BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq
Bakı. 11 may. REPORT.AZ/ Dünya Bankı (WB) bu il Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artımın 1,9% olacağını proqnozlaşdırır. “Report”un məlumatına görə, bu, Bankın ötən ilin oktyabr ayında verdiyi proqnozdan 0,3 faiz bəndi çoxdur. WB-nin gələn il üçün regional iqtisadi artım proqnozu isə 1,8%-dir. Qeyd edək ki, Bank bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,4% azalacağını, gələn il 0,6%, 2019-cu ildə isə 1,3% artacağını proqnozlaşdırır. “Bu il kənd təsərrüfatının ÜDM-də payı 3,4 faiz, 2018-ci ildə 4,2 faiz, 2019-cu ildə isə 4,5 faiz bəndi artacaq. Sənayenin ÜDM-də payı bu il 2,9 faiz, gələn il 0,8 faiz bəndi azalacaq, 2019-cu ildə isə 0,3 faiz bəndi artacaq”, – deyə sənəddə qeyd olunub. Bununla yanaşı bildirilir ki, 2017-ci il üçün xidmət sahəsinin ÜDM-də payının 0,8 faiz bəndi azalacağı, 2018-ci ildə 1,8 faiz bəndi, 2019-cu ildə isə 2 faiz bəndi artacağı gözlənilir. Hesabata görə, Azərbaycanda bu il büdcə kəsirinin ÜDM-ə nisbətən 6% olacağı gözlənilir: “Bu rəqəm 2018-ci ildə 8,3%, 2019-cu ildə isə 7,7% olacaq”.
Proqnoz: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 1,3% artacaq
Bakı. 11 may. REPORT.AZ/ Dünya Bankı (WB) bu il Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artımın 1,9% olacağını proqnozlaşdırır. “Report”un məlumatına görə, bu, Bankın ötən ilin oktyabr ayında verdiyi proqnozdan 0,3 faiz bəndi çoxdur. WB-nin gələn il üçün regional iqtisadi artım proqnozu isə 1,8%-dir. Qeyd edək ki, Bank bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,4% azalacağını, gələn il 0,6%, 2019-cu ildə isə 1,3% artacağını proqnozlaşdırır. “Bu il kənd təsərrüfatının ÜDM-də payı 3,4 faiz, 2018-ci ildə 4,2 faiz, 2019-cu ildə isə 4,5 faiz bəndi artacaq. Sənayenin ÜDM-də payı bu il 2,9 faiz, gələn il 0,8 faiz bəndi azalacaq, 2019-cu ildə isə 0,3 faiz bəndi artacaq”, – deyə sənəddə qeyd olunub. Bununla yanaşı bildirilir ki, 2017-ci il üçün xidmət sahəsinin ÜDM-də payının 0,8 faiz bəndi azalacağı, 2018-ci ildə 1,8 faiz bəndi, 2019-cu ildə isə 2 faiz bəndi artacağı gözlənilir. Hesabata görə, Azərbaycanda bu il büdcə kəsirinin ÜDM-ə nisbətən 6% olacağı gözlənilir: “Bu rəqəm 2018-ci ildə 8,3%, 2019-cu ildə isə 7,7% olacaq”.
BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 3,4 faizədək arta bilər.
Fondun proqnozlarına əsasən, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,1 faiz artacaq.
Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında o da qeyd olunub ki, Azərbaycanın iqtisadi artım göstəriciləri MDB-nin (müvafiq olaraq 2,2 və 2,3 faiz artım) və MDB-dəki enerji ehtiyatları ixracatçılarının göstəricilərini (müvafiq olaraq 2,1 və 2,2 faiz artım) üstələyir.
Hesabatda həmçinin bildirilir ki, bu ilin birinci yarısında qlobal iqtisadiyyat zəif artım nümayiş etdirəcək, ilin ikinci yarısında isə bir sıra təşəbbüslər sayəsində artım sürətlənəcək. Məsələn, ABŞ Federal Ehtiyatlar Sistemi artan qlobal risklərə cavab olaraq dolların baza uçot dərəcəsinin yüksəldilməsini dayandırıb ilin sonunadək dərəcəni artırmayacağı barədə xəbərdarlıq edib.
2019-cu ildə qlobal iqtisadi artım 3,3 faiz, 2020-ci ildə 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatı 2019-cu ili hansı nəticələrlə başa vurur? – ŞƏRH
Yola saldığımız ilin iqtisadi yekunları ümumilikdə pozitivdir və böhrandan sonrakı son bir neçə ilin ən yaxşı göstəriciləri məhz bu il qeydə alınıb.
Trend-i buradan izləyin
Bakı. Elçin Mehdiyev – Trend:
Yola saldığımız ilin iqtisadi yekunları ümumilikdə pozitivdir və böhrandan sonrakı son bir neçə ilin ən yaxşı göstəriciləri məhz bu il qeydə alınıb. Əgər rəsmi statistikanın 11 aylıq göstəricilərini bundan öncəki illərin eyni dövrünün göstəriciləri ilə müqayisə etsək, bu halda gerçək mənzərənin necə dəyişdiyini aydın görmək mümkündür.
Bunu Trend-ə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
F.Yusifov bildirib ki, dünya iqtisadiyyatında baş verən böhranın yaratdığı təlatümlərin Azərbaycana təsirləri nəticəsində 2016-ci ilin 11 ayında Ümumi Daxili Məhsulumuz 3,9% azaldı: “Bu, son illər ərzində dünyada ən böyük iqtisadi artımların qeydə alındığı bir ölkə üçün acınacaqlı bir durum idi. Lakin hökumət ölkə iqtisadiyyatını bu durumdan çıxarmağın mümkün yollarını arayıb tapmaq və böhranın nəticələrinin qısa zaman kəsiyində aradan qaldırmağa müvəffəq oldu.
Görülən tədbirlər və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun daha üstün inkişafını hədəfləyən ciddi qərarların reallaşdırılması nəticəsində iqtisadiyyatdakı geriləmə 2017-ci ildə də demək olar ki, aradan qaldırıldı. Lakin yenə də iqtisadiyyatda əvvəlki illə müqayisədə 0,2% azalma qeydə alındı. Azərbaycan iqtisadiyyatı yalnız 2018-ci ildə – yəni böhrandan sonrakı üçüncü ildə 1,0% artımla yekunlaşdı. Bu isə o demək idi ki, aparılan islahatlar artıq öz nəticələrini verməyə başladı. Lakin qarşıda islahatların daha da dərinləşdirilməsi, ölkə iqtisadiyyatının kölgədə olan hissəsinin leqallaşdırılması kimi ciddi addımlar hesabına daha yüksək nəticələrin əldə olunması kimi hədəflər qoyulmuşdu.
Yola saldığımız ildə bu hədəflərə əsasən çatıldı. Azərbaycan iqtisadiyyatı 2019-cu ili son illərin ən yaxşı iqtisadi göstəriciləri ilə yola salır. İqtisadiyyatın demək olar ki, bütün sektorlarında pozitiv nəticələr əldə olunub. On bir ay ərzində ümumi iqtisadiyyatda 2,1%, qeyri-neft sektorunda 3,5%, qeyri-neft sənayesində 14%, kənd təsərrüfatında 7% artım qeydə alınıb”.
F.Yusifov vurğulayıb ki, bütün bu uğurlar ölkə iqtisadiyyatının güzgüsü olan dövlət büdcəmizin növbəti il üçün gəlir və xərclərində də öz əksini aydın bir şəkildə tapdı: “Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 2017-ci ilin büdcəsinin faktiki gəlirlərindən 7 milyard 618 milyon manat və ya 46,1 faiz, xərcləri isə müvafiq olaraq 9 milyard 319 milyon manat və ya 53 faiz çox olacaq. İki il ərzində büdcənin gəlir və xərclərində belə böyük artımların baş verməsi məhz iqtisadi inkişafın yeni templərə köklənə bilməsi, eyni zamanda aparılan islahatlarla ölkə iqtisadiyyatının qeyri-leqal bölümünün leqallaşdırılması istiqamətində atılan pozitiv addımlar nəticəsində mümkün ola bildi. Bu sahədə görülən tədbirlər və iqtisadiyyatın qeyri-neft sektorunda vergi yükünün əsaslı şəkildə azaldılması kimi mühüm addımlar son nəticədə dövlət büdcəsinə bir milyard manata qədər əlavə vəsaitin daxil olmasına gətirib çıxardı. Bu istiqamətdə tədbirlərin növbəti ildə daha da dərinləşdirilməsi və atılan addımların səmərəliliyinin artırılması hesabına növbəti ildə büdcəyə daha çox vəsaitin axını təmin ediləcək.
Aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının inkişafında əldə olunan pozitiv nəticələr dövlətə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də ciddi addımlar atmağa imkan verdi. Yola saldığımız il ərzində ölkə Prezidenti milyonlarla insanın sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan iki böyük sosial zərf imzaladı. Növbəti ildə Prezidentin imzaladığı iri maliyyə tutumlu sosial zərflərlə nəzərdə tutulan tədbirləri və eyni zamanda, gələn il reallaşdırılacaq sosial müdafiə tədbirlərini maliyyələşdirmək üçün 2020-ci ilin büdcəsində əlavə 4 milyard manat vəsait nəzərdə tutulub.
Bütövlükdə isə növbəti ilin büdcəsində sosial xərclərin xüsusi çəkisi 40 faizə yaxınlaşır. Büdcədə sosial xərclərin səviyyəsinin bu qədər artması dövlətin sosial xarakterini ortaya qoyur. Onun sosial büdcə ola bilməsini şərtləndirən yeganə əsas isə ölkə iqtisadiyyatının dayanıqlığı və aparılan islahatların səmərəliliyidir. Büdcənin gəlirlərini və müvafiq olaraq xərclərini isə yalnız bu yolla artırmaq mümkündür”.
- Azərbaycan
- iqtisadi inkişaf
- Fikrət Yusifov
Похожие статьи
-
UNEC-də “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib Tədbirdə çıxış edən Milli Məclisin deputatı,…
-
Azerbaycan iqtisadiyyati fenni
Sabah” MƏRKƏZİ “AZƏrbaycan iQTİsadiyyati” FƏNNİ Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar….
-
Download Azerbaycan Tarixi – Sual Cavab APK Hacı Çələbi vəfat etdi: Azərbaycan Tarixi Test Toplusu – PDF Məktəb illərində qazanılan biliyin ali…
-
Azərbaycan haqqında Azerbaycan Tarixi 9-Cu Sinif Bsq 2 13.06.2019, Elton Memmedov Azerbaycan Tarixi 9-Cu Sinif Bsq 2 13.06.2019 Video Azerbaycan tarixi…
-
Abituriyentler ucun vesait azerbaycan dili Azərbaycan dilinin və dialektlərinin, xüsusilə Cənubi Azərbaycan çərçivəsində müasir tədqiqat metodlarının…
Comments are closed, but trackbacks and pingbacks are open.