Press "Enter" to skip to content

Azərbaycan dilinin sintaksisi

Sintaksis dilin qrammatik quruluşu haqqında elm olub sintaktik vahidlər sistemini (söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik bütövlər) sintaktik vahidlərin qurulması və bağlanma vasitələrini öyrənir.

Sintaksis

Sintaksis (yun. syntaxis) — qrammatikanın bir şöbəsidir. Qrammatikannın sintaksis bölməsində söz birləşmələri və cümlələrdən bəhs olunur.

Etimologiyası

Sintaksis sözü Qədim Yunan dilində σῠ́ντᾰξῐς (súntaxis) birləşmə, tərtibat deməkdir. Sintaksis sözü dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işlənir.

Tarixi

Dilçilik tarixində Sintaksisə aid ilk məlumatlara Qədim Hind dilçiliyində rast gəlmək olar. Hind qrammatikalarında sintaksisə müəyyən yer verilmişdir. Bu bölmədə hal, zaman və şəkil formalarının işlənmə qaydaları göstərilmişdir. Antik dilçiliyin ikinci qolunu təşkil edən İskəndəriyyə qrammatikası məktəbinin nümayəndələri sintaksis məsələləri ilə məşğul olmuşlar. Frakiyalı Dionisinin cümləyə verdiyi tərif 2000 ildən artıqdır ki, kiçik dəyişikliklərlə normativ qrammatikalarda yaşamaqdadır.

Dilçilik elmində sintaksis məsələlərinə ilk dəfə XVII-XVIII əsrlərdə Fransada formalaşmış Por-Royal qrammatikası məktəbi nümayəndələri toxunmuşlar. Por-Royal monastrının rahibləri olan A.Arno məntiqçi, Lanslo isə dilçi idi. Onların 1660-cı ildə nəşr etdirdikləri “Ümumi rasional qrammatika” kitabı fonetika və qrammatika hissələrindən, qrammatika isə öz növbəsində, morfologiya və sintaksis bölmələrindən ibarətdir. Sintaksis bəhsində ikiüzvlü və üçüzvlü vahidlərdən danışılır.

1871-1888-ci illərdə Gənc qrammatiklər məktəbinin nümayəndəsi Bertold Delbryuk və F. Vindşin birlikdə yazdığı beşcildlik “Sintaktik tədqiqatlar” əsərində Sintaksis məsələlərinə gəniş yer verilmişdir.

Azərbaycan dilçiliyində isə K. Abdullayevin “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, Q. Kazımovun “Müasir Azərbaycan dili. Sintaksis”, B. Xəlilovun “Müasir Azərbaycan dili (Sintaksis)” Ə. Abdullayev, Y. Seyidov və A. Həsənovun birgə yazdığı “Müasir Azərbaycan dili. Sintaksis” kitablarında və digər müəlliflərin əsərlərində, müxtəlif namizədlik dissertasiyalarında, müasir elmi ədəbiyyatda çap olunan məqalələrdə Sintaksis məsələlərinə aydınlıq gətirilmişdir.

Haqqında

Sintaksis dilin qrammatik quruluşu haqqında elm olub sintaktik vahidlər sistemini (söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik bütövlər) sintaktik vahidlərin qurulması və bağlanma vasitələrini öyrənir.

Sintaksis sözünün dilin sintaktik quruluşu mənası dedikdə söz birləşmələrinin və cümlələrin quruluşu başa düşülür. Son dövrlərdə mətn dilçiliyinin yaranması ilə bağlı olaraq mətn də sintaksisdə öyrənilir. Dilin sintaktik quruluşu dedikdə söz birləşməsi, cümlə ilə yanaşı, mətnin quruluşu da bura daxildir. Mətn cümlələrin bir-biri ilə əlaqələnməsi ilə yaranır. Sintaksis sözünün dilin sintaktik quruluşundan bəhs edən elm mənası dedikdə isə dilin sintaktik quruluşunu öyrənən dilçilik şöbəsi nəzərdə tutulur. Qrammatikanın bir şöbəsi olan sintaksis isə sözlərin söz birləşməsi və cümlə, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarından bəhs edən elmdir.

Qeyd: Mətn sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyidir. Mətnlər makro və mikro olmaqla iki yerə ayrılır. Mikromətnlərə sintaktik bütövlər də deyilir. Ümumiyyətlə, cümlələr sintaktik-semantik cəhətdən birləşərək mikromətnləri, yəni sintaktik bütövləri əmələ gətirir.

