Press "Enter" to skip to content

AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFININ ÇOX BÖYÜK SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ VAR

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tenderin qalibləri artıq seçilib: bu, Türkiyə, Britaniya və İspaniya şirkətləridir.

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm toplantısında təmsil olunur

Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarının birgə toplantısı başlayıb.

Toplantıda Dövlət Turizm Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti ilə birgə 11 üzv ölkənin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak edirlər.

Birgə toplantıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni də qatılıb.

Tədbir çərçivəsində “Böyük İpək Yolu”nda vahid turizm marşrutu, şərabçılıq turizmi, BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq, beynəlxalq film festivallarında iştirak, QDİƏT-ə üzv ölkələrində turizm tədbirləri və yarmarkaları, təşkilata üzv dövlətlərin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxilolma və namizədlik siyahısı kimi məsələlər müzakirə edilir.

Bölgələrdə xidmət səviyyəsinin artırılması üçün təlimlər keçirilir

AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFININ ÇOX BÖYÜK SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ VAR

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin dövlətimizin başçısı seçildikdən sonra atdığı ilk addımlardan biri ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş fərmanların imzalanması olmuşdur. 2004-cü il fevralın 11-də təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, ilk növbədə, qeyri-neft sektorunun, xidmət sahələrinin və infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasını, beləliklə, yeni iş yerlərinin açılması, əhalinin güzəranının yaxşılaşdırılması ilə bağlı geniş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizm bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətin, demək olar ki, bütün təbəqələri üçün gəlir mənbəyi rolunu oynayır. Təsdiq edilmiş Dövlət Proqramının yerinə yetirilməsi üçün hazırlanmış tədbirlər planında regionlarda turizm infrastrukturunun yaradılması ilə bağlı təkliflər 30 bənddə öz əksini tapmışdır.

Azərbaycanda turizmin inkişaf etdirilməsi ilə bağlı Gənclər, İdman və Turizm Nazirliyinin fəaliyyət planında məhz regionlarda yeni turizm infrastrukturunun qurulması, yerli və xarici sərmayəçilərin regionlara cəlb olunması və orada yeni turizm müəssisələrinin yaradılması ilə əhalinin məşğulluğunu təmin etmək öncül istiqamət təşkil edir. Bu məqsədlə Turizm Baş İdarəsinin ölkədə turizmin inkişafı ilə bağlı seçilmiş 30 perspektivli rayon və şəhərlərə ezam olunmuş əməkdaşları tərəfindən regionlarda turizmin müxtəlif növlərinin yaradılması üçün ərazilərin öyrənilməsi və sxematik xəritələrin hazırlanması işi aparılır. Sonrakı mərhələdə Azərbaycan üzrə turizm zonalarının müəyyən edilməsi və bu zonalara sərmayələrin cəlb olunması nəzərdə tutulur. Lakin bundan əvvəl turizm zonalarından, yerli potensialdan maksimum dərəcədə səmərəli istifadəni təmin etmək, ətraf mühiti qorumaq məqsədi ilə zonaların əsasnaməsi hazırlanmalı və təsdiq edilməlidir. Zonaların istifadəsi prosesində də əsas meyar regionların inkişafı və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması olacaqdır.

Azərbaycanın təbiətinin zənginliyi və rəngarəngliyi regionlarda turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Kortəbii olsa da, yerli əhali artıq belə imkandan istifadə edir. Kənd turizmi ilə məşğul olaraq, ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış yeri, yemək verir, hətta bəzi kəndlərdə ekskursiya xidmətləri də göstərirlər. Qeyd etmək lazımdır ki, turistləri qəbul edən kəndli ilə yanaşı, göstərilən xidmətlərə görə digər sakinlər də mənfəət əldə edirlər. Belə ki, qonşu kəndlilər istehsal etdikləri ərzaq məhsullarını, əl işlərini turistlərə satmaq imkanı qazanırlar. Bizdə olan məlumatlara görə, belə kənd evlərinin sayı hər mövsüm artmaqdadır. Sosial rifahın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayan bu turizm növünün dəstəklənməsi məqsədi ilə Turizm Baş İdarəsi kənd turizminin təbliğ olunması və inkişaf etdirilməsi üçün daim regionlarda treninqlər və təlim kursları təşkil edir. Kənd turizmi maddi gəlir mənbəyi olmaqdan əlavə, mədəniyyətimizin, adət-ənənələrimizin, mətbəximizin təbliğində əvəzedilməz amildir və inanırıq ki, yaxın gələcəkdə Azərbaycanın bütün bölgələrində geniş vüsət tapacaqdır.

