Press "Enter" to skip to content

ABŞ iqtisadiyyatı 2019-cu ildə 2,3 faiz artıb

2019-cu ilin son 3 ayı ərzində ABŞ iqtisadiyyatının artımı 2,1 faiz, bütün il üzrə isə 2,3 faiz təşkil edib. Ölkənin Ticarət Nazirliyinin bəyanatına görə, bu, son 3 il ərzində iqtisadi inkişafın ən aşağı artım sürətidir.

Xankəndi

Qafqazda yerləşən ölkələr (Ermənistan, Azərbaycan, Gürcüstan) regional iqtisadiyyat və təhlükəsizlik problemlərinin təsirinə məruz qalmaqda davam edir.

Lakin Avropa Yenidənqurma və İnkişaf Bankının ən son iqtisadi proqnozuna uyğun olaraq onların 2015-16-cı illərdə artımı qoruyub saxlayacağı gözlənilir.

“APA-Economics” xəbər verir ki, AYİB-in proqnozuna görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, qeyri-neft sektorunda ÜDM isə 6,4% artıb.

Azərbaycanın xarici valyuta ehtiyatları (konversiya olunan valyutalarda) 2014-cü ilin noyabrında 13,2 mlrd. dollar olduğu halda, neft qiymətlərinin enməsi səbəbindən azalaraq cari ilin avqustunda təxminən 5,3 mlrd. dollara bərabər olub. Azərbaycanın ümumi likvidlik mövqeyi möhkəm olaraq qalıb və Dövlət Neft Fondunun əhəmiyyətli aktivləri hesabına dəstəklənib.

Cari ilin fevralında – demək olar ki, iki onillik ərzində davam edən sabit mübadilə məzənnəsi dövründən sonra Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına nisbətdə manatın dəyərini 25% azaldıb. Bunun sayəsində maliyyə balansında və xarici balansda gərginlik azaldılıb, lakin bank sektorunda balans cədvəli problemləri yaranıb.

AYİB cari ildə Azərbaycan ÜDM proqnozunu 3%-ə qədər, 2016-cı ildə isə 2,5%-ə qədər yüksəldib.

ABŞ iqtisadiyyatı 2019-cu ildə 2,3 faiz artıb

2019-cu ilin son 3 ayı ərzində ABŞ iqtisadiyyatının artımı 2,1 faiz, bütün il üzrə isə 2,3 faiz təşkil edib. Ölkənin Ticarət Nazirliyinin bəyanatına görə, bu, son 3 il ərzində iqtisadi inkişafın ən aşağı artım sürətidir.

AZƏRTAC xəbər verir ki, Prezident Donald Tramp administrasiyasının proqnozlarına görə, xüsusən Konqresin 2017-ci ildə həyata keçirdiyi irimiqyaslı vergi islahatlarından sonra illik artım 3 faiz təşkil etməli idi. ÜDM 2018-ci ildə 2,9 faiz və Trampın Prezidentliyinin birinci ilində 2,4 faiz artıb.

“Real ÜDM-in dördüncü rübdə artımı xərclərdən şəxsi sərfetmələrə müsbət əmanətləri, federal hökumətin xərclərini, ştatların və yerli hakimiyyət orqanlarının xərclərini, əsas kapitala və ixracata qoyulan investisiyaları özündə əks etdirir”, – deyə Ticarət Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda, həmçinin bildirilir ki, müəssisələrin investisiyaları və istehsalı azaltmasına baxmayaraq, istehlak xərcləri on birinci ildir ardıcıl olaraq artır. Dövlət xərcləri dördüncü rübdə 2,7 faiz artıb. Buraya xüsusilə hərbi texnika xərcləri, o cümlədən hərbi gəmilər, təyyarələr və raket sistemlərinə sərf olunan xərclər daxildir.

AZƏRTAC-ın Vaşinqton bürosu

Comments are closed, but trackbacks and pingbacks are open.