Press "Enter" to skip to content

Azadlıqdan qaçış

D) Nevroz və insanın inkişafı

Fənnin adi Psixoanaliz

13. K.Yunqun «Psixoloji tiplər» əsərinə xas olan xüsusiyyətləri müəyyənləşdirin?

1.şüurun ən mühüm xüsusiyyətlərini obrazlı şəkildə səciyəlləndirmişdir

2.Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan insan naturası olması haqqında

Heynenin qeydlərini təhlil edir

3.ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K.Yunq «kollektiv təhtəlşüur» adlandırmışdır

4.«sosial xarakter» anlayışını elmi dövriyyəyə gətirmişdir

5.insan haqqında, onun psixoloji mahiyyəti haqqında bundan güclü və kamil tədqiqat əsəridir

14. E.Frommun əsərləni müəyyənləşdirin

1. «Adolf Hitler Nekrofilinin klinik hadisəsi»

15. E.Fromm hansı dixotomiyaları fərqləndirməyə çalışmışdır?

1.insan psixikasnın ictimai təkamül qanunlarını

2 malikolma və varlıq fərdin həyatının iki üsulu

3 insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri

4 Heyvan psixikasının bioloji təkamül qanunlarını

5 avtoritar və humanist şüur

6 xarakterin istismarçı və reseptiv (üzü yola)

16. Mentalitet anlayişının mahiyyətini müəyyənləşdirin?

1 latınca – ağıl, təfəkkür, fikir obrazı ruhi vəziyyət, fikirlərin, əqidələrin, ruhi vərdişlərin nisbətən

2. bütövlükdə müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar,

ideyalar nəzərdə tutulur

3. kollektiv şüurun işini səciyyələndirir

4. O vərdişləri meyl, həvəs, kollektiv emosional şablonları ifadə edir

5. insan haqqında, onun psixoloji mahiyyəti haqqında, yaşadığı dövrün xüsusiyyətlərini əks etdirir

17. E.Fromm hansı əsərində «sosial xarakter» anlayışını elmi dövriyyəyə gətirmişdir?

A) Narsizmin tədqiqatına giriş

B) Xəyalların izahı

C) İnsan destruktivliyinin anatomiyası

D) Nevroz və insanın inkişafı

E) «Azadlıqdan qaçış»

18. Şüuraltı və ya təhtəlşüur şüurun hansı səviyyəsidir?

A) orta səviyyəsi

B) yüksək səviyyəsi

C) ali səviyyəsi

D) aşağı səviyyəsi

E) ən ali səviyyəsi

19. Z.Freyd «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində hansı məsələlərdən söz

A) sosial əlaqələrin təbiətindən

B) şüurun ən mühüm xüsusiyyətlərini obrazlı şəkildə səciyəlləndirmişdir

C) dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji

D) insanın mahiyyəti ilə mədəniyyəti arasındakı antaqonizm nəzəriyyəsidən

E) avtoritar və humanist şüur, xarakterin istismarçı və reseptiv (üzü yola) tiplərindən

20. Z.Freyd «Moisey və monoteizm» əsərində hansı məsələlərdən söz açır?

A) sosial əlaqələrin təbiətindən

B) şüurun ən mühüm xüsusiyyətlərini obrazlı şəkildə səciyəlləndirmişdir

C) insanın mahiyyəti ilə mədəniyyəti arasındakı antaqonizm nəzəriyyəsidən

D) dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji

E)avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tiplərindən

21. «Adolf Hitler Nekrofilinin klinik hadisəsi», «Ümidlər inqilabı», Azadlıqdan qaçış», «Məhəbbət

sənəti» əsərləri kimindir ?

22. «kollektiv təhtəlşüur» anlıyışının elmi dövriyyəyə kim gətirmişdir?

23. Z.Freyd «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində hansı məsələlərdən söz

A) dini məsələlərdən

B) dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji

C) şüurun ən mühüm xüsusiyyətlərini obrazlı şəkildə səciyəlləndirmişdir

D) şüurun ən mühüm xüsusiyyətlərini

E) sosial əlaqələrin təbiətindən

##num=9// level= 1// sumtest=15 // name= Psixoanalizdə şüursuzluq probleminin qoyuluşu //

1.“Bizim hər birimizə elə psixi proseslər xasdır ki, biz onlara nəzarət edə bilmirik, ancaq müəyyən

qədər istiqamətləndiririk. Buna görə də biz özümüz və öz həyatımız haqda son mühakimə yürüdə

bilmirik” bu sözlər kimə aiddir?

2.Karl Qustav Yunqun psixoanalitik nəzəriyyəsi başqa şəxsiyyət nəzəriyyələrindən fərqi?

A) yanılz mistikliyinə

B) öz sadəliyinə, bir az “sirrliliyinə”, mistikliyinə

C) öz mürəkkəbliyinə, bir qədər dilinin sadə olması ilə

D) öz mürəkkəbliyinə, bir az “sirrliliyinə”, mistikliyinə

E) öz sadəliyinə, bir az “sirrliliyinə”

3. K.Q.Yunq “şüursuzluğun problemi nədədir” sualının cavabını necə izah edir?

A) Şüursuzluğun problemi eqodur

B) Şüursuzluğun problemi eqo ilə qarşılıqlı münasibətindədir

C) Şüursuzluğun problemi şüurda ixtiyari əks oluna bilməyənlərdir

D) Şüursuzluğun problemi şüurda qeyri-ixtiyari əks oluna bilməyənlərdir

E) Şüursuzluğun problemi qarşılıqlı münasibətlərin qeyri-ixtiyari olmasıdır

4.Psixologiyada şüursuzluq necə izah edilir?

A) psixi həyatın sirrləribaxımından izah edilir

B) şəxsiyyət psixologiyası baxımından izah edilir

C) şüur psixologiyasıbaxımından izah edilir

D) şüur psixologiyası və şəxsiyyət psixologiyası baxımından izah edilir

E) insanın psixi həyatı baxımından izah edilir

5. K.Q.Yunq şüursuzluğu neçə yerə bölürdü?

6. K.Q.Yunq səxsi şüursuzluğu necə izah edirdi?

A) müvəqqəti olaraq şüuraltında olanlardır və ixtiyari olaraq şüurda əks oluna bilirlər

B) mahiyyətcə özü-özlüyündə mövcud olan, hər yerdə olan, identik olan, dəyişməz keyfiyyətlərə

malik olan psixe prosesdir.

C) şəxsiyyətin individual komponenetləri daxildir və onlar şüurda təmsil oluna bilirlər.

D) şüurda ixtiyari şəkildə əks oluna bilmirlər

E) mahiyyətcə dəyişməz keyfiyyətlərə malik olan psixi prosesdir.

7. K.Q.Yunq şüursuzluğu neçə qrupa bölür?

8. Arxitiplər hansılardır?

Azadlıqdan qaçış

Bəli, Rusiyada növbəti parlament seçkiləri başa çatdı. Hətta rəsmi nəticələr də elan olunub.

Amma analitiklər və politoloqlar sonuncu parlament seçkilərinin ən müxtəlif aspektlərini müzakirə etməkdə israrlıdırlar. Prinsipcə, hər seçki bu və ya digər ölkənin siyasi gercəkliyinin ayrı-ayrı detallarını təhlil etmək üçün yaxşıca fürsətdir. Amma məsələ bunda deyil. Ondadır ki, Rusiyada növbəti dəfə hakim partiya qalib gəldi.

Təsadüfdürmü? Rusiyaya tətbiqən bunun bir təsadüf olduğunu fikirləşmirik. Adətən qeyri-demokratik ölkələrdə belə olur –seçkiləri həmişə hakimiyyətdə olan siyasi qüvvələr “udur”.

Oxucu bizimlə razılaşmaya bilər. O, ABŞ-ın ikipartiyalı sistemini və yaxud da, məsələn, Yaponiyadakı Liberal–Demokrat Partiyasının on illərlə seçkiləri udmasını misal gətirə bilər.

Bütün bunlarla razıyıq. ABŞ-da demokratlar və respublikaçılar uzun müddətdir ki, əsl siyasi uzun ömürlülərdir. Eyni sözləri Yaponiyanın Liberal Partiaysı haqqında da demək olar. Amma təəssüf ki, bunu Rusiyanın haqqında demək olmur.

Biz təkrarən qeyd edirik ki, Moskva və Peterburq kimi böyük şəhərlərdə güman ki, demokratik seçkilər keçirilir, amma bunu Rusiyanın əyalətləri və milli federasiya subyektləri haqqında söyləmək çətindir.

Bundan başqa, hələ seçkilərə qədər sönük siyasi reklamlarda yalnız mövcud siyasi konfiqurasiya hallanırdı, hətta ilkin sosioloji sorğular belə onların qalib gələcəyini göstərirdi. Amma yerli politoloqlardan demək olar ki, heç kim demirdi ki, Rusiyada seçkilərə qarşı başqa tədbirlər də görülmüşdü ki, “fors-major situasiya”lar baş verməsin: məsələn, ictimai–siyasi fəal Aleksey Navalnı həbs olunmuşdu.

Prinsipcə, demokratik ölkələr şərt qoya bilərdi ki, onlar seçkinin nəticələrini tanımayacaqlar, əgər Navalnı kimi fəallar azad olmasa. Di gəl, bunu etmədilər.

Yadımıza gəlir ki, hələ ötən əsrin səksəninci illərinin sonunda amerikalı politoloq Frensis Fukuyama liberal dəyərlərin birdəfəlik qələbəsindən yazırdı. Amma, təəssüf, çox az adam o vaxt bilirdi ki, demokratiyanın yolu bu qədər uzun və çətin olacaq. Əgər Rusiyanı götürsək, başqa vaxt onlar qədim Novqoroddakı demokratiyadan danışırlar. Müsasir dövrdən söz düşəndə isə bu adamlar ən müxtəlif “anlayışlar” fikirləşirlər: hansısa “suveren demokratiya”dan danışırlar, guya bu ona görə vacibdir ki, Qərb dəyərləri “kopirovka” olunmasın, ölkənin içinə müdaxilələr baş verməsin. Gah da demokratiyaya alternativ kimi effektiv dövlətçilikdən dəm vururlar.

Ona görə də çox az adam Rusiyada demokratik seçkilərin baş tutmasına inanır. Elə parlamentarizm də Rusiya üçün yeni anlayışdır. Ötən əsrin əvvəllərində müxtəlif çağırışlı Dumalar olmuşdu, amma onların heç biri fəaliyyətini qanuni zaman çərçivələrində başa vura bilməmiş, çarın əmrilə buraxılmışdılar.

İndi yeni Dumalar konstitusiyada nəzərdə tutulan zaman çərçivələrində fəaliyyət göstərirlər, heç kim onları buraxmır. Amma onlar sırf qanunverici orqan kimi fəaliyyət göstərir. Di gəl, burada çox güman ki, icra hakimiyyətinin müdaxilələri olmadan da keçinilmir.

Burada təbii sual yaranır: nə qədər belə davam edəcək? Axı Navalnı kimi bütün siyasi opponentləri həbsə atmaq mümkün deyil! Rusiyalı politoloqlar hərdən növbəti yenidənqurma haqqında yazır və danışırlar. Biz bunun nə qədər gercək olub-olmayacağını deyə bilmərik. Amma Rusiya azad ölkə deyil. Odur ki, dəyişikliklər labüddür. Onların dəqiq vaxtını hələ ki, fala baxan nənələr deyə bilər. Bir məsələ var ki, hər şey azadlığın artmasına və genişlənməsinə doğru gedir və bu baxımdan azadlığa və demokratiyaya alternativ yoxdur. Bəzən cəmiyyətlər və ayrı-ayrı fərdlər demokratiyaya, azadlığa və insan haqlarına soyuq yanaşır. Amma bu, heç də əbədi hadisə və proses deyil. Bunu ilk dəfə təsvir və təhlil edən filosof və psixoloq K.Yunq olmuşdu və o buna “azadlıqdan qaçış” adını vermişdi. Fəqət insanlar müvəqqəti olaraq azadlıqdan soyuya və hətta ondan bədgüman ola bilər. Amma bir müddətdən sonra onlar yenə də bu anlayışlara qayıdırlar, çünki bunların real və dayanıqlı alternativi yoxdur.

Azadlığın sınağı

Ernest Heminqueyin əsərlərində belə bir ifadə var: «itirilmiş nəsil». Görünür, bunu illərə də şamil etmək olar: «İtirilmiş illər!».Yox, əslində yekunlaşmaqda olan il o qədər də maraqsız və təsirsiz ötüşmədi. Rusiyanın Gürcüstana təcavüzü, Moskva Bəyannaməsi, Türkiyənin «Cənubi Qafqazda sabitlik və əməkdaşlıq» platforması, Avropa Birliyinin «Şərq tərəfdaşlıq proqramı», ölkədə rekord nəticə ilə – 89 faizlə başa çatan prezident seçkisi və s.! Bunların hamısı müstəqil jurnalistikanın süzgəcindən keçib və kifayət qədər təhlil olunub. Bu ilin sözsüz ki, ən yadda qalan hadisəsi prezident seçkisi ilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi üçün referendumun təyin edilməsi və bir də ki, jurnalistlərin hələ də əfv edilməməsi oldu. Beləcə, yazının əvvəlindəki ifadəyə bir daha qayıtsaq, hamılıqla itirdik – azadlığı da, ümidləri də!

Düzdür, belə fikirlər də mövcuddur ki, azadlıq da, ümid də şərti məna daşıyır. Elə adamlar var ki, bütün dövrlərdə, rejimlərdə azad və sərbəst olduqlarını iddia edirlər. Təbii ki, bu, ya süni təkəbbürdən, ya da insan şəxsiyyətinin haçalanmasından xəbər verir. Kimisi rəsmi telekanallara baxmamaqla, kimisi dövlətdən asılılığını minimuma endirməklə, kimisi də rəsmi «ustanovkalar»a və təbliğata inanmamaqla özünü azad hiss edir. Ola bilsin, buna bənzər nəsə var. Amma buna «susmaq azadlığı» deyirlər – əgər insanın öz fikrini bildirmək, etiraz etmək, nəyəsə təşəbbüs göstərmək, münasibət ifadə etmək, ölkədə aparılan siyasətə təsir etmək, kiməsə səs vermək və yaxud verməmək, azad məhkəmədə kiminləsə çəkişmədə özünün haqlı olduğunu sübut etmək imkanı yoxdursa, daha bunun nəyi azadlıq oldu? Bu baxımdan başa çatmaqda olan il təkcə itirilmiş, yox həm də geriləmə ili idi.

Bəlkə də bu da bir sınaqdır. Rəvayətə görə, arzuladıqları və can atdıqları torpağa çatmaq üçün yəhudilər qırx il səhrada dolaşıblar. Amma burada kiçik paradoks var. Adətən insan çox çətinliklə qazandığını, əldə etdiyini asanlıqla vermir. Görünür, hələ də azadlıq insanların böyük əksəriyyəti üçün düşünülən qədər də qiymətli nəsnə deyil. Əks təqdirdə onun hər kiçik ünsürü uğrunda mübarizə aparar, çarpışardılar.

Azadlıq da qayıdacaq. Amma o vaxt qayıdacaq ki, onun lazım olub-olmamasına məmurlar yox, cəmiyyət qərar verəcək, «cəmiyyətin azadlığa hazır» olmasını məmurlar yox, əksinə məmurların azadlığın tələblərinə cavab verib- vermədiyini cəmiyyətin özü müəyyən edəcək.

Həm də real olanı qiymətləndirmək və qeyd etmək lazımdır. Orta statistik azərbaycanlı hələlik ancaq iqtisadi azadlıqların müəyyən elementlərini dərk və qəbul edib – « bu, mənim evimdir, dükanımdır», «bu mənim malımdır, ona xərc çəkmişəm» və s! Siyasi azadlıqlar isə hələ gələcəyin zərurətidir, böyük əksəriyyət hələ də onların önəmini dərk etmir. «Başqasını seçsək, bundan yaxşı olacaq?!», – seçki kampaniyaları vaxtı kim bu cür suallarla qarşılaşmayıb?

İndi ən aktual məsələlərdən biri də xarici radiostansiyaların taleyi, onların milli tezlikdən məhrum edilə bilməsi ehtimalıdır. Söhbət dəqiq və alternativ informasiya mənbələrinin mühüm hissənin itirilməsindən gedir. Hələ sovetlər çağında insanlar min cür əziyyətlə həmin radioları dinləyirdilər. Sovetlər dönəmində hakimiyyət rəsmiləri onlara «düşmən səsləri» deyirdilər. Amma artıq soyuq müharibə yoxdur, kommunizm də hər yerdə süquta uğrayıb. O da düzdür ki, yerli hakimiyyət də məsələnin siyasi yox, ancaq sırf hüquqi mahiyyət kəsb etdiyini iddia edir. Amma özəl və qeyri–özəl telekanalların və radioların hansı şəraitdə fəaliyyət göstərdiyini yada salanda, hüquqla siyasət arasındakı sərhədin şərti xarakter daşıdığına əmin olmaq mümkündür. Hakimiyyət alternativ ictimai fikirdən, siyasi dialoq və polemikadan, tənqiddən ehtiyat edir.

Cəmiyyəti qınamağın nə siyasi, nə də mənəvi baxımdan bəraəti yoxdur, çünki hamı onun bir hissəsini təşkil edir. Erix Frommun maraqlı fikri var: «Azadlıqdan qaçış!» 1992-93-cü illərdə bu tendensiya hiss olundu. Hətta insanlara verilən azadlıq və sərbəstlik «xaos» kimi qiymətləndirildi. Bu da təəccüblü deyildi, sovet adamı instruksiyalarla yaşamağa, həyatının tamamilə reqlamentləşdirilməsinə adət etmişdi. Hər şeydə «siyasi determinizm» üstünlük təşkil edirdi. Birdən-birə vətəndaş öz ətrafında böyük boşluq hiss etdi. Bunun nəticəsi nə oldu? Orta statistik vətəndaş ona verilən azadlıq və sərbəstliklə nə etmək lazım gəldiyini bilmədi! Hər şey var idi – qanunlar, sənədlər, beynəlxalq təşkilatlar! Amma azacıq sonra – hakimiyyət dəyişən kimi bir qədər zabitəli və hökmlü məmurların təzyiqi altında hər şey əridi və yox oldu. Azadlığın yerini qorxu və itaət tutdu. Qorxu hissi orta statistik vətəndaşa indi o qədər sirayət edib ki, hətta adamın yadına rus yazıçısı Anton Çexovun məşhur hekayəsi düşür. Ən dəhşətlisi isə budur ki, dövlət və onun məmurları haqqında təsəvvürlər deformasiya olundu – dövlətin insanların şüurunda yenicə formalaşan «cəmiyyətlə ictimai müqavilə» anlamı tez bir zamanda beyinlərdə «cəbr və itaət aparatı» anlamı ilə əvəz olundu.

Dövlət nədir? Cəmiyyətlə ictimai müqavilə, yoxsa cəbr aləti? Güman ki, əksəriyyətin bu suala indi necə cavab verəcəyi aydındır!

Beləcə, azadlıq sınağa çəkildi. Etiraf etmək lazımdır ki, 2008-ci il onun cəmiyyətdə güclü və etibarlı dayaqlara malik olmadığını göstərdi. Düzdür, inkişaf da qabarmalardan və çəkilmələrdən ibarətdir. Azadlıq da qayıdacaq. Amma o vaxt qayıdacaq ki, onun lazım olub-olmamasına məmurlar yox, cəmiyyət qərar verəcək, «cəmiyyətin azadlığa hazır» olmasını məmurlar yox, əksinə məmurların azadlığın tələblərinə cavab verib- vermədiyini cəmiyyətin özü müəyyən edəcək!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Comments are closed, but trackbacks and pingbacks are open.