Azərbaycan dilinin morfologiyası
Azərbaycan dili dərsi
Azerbaycan dili morfologiya
Azərbaycan dili dərsi
MORFOLOGİYA
1. Dil haqqındakı elmin bölmələrindən biri olan qrammati-ka-da sözlərin dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissədən ibarətdir: 1) morfologiya, 2) sintaksis. Morfologiya yunanca «morfos» (forma) və «loqos» (bəhs) söz-lərinin birləşməsindən əmələ gəlib «sözün formaları haqqında bəhs» mə’nasını bildirir.
Morfologiyada nitq hissələri, onların quruluşu və dəyişmə xü-susiyyətləri öyrənilir.
Sintaksis də mənşəcə yunan sözüdür, «tərtib» mə’nasını bil-dirir. Sintaksis söz birləşmələri, cümlə və onun tərkibini öyrənir.
2. SÖZÜN TƏRKIBI. Kök və şəkilçi sözün mə’nalı his-sə-lə-ridir. Sözün ayrılıqda işlənə bilən, əsas mə’nanı ifadə edən hissəsinə kök deyilir.
Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulduqda müəyyən mə’na daşıyan hissəsinə şəkilçi deyilir.
Əsil Azərbaycan sözlərində, bir qayda olaraq, kök əvvəl, şə-kilçi sonra gəlir. Məs: gəmicçi, kitabclar, çəmənclik, çəməncdə və s. Dilimizdə söz köklərinə əvvəl leksik (sözdüzəldici), son-ra isə qrammatik (sözdəyişdirici) şəkilçilər artırılır. Məs: yaz-ı-çı-lar, iş-lə-miş-ik, sağ-ıcı-lar-ın və s.
Bə’zən qrammatik şəkilçi leksik şəkilçidən əvvəl də gələ bilir. Məs: ev-imiz-dəki, bab-m-gil və s.
Azərbaycan dilində eyni zamanda sözlərə bir neçə leksik və qra-mmatik şəkilçi artırmaq olur. Məs: ək-in-çi-lik-dən, yara-q-lı-lar-ımız, yat-aq-xana-dakı-lar və s.
3. LEKSIK VƏ QRAMMATIK ŞƏKILÇILƏR. Şəkilçilər iki cür olur: 1) leksik (sözdüzəldici) şəkilçilər, 2) qrammatik (sözdəyişdirici) şəkilçilər.
Qoşulduqları söz köklərindən yeni sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır. Məs: yaxşı-yaxşıclıq, gör-görcüş, külək-küləkcli və s.
Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişir və bu şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağ-la-mağa xidmət edir.
İsimlərdə hal və cəm şəkilçiləri, fe’llərdə zaman, şəxs şəkilçi-ləri və s. qrammatik şəkilçilərdir. Məs: kitab-kitabcın, kitabcla-r; get-gedcir, ged-ir-əm və s.
Qeyd: Şəkilçilərin mə’na növləri barədə dərsliyin müvafiq böl–mələrində hər bölməyə uyğun olaraq müfəssəl məlumat veriləcəkdir.
4. ŞƏKILÇILƏRIN YAZILIŞI. Qrammatik şəkilçilər ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılırlar. Dili-mizdəki qrammatik şəkilçilərin hamısı əsil Azərbaycan şəkil-çiləridir.
İki cür yazılan şəkilçilərin tərkibində yalnız iki açıq sait işti-rak edir: a, ə. Digər açıq saitlər (e, o,ö) şəkilçilərdə ona görə işti-rak etmir ki, əsl Azərbaycan sözlərində həmin səslər (e,o,ö) sö-zün birinci hecasından sonrakı hecalarda işlənə bilmir. (-lar2, -da2, -da2, -a2 və s.)
Qapalı saitlər isə (ı, i, u, ü) sözün bütün hecalarında işləndiyi üçün şəkilçilərin də tərkibində iştirak edir. Buna görə də qapalı saitli şə-kilçilər ahəng qanununun tələbinə uyğun olaraq dörd cür yazılır. –ın4,-dı4, -mış4, -ı4 və s.
Leksik şəkilçilər də ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılırlar. Lakin leksik şəkilçilər arasında bir cür yazılanı da var. Bu şəkilçilər başqa dillərdən dilimizə keçmiş, ahəng qa—nununa tabe olmurlar. Məs: bi-, na-, anti-, –daş, -kar, -baz, -keş, -dar, -gil və s.
Azərbaycan dilinin öz şəkilçilərindən fərqli olaraq, alınma şəkilçilər sözlərin əvvəlinə də artırıla bilir. Məs: na-insaf, ba-mə-zə, bi-savad və s.
Qeyd: Sözün kökü saitlə bitərsə, sözə saitlə başlanan şəkilçi artdıqda iki sait arasında n, y, s samitlərindən biri işlənir. Bu sa-mit-lər bitişdirici samitlər adlanır. Məs: ata-n-ın, ata-y-a, ata-s-ı və s.
Yazıda «n» samitindən, əsasən, sonu saitlə bitən sözlərə is-min yiyəlik, tə’sirlik hal şəkilçiləri, «y» samitindən yönlük hal şə-kil-çisi və tale, mənbə, mənafe, mövqe, mənşə sözlərinə mənsubiy-yət şəkilçiləri, «s» samitindən isə sonu saitlə bitən sözlərə III şəxs mənsubiyyət şəkilçisi artırılarkən bitişdirici samit kimi istifadə olunur. Məs: quzu-n-un, quzu-n-u, quzu-y-a, quzu-s-u, tale-y-im, mövqe-y-in, mənafe-y-i və s.
5. SÖZÜN BAŞLANĞIC FORMASI. Sözün başlanğıc for-ması onun leksik mə’nasını bildirən hissəsidir. Bütün sözlərdə qram-matik şə-kil-çiyə qədərki hissə başlanğıc formadır. Məs: yaz-maq, yazı, ya-zı-çı, yazıçılıq, yazıçılıqdan və s.
Sözlər bütün lüğətlərdə yalnız başlanğıc formada öz əksini tapır.
İsimlərin başlanğıc forması onların heç bir qrammatik şəkil-çisi olmayan adlıq hal formasına uyğun gəlir. Məs: gəmiçilikdən, dəmirçinin, kitabda, oxucular və s.
Fe’llərin başlanğıc forması onların qrammatik şəkilçiyə qədər-ki hissəsidir. Məs: gözəlləşir, başladılar, göndərildi və s.
Qeyd: Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən olunur.Sözün tərkibinə görə təhlili
1) Təhlil edilən sözün hansı nitq hissəsinə aid olduğu göstərilir.
2) Sözün başlanğıc forması müəyyən edilir.
3) Əgər başlanğıc forması düzəltmə sözdürsə, onun necə əmə-lə gəlməsi izah olunur.
4) Sözün qrammatik şəkilçilərindən hər birinin mə’nası mü-əy-yənləşdirilir.
Şifahi təhlil nümunəsi (bağçadakı)
Bu söz sifətdir. Bağçadakı bütövlükdə başlanğıc formadadır. –ça kiçiltmə mə’nası bildirən leksik şəkilçi, -dakı isə isimdən si-fət düzəldən şəkilçidir. Demək, -ça şəkilçisi «bağ» ismindən «bağ-ça» ismini, -dakı şəkilçisi isə «bağça» ismindən «bağçadakı» sifətini əmələ gətirmişdir.
Yazılı təhlil nümunəsi (yazıçılıqdan, ələkçilər, bağçadakı, namərdlik)
Yazıçılıqdan, ələkçilər, bağçadakı, namərdlik.
webmaster:CahidKaz ı mov
Используются технологии uCoz
Azərbaycan dilinin morfologiyası
Azərbaycan dilinin leksik tərkibi leksik-qrammatik, morfoloji və sintaktik xüsusiyyətlərinə görə bir neçə qrupa – nitq hissələrinə bölünür: adlar, fellər və köməkçi nitq hissələri.
Azərbaycan dilində nitq hissələrinin tərkibinə isim, sifət, say, əvəzlik, fel, zərf, qoşma, bağlayıcı, ədat və modal sözlər daxildir.
Azərbaycan dilində isimlərə xas dörd ümumi qrammatlk kateqoriya qeyd olunur: hal (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), mənsubiyyət (-ım 4 , -m, – ımız 4 ; -ın 4 , -ı, -ınız 4 ; -ı 4 , -sı 4 , -lar 2 +ı 4 ), kəmiyyət (-lar 2 ), xəbərlik (-əm 2 , -ik 4 ; -sən 2 , -siniz 4 ; -dir 4 , – dir 4 +lər 2 ).
Azərbaycan dilinin sifətlərinə dərəcə əlamətəri (adi, azaltma,çoxaltma) xasdır. Sifətlərin dərəcələri xüsusi morfoloji əlamətlərlə ortaya çıxır: -raq, -rək, – ımtıl, -sov, -şın, -ımtraq, -ca və s.
Azərbaycan dilində saylar miqdar, sıra, qeyri-müəyyən və kəsr saylarına bölünür.
Miqdar sayları: bir, üç, yeddi, beş min altı yüz və s.
Sıra sayları: beş-inci, otuz-uncu və s.
Qeyri-müəyyən sayları: az, çox, xeyli, beş-altı və s.
Kəsr sayları: yüzdə biri, üç tam beşdə bir və s.
Azərbaycan dilində əvəzliklərin şəxs əvəzliyi (mən, sən, o, biz, siz, onlar), işarə əvəzliyi (o, bu, elə, belə, həmin, həmən), qeyri-məyyən əvəzliklər (kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hamı hər kəs və s.), təyini əvəzliklər (öz, hər, bütün, filan, eyni), sual əvəzlikləri (kim, nə, hara, necə, nə cür, hansı) deyə beş növü qeyd olunur.
Azərbaycan dilinin qrammatik quruluşunda fellər zənginliyi, əhatəliliyi və rəngarəng qrammatik kateqoriyalara malik olması ilə seçilir. Onları leksik-semanrik cəhətdən aşağıdakı kateqoriyalar səciyyələndirir: 1) təsirlilik və təsirlilik kateqoriyası; 2) fellər təsdiq və inkarda olur; 3) məna növləri var (məlum, məchul, qayıdış, şəxssiz, icbar, qarşılıq-birgəlik növlər); 4) şəkilləri var (əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkilləri); 5) zamanları (keçmiş (nəqli və şühudi keçmiş), indiki, gələcək (qəti və qeyri-qəti gələcək) zamanlar); 6) təsriflənməyən formaları (feli sifət, feli bağlama, məsdər) və s. var
Azərbaycan dilində zərflər də adlara aiddir. Zərflərin tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri deyə dörd növü var.
Azərbaycan dilində qoşma, bağlayıcı, ədat, modal sözlər və nidalar köməkçi hitq hissələri hesab edilir.
Qoşmalar (üçün, kimi, üzrə, sarı, ötrü, dək, can, başqa, özgə, sonra, əvvəl və s.) adlarla adlar, adlarla fellər arasında müxtəlif sintaktik vəzifələr icra edir. Qoşmalar qeyri-müəyyən yiyəlik, yönlük və çıxışlıq halları ilə əlaqəyə girərək qoşma birləşmələri yaradır.
Bağlayıcılar (və, ilə, amma, ancaq, lakin, halbuki, ya, ya da, gah, gah da, istər, istərsə və s.) cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsidir. Bağlayıcılar tabelilik və tabesizlik bağlayıcıları olmaq üzrə iki yerə bölünür.
Ədatlar sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. Ədatlar (axı, ən, lap, daha, olduqca, elə, belə, məhz, əsl, yalnız, ancaq və s.) daxil olduğu cümləyə məna incəlikləri verir.
Modal sözlər (doğrudan, həqiqətən, sözsüz, şübhəsiz, doğrusu, düzü, görünür, ehtimal, görəsən, bəlkə və s.) isə danışanın real aləmə və söylənən fikrə münasibətini bildirməyə xidmət edən köməkçi nitq hissəsidir.
Nidalar (vay, ox, of, uy, ura, bəh-bəh, oxqay və s.) danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirən sözlərdir.
Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya
Bakı: Şərq-Qərb, 2007. — 280 səh. — ISBN: 978-9952-34-179-9.
Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdə morfologiyanın mühüm məsələləri – əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, fel və zərf), köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat və modal sözlər) və xüsusi nitq hissələri (nida və yamsılamalar) haqqında geniş məlumat verilir.
- Sign up or login using form at top of the page to download this file.
- Sign up
See also
Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafıya
- Category: Languages and linguistics → Azerbaijanian language
Bakı: Şərq-Qərb, 2007. — 256 səh. — ISBN: 978-9952-34-153-9. Ali məktəblərin fıloloji fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə – “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri haqqında geniş məlumat verilir.
- 12,70 MB
- added 10/24/2016 15:15
- info modified 01/21/2023 22:36
Comments are closed, but trackbacks and pingbacks are open.