Azərbaycanın qədim kitabxanaları
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Azerbaycan kitabxana isi tarixi
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanda kitabxana işinin tarixi: qısa icmal
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Azərbaycanın qədim kitabxanaları
Azərbaycanda kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başlayıb.
Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb.
İlk şəxsi kitabxanalar
Bəhmənyarın Kitabxanası
Azərbaycanda zəngin kitabxanaların yaranması bir sıra görkəmli şəxslərin adı ilə bağlı olmuşdur.
Belə şəxslərdən biri İbn Sinanın tələbəsi, filosof Əbülhəsən Bəhmənyardır (993-1066). XI əsrdə ən gözəl kitabxanalardan biri Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Bu kitabxana qiymətli kitablarla zəngin olmuş və Bəhmənyar buranı alimlərin fikir mübadiləsi mərkəzinə çevirmişdir. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu. Bəhmənyarın məşhur “Təhsil kitabı” müəllifə yalnız Azərbaycanda deyil, bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin kitabxanasında saxlanılır. Əsərin ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında (Beyrut, İstanbul, Qahirə, London, Vatikan) mühafizə edilməkdədir.
XII-XIII əsr müəlliflərinin çoxu öz əsərlərində Bəhmənyarın adını misilsiz kitab yaradıcısı, elm fədaisi və özündən sonrakı qələm sahiblərinin bir çoxuna güclü təsir göstərən alim kimi çəkmişdir.
Xətib Təbrizinin kitabxanası
Azərbaycan kitabının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri də Xətib Təbrizidir (1030-1109). X.Təbrizinin Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. O, Azərbaycan alimi Əbu Mənsur Məhəmməd Əl-Əzhərinin (895-980) “Təhzibül-lüğə” (“Dilin təmizlənməsi”) kitabını tədqiq edərkən kitabda rastlaşdığı bəzi çətin məsələləri araşdırmaq üçün, həmin kitabı özü ilə götürüb ərəb filosofu Əbül-Üla Müərrinin (973-1057) yanına – Bağdada getmiş və ömrünün sonunadək Bağdadda yaşamış, orada da dəfn edilmişdir. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir.
Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası
Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində N.Tusinin (1201-1274) əməyi misilsizdir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Qəzvin şəhərinin şimalında tikilmiş Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış kitabxanasında müdir işləmişdir. Hülaki xanın göstərişi ilə 1256-cı ildə Tusi həbsdən azad olunmuşdur. Tusinin türk mənşəli olduğunu müəyyənləşdirəndən sonra Hülaki xan onu özünə baş məsləhətçi təyin etmişdir. Bundan sonra Tusi Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura dörd yüz mindən çox kitab toplamışdır. Bu kitabların böyük bir qismi Bağdad, Şam, Əlcəzair, Mosul və digər şəhərlərdən toplanılmışdı. Çox təəssüf ki, 1258-1261-ci illərdə tikilmiş kitabxanadan Tusinin yüz əsərinin hamısı bizə gəlib çatdığı halda, Marağa rəsədxanasındakı kitablardan əsər-əlamət qalmamışdır.
Rəşidəddin və “Rəşidiyyə” kitabxanası
XIII-XIV əsr Azərbaycan və dünya kitabının himayədarı kimi F.Rəşidəddinin (1247-1318) adı xüsusilə qeyd edilir. O, Elxanilər dövlətinin baş vəziri işləmiş və dörd hökmdarın dövründə ölkənin mədəni həyatına, o cümlədən, təhsilin və kitab sərvətinin inkişafına rəhbərlik Rəşidəddinə tapşırılmışdı. O, Təbriz, Qazaniyyə və b. şəhərlərdə bir çox kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. Altmış mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan “Rəşidiyyə” universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar İran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Bu kitablar arasında Azərbaycan müəlliflərinin kitabları da əsas yer tuturdu. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi. Kitab sərvətini qorumaq üçün Rəşidəddin öz himayəsində olan xəttatlara ən zəruri hesab etdiyi kitabların üzünü dəfələrlə köçürtdürüb ölkənin başqa kitabxanalarına göndərirdi ki, təbii fəlakətlər vaxtı xalqın kitab sərvəti itib-batmasın.
