Cəfərova Nabat. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI (5801.01)
V-XI siniflərdə Tarixin tədrisi metodikası
Məhşur filosofdan soruşanda ki,metod nədir? Cavabında deyir: ”Medod qaranlıqda gedərkən yandırdığın fənərdir”.
Müəllim neçə il dərs deyirsə-desin,bütün bu müddət ərzində onun özü də öyrənməkdə davam edir;qədim latın məsəlində deyilir: ”Nə qədər ki, öyrədirik, özümüz də öyrənirik”. Müəllim təkcə elmin inkişafını izləmir,həm də öz fənnini tədris etməyi öyrənir. O, başqa müəllimlərin təcrübəsində, metodik ədəbiyyatda çətin materialı izah etmək üçün maraqlı üsullar, orijinal dərs quruluşu, dərsdə problem situasiyalar yaratmağa kömək edən suallar və s.tapır. Lakin ağıllı, düşüncəli və müşahidəçi müəllim hər şeydən əvvəl daha çox öz dərslərində öyrənir. Müəllim şagirdlərinin cavablarına, suallarına, onların gözlərindəki xüsusi canlanmaya əsasən gördükdə ki, onun gətirdiyi aydın fakt, iki tarixi hadisənin, şəklin müqayisəsi materialı tez və dərindən izah etməkdə sinifə kömək etmişdir, şagirdlərdə canlı maraq oyatmışdır, özündən dərin razılıq hissi keçirir. Müəllim praktikada özünü doğrultmuş iş üsullarını və materialı öz “ metodiki silahları” ehtiyatına daxil edir.Təcrübəli müəllimlərdə olduqca çoxlu miqdarda belə müşahidələr və təcrübədə özünü doğrultmuş üsullar toplanır. Bunların sayı artdıqca müəllimin də metodiki ustalığı, məharəti artır.
Tarix müəllimlərinin yaradıcılıq işi öz əksini metodiki ədəbiyyatda və tədris ədəbiyyatlarında(metodik ədəbiyyat dedikdə, müəllimə kömək üçün buraxılan kitab və məqalələr; tədris ədəbiyyatı dedikdə, şagirdlərin təlim prosesində bilavasitə işləməsi üçün olan kitabçalar, iş dəftərləri və s. başa düşülür) tapır.
Tarixin tədrisi metodikasını elmi biliyin bir sahəsi kimi qəbul etmək və ya qəbul etməmək, eləcə də bu sahəni müəyyən etmək üçün biz nəzərdən keçirməliyik ki, metodikadan ictimai-faydalı məqsədlər üçün necə istifadə etmək olar.Təlimin məqsədlərinə verilən pedoqoji tələblər bunlardır:1) Məqsədlər yetişməkdə olan nəsillərin təhsili, tərbiyəsi və inkişafı üçün mühüm olmalıdır.2) Məqsədlər tarixin məktəb kursunun öz məzmunundan irəli gəlməlidir.3) Məqsədlər şagirdlərin gücünə müvafiq olmalıdır.4) Müxtəlif inkişafa və qabiliyyətə malik olan məktəblilərin məqsədlərini fərdiləşdirmək lazımdır.
