Press "Enter" to skip to content

Azərbaycan dilinin dünya dilləri içərisində yeri

© 2001-2020 – Müəllif hüquqları qorunur.

Azərbaycan ədəbi dilinin tarixi (1-ci və 2-ci hissə) (PDF)

Universitetlərin filoloji fakültələri üçün nəzərdə tutulan bu dərslik “Azərbaycan ədəbi dilinin tarixi” proqramı əsasında yazılmışdır. Ədəbi dilin tarixi dövrlər üzrə ardıcılıqla təhlil olunur. Dövrlərin müəyyənləşməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Dövr və mərhələlərin dil nümunələri əsasında aparıcı üslub üzərində geniş dayanılır. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.
Cəmiyyətin inkişafı və tarixi şəxsiyyətlərin yetişməsi ilə ədəbi dilin səviyyəsi arasında uyğunluq dərslikdə əyani göstərilir.

© 2001-2020 – Müəllif hüquqları qorunur.

Əlavə

Mətbuat icmalı

  • Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsində olublar Avq 9, 2022
  • Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb Avq 6, 2022
  • Şimali Kiprdə təntənəli Novruz bayramı təşkil edilib Mar 21, 2022
  • Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib Mar 16, 2022
  • Nüvə müharibəsi başlayır? | Rusiya-Ukrayna savaşında son vəziyyət Fev 28, 2022

Azərbaycan dilinin dünya dilləri içərisində yeri

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir.

Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının ana dilidir. Bu dildən hal-hazırda vaxtilə İraqa köçmüş (ehtimal olunur ki, bu köç ilk orta əsrlərdə baş verib. Bir başqa ehtimala görə, köç edən türklər qədim şumerlərin qonşusu olan qədim türklərin nəslindəndir) 200 minə yaxın insan da ana dili kimi istfadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əsasən Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayırlar.

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Flektiv dillərdən (Hind-Avropa, sami-hami və s. dillərdən) fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri müstəqil leksik və qrammatik mənası olan sözlədir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və söz əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.

Son məlumatlara görə, ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı yaşayır. Onun 9 milyona yaxını Azərbaycan Respublikasında, yerdə qalanları isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışlar. Dünya ölkələrində yaşayan azərbaycanlıların sayı təxminən aşağıdakı kimi müəyyən olunmuşdur:

Comments are closed, but trackbacks and pingbacks are open.