Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransı başlayıb
A.Mirzəcanzadə ilə tanışlığının 1950-ci illərin əvvəllərinə təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft-mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirilib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş A.Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə edir. Alimin Azərbaycanda və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri olub, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir.
Azad mirzəcanzadə adnsu konfrans
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan, ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin tanınmış alimləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq, Prezident İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi elmimizdə xüsusi xidməti olan alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib.
“Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir” – deyən alim neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin onun tərəfindən əhatəli şəkildə araşdırıldığını qeyd edib. AMEA-nın prezidenti görkəmli alimin neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, A.Mirzəcanzadənin rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlanıb.
A.Mirzəcanzadənin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən A.Əlizadə bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. A.Mirzəcanzadə uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.
Görkəmli alimin elmi kadrların və yüksəkixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan bəhs edən A.Əlizadə onun elmi məktəbinin davamçılarının nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik etdiyini söyləyib.
AMEA-nın rəhbəri Azərbaycan elmində müstəsna xidmətləri olan A.Mirzəcanzadənin xatirəsinin daim yaddaşlarda yaşayacağını vurğulayıb.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dünya şöhrətli alim A.Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb. Bildirilib ki, A.Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib. O, 23 yaşında namizədlik, 29 yaşında doktorluq dissertasiyalarını müdafiə edib, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilib.
Nazir müavini son dərəcə geniş maraq dairəsi olan A.Mirzəcanzadənin pedaqoji fəaliyyətlə məşğul olduğunu, onun yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərdiyini və ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etdiyini vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə cari ilin sentyabr ayında SOCAR-da A.Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.
A.Mirzəcanzadə ilə tanışlığının 1950-ci illərin əvvəllərinə təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft-mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirilib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş A.Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə edir. Alimin Azərbaycanda və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri olub, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı fəaliyyətinin böyük hissəsini ADNSU ilə bağlamış akademik Azad Mirzəcanzadənin hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olduğunu xatırladıb. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor qeyd edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Vurğulanıb ki, A.Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.
M.Babanlı bu günlərdə ADNSU-da tələbələrin 67-ci elmi-texniki konfransının keçirildiyini və bu tədbirin A.Mirzəcanzadəyə həsr edildiyini bildirib. Universitetdə hər il görkəmli alimin adına təqaüdlərin təsis edilərək təhsildə və tələbə elmi cəmiyyətinin işində böyük uğurlar qazanan iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdıran rektor, eyni zamanda, A.Mirzəcanzadənin iş otağının muzey kimi fəaliyyət göstərdiyini söyləyib.
Konfransda Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyevin “Neft yataqlarının işlənmə prosesinin optimallaşdırılması və neftçıxarmanın artırılmasının innovativ texnologiyaları”, ADNSU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatovun “Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir” mövzularında məruzələri dinlənilib.
Çıxış edən digər alimlər də A.Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılova “Akademik Azad Mirzəcanzadə adına medal” təqdim olunub.
