Azerbaycan dil tarixi
Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.
N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik
Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik.
Bakı, “Elm və təhsil”, 2012, 686 səh.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş proqram əsasında yazılmışdır. Kitabda mənbələr əsasında
Azərbaycan ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh olunur.
Dərslik “Azərbaycan ədəbi dilinin təşəkkül dövrü” (qədim dövrlərdən XIII
əsrə qədər), “Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması
və inkişafı dövrü” (XIII əsrdən XVII əsrə qədər) və “Azərbaycan ədəbi
dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü” (XVII əsrdən bu
günə qədər) kimi üç mühüm bölümdən ibarətdir.
Dərslik universitet və institut tələbələri üçün nəzərdə tutulmuşdur.
Ondan müəllimlər, aspirantlar, elmi işçilər, eləcə də dilimizin tarixi ilə
maraqlananlar istifadə edə bilərlər.
Azerbaycan dil tarixi
Hər bir dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən onun mənsub olduğu xalqdır. Məşhur ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır.” Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Elmi, bədii, üslubi imkanları ilə sayılıb-seçilən bu dil xalqımızın, mədəniyyətimizin ən dəyərli, orijinal göstəricisidir. Bu məqamda görkəmli türk alimi Mehmet Hengirmenin sözlərini xatırlatmaq yerinə düşər. O yazırdı: “Dil olmayınca düşüncə olmaz. Düşüncə olmayınca da heç bir şey olmaz, millət, yüksəliş olmaz.”
Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.
Dilçi alim, filologiya elmləri doktoru, professor N.Xudiyev yazır: “Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.”
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan . nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi.
Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderimizin atdığı tarixi addımlardan biridir. Bu qanunla idarə, müəssisə və təşkilat adları lövhələrdə ilk növbədə ana dilimizdə, sonra xarici dildə yazılmalıdır. Bu isə Azərbaycan dilinin yüksəlişi, tərəqqisi yolunda daha bir yenilik idi.
Dahi rəhbərin dilimiz haqqındakı yüksək fikirlərinə onun gənclərlə, xüsusilə tələbələrlə görüşlərindəki çıxışlarında tez-tez rast gəlirik. Tələbələrlə görüşlərinin birində ulu öndər Heydər Əliyev demişdir: “Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz.”
Hər bir xalqın milli varlığının təcəssümü, daşıyıcısı olan doğma dilin tərəqqisinin, statusunun, işlənmə dairəsinin yüksək səviyyədə təsbit olunması müstəqil dövlət quruculuğu prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində ən vacib faktorlardan biridir. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Ulu Öndərin azərbaycançılıq təlimində ana dilinin roluna verilən aşağıdakı qiymət, irəli sürülən dəyərli tövsiyələr bu baxımdan xarakterikdir: “Hər bir Azərbaycan gənci. birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin.”
Dilimizin inkişafı, sürətli tərəqqisi istiqamətində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Lakin bu yazıda biz görülən işlərə çox qısa nəzər saldıq. Deyilənlər bir daha göstərir ki, XX yüzilliyin ikinci yarısında və əsrimizin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin intellekti, uzaqgörən siyasəti, dönməz fəaliyyəti sayəsində ana dilimizin hərtərəfli inkişafı və dövlət dili statusu təmin edilmişdir.
Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
Biz inanırıq ki, yetişən gənc nəslin və ümumiyyətlə, Azərbaycan xalqının bacarıq və iradəsi ilə dilimiz daha da inkişaf edib zənginləşəcək və bütün dünyada beynəlxalq danışıq dilinə çevriləcəkdir.
Rəşad Zülfüqarov,
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru
Azerbaycan dili haqqinda insa
İnsanlar dil öyrənmə qabiliyyəti ilə doğulurlar. Anamız və atamız hansı dildə danışırsa, biz o dili öyrənib danışırıq.
Dil haqqinda
Millət olmağımıza imkan yaradan milli birliyimizi gücləndirən amillərdən biri də insanların ana dilidir. Ana dili insan üçün çox, çox önəmli və dəyərlidir. Ana dilini yaxşı öyrənə bilməyən insan heç bir dili öyrənə bilməz.
Biz ana dilimizi qorumalıyıq. Bizim üçün ən vacib dəyərlərdən biri ana dilidir. Biz ona sahib çıxmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik.
Dil cəmiyyətin ən mühüm əsas materialıdır və qaydalar toplusudur. İnsanın oxuduqlarını qavraması və şərh etməsi ancaq onun dilindən düzgün və səmərəli istifadə etməklə əldə edilə bilər. Dil ölkəsini, millətini qorumaq istəyən, milli kimliyinin möhkəm şəkildə davam etdirilməsini təmin edən ən mühüm ünsürdür. Ana dilimiz Azərbaycan dili bizim üçün hər şeydir. Biz ana ilə bu dildə ünsiyyət qurduğumuz üçün dünyanı, hadisələri bu dillə anlamağa çalışdıq və indi də bunu davam etdiririk. Başa düşə bilmirəm ki, öz ana dilimiz hələ də ayaqda olduğu halda, son vaxtlar xarici dillərə niyə böyük maraq var? Halbuki dilimiz zəngin bir xəzinə kimi müxtəlif sözlər çıxaran bir dildir.
Bundan əlavə, ana dilimizi əcnəbi dillərin təsirindən xilas etmək üçün çox çalışaq, ana dilimizi öz içimizdə yoğuraq, zənginləşdirək.
Azerbaycan dili haqqinda insa
Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. Şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrü VI – VIII əsrləri əhatə edir. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır.
Uzun əsrlər – yunan işğalı, Parfiya və Sasanilər sülalələri dövrlərində şimalın və cənubun əhalisi daim birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, və nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.
Tarix boyu dilimiz bir çox çətinliklərlə üz-üzə gəlsə də, onu qoruyan mərd oğul və qızları həmişə mübarizə apararaq onu bugünkü səviyyəsinə çatdıra bilmişlər. Səfəvilər dövlətinin yaradıcısı, görkəmli şair Şah İsmayıl Xətai tariximizdə ilk dəfə olaraq türk dilini dövlət dili səviyyəsinə yüksəltmişdir. Onun dövründə fərmanlar türkcə yazılır, diplomatik sənədlər Avropa ölkələrinə türk dilində göndərilirdi.
IX – XI əsrlər yazılı ədəbi dilimizin təşəkkül tarixini əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nümunəsidir. “Kitabi-Dədə Qorqud”dan sonra XIII əsrin dil materiallarını əldə etmək mümkün olmuşdur. Aradakı boşluq həmin dövrdə yazı materiallarının olmaması demək deyildir. Bunu həm də böyük Azərbaycan şairi Niazminin qeydləri, qohum türk xalqlarının əldə edilmiş yazılı abidələri, M.Kaşğarinin “Divan”ı, az sonra meydana çıxan “Dastani-Əhməd Hərami”, “Mehr və Vəfa”, “Yusif və Züleyxa” kimi kamil əsərlər də təsdiq edir.
Birinci minilliyin ortalarından başlayaraq, dilimiz həm türk dili, həm də azəri dili adlanmışdır.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir.
Azərbaycan dili həmçinin İran İslam Respublikasında yaşayan 30 milyon azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayır.
Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan artıq adam danışır. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra azsaylı xalqlar, o cümlədən, lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.
Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Dilimizin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.
Comments are closed, but trackbacks and pingbacks are open.