Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub
“Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” sessiyası keçirilib
Azerbaycan dilinin orfoqrafiya lugeti 2013
2020-09-07 14:45:00
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” bu həftə çap ediləcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” müəyyən düzəlişlər edildikdən sonra bu həftə ərzində çap üçün nəşriyyata təqdim ediləcək. Bunu Modern.az-a Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O, lüğətə edilən düzəlişlərin texniki və redaktə xarakterli olduğunu nəzərə çatdırıb. M.Nağısoylu “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan lüğətinin siqnal nüsxəsinin artıq çap edildiyini açıqlayaraq bildirib ki, lüğət 1000 ədəd tirajla çap edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. Direktor lüğətin yeni nəşrinin hazır olma vaxtının nəşriyyatdan asılı olduğunu da söyləyib. Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun Lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb. Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. 2019-cu ildə Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb. Yeni lüğətdə təxminən 106 min söz var. Azərbaycan dilinin orfoqrafiya lüğətinin daha əvvəl sentyabr ayında kitab halında nəşr edilərək ictimaiyyətə təqdim olunacağı açıqlanmışdı.
Bu bölməyə aid digər xəbərlər
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” – elmi konfrans
2023-03-04 12:01:00
Dissertasiya şuralarının fəaliyyəti müzakirə olunub
2023-03-02 09:05:14
“Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” sessiyası keçirilib
2023-02-28 17:48:00
AMEA ilə Özbəkistan institutu əməkdaşlıq edəcək
2023-02-28 13:46:00
AMEA prezidenti: “Azərbaycan sülhsevər, ədalətli ölkədir”
2023-02-26 11:47:00
Xocalı faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biridir
2023-02-25 11:25:34
“Azərbaycan dilinin İKT problemləri” adlı respublika konfransı öz işinə başlayıb
2023-02-21 16:58:00
AMEA əməkdaşı ermənilərin ekoloji terrorundan danışdı
2023-02-19 10:37:56
AMEA-nın institutlarında yeni şöbələr yaradılıb
2023-02-15 11:31:31
Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, lüğətin elmi redaktoru, akademik Möhsün Nağısoylu, məsul redaktorlar filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir. Nəşrin rəyçiləri professorlar Buludxan Xəlilov, Qəzənfər Kazımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovadır.
Lüğətə 5000-dən çox söz daxil edilib. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s.
Ümumilikdə yeni lüğətdə söz sayı 90 minə yaxındır.
Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş və 2020-ci il 3 noyabr tarixli qərarı ilə müəyyən edilib.
Lüğətdə müasir dövrdə inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, logistika, idman, kulinariya və turizm terminləri də verilib. Həmçinin dünya təcrübəsinə əsasən dialekt leksikasına, danışıqda işlənən sözlərə də müəyyən yer ayrılıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün tez-tez nəzərə çarpan sinonimlərinin verilməsi halları yeni nəşrdə aradan qaldırılıb. Məsələn, dildə istifadə olunma vəziyyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorum-yetərsay, plyaj-çimərlik, svetofor-işıqfor, vzvod-taqım, yubka-ətək kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanılıb.
Lüğətin 2013-cü il nəşrində eyni sözün müxtəlif variantlarına rast gəlmək mümkündür. Altın-altun, qaboy-qoboy, təlmə-tələsik-tələm-tələsik. Lüğətin yeni nəşrində yuxarıdakı nümunələrin ikinci variantları saxlanılıb, çoxvariantlılıq aradan qaldırılıb. Lüğətə bəzi yeni sözlər – vatsap, vaksin, vayfay, tviter, tvit, manipulyasiya, status-kvo, feysbuk daxil edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.