Azerbaycan dili qrammatikasi
Bakı: Elm və təhsil, 2017. — 538 səh. — ISBN: 978-9952-8176-2-1. Kitab türkologiyanın son nailiyyətlərinə istinadən yazılmışdır. Burada Azərbaycan dilinin inkişaf tarixi sistemli şəkildə izah olunmuş, tarixi fonetika və qrammatika, eləcə də leksikologiya məsələləri təkcə Azərbaycan yazılı abidələri yox, həm də Orxon-Yenisey abidələri, M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri.
XVII əsr Azərbaycan dilinin qrammatikası
Azərbaycan dilçiliyinin əsaslı mənbələrinə görə dilimizin ilk elmi qrammatikasının tarixinin başlanğıcı XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Kazımbəyin adı ilə bağlıdır. Lakin son apardığımız araşdırmalar göstərir ki, dilimizin qrammatikasının tarixi daha qədimlərə gedib çıxır. Hələ ki, son tədqiqatlar Vatikanın arxivində qorunub-saxlanan, I Şah Abbasın dövründəki Azərbaycan dilini əks etdirən bir qrammatika kitabı üzərində dayanır. Bu, bir neçə dil bilən, hüquqşünaslıq, klassik dillər, musiqi və poeziya üzrə yüksək təhsil görmüş fransız əsilli italyan aristokratı və səyyahı Pietro Della Vallenin 7 kitabdan ibarət “La Grammatica turca” əsəridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın “XVII əsr Azərbaycan dilinin qrammatikası” məqaləsində yer alıb.
Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi idi. Təəssüf ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmayıb. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlərboyu yaşayan dilimizin zənginliyindən xəbər verir.
Pietro Della Valle 1617-1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner qismində yaşamışdır. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməçisi olmağı təklif etmiş və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərmişdir. O, ivrit, latın, ərəb, fars və türk dillərini gözəl bilmiş, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində tərcüməli şeirlər yazmağa cəhd göstərmiş, hətta Hafizin şeirlərini şərh etmişdir. 1617-ci ildə hələ İstanbulda ikən səyyahın şair təbi ilə italyan dilində qələmə aldığı və qarşısında türkcə transkripsiyasını verdiyi şeirlərindən bir parçaya diqqət edək (mənbə: Nevin Özkan. Pietro Della Valle, Osmanlı topraklarında bir italyan gezgin (Roma 1586–1652) Pietro Della Valle – Onyedinci yüzyıla ait bir not. Ankara Üniversitesi Dil ve tarih-coğrafya fakültesi dergisi 46, 1 (2006) 1-16. s. 10):
Del pastor figlia sua Ciupàn khizì Çoban qızı
Dell´occhio mio luce sua Ghiozùm nurì Gözüm nuru
Vieni, fermati qui Ghiel, dur bundà Gəl, dur burda
Dell´ombra nel sotto suo Ghiulghiè altundà Kölgə altında
Quivi (è) fresca Bundà tazè Burda tazə
Ombra, e fontana Ghiulghè, ve cescmè Kölgə, və çeşmə
Chiara distilla, Safie acàr Safi axar
Quivi rosaio, Bundà ghiulzàr Burda gülzar
Maravigliosi gridi Ageb ifgàn Əcəb əfqan
Rossignuol cominciante Bulbùl basclàn Bülbül başlan
Noi giaceremo Biz iatalùm Biz yatalum
Insieme dormieremo Bile uialùm Birlikdə uyuyalum
Adesso (è) tempo Scemdi zemàn Şimdi zaman
Che tu (se´) giovane Chi sen giuàn Ki sən cavan
Quando vecchia sarai Haciàn cogià sen Haçan qocalsan
Amante non troverai Ascic bulmásen Aşiq bulmazsan
Yuxarıdakı türkcə şeirlərdə səyyahın dilinin hələ tam təkmilləşmədiyi hiss olunur.
Della Valle öz əsərlərində Azərbaycan dilində işlənən söz və ifadələr üçün müəyyən transkripsiya tətbiq edib: Sciah Abbas muradi virsun, sciorba, qizilbasci, chisc misc, begum, chanum, giuàn, dervisc və s. italyan dili və tələffüzü üçün nəzərdə tutulmuş bu transkripsiyanın tədqiqata ehtiyacı var.