Tədrisə dair şəxsi və kollektiv təcrübənin toplanması, onun mübadiləsi, ondan istifadə edilməsi ona görə mümkündür ki, müxtəlif siniflərdə və məktəblərdə bir tərəfdən məzmun ilə təlim üsulları, digər tərəfdən onun təhsil-tərbiyə nəticələri arasında ümumi asılılıq meydana çıxır: metodik cəhətdən bir qaydada tədris edilən eyni bir material təxminən eyni inkişaf səviyyəsində olan məktəblilər tərəfindən az-çox eyni səviyyədə mənimsənilir və onlara nisbətən analoji təsir bağışlayır. Əllbəttə, eyni bir məzmun, eyni üsullar heç də həmişə eyni təhsil – tərbiyəvi nəticələrə gətirib çıxarmır. Dərsin gedişinə və nəticəsinə hətta dərs keçilən gündə müəllimin fiziki, maddi vəziyyəti və şagirdlərin də o cür vəziyyəti, yorğunluğu, həm də həyacanı təsir göstərir.Təcrübəli müəllim bu şərtlərin də təsirini nəzərə almağa çalışmalıdır.Tarixin təliminin səmərəliliyinin şərtlərindən biri onun məqsədlərinin dəqiq surətdə müəyyən edilməsindən ibarətdir.Təlim prosesində həm bir neçə dərsi irəlicədən nəzərdə tutan nisbətən uzaq məqsədlər( məsələn, şagirdlərdə bütövlükdə ictimai-iqtisadi formasiya haqqında anlayışların təşəkkülü), həm də daha xüsusi məqsədlər (yaxın dərs üçün və yaxud hətta onun bir hissəsi üçün) nəzərdə tutulur.Təhsil məqsədləri ilə yanaşı şagirdlərin inkişafı, onlarda bacarıqların, hisslər tərbiyəsinin və s. təşəkkülü vəzifələri də qoyulur.Təlimin gedişində onun məqsədləri nəticələrinin əldə edilməsi ilə bilavasitə əlaqədə daim inkişaf edir. Bir məqsəd əldə edildikdə yeni, daha mürəkkəb məqsədlər irəli gəlir ki, bu da təlimdə bir yerdə donub qalmağa imkan vermir.Məqsədlər təlimin ümumi vəzifələrinə nə qədər tam cavab versə, onlar nə qədər konkret qoyulsa, müəllim və şagirdlər tərəfindən(madam ki, bu mümkündür), nə qədər dərin düşünülsə, fənnin təlimi məzmunca ideyalı, metodlarına görə isə məqsədli və çevik olar.
Tarixin təliminə qiymət verilməsinin meyarı əldə edilən nəticələrdən-şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin keyfiyyəti və həcmindən, əxlaqi keyfiyyətlərin tərbiyəsindən, maraqların oyanmasından, şagirdlərin ümumi inkişafından ibarətdir.Tədrisdə olan səhvlərin ən çoxu belə bir müddəadan irəli gəlir ki, guya şagird hər şeyi müəllimin ona söylədiyi və göstərdiyi kimi və ya kitabda şərh edildiyi kimi mənimsəyir. Bu heç də belə deyil. Əgər belə olsaydı, materialın şagirdlərə hansı vasitələrlə çatdırılmasının heç bir fərqi olmazdı. Şagirdin başı sandıqça deyil ki, ona hazır bilik, bacarıq və vərdiş yığmaq olsun. Müasir dövrün şagirdləri informasiyanı yenidən işləyib hazırlamağı bacarırlar. Mənimsənilən materialın həcmi,mənimsəmənin möhkəmliyi və dərinliyi, tərbiyəvi təsirinin gücü nəticə etibarı ilə təlim prosesində şagirdlərin tədris fəaliyyətinin xarakterindən və intensivliyindən, təəssüratın parlaqlığı və emosionallığından, şagirdlərin tarixi faktları yaşamasından, fikri işin faydalılığından, əvvəllər mənimsənilmiş biliklərin aktuallaşdırılmasından asılıdır. Məktəbli təlim prosesində passiv dinləyici və tamaşaçı yox, prosesin fəal iştirakçısı olduqda faydalılıq artır. Məktəblilərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısi və rəhbəri olan müəllim başçılıq edir. Məktəbli hətta müəllimin tapşırıqlarını və məsləhətlərini müstəqil surətdə yerinə yetirdikdə də təlim prosesinə müəllimin rəhbərliyi həyata keçirilir. Materialın başa düşülməsi onun şərh edilməsi priyomlarından çox asılıdır; müəllim şifahi izah edərkən məktəblilərin az başa düşdüyü material, əyanilikdən istifadə edildikdə daha yaxşı mənimsənilir. Eləcə də bu və ya digər təlim priyomunun təsirliyi öyrənilən materialdan, təlimin məqsədlərindən, şagirdlərin hazırlıq dərəcəsindən, yəni inkişafından, maraqlarından, bacarıqlarından və s. asılıdır. Metodika aşağıdaki suallara cavab verməyi bacarmalıdır.1) nə üçün öyrətməli? (təlimin məqsədi);2) nəyi öyrətməli?(təlimin məzmunu);3) necə öyrətməli?, yəni məktəblinin tədris fəaliyyətini necə təşkil etməli(tədrisin metod və priyomları və dərs vəsaitləri). Bu zaman bir sual da meydana çıxır-tarix müəllimlərini necə hazırlamalı? Sual tarix tədrisinin məktəb prosesinin öyrənilməsindən kənara çıxsa da vacib və düşündürücüdür.
