani ra gördüyü işlər sayəsində oralar(Nəcəf. və s..)nuraniyyət tapıb.
nəsə bu video aga Sistaniyə ziddi vilayət deyənlər ücün bir zərbədir.
- al-Islam это нравится
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير
#3 al-Islam
Forumun Ali məqamlı rəhbəri
Отправлено 01 Май 2012 – 23:08
Allah əcir versin qardaşım. Sistani ağanın bəsirətli mövqeyi həmişə aydın olub.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır” (“Əl-Maidə”,8)
#4 al-Fath
Amid – Brigadier General
Отправлено 29 Июль 2013 – 18:31
Bağışlayın ki, rusca yazıram.
Sistani ağanın vilayıti fəqih haqda fətvaları:
السؤال: هل يجوز تشريع القوانين أستناداً الى المصلحة؟
الجواب: يجوز ذلك لمن له الولاية شرعاً ضمن شروط خاصة.
вопрос: дозволено ли вилаят-е фагиху издавать законы руководствуясь интересами (уммы)?
ответ: да, это дозволено тому кто обладает шариатским вилаятом при соблюдении определенных условий.
السؤال: ما هو تعريفكم لولاية الفقيه ؟
الجواب: الولاية فيما يعبّر عنها في كلمات الفقهاء (رض) بالامور الحسبية تثبت لكل فقيه جامع لشروط التقليد ، واما الولاية فيما هو اوسع منها من الامور العامة التي يتوقّف عليها نظام المجتمع الاسلامي فلمن تثبت له من الفقهاء ولظروف إعمالها شروط اضافية ومنها ان يكون للفقيه مقبولية عامة لدى المؤمنين .
вопрос: что такое вилаят-е фагих?
ответ: в вопросах религиозной практики каждый марджеи таклид, обладающий необходимыми условиями является вилаят-е фагих, но в вопросах политики и управления вилаят-е фагих это тот, кто кроме вышеперечисленных условий обладает и другими, такими как принятие большинством верующих.
Sual 31: Mərcəyi-təqlidin hökmü, vəliyyi-fəqihin hökmü ilə fərqli olarsa, müqəllid hansından itaət etməlidir?
Cavab: İslam ölkələrinin və camaatın ümumi işlərinin idarəsi ona bağlı olan şəri vilayəti olan şəxsin hökmü, hamı üçün, hətta müctəhidlər üçün də keçəridir. Yalnız onun xəta etdiyi və ya Quran və sünnət ilə müxalif olması qəti surətdə məlum olduqda, hökmünə əməl etmək olmaz.
Вопрос 31: Если хукм марджа таклида будет противоречит хукму вали аль факиха, то кому должен следовать мукаллид (того марджа таклида)?
Ответ (сеййид Али Систани): хукмы того человека, который обладает вилаятом (властью) в государственных вопросах и общественных делах мусульман является обязательным для всех, в том числе и для муджтахидов. Но если будет с полной уверенностью известно, что его решение ошибочно и противоречит Корану и сунне, следовать этому хокму недозволенно.
Dəstəmazın alınma qaydası
Dəstəmaz almağın dəqiq qaydası.oxuyun və əməl edin inşallah.rəqəmlərlə yazmışam ki ard-arda hansı və necə yumaq lazım olduğunu biləsiz.
Niyyət edirəm dəstəmaz alıram qürbətən iləllah
1)Əvvəl əlləri yuyuruq
2)Üzü uzununa alnın yuxarısından, baş tüklərinin çıxdığı yerdən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarı yumaq lazımdır. Bu miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün onun ətrafını da bir az (artıq) yumalıdır
Qolları və üzü lazım ehtiyat olaraq yuxarıdan aşağıya doğru yumaq gərəkdir. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.
3) Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır.: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün dirsəyindən bir az yuxarıdan yuması lazımdır.
4) Hər iki əl yuyulduqdan sonra, əldə qalan dəstəmaz suyunun yaşı ilə başın qabağına məsh çəkmək gərəkdir. Ehtiyat müstəhəbb odur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.
5) Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə – barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin. Ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım (vacib) deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər.
Qeyd: saciniz ve ayaqlariniz ,yeniki mesh cekilen yerler quru olmalidir. yaş olduqda destemaz alsaniz destemaz batil olur.ama uzunuz,qollariniz yas olmasinin eybi yoxdur. ayaqlariniza ve bashiniza mesh cekende ayaqlarinizi ve basinizi terpetmeyin.Əks halda dəstəmaz batildir.
Ayətullah Sistani ağanın risaləsi.
Oxşar mövzular
Qüsulun qaydası
Təharət (təmizlik)
Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?
Tövbə namazı
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Namaz vaxtı
| Fəcr | 05:40 |
| Gün çıxır | 06:59 |
| Zöhr | 12:51 |
| Əsr | 16:08 |
| Gün batır | 18:42 |
| Məğrib (İftar) | 18:59 |
| İşa | 19:52 |
Hacı Şahinin ruhuna salavat göndərərsənmi?
Ən çox oxunan Şərhlər
05 avqust 2016
Ayətəl Kürsi ərəbcə və Azərbaycan dilində oxunuşu və yazılışı
08 avqust 2016
İxlas surəsi
30 avqust 2016
Qədr surəsi
09 avqust 2018
Yasin surəsi və tərcüməsi
08 avqust 2016
Nas surəsinin azərbaycanca və ərəbcə oxunuşu və tərcüməsi
Yalançı rəvayət
11 aprel 2017
Şeytan niyə yaradıldı?
16 oktyabr 2016
Tövbə namazının qılınma qaydası
15 oktyabr 2016
Tövbə namazının qılınma qaydası
15 oktyabr 2016
Zina haqqında
15 oktyabr 2016
- Ateistlərə cavablar
- Mübahisəli məsələlərə cavab
- Hz. Imam Əli (ə)
- Şiəlik əhli sunnə kitablarından
Naviqasiya
- Ətraflı axtarış
- Bizimlə əlaqə
- Saytın qaydaları
- Mağazamız
Dini söhbətlər
- Hacı Şahin – Allah İnsanı Hər An Görür
- Cənnətə kimlər gedəcək
- Hacı Şahin – Namaz
- Hacı Şahin – Hədis
- Hacı Ramil – “İki alimin görüşü”
- Ömər ibn əl-Xəttab şücaətli idi? | Həqiqət yoxsa yalan?
- Bəşir Mənsurov – Cin tayfası (İslami məlumatlar 1)
- İşləmək istəməyən kişi
Comments are closed, but trackbacks and pingbacks are open.