Onun əsərlərinin əksəriyyəti dövrün ənənəsinə uyğun olaraq məktublardan ibarət səyahətnamə şəklindədir. Della Valle ümumilikdə Romaya Osmanlı İmperiyasından 10, Səfəvi Dövlətindən 18 və Hindistandan 8 məktub göndərib. Bunların əksəriyyəti elə Dalle Vallenin sağlığında, hətta ölümündən 10 il sonra (Viaggi di Pietro Della Valle, il Pellegrino, Roma 1662) Romanın “Mascardi” Nəşriyyat evində çap olunsa da, müəllifi olduğu “Türk dilinin qrammatikası” (“La Grammatica turca”) əsəri, əfsuslar olsun ki, işıq üzü görməyib. Avropada Şərqin tanıdılması ilə bağlı Vallenin fəaliyyətini və rolunu araşdıran Piter Bitenholz qeyd edir ki, müasir türk dili daşıyıcıları böyük təəssüf hissi keçirməlidirlər ki, bu cür yüksək səviyyədə işlənmiş qrammatika kitabı hələ də nəşr olunmamışdır (Peter G.Bietenholz, Pietro Della Valle (1586-1652). Studien zur Geschichte der Orientkenntnis und des Orientbildes im Abenlande, Basel und Stuttgart 1962, s. 81). Həmin kitab ilk dəfə XIX əsrdə Beynəlxalq Şərqşünaslar Konqresində məşhur türkoloq Ettore Rossi tərəfindən elm aləminə tanıdılıb (Rossi Ettore, “Importansa dell’inedita grammatica turca di Pietro Della Valle”, Atti del XIX. Congresso Internazionale degli Orientalisti, Roma 1938, s. 202-209).
Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).
Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi şərq ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olub və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (İran şahı Abbasın şərtləri haqqında) adlı kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdığına, şahı çox müdrik və adil hesab etdiyinə görə, Roma senzurası tərəfindən bu kitabın çapına icazə verilməyib (Vitalone Mario. Il Diario di viaggio in Persia di Pietro Della Valle: un confronto con le Lettere. s. 3).
Dalle Valle 1614-cü ildə İstanbula gəlib, qrammatika kitabını yazmağa elə orada olarkən başlayıb, lakin osmanlı dilində türk sözlərinin azlığını görüb. 1617-ci ildə İsfahan, Mazandaran və Gilana üz tutan səyyah 1623-cü ilə qədər Səfəvilər dövləti ərazisində yaşayıb. O, qrammatika kitabını 1621-ci ildə İsfahanda bitirib.
1643-cü ilin avqust ayında öz missioner səfərindən İtaliyaya qayıdan Pietro kitabı haqqında Roma senzurasına məlumat verir. Senzura tərəfindən təyin edilmiş Padre Macio “mən dinə və mənəviyyata zidd bir şey görmədim” (Et nihil in eo repperi, quod fidei, aut bonis moribus adversetur) sonluğu ilə bitən bir rəy verir. Lakin əsər yenə nəşr olunmur.
Ömrünün sonlarını Pietro, demək olar, cəmiyyətdən təcrid olunmuş şəkildə keçirib. Pietro Della Vallenin ölümündən sonra 1652-ci ildə kitabın əlyazması onun varisi Markiz Del Bufaloya çatır. O isə öz növbəsində qrammatikanı Papa XI Klimenteyə təqdim edir. 1718-ci ildə Papa XI Klimente “Vat. Turco 40” kimi tanınan bu kitabı müəllifin digər 8 əsəri ilə birlikdə Vatikan Apostol Kitabxanasına verir. Qrammatika kitabı 1900-cü ilə qədər diqqətdən kənarda qalır. Məşhur şərqşünas Ettore Rossi tərəfindən yenidən kəşf edilən bu elmi əsərin yüksək keyfiyyəti alimi heyran edir və 1935-ci ildə o, şərqşünasların konvensiyasında bu barədə elmi ictimaiyyətə məlumat verir.