Metodika-təlim prosesini bir tədris fənninə tətbiq edərək tədqiq edir. Metodika dərs prosesinin bütün halları üçün hazır reseptlər vermək vəzifəsini güdmür. Metodika daha da inkişaf etdikcə, müəllimi təlim prosesinin qanunauyğunluqları haqqında biliklə və priyomlarla təhciz edərək, müəllimin metodiki ustalığı üçün daha əlverişli şərait yaradır və yaradacaqdır. Əgər sual versələr ki, pedaqogikada əsas cəhət nədir? Cavab vermək olar;”Uşaqların xoşbəxtliyi naminə yaşamaq. Şərəfli və məsuliyyətli müəllimlik vəzifəsi bundadır” (V.A.Syxomlinski). ”Vətəni özünə doğma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, gələcəyimizi təmin etmişik”. Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: “Elmin bəlası unutmaqdır, elmi tələf etmək isə onu ləyaqətsiz adama tapşırmaqdır”.
Dərslərdə fərdiləşdirmə geridə qalan şagirdlərin təfəkkür və nitqinin inkişafına istiqamət verməkdə, eləcə də tarixə xüsusi maraq göstərən istedadlı şagirdlərin təlabatını təmin etməkdə özünü göstərə bilər.Tarixin tədrisi prosesində digər fənlərlə əlaqə yaddan çıxmamalıdır. Fənlərarası əlaqələr (inteqrasiya) aşagadıdakılardan ibarətdir: a) digər fənlərin tədrisində qazanılmış biliklərə, bacarığa və vərdişlərə istinad edilməsindən; b) şagirdlərin təfəkkür və nitqinin bütün tədris fənləri üçün ümumi olan inkişafından.
V-VI siniflərdə tarixin təlimi şagirdləri tarixdəki hadisələrin elementar şəkildə başa düşülməsinə gətirib çıxarır və onlarda tarixi inkişafın ibtidai şəkildə anlaşılmasının əsasını qoyur. Bu siniflərdə tarixi biliklərin tərbiyəvi təsiri onların şərhinin inandırıcılığından və emosionallığından çox asılıdır.Tarixin təlimində digər bir məsul vəzifə də bundan ibarətdir ki, tarixi hadisələrə verilən qiymətləri və çıxarılan nəticələri məktəblilər üçün inandırıcı etmək lazımdır. Şagirlər üçün həqiqət kimi qəbul etdikləri ümumi müddəalar deyil, fəal təfəkkür və hisslər nəticəsində onların gəlib çıxdıqları nəticələr daha inandırıcı olur. Qədim dünya və orta əsrlərə dair biliklər şagirdlərdə faktlara qarşı şəxsi münasibət aşılanması, şagirdlərin tarixi sevimli qəhrəmanların taleyi ilə yaşaması, həyacanlanması, zəhmətə sevgi, igidlik, vətənsevərlik, tolerantlıq, işğalçılara nifrət və digər əxlaqi xüsusiyyətlərin tərbiyəsi kimi, təlimin ən mühüm tərbiyəvi vəzifələrinin həlli üçün əsas şərtlərdən biridir.Tarixə dair biliklər şagirdlərdə cansız,gərəksiz bir şey kimi yatıb qalmamalı, yeni dərin və şüurlu biliklər qazanılmasına xidmət etməlidir.
Tarix təliminin konkret məqsədlərinin işlənib hazırlanma prinsiplərinə yığcam şəkildə yekun vuraq. Bu məqsədlərin hansılarının və nə dərəcədə həyata keçirilməsi aşağıdakı şərtlərdən asılıdır; a) kursun, fəslin, paraqrafın məzmunundan; b) şadirdlərin onu öyrənmək üçün hazırlanmasından-onların əqli inkişafından, onlarda olan bilik, bacarıq və vərdişlərdən; c) təlimdə istifadə oluna bilən vəsaitlərdən; ç) tarixin və digər fənlərin sonrakı təliminə şagirdlərin hazırlanmasında həmin materialın rolundan; d) kursun tədrisi üçün ayrılmış vaxtdan.
