Press "Enter" to skip to content

Azərbaycan şifahi xalq ədəbiyyatı Paşa Əfəndiyev (аудиокнига)

Редкостная хрень, наполненная самолюбованием автора и повторением Солжевских страшилок об СССР и УЖАСНОМ-УЖАСНОМ Сталине :-). Ну а самолеты – так, фон для бесконечных мантр о том, какой он – ГГ – самый умный :-)))

Azərbaycan ədəbiyyatının şifahi qalan janrı

Meyxana, yoxsa bədiyyə?

Azərbaycan şifahi xalq ədəbiyyatının bütün dünya ədəbiyyatı çapında qədimliyi və zənginliyi ilə özünəməxsus yer tutduğu danılmazdır. XIX əsrdə formalaşan Azərbaycan folklorşünaslığı isə folklorumuzun tarixi köklərinin araşdırılmasına xidmət edir. Bəs görəsən, folklorşünaslarımız öz sahələrinin bütün qollarını araşdırıbmı?

Şifahi xalq ədəbiyyatımızın hələ tədqiqat obyektinə çevrilməyən, çox maraqlı bir qolu olan meyxana haqqında söz açmaq istəyirəm.
Vaxtilə sovetlər ölkəsi meyxananı məhv etməyə çalışsa da bunu bacarmadı. Güclü ideologiya maşını xalqın məfkurəsini dəyişə və xalqın keçmişinə kölgə sala bilmədi. Meyxana da xalq arasında, dillərdə yaşadı. Dünənini, bu gününü və gələcəyini təsdiq etdi. Amma təəssüflər olsun ki, bu təsdiq elmdə öz əksini, öz davamını tapmadı. Hansı ki, meyxana da aşıq sənəti kimi (ona yaxın) gözəl, bəzən həzin, bəzən oynaq ritmlər üzərində köklənən söz yarışmasıdır. Yeri gəlmişkən, qeyd edək ki, meyxana hər hansı bir qafiyəyə uyğun söylənilir. Deyilən meyxananın ritmi, ahəngi bu qafiyə ilə bağlı olur. Qafiyənin hansı ritm üzərində köklənməsi isə onun vəznindən daha çox asılıdır. Meyxana bir qayda olaraq heca və əruz vəznləri və sonuncunun müxtəlif bəhrləri üzərində deyilir. Bu janrın bu və ya digər cəhətdən rəngarəngliyi əruz vəznində daha çox nəzərə çarpır.

* * *
Meyxana istedadlılar ölkəsi Azərbaycanımızın doğma övladıdır. O, elə bir övladdır ki, oxşarı dünyanın heç bir ölkəsində yoxdur.
Yeri gəlmişkən, bir faktı da qeyd edək ki, kommunist rejimi də meyxanaya biganə deyildi. Bu mənada ki, rejim arabir öz mənafeyi naminə bu sənət növündən istifadə edirdi. Məsələn,