2017-ci ildə keçirilmiş Beynəlxalq Türk Dili Tədrisi Konfransında (noyabr) yer almış Nevin Özkan və Raniero Speelmanın müəllifi olduğu “İtalyan tələbələri və türkcə təhsil: XVI və XVIII əsrlər arası dövrlərdə dərslər. Tarixdən bir nümunə: Pietro Della Valle” adlı konfrans materialında bu qrammatika kitabı haqqında ətraflı məlumat öz əksini tapmışdır (Nevin ÖZKAN, Raniero SPEELMAN. Italiani studenti e studiosi del turco: lezioni tra il cinque e il settecento. Un esempio storico: Pietro Della Valle. Uluslararası İtalyanca Dil Öğretimi Konferansı. Rumelide Dil ve edebiyat araştırmaları dergisi. Journal Of Language And Literature Studies. S. 50-59).
Burada göstərilir ki, Pietro Della Valle kitabını türk dili dərsliyi kimi tərtib etmişdir. Girişdə türk dilini öyrənməyin əhəmiyyətindən bəhs edən, üç əsas dili müqayisə edən Valle 38 səhifədən ibarət I Kitabın əvvəlində, türk dilinin fonetikası, səslərin tələffüzü, transliterasiya və əlifbanın quruluşunu verir. Ardından saitlərin tələffüz xüsusiyyətlərini izah edir.
II Kitab 60 səhifədən çoxdur. Burada isim, sifət və feildən bəhs olunur. Sözlərin sonluqlarındakı səslərin dəyişməsi, sifətin müqayisə və üstünlük dərəcələri haqqında məlumat verilir. بِلْمَكْ Bilmək feilindən danışarkən kök olaraq əmr şəkli göstərilir بِلْ Bil, düzəltmə olaraq بِلِشْ Biliş sözü misal gətirilir.
Başqa bir nümunədə “qalxan” və ya “təkər” mənasını verən ərəb mənşəli تَرسْ Tərs sözündən yaranan تَرسْخَانَه (tersħāne) Tərsxanə (qalxan evi) mürəkkəb sözünü göstərir.
Valle burada rəqəmlərə, hesablamalara və əbcəd hesabına ayrıca diqqət yetirir.
III Kitab ən qısa olub 11 səhifədən ibarətdir: əvəzliklərin növləri haqqında əyani misallarla məlumat verilir.
IV Kitab (50 səhifədən çox) feillərə həsr olunub. Valle sadə feilləri düzəltmədən fərqləndirir, -maq, -mək şəkilçili məsdərlərdən çoxlu miqdarda misallar gətirir.
V Kitab 34 səhifədən ibarət olub feillərin inkarı, qarşılıq, icbar növləri və köməkçi feillər, indiki zaman haqqında geniş məlumat verilir.
VI Kitabda (30 səhifə) zərf, Vallenin türk dilində zəngin olduğunu qeyd etdiyi nida və şəkilçilər təhlil edilir.
Sonuncu 40 səhifəlik VII Kitab cümlə quruluşu haqqındadır.
Pietro Della Vallenin bu əsəri (La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana) həm tarixi qrammatika baxımından, həm də Azərbaycan dilinin elmi qrammatikasının tədrisinin tarixi nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyət daşıyır. Vatikanın kitabxanasından onun tapılaraq üzünün çıxarılması və ölkəmizdə italyan mütəxəssisləri tərəfindən tərcümə edilərək nəşr edilməsi çox vacibdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, Vallenin Şah Abbasla bağlı məktublarının da Azərbaycana üzünün çıxarılaraq gətirilməsi tariximizin öyrənilməsinə yeni faktlar gətirə bilər.
Грамматика
Abdullayeva G.A. Müasir Azərbaycan dili. II hissə (morfologiya, sintaksis)
- Раздел: Азербайджанский язык → Грамматика
AMİ-nin “Xarici dil (ingilis dili) müəllimliyi” ixtisası üçün dərs vəsaiti. — Bakı: Elm və təhsil, 2013. — 308 səh. Dərs vəsaitinin II hissəsində qrammatika sahəsi, morfologiya və sintaksis şöbələri, bu şöbələrin tədqiqat obyektinə daxil olan bütün məsələlər: nitq hissələri, onlara aid olan kateqoriyalar, nitq hissələrinin quruluş xüsusiyyətləri, sintaktik əlaqələr, söz.