Söz birləşmələri – iki və daha atıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Köməkçi nitq hissələri də söz birləşməsində iştirak edə bilər, lakin söz birəşməsinin tərəfi ola bilməz.

Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də əşya və hadisələri adlandırır. Sintaksisi söz birləşmələrinin quruluş modelləri, növləri, qrammatik əlamətləri, mürəkkəb söz və cümlə yaradıcılığında rolu ətraflı nəzərdən keçirilir.

Sintaktik əlaqələr – qrammatik vasitələrin ilkin istifadəsi dövründə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından istifadə olunmuşdur. Daha sonralar əlaqə üsulları təkmilləşmiş və qoşulma, uzlaşma, idarə əlaqələri meydana çıxmışdır. Lüğət tərkibi zənginləşdikcə sözlər arasındakı qrammatik əlaqələnmə üsulları da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif söz birləşmələri və cümlələr formalaşmışdır. Söz birləşməsi və cümlələr iki cür əlaqə ilə əlaqələnir.

Məna əlaqəsi
Sintaktik əlaqə

Sintaktik əlaqələrin də iki növü var: tabesizlik əlaqəsi və tabelilik əlaqəsi.

Cümlə – bitmiş fikir ifadə edən söz və ya söz birləşməsinə deyilir.

İntonasiyasına görə cümlənin 4 növü var: Nəqli, Sual, Əmr, Nida cümlələri.

Cümləni təşkil edən sözlər müəyyən cümlə üzvü olur. Mübtəda və Xəbər cümlənin baş üzvləri, Təyin, Tamamlıq, Zərflik isə cümlənin ikinci dərəcəli üzvləridir. Mübtəda və Xəbər cümlənin qrammatik əsasını təşkil edir.

Cümlə quruluşuna görə sadə və mürəkkəb ola bilər. Mürəkkəb cümlələr də tabeli və tabesiz mürəkkəb cümlələrə ayrılır. Sadə cümlənin bir qrammatik əsası olur. Mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası ola bilər .

Azərbaycan dilinin sintaksisi

Azərbaycan dilində söz birləşmələri birinci növbədə sərbəst və sabit birləşmələr deyə iki yerə bölünür (sərbəst birləşmə-görkəmli yazıçı; sabit birləşmə-əldən düşmək).

Tabe edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri belə müəyyənləşib: ismi birləşmələr (dəmir qapı, ağlayan uşaq, oxunacaq kitab və s.) və feli birləşmələr (kəndə getmək, hekayəni oxuyan, taxıl əkmək və s.)

Azərbaycan dilində cümlə məqsəd və intonasiyaya görə dörd növə ayrılır: nəqli, sual, əmr və nida cümlələri.

Azərbaycan dilində cümlənin iki baş (mübtəda və xəbər), üç ikinci dərəcəli üzvü (tamamlıq, təyin və zərflik) var.

Azərbaycan dili cümlələrində söz sırası müəyyən qayda-qanuna tabe olur. Belə ki, hər bir cümlə üzvü müəyyən sıra ilə digər üzvün yanında gəlir. Bunu belə qruplaşdırmaq olar:

1) mübtəda – xəbər; 2) təyin – təyin olunan; 3) zərflik – xəbər; 4) zərflik – təyin; 5) tamamlıq – xəbər və s.

Cümlə üzvlərinin iştirakına görə Azərbaycan dilinin sadə cümlələri cüttərkibli, təktərkibli, geniş, müxtəsər, bütöv və yarımçıq deyə altı növə ayrılır.

Azərbaycan dilinin mürəkkəb cümlələri tabesiz və tabeli mürəkkəb cümlələr olmaq üzrə iki yerə bölünür.

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bir-biri ilə müəyyən məna əlaqələri ilə bağlanır. Bu əlaqələr aşağıdakılardır: zaman, yer, ardıcıllıq, səbəb-nəticə, aydınlaşdırma, ziddiyyət və birləşdirmə əlaqələri.

Tabeli mürəkkəb cümlələrdə iki qütb var: baş və budaq cümlələr. Azərbaycan dilində budaq cümlələrin ondan yuxarı növü vardır: mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, təyin budaq cümləsi, tamamlıq budaq cümləsi, zərflik budaq cümləsi (zaman, yer, tərzi-hərəkət, səbəb-məqsəd, kəmiyyət, şərt, nəticə, qarşılaşdırma) budaq cümlələri.

