Azərbaycan dilinin leksikası
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: «ayaq», «ağız», «boğaz», «almaq», “çəkmək” və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
Leksika
Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: «qələm» sözünün leksik mənası «yazı alətidir». Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:azadlıq -müstəqillik — sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.
3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn:mürəkkəbqabı — içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: «qələm» sözü əşyanın adını, «qırmızı» əlamətini, «bir» isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Sözün həqiqi və məcazi mənası
Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: «dəmir qapı», «daş divar», «yıımşaq çörək» və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: «dəmir iradə», «daş ürək», «yıımşaq söz» və s. söz birləşmələrindəki birinci tərəflər –«dəmir», «daş» və “yumşaq” sözləri bənzətmə yolu ilə yaranmışdır. «Külək yatdı», «Təbiət gülür», «Təbiət oyanır», «Günəş gizləndi» və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: «ayaq», «ağız», «boğaz», «almaq», “çəkmək” və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
- Ayaq — uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
- Ağız — quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
- Boğaz — uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
- Almaq — kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
- Çəkmək — ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
- Tutmaq— topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
- Acı — acı dərman, acı xatirə, acı söz və s.
- Ağır— ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: «adamın gözü» birləşməsındəki «göz» sözü həqiqimənada, «bulağın gözü» bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi — darağın dişi — hər ikisi isimdir; şirin meyvə — şirin söhbət — hər ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
- Azərbaycan dilinin izahlı lüğəti:1-ci cild (ABCÇD)
- Azərbaycan dilinin izahlı lüğəti: 2-ci cild(EƏFGHXİJK)
- Azərbaycan dilinin izahlı lüğəti: 3-cü cild (QLMNOÖPR)
- Azərbaycan dilinin izahlı lüğəti: 4-cü cild (SŞTUÜVYZ)
- Teqlər:
- leksikologiya
- , leksika
- , omonimlər
- , çoxmənalı sözlər
- , məcazi məna
Azərbaycan dilinin leksikası
Türk dillərinin biri olaraq Azərbaycan dilinin leksik tərkibinin əsasını türk mənşəli sözlər təşkil edir. Bunula bərabər, bu dil oğuz mənşəli olduğu üçün spesifik oğuz sözləri təbəqəsi fərqlənir. Azərbaycan dilində zaman keçdikcə ancaq bu dil üçün səciyyəvi olan sözlər də yaranıb. Məsələn: danışmaq, kənd, tapmaq, uşaq, çöl, dolanmaq, yağış, çıraq, darıxmaq, sırğa, bığ, payız, sümük, zəli, xalq, maral və s.
Təbii ki, tarix boyu Azərbaycan dili digər dillərlə (monqol, ərəb, fars, rus dili və Qərbi Avropa dilləri və s.) qarşılıqlı əlaqədə olmuş və bunun nəticəsində dilin lüğət tərkibinə alınma sözlər də keçmişdir.
Azərbaycan dilinin lüğət tərkibinin lüğət tərkibinin alınma sözlər hissəsini belə qruplaşdırmaq olar:
Monqol dili ilə müştərək sözlər:
ər-er, bal-bal, şor-şor, ayaq-adaq, qatı-xatuu, quda-xuda, qabırqa-xavirqa, saqqal-saxal, balta-balta, qayçı-xayç, çöl-çöl, topraq-tovraq, toz-toos, buz-mös və s.
Fars mənşəli sözlər
Bəxt, dastan, nazik, bədən, qəmgin, xoş, əjdaha, bağban, saatsaz, çeşmə, mis, eyvan, divar, dost, meymun, şirin, sirkə, büst, kəmər, kağız və s.
Ərəb mənşəli sözlər
Kitab, məktəb, şəhər, dövran, idarə, müdir, şimal, tayfa, dükan, xəmir, nəsihət, sifət, fikir, tərəf, məcbur və s.
Rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınma sözlər:
Deputat, dialektika, teatr, artist, start, kabinet, dosent, universitet, briqadir, avtomat, telefon, kompyuter, sirk, dekan və s.
Comments are closed, but trackbacks and pingbacks are open.