Cəfərova Nabat. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə
Dərslik ibtidai siniflərdə Azərbaycan dilinin tədrisinə, savad təliminin nəzəri və praktik problemlərinə həsr edilmişdir. Dərslikdə ibtidai siniflərdə savad təliminin mahiyyəti, əhəmiyyəti, məqsədi və vəzifələri açıqlanmış, problemin pedaqoji, psixoloji və linqvistik aspekti araşdırılmış, kurikulum tələbləri baxımından yeni yanaşmalar, savad təlimi dövrünə dair dərs nümunələri öz əksini tapmışdır. Fəal təlim prinsiplərinə istinad edən yeni metodların, interaktiv texnikaların tətbiqi ön plana çəkilmiş, həmçinin oxu və yazı təlimi məsələləri şərh edilmişdir. Dərslikdə ibtidai siniflərdə savad təliminin məzmunu və metodik sistemi verilmiş, I siniflərdə – Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) nun (I-IV siniflər) məktəb təcrübəsindəki nəticələri izlənilmişdir. Dərslik ibtidai təlim üzrə bakalavr, magistr, ibtidai sinif müəllimləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
- Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
- Регистрация
- Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
- Сколько стоит заказать работу?
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Kasım 2015 Pazar
Azərbaycan Dilinin Tədrisi Metodikası-Doktorontura Sualları
Paylaşıldı 00:58 by Leyla Bayramova
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI (5801.01)
İXTİSASI ÜZRƏ DOKTORANTURAYA QƏBUL İMTAHANININ
SUALLARI
1.XIX əsrə qədərki dövrdə Azərbaycan dili tədrisinin tarixi
2.XX əsrdə Azərbaycan dili tədrisinin tarixi
3.Azərbaycan dili tədrisi metodikasının məqsəd və vəzifələri
4.Azərbaycan dili tədrisi metodikasının tədqiqat metodları
5.Azərbaycan dili tədrisi metodikasının tarixində
6.Azərbaycan dili tədrisi metodikasının başqa elmlərlə əlaqəsi
7.Məktəb təcrübəsi və metodik irs, azərbaycan dili tədrisi metodikası mənbəyi kimi
8.Azərbaycan dili təliminin prinsipləri
9.Elmlilik, sistemlilik və ardıcılıq prinsipləri
10.Azərbaycan dili dərsində nəzəriyə ilə praktikanın əlaqəliliyi prinsipi
11.Azərbaycan dili təlimində şüurluluq və fəallılıq prinsipi
12.Azərbaycan dili dərslərində əyanilik prinsipi
13.Azərbaycan dili dərslərində müvafiqlik və şagirdlərdə fərdi yanaşma prinsipləri
14.Vahid nitq rejiminin gözlənilməsinin prinsipləri
15.Azərbaycan dili təlimi prosesində şagirdlərin məntiq və ümumi inkişafının
təmin olunması
16.Azərbaycan dili öyrənilməsi, şagirdlərin ümumi inkişafının baçlıca şərti kimi
17.Azərbaycan dili təlimi prosesinin intensivləşdirilməsi
18.Azərbaycan dili təlimi prosesində şagirdlərin məntiqi təfəkkürünün inkişafı
etdirilməsi
19.Azərbaycan dili dərslərində тящлил v я анализ
20.Azərbaycan dili dərslərində müqayisə priyomundan istifadə
21.Azərbaycan dili təlimində induksiya və diduksiya priyomundan istifadə
22.Azərbaycan dili təliminin metodları
23.Azərbaycan dili dərslərində interaktiv metodlardan istifadə
24.Azərbaycan dili təliminin təşkili formaları
25.Azərbaycan dili üzrə fəal dərsin xüsusiyyətləri
26.Azərbaycan dili tədrisi ндя фяаллыг .
27.Azərbaycan dili üzrə təlimin planlaşdırılması
28.Azərbaycan dili tədrisi metodikasında müəllim fəaliyyətinin planlaşdırılması
29Azərbaycan dili üzrə iş planlaşdırılmasının əhəmiyyəti
30.Müəllimin təqvim tematik planı
31.Müəllimin gündəlik dərsə hazırlaşması
32.Sintaksisdə ibtidai kursun tədrisi
33.Foketika üzrə məktəb kursunun məzmunu, məqsədi və vəzifələri
34.Fonetik anlayışların öyrədilməsi metodikası
35.Azərbaycan dili təlimində fonetik təhlildən istifadə нин metodikası.