Kitabxanaların sonrakı inkişafı
Kitabçılığın inkişaf etdiyi orta əsrlərdən sonra Azərbaycanda artıq bir neçə növ – saray, dini, xüsusi elmi və şəxsi kitabxanalar mövcud idi. Saray kitabxanaları arasında Şirvanşahlar Sarayının kitabxanasını (XII əsr), Təbriz kitabxanalarını (XIII əsr), Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövlətlərinin saray kitabxanalarını (XIV-XVI əsrlər) qeyd etmək lazımdır. Saray kitabxanaları arasında XIV əsrdə Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən yaradılan Təbriz saray kitabxanası çox mühüm yer tuturdu. 1522-ci ildə Şah İsmayıl Xətai kitabxana işi haqqında dövlət fərmanı imzalamışdır. Bu dövrün dini kitabxanaları arasında Ərdəbildəki Şeyx Səfi rəsədxanasının kitabxanası, elmi kitabxanalar arasında isə fondunda 400 000-dən çox kitab olan Marağa rəsədxanasının (XIII əsr) kitabxanası xüsusilə mühüm yer tuturdu. XIX əsrin 40-cı illərindən başlayaraq, Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları meydana gəlməyə başladı. 1905-1907-ci illərdə Azərbaycan milli mədəniyyətinin inkişafı üçün çalışan ziyalılar xeyriyyə cəmiyyətləri təşkil edir, kitab nəşrini yaymağa çalışır, kitabxana və qiraətxanalar açırdılar.
Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-ci illər) M.Ə.Sabir adına Kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradıldı. 1920-ci ildə Azərbaycanda 965 məktəb kitabxanası vardı. Bakı və onun ətraf rayonlarında 50-yə yaxın, rayon və kəndlərdə isə 100-dən çox kitabxana fəaliyyət göstərirdi.
Azerbaycan kitabxana isi tarixi
Abuzər Xələfov
AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TARİXİ
3 hissədə: dərslik/ A. A. Xələfov. III hissə: XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin tarixi
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2010
Dərsliyin III hissəsi XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində respublikamızda müxtəlif kitabxana şəbəkələrinin inkişafı və formalaşması məsələlərinin araşdırılmasına və ümumiləşdirilməsinə həsr edilmişdir. Müəllif kitabxana işinin tarixini Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi tədqiq etmiş, ölkəmizin mədəni inkişafında kitabxanaların rolunu və vəzifələrini elmi şəkildə sistemləşdirmişdir. Dərsliyin son hissəsində XX əsrin əvvəllərində, o cümlədən İlham Əliyevin hakimiyyəti illərində ölkəmizdə müxtəlif kitabxana şəbəkələrinin inkişafının aydın mənzərəsi yaradılmışdır. Dərslikdə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu da şərh edilmişdir.
Abuzər Xələfov
AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TARİXİ
3 hissədə: dərslik/ A. A. Xələfov. II hissə: XX əsrin birinci yarısında Azərbaycanda kitabxana işinin tarixi
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007
Dərsliyin II hissəsi XX əsrin birinci yarısında respublikamızda kitabxanaların yaranması, inkişafı və formalaşması məsələlərinin tədqiqinə və təhlilinə həsr olunmuşdur. Müəllif müxtəlif tipli və növlü kitabxanaların inkişaf xüsusiyyətlərini ölkənin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatı ilə vəhdətdə şərh etmiş, kitab nəşri, mətbuat və mədəniyyətin digər sahələri ilə sıx əlaqələndirmişdir. Dərslikdə ilk dəfə olaraq Azərbaycan Demokratik Cümhuriyyəti dövründə kitabxana quruculuğu məsələləri konkret faktlar və rəqəmlər əsasında təhlil edilmişdir.
Abuzər Xələfov
AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TARİXİ
3 hissədə: dərslik/ A. A. Xələfov. I hissə: Ən qədim dövrlərdən XX əsrə qədər
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004
Müstəqillik illərində ana dilimizdə ilk dəfə nəşr olunan “Azərbaycanda kitabxana işinin tarixi” dərsliyi ən qədim zamanlardan XX əsrə qədərki dövrdə ölkəmizin ərazisində meydana gəlmiş kitabxanaların inkişafını xronoloji ardıcıllıqla əhatə edir. Dərslikdə ayrı-ayrı tarixi mərhələlərdə yaranıb formalaşmış saray, məscid, mədrəsə, məktəb və s. kitabxanaların fəaliyyəti haqqında geniş məlumat verilir.
Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir
Bakı -2009.
Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına 34 illik rəhbərliyi dövründə Azərbaycan Mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində misilsiz xidmətləri, həyata keçirdiyi kitabxana siyasəti ümumiləşdirilmiş və bu siyasətin ulu öndərin layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi işıqlandırılmışdır.Kitabda həmçinin son 5 ildə Respublikamızda kitabxana quruculuğu sahəsində həyata keçirilən böyük dövlət tədbiirləri və əldə edilmiş parlaq nəaliyyətlər öz geniş şərhini tapmışdır.Kitab geniş kitabxana ictimaiyyəti,mədəniyyət tarixçiləri və kitabxanaçılıq təhsili müəsissələrinin professor müəllim heyəti və tələbələri üçün nəzərdə tutulmuşdur.
KİTABXANA MENECMENTİNİN ƏSASLARI
Bakı-2007
Azərbaycan dilində ilk vəsaitdir.
Kitabda əsasən idarəetmənin daha geniş təzahürü kimi meydana çıxan kitabxana menecmentinin mahiyyəti hüquqi əsasları, məqsədi, vəzifələri, funksiyaları və prinsipləri elmi şəkildə ümumiləşdirilərək təhlil edilir.
Əsasən kitabxanaşünas-biblioqraf ixtisasına yiyələnən tələbələr üçün nəzərdə tutulan bu dərs vəsaitindən respublikamızın geniş kitabxana ictimaiyyəti, həmçinin idarəetmə və təşkilatçılıq məsələləri ilə maraqlanan digər mütəxəssislər də istifadə edə bilər:
AZƏRBAYCAN RESPUBLİKASINDA
KİTABXANA İŞİNİN METODİK TƏMİNAT SİSTEMİNİN
İNKİŞAF TARİXİ
(1918-2000-ci illər)
B A K I – 2000
Monoqrafiya Azərbayganda kitabxanaların metodik tə’minat sisteminin yaranması və təkmilləşdirilməsi məsələsinin elmi gəhətdən ümümiləşdirilməsinə və təhlilinə həsr edilmişdir.
Kitabda ilk dəfə olaraq respublikamızda metodik tə’minatın nəzəri və təgrübi inkişaf yolları tədqiqata gəlb edilir, kitabxanaçılıq işi üzrə ilk metodik mərkəzlərin meydana cəlməsi, ayrı-ayrı tarixi mərhələlərdə döv-lət kütləvi kitabxana sistemi ilə yanaşı, Elmlər Akademiyası, Həmkarlar İttifaqı, tibb, texniki, kənd təsərrüfatı, təhsil, uşaq kitabxana şəbəkələrinin metodik tə’minatı arxiv materialları əsasında araşdırılır. Burada müxtəlif tipli və növlü kitabxanaların elmi-metodik tə’minat sahəsindəki uğurları, habelə nöqsanları faktlarla cöstərilir. Eyni zamanda Azərbayganın müstəqilliyi şəraitində kitabxana işinin metodik tə’minatının optimallaşdırılması konsepsiyası irəli sürülür.
Kitab kitabxanaçılıq işi sahəsində çalışan mütəxəssislər, müəllimlər, tələbə-lər və kitabxana igtimaiyyəti üçün nəzərdə tutulmuşdur.
KİTABXANA İŞİNİN TƏŞKİLİ
VƏ İDARƏ EDİLMƏSİ
BAKI-2010
“Kitabxana işinin təşkili və idarə edilməsi” fənni üzrə hazırlanmış bu dərslik Azərbaycan dilində ilk dəfədir ki çap olunur. Kursun əsas məqsədi, əhaliyə kitabxana xidmətinin səmərəliliyini və keyfiyyətini yüksəltmək üçün elmi idarəetmənin əsaslarını öyrətməkdən, kitabxana işinin təşkili və idarə edilməsinin nəzəri əsaslarını şərh etməkdən, onun inkişaf perspektivlərinin qanunauyğunluqlarını açıb göstərməkdən, həmçinin tələbələri kitabxana işinin ilkin təşkilati vərdişlərinə yiyələnməyə yönəltməkdən ibarətdir.
Dərslikdə nəzərdə tutulan ayrı-ayrı mövzuların tədrisi zamanı problemlərin izahında, nəzəri məsələlərin öyrənilməsində dünya təcrübəsi əsas götürülmüş, Respublikamızın kitabxanalarının iş təcrübəsinə isnadlar edilmişdir.
Dərslik BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim və tələbə heyəti, həmçinin orta ixtisas məktəblərinin müəllim və tələbələri, o cümlədən geniş kitabxana ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.
KİTABXANAÇILIQ-İNFORMASİYAFAKÜLTƏSİ– 60
Biblioqrafikməlumatkitabı
BAKI – 2008
Kitabda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivinin 60 illik elmi-tədqiqat fəaliyyətinə nəzər salınır və həmin fəaliyyətin nəticələri olan əsərlərin biblioqrafik göstəricisi təqdim edilir.
Məlumat kitabı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Azərbaycanda kitabxanaşünaslıq, biblioqrafiya¬şünaslıq və kitabşünaslıq elmlərinin inkişafı sahəsindəki xidmətlərinin və nailiyyətlərinin biblioqrafik yekunudur.
Biblioqrafik məlumat kitabı ali və orta ixtisas kitabxanaçılıq məktəblərinin professor-müəllim və tələbə kontingenti, o cümlədən geniş kitabxanaçılıq-biblioqrafiya ictimaiyyəti, sahə tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
Z. H. ƏLİYEV
AZƏRBAYCAN BİBLİOQRAFİYASININ TARİXİ
Bakı – 2007
Kitabda Azərbaycan milli biblioqrafiyasının meydana gəlməsi, inkişafı tarixindən, müasir vəziyyətindən, ölkənin mühüm sosial institutlarının, o cümlədən Azərbaycan Dövlət Kitab Palatasının, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, F.B.Köçərli adına Azərbaycan Respublika Uşaq Kitabxanasının, xüsusi elmi kitabxanalarının və başqa müəssisələrinin biblioqrafik informasiya sahəsində əldə etdikləri nailiyyətlərdən ətraflı bəhs olunur.
Dərslik BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr və magistr təhsili alan tələbələri, kitabxana işçiləri və Mədəni-maarif məktəbinin kitabxanaçılıq şöbəsinin tələbələri üçün əhəmiyyətli ola bilər.
Qəmzə Hacıyeva
XARİCİ BİBLİOQRAFİYA
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.10.2008-ci il 1139 saylı
əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.
Bakı – 2008
Dərs vəsaitində milli və beynəlxalq biblioqrafik sistemlərin meydana gəlməsi, onun inkişaf istiqamətləri və müasir problemləri əks olunmuşdur. Vəsaitdən tələbələr və müəllimlər, həmçinin kitabxanaşünas-biblioqraflar istifadə edə bilərlər.
Sima İsmayılova
BƏDİİ ƏDƏBİYYAT VƏ ƏDƏBİYYATŞÜNASLIQ ÜZRƏ SƏNƏD KÜTLƏSİ BİBLİOQRAFİYALAŞDIRMA OBYEKTİ KİMİ
Bakı – 2008
«Bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə sənəd kütləsi biblioqrafiyalaşdırma obyekti kimi» adlı dərs vəsaitiində biblioqrafiyalaşdırma obyekti olan sənəd kütləsinin formalaşması xüsusiyyətləri və onların nəşr tipləri haqqında məlumat verilmişdir.
Dərs vəsaiti BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr pilləsinin tələbələri, eləcə də ədəbi biblioqrafiyanın nəzəri, metodiki və təcrübi məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİF HÜQUQU
dərs vəsaiti
BAKI – 2008
«HS 060100 – Nəşriyyat işi və redaktəetmə» ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu vəsaitdən hüququn digər sahələrində çalışanlar, tələbələr və müəllimlər, həmçinin naşirlər və müəlliflər istifadə edə bilərlər.
Sahib Rzayev
KİTABXANA XİDMƏTİ
(Dərslik)
Bakı-2008
Vaxtilə «Oxucularla iş» adlanan, bu gün isə «Kitabxana xidməti» adı ilə tədris olunan fənnin bu dərsliyi Azərbaycan dilində ilk dəfə yazılaraq nəşr olunmuşdur. Dərslikdə oxuculara xidmət işinin məqsədi, məzmunu və vəzifələri elmi-nəzəri cəhətdən izah olunmuş, şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual səviyyəsinin inkişafında mütaliənin və bu işə xidmət edən kitabxanaların rolu əsaslandırılmışdır.
Dərslikdə kitabxanalarda oxuculara xidmət sistemi, onun forma və üsulları, xidmət texnologiyasının məzmunu təhlil olunmuşdur.
Dərslikdə oxucu marağı, oxucu tipologiyası, mütaliə psixologiyası, mütaliə sosialogiyası və mütaliə pedaqogikası kimi mühüm problemlərin şərhi verilmişdir. Burada həmçinin kitabxana ünsiyyəti, kitabxana etikası, kitabxana xidmətində effektivlik, eləcə də kitabxaançılıq peşəsi və kitabxanaçının şəxsiyyəti üçün vacib sayılan əlamət və keyfiyyətlər izah olunmuşdur.
Dərslik BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri üçün nəzərdə tutulsa da, Bakı Mədəni Maarif məktəbinin tələbələri, respublikamızın geniş kitabxanaçılar ordusu, pedaqoqlar, psixoloqlar, sosioloqlar, eləcə də kütləvi oxucular istifadə edə bilərlər.
Похожие статьи
-
Azerbaycan kitabxanalar tarixi
Azerbaycan kitabxanalar tarixi üçüncü istiqamətdə isə təlim-tədris prosesində məlumat bazaları və qabaqcıl nəşriyyat evləri veb saytlarında yerləşdirilən…
-
Azerbaycan kitabxanalar tarixi yukle
Azerbaycan kitabxanalar tarixi yukle UNEC alimlərinin hazırladığı və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu monoqrafiyada əsası Ulu Öndər Heydər…
-
Azərbaycan Tarixi (Yeddi cilddə) 4.Toplanan vəsaitin xəzinəyə daxil olunmasını təmin etmək Azərbaycanın ərəblər tərəfindən işğalı Ərəb tarixçisi Təbəri…
-
Azerbaycan tarixi ziya bunyadov 2
Ziya Bünyadov Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə…
-
Bakı Dövlət Universitetinin yaranma tarixi Sonradan Azərbaycan tarixi hansı məşəqqətlərlə üzləşdisə Bakı Dövlət Universiteti da paralel olaraq həmin…
Comments are closed, but trackbacks and pingbacks are open.