Press "Enter" to skip to content

Azerbaycan respublikasinin konstitusiya

Dördüncü Bölme: Yerli Özünüidareetme

Azerbaycan respublikasinin konstitusiya

Azerbaycan Respublikasının Konstitusiyası

Azerbaycan xalqı özünün çoxesrlik dövletçilik enenelerini davam etdirerek, “Azerbaycan Respublikasının dövlet müsteqilliyi haqqında” Konstitusiya Aktında eks olunan prinsipleri esas götürerek, bütün cemiyyetin ve her kesin firavanlığının temin edilmesini arzulayaraq, edaletin, azadlığın ve tehlükesizliyin berqerar edilmesini isteyerek, keçmiş, indiki ve gelecek nesiller qarşısında öz mesuliyyetini anlayaraq, suveren hüququndan istifade ederek, tenteneli suretde aşağıdakı niyyetlerinibeyan edir:

– Azerbaycan dövletinin müsteqilliyini, suverenliyini ve erazi bütövlüyünü qorumaq

– Konstitusiya çerçivesinde demokratik quruluşa teminat vermek;

– vetendaş cemiyyetinin berqerar edilmesine nail olmaq;

– xalqın iradesinin ifadesi kimi qanunların aliliyini temin eden hüquqi, dünyevi dövlet qurmaq;

– edaletli iqtisadi ve sosial qaydalara uyğun olaraq hamının layiqli heyat seviyyesini temin etmek;

– ümumbeşeri deyerlere sadiq olaraq bütün dünya xalqları ile dostluq, sülh ve emin-amanlıq şeraitinde yaşamaq ve bu meqsedle qarşılıqlı fealiyyet göstermek.

Yuxarıda sadalanan ülvi niyyetlerle ümumxalq sesvermesi – referendum yolu ile bu Konstitusiya qebul edilir.

Birinci Bölme: Ümumi Müddealar

I fesil. Xalq Hakimiyyeti

II fesil. Dövletin Esasları

İkinci Bölme: Esas Hüquqlar, Azadlıqlar ve Vezifeler

III fesil. Esas İnsan ve Vetendaş Hüquqları ve Azadlıqları

IV fesil. Vetendaşların esas vezifeleri

Üçüncü Bölme: Dövlet Hakimiyyeti

V fesil. Qanunvericilik Hakimiyyeti

VI fesil. İcra Hakimiyyeti

VII fesil. Mehkeme Hakimiyyeti

VIII fesil. Naxçivan Muxtar Respublikasi

Dördüncü Bölme: Yerli Özünüidareetme

IX fesil. Belediyyeler

Beşinci Bölme: Hüquq ve Qanun

X fesil. Qanunvericilik Sistemi

XI fesil. Azerbaycan Respublikasinin Konstitusiyasinda Deyişiklikler

XII fesil. Azerbaycan Respublikasinin Konstitusiyasina

Şerhler:

Shehrezat [ OFF ] (16.03.2015 / 11:13)

Shehrezat [ OFF ] (16.03.2015 / 11:13)

Shehrezat [ OFF ] (16.03.2015 / 11:13)

Azerbaycan respublikasinin konstitusiya

Çər. axşamı 19 iyun 2018 14:26:34

Muxtar Babayevin İŞ METODU – “Gücü çatan restoranlara tas qoydular. “

Təhsildən şikayətçiyə Kürdəmirsayağı reaksiya – Şikayətçinin müəllimə bacısına təzyiq göstərirlər.

Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə şagirdlərdən məcburi qayda 6 manat pul yığılır – Nazirlik buna son qoyacaq?

Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub? – ŞOK İDDİALAR

“Azərlotereya” Naxçıvanda 4 yeni qumar məntəqəsi açmağı böyük “uğur” sayır? – VİDEO

 Göyçayda ayrılan DÖVLƏT PULUNU KİM YEYİB? – VİDEOGİLEY

Şəmkirdə daldalanacaq KÖLGƏ QALMADI, CƏNABLAR. – NARAZILIQ VAR! VİDEO

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

8-11-2021, 09:13

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3 konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Ötən 26 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

Comments are closed, but trackbacks and pingbacks are open.