36.Leksika kursunun məzmunu, məqsədi və vəzifələri.
37.Leksika təliminin linqvistik əsasları
38.Fonetika təliminin linqvistik əsasları.
39.Leksik anlayışların öyrənilməsi metodikası
40.Lüğətlər və onlardan istifadə qaydalarının öyrənilmsəi
41.Söz yaradıcılığının tədrisi metodikası
42.Söz yaradıcılığının tədrisinin məzmunu, məqsədi və vəzifələri.
43.Söz цн tərkibinə görə təhlil
44.Söz yaradıcılığinda dair bilik, bacarıq və vərdişlərin formalaşması
45.Morfologiyanın tədrisi metodikası
46.Morfologiyanın təliminin məzmunu, məqsədi və vəzifələri.
47.Morfologiya təliminin linqvistik əsasları
48.Əsas nitq hissələrinin təliminin metodikası
49.İsim və onun tədrisi metodikası
50.Sifət və onun tədrisi metodikası
51.Say və onun tədrisi metodikası
52.Əvəz və onun tədrisi metodikası
53.Fel və onun tədrisi metodikası
54.Zərf və onun tədrisi metodikası
55.Köməkçi nitq hissələrinin tədrisi metodikası
56.Qoşma və onun tədrisi metodikası
57.Bağlayıcı və onun tədrisi metodikası
58.Ədəd və onun tədrisi metodikası
59.Nida və onun tədrisi metodikası
60.Azərbaycan dili təlimində morfoloji təhlildən istifadə
61.Sintaksisin tədrisi metodikası
62.Sintaksis üzrə məktəb kursunun məzmunu, məqsədi və vəzifələri.
63.Sintaksisin təliminin linqvistik əsasları
64.Sintaksis “sözbirləşməsi”və “cümlə” anlayışlarının formalaşması
65.Sintaktik əlaqələrin tədrisi
66.İsim və feli birləşmələr, onların tədrisi
67.Cümlə üzvləri və onların tədrisi
68.Əlavələr və onların tədrisi
69.Xüsusiləşmiş üzvlər və onların tədrisi
70.Sadə cümlələrdə sözlərin sırası və məntiqi vurğunun öyrədilməsi metodikası
71.Sadə cümlənin növləri və onların tədrisi
72.Tərkibində xitablar olan cümlələr və onların öyrədilməsi
73.Arasözlər, əlavə cümlələr və onların tədrisi
74.Tətkibində “xeyi”, “yox”, “bəli” sözləri olna cümlələrin tədrisi
75.Vasitəsiz və vasitəli nitqin tədrisi
76.Tabesiz mürəkəb cümlələrin növləri və onların tədrisi
77.Tabeli cümlələrin növləri və onların tədrisi
78.Orfoqrafiya təliminin əsas prinsipləri
79.Azərbaycan dili orfoqrafiyasının xüsusiyyətləri, dügün yazı təliminin əsası kimi
80.Düzgün tələffüz təlimi metodikası
81.Düzgün tələffüz təliminin məzmunu
82.Durğu işarələrinin tədrisi metodikası
83.Nitq mədəniyyəti, linqvistik və metodik anlayış kimi
84.Azərbaycan dili təlimində nitq mədəniyyəti üzrə anlayışların rolu və yeri
85.Nitqin düzgünlüyü, dəqiqliyi, ifadəliliyi anlayışları və onların mənimsədilməsi
86.Ədəbi dilin normaları və onların öyrədilməsi
87Azərbaycan ədəbi dilinin üslubları və onların öyrədilməsi
88.Azərbaycan dili dərslərində nitq inkişafı üzrə görüləcək işlərin məzmununu və
əsas istiqamətləri
89.Azərbaycan dili dərslərində л üğət ehtiyatının zənginləşdirilməsi
90.Cümlə qurmaq vərdişlərinin inkişaf etdirilməsi
Tərtib edən: p.f.d.dos. Ə.M.Abbasov
Comments are closed, but trackbacks and pingbacks are open.