Regionlarda mövcud olan problemləri yaxından öyrənmək məqsədi ilə respublika Prezidenti yanında fəaliyyət göstərən Sahibkarlar Şurasının nəzdində regionlarda sahibkarlığın inkişafı işçi qrupu yaradılmışdır. Turizm Baş İdarəsinin əməkdaşının da üzv olduğu qrup regionlara mütəmadi səfər edir, müxtəlif fəaliyyət növləri ilə məşğul olan sahibkarlarla yanaşı, turizm sektorunda çalışan iş adamları ilə də görüşlər keçirir. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsinə töhfə verəcəkdir.

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində önəmli rol oynayan məqamlardan biri də turizm sahəsində fəaliyyət göstərən sahibkarların turizm infrastrukturunun yaradılmasına dair təqdim etdikləri layihələrin nəzərdə tutulmuş proqramlar üzrə maliyyələşdirilməsinə üstünlük verilməsidir. Belə layihələrin aidiyyəti qurumlar tərəfindən dəstəklənməsi regionlarda da turizm axınının güclənməsinə təsir edə biləcək turist xidmət sahələrinin yaradılmasına və inkişafına müsbət təsirini göstərəcəkdir.

Gənclər, İdman və Turizm Nazirliyi regionların turizm potensialının tədqiq və təbliğ olunması məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı ilə birgə Azərbaycanın yeddi rayonunda turist informasiya mərkəzinin yaradılması işinə başlamışdır. Turizm Təbliğat maşınının tərkib hissəsi olmaqla yanaşı, bu mərkəzlər yerlərdə turizm sahəsi üzrə mütəxəssislərin hazırlanması funksiyasını da yerinə yetirərək, regionlarda mövcud olan kadr boşluğunun aradan qaldırılmasında əvəzsiz rol oynayacaqdır.

Göründüyü kimi, Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin əsasını regionlarda turizm sektorunun inkişaf etdirilməsi və bununla da sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması təşkil edir.

gənclər, idman və turizm

daxili turizmin inkişafı

Azerbaycan iqtisadi turizm

Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet. Lorem ipsum dolor sit amet.

Azərbaycanda turizm iqtisadi zonaları yaradılır

12:57 – 31 Январь 2018

31 yanvar, Fineko/abc.az. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi üç yeni turizm zonasının yaradılmasına dair beynəlxalq tender elan edib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tenderin qalibləri artıq seçilib: bu, Türkiyə, Britaniya və İspaniya şirkətləridir.

“Layihə çərçivəsində üç turizm zonası yaradılacaq: Xızı-Xaçmaz, Quba və Qusar zonaları”, – nazir belə deyib.

Onun sözlərinə görə, tenderin qalibləri cari ilin ortasında öz layihələrinin işlənməsini tamamlamalıdırlar. Layihələr, baxılması üçün Nazirlər Kabinetinə və ölkə prezidentinə təqdim ediləcək.

“Layihələr xüsusi azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutacaq”, – Ə.Qarayev belə deyib.

Похожие статьи

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

  • Azerbaycan turizm statistikasi

    Azerbaycan turizm statistikasi Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı Azerbaycan turizm statistikasi…

  • Azerbaycanda turizm iqtisadiyyat

    Azərbaycanda daha əlçatan turizm şəbəkələri yaradılacaq – Nazir Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri…

  • Azerbaycan iqtisadiyyati fenni

    Sabah” MƏRKƏZİ “AZƏrbaycan iQTİsadiyyati” FƏNNİ Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar….

Comments are closed, but trackbacks and pingbacks are open.