Press "Enter" to skip to content

Azərbaycan dili dərsləri

Online dərslərin keçirilməsi necə olur ?
Dərslərə necə qoşula bilərsiz ?

Azerbaycan dili ümumi testleri

Biz sizə ecazkar bir diyardan-Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən-onun həyatından, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var.

Azərbaycan coğrafi addır. Azərbaycan adı bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. “Azər”-od, atəş deməkdir. Əbədi yanar od qədim zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasının simvolu hesab olunub. Çünki bu ərazidə təbii olaraq yanan məşəllər var. Təbiətdəki bu möcüzələrdən biri də Abşeron yarımadasında Məhəmmədi kəndindəki “Yanar dağ”dır. Suraxanıda isə heç vaxt sönməyən odun üzərində “Atəşgah” adlı qədim abidə var. Bu fenomen Azərbaycanın dünyada “Odlar Yurdu” kimi tanınmağına səbəb olub.

Digər tərəfdən isə Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu “Azər” tayfalarının adından götürülmüşdür. “Azər” – “az” və “ər” tərkibindən ibarətdir. Türk dillərində “az”ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. “Azər”-yəni “ər kişi”, “ər oğlu”, “od qoruyan” deməkdir. Deməli “Azərbaycan” bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlib.

Azərbaycanın ərazisi arxeoloqlar üçün zəngin bir mənbədir. Qarabağda Azıx mağarasında aparılan qazıntılar Azərbaycanda 2 milyon il əvvəl insan sivilizasiyasının izlərini aşkar edib. Aşel dövründən olan, Azıxantrop kimi tanınan insan çənəsi Azərbaycan ərazisində erkən insan məskunlaşmasının olduğunu deməyə əsas verir. Məhz bu tapıntı Azərbaycanı Avropada erkən insanın yaşayış xəritəsinə daxil etmişdir.

Azərbaycanda dövlətçilik tarixinin isə beş min illik yaşı var. Bu ərazidə ilk dövlətlər bizim eradan əvvəl 4-3-cü minilliklərdə yaranıb.

Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalan xalça naxışları bizə çox şeylərdən xəbər verir. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa gəlmək, onu qarış-qarış gəzmək, onunla və xalqı ilə yaxından tanış olmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa epik abidələrdə təcəssüm edib. Bu əsrarəngiz məmləkət filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların vətənidir. Azərbaycan Nizami Gəncəvi, Xəqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Yusif Məmmədəliyev kimi bir sıra tanınmış elm və ictimai xadimlərin vətənidir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq ölkələrə gedib çıxırlar.
Azərbaycan xalçaları qeyri-adi dizaynı, dolğun rəngləri, özünəməxsus toxuculuq texnikası ilə bənzərsizdir. Azərbaycanın bu qədim sənət nümunələri hazırda dünyanın Viktoriya və Albert Muzeyi (London), Tekstil Muzeyi (Vaşinqton), Luvr (Paris), Topkapı (İstanbul), Ermitaj (Sankt-Peterburq) kimi məşhur muzey və qalereyalarında nümayiş etdirilir.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynayıblar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və digər problemlər daxildir.

Azərbaycanda həmçinin musiqi ənənələrinin dərin kökləri var. Ölkədə aşkar edilmiş ən qədim musiqi aləti Qobustandakı qavaldaşdır. Azərbaycan musiqi irsinin bir hissəsi kimi muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Azərbaycan eyni zamanda Şərqdə klassik musiqisinin beşiyi kimi tanınır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulub. Bunun ardınca isə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu “Qız Qalası” baleti müsəlman şərqində ilk dəfə oynanılıb. Eləcə də 1912-ci ilin aprelində Şövkət Məmmədova ilk müsəlman qadın opera müğənnisi kimi tarixə düşüb.

Sonrakı onilliklər ərzində Qara Qarayev və Fikrət Əmirovun əsərləri klassik musiqi irsində silinməz iz qoydu. 1950-1970-ci illərdə caz ilə muğamın unikal sintezini yaradan Vaqif Mustafazadə Azərbaycanı Şərqdə cazın mərkəzlərindən biri etdi. Yeri gəlmişkən Vaqif Mustafazadə ilə eyni səhnəni bölüşən Amerikanın əfsanəvi bluz ifaçısı B.B.King Azərbaycan caz məktəbinin banisinin piano ifasına öz vurğunluğunu bildirib.

Azərbaycan zəngin memarlığı ilə də tanınır. Ölkənin tarixinin hər dövrü müəyyən bir iz saxlayıb. Qafqaz Albaniyası dövründən bəri olan abidələr bu günədək qorunur.

Təbriz, Naxçıvan, Şirvan və Abşeron memarlıq məktəbləri bir çox incilərini təqdim etmişdir. Yusif ibn Kuseyr (1162) və Möminə Xatun (1186) türbələri, Bərdə türbəsi (1322), Bakının rəmzi olan Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460), Mərdəkan (1232), Nardaran (1301) və Ramana qəsrləri (12-14-cü əsrlər), Şəki xan Sarayı (18-ci əsr) kimi tarixi abidələr buna misal ola bilər.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

“Azərbaycan” deyəndə göz önünə həm də onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə yandırmaq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı və bu gün də Azərbaycan region və Avropa ölkələrinin əsas neft təchizatçılarındandır.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri həyata keçirilir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialından faydalı istifadə edərək regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilib.