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransı başlayıb
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransı başlayıb Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
13 Dekabr , 2018 20:43
https://static.report.az/photo/993223e9-eb47-4d97-a040-f9bc7c7d8e67.jpg
Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nda (AMEA) görkəmli alim, dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. Bu barədə “Report”a AMEA-dan məlumat verilib. AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən tanınmış alimlər də iştirak edirlər. İlk olaraq iştirakçılar I Fəxri Xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Akademiyanın əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev in “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” sərəncamını xatırladan Akif Əlizadə vurğulayıb ki, bu sənəd elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisidir. O bildirib ki, akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. AMEA rəhbəri alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. A.Mirzəcanzadənin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, eləcə də 50-dən çox ixtira və patentin müəllifi olduğunu söyləyən akademik vurğulayıb ki, görkəmli alimin rəhbərliyi ilə 300-dən çox fəlsəfə doktoru, 120 elmlər doktoru hazırlanıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva konfransın əhəmiyyətindən danışıb. A.Mirzəcanzadənin “Əsl insan birinci özünü, sonra fənnini uşaqlara sevdirməlidir” fikrini xatırladan natiq onun pedoqogika, psixologiya elmlərinin də dərin bilicisi olduğunu qeyd edib. M.Vəliyeva görkəmli alimin həm də gözəl insan olduğunu, şagirdləri və tələbələri tərəfindən hər zaman sevildiyini, onun xatirəsinin daim yaddaşlarda yaşayacağını söyləyib. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edib. Akademik Azad Mirzəcanzadənin neft-qaz elminin inkişafında xüsusi xidmətlərinin olduğunu deyən natiq görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını əlavə edib. Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı bildirib ki, səmərəli fəaliyyətinin böyük hissəsini ADNSU ilə bağlayan akademik Azad Mirzəcanzadə hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olub. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib. Tədbirdə Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev “Neft yataqlarının işlənmə prosesinin optimallaşdırılması və neftçıxarmanın artırılmasının innovativ texnologiyaları”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov “Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir” mövzusunda məruzələrlə çıxış ediblər. Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər. Sonra çıxış edən akademik Akif Əlizadə bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini akademik Azad Mirzəcanzadənin adına təsis edib və bu medal dünyada azərbaycanlı alimin adına təsis olunmuş ilk beynəlxalq mükafatdır. Qeyd edib ki, Rusiya Təbiət Elmləri Akademiyası “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə ilk olaraq görkəmli neftçi alim Xoşbəxt Yusifzadəni təltif edib. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “NeftQazElmiTədqiqatLayihə” İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru, professor Qafar İsmayılova “Akademik Azad Mirzəcanzadə adına medal” təqdim olunub. Tədbir bölmələrdə məruzələrin dinlənilməsi ilə işinə davam edib. Beynəlxalq Konfransa dekabrın 14-də yekun vurulacaq.
Azad mirzəcanzadə adnsu konfrans
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Azad Mirzəcanzadənin 90 illiyinə həsr olunmuş Tələbələrin 67-ci Elmi-texniki konfransı öz işinə başlayıb.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov Tələbələrin 67-ci Elmi-texniki konfransının tələbələr üçün əhəmiyyətini qeyd edib. Gənclərin elmi potensiallarının üzə çıxarılması üçün bu cür konfranslarda iştirakın vacibliyini vurğulayan Qasım Məmmədov tələbələrin asudə vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək qiymətləndirib.
ADNSU-nun “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tulparxan Salavatov akdemik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, ADNSU-nun elmi sahənin inkişafında görkəmli alimin oynadığı rolu xüsusi vurğulayıb.
ADNSU-nun “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova akademik Azad Mirzəcanzadə haqqında xatirələrini bölüşüb. Elmi-tədqiqat İnstitutunun əsasının Azad Mirzəcanzadə tərəfindən qoyulduğunu bildirən prof. Elmira Ramazanova onun sayəsində institutun dünyanın bir çox elm mərkəzləri ilə yaxın əlaqələr qurduğunu və o münasibətlərin bu gün davam etdiyini diqqətə çatdırıb.
ADNSU-nun “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Eldar Süleymanov görkəmli alim, akademik Azad Mirzəcanzadənin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Konfransda çıxış edən Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri, professor Yunis Qəhrəmanlı konfransın ayrı-ayrı bölmələrində keçiriləcək iclaslar və çıxışlar haqqında məlumat verib. Ümumilikdə 9 bölmədə 292 nəfərin çıxışının gözlənildiyini bildirən dosent Y.Qəhrəmanlı bütün iştirakçılara uğurlar arzulayıb.
Daha sonra konfrans müxtəlif bölmələrdə öz işini davam etdirib.
Qeyd edək ki, Tələbələrin 67-ci Elmi-texniki konfransının bağlanış mərasimi dekabrın 14-də baş tutacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.