AZƏRBAYCAN DİLİ- Qızıl Qaydalar
Sözün tərkibində yaxın və ya eyni qalibə malik olan iki danışıq səsindən biri öz qalibindən uzaqlaşırsa, səs fərqləşməsi fonetik hadisəsi baş verir. Məsələn: (əlbəttə = əlbətdə), (səkkiz = səkgiz), (müşkül = müşgül)
Azerbaycan dili 4 məftunun bağa getməsi
Dilin meydana gəlməsi ən qədim dövrlərə aiddir və o insanların bircə yaşayış və əmək fəaliyyətində bir-birinə söz demək ehtiyacından yaranmışdır. İnsanlar məhz dil vasitəsi ilə adi məişətdə, istehsal prossesində, ictimayi həyatda bir-biri ilə ünsiyyətdə olur, öz fikirlərini, istək və arzularını, hiss və həyəcanlarını ifadə edirlər.
Təfəkkürlə sıx bağlı olan dil həm insanın əhatə edən varlığı, dərk etmə aləti, həmdə insan cəmiyyətinin inkişaf prosesində əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi vasitəsidir, başqa sözlə təfəkkür fəaliyyətinin müvəffəqiyyətlərini dil sözlər və sözlərin birləşməsindən əmələ gəlmiş cümləllər şəklində ifadə edir, məhz bu yolla cəmiyyət üzvləri arasında fikir mübadiləsi mümkün olur.
İnsan cəmiyyəti ilə birlikdə yaranan dil heçdə donuq halda qalmır. O cəmiyyətlə birlikdə dayim inkişaf edir. Hər dilin inkişaf tarixi o dildə danışan xalqın inkişaf tarixi ilə bağlıdır. Deməli dil insan cəmiyyəti ilə birlikdə yaranır, inkişaf edir. Bə`zəndə həmin dildə danışan xalqlar birlikdə məhv olur, ölür ( məsələm Sümer, Urarto və sayirə dillər). Hər dil inkişaf yolu keçir, dəyişir, təkmilləşir. Bu onun lüğət tərkibində özünü tez büruzə verir. Ona görəki, dilin lüğət tərkibi dəyişgənliyə dah həssasdır.
Dilin qrammatik quruluşu, xüsusən səs tərkibi olduqca yavaş dəyişir. Buradakı dəyişmələri ancaq dilin tarixini öyrənmək yolu ilə müşahidə etmək olar. Məsələn müasir Azırbaycan dilində işlətdiyimiz “H” səsi dilimizdə işlənməmişdir. Təsadüfi deyil ki indi “hamı”, “hansı”, “hanı” və s. Kimi işlətdiyimiz sözlərə Dədəqorqud dastanlarında, Nəsimi, Xətayi, Füzuli şe`rlərində “qamu/xamu”, “qansı/xansı”, “qanı/xanı” şəklində rast gəlirik.
Azərbaycan dili öz tərkibi e`tibari ilə yekcins deyil, o ədəbi dili və ədəbi dilə daxil olmayan dil qatlarını – diyalekt və şivələri, danışıq dili və jar qonları ihatə edir.
Ədəbi dil milli dilin yüksək formasındadır, ədəbi dil cəmiyyətimizin mdəni-siyasi və iqtisadi, elmi və texniki tə`lim və tərbiyə, incə sənət və s. ehtiyacını ödəməyə xidmət göstərir. Bundan başqa ədəbi dildən insanlar məişətdə adi danışıqda istifadə edirlər. Ədəbi dil cəmiyyətin bütün üzvlərinə ictimayi mənşəinə, ərazi ayrılığına fərq qoymadan eyni dərəcədə xidmət edir, ədəbi dilin fonetik, orfopik, orfoqrafik, leksik, qrammatik və üslubi normaları olur və bunlara rüayət etmək hamının borcudur.
Fonetika
Fonetikada danışıq səsləri, heca, vurğu, ahəng qanunu və fonetik hadisələr öyrənilir.
Danışıq Səsləri
Ciyərlərdən gələn hava axını ağız boşluğunda danışıq səsi yaradır. Dil, dodaq, dilçək və səs telləri danışıq vaxtı müəyyən vəziyyətə düşərək hər hansı bir səsin qalibini əmələ gətirir. Hər danışıq səsinin öz qalibi olur və ağız boşluğundaki bu qalibdən keçən hava həmin danışıq səsini yaradır.
Azərbaycan dilində 35 danışıq səsi var. Dilimizdəki sözlər bu səslər vasitəsi ilə qurulur. Sözlərin tərkibində bir, iki, üç və daha artıq danışıq səsi ola bilir. Məsələn: o, il, saz, qapı, polad, kəklik, dəmirçi, məktəbli, günəbaxan və s.
Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: a. sayitlər b. samitlər
a. Sayitlər: 1. sərbəst tələffüz olur 2. avazlı olur 3. heca yaradır
b. Samitlər: 1. tələffüzdə mane`ə rast gəlir 2. avazlı-küylü olur 3. heca əmələ gətirə bilmir
Sayitlər:
Azərbaycan dilində 9 sayit səsi var. Əlifbada səslərin işarəsi bunlardır: a, e, ə,o, i, ı, u, ö, ü
Ağız boşluğunda dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə sayitlərin qalibi formalaşır. Sayitləri tələffüz edərkən səs telləri titrəyir. Sayitlərin qalibi əsasən üç əlamətlə qurulur və buna görə hər sayitin üç əlaməri olur:
1. dil önü və ya dil arxası (incə və ya qalın) 2. gen və ya dar 3. dodaqlanan və ya dodaqlanmayan
birinci əlamət dilin üfüqi vəziyyəti ilə, ikinci əlamət dilin şaquli vəziyyəti ilə, üçüncü əlamət isə dodaqların vəziyyəti ilə yaranır. Deməli, sayit qalibinin qurulmasında dil və dodaqlar aktiv iştirak edir.
1. Dilin üfüqi vəziyyətinə görə qruplaşan sayitlər:
Ağız boşluğunda dilin üfüqi istiqamətdə irəliyə və geriyə hərəkəti “dil önü” və “dil arxası” sayitləri formalaşdırır.
ə, e, i, ö, ü sayitlərini tələffüz etmək üçün dil ön tərəfə hərəkət edir və səs qalibində dil önü əlamət yaranır. a, ı, o, u sayitlərini tələffüz etmək üçün dil arxaya çəkilir və səs qalibində dil arxası əlamət yaranır.
Dil önü sayitlər: ə, e, i, ö, ü Dil arxası sayitlər: a, ı, o, u
2. Dodaqların vəziyyətinə görə qruplaşan sayitlər:
o, ö, u, ü səslərini tələffüz etmək üçün dodaqlar irəli uzanır və həmin səslərin qalibində əlamət yaranır. a, e, ə, i, ı səslərinin tələffüzündə dodaqlar irəli uzanmır və həmin səsləri qalibində dodaqlanmayan əlamət yaranır.
Dodaqlanan sayitlər: o, ö, u, ü Dodaqlanmayan sayitlər: a, e, ə, i, ı
3. Dilin şaquli vəziyyətinə görə qruplaşan sayitlər:
Şaquli istiqamətdə dilin yuxarı və aşağı hərəkəti damaqla dil arasındakı keçidin dar və ya gen əlamət yaradır.
i, ı, u, ü səslərini tələffüz etmək üçün dil üst damağa yaxınlaşır və aradakı keçid daralır. Ona görədə bu səslər dar sayit adlanır. a, ə, o, ö səslərini tələffüz etmək üçün alt çənə aşağı düşür və dilidə aşağı çəkir, beləliklə, dil üst damaqdan çox aralanır və aradakı keçid gen olur, bu səslər gen sayit adlanır. e sayitin tələffüz edərkən dil orta mövqe tutur, ona görədə bu səsin əlamətini yarımçıq, yaxud yarım qapalı adlandırmaq olar.
Dar sayitlər: i, ı, u, ü Gen sayitlər: a, ə, o, ö Yarımçıq sayit: e
Beləliklə hər sayit səsin qalibindəki üç əlamət onu digər sayitlərdən fərqləndirən əlamət olur:
A: dil arxası, gen, dodaqlanmayan Ə: dil önü, gen, dodaqlanmayan E: dil önü, yarım qapalı, dodaqlanmayan O: dil arxası, gen, dodaqlanan İ: dil önü, dar, dodaqlanmayan I: dil arxası, dar, dodaqlanmayan U: dil arxası, dar, dodaqlanan Ö: dil önü, gen, dodaqlanan Ü: dil önü, dar, dodaqlanan
Samitlər:
Azərbaycan dilində samit səslərin sayı 26 dır, lakin əlifbada bunlardan 23-nün xüsusi işarəsi var:
b, p, t, c, ç, h, d, r, z, j, s, ş, ğ, f, k, g, m, n, v, y, q, l, x
Üç samit isə əlifbada xüsusi işarəsi yoxdur. Bunlardan biri səğir “n” vaxtilə əlifbadan çıxarılmışdır. Ayrıca işarəsi olmayan və “komitə” və “inək” kimi sözlərdə işlənən “k” və “i” səsləri isə yazıda k və i hərfi ilə verilir. Ona görədə “k” hərfi üç səsi bildirir:
1. kitab, iki, əkin 2. tank, traktor 3. çörək, çiçək, inək
Danışıq vaxtı həmin səslər aydın fərqlənir məsələn: iki, tank, inək.
Samitlər səs telləriniln iştirakına görə iki yerə bölünür. Tələffüz vaxtı səs telləri titrəyəndə cingiltili samitlər, titrəməyəndə kar samitlər yaranır
Cingiltili samitlər: b, c, d, g, ğ, j, l, m, n, q, r, v, y, z, “səğir n”
Kar samitlər: p, t, s, ş, x, k, f, ç, h, “k”.
Heca
tələffüz vaxtı sözün asanlıqla ayrıla bilən hissəsinə heca deyilir. Sözlər bit, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Məsələn: ot, a-na, mək-təb, mək-təb-li, ya-zı-çı-lıq, a-zər-bay-can-lı Heca əsasını sayitlər təşkil edir. Sözdə neçə sayit varsa, o qədər də heca olur. Hecanın quruluşu isə sayit səsləri iştitaki ilə müəyyənləşir. Təzəkkür: dilçilikdə hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə olunur. V işarəsi latınca sayit (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.
Azərbaycan dilində sözlərimizin 6 heca quruluşu vardır:
1. V: (o), (i)+nək = inək, (a)+na = ana 2. VC: (on), (or)+(ta) = orta, (ar)+tıq = artıq 3. VCC: (alt), (üst) 4. CV: (nə), (bu), o+dun+(çu) = odunçu 5. CVC: (daş), (qar)+(maq) = qarmaq, ar+(tıq) = artıq 6. CVCC: (bərk), (dörd), (dinc)
Dilimizdə başqa dillərdən keçən sözlərin bir qismində CCVC, CCVCC, CCV, CCVCCC və s. Heca quruluşuda vardır, məsələn: (plan), (sport), (pro)+fes+sor = professor və s.
Samitlə başlanan heca örtülü, sayitlə başlanan heca örtüsüz adlanır:
Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC
Heca samitlə bitəndə qapalı, sayitlə bitəndə açıq olur:
Qapalı heca: VC, CVC, CVCC, CCVCC, VCC Açıq heca: CV, CCV, V
Beləliklə, dörd heca növ`ü, muxtəlif heca quruluşlarını əhatə edir, yəni sayit yaxud samirlə başlanması və ya qurtarması, hecanın növ`ü sayit və samitlərin sayı isə hecanın quruluşunu bildirir.
1. Örtülü – açıq heca: CV, CCV 2. Örtülü – bağlı heca: CVC, CVCC, CCVCC 3. Örtüsüz – açıq heca: V 4. Örtüsüz – bağlı heca: VC, VCC
Vurğu
Sözün tərkibində danışıq səslərindən biri digərlərinə nisbətən daha quvvətli deyilir və bu vurğu adlanır. Vurğu sait səsin üzərinə düşür və həmin sait hansı hecanın tərkibindədirsə, o, vurğulu heca adlanır: torpãq, atã, məktũb, faytõn, telefõn və s. sözlərdə (üstündə ̃ əlaməti olan sözlər vurğunu daşıyır.) Azərbaycan dilndəki sözlərin əksəriyyətində vurğu son heca üzərinə düşür. Hətta sözə şəkilçi artırılanda vurğuda sözün sonuna doğru hərəkət edir: vũr, vurũş, vuruşãn, vuruşanlãr və s. Sözə qoşulan bəzi şəkilçilər vurğu qəbul etmədiyi üçün vurğu əvvəlki yerində qalır, son hecaya keçmir: (onũn – onũnla), (üşãq – üşãqdır), (qãç – qãçın) və s. dilimizə başqa dillərdən keçən bəzi sözlərdə vurğu son hecada deyil və əvvəlki hecalarda olur, məsələn: opẽra, poẽma və s.