Dini tolerantlıq və müxtəlif sivilizasiyaların məskəni olan Azərbaycan öz tarixi missiyasını davam etdirir və Qərblə Şərqi mükəmməl şəkildə bir arada tutur və doğmalaşdırır.

  • 454 Portalda olan xidmətlərin sayı

Azərbaycan dili dərsləri

Dərslər Xaricdə təhsil almış yerli və əcnəbi mütəxəsis müəllimlər tərəfindən keçirilir. Dərsin keyfiyyətinə 100% zəmanət verilir. Sizə şirkətimiz tərəfindən derslikler pdf şekilde gönderilecek! Online derslere start verdik. Evde qalaq amma təhsilsiz qalmayaq deyə —– Yüksek seviyyeli ders almaq istəyənlər bize muraciət edin biz sizler üçün her şeyin ən yaxşısını seçdik. Mükəmməlliyə doğru birgə addımlayaq.
Dərslər Azərbaycan və Rus bölmələri üzrə Fərdi və Qrup şəkilində 0-dan mükəmməl səviyyəyə qədər yəni A1- C2 qədər tədris olunur.

Yüksək ixtisaslı müəllimlər tərəfindən keçirilireş.

İntensiv dərs metodikası istədikdə də belə qiymətdə dəyişiklik olunmur !
Hər ay sonu kursumuz tərəfindən nəticəyə nəzarət üçün levellərə uyğun sınaq imtahanı təşkil olunur !

Dərslər həftədə 2-3 dəfə (sərbəst seçim)
Bir dərs – 1.5 saat (90 dəqiqə) – həftədə 2 dəfə
Bir dərs – 1 saat (60 dəqiqə) – həftədə 3 dəfə

Xüsusi proqram
️ Səviyyə yoxlanışı
İlk dərs sınaq dərsidir. 1 dərs iştirak edib dərsin keyfiyyətinə baxa bilərsiniz.
Sonda “Sertifikat” verilir.
Sertifikat Azərbaycan , Rus və İngilis dillərində yazılır.
Həftə sonları Danışıq dərsləri !
Dərslər danışıq üzərində keçirilir. Hər dərs söz bazası artırılır və mütləq danışıqda istifadə olunur.

Online dərslərin keçirilməsi necə olur ?
Dərslərə necə qoşula bilərsiz ?

Online( Skype və ya Zoom ) 6 yaşdan yuxarı hamı üçün nəzərdə tutulan xüsusi hazırlanmış dərs metodikaları ilə yalnız bizdə tədris olunur!

ONLİNE DƏRSLƏRƏ DAXİLDİR;

1)Ümumi İngilis dili
2)Rus dili kursları

Qrup 90AZN (məktəblilər 80 AZN)
Fərdi 120 AZN (məktəblilər 110 AZN)

3)İelts—
Qrup 120 AZN
Fərdi –150 AZN

ÜMUMİ ——-
4)İtalyan dili
5)İspan dili
6)Fransız dili
7)Alman dili
8)Korea dili
9)Ərəb dili
10)Fars dili

Fərdi 150 AZN —-(məktəblilər 140 AZN)

Qrup 100 AZN —- (məktəblilər 90 AZN)

Kursun proqramı ilə bağlı ətraflı məlumat almaq üçün

Şərhə + işarəsi qoymanız kifayətdir.

#AzerbaijanEra#xaricidil#xaricidilkurslari #xaricidiller
#alman dili kursu, #fransiz dili kursu, #ingilis dili kursu, #rus dili kursu, #ispan dili kursu, #ereb dili kursu, #italyan dili kursu, #xarici dil kurslari, #oyredilir, #oyredilmesi, #ders kecirilir, #dersler kecirilir,
#fransız dili kursu, #english lessons, #dil bilgisi, #yaxşı kurs, #ərəb dili kursu, #arab dili kursu, #dərslər keçirilir, #öyrədilir, #kurs, #xarici dil kurslar, #xarici dil dərsləri, #individual, #fərdi , #təklikdə, #qrup şəklində,#ucuz qiymətə kurs, #danışıq dili,

#corel drav, #corel draw, #photoshop, #fotosop, #fotoshop, #autocad, #auto cad, #archi cad, #archicad, #sketchup, #dizayn, #dizayn proqramları, #dizayin programlar, #dizayn proqramlari, #qrafik proqramlar, #arxitektura proqram, #inşaat proqram, #mühəndis proqramı, #muhendis proqramları, #dizayın, #1C, #mühsibat kursu, #buxalteriya kursu, #muhasibatliq kursu, #mühasib proqramı, #1C 8.3, #1C 8.2, #1C 7.7,#dövlət qulluğuna hazırlıq,#dovlet qulluguna hazirliq
#komputer kursu, #komputer proqramlari kursu, #komputer oyrenmek, #kompüter kursu, #kurslar, #kompyuter,#computer kursu#

Comments are closed, but trackbacks and pingbacks are open.