El tüpürür vicdanına Hitlerin
Qorxu düşübdür canına Hitlerin

Bu məşhur qafiyədə bu sənət növü məhz sovetlər birliyinin siyasi təbliğat elementi kimi görünür.
Əsl xalqın sözü olan meyxana isə xalqın el şənliklərində, müxtəlif mərasimlərində, toylarında və toyxanalarında olurdu. Ümumiyyətlə, meyxananın ilk rüşeyimlərini və bu gününü toyxanalarda axtarmaq daha məntiqlidir.
Bütün bunlarla belə, şifahi xalq ədəbiyyatının sözügedən janrının nə vaxt meydana çıxması haqqında konkret fikir söyləmək çətindir. Meyxana haqqında az da olsa məlumatı olanlar bilir ki, bu janr şifahi xalq ədəbiyyatının digər janrlarından bədahətən söylənilməyi ilə fərqlənir. Odur ki, meyxananın «bədiyyə» adlandırılması daha düzgün hesab olunur. «Meyxana» anlayışı «mey evi» mənasını ifadə edir. Meyxananın isə bilavasitə mey evi ilə əlaqələndirilməsi köhnəlmiş və yanlış fikirdir.
Bəzən meyxananın bir janr kimi meydana gəlməsi XX əsrin əvvəllərinə aid edilir. Ola bilər ki, konkretləşmiş meyxana forması və meyxana anlayışı bu dövrdə meydana gəlsin. Lakin bədiyyə haqqında bu fikri söyləmək olmaz. Çünki hələ VII əsrdə Məhəmməd peyğəmbərin bədahətən söz demək bacarığı buna bir sübutdur. Və yaxud 1600-ə qədər bir-birindən dəyərli qəzəllərin müəllifi olan M.Füzulinin bədahətən qəzəl demək bacarığını qeyd etsək, yəqin ki, yanılmış olmarıq. Başqa bir misal isə Sabir yaradıcılığıdır. O cür rəvan təbə, satirik ustalığa malik olan Sabir ola bilməz ki, bədiyyədən istifadə etməsin. Bu yerdə maraqlı bir faktı qeyd etmək yerinə düşər ki, Sabir yaradıcılığını nəzərdən keçirdikdə bu dahi şairin üslubunun meyxana janrına yaxınlığı diqqəti cəlb edir. Və yaxud Əliağa Vahidin bədahətən yaratdığı şeiriyyət nümunələri yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir.
Adlarını çəkdiyimiz sənətkarlar içərisində Əliağa Vahid meyxanaya ən yaxın olan sənətkardır. 1894-cü ildə (bu tarix rəsmi sənədlərdə və ədəbiyyatlarda səhvən 1895-ci il kimi göstərilir) Bakının Masazır kəndində anadan olan İsgəndərov Əliağa həqiqətən də XX əsr qəzəl janrında vahid idi. Füzuli məktəbinin davamçısı olan Vahidin qəzəlxan, yoxsa meyxanaçı olması məsələsi mübahisə obyekti olsa da, əsasən qeyd edilir ki, Vahid meyxana desə də, meyxanaçı olmayıb. Dövrün ən güclü meyxana ustadı Ağahüseyn Əfsun imiş. A.Əfsun Vahidi əlavə qazanc üçün toylara, meyxana məclislərinə apararmış. A.Əfsunun dövrün ən güclü meyxana ustadı olması Ə.Vahidlə müqayisədə də görünürmüş. Belə ki, ustad Vahidin bu janrda A.Əfsunla rəqabət apara bilməməsi bunu sübut edir.
Bu sənətkarlardan sonra meyxana bir janr kimi daha da gücləndi, sovet hökumətinin təzyiqlərinə baxmayaraq meyxana əsasən Ağasəlim Çıldağın (Səlimov Ağasəlim Əliağa oğlu) timsalında bu günə qədər yaşadı. Təbii ki, meyxananın möhkəmlənməsi, inkişafı bu sahədə də güclü sənətkarların ortaya çıxması, artması ilə əsaslı rəqabətə yol açdı. Bu tendensiya özünü xüsusilə 90-cı ildən sonra göstərməyə başladı. Ağasəlim meyxana məktəbi artıq rəqabətlə üzləşməli oldu. Meyxana aləmində yeni bir qütb meydana çıxdı – Nizami Rəmzi qütbü. Söhbət o, Nizami Rəmzidən gedir ki, meyxana janrının inkişafında və təbliğatında onun xidmətlərini qiymətləndirməmək olmaz: N.Rəmzi ilk dəfə olaraq meyxananı müasir musiqi ritmləri üzərinə köklədi, onu musiqiləşdirərək müasirləşdirdi. Daha sonra isə onu ilk dəfə olaraq televiziya ekranlarına çıxardı. Bununla da meyxana üçün də efir pəncərəsi açılmış oldu.
Hazırda şifahi xalq ədəbiyyatının bir qolu olan meyxana janrı sürətli inkişaf yoluna qədəm qoyub, xalq tərəfindən daha çox sevilir və biz bu janrı el şənliklərində, müxtəlif məclislərdə, ən əsası isə efirdə az qala hər gün görə bilirik.