Fonetik Hadisələr
Danışıq vaxtı bəzi sözlərin asan tələffüz olunması üçün onların səs tərkibi dəyişir və belə sözlərdə fonetik hadisələr baş verir. Azərbaycan dilində müxtəlif fonetik hadisələr var:
1. Səs Uyğunlaşması
Bu fonetik hadisə iki şəkildə olur: sözün tərkibindəki hər hansı bir danışıq səsi ya özündən sonra, yada özündən əvvəl işlənən danışıq səsinə tə`sir edir, onu öz qalibinə ya uyğunlaşdırır, yada yaxınlaşdırır. Məsələn: A. (məndən = mənnən), (qarlar = qarrar), (dinməz = dimməz), (yavaşca= yavacca) B. (atlar = atdar), (gözlük = gözdük), (biçaq = piçaq), (zənbil = zəmbil)
2. Səs Fərqləşməsi
Sözün tərkibində yaxın və ya eyni qalibə malik olan iki danışıq səsindən biri öz qalibindən uzaqlaşırsa, səs fərqləşməsi fonetik hadisəsi baş verir. Məsələn: (əlbəttə = əlbətdə), (səkkiz = səkgiz), (müşkül = müşgül)
Bir sıra sözlərin deyilişində əlavə danışıq səsi artır. Bu hal adətən iki sayit yanaşı gəldikdə onların arasına samit artırılması və söz əvvəlinsə iki samit yanaşı gəldikdə onların əvvəlinə sayit artırılması şəklində özünü göstərir. Məsələn:
a. (dayrə = dayirə), (saat = sahat) b. (şkaf = işkaf), (stəkan = istəkan)
Tələffüz zamanı sözün tərkibindən bə`zi danışıq səsləri düşür. Bu fonetik hadisə danışıq dilində geniş yayılmışdır. Məsələn: (Əli ağa = Əlağa), (gəlmiş idi = gəlmişdi), (qəbiristanlıq = qəbristanlıq).
Tələffüz zamanı sözün tərkibində bə`zi danışıq səslərinin yeri dəyişilir. Məsələn: (Fərhad = Fəhrad), (göstər = görsət), (yanlış = yalnış), (məşhur = məhşur).
6- Səs Uyuşması (Ahəng) Qanunu
Sözdə eyni cinsli danışıq səslərinin bir-birin izləməsinə səs uyuşması qanunu deyilir. Azərbaycan dilində bu qanun sayit səslərə ayiddir. Sayitlərin uyuşması iki şəkildə özünü göstərir:
a. Damaq Uyuşması
Damaq uyuşmasına görə sözdə ya dil önü ya dil arxası sayitlər, bir-birini izləməlidir. Məsələn: (nənə, nənələr, nənələrimiz), (iş, işçi, işçilərin), (at, atçı, atçıların), (qum, qumluq, qumluqdan)
b. Dodaq Uyuşması
Dodaq uyuşmasına görə, sözdə ya dodaqlanan, yada dodaqlanmayan sayitlər bir-birini izləməlidir. Məsələn: (öz, özü, özümüz, özümüzündür), (odun, odunçuluq), (əkin, əkinçi, əkinçilərimiz), (kitab, kitablar, kitablarda)
Səs uyuşması qanunu kök və şəkilçi arasında daha möhkəm olur. Yəni bu qanunu görə sözün kökündə olan son sayit həmin sözə qoşulan şəkilçinin sayitin müəyyənləşdirir. Məsələn: (nağılçı, qisasçı), (odunçu, traxtorçu) (evlər, dəlilər, gözlər, nənələr, ütülər), ( quşlar, qızlar, atalar, toplar) (çörəkçi, dəmirçi), (sözçü, üzümçü)
Azərbaycan dilində bir sıra alınma sözlərdə səs uyuşması qanunu pozulur. Məsələn: kitab, tacir, kimiyagər, akademik, maliyə, qəhrəman və s.
[Azəbaycan dilində səs uyuşması qanunu çox önəmli yer tutur, onun yaxşı yaddaşda saxlaması üçün İbrahim Rəfrəfin “Ana Dil” kitabından iki ibarəti diqqətizə çatdirmaq istəyirəm ki onlarda bir-birin izləməli sayitlər dalbadala düzülür: enli kürək iri göz qabığı qalın boyunu yoğun ]
Orfoepiya
Dilçilikdə ədəbi tələffüz normalarını öyrədən bölmə orfoepiya adlanır. Orfoepiya dildə qəbul olunmuş tələffüz normalarını tənzim edən qaydalardan bəhs edir.
Düzgün danışıq qaydalarını müəyyənləşdirən orfoepiya danışıq səslərini söz əvvəli, söz ortası və söz sonu mövqe`də fonetik hadisələr, intonasia və vurğu məsələlərini əhatə edir.
Azərbaycan dilinin orfoepiya qaydalarına əsasən iki və çox hecalı sözlərin sonunda cingiltili samit öz avazını itirir və kar samit kimi tələffüz olur: ağac (ç), polad (t), pələng (k), corab (p)
İki kar samit yanaşı işləndikdə ikincisi, cingiltili samit kimi tələffüz olunur: (səkkiz = səkgiz), (əlbəttə = əlbətdə), (hətta = hətda)
t və d samitlərindən əvvəl işlənən k, ç və c samitləri novlaşır: (məktəb = məytəb), (vicdan = vijdan), (içdi = işdi)
Orfoepiya dildə əsasən zərif və düzgüz tələffüzə xidmət etdigi üçün bir sıra sözlərin deyiliş qaydası sonralar həmin sözlərin yazılış qaydasına çevrilə bilir: (dutsaq = dustaq), (yapraq = yarpaq), (topraq = torpaq), (dəngiz = dəniz), (sən`ət = sənət), (xəl`ət = xələt)
Orfoqrafiya
Yazıda nitqin düzgün əks olunmasını tənzim edən qaydalar sistemi orfoqrafiya adlanır. Orfoqrafiya danışıq səslərinin hərflə ifadəsi, sözlərin ayrı bitişik və defislə (-) yazılması, sətirdən sətirə keçirmə, sözün ilk səsinin böyük yaxud kiçik hərflə yazılması, kök və şəkilçilərin, ixtisarların, idarə və təşkilat adlarının yazılması kimi qaydaları əhatə edir. Dilin düzgün yazı qaydalarını yaratmaq üçün muxtəlif yollardan istifadə olunur ki bu da orfoqrafiyanın morfoloji rəmzi, ənənəvi, fonematik, fonetik və etimoloji prinsiplərini təşkil edir.
Azərbaycan dilinin orfoqrafiyası fonetik, morfoloji və ənənəvi prinsiplərə əsaslanır:
1. Fonetik prinsip sözlərin deyiliş formasını əks etdirir. Məsələn, beş, ata, odun, qara sözləri necə deyilirsə elə də yazılır.
2. Morfoloji prinsip muxtəlif şəkildə deyilən kök və şəkilçilərin vahid formada yazılmasını tənzim edir. Məsələn, cəm şəkilçisi “lar” muxtəlif şəkildə tələffüz olunsa da (qarrar, sular, qızdar, bunnar) bir formada yazılır.
3. Ənənəvi prinsip isə əsasən alınma sözlərin yazılmasında özünü göstərir. Məsələn, komandor, cürət, təəccüb.
Orfoqrafiyanın təkmilləşməsi dilin inkişafı və xalqın mədəni səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
Söz
Zaman keçdiklə sözlər dəyişilir, məsələn: şaman –> ozan –> yanşaq –> aşıq Yaxud zaman keçdiklə sözlərin mə`nasıda dəyişikliyə uğrayır, məsələn əvvəllər alçaq sözünün bir mə`nası təvazokarlıq idi (hazırda həmin mə`na yalnız “alçaq könül” birləşməsində qalıb). İndi alçaq adam dedikdə həmin söz mənfi xüsusiyyət bildirir. Qədim inanışa görə qurd müqəddəs varlıq sayılırdı, indi isə ziyan verici mə`nada içlənən qurd sözü əvvəlki məfhumunun əksini bildirir.
Aydındır ki yeni yaranan əşya və hadisələri içarə etmək üçün dildəki mövcud sözlərdən istifadə olunur və dilimizdə olan bir sıra sözlərin əsas (ilkin) mə`nasından əlavə, törəmə mə`nasıda vardır. Əsas mə`na həqiqi, törəmə mə`na isə məcazi şəkildə olur, məsələn soyuq hava, soyuq su ifadəsində üoyuq sözü öz həqiqi mə`nasında, soyuq adam, soyuq münasibət ifasəsində isə məcazi mə`nasında işlənir.
Hansı sözlər ki, öz əsas mə`nasından əlavə məcazi mə`nasında işlənə bilmir onlar tək mə`nalı sözlər adlanır; məsələn traxtor, doqquz, sığırçın və … sözlər tək mə`nalıdır. Çox mə`nalı sözlərin dildəki geniş yaylıması dili zənginləşdirir. Azərbaycan dilində daha çox isimlər, sifətlər və fe`llər çox mə`nalı sözlər kimi çıxış edir. Aşağıda bir neçə sözün həqiqi və törəmə mə`naları verilmişdir:
1. göz əsas mə`nada: insanın gözü, balığın gözü, quşun gözü törəmə mə`nada: bulağın gözü, yaranın gözü, şikafın gözü, yeddi göz, gözə gəlmək, göz oxşamaq
2. baş əsas mə`nada: insanın başı, balığın başı, quşun başı törəmə mə`nada: kəndin başı, beş baş qoyun, baş buğ, arxın başı, baş nazir
3. düşmək əsas mə`nada: yerə düşmək, maşından düşmək, nərdibandan düşmək törəmə mə`nada: başa düşmək, göydən düşmək, işə düşmək, əsir düşmək, dərdə düşmək, əldən düşmək
Omonimlər (Oxşarlar)
Fonetik tərkibi eyni olub, lakin muxtəlif məzmun daşıyan, bir birindən fərqli mə`nası olan sözlərə omonim deyilir. Məsələn: “yaş yer” və “üç yaş” ifadələrində “yaş” sözü muxtəlif məfhum bildirir. Deməli hər iki ifadədə işlənən “yaş” sözünün deyilişi eyni olsada mə`naca başqa sözlərdir. Dilimizdə omonimlər iki yolla yaranır: çox mə`nalı sözlər və alınma sözlər hesabına.
Çox mə`nalı sözün törəmə mə`nalarından biri zaman keçdikdə əvvəlki əsas mə`nasından uzaqlaşır və əvvəlki mə`na ilə əlaqəsi itəndə yeni mə`na kəsb edir. Məsələn: Yer kürəsi peykinin adını bildirən “ay” sözündən 30 gün mə`nasında işlənən “ay” sözü törəmədir.
Alınma sözlər hesabına omonimlərin yaranması belə olur:
Özgə dillərdən dilimizə keçən bir sözün fonetik tərkibi dilimizdə olan hər hansı bir sözün fonetik tərkibi ilə eyni olur. Məsələn: Qol – futbol oyununda topun dərvazaya vurulması (ayrı dildə) Qol – insanın bədən üzvü
Yalnız iki muxtəlif məfhumları bildirən sözlər deyil, daha artıq məfhumları bildirən sözlərdə omonim ola bilər. Məsələn deyilişi və yazılışı eyni, lakin muxtəlif məfhumu bildirən “bal” sözü isə 4 mə`nada, “qaz” sözü isə 5 mə`nada işlənir: Bal – arıların əməl etdigi maddə Bal – qiymətlərin cəmi Bal – küləyin, dalğanın gücünü bildirən ölçü vahidi Bal – musiqi ilə keçiriləcək gecə, şənlik
Qaz – ev quşlarının biri Qaz – fiziki maddə Qaz – metan qazı Qaz – sürət Qaz – hər hansı bir yerin qazılması (fe`l)
Sinonimlər (Anlamdaşlar)
Dilimizdə elə məfhumlar varki, onlar bir sözlə deyil, bir neçə sözlə ifadə olunur. Məsələn: ürək, könül, qəlb Eyni anlayışın, məfhumun, məzmunun bir-birinə yaxın mə`nada bildirən sözlər sinonimlər deyilir.
