Azəbaycan respublikasında dövlət uşaq müəssisələrindən təhsil nazirliyi
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2006, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 274)
Azəbaycan respublikasında dövlət uşaq müəssisələrindən təhsil nazirliyi
You are using an outdated browser.
- NAZİRLİK
- XƏBƏRLƏR
- SOSİAL MEDİA
- Virtual bələdçi
- Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
Haqqımızda
Today, our catalogue contains:
Menyu Menyu
Menyu
Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər
Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.
Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.
Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.
Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.
Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar
- Ümumi məlumat
- Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Ümumi təhsil müəssisələrinin siyahısı
- Elektron dərs resursları
- Yeni dərs ili üçün nümunəvi cədvəllər
- COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
- Olimpiada və müsabiqələr
- Onlayn kalkulyator
- DİQ müsahibə nəticələri
- Ümumi məlumat
- Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Peşə liseyləri
- Peşə məktəbləri
- İxtisaslar
- Peşə təhsil mərkəzləri
- Ümumi məlumat
- Orta ixtisas təhsili müəssisələrinin siyahısı
- Hesabat formaları
- Ümumi məlumat
- Ali təhsil müəssiələri
- Tələbə köçürülməsi
- Xaricdə təhsil
- Tələbə Kredit Fondu
- Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
- Tanınan diplomların sahibləri barədə məlumat bazası
- Hesabat formaları
- Ümumi məlumat
- İnternat məktəbləri
- “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
- “STEAM” layihəsi
- “Rəqəmsal bacarıqlar” layihəsi
- “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
- “Məktəblinin dostu” layihəsi
- SABAH qrupları layihəsi
- “Study in Azerbaijan” layihəsi
- English –>
- Русский –>
Təhsil millətin gələcəyidir!
HEYDƏR ƏLİYEV
Təhsil Nazirliyi sistemindəki dövlət uşaq müəssisələrinin fəaliyyətinin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tələblərinə uyğun qurulması üçün həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
2012-ci ilin ötən dövrü ərzində “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində daim müəssisədə yaşayan 10 nəfər qız üçün Təhsil Nazirliyi tərəfindən ailə əsaslı kiçik qrup evi tikilərək istifadəyə verilib. Dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilərək müəyyənləşdirilib.
Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün Xəzər rayonunda Ailə Təlim və Məsləhət Mərkəzi istifadəyə verilib və Ailə Təlim Proqramının tətbiqinə başlanılıb.
Dövlət Proqramının Tədbirlər Planı və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə kar uşaqlar üçün iki xüsusi internat məktəb birləşdirilib, onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib.
Cari ilin əvvəlindən bu günədək 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib. Uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 adda sənəd hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün (lal-kar) internat məktəblərdə təlim-tərbiyə alan şagirdlərə keyfiyyətli təhsil imkanlarının yaradılması və təhsil hüquqlarının təmin edilməsi məqsədi ilə yeni nəsil dərsliklər, əyani təlim vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər hazırlanıb, nəşr edilib və müəssisələrə paylanılıb.
Dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında elektron idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi başa çatdırılıb. Bununla bağlı xüsusi proqram təminatı hazırlanıb. Elektron idarəetmə sisteminin yaradılmasının ikinci mərhələsində isə müvafiq məlumatlar proqrama daxil ediləcəkdir.
Azəbaycan respublikasında dövlət uşaq müəssisələrindən təhsil nazirliyi
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2006, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 274)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.000.000
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etmək məqsədi ilə qərara alıram
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə
müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2006-cı il
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı
DÖVLƏT PROQRAMI
(2006-2015-ci illər)
Azərbaycan Respublikasında bir sıra dövlət təlim-tərbiyə müəssisələrində (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri və internat məktəbləri, ümumtəhsil internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri və xüsusi mək təblər, atılmış uşaqlar üçün körpələr evi və s.) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların sağlamlıq imkanlarının məhdudluğu və s.) dövlət himayəsində yaşayır, təhsil və təlim-tərbiyə alırlar.
Hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq vardır və onların sayının əvvəlki illərlə müqayisədə artımı müşahidə olunur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyə tinin aşağı olması və digər sosial amillər dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının səbəblərindəndir.