* * *
Xalq tərəfindən qəbul olunan və uzun illər ərzində təzyiqlərə məruz qalmasına baxmayaraq inkişafını səngitməyən meyxana janrı keçən uzun zaman kəsiyində mütləq folklorşünaslarımızın tədqiqat obyektinə çevrilməliydi. Görəsən, 50 illik fəaliyyəti dövründə AMEA-nın şifahi xalq ədəbiyyatının tədqiqi ilə məşğul olan folklorşünasları meyxana janrını tədqiq edib, dərindən araşdırıb, onun ən kiçik elementlərini ortaya çıxararaq xalqa, geniş auditoriyalara təqdim edə bilməzdilərmi? Və yaxud ədəbiyyatın bir çox qollarını, o cümlədən folklorumuzu tədqiq etməklə xüsusi diqqət çəkən BDU-nun filologiya fakültəsinin ədəbiyyatşünasları, folklorşünasları şifahi xalq ədəbiyyatının bir növü kimi meyxananı da tədqiq edə, araşdıra bilməzdilərmi? Əlbəttə, edə bilərdilər.
Amma çox əfsuslar olsun ki, hələ bu işlə heç kim elmi cəhətdən məşğul olmayıb.

Azerbaycan sifahi xalq ədəbiyyatı

В корне не соглашусь с предыдущим отзывом: только что закончил читать первую книгу и зашёл оставить своё впечатление: прекрасный образчик ЛИТаниме (бояръ, думаю, не совсем применимо хотя бы потому, что действие основное происходит не в России). Для любителя этого жанра сразу понятно, откуда “рамтут уши” и “уши” эти ладно скроены и крепко сшиты. Я упомяну язык и некоторые стилистические шерховатости только в том ключе, что это черновик и

не стОит в нем “ловить блох”, хотя само по себе изложение прямо вот – на высоте! Как и сюжет, как и крайне продуманный мир, персонажи, системы и проч., проч., проч. Автор – не новичок, автор “выстреливал” мощно не одной книгой и вот, ждать продолжение только. Ждём, Дмитрий Викторович!

Рейтинг: 0 ( 0 за, 0 против).

Фигня. Да ещё и аннотация к книжке имеет очень отдаленное отношение. Такое ощущение, что писал негроиндус безграмотный, начитавшийся подросткового бояраниме. Подросткового не в смысле целевой аудитории, а в смысле авторства. Больше трети книги ниасилил.

Рейтинг: 0 ( 0 за, 0 против).

Писать умеет, но хорошей книги не получилось. Сам автор по сути не в чём не разбирается, но пытается рассуждать. Прочёл четверть книги и пока не понял, что хочет автор от своего ГГ. Автор как он выражается “вяло думал головой”, строительный институт считает никчёмным из экономики выяснил, что наличные и безналичные деньги – разные деньги. Истории не знает, даже приблизительно. В Политехах общей истории не было как предмета, были: история