Sintaktik əlaqələr

Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:

  1. Məna əlaqəsi
  2. Sintaktik əlaqə

Məsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla baxırdı; sözlərri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstərmək olar:

Sözlər arasındaki sintaktik əlaqələr iki cür olur:

Tabesizlik əlaqələri

Tabesizlik əlaqələrində tərəflər bərabər hüquqlu olur. Tərəflərdən biri o birinə tabe olmur, o birini aydınlaşdırır. Məsələn: Qəssablar qoyunları kəstilər, soydular. Aşbazlar manqalları hazırladılar, qazanları hazırladılar. Bağımızda alma, armud, heyva, gilas ağacları var.
Tabesizlik əlaqəsi özünü cümlənin həmcins üzvləri arasında göstərir. Tərəflər ya sadalana intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Su altındaki ağ balıqqulaqları və çınqılları adamın xoşuna gəlirdi. Qara, qırmızı, sarı çınqıllar.
Birinci cümlədəki bağlayıcısı, ikinci cümlədəki qara, qırmızı, sarı sözləri sadalama intonasiyası ilə əlaqələnmişdir.

Tabelilik əlaqələri

Tabəlilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur, o birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir.
Tabəlilik əlaqəsində tərəflərdən biri əsas, digəri asılı tərəf adlanir. Asılı tərəf əsas tərəfə tabe olur. Məsələn: Dəmir peç otağı bəkr qızdırırdı – cümləsini belə göstərmək olar:

Tabelilik əlaqəsinin üç növü var:

  1. Yanaşma əlaqəsi
  2. Uzlaşma əlaqəsi
  3. İdarə əlaqəsi

Yanaşma əlaqəsi

Asılı tərəfin heç bir şəiklçi qəbul etmədən əsas tərəfə yanaşıb ona mənaca bağlanmasına yanaşma əlaqəsi deyilir.
Yanaşma əlaqəsində əvvə asılı tərəf, sonra əsas tərəf işlənir. Uzlaşma əlaqəsində şəxs və şəkilçilərdən, idarə əlaqəsində hal şəkilçilərindən istifadə edildiyi halda, yanaşma əlaqəsinin heç bir şəkilçisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir sözdəyiş`dirici şəkilçiyə ehdiyac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Məsələn: Qalın meşə sıx duman bürümüşdü – cümləsində qalın sözü meşə, sıx sözü duman sözünə yanaşır.

Uzlaşma əlaqəsi

Asılı tərəfin əsas şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada mübtəda əsas, xəbər asılı tərəfdir. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir və onunla uzlaşır. Məsələn:
Mən böyüyürəm
Biz boy atırıq
Siz gəncləşirsiniz
Onlar işləyirlər

I və II şəxslərdə xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə həmişə uzlaşır və uzlaşma pozulmur. III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşada bilir, uzlaşmaya da bilir. Məsələn: Qonaqlar gəldilər də deyilir, qonaqlar gəldi də deyilir.

İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:

Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi hər üç şəxsdə ola bilir, ona görə də uzlaşma hər üç şəxsdə olur:

İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ad uzlaşma olur. Məsələn: məktəb binası, sənin məqsədin tipli birləşmələrdə ikinci tərəf birinci tərəf ilə uzlaşır.

İdarə əlaqəsi

Əsas tərəfin tələbi ilə asılı tərəfi müəyyən düşməsinə idarə əlaqəsi deyilir.
İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlıq haldan başqa, qalan beş haldan olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn:
Evin qapısı – təsirlik
Evi təmizləyən – çıxışlıq
Evə gələndə – yerlik – birləşmələrində evin, evi, evə sözləri asılı tərəf, qapısı, təmizləyən, gələndə sözləri əsas tərəf, idarə edən tərəfdir.
İdarə əlaqəsində əsas tərəf əksərən fellərdən ibarət olur. Lakin başqa nitq hissələri də əsas tərəf ola bilir. Məs: anaya hörhət, şagirdlərdən bir neçəsi birləşməsində hörmət, bir neçəsi sözləri əsas tərəf, anaya, şagirdlərdən sözləri asılı tərəfdir.

  • Teqlər:
  • sintaksis
  • , sintaktik əlaqə
  • , sintaktik elaqeler

Comments are closed, but trackbacks and pingbacks are open.