Sinonim sözlər bir anlayışın muxtəlif mə`na incəliklərini bildirir. Buna görədə bədii ədəbiyyatda hər hansı bir ifadənin tə`sirini, bədii gözəlliyini artırmaq üçün sinonim sözlərdən geniş istifadə olunur.
Fikrin daha quvvətli çıxması üçün bə`zi sinonim sözlər dalbadal işlənir. Məsələn: Bu dünyanın varı, malı, dövləti Hanı süleymanın qalmadı, getdi (Azərbaycan dastanları)
Sinonim sözlərin mə`nası ümumi bir məfhumla bağlı olur. Məsələn: nəm, yaş, islanmış, höyüş sözlərin mə`naları üçün ortaq olan “sulu” məfhumudur. Ona görədə həmin sözlər mə`naca bir-birinə yaxındır.
Belə sözlərdə varki onların məzmunu eyni məfhumu bildirir. Belə sözlərə dublet deyilir. Bu sözlərin biri öz dilmizə, qalanı isə başqa dilə məxsus olur. Məsələn: (çeşmək, gözlük, eynək) – (qara, siyah) – (ürək, qəlb) – (səksən, həştad) Sinonimlərdən fərqli olaraq, dubletlər dilin ahəngdarlığını, gözəlligini pozur.
Sinonim sözlər eyni nütq hissəsinə ayid olur. Məsələn: nə vaxt, haçan, nə zaman (əvəzlik) amma, ancaq, lakin, fəqət (bağlayıcı)
Biri biri ilə sinonim münasibətdə olan sözlərə “sinonim cərgə” deyilir. Sinonim cərgədə iki və daha artıq söz olur: (qurd, canvar) – (bərk, möhkəm) – (arxa, dal, geri) – (qəm, kədər, qussə) – (qabaq, ön, irəli, qarşı) – (var, dövlət, sərvət, əmlak) – (vahid, tək, bir, yalqız, yeganə) – (vaxt, dövr, zaman, çağ, və`də) – (igid, cəsur, qoçaq, qəhrəman, qorxmaz, şücaətli)
Ədəbi dilimizin sinonimlərini üç qrupa ayırmaq olar:
Leksik Sinonimlər: (gözəl, göyçək, qəşəng), (igid, qoçaq, qəhrəman), (ürək, qəlb, könül), (güc, taqət, quvvət), (sevgi, məhəbbət), (əmək, zəhmət), (alçaq, qısa, gödə) və …
Frazeoloji Sinonimlər: (rəhmətə getmək, gözlərinin əbədi yummaq, bu dünyanı tərk etmək, gor ba gor olmaq), (həyat yoldaşı, ömür-gün yoldaşı, baş yoldaşı), (gözləri dörd olmaq, gözləri kəlləsinə çıxmaq), (yumağa dönmək, beli bükülmək, əldən düşmək) və …
Qrammatik Sinonimlər: Buraya morfoloji və sintaktik sinonimlər daxildir. İsmin hallarının, sifətin çoxaltma və azaltma dərəcəsini göstərən əlamətlərin, fe`lin zamanlarının və sayirə müxtəlif üslubi məqamlarda bir-birinin əvəz etməsi morfoloji sinonimləri; sadə və mürəkkəb cümlələrin bir-birinin əvəz etməsi isə sintaktik sinonimləri yaradır. Eyni fikri həm sadə, həmdə mürəkkəb cümlə ilə ifadə etmək mümkündür. Məsələn: Gül ətirlidir. Mə`lumdur ki, gül ətirlidir. Kim bilir ki, gül ətirlidir! Ətirli gül və …
Antonimlər (Qarşılıqlar, tərsələr)
Əks mə`nalı olan sözlərə antonim deyilir. Məsələn: (yaxşı, pis), (acı, şirin), (gecə, gündüz), (ağlamaq, gülmək)
Bədii ədəbiyyatda təzad yaradan vasitə kimi antonimlərdən çox istifadə olunur. Məsələn: Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. (atalar sözü) Dəvə yaxını otlar, uzağı gözlər. (atalar sözü) Bədəni yerdə, saqqalı göydə. (tapmaca) Aşmağa asan dağlar – Qar başın basan dağlar Yetim çox çətin gülər – Ağlasa, hasan ağlar (bayatı) Gündüzlər oxşayır məni saraylar Gecələr sırdaşım ulduzlar, aylar (Səməd Vurğun) Az getdi, üz getdi, dərə-təpə düz getdi (nağıllardan)
Antonimlər çox mə`nalı sözlər arasında da mövcuddur. Çox mə`nalı sözlərin əsas mə`naları da antonim ola bilir. Məsələn: Ayaq-baş (əsas mə`nada) Tülkü-aslan (törəmə mə`nada)
Alınma Sözlər
Azərbaycan xalqı min illər boyu qonşu xalqlar və bir sıra digər ölkələrlə həmişə siyasi-iqtisadi və mədəni əlaqədə olmuşdur. Ona görədə başqa xalqların dilindən Azərbaycan dilinə çoxlu sözlər keçmişdir; bu sözlər dilçilikdə alınma sözlər adlanır.
Azərbaycan dilinin lüğət tərkibindəki alınma sözlər muxtəlif dillərdən keçmişdir; məsələn: fincan (Fars), aqibət (Ərəb), atuşgə (Rus), filsuf (Yunan), çay (Çin), futbol (İngiliz), depo (Fransa), kansert (İtalian), qavat (Gürcü) və …
Dilimizdəki alınma sözlərin çox hissəsi Fars-Ərəb, az hissəsi başqa dillərə məxsus sözlər təşkil edir. Elə alınma sözlərdə var ki, sözün yarısı bir dilə yarısı başqa dilə məxsusdur. Bunlara calaq (hibrid) sözlər deyilir; məsələn: qanunpərəst (Ərəb və Fars), çayxana (Çin və Fars). Alınma sözlərin bəzisi dildə özünə möhkəm yer tutur və dilin öz sözünə çevrilir; məsələn: kitab, tiyatr, sükür
Dilimizdə muxtəlif dillərdən söz keçdigi kimi, bizim çoxlu sözlərdə başqa dillərə keçir; məsələn: ordu, elçi Ərəb və Fars dilinə, kərpic sözü Slav dillərinə, ocaq və al sözü Fars, Rus və Erməni dillərinə, xan sözü dünyanın əksər dillərinə keçərək, həmin dillərdə geniş işlənir.
Köhnə Sözlər
Cəmiyyət inkişaf etdikcə əksər məfhumlar dəyişilir. Bə`ziləri köhnəlir, yaddan çıxır və belə məfhumları bildirən sözlər zaman keçdikcə yaddaşımızdan silinib gedir. Keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları bildirən sözlər tariximiz adlanır; məsələn: töyçü, girvanka, utur (maşın) və …
Köhnəlmiş sözlərin bir qismi isə arxaizm (arxaik) adlanır. Sözlərin arxaikləşməsi iki səbəbdən olur: bə`zisi öz mə`nasını tamam dəyişir; məsələn: dəli (köhnə mə`nası igid), kəpənək (köhnə mə`nası yapıncı), aş (köhnə mə`nası buğda). Bə`zisi isə başqa sözlə (çox vaxt alınma sözlə) əvəz olunur; məsələn: şölən (qonaqlıq), əsrük (sərxoş), kəsim (qərar), yanşaq (aşıq), tanrı (allah), ağız (sərhəd), ud (həya), us (ağıl), suç (günah), tanıq (şahid), görklü (müqəddəs), alp (cəsur), düş (röya)
AZƏRBAYCAN DİLİ- Qızıl Qaydalar
Fonetika
1. Fonetikada nə öyrənilir?
– danışıq səsləri
2. Ahəng qanunu, heca və vurğu :
– fonetikanın mövzularına daxildir.
3. Danışarkən tələffüz etdiyimiz səslər:
-danışıq səsləri adlanır.
4. Danışıq səsləri iki yerə bölünür:
1. Saitlər
2. Samitlər
5.Saitlər:
-Dilimizdə 9 sait var: a, e, ə, i, ı, o, ö, u, ü
5a.Yaranma vəziyyətinə görə saitlərin 3 bölgüsü var:
1. Qalın saitlər: a, ı, o, u İncə saitlər: e, ə, i, ö, ü
2. Qapalı saitlər: ı, i, ıı, ii Açıq saitlər: a, ə, e, o, ö
3. Dodaqlanan saitlər: o, ö, u, ii Dodaqlanmayan saitlər: a, e, ə, ı, i
6.Samitlər:
Samitlər 2 yerə bölünür:
1. Cingintili samitlər:b, q, v, ğ, d, j, z, y, g, c, I, m, n, r, –
2. Kar samitlər: p, k, f, x, t, ş, s, x, k, ç, -, -,. -, – , h
7. Ahəng qanunu :
-Sözdə qalın və ya incə saitlərin bir- birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa sonrakı hecalar da qalın olmalıdır. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə saitli sözlərə də aiddir. Məsələn: ə- kin-çi-lə-ri-miz.
8. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir:
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: maaş-(ma:ş), camaat-(cama:t), təəssüf-(tə:ssüf, mətbəə-(mətbə:), bədii-(bədı:).
2. Tərkibində ai, əi, iə hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunur. Məsələn: ailə-(ayilə), daimi- (dayimi), zəif-(zəyif), Səidə- (Səyidə), təbiət-(təbiyət), müdafiə- (müdafiyə).
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait deyilmir ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət-(sa:dət), müavin-(ma:vin), müalicə-(ma:licə), müəllim- (mə:llim).
9.Qoşasamitli sözlərin tələffüzü:
1. Eynicinsli qoşa kk, pp, tt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı ilə əvəz olunur. Məsələn: səkkiz- (səkgiz), mürəkkəb-(mürəkgəb), tappıltı- (tapbıltı), hoppanmaq- (hopbanmax), əlbəttə-(əlbətdə).
2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət-(dikqət), doqquz- (dokquz), toqqa-(tokqa).
10. Heca nədir?
-Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait varsa; o qədər də heca var. Heca bir saitdən də ibarət olur.Sözlərin daxilində yanaşı gələn 4 samitdən ikisi əvvəlinci saitlə, ikisi isə sonrakı saitlə qovuşur. Məsələn: eks-press, trans- kripsiya, abs-trakt.
11. Vurğu nədir?
-Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Məsələn: şahin, Azərbaycan, azadlıq, atlaz, bayaq, dünən, niyə, sonra.
Leksika
12. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya :
-onun leksik mənası deyilir. Məsələn: qələm sözünün leksik mənası yazı alətidir.
13. Sözün qrammatik mənası :
-hansı nitq hissəsinə aid olmasını bildirir.
14. Sözün ilkin əsas mənası:
-onun həqiqi mənasıdır. Məsələn: dəmir qapı, daş divar söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir.
15. Sözün sonradan qazandığı törəmə mənası :
-onun məcazi mənası adlanır. Məsələn: dəmir iradə, daş ürək birləşmələrindəki birinci tərəflər-dəmir daş sözləri bənzətmə yolu ilə yaranmışdır.
16. Yalnız bir leksik mənası olan sözlərə:
-təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, sığırçın.
17. Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə:
-çoxmənalı sözlər deyilir. Məsələn ayaq, ağız, dil, boğaz
Həqiqi mənada: Məcazi mənada:
Ayaq-uşağın ayağı kəndin ayağı Ağız-quşun ağzı
baltanın ağzı Almaq-kitab almaq xəbər almaq
Tutmaq-topu tutmaq fikiri tutmaq
Acı-acı dərman acı
xatirə
Çoxmənalığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.
18. Deyilişi ilə yazlışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərə nə deyilir?
omonimlər. Məsələn
Bağ-meyvə ağacları əkilmiş sahə, ayaqqabını bağlamaq üçün ip
Şam-axşam yeməyi; ağac Ay-yerin peyki; 30 gün Əqrəb-həşərat; saatın mili Alışmaq-yanmaq; öyrənmək
Yaş-nəm islanmış; insan ömrünün yaşı
19.Yazılışları eyni olan lakin edilməyən olunmayan və
-Xeyr. Məsələn: alma (isim), alma (fel); əkin (isim), əkin (fel); dimdik (isim), dimdik (sifət)
20. Adlar omonimlik yaradırmı?
-Xeyr.
Məsələn: Çiçək, Ulduz, Yaqut
21. Yazılışı və deyilişi eyni olmayan eyni və yaxın mənaları bildirən sözlərə nə deyilir?
– sinonimlər
Məsələn: ürək-könül -qəlb, iri-böyük- yekə, oturmaq-əyləşmək
Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
22. Bi, sız, la sinonim şəkilçiləri ilə yaranan sözlər:
sinonim deyil. Məsətən: bivəfa- vəfazsız
23. Bir-birinə zidd əks olan mənaları bildirən sözlərə nə deyilir?
– antonimlər. Məsələn: yer-göy, qaçmaq-dayanmaq, gecə-gündüz, igid- qorxaq Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.
24. Mənası hamı tərəfindən anlaşılan sözlərə nə deyilir?
– ümumişlək sözlər
25. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti:
– hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq
26.Hamı tərəfindən istifadə edilməyən olunmayan və anlaşılmayan sözlərə :
-ümumişlək olmayan sözlər deyilir.
27. Ümumişlək olmayan sözlər:anlaşılmayan sözlərə :
-ümumişlək olmayan sözlər deyilir.
2 qrupa bölünür:
1. Dialekt sözləri
2. Terminlər (ixtisas sözlər)
28. Dialekt sözlər
-Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dailekt sözləri deyilir.
Məsələn: döşəkcə-nimdər, manşırlamaq-nişanlamaq, əppək- çörək, gəvəzə-boşboğaz, doqqaz- döşəkcə, əlardan-dəsmal.
29. Terminlər (ixtisas sözləri):
-Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir.
Məsələn: frazeologiya, mübtəda,orfoepiya,süjet, subtropik
Terminlərdən elmi üslubda daha çox istifadə olunur.
30. Yeni sözlər (neologizmlər):
-İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq dildən ayrı- ayrı anlayış hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər deyilir.
Məsələn: soyad, açıqca, printer, cangüdən, bölgə, kompyuter, mer, spiker, menecer
Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
31. Köhnəlmiş sözlər:
-Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir. Məsələn:
Kəndxuda-kənd icra nümayəndəsi
Baqqal-ərzaq malları satan dükançı
Yasavul-polis nəfəri Nəsnə-şey
Altun-qızıl
32. Dilimizdəki sözlər:
-mənşəyinə görə 2 qrupa bölünür: Əsl Azərbaycan sözləri, alınma sözlər. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir.
33. Alınma sözlər 2 qrupa bölünür:
1. Ərəb və fars dillərindən alınma sözlər
2. Avropa dillərindən alınma sözlər
34. Alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə 2 saitin yanaşı işlənməsi. Məsələn: ailə, zəif, sual
2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi. Məsələn: aləm, məna, elan, səliqə, mötəbər, vəzifə
3. Sözün r samiti ilə başlanması. Məsələn: ruzi, rəf, rayon, rəndə, rütbə, rəssam
4. Sözdə j samitinin işlənməsi. Məsələn: janr, əjdaha, montaj, jurnal
5. Sözdə ahəng qanunun pozulması: Məsələn: aşiq, məktub, vəfa, ticarət.
Ilıq, işıq, inam əsl Azərbaycan sözləridir.
6. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi. Məsələn: həll, sirr, xətt, fənn
7. Qoşa yy samitli sözlər: xasiyyət, əziyyət, səyyah, əməliyyat, ‘ təyyarə, hədiyyə
8. Sonu at şəkilçisi ilə bitən sözlər. Məsələn: təbliğat, təşkilat, heyvanat Nadinc natəmiz, nakişi sözləri milli
sözlərdir.
Digər alınma sözlər: şkaf, bülbül, gül, payız, bahar, dilbər, samovar, zavod, paraxod, veksel, kurort, keks, futbol, rels, klub, mitinq, prezident, plan, namaz, məktəb, məktub, dəftər, elm, mələk, Allah, dərs, tədris, mədrəsə, sinif, lövhə, təlim, müəllim, rəbb, peyğəmbər, məscid, səcdə, oruc, həcc, molla, behişt, cənnət, cəhənnəm, Məhəmməd, Əli, Həsən, Hüseyn, Ömər, Cəfər, Osman, Əkbər.
Söz Yaradıcılığı.
35. Dilimizdəki sözlər qurluşuna görə:
-3 növə bölünür: sadə, düzəltmə, mürəkkəb.
36. Yalnız bir kökdən (kök və qrammatik şəkilçi) ibarət olan sözlərə:
– sadə sözlər deyilir. Məsələn: ev (evlər evdə), uşaq, şagird
37. Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər?
– düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi, enli, başla
38. Mürəkkəb sözlər :
-iki və bəzən də 3 sözdən ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), əlüzyuyan (əl, üz, yuyan).
Morfologiya
39. Dilimizdəki nitq hissələri əsas əlamətlərinə görə iki növə bölünür:
1. Əsas nitq hissələri
2. Köməkçi nitq hissələri
40 .Əsas nitq hissələrinin 2 əsas səciyyəvi xüsusiyyətləri var:
1. Müstəqil leksik məna daşıyaraq əşyanı, əlaməti, miqdarı hərəkəti və
s. bildirir.
2. Cümlə üzvü vəzifəsində işlənir Köməkçi nitq hissələrində isə bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
41 .Əsas nitq hissələri bunlardır:
-İsim, Sifət, Say, Əvəzlik, Fel, Zərf .
42.Köməkçi nitq hissələri bunlardır:
-Qoşma ,Bağlayıcı,Ədat,Modal Sözlər, Nida.
43.İsim :
-ümumi qrammatik mənasına görə əşyaların canlı və cansız varlıqların adlarını bildirir. Kim? Nə? bəzən də hara? suallarından birinə cavab olur. Məsələn: müəllim (kim?), şagird (kim?), at (nə?), quş (nə?), Bakı (hara?).
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.
44. Varlıqlar iki cürdür:
-gözlə görünə bilən və görünə bilməyən.
45. Bu baxımdan isimlər iki növə bölünür:
-konkret isimlər, mücərrəd isimlər
46. Konkret İsimlər
-gözlə görünə bilən, əllə təması mümkün olan, bir sözlə maddi varlıqların, əşyaların adlarıdır. Məsələn: çiçək, insan, qoyun, külək.
47. Mücərrəd İsimlər:
-gözlə görünə bilməyən, əllə təması mümkün olmayan, xəyalda, təsəvvürdə canlandırılan əşyaların adlarıdır. Məsələn: arzu, xəyal, məqsəd, dostluq.
48. İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1. Ümumi İsimlər
2. Xüsusi İsimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir. Məsələn: insan, ağac, ot, gül, çiçək, daş
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir.
49. Xüsusi isimlərə aşağıdakılar aiddir:
1.İnsan adları, soyadlar, təxəllüs və ləqəblər: Nizami, Gəncəvi, Hüseyn, Çopur, Sabir
2. Coğrafi və astronomik adlar: Azərbaycan, Tovuz , Gəncə, Ay, Mars, Yupiter
3. Qəzet, Jurnal və Əsər adları: Zaman, Ailəm
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Məstan Xüsusi isimlər böyük hərflə yazılır.
50 .İsimlər kəmiyyətcə:
– tək və cəm olur. İsimlər cəmdə olarkən lar və lər şəkilçisini qəbul edir. Məsələn: kitab+lar=kitablar, ev+lər=evlər, şagir+lər=şagirdlər.
Dilimizdə elə isimlər də var ki, onların məzmununda topluluq çoxluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. məsələn: el, xalq, kütlə, camaat, qoşun, ilxı.
51 .İsimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi:
-hallanma adlanır.İsmin 6 halı var.
Adlıq Hal
-İsimlərin başlanğıc formasıdır. Kim? Nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?),
kitab (nə?).
Yiyəlik Hal
-Yiyəlik, sahiblik mənasını bildirir. Kimin? Nəyin? Haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?) qələmi, kitabın (nəyin?) cildi. İsimlər yiyəlik halda ın şəkilçisi qəbul edir.
Yiyəlik halın iki növü var: 1.Müəyənlik bildirən yiyəlik hal
2.Qeyri-müəyyənlik bildirən yiyəlik hal Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və salıiblik, yiyəlik mənasını bildirir.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi.
Yönlük Hal
-Hərəkətin yönünü, son nöqtəsini bildirir. Kimə? Nəyə? Haraya? suallarından birinə cavab olur. A şəkilçisini qəbul edir.
Məsələn: Anara (kimə?), qrafinə (nəyə?)
Təsirlik Hal
-Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşya bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi 2 növə bölünür:
1. Müəyyənlik bildirən təsirlik hal. Kimi? Nəyi? Haranı? Suallarından birinə cavab olur. I şəkilçisi vasitəsilə düzəlir. Məsələn: Turalı (kimi?), qələmi (nəyi?)
2. Qeyri-müəyyənlik bildirən təsirlik hal şəkilçisiz işlənir və nə? sualına cavab verir. Ayan kitab (nə?) oxuyur.
Yerlik Hal
-Əşya və hərəkətin yerini bildirir. Kimdə? Nədə? Harada? suallarından birinə cavab olur və da şəkilçisi ilə düzəlir. Məsələn: Günayda (kimdə?), həyətdə (harada?)
Çıxışlıq Hal
-Hərəkətin çıxış yerini bildirir. Kimdən? nədən? haradan? Suallarının birinə cavab olur və dan şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan (kimdən?), kitabdan (nədən?), küçədən (haradan?)
52.Sifət:
-əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Məsələn: uzun, qısa, mavi,şirin, acı, tənbəl ,qəşəng
53. Sifətin Müqayisə dərəcələri: Sifətin başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir.
54. Sifətin 3 dərəcəsi var:
Adi dərəcə,azaltma,çoxaltma.
55. Adi dərəcə:
– əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti qrammatik şəkilçisi yoxdur. Məsələn: ağ, qara, şirin, sərin
56. Azaltma dərəcəsi:
-Əlamətin adi haldan az olduğunu bildirir.
57. Azaltma dərəcəsi 2 üsulla düzəlir.
– 1-morfoloji üsul. Yəni adi dərəcədə olan sifətlərə şəkilçi artırmaqla:
Imtıl-ağımtıl, sarımtıl Sov-uzunsov, ağımsov Şın-sarışın, qaraşın
-2-sintaktik üsul. Adi dərəcədə olan sifətin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis qoyulur: açıq- qırmızı, açıq-sarı
58.Çoxaltma dərəcəsi-əlamətin adi haldan çox olduğunu bildirir.Və İki üsulla yaranır.
1- morfoloji üsul Ca-xırdaca, balaca Ağ-ağappaq
2-sintaktik üsul-ən, lap, çox ,olduqca, tünd. Çox maraqlı, daha ağıllı, tünd- göy
59.Say:
-Əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir.
Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur.məsələn: iki uşaq
60. Sayın Mənaca Növləri:
-Sayın mənaca 2 növü var: Miqdar sayları Sıra sayları
Miqdar sayları özü də 3 növə bölünür: Müəyyən miqdar sayları
Qeyri-müəyyən miqdar sayları Kəsr sayları
61. Müəyyən Miqdar Sayları:
-Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz və s.
Müəyyən nıiqdar saylarından sonra gələn isimlər yalnız təkdə olur. Məsələn: on beş şagird, beş kitab. Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Məsələn:
Nəfər-insan bildirən isimlərlə işlənir. Məsələn: iki nəfər şagird, on nəfər tələbə
Baş-heyvan bildirən isimlərlə işlənir. Məsələn: on baş öküz, yüzbaş qoyun Ədəd, dənə-cansız əşyanı bildirən isimlərlə işlənir: beş dənə nar, iki ədəd qaləm
Cüt, dəst-qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: məsələn: bir cüt ayaqqabı, iki dəst paltar
62. Qeyri- Müəyyən Miqdar Sayları:
-Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn: beş-altı (kitab), üç-dörd (uşaq) . Dilimizdə ən çox işlənən qeyri- müəyyən miqdar sayları bunlardır: az, çox, xeyli, bir qədər, bir az, onlarla, yüzlərlə, minlərlə.
-Az sayından sonra gələn isim təkdə işlənir: az adam. Bir az, bir sıra saylarından sonra gələn isimlər cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər Bir-iki, üç-dörd, beş-altı tipli saylara təqribi (təxmini) sayları da deyilir.
63. Sıra Sayları:
-Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına ıncı şəkilçisini artırmaqla düzəlir: məsələn səksəninci doqquzuncu dördüncü
64.Əvəzlik:
-İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəziik deyilir. Məsələn: Fatimə əlaçı tələbədir. O beşinci kursda oxuyur.
65.Əvəzliyin Mənaca Növləri:
-Əvəzliyin mənaca növləri bunlardır:
Şəxs Əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarına cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxsə görə 3 növə bölünür:
I şəxs-təkdə mən, cəmdə biz II şəxs-təkdə sən, cəmdə siz III şəxs təkdə o, cəmdə onlar
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: qoyun ev heyvanıdır. O ildə bir, bəzən də iki bala verir
Qeyri-müəyyən Əvəzliklər
İsmin yerində işlənir və qeyri-müəyyən şəxsi və əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur. Dilimizdə ən çox işlənən qeyri- müəyyən əvəzliklər bunlardır: biri,kimsə, kim isə, nə isə, bəzi, hamı, bəziləri
İşarə Əvəzlikləri
İşarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. O, bu, elə, belə, həmin, həmən sözləri işarə əvəlikləridir.
Sual Əvəzlikləri
Sual bildirən sözlərə sual əvəzlikləri deyilir. Bütün əsas nitq sualları yəni kim? nə? hara? necə? nə cür? neçə? və
s. sual əvəzlikləridir.
Təyini Əvəzliklər
Hər, bütün, filan, eyni, öz, özüm, özü, özümüz təyini əvəzliklərdir.
66.Fel:
-Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. nə etmək? nə etdi? nə edəcək? və başqa suallara cavab olur.
67. Felin Zamanları:
-Fel keçmiş, indiki və gələcək zamanlarda olur.
68. Keçmiş Zaman:
-İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir.
69. Keçmiş zamanın 2 növü var: 1.Şühudi keçmiş zaman 2.Nəqli keçmiş zaman
70.Şühudi keçmiş zaman :
-iş və hərəkətin keçmişdə icra olunub olunmadığını qəti şəkildə bildirir. Dı şəkilçisi vasitəsilə düzəlir.
Məsələn: yazdı, gəldi
71.Nəqli keçmiş zaman:
– iş və hərəkətin keçmişdə icra olunub-olunmadığını nəticəsini nəql nağıletmə yolu ilə bildirir. Mış şəkilçisi vasitəsilə düzəlir. Məsələn: almış, gəlmiş
72.İndiki Zaman :
-İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Ir şəkilçisi vasitəsilə düzəlir. Məsələn: oxuyur, alır, gəlir
73.Gələcək Zaman:
-İş və hərəkətin danışılan zamandan sonra icra olunub-olunmayacağını bildirir.
74.Gələcək zamanın 2 növü var:
-Qəti gələcək zaman iş və hərəkətin gələcəkdə icra olunub – olunmayacağını qəti şəkildə bildirir. Acaq şəkilçisi vasitəsilə düzəlir. Məsələn: gələcək, alacaq, baxacaq.
-Qeyri-qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə icrası qəti şəkildə bildirilmir. Ar şəkilçisi vasitəsilə düzəlir. Məsələn: yazar, gələr, gedər
75.Məsdər:
-Məsdər həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır. Məsdər felin kökünə və ya başlanğıc formasına maq şəkilçisini artırmaqla düzəlir. Məsələn: yazmaq, baxmaq
76. Feli Sifət:
-Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır.
77. Feli sifət şəkilçiləri bunlardır:
-An: qaç-an (at), açıl an(səhər), gəl- ən (uşaqlar)
-Mış: bat-mış (gəmi), bükül-müş (qəzet)
-Acaq: yazıl-acaq (əsər), görüləcək (iş)
78. Feli Bağlama:
-Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.
Zərf felə aid olur və feldən əvvəl gəlir.
79. Feli bağlama şəkilçiləri bunlardır:
-Ib -O kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakıya gəldi
Madan- dayanmadan, gəlmədən
80.Zərf:
-Zərf qrammatik mənasına görə hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir.
81. Zərfin mənaca 4 növü var:
Tərzi Hərəkət Zərfi – Hərəkətin icra tərzini bildirir necə? nə cür? nə tərzdə? suallarına cavab olur. Məsələn: sakitcə, yavaş-yavaş, cəsarətlə
Zaman Zərfi-Hərəkətin nə zaman icra olunduğunu bildirir nə zaman? nə vaxt? haçan? suallarına cavab olur. Məsələn: sabah, bayaq, axşam, yayda, dünən
Yer Zərfi -Hərəkətin icra olunduğu yeri bildirir. hara? harada? haradan? suallarına cavab verir. Məsələn: irəli, geri, yuxarı, aşağı, sağa- sola, ora,bura
Miqdar Zərfi-İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir nə qədər? nə dərəcədə? suallarına cavab olur. Məsələn: Uşaqlar bu gün çox çalışdılar. Qoca bir qədər dincəldi.
Köməkçi nitq hissələri
82. Köməkçi nitq hissələri aşağıdakı xüsusiyyətlərinə görə əsas nitq hissələrindən fərqlənir:
1. Leksik mənası olmur 2.Ayrılıqda cümlə üzvü kimi
işlənmir
3.Şəkilçi qəbul etmir və dəyişmir
83. Leksik mənası olmayan, ayrılıqda cümlə üzvü kimi işlənməyən, şəkilçi qəbul etməyən söz qruplarına:
-köməkçi nitq hissələri deyilir.
84. Köməkçi nitq hissələri bunlardır:
1.Qoşam 2.Bağlayıcı 3.Ədat 4.Modal sözlər 5.Nida
85.İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə :
-qoşma deyilir.
86.Qoşmalar ismin dörd halında olan sözlərə qoşulur;
1. Adlıq halda işlənən qoşmalar. Adlıq halda olan sözlərə qoşulan qoşmalar bunlardır:
Qədər, kimi, tək, üçün, ilə. Məsələn: Qızın dişləri mirvaritək ağappaq idi; Zamiq ilə işim var.
2. Yiyəlik halda işlənən isimlər. Yiyəlik halda olan sözlərə qoşulan qoşmalar bunlardır:
Qədər, kimi, tək, üçün, ilə ( la lə). Məsələn: Onun kimi dost çətin tapılar; Səninlə işim var
3. Yönlük halda işlənən qoşmalar. Yönlük halda olan sözlərə qoşulan qoşmalar bunlardır:
qədər, kimi, dən, can, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, dair məxsus. Məsələn: Kəndə qədər piyada getdik; Axşama qədər səni gözləmişəm
4. Çıxışlıq halda işlənən qoşmalar: əvvəl, axır, qabaq, bəri, başqa, savayı, ayrı, özgə. Məsələn: Mən Yaqubdan sonra gəldim.
87.Aşağıdakı qoşmalar başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir:
Tərəf-isim və qoşma. Məsələn: Bu tərəf şərqidir (isim). Sağa tərəf get (qoşma)
Doğru, qabaq- sifət, zərf ,qoşma. Məsələn: Qabaq sıralar boşdur (sifət). Qabağa bax (zərf). Bizdən qabaq gələn yoxdur (qoşma)
Sarı-sifət, fel və qoşma. Sarı qələmi mənə ver (sifət). Ipi sarı (fel). Evə sarı getmə (qoşma) Sonra, əvvəl-zərf və qoşma. Bu məsələyə sonra baxarıq (zərf).
Səndən sonra atan da gəlmişdi. Kimi-əvəzlik və qoşma. Məsələn: Kimi axtarırsan? (əvəzlik). Evə kimi piyada getdik (qoşma)
88.Bağlayıcı:
-cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.
89. Tabesizlik Bağlayıcılarının mənaca növləri:
-Birləşdirmə bağlayıcıları: və, İIə (la lə). Məsələn: Şagird üçün nizam- intizam və çalışqanlıq başlıca şərtdir.
-Qarşılaşdərma bağlayıcıları: amma, ancaq, lakin. Məsələn: Cahid onu tanıdı, amma heç nə demədi
-Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə, yaxud. Məsələn: Ya yaz, ya da diqqətlə qulaq as
-İştirak bağlayıcıları: həm, həm də, həm də ki, hətta, habelə, həmçinin. Məsələn: Elxan həm gündüzlər, həm də gecələr dincəlmir
-İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Teyyubə nə yazır, nə də oxuyur
-Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni nefti var.
90. Tabelilik Bağlayıcılarının mənaca növləri:
-Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona görə də. Teyyubə dərsə getməmişdi, çünki başı ağrayırdı
Şərt bağlayıcıları: əgər, hərgah, indi, madam ki. Əgər belə oxusan əlaçı olarsan
-Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Məsələn: Hərçənd ki, Abbas heç kimi eşitmir yenə də xahiş edərik
-Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Müəllim dedi ki, səhər dərs olmayacaq.
91. Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə:
-ədat deyilir.
91a.Ədatları işləndiyi cümlələrdən çıxarsaq:
-həmin cümlələrin mənası müəyyən qədər zəifləyə bilər.
92 .Ədatların mənaca növləri:
1. Qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, da, də, nə, hətta, ki, necə. Məsələn Axı bizim günahımız nədir? Ha gözlədim sən gəlmədin
2. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl. Elə hamı Telman deyəni deyir.
3. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, tək, bir, bircə. Məsələn: Fəqam dəyişdirsə ancaq mühit dəyişər
4. Sual ədatları: bəs, məgər, yəni, mı. Məsələn: Bəs dünən niyə bizə gəlməmişdin?
5. Əmr ədatları: di, qoy, gəl, gəlin, gör, görün, bax . Qoy İlkin dərsini oxusun
6. Arzu ədatları: kaş, kaş ki, təki, barı, gərək. Kaş ki uşaq olaydım
7. Təsdiq və inkar ədatlar: bəli, hə, yox, xeyr, heç. Xeyr, sən yanılırsan.
93 .Ədatların başqa nitq hissəsindən fərqlənməsi:
1. Ancaq, ki, da, də bağlayıcı və ədat. Məsələn: Aynurə ancaq bu gün işlərini qurtara bildi (ədat). Mən çox dedim, ancaq o sözlərimə qulaq asmadı.
2. Bax, qoy, gör, gəl fel və ədat. Ora bax gələn Səkinədir (fel). Sözü bax belə açıq deyərlər (ədat)
3. Tək-sifət, zərf, ədat. Məsələn: Tək əldən səs çıxmaz (sifət). Hamı gedib tək qalmışam (zərf). Bu işi tək sən bacararsan (ədat).
4. Elə, belə, necə, nə əvəzlik və ədat. Məsələn: Elə dost çətin tapılar (əvəzlik). Elə yerində deyibsən (ədat).
5. Bir,bircə say və ədat. Məsələn: Bir sən bizim Bakıya bax (ədat). Bircə qış tez gəlsəydi (ədat)
94. Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə :
nida deyilir.
95. Qorxu narahatlıq bildirənlər:
vay. oy, ox, ah, Allah sən saxla
95a.Şadlıq və sevinc hissi bildirənlər:
– bəh-bəh, afərin, ay can, ura Qəm
kədər bildirənlər: tfu, rədd ol,
cəhənnəm ol
Sintaksis
96a.Söz birləşməsi nəyə deyilir?
-iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir.
96b.Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol
– stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s. Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:
1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.
2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.
3. Sözün mənası ümumi və geniş olur; məsələn: kitab dedikdə hər cür kitab, şəhər dedikdə hər cür şəhər nəzərdə tutuur. Lakin söz birləşməsi tərkibində sözün mənası xeyli konkretləşir. Bunu kitab, şəhər sözlər ilə dərs kitabı, Bakı şəhəri birləşmələrini müqayisə etməklə də görmək olar.
96c. Söz birləşməsi cümlə ilə də oxşar və fərqli cəhətlərə malikdir:
– Hər ikisi (həm söz birləşməsi, həmdə cümlə) sözlərin müxtəlif şəkildə birləşməsindən əmələ gəlir; hər ikisi eyni nitk hissələrindən və eyni sintaktik əlaqədən yaranır; sözlərin sırası da bunlarda əsasən eyni cür olur.
Bu oxşar cəhətlərlə yanaşı, söz birləşmələri ilə cümlələrin mühüm fərqləri də vardır;
Cümlə ünsiyyətin əsas vahididir və bitmiş fikir ifadə edir. Lakin söz birləşməsi bitmiş fikir ifadə edə bilmir. Məsələn: gözəl həyat – həyat gözəldir, dağ havası – dağın havası sərindir və s. cümlənin özünəməxsus intonasiyası olur. Cümlədə söylənilən fikrə münasibət bildirilir.
Söz birləşməsindən fərqi olaraq, cümlə bir sözdən də ibarət ola bilir.
Məsələn: Gecdir. Tezdir. Yoruldum. və s.
97.Cümlə:
-bitmiş bir fikiri ifadə edir. Sözlərin bitmiş bir fikir ifadə edən birləşməsinə cümlə deyilir. Cümlə bir sözdən də ibarət ola bilər. Məsələn: Axşamdır. Cümlələr qurluşuna görə sadə və mürəkkəb olur. Sadə cümlənin birqrammatik əsası olur. Məsələn: Zəng vuruldu. Mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası olur. Məsələn: Müəllim sinfə daxil oldu, şagirdlər ayağa qalxdılar.
98.Cümlələr məqsəd və intonasiyaya görə dörd növə bölünür:
1. Nəqli cümlə,
2. Sual cümləsi,
3. Əmr cümləsi,
4. Nida cümləsi.
99. Nəqli Cümlə:
-Nəqli cümlədə müəyyən bir iş, hadisə, əşya və s. haqqında məlumat verilir. Məsələn: Yaz gəlir. Əkin işləri başlanır Nəqli cümlələr adi intonasiya ilə deyilir. Dilimizdə başqa cümlə növlərinə nisbətən nəqli cümlələr daha çox işlənir. Nəqli cümlələrin sonunda nöqtə və ya üç nöqtə qoyulur.
100. Sual Cümləsi:
-Sual məqsədilə işlədilən cümlələrə sual cümləsi deyilir. Belə cümlələr bir şey haqqında məlumat almaq və ya hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Məsələn: Məktəbiniz haqqında nə bilirsən? Dərslərini oxudunmu? Dərs başlandı?
Sual cümlələrinin sonunda sual işarəsi qoyulur.
101.Əmr Cümləsi:
-Əmr, istək, arzu, xahiş, məsləhət və s. kimi mənaları bildirən cümlələrə əmr cümləsi deyilir. Məsələn: Uşağa su verin. Dərslərini yaxşı oxu.
102. Nida Cümləsi:
-Yüksək hiss və həyəcanla deyilən cümlələr nida cüləsi adlanır. məsələn: Bu nə iş idi tutdun! Vay-vay gör mən nə etdim?! Nida cümlələrinin sonunda nida işarəsi qoyulur.
103. Danışarkən və ya yazarkən bəzən başqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri iki üsulla verilə bilər:
-Vasitəsiz, Vasitəli.
104. Vasitəsiz Nitq.
-Vasitəsiz nitqdə başqasnın sözləri dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifın sözlərindən (M) və vasitəsiz nitqdən (V).Müəllifin sözləri, adətən, dedi, düşündü, soruşdu və s. kimi nitq və təfəkkür felləri ilə bitir. Vasitəsiz nitq isə bir və ya bir neçə cümlədən ibarət olur və müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Vasitəsiz nitq, adətən, dırnaq arasına alınır və ya tire ilə ayrılır. Məsələn:
O dedi: “Biz doğma yurdumuza qayıdacağıq” M: “V”
Komandir qışqırdı:- Dayanın, ora minalanıbdır
105. Vasitəli Nitq:
-Vasitəli nitqdə başqasının sözləri (nitqi) eynilə deyil, dəyişilmiş şəkildə verilir, yəni onun məzmunu çatdırılır.
Tərkibində vasitəli nitq olan cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarətdir. Vasitəsiz nitq müəllifin sözlərindən sonra işlənir. Vasitəsiz nitq vasitəli nitqlə əvəz edilərkən dırnaqlar və tire işarəsi atılır və ki bağlayıcısı əlavə olunur. Məsələn:
Teymur dedi: “Mən böyüyəndə müəllim olacağam”
Anar dedi ki, o böyüyəndə müəllim olacaq
106. Cümlə üzvləri:
-bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
107. Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə:
-müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
108. Cümlə üzvləri:
– əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.
109. Nitq hissələri ilə ifadə olunan üzvlər:
-sadə üzvlər adlanır.
110. Söz birləşmələri ilə ifadə olunanlar:
– mürəkkəb üzvlər adlanır.
111. Cümlənin neçə üzvü var?
– beş üzvü
112. Bu üzvlər cümlənin təşkilində roluna görə:
-iki növə ayrılır.
1. Baş üzvlər: mübtəda, xəbər.
2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.
113. Mübtəda :
-Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir. Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır.
Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.
114. Xəbər:
-Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir. Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur.
Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.
115. Xəbər ifadə vasitələrinə görə iki cür olur:
– 1) feli xəbər; 2) ismi xəbər. Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi. İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir. Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heç kim yoxdur. Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur. İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.
116. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması necə olur?
-Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə
olur. Məsələn: Mən bədii kitabları çoxoxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur.
Məsələn:
Mən oxuyuram, Biz oxuyuruq.
Sən oxuyursan, Siz oxuyursunuz.
O oxuyur, Onlar
oxuyurlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.
117.Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri :
-tamamlıq, təyin və zərflikdir.
118.İkinci dərəcəli üzvlərdən:
– tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.
119.Təyin:
– əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.
120. Tamamlıq:
Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və
birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir.
Bunları Adilin atası yollayıb. Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.
121. Vasitəsiz və vasitəli tamamlıqlar:
-Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir. Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri- müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:
1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.
122..Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar:
-qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə
olunur. Tamamlığın bu növü nə? sualına cavab
verir. Məsələn: Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.
123. Vasitəli tamamlıqlar :
-ismin yönlük, yerlik, çıxışlıq
hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.
124. Təyin :
-Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur.
Məsələn: Bu meşə çox böyük idi. İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.
125. Zərflik :
-Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi- hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.
126. Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır:
1. Tərzi-hərəkət zərfliyi – işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3. Yer zərfliyi – işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.
127.Cümlə üzvlərinin əlavəsi:
-Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.
128.Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə:
-vergül qoyulur.
129. Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır:
-tabesizlik yolu ilə, tabelilik yolu ilə. Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.
130. Mürəkkəb cümlələr iki növə ayrılır:
1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr
131. Tabesiz mürəkkəb cümlələr:
-Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.
Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.
132. Bağlayıcılı tabesiz mürəkkəb cümlələr:
-Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir.
1. Birləşdirmə bağlayıcısı: və
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məsələn: Dərsi öyrənmədim amma oxudum.
3. İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də. Məsələn: Yemək həm isti, həm də dadlı idi.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə o bilirdi, nə də mən.
5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, istər, istərsə də və s. Məs: O, gah danışır, gah da susurdu.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət aldım, yəni beş aldım. Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir. Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.
133. Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri:
-Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:
1. Zaman əlaqəsi
2. Ardıcıllıq əlaqəsi
3. Səbəb-nəticə əlaqəsi
4. Aydınlaşdırma əlaqəsi
5. Qarşılaşdırma əlaqəsi
6. Bölüşdürmə əlaqəsi
1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.
Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.
2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.
3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.
Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir.
Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.
4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz- üzə, çiyin-çiyinə oynayırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir.
Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?
Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.
5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır.
Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.
6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir- birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır.
Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir- birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.
Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur.
Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.
Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası
Tabeli mürəkkəb cümlələr aşağıdakı qayda ilə təhlil edilir:
1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.
2. Baş və budaq cümlə müəyyən edilir.
3. Budaq cümlənin növü (mübtəda, tamamlıq, təyin budaq cümləsi olması və s.), baş cümlənin hansı vasitələrlə bağlandığını müəyyən edilir. Sonra baş və budaq cümlənin hər biri ayrı-ayrılıqda sadə cümlə kimi təhlil edilir.
134. Durğu işarələri dedikdə nə başa düşülür?
-yazılı nitqdə sözlər ə ya söz qrupları arasında qoyulan işarələr
135. Azərbaycan yazısında durğu işarələri işlədilməsi ideyasını ilk dəfə kim irəli sürmüşdür?
-M.F.Axundzadə
136. Durğu işarələri iki funksiyanı yerinə yetirir:
-Ayırıcı durğu işarələri:nöqtə,sual,nida,qoşa nöqtə,nöqtəli vergül və çox nöqtə
-Fərqləndirici durğu işarələri :Bunlar cütüzvlüdür,vasitəsiz nitqi,sitatları,ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək məqsədilə işlədilən iki vergül,iki tire,mötərizələr ə dırnaqlar. Dil haqqında ümumi məlumat .
137.Dil:
– insanlar arasında ünsiyyət vasitəsidir. Dil ictimai hadisə daşıyır. Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duyula bilirlər.Dil mənsubu olduğu xalqın həyatı ilə sıx bağlıdır.
138. Dilin üç vəzifəsi vardır:
-Dil cəmiyyətdə ünsiyyət vasitəsidir.
-Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir.
-Dil fikri ifadə edir Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublikamızın qədim sakinlərindən olan azsaylı xalqlar da Azərbaycan dilindən ünsiyyət vasitəsi kimi istifadə edirlər
139. Dübya dilləri qohumluq əlaqələrinə görə :
-dil ailələrində birləşir
140. Azərbaycan dili :
– türk dilləri ailəsinin oğuz qrupuna aiddir
141. Azərbaycan dili morfoloji quruluşuna görə:
-iltisaqi(aqlütinativdir)
142. Azərbaycan dili Azərbaycan Konstitusiyasının neçənci maddəsi ilə Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur?
21-ci maddəsi ilə
Nitq mədəniyyəti
143. Nitq mədəniyyəti:
– dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə olunur. Nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır.
Hər hansı bir xalqın milli mədəniyyətininin göstəricilərindən biri də gözəl nitqdir.
144. Gözəl nitq üçün isə, əsasən iki şərt olur:
-Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi
145. Nitq mədəniyyətinin əsas şərtləri bunlardır:
– nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi
146. Nitqin düzgünlüyü dedikdə:
-dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn: “öyə getmək” düzgün deyil. Burada dilin fonetik qaydası pozulmuşdur. Bu ifadənin “evə getmək” kimi dedikdə nitq düzgündur.
147. Nitqin dəqiqliyi dedikdə:
-fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur. Məsələn: “Hüseyn dərsdən gəlir”-cümləsi düzgündür, ancaq dəqiq deyil. “Hüseyn məktəbdən gəlir”-cümləsi isə həm düzgündür, həm də dəqiqdir
Nitqin ifadəliyi isə üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: “Fatimə klassik ədəbiyyatı çox sevir” cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. “Fatimə klassik ədəbiyyatın vurğunudur”
Nitqin düzgünlüyünə hamı əməl etməlidir, nitqin dəqiqliyinə isə hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.
148.Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına:
-nitq etiketləri, yaxud nitq yarlıqları deyilir.
149. Nitq etiketlərinin aşağıdakı növləri var:
1. Müraciət etiketləri: Bağışlayın, Buyurun, Xahiş edirəm, Zəhmət olmasa, Lütfən.
2. Görüşmə etiketləri: Salam, Salaməleyküm, Əleykümsalam, Xoş gördük, Sabahınız xeyir
3. Ayrılma etiketləri: Xudahafiz, Əlvida, Salamat qalın, Sağ olun, Allah amanında, Görüşənədək, Yaxşı yol, Uğur olsun
4. Təbrik etiketləri: Təbrik edirəm, Gözünüz aydın olsun, Mübarəkdir, Mübarək olsun, Sağlığınıza qismət olsun,
5. Alqışlar: Allah köməyin olsun, Həmişə ayaq üstə, Allah rəhmət eləsin
6. Qarğışlar: Allah cəzanı versin, Allah evini yıxsm, Gözün tökülsün
Üslubiyyat
150.Üslub:
-dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur.
151.Üslubları öyrənən dilçilik bölməsi:
– üslubiyyat adlanır.
152. Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir:
1. Bədii üslub 2.Elmi üslub 3.Publisistik üslub 4.Məişət üslubu
5. Rəsmi-işgüzar üslub
153. Bədii Üslub:
-Bədii üslub milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimiz tarixində həmişə aparıcı olmuşdur. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obazlılıqdır. Bədii üslub şeir dili, nəsr dili və dramaturgiya dili formalarında özünü göstərir.
154. Elmi Üslub :
-Elmi üslub milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahələrinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqlik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin-terminlərin bol-bol işlənməsidir. Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə olunur
155. Publisistik Üslub:
-Publisistik üslub-milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuatın, radio-televiziyanm dilidir. Publisistik üsluba bəzən “mətbuat dili” də deyilir. Publisistik üslubda fikir hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunur. Publisistik üslub kütləvi nitq forması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur.
156. Məişət Üslubu:
-Məişət üslubu-gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu adi danışıq dilidir insanların bir- bir ilə hal-əhval tutduğıı dildir. Məişət üslubu ədəbi dilin gündəlik davranışında işlənən sərbəst və şifahi nitq formasıdır. Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır.
157. Rəsmi-işgüzar Üslub:
-Rəsmi-işgüzar üslub-rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır.
158. Fərdi Üslub:
-Bu və ya başqa bir görkəmli sənətkarlara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri fərdi üslub adlanır.
159.Əməli yazılar dedikdə nə başa düşülür?
-Rəsmi və işgüzar sənədlər
160. Annotasiya nədir?
-Annotasiya latınca annotomik sözündəndir qeyd aparmaq ,əlavə etmək deməkdir.
161. Annotasiyanın tərkibində aşağıdakılar öz əksini tapmalıdır?
-kitabın adı,nəşriyyatın adı,harada nəşr edilməsi,həcmi.
-kitabda müəllifin adı ə soyadı
-kitabın nədən bəhs olunması
-kitabın nə məqsədlə,kimin üçün yazılması
162. Anons nədir?
-Anons fransızca kütləvi bildiriş elan deməkdir.Radio ,televiziya və ya mətbuatda tamaşa ,konsert ,kinofilm və s haqqında əəlcədən verilən müxtəsər elan
163. Elan nədir?
-elan yazılı ,çap olunmuş bildiriş,xəbər,məlumat deməkdir.
164. Elan :
-Əməli yazıların sadə formalarından biridir.Afişa ,anons,bildiriş,reklam və s formaları vardır
165. Elan tərtib olunarkən nə nəzərə alınmalıdır?
-məlumatın sayından asılı olmayaraq onun mahiyyəti ,məzmunu aydın qeyd olunmalı ,vaxtı, saatı dəqiq göstərilməlidir.
-tədbirin keçiriləcəyi yer qeyd edilməli və məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.
166.Ərizə nədir?
-Ərizə ərəbcə ərz etmək müraciət etmək deməkdir.Əməli yazıların ən sadə formalarındandır.İki mənada işlədilir:
1.XIX əsrin sonlarına qədər yazılan dram əsərlərində ərizə müraciət mənasında işlədilirdi.
2.Müasir dörümüzdə bir arzu və ya xahiş ifadə edən məktub,yazılı müraciət mənasında işlədilir.
167.Məzmununa görə ərizənin iki formasına təsadüf edilir?
-şikayət xarakterli ərizələr və xahiş etmək məqsədi ilə yazılan ərizələr.
168.Ərizəyə verilən tələblər hansılardır?
-Ərizənin başlığı ,yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
-Ərizənin məzmunu yığcam ,faktlar isə konkret olmalıdır.
-Ərizə öz xətti ilə yazılmalıdır.
-Ərizənin sonunda il,ay,gün və ərizəçinin imzası qoyulmalıdır.
169.Sadə əmürəkkəbliyindən asılı olmayaraq ,ərizənin yazılış forması necədir?
-vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı,soyadı qeyd olunur.
-Sətrin ½ hissəsi həcmində sağ tərəfdə kimdən ?sualını erməklə ərizəçinin adı
,soyadı göstərilir.
-vərəqin ortasında ərizə sözü yazılır
-təzə sətirdən yığcam ,aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.
-ərizənin sonunda ərizəçinin adı,soyadı yazılır,imzası qoyulur və onun yazılma tarixi göstərilir.
170.İzahat:
-izahat ərəb mənşəlli sözdür.İzah sözünün cəmi mənasını verir.
171.Yazılı izahat tərtib olunarkən nələrə əməl olunmalıdır?
-İzahatın kimə və kimdən yazılması dəqiq göstərilməlidir.
-izah olunan,şərh edilən məsələ aydın olmalıdır.
-izahatı hər kəs özü yazmalıdır.
-izahatın sonunda il,ay,gen və izahatı yazan şəxsin imzası qoyulur.
172.İzahatın yazılış forması necədir?
-vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı ,soyadı qeyd olunmalıdır.
-Sətrin ½ hissəsi həcmində sağ tərəfdə izahat yazan şəxsin adı,soyadı göstərilməlidir.
-vərəqin ortasında izahat sözü yazılmalıdır.
-təzə sətirdən əhatəli şəkildə hərəkət və ya sözün şərhi verilməlidir.
-izahatın sonunda imza qoyulur və yazılma tarixi göstərilir.
173.Teleqram nədir?
-tele- uzaq, qramma – yazı sözlərinin birləşməsindən əmələ gələn teleqram uzağa köçürmək mənasını daşıyır.
174.Teleqramın neçə nöü vardır?
-2 növü vardır.
1. müəyyən bir hadisə haqqında məlumat ermək,yaxud məlumat almaq üçün hazırlanmış teleqram ,burada müəyyən məlumat öz əksini tapır
2. Pul köçürməklə bağlı teleqramda isə pulun miqdarı öz əksini tapır.
175.Teleqram yazanlar bilməlidir:
-ünvan ,şəxsin adı ,soyadı dəqiq göstərilməlidir.
-məzmunu yığcam,aydın və mənalı yazılmalıdır.
-mətndə ikimənalı, kobud sözlər,təhriflər olmamalıdır.
-rəqəmlər adətən hərflə yazılmalıdır.
176. Teleqramların hansı formaları daha çox yayılmışdır?
-teleqramın adi forması
-təcili teleqram forması
-xüsusi teleqram forması
177. Teleqramın adi forması necə olur?
-Belə teleqramlarda işlənən sözlərin ümumi miqdarı azlıq təşkil edir.
178.Təcili teleqram forması necə olur?
-bu formada olan teleqramlarda vaxt məhduddur
179.Xüsusi teleqram forması necə olur?
-bu teleqramı vuranın şəxsiyyət əsiqəsi tələb olunur.
-ölüm haqqında vurulan teleqram həkim tərəfindən təsdiq olunmalı və həkimin adı, atasının adı, soyadı, mütləq göstərilməlidir.
-Dölətlər arasında istifadə olunan xüsusi teleqramları dövlət başçıları imzalayır.
180.Məktub:
-bir şeyi bildirmək üçün yazılıb poçt ə ya başqa vasitə ilə birinə göndərilən əməli yazı növüdür.Ən geniş yayılmış Əməli yazı nümunələrindəndir.Rəsmi üslubun ən sərbəst formasıdır.
181. Məktub neçə hissədən ibarət olur?
4 hissədən.Müraciət hissəsi ,ümumi hissə,fərqləndirici hissə,yekunlaşdırıcı hissə.
182. Müraciət hissəsi necə olur?
-Başlıq sayılan bu hissədə məktubun yazıldığı şəxsin adı,sənəti və hörmət əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.
183.Ümumi hissə necə olur?
-burada məktublaşan şəxslərin əhval- ruhiyyəsi,vəziyyəti öz əksini tapır
184. Fərqləndirici hissə necə olur?
-məktubun əsasını,məzmununu əhatə edən bu hissədə yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir.
185. Yekunlaşdırıcı hissə:
-məktubun sonluğu hesab olunur.
186. Reqlament nədir?
-reqlament fransız sözü olub, müşavirənin,iclasın,qurultayın,konfrans ın,brifinqin və s aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş qaydadır.
187. Müqavilə nədir?
-müqavilə ərəb sözü olub ,qarşılıqlı təəhhüdlər haqqında yazılan saziş,bağlaşma,müqavilənamədir.
Məzmununa görə müqavilənin müxtəlif növləri var:sülh müqaviləsi,əmək müqaviləsi,ticarət müqaviləsi və s.Belə müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki qarşı tərəfin nümayəndələri tərəfindən təsdiqlənilir.Belə müqavilələrin hüquqi əsası olur və tərəflərdən birinin səhvi nəticəsində pozulduqda qarşı tərəfin iddiası üçün əsas olur.Müqavilələr quruluş və strukturuna görə sadə və mürəkkəb olur.
188. Arayış nədir?
-hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə müəyyən bir təşkilat tərəfindən verilir.Arayış hər bir şəxsin iş yeri,sağlamlığı,yaşayış yeri ,eləcədə cinayət işi ,yoxlama ilə bağlı tərtib oluna bilər.
189. Arayış məzmununa görə necə olur?
-sadə və mürəkkəb
190. Sadə arayış :
-bir və ya bir neçə şəxs haqqında məlumat vermək mümkündür.
191. Mürəkkəb məzmunlu arayışları:
-təşkilatlar bir-birinə təqdim edirlər.
192. Arayış necə tərtib olunur?
-Arayış sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.
-Arayış sözünün altında sol tərəfdə təşkilatın ştampı qoyulur.
-ortada arayışın məzmunu yazılır
-sonra arayışın təqdim olunduğu yer göstərilir.
-Ştampın üstündə arayışın qeydiyyat nömrəsi və verildiyi tarix göstərilir.
-Axırda idarə rəhbəri imzalayır və möhür vurulur.
193. Bildiriş aşağıdakı kimi olur:
-Bildiriş elan xarakterli olur.
-Fevral ayının 27 –də 15:00-da məktəbin iclas zalında Arif Quliyevlə görüş olacaq.Görüşdə iştirak etmək sərbəstdir.
194. Rəy nədir?
-Rəy ərəb sözü olub ,bir şey haqqında fikir,mülahizə,söz mənasını verir.
195. Rəy hansı mənalarda işlədilir?
-bir əsər ,kinofilm və s təhlil və tənqidini ehtiva edən məqalə,yazı.
-fikir,mülahizə
-rəyimcə ,rəyincə şəklində
-rəy vermək söz birləşməsi şəklində
196. Rəy yazmaq üçün aşağıdakılar mənimsənilməlidir:
-rəyin başlığı.nəyə və kimə verilməsi göstərilir və səhifənin ortasında rəy sözü yazılır
-rəyin ümumi məzmunu .Bu ə ya digər faktın həm müsbət ,həm də mənfi cəhətləri təhlil olunur.
-rəyin nəticəsi.Rəyçinin irəli sürdüyü təklif ə tösiyələr bir neçə cümlə ilə ifadə olunur.
-imza.Bu hissədə rəyçi adını,soyadını və atasının adını göstərir,qarşısında isə imzası qoyulur.
-tarix.Rəyçi imzasının altında bütö şəkildə ,gün,ay və ili göstərir.
197. Tərcümeyi-hal nədir?
– Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə olunan əməli yazı nümunəsidir.İşə girərkən ,hər hansı ictimai ,siyasi təşkilata üz olarkən ,rəhbər vəzifəyəirəli şəkilərkən,mükafat təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat verilməsi məqsədilə yazılır.
198. Tərcümeyi-hala erilən tələblər hansılardır?
-Tərcümeyi –halda şəxsin doğulduğu il,ay və gün,yer dəqiq göstərilməlidir:Respublika,şəhər,rayon, kənd.
-faktlar ardıcıl sadalanmalıdır: həyatın mərhələləri,oxuduğu,işlədiyi yerlər,nailiyyətləri,təltifləri,ailə vəziyyəti və s
-tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imza qoyulmalıdır.
199. Tərcümeyi-hal formasına görə :
-sadə və mürəkkəb olur.
200. Sadə tərcümeyi-hal necə olur:
-şəxs yazlnız özü haqqında məlumat verir
201. Mürəkkəb tərcümeyi-hal necə olur?
-şəxs həm özünün,həm də valideynlərinin həyatı,məşğuliyyəti haqqında məlumat verilir.
202. Tərcümeyi-halın ardıcılığı təxmini necə olmalıdır?
-başlıq
-ad,soyad ,ata adı
-doğulduğu il,ay,gün,yer.
-nailiyyətləri(mükafat,təltifləri)
-ailə üzvləri
-tərcümeyi-halın yazılma tarixi.
-tərcümeyi-halı yazanın şəxsi imzası
Müasir Azərbaycan danışıq dili
Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
- danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
- danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı ənənələri ilə sıx bağlıdır;
- ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir. Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
- danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Burada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilir;
- ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik, leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədəbi dildən fərqlənir. Bunu aşağıdakı müqayisələrdə aydın görmək olur:
Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cümlələrin quruluşunda və s.özünü göstərir.
Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmalarından irəli gəlir.
Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə aradan qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu fərqlər tamamilə silinəcəkdir.
Azərbaycan danışıq dili öz xarakterinə görə vahid deyildir. Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar: a) sadə danışıq, b) dialekt və şivələr olar.
Sadə danışığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır.
Azərbaycan dilinin dialekt və şivələri haqqında qısa məlumat
Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların danışığında xüsusi cəhətlər olur.
Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı başqalarından seçilir.
Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: a) yerli dialektlər, b) —sinfi— dialektlər və ya jarqonlar.
Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər — jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm dövründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqtisadi münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır. Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içərisində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur.
Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır.
Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:
- Azərbaycan dilinin şərq qrupu dialekt şivələri. Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.
- Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri. Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.
- Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.
- Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. Buraya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi (indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə az-çox fərqlənir.
Azərbaycan dilində fonetik hadisə və qanunlar
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və tədricən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:
- assimilyasiya,
- dissimilyasiya,
- səsartımı,
- 4)səsdüşümü,
- yerdəyişmə,
- ahəng qanunu,
- cingiltiləşmə qanunu.
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzilərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti mövcuddur.
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, məsələn, —r” səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması elə hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə vardır.
Assimilyasiya
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Ədəbi dilimizin orfoqrafiyasına dair normaların müəyyən-ləşdirilməsində assimilyasiyanın xüsusi rolu vardır. Lakin ədəbi dildəki assimilyasiya hadisəsi ilə danışıq dilinə məxsus assimilyasiyanı qarışdırmaq olmaz.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.
- İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır. - Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc — yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
Assimilyasiyanın keyfiyyəti
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur.
1 ) tam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-sinə tam assimilyasiya deyilir.Məsələn:
Onlar—n—l== onnar
Şorlu—r -l == şorru
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu tamamilə eyni məxrəcli səsə çevirmişdir.
2 ) Natamam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya deyilir. Məsələn:
Atlar -t- l == td – atdar
Gözlük — z-l ==zd gözdük və s.
Bu misalda l səsi m səsini və l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir.
Dissimilyasiya
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha… bir həvəs məni.
(S.Vurğun)
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə -raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Lakin sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya yaxın dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s. Bir neçə misal göstərək:
- y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
- S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
- N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 halda özünü göstərir.
- R səsi ilə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, Rayon əvəzinə İrayon və s.
- Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: Şkaf əvəzinə İşkaf, Rast əvəzinə İrast və s.
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında səsartımı hadisəsinin də xüsusi rolu vardır.Belə ki, dilimizdəki bir qrup sözlər, o cümlədən şəhər, fikir, isim kimi söz qrupları mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə işlənərkən onlara i saiti artırılmış və beləliklə də, həmin sözlər Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır.
Səsdüşümü
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə təzahür edir.
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.
Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səs-düşümü hadisəsi yaranır.
1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sözün ikinci hecasındakı sait düşür; məsələn:
Fikir — fik(i)r + in – fikrin
Sinif — sin(i)f + in – sinfin
Əmir — əm(i)r + in — əmrin və s.
2.Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn:
İki — iki(i)nci – ikinci
Altı — altı(ı)ncı – altıncı
Yeddi — yeddi(i)nci — yeddinci və s.
3. Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn:
Yazma — yazm(a) + (y)ır – yazmır
Bilmə — bilm(ə) + (y)ir – bilmir
Gəlmə — gəlm(ə) + (y)ir — gəlmir və s.
4. Bəzi sifətlərdən -ar şəkilşisi vasitəsi ilə fel düzəldilərkən şəkilçinin saiti düşür; məsələn:
Qara — qara + (a)rmaq — qararmaq
5.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa samitlərin biri düşür; məsələn:
Fənn — fən(n) + lər — fənlər
Xətt — xət(t) + lər — xətlər
Sirr — sir® + lər — sirlər və s.
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-düşümü meydana çıxır.
1. İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gətiriləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn:
- Mirzə Əli — Mirzəli,
- Ağa Əli — Ağəli,
- Əli Əsgər — Ələsgər,
- Əli İsa — Əlisa və s.
2. İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bunların birinci saiti düşür; məsələn:
- Gəlmiş + idi — gəlmişdi,
- Gəlib + imiş — gəlibmiş,
- Görmüş + isə — görmüşsə və s.
Səs yerdəyişməsi
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:
- Layihə — lahiyə — (yh — hy)
- Torpaq — topraq — (rp — pr)
- Fərhad — Fəhrad — (rh — hr)
- Yanlış — yalnış — (nl — ln)
- Məşhur — məhşur — (şh — hş) və s.
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü danışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn:
Çəkilib bağa divar,
Üstümə yağa divar.
Gözün bağ, qaşın bağman,
Kipriyin bağa divar.
(bayatı)
Atıbdı çoxlar məni,
Bircə yar yoxlar məni.
Amandır, elə baxma,
Kirpiyin oxlar məni.
(bayatı)
Ədəbi dil bu formalardan birini (kirpik) götürür.
Metateza bu və ya başqa bir dildəki, yaxud da qohum dillərdəki sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola malikdir. Məsələni aydınlaşdırmaq üçün dilimizdəki göstərmək sözünə fikir verək. Bu söz vaxtilə, daha doğrusu, keçmiş dövrlərdə «görsət» formasında işlənmişdir; məsələn:
Çox nəstə sifətdə zahir olmaz,
Görsət üzünü bizə nəhani.
(Xətai)
Görsət sözü sonradan metateza hadisəsinə uğramışdır. Müasir göstər sözünün tarixində metateza hadisəsi baş vermiş olduğunu müəyyən etdikdən sonra, həmin sözün təşkil etdiyini söyləmək olur.
Ahəng qanunu
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u di-larxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s.
Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Bu qanun həm söz köklərinə, həm də şəkilçilərə aiddir. Lakin —Azərbaycan ədəbi dilində ahəng qanunudaha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir”.
Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:
- Saitlərin ahəngi.
- Samitlərin ahəngi.
- Saitlərdə samitlərin ahəngi.
Saitlərin ahəngi
Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə saitlərin ahəngi deyilir.
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir.
- Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng.
- Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçi şəkilçi-lərdəki saitlərin hamısı dilönü (incə) sait olmalıdır; məsələn: məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s.
- Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + lıq, armud + dan, ağır + lıq və s.
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; məsələn: partiya, respublika, kino, teatr, ticarət, təşkilat, işıq, ilxı, ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır.
- Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və damaq ahəngi.
- Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: o + dun, uzun + çu + luq, öz + ümüz və s.
- Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdirilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır; məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s.
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bölünmür. Belə ki, bəzi sözlərdə həm dodaq, həm də damaq saiti ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə sözlər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziyyətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, düşmən + imiz və s.
Samitlərin ahəngi
Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izləmələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları vardır.
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə samitlərin ahəngi deyilir.
Samitlərin ahəngi iki şəkildə olur: 1) kar samitlərin ahəngi, 2) cingiltili samitlərin ahəngi.
- Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, kəs + kin və s.
- Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s.
Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər bu qanuna uyğun gəlmir.
Saitlərlə samitlərin ahəngi
Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəng-ləşməsi qanunu vardır.
Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası samitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin ortasında yaranan samitlər uyğunlaşır. Belə bir qanuna saitlərlə samitlərin ahəngi deyilir.
Dilimizdə demək olar ki, a, ı, o, u dilarxası saitləri ilə q, ğ, x samitləri, ə, i, ö, ü, e dilönü saitləri ilə k, g, y dilortası samitləri həmahəngləşir.
Azərbaycan dilində saitlərlə samitlərin ahəngi qanuna görə əvvəl gələn hecada arxa sıra saitlərdən (a, ı, o, u) biri olarsa, sonra gələn hecada arxa sıra samitlərdən (q, ğ, x) biri; əvvəl gələn hecada ön sıra saitlərdən (ə, e, ö, ü, i) biri olarsa, sonra gələn hecada da ön sıra samitlərdən biri (k, g, y) olmalıdır; məsələn:
Arxa sıra: otaq, buruq, sırıq, bağ, çox, toxunmaq.
Ön sıra: ətək, kötək, çiçək, ürək, köynək, tökülmək və s.
Cingiltiləşmə qanunu
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; məsələn:
- K -> y -inək — inəy + i
- kəpənək — kəpənəy + i
- qəpik — qəpiy + i və s.
- T -> d — get -ged +im — ged + ək
- yarat — yarad + ım — yarad + aq və s.
Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:
Et — ed + im — ed + ək
Ət — ət + im — ət + in və s.
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .
Azərbaycan ədəbi dilində heca
Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asanlıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər və s.
Bir səsli, iki səsli, üç, dörd səsli hecalar: o, at+ta, a+dam, ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt.
Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da vardır), bəzilərinki isə samitlə bitir. Bu xüsusiyyətuinə görə hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu saitlə bitən hecalara açıq heca deyilir.
Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s.
Sonu samitlə bitən hecalara qapalı heca deyilir;məsələn: in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s.
Sözdəki hecalar onları təşkil edən səslərin sayına, xüsusən samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir. Buna görə də hecaların müxtəlif tipləri vardır.
Azərbaycan ədəbi dilində vurğu
Müasir Azərbaycan ədəbi dilində vurğunun başlıca olaraq üç növü vardır; 1) heca vurğusu; 2) məntiqi vurğu; 3) həyəcanlı vurğu.
Məntiqi vurğuda cümlə daxilindəki bir söz aktuallaşır. Ak-tuallaşan cümlə üzvü informasiyasının bazasını(nüvəsini) təşkil edir. Məntiqi vurğu ilə cümlənin bir üzvünün aktuallaşması əslində, sintaktik aktuallaşmaya aid bir məsələdir. Ancaq cümlədə hər hansı bir üzvün aktuallaşaraq məna yükünü (informasiyanı) öz üzərinə götürməsində intonasiya (tonallıq) əsasdır. Tonallığın səslənmə səsə görə fərqləndirmə keyfiyyəti məntiqi vurğunu fonetik proseslə bağlıdır. Məntiqi vurğuda cümlədəki üzvlər öz yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid olduğu təyin edilir:
- Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm).
Sözdə qonşu olmayan səslərin bir-birinə təsiri əsasında yaranan dissimilyasiyaya uzaq dissimilyasiya deyilir. Məsələn, zərər sözündəki birinci r ilə ikinci r arasında başqa səs vardır. Lakin buna baxmayaraq, birinci səs öz həmcinsi olan ikinci r səsinə təsir edərək onu l səsinə çevirir ki, bunun da nəticəsində zərər əvəzinə, zərəl tələffüz edilir.
Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına güzəştə getməsi hadisəsi danışıq dilində çox yayılmışdır. Bu hadisədən xalq poeziyasında, aşıq ədəbiyyatında da geniş istifadə olunur. Məsələn:
Bir ovçunun ovu getsə yaralı,
Gəzər dağı, olmaz səbri qəralı,
Məhəmmədəm düşdüm eldən aralı,
Çəkdi sinəmə bu dağlar mənim.
(Şair Məhəmməd)
Burada başqa məqsədlə də olsa qərar əvəzinə qəral işlədilməsi dissimilyasiyadır. Dildə dissimilyasiyaya uğrayan hər növ hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qəral yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə baş verən dissimilyasiya hadisəsi ədəbi dil üçün məqbul hesab olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və tələffüz edilir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə
- Teqlər:
- Azərbaycan dili
- , Azərbaycan dilinin fonetikası
- , fonetika
- , danışıq dili
- , orfoepiya
Comments are closed, but trackbacks and pingbacks are open.