КПСС, Философия, Политэкономи, экономия отрасли, управление. Изучались в основном работы Ленина с привязкой к исторической ситуации написания. Сперва Горбачёв отменил Социализм в СССР, превратив амортизацию основных фондов в налог. Все предприятия зразу стали отказываться и передавать кому хочешь на баланс подсобные хозяйства, дворцы, детсады, дома отдыха, рабочие посёлки, дома, даже запасные станки и т.д. Теперь не предприятия, а государство стало обязано предоставлять жилплощадь и т. д. Что дебил Горбачёв в одно рыло сделать не мог. Вместо денег на гос. чиновников вывалилась куча обременения по содержанию. Потом Шумейко (Ельцин) с Геращенко (Горбачева) к началу 1991 по торговому договору с МИД Польши разваровали все средства ЦБ СССР и соответственно сбербанка СССР. Были шантажированы ЦРУ нотой протеста Польши и завербованы Ельцин с Горбачевым. Устроили спектакль “ГКЧП”, в ходе которого вывезли золото СССР и 18 млрд. инвалюты в Польшу, в погашении украденного, убив свидетелей передачи под шумок путча. Ельцин принял через сьезд дебилов РСФСР независимость РСФСР, захватив ЦБ СССР и разрушив рублевой и экономический союз, “Предложив независимость” (послав) соседям вместо союза. И всё равно мы остовались экономически развитой страной, пока по приказу ЦРУ И МВФ Ельцин приказал Гайдару не принять колониальную систему МВФ вместо программы “500 дне”, подарил США долю в добыче энергоресурсов, Китаю подарил территорию, Японии пообещал вернуть Курилы и часть Сахалина. Чубайс в 1992 официально ввел штат правительства “отдел американских специалистов” из ЦРУ для “приватизации” предприятий и стал заниматься их разорением и уничтожением. Заодно Чубайс занимался финансированием лояльной МВФ “оппозиции” (подписавших манифест Немцова о “Легитимности Конституции”) за счёт госбюджета. Реальных демократов в РФ никогда не было, это сказка для мясо. Всё здесь взращивало ЦРУ. В 1992 году судьба столкнула меня с Бурковым, которому я и рассказал всю механику предательства. Тупой и трусливый Руцкой, вместо ареста Ельцина и всех предателей попёрся к Ельцину шантажировать чемоданами на Шумейко. ЦРУ официально за 2 месяца предупредила президента США о подготовке путча Ельцина. Путч состоялся 1993! Что бы нас сделать дураками и предателями для всего мира на “Республику” навешали герб феодализма Романовых, став всем республикам и соседям врагами, особенно Польше и Финляндии. У нас нет не одного честного гражданина Республики, присягнувших на гербе Романовых. Главу 1 “Конституции РФ” у нас изменяют все! “Монархистами” – стали называться все приближённые к колониальной администрации. Предать и убить республиканца для них святой целью. По этому нас везде предают и убивают. С таким гербом нас имеет право уничтожить любой на этой планете. Большинство писателей с тонкой душевной организации, по сути не видят оглоблю в собственном заду, так как привыкли за 30 лет к этому чувству, родившись с ним. Я много слышал придурков, которые на правах Романовых претендуют на их феодальную собственность в соседних странах. Не путайте разные понятие. При феодализме понятие страна привязывалась к названию крупной феодальной собственности. Умирали не за Родину, а за Хозяина (за царя), а тот мог продать, передать и т.д. её кому захочет. То есть вы должны привыкнуть, что вас продают и пользуют как имущество. Рабы жаждут только еды и зрелище, и часто им нравится горящий дом соседа. Всё печально.

Рейтинг: 0 ( 0 за, 0 против).

Андрей Рыбак про серию Шанс для истребителя

Редкостная хрень, наполненная самолюбованием автора и повторением Солжевских страшилок об СССР и УЖАСНОМ-УЖАСНОМ Сталине :-). Ну а самолеты – так, фон для бесконечных мантр о том, какой он – ГГ – самый умный :-)))

Рейтинг: +2 ( 2 за, 0 против).

Ничеготак. Стандартная фентезятина а-ля “моя твоя непонимай”. Развитие неспешное, явно нацеленное на 3-4 тома.

Рейтинг: 0 ( 0 за, 0 против).

Анти,с*ка, бояръ,с*ка, но таки, аниме, с*ка. Вот такая,с*ка, понимаешь, с*ка, загагулина.

Рейтинг: 0 ( 0 за, 0 против).

Поток сознания. 0.37 Рыбаченко

Azerbaycan sifahi xalq ədəbiyyatı

Şifaqi xalq ədəbiyyatı (Folklor)

Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünə məxsus və şərəfli yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq azərbaycan ədəbiyyatının da əsasını qoyub.
Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdir.
Bu hisslərin ilk nümünələri isə əmək nəğmələridir. İbtidai cəmiyyətin inkişafı nəticəsində ovçuluq, əkinçilik, maldarlıqla əlaqədər olan formalar daha çox inkişaf etmiş bədii təfəkükürün yaranmasına, təbiətdə və cəmiyyətdə gedən proseslərin dərk edib bədii söz ilə ifadəsinə şərait yaranıb. Folklorun digər formaları – nağılları, dastanları, hikmətli sözləri və s. həmin bu prosesin nəticəsidir.
Şifahi xalq ədəbiyyatı kollektiv yarandıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə və cəhətlərə münasibətlərini, tərbiyyəvi görüşlərini xalqın tarix yoluna çox sadə, təmiz və formalaşmış bir şəkildə nəsildən nəsilə sovqat olunub.
Əlbəttə, bu gün bizim əlimizdə o zamanki folklor nümünələri əks etdirən yazılı bir abidə yoxdur. Lakin o dövrdəki nümunələrin izi bizə gəlib çatmışdır.
Bu bayatı və nağıllarda, nəğmə və oyunlarda özünü biruzə verir. Qədim dastanlarmızın qəhramanları və sücetləri antik müəlliflərin əsərlərində də öz əksini tapıb. Bizim klassik ədəbiyyatımız da folklor çeşməsindən məharətlə faydalanıb. Əlbəttə bu ən’ənə bu günə kimi azərbaycan ədəbiyyatında davam edir. Bir çox yazıçı və şairlərimizin əsərlərində şafahi xalq ədəbiyyatının tə’siri aydın görünür.
Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə ədəbiyyatımız üçün yox bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Bu abidələrin içərisində e. ə. VI əsrin axırlarında, V əsrin əvvəllərində Əhamənilər hakimiyyəti dövründə yazıya göçürülmüş «Avesta» mühüm yer tutur.
Belə bir əfsanə mövcuddur ki, «Avesta» 12 min inək dərisi üzərində qızıl hərflərlə yazılmışdır. Ərəb tarixçisi Məs’udinii yazdığına görə Makedoniyalı İskəndər «Avestanın» tibbi, fəlsəfi, astroloci hissələrini yunan dilinə tərcümə edib, lakin mətnin əslini yandırmışdır.
Sasanilər dövründə Avestanın bir çox hissələri folklordan toplanıb, yazıya köçürülmüşdir.
Avestanın dörd əsas hissəsi – Vendidat, Vispered, Yəspa və Yəşt – təşkil edirlər. Əsas mə’nası isə musiqi üstündə oxunan şe’r parçalarında – qatlarda verilib.
Mə’lumdır ki, azərbaycan xalqının dili türk dillərindən biridir və təbiidir ki, qədim türk xalqlarının yaratdığı dastanların sücetləri, motivləri azərbaycan şifahi xalq ədəbiyyatında geniş şəkildə öz əksini tapıb.
Bu dastanlar içərisində ən qədimi «Alp Artunqa» (Afrasiab) dastanı sayılır. Alp Artunq – 700 il miladdan əvvəl yaşamış qəhrəman bir hökmüdardır. Firdovsinin «Şahnamə» əsərində bu şəxsiyyət Afrasiab adı ilə verilib. XI əsrin məşhur alimi Maxmud Kaşqarinin «Divani – lüğətüt – türk» də dərc olunmuş Ali Artunq mərsiyəsindən iki dörd lüyü bu gün başa düşüləcək şəkildə nümunə veririk:

Ali Artunqa öldümü Ali Artunqa öldümü?
İyməz əcun qaldımı Pis dünya qaldımı?
Üzlək üçün aldımı Fələk ö cün aldımı?
İmdi ürək yırtılır İndi ürək yırtılır
Bəklər atın arqurub Bəylər atını yorub
Qadki ani torqurub Qayğı onları əhatə edib
Məngizi yuzi sarqurub Bənizi (yanaqları) saralıb
Körküm anqar turtulub Sanki zə’fəra sürtünüb

Təəsüflə qeyd etməliyik ki, görkəmli alimimiz Həmid Araslını qeyd etdiyi kimi «Üç min illik mədəniyyət tarixi olan xalqımız şifahi ədəbiyyat nümunələrinə yalnız «Avesta» səhifələrində rast gələ bilir.
Ərəb istilasının ilk illərində yaranan şifahi ədəbiyyatın da nümunələri, yazılı olaraq bizə qədər gəlib çatmamışdır. Yalnız VII-VIII ərslərin yadigərı kimi dövrümüzə gəlib çatmış. «Dədə Qorqud» boylarında və XI əsrin məşhur alimi Məhmud Kaşğarının Divani-lüğətüt türk» əsəri ilə XII əsr şairi Nizami «Xəmsəsində» Azərbaycan şifahi ədəbiyyatının bir çox nümunələri mühafizə edilmişdir».
Oğuz ellərinin yaradıcılığının gözəl nümunəsi olan «Dədə Qorqud» dastanları XV əsrin ortalarında yazıya köçürülüb. Kitaba 12 dastan daxildir. Bu dastanlarda qədim Azərbaycanda baş vermiş hadisələrdən söhbət açılır.
Məkan adları, dastanların dili bu əsərin Azərbaycanla əlaqədar olduğunu sübut edir.
Folklor nümunələrinin öyrənilməsində ayrı-ayrı şəxsiyyətlər tərəfindən tərtib olunmuş «Cüng»lərin də böyük əhəmiyyəti var. Bu «Cüng»lərdə müəllifləri olan əsərlərlə yanaşı xalq ədəbiyyatının nümunələri – bayatı, mahnı, qoşmalar, dastanlar və s. rast gəlmək olar.
Məsələn tacir İlyas Muşeqin «Nəğmələr» kitabı bu nöqteyi-nəzərdən çox önəmlidir. Əlyazma 326 səhifədən ibarətdir. Koroğlu, Məcnun, Aşıq Qərib və s. adları ilə bağlı qoşmalar, xalq bayatıları, həmçinin Nəsimi, Xətai, Fuzuli və bir sıra başqa şairlərin əsərləri də bu əlyazmada toplanıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı üç əsas növə bölünür: Lirik; Epik; Dramatik.
Lirik növə müxtəlif mərasim nəğmələri, tarixi və lirik mahnılar, bayatılar, aşıq poeziyasının nümunələri, düzgülər, sayacı sözləri və s. aiddir.
Epik növə naqıllar, əsatirlər, əfsanələr, qaravəllilər, atalar sözü və məsəlləri, tapmacalar daxildir.
Dramatik növə – tamaşa və oyunlar, müxtəlif məzmunlu xalq dramları daxildir.

I Lirik növlər

Azərbaycan xalqının poetik yaradıcılığının ən qədim canrlarından biri əmək nəğmələridir

Güc ver ho
Güc ver ho
Güc ver ho
Avalım gücdə qalıb
Güc ver ho
Güc ver ho
Güc ver ho
Ehhe, ehhə, güc ver ho.

Holavarlar – əkin işinin ahənginə uyğun olaraq, oxunan, səslərdən, ritmlərdən, ’’ho-ho’’lardan ibarət olan mahnılardı,
Bu formanın inkişafı və təkmilləşməsi bayatı formasının yaranmasında böyük rol oynayıb.
(ətraflı Azərbaycan folkloru antologiyası B. 1969 tərtib edəni Ə. Axundov, A. Nəbiyev Azərb- Özbək folklor əlaqələri B 1978).
Sayacı nəğmələri çobanların oxuduğu nəğmələrdir:

Sayacı verdiniz?
Səfa olsun yurdumuz
Ulamasın qurdunuz
Ac getsin avanınız
Tox gəlsin çobanınız.
Bundan başqa Sağın, Ovçu, İpəkçi, Mərasim və s. nəğmələri də mövcuddur.
Bayatılar və bayatı şəkilində şerlər:
vəsfi-hallar (nəğmələr) laylalar, ağılardır.
Bayatı sözü qəbilə adından götürülüb. Lakin qəbilə adından çox əvvəl bu sözi tarixi ad olduğu ehtimal olunur:

Əzizinəm Salyana
Dara zülfün, sal yana
Necəsən bir ah çəkim
Kür quruya, sal yana
Vəsfi- hallar
Bülbül oxur yuvada
Qanad çalır havada
Əmim oğlu sağ olsun
Mən niyə gedim yada

Laylalar – beşik keşiyində anaların balalarına oxuduğu bayatılardı.

Lay-layı dərin bala,
Yuxusu şirin bala.
Tanrıdan əhdim budur,
Toyunu görüm bala.

Ağılar – matəm, yas və dəfn mərasimlərində deyilən dördlüklərdir.

Bu dərdi qanan gərək
Odlara yanan gərək
Yad ağlar, üzdən ağlar
Ağlasın anam gərək.
Yas mərasimləri- orada oxunan ağılar
Toy mərasimləri- elçilik, xna yaxma və s.

Xalq dramları- Azərbaycan xalq teatrının çox zəngin və özünəməxsus yaranma və inkişaf yolu vardır. Müxtəlif dövrlərdə bu dramlar xalqın təfəkkürünü, dünya görüşünü, dini mühafizələrini xalq məişətini əks etdirib.
Poetik, komik, satirik ünsürlər də bu əsərlərə rəngarənglik vermişdir.
Dramların bir qismi kuklalar vasitəsi ilə ifa edilmişdir. Tamaşaçılara mövzu və fikir fəqət hərəkətlə çatdırılırdı, tamaşalar səssiz oynanılırdı.
Dramlara misallar: ’’Xan-xan’’, ’’Keçəl’’, ’’Bic nökər’’ və s.

II Epik növlər.

Nağıllar- xalqın dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış nəvlərindəndir.
a) Heyvanlar haqqında olan nağıllar:
M. Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır.
Qədim insanlar bə’zi heyvanlara e’cazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar.
’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri.
Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s.
b) Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlik Məmməd’’ və s.
v)Tarixi nağıllar- Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s.
q) Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s.
Əsatirlər, əfsanələr, miflər, dastanlar.
Azərbaycan folkloruna mifoloci axın iki istiqamətdə daxil olmuşdur.
Birinci mifoloci dalğanın əsas mənbəyi qədim türkdilli xalqların yaratdığı dastanlardır. Tükdilli köçəri tayfa və qəbilələrin Azərbaycana yürüşləri zamanı özləri ilə gətirdikləri mifoloci sücetlər Azərbaycan şiyahi ədəbiyyatına qarışır.
Azərbaycan folklorunun özülünü təşkil edən ikinci mifoloci qaynaq Şərqin qədim abidəsi ’’Avestadır’’. (Yuxarıda bu haqda mə’lumat verilib)
Ümumiyyətlə miflər aşağıdakı növlərə ayrılır:
Dünyanın yaranması haqqında miflər.
Kosmoqonik miflər – təbiətdə baş verən mö’cüzəli hadisələr.
İlk insan haqqında miflər ’’Avesta’’da ilk insan Qara Martadır, o sonralar Kəyumərs kimi tanınmışdır.
Türk xalqlarının öz əcdadı saydığı insan- ’’Oğuzdur’’. (’’Kitabi Dədə Qorqud’’da bu barədə bə’zi təsvirlər verilib)
Totemlə bağlı miflər (Məs. İri buynuzlu mal-qara ’’Avesta’’da müqəddəsdir).
Azərbaycanın qədim əfsanələri eramızlan əvvəpki dövrlərlə bağlıdır. Hələ Herodot öz ’’Tarix’’ əsərində Midiya dövrünün Astiaq və Tomiris əfsanələrindən istifadə edib. Nizami Gəncəvinin də əsərlərində xalq əfsanələrindən geniş istifadə olunub.
Azərbaycan şifahi xalq ədəbiyyatında dastanlar mühüm yer tutur. Burada bə’zilərin adını çəkirik.
İslamdan qabaqki dastanları:
’’Əfrasiyab’’, ’’Şu’’, ’’Hun’’, ’’Kök türk’’, ’’Oğuz’’, ’’Uyğurdur’’.
İslamdan sonraki türk dastanları aşağıdakılardır:
’’Satuq Buğra xan’’dastan, ’’Manas’’; ’’Çingiz’’, ’’Kitabi –Dədə Qorqud’’, ’’Koroğlu’’; ’’Qaçaq Nəbi’’, ’’Qaça Kərəm’’.
Məhəbbət dastanları isə ’’Aşıq Qərib’’ ; ’’Əsli və Krəm’’; ’’Abbas və Gülgəz’’ ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanı.
Atalar sözü və məsələlərdir.
Xalqın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözləri atalar sözləri adlanır. (C. Hey’ət-Azərbaycan şifahi xalq ədəbiyyatı).
Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə- atalar sözlərinə xas olan cəhətlərdir. Ağac bar verəndə başını aşağı tutar: Baldız-çuvaldız; dağ-dağa qovuşmaz, adam adama qovuşar və s.
Tapmacalar-insan zəkasının, diqqətinin inkişafı üçün yaranan nümunələrdir. Tapmacalar ətrafda baş verən və aləmi əhