Press "Enter" to skip to content

Azərbaycan dilinin orfoqrafiya qaydaları

30 6 Fevral

Nida. Azərbaycan dili

Ay- Həm isim ( Ay və Yer birlikdə Günəş ətrafında ildə bir tam dövr edirlər.), həm nida ( Ay kişi, daha bəsdir!) ola bilir.

Ox – Həm isim Artıq ox yayından çıxıb.), həm nida (Ox, necə yorulduğumu bir bilsən!) ola bilir.

Ax – Həm fel (Su kimi ax.), həm nida (Ax, o günlərim..) ola bilir

Oy – Həm fel (Taxtanı yaxşı oy), həm nida (Oy, sən nə danışırsan?) ola bilir.

Nidalar cümlənin əvvəlində, ortasında və axırında işlənə bilər. Bütün nidalar ayrı yazılır. Cümlənin əvvəlində işlənən nidalardan sonra istonasiyadan asılı olaraq nida (yüksək tonla deyilərsə) və ya vergül (adi tonla deyilərsə) işarəsi qoyulur. Cümlənin ortasında işlənən nidanın hər iki tərəfində vergül qoyulur. Cümlənin axırında işlənən nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur.

Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Məsələn, Ay Bəyim, hardasan?

Ey nidası ismə qoşumadan özü çağırış bildirdikdə ondan sonra verğül qoyulur. Məsələn, Ey, bura bax.

Nidalar dildə söz yaradıcılığında da iştirak edir. Məsələn, ah nidası həm fel kimi (ah çəkmək), həm də substantivləşərək isim kimi (ahın dağlara) işlənir.

Nidalarla yamsılamaları (təqlidi sözlər) qarışdırmaq olmaz.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Azərbaycan dilinin orfoqrafiya qaydaları

Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.

  • Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.

Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.

  • Rus dilində tərkibində h olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
  • Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
  • Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
  • Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.

Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı

  • Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
  • Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.

Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.

  • İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.

Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.

Şəkilçilərin yazılışı

  • Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
  • Bir cür yazılan şəkilçilər:
  • -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
  • -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
  • İki cür yazılan şəkilçilər:

Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.

  • Dörd cür yazılan şəkilçilər:
  • -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
  • sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
  • fel köklərindən isim və sifət düzəldən şəkilçilər:

sonu kar samitlə bitənlərdə:

  • -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
  • -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;

sonu cingiltili samitlə bitənlərdə:

  • -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
  • -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
  • -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.

Qeyd. Saitlə bitənlərdə -stan yazılır.

Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

  • Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.

Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.

Mürəkkəb sözlərin yazılışı

  • Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
  • Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:
  • qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
  • tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;
  • izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
  • tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.

Köməkçi sözlərin yazılışı

  • İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.
  • Qoşmalar iki cür yazılır:
  • birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
  • ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.

Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.

  • Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
  • İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
  • Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.

-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana? Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?

  • Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
  • Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

Birinci hərfi böyük yazılan sözlər:

  • Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar.
  • Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.
  • Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası.

Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

  • Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
  • Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi .
  • Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları.

Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası.

  • Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.

İxtisarlar (abreviaturlar)

  • İxtisarlar üç cür yazılır:
  • tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;
  • yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət İnformasiya Agentliyi)..;
  • sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)
  • İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin

Sözün sətirdən sətrə keçirilməsi

  • Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər

Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li.

Qanunlar

Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında” 24 iyul 1958-ci il tarixli qərarı.

Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında” 6 aprel 1959-cu il tarixli qərarı.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 26 may 2004-cü il tarixli Fərmanı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”.

Azərbaycan dili dil qaydaları

Yeni nəşr olunan vəsaitdə bütün dil qaydaları, çalışmalar və suallar, 1100 test vardır.Və qaydalar çox sadə yazılmışdır.

Bakı 6 Sentyabr 2020 1332 dəfə Mənbə: tap.az
Q

Qəniyev Qalib

Məhsul satılmışdır
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Azərbaycan dili hazırlığı

50 3 Mart

Mostbet – ən etibarlı bukmeyker

Mostbet Reklam

Azərbaycan dili və ədəbiyyat müəlliməsi

30 6 Fevral

Azərbaycan dili və İnglis dili 10 cu sinif testi

8 13 Fevral

Azərbaycan dili hazırlığı kursu

45 22 Yanvar

İntensiv Rus dili kursu

70 27 Fevral

İşgüzar İvrit dili kursu

150 25 Fevral

İntensiv İngilis dili kursu

70 12 Fevral

İngilis dili hazırlığı

40 Dünən

Azərbaycan dili kursu

60 6 Fevral

Yol hərəkəti qaydaları 2008

3 25 Fevral

Azərb/ingilis dili qrammatikasının əsasları

3 25 Fevral

Həkim personal tələb olunur

1 300 Dünən

İngilis dili hazırlığı

100 Bu həftə

Azərbaycan dili onlayn abituriyent hazırlığı

35 6 saat əvvəl

İbtidai sinif şagirdləri üçün hazırlıq

30 5 Mart

Alman dili

90 6 Fevral

Alman dili kursu

45 Dünən

Rus dili müəllimi

50 8 saat əvvəl

Ingilis dili qrammatikasının əsasları

3 4 Fevral

Satıcı tələb olunur

400 Bu həftə

Alman dili

90 12 Fevral

İngilis dili kurslarına xüsusi endirim

69 24 Fevral

Webmoney/Qiwi/Yandex Azərbaycan

1 22 Fevral

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

Похожие статьи

  • Azerbaycan dili qaydalari

    Azerbaycan dili qaydalari Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin…

  • Azerbaycan dili qaydalar

    Azərbaycan dilinin orfoqrafiya qaydaları “Orfoepiya normaları haqqında ilk növbədə onu qeyd edim ki, bu normalar müasir Azərbaycan dilində işlənən…

  • Azerbaycan dilinin orfoqrafiyasi

    Azərbaycan dilinin orfoqrafiya lüğəti 2004-cü il nəşrində yerfıntığı şəklində verilən söz 2013-cü il nəşrində yerfındığı şəklində düzəldilib. Azərbaycan…

  • Azerbaycan dili qrammatika müllimlr üçün vsaiti

    Müəllim üçün metodik vəsait Azərbaycan dili Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf . Azərbaycan dilinin qrammatikası – incə…

  • Azerbaycan dili ve nitq medeniyyeti səidə abbasova

    Azərbaycan dili və nitq mədəniyyəti kitabı Nitq mədəniyyəti dedikdə özünü dəqiq, konkret, yığcam, əlçatan, təmiz, bacarıqlı, mənalı və aydın ifadə etmək…

Comments are closed, but trackbacks and pingbacks are open.