- №1
- 1,47 МБ
- добавлен 17.01.2017 20:54
- описание отредактировано 29.08.2021 00:25
Adilov V., Babazadə R. Mirzə Məhəmməd Əfşar Fənni-sərfü nəhvi-türki (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti)
- Раздел: Азербайджанский язык → Грамматика
Bakı: “Elm və Təhsil”, 2015. — 260 səh. Адилов В., Бабазаде Р. “Наука тюркской грамматики” Мирзы Мухаммеда Эфшара: грамматический очерк, транслитерация, словарь и образцы рукописного текста (на азер. яз.) Mündəricat: Bir neçə söz. Qrammatik oçerk. Mirzə Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsəri və onun Azərbaycan dilçiliyi tarixində yeri. Mətnin.
- №2
- 8,84 МБ
- добавлен 06.05.2016 17:39
- описание отредактировано 29.08.2021 00:25
Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya
- Раздел: Азербайджанский язык → Грамматика
Bakı: Şərq-Qərb, 2007. — 280 səh. — ISBN: 978-9952-34-179-9. Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdə morfologiyanın mühüm məsələləri – əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, fel və zərf), köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat və modal sözlər) və xüsusi nitq hissələri (nida və yamsılamalar) haqqında.
- №3
- 6,35 МБ
- добавлен 03.11.2016 20:49
- описание отредактировано 29.08.2021 00:25
Ismayıl Zülfiyyə. Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr
- Раздел: Азербайджанский язык → Грамматика
Monoqrafiya. — Bakı: Elm və Təhsil, 2012. — 188 s. — ISBN: 9789952802429. Monoqrafiya milli dəyərimiz olan ana dilinə həsr olunub. Əsərdə Azərbaycan dilinin qrammatik quruluşu sistemində, xüsusən ismi birləşmələr sistemində əsaslı mövqeyi olan və indiyə qədər müstəqil tədqiqata cəlb edilməyən qeyri-təyini ismi birləşmələrdən bəhs olunur.
- №4
- 15,75 МБ
- добавлен 07.04.2018 16:20
- описание отредактировано 29.08.2021 00:25
Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Ali məktəblər üçün dərslik
- Раздел: Азербайджанский язык → Грамматика
Bakı: Elm və Təhsil, 2010 Морфология азербайджанского языка. Учебник. 399 стр. на азербайджанском языке. Содержание: Azərbaycan dili anlayışı (Понятие азербайджанского языка) литература (ədəbiyyat) строение грамматики языка. грамматика и ее виды (dilin qrammatik quruluşu. Qrammatika və onun növləri) введение в морфологию (morfologiyaya giriş) классификация частей речи (nitq.
- №5
- 2,14 МБ
- добавлен 16.04.2012 13:59
- описание отредактировано 29.08.2021 00:25
Rəhimov Mirzə. Azərbaycan dilində feil şəkillərinin formalaşması tarixi
- Раздел: Азербайджанский язык → Грамматика
История формирования наклонения глагола (на азербайджанском языке, кириллица), монография, 268 стр. Rəhimov Mirzə. Azərbaycan dilində feil şəkillərinin formalaşması tarixi. Bakı,1965 Əmr şəkli Arzu şəkli Şərt şəkli Vacib şəkli Lazım şəkli
- №6
- 75,31 МБ
- добавлен 16.04.2012 14:57
- описание отредактировано 29.08.2021 00:25
Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası
- Раздел: Азербайджанский язык → Грамматика
Bakı: Elm və təhsil, 2017. — 538 səh. — ISBN: 978-9952-8176-2-1. Kitab türkologiyanın son nailiyyətlərinə istinadən yazılmışdır. Burada Azərbaycan dilinin inkişaf tarixi sistemli şəkildə izah olunmuş, tarixi fonetika və qrammatika, eləcə də leksikologiya məsələləri təkcə Azərbaycan yazılı abidələri yox, həm də Orxon-Yenisey abidələri, M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri.
- №7
- 4,56 МБ
- добавлен 09.02.2018 09:24
- описание отредактировано 29.08.2021 00:25
Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası
- Раздел: Азербайджанский язык → Грамматика
Bakı: Elm və təhsil, 2012. — 464 səh. 2 nəşr. Kitab türkologiyanın son nailiyyətlərinə istinadən yazılmışdır. Burada Azərbaycan dilinin inkişaf tarixi sistemli şəkildə izah olunmuş, tarixi fonetika və qrammatika, eləcə də leksikologiya məsələləri təkcə Azərbaycan yazılı abidələri yox, həm də Orxon-Yenisey abidələri, M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri kimi qədim türk.
- №8
- 25,09 МБ
- добавлен 09.02.2018 20:01
- описание отредактировано 29.08.2021 00:25
Urmi-Xoşnəvis Ə. Azərbaycan Türkçə qrammatikası
- Раздел: Азербайджанский язык → Грамматика
Urmiye, 2001. – 147 s. ISBN: 964-06-0454-2 اذربایجان تورکجه گراماتیکاسی – علی افشار اورمی – خوشنویس
- №9
- 3,37 МБ
- добавлен 20.02.2015 18:44
- описание отредактировано 29.08.2021 00:25
Xəlilov Buludxan. Müasir Azərbayсan dilinin morfologiyası. I hissə
- Раздел: Азербайджанский язык → Грамматика
Bakı: 2000. — 280 səh. Kitab proqramın tələblərinə uyğun şəkildə yazılmış və iki hissədən ibarət olması nəzərdə tutulmuşdur. Kitabın I hissəsində qrammatika haqqında məlumat verilir və qrammatikanın növlərindən, qrammatik anlayışlardan, qrammatik quruluşdan, qrammatikanın dilçiliyin digər şöbələri ilə əlaqəsindən, qrammatikanın morfologiya şöbəsindən və morfologiyanın növlərindən.
- №10
- 2,80 МБ
- добавлен 18.01.2017 00:59
- описание отредактировано 29.08.2021 00:25
Ахундов А. Азәрбајҹан дилинин фонетикасы
- Раздел: Азербайджанский язык → Грамматика
Бакы: Маариф, 1984. — 392 сәһ. Китабда Азәрбајҹан дилинин фонетик гурулушу тәдгиг едилир, саитләр вә самитләр системинин фоноложи тәһлили верилир, дилимизин бүтүн фонетик ваһидләри мүасир вә тарихи бахымдан арашдырылыр. Әсәрдә фонетик һадисәләр, вурғу һаггында әтрафлы мә’лумат верилир, Азәрбајҹан дилинин синтагматик фонетика мәсәләләри зәнҝин материал әсасында тәһлил едилир.
- №11
- 130,16 МБ
- добавлен 16.12.2022 07:07
- описание отредактировано 16.12.2022 21:24
Пирхашеми Теймур. Грамматика азербайджанского языка / تیمور پیرهاشمی. آذری دیلی نین گرامری
- Раздел: Азербайджанский язык → Грамматика
Tabriz: Entesharat-e Daneshgah-e Tabriz, 1990. — 229 p. (in Iranian Azeri) Fehrest: Pishgoftar. Azari dilinin grameri. Nahv. Ezafeh.
- №12
- 4,25 МБ
- добавлен 05.08.2016 20:28
- описание отредактировано 29.08.2021 00:25
Фарзане М.А. Элементарная грамматика азербайджанского языка / محمدعلی فرزانه. مبانی دستور زبان آذربایجانی
- Раздел: Азербайджанский язык → Грамматика
Tehran, Kaviyan, 1305 hijreh. — 61 p. (на азер. и перс. яз.) Содержание: Общие сведения. Фонетика. Лексика.
- №13
- 1,29 МБ
- добавлен 24.04.2014 16:39
- описание отредактировано 29.08.2021 00:25
Ширалиев М.Ш., Севортян Э.В. (ред.) Грамматика азербайджанского языка (фонетика, морфология и синтаксис)
- Раздел: Азербайджанский язык → Грамматика
Баку: Элм, 1971. — 415 с. Настоящее издание, подготовленное сотрудниками Института литературы и языка им. Низами АН Азербайджанской ССР, преследует цель впервые на русском языке дать систематическое изложение описательной грамматики азербайджанского литературного языка. Как первый опыт, книга эта, естественно, не может претендовать на всестороннее и исчерпывающее освещение.
- №14
- 20,45 МБ
- дата добавления неизвестна
- описание отредактировано 29.08.2021 00:25
Һәсәнов Һәсрәт. Мүасир Азәрбајҹан дилиндә сөзлəрин структуру вә формалары
- Раздел: Азербайджанский язык → Грамматика
Азәрбајҹан дөвләт университети, 1985. — 87 səh. Гасанов Хасрат Али оглы. Структура и формы слов в современном азербайджанском языке. Әсәр сөзүн структуру вә формалары проблеминин тәсвиринә һәср олунмушдур. Вәсәитдә систем вә структур, сөзүн фонетик, семантик, морфоложи, көк вә аффиксиал морфемләрин структурлары, сөзүн грамматик вә дахили формалары, дахили форманын.
- №15
- 3,33 МБ
- добавлен 03.06.2015 01:26
- описание отредактировано 29.08.2021 00:25
کۆیلۆ سعید نجاری. آموزش سریع و ساده گرامر زبان ترکی آذربایجانی
- Раздел: Азербайджанский язык → Грамматика
اردبیل، ۱۳۹۷. — 75 ص. مترجم: ائلیار قاراداغلی کتاب آموزش سریع و ساده گرامر زبان ترکی آذربایجانی به قلم کۆیلۆ سعید نجاری به آموزش کامل و گام به گام این زبان میپردازد. كتاب حاضر كه در مقابل شماست ، هدفش آموزش نقش اصوات و اساس و پايه هاي گرامر زبان توركي آزربايجاني مي باشد . با مطالعه اين كتاب ، شما صاحب اطلاعات پايه اي و اساسي در مورد زبان توركي آزربايجاني خواهيد شد.
- №16
- 684,27 КБ
- добавлен 02.10.2021 15:26
- описание отредактировано 03.10.2021 03:16
Azerbaycan dili qrammatikasi
Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mə.
8 milyona satmaq istədilər, indi isə. – “Məhsul” stadionunun son durumu FOTOLARDA
Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında yerləşən “Məhsul” stadionu uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Ümumi ə.
“Startap” təşəbbüsü ilə dünya mediasında məşhurlaşan Fidan Cavadova kimdir?
“BeWorks Automation”ın təsisçisi, azərbaycanlı Fidan Cavadova avtomobillər üçün universal şarj alətinin prototipini yaratmaq üçün kraudfandinq (insa.
Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Sfera.az-ın məlumatına görə, nazir qeyd edib ki, temp.
Müdafiə Nazirliyi məlumat yaydı
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayı.
“Niyə Ənvər Həsənlinin müalicəsini Mədəniyyət Nazirliyi öz üzərinə götürüb”? – Tanınmış jurnalistdən daha bir tənqid
“Niyə Ənvər Həsənlinin müalicəsini Mədəniyyət Nazirliyi öz üzərinə götürüb. Nəyə görə bu təşəbbüs bu işlə bilavasitə məşğul olmağa borclu olan qurum tərəf.
GÜNDƏM
Operativ Qərargahdan YENİ MƏLUMAT – Koronavirusa yoluxanların.
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb. Sfera.az xəbər verir.
DİQQƏTƏ LAYİQ
Metroda işıqlar söndü: Nə baş verir?
Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir. Bu barədə Sfera.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxt.
Hacı Şahini o əvəz edəcək – FOTO
Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq. Sfera.az xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Ş.
Lavrov taxıl sazişinin uzadılmasını “mürəkkəb məsələ” adlandırdı
Taxıl sazişi üzrə öhdəliklərin bir hissəsi ümumiyyətlə yerinə yetirilmir, ona görə də müqavilənin uzadılması mürəkkəb məsələdir. Sfera.az xəbər ver.
XƏBƏR VAR
Kişilərin əxlaqsız qadınlara maraq göstərməsinin inanılmaz səbəbləri
Araşdırmalar nəticəsində məlum olub ki, yüngül əxlaqlı qadınlara meyl edən kişilər həqiqətdə bir gecəlik intim xidmət qarşılığında fərqli bir şey umurlar. Mütəx.
Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Sfera.az-ın məlumatına görə, nazir qeyd edib ki, temp.
Dünyanın 3 ən cəsur insanı – Qütblərin sirlərini açmaq üçün şarla yola çıxan və sirli ölümləri ilə tarix yazan ekipaj
Bu dəfə sizə dünyanın ən cəsur insanlarından ibarət bir komandanın başına gələn elə faciəvi macəradan danışacağıq ki, heyran qalacaqsınız. Macəra 19-cu əsrdə Şi.
Müdafiə Nazirliyi məlumat yaydı
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayı.
Türkiyədə zəlzələdən bir ay sonra dağıntılar altından üç balası doğulan it xilas edildi – FOTO
Türkiyədə baş verən dağıdıcı zəlzələdən 28 gün sonra Hatay vilayətində bütün bu müddət ərzində bir evin dağıntıları altından sağ qalan it xilas edilib. Xilasedi.
Cennifer Lopez və Ben Afflek 64 milyon dollara malikanə aldıar – FOTOLAR
Amerikalı müğənni və aktrisa Cennifer Lopez və amerikalı aktyor Ben Afflek təxminən iki illik axtarışlardan sonra nəhayət ki, ev tapıblar. Sfera.az b.
Motsartın musiqisi IQ və epilepsiyaya necə təsir edir?
Volfqanq Motsartın musiqisinin möcüzəvi gücü haqqında illər ərzində deyilən hər şeyi bir araya toplasanız, onun əslində hansısa sehri olduğunu düşünə bilərsiniz.
“Niyə Ənvər Həsənlinin müalicəsini Mədəniyyət Nazirliyi öz üzərinə götürüb”? – Tanınmış jurnalistdən daha bir tənqid
“Niyə Ənvər Həsənlinin müalicəsini Mədəniyyət Nazirliyi öz üzərinə götürüb. Nəyə görə bu təşəbbüs bu işlə bilavasitə məşğul olmağa borclu olan qurum tərəf.
Türk lirəsi dollar qarşısında rekord dərəcədə ucuzlaşdı
Türk lirəsi ABŞ dolları qarşısında rekord dərəcədə ucuzlaşaraq 18,9620 lirə səviyyəsinə enib. Sfera.az “report”a istinadən xəbər v.
İqtisadiyyat
Xəzərlə bağlı ŞOK PROQNOZ
Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir. Sfera.az axar.az-a .
Metroda işıqlar söndü: Nə baş verir?
Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir. Bu barədə Sfera.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxt.
Türkiyədə 8 müəssisə karantinə alındı
Türkiyədə heyvanlarda SAT-2 serotipli ayaq-ağız xəstəliyi ilə bağlı ilk yoluxma halı aşkar edilib. Bu barədə Kənd və Meşə Təsərrüfatı Nazirliyi açı.
Bu ölkə 2028-ci ilə qədər uşaqlıq boynu xərçənginin kökünü kəsməyi planlaşdırır
Hazırda Avstraliyada hər 100.000 qadından 6,5-i uşaqlıq boynu xərçəngindən əziyyət çəkir ki, bu da dünyada qadınlar arasında ən çox rast gəlinən dördüncü xərçən.
Hacı Şahinin ailəsindən MÜRACİƏT
Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır. Sfera.az xəbər verir ki, bununla bağlı mərhum ilahiyyatçının feysbuk .
Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin olundu
Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martı.
Petr Pavel rəsmən Çexiya prezidenti oldu
Cümə axşamı, martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib. O, artıq rəsmən ölkənin dördüncü prezidenti .
Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 12 nəfər saxlanıldı
Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 12 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a ver.
İsmayıllıda növbəti səyyar qəbul keçirildi – FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH başçısı Nahid Bağırov İsmayıllı rayon Qaraqaya kəndində kənd sakinləri ilə səyyar görüş keçirib.
Comments are closed, but trackbacks and pingbacks are open.