Dövlət uşaq müəssisələrində saxlanılan uşaqlar Azərbaycan Respub likasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.
Respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırıl ması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması üçün zəmin yarat mışdır.
Qeyd olunanlar hazırda respublikada dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, belə müəssisələrdə uşaqların sayının azalmasına, ailə mühitində inkişafının təmin edilməsi üçün onların ailələrə ve rilməsinə geniş imkanlar yaradır.
Həmin imkanların reallaşdırılması üçün uşaqların qayğısına qalmaqda çətinlik çəkən ailələrə müvafiq yardımın göstərilməsi, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, uşaqların ailələrə verilməsini və onların hüquqlarının qorunmasını təmin edən müvafiq sistemin yaradılması, bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” (bundan sonra – Proqram) hazırkı mərhələdə De-institu sionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilmişdir.
2. Proqramın məqsədi
Proqramın əsas məqsədi BMT-nin “Uşaq hüquqlarına dair” Konven siyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir.
De-institusionalizasiyanın yerinə yetirilməsi üçün aşağıdakı prioritet istiqa mətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
1) ölkədə yoxsulluğun azaldılması və sosial-iqtisadi vəziyyətin yaxşılaş ması zəminində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və belə müəssisələrdə olan uşaqların sayının tədricən azaldılması;
2) uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mər kəzlərinə çevrilməsi, alternativ sosial xidmətlər sisteminin (icma və ailə əsas lı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailə yə verilmə və s.) yaradılması;
3) uşaqların ailələrə (bioloji və ya alternativ) verilməsi imkanlarının genişləndirilməsi və stimullaşdırılma mexanizmlərinin tətbiqi;
4) dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünün dəyişdirilməsi və sosial işçilərin hazırlanması sisteminin yaradılması;
5) ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması və onlara sosial xidmətlər (təhsil, səhiyyə, reabilitasiya) mexanizmlərinin yara dılması.
Azərbaycan Respublikasında De-institusionalizasiya aşağıdakı dövlət uşaq müəssisələrini əhatə edir:
1) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri;
2) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri;
3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri);
4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri;
5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər;
6) atılmış uşaqlar üçün körpələr evi.
3. Proqramın əsas vəzifələri
Proqramda qarşıya qoyulan məqsədlərə nail olmaq, problemin həllində intensivlik və səmərənin əldə olunması üçün aşağıdakı vəzifələrin kompleks yerinə yetirilməsi zəruridir:
1) normativ hüquqi bazanın təkmilləşdirilməsi;
2) dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsinin əsas istiqa mətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi;
3) uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən uşaq lara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;
4) uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və stimullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yerləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;
5) dövlət uşaq müəssisələrinin kadr potensialından geniş istifadə olun maqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosial işçilərin ha zırlanması;
6) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu imkan olması baxımından uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qəbul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olunmasına nəzarətin gücləndirilməsi;
7) dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələrdən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr arasında sistemli preventiv tədbir lərin görülməsi;
8) kütləvi informasiya vasitələrindən istifadə etməklə və digər yollarla De-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması;
9) hazırlanan sosial işçilər üçün treninqlərin və seminarların keçirilməsi;
10) dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinin araşdırılması və mütəmadi olaraq monitorinqin keçirilməsi;
11) ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara səhiyyə və reabilitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;
12) dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında De-insti tusionalizasiya məsələlərinin həlli sahəsində səmərəli əməkdaşlığın təmin olunması.
4. Gözlənilən nəticələr
Proqramın həyata keçirilməsi ilə aşağıdakı nəticələr əldə ediləcəkdir:
dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, hüquqlarının qorunması və sosial müdafiəsi;
ailələrə verilən uşaqların sayının artması, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin, eləcə də dövlət uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayının azalması;
uşaq evləri və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması.
5. Proqramın əsas maliyyələşmə mənbələri
Proqramın həyata keçirilməsi Azərbaycan Respublikasının dövlət büd cəsinin vəsaiti, beynəlxalq təşkilatların və donor təşkilatların texniki və maliyyə köməyi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir.
6. Proqramın tədbirlər planı
Comments are closed, but trackbacks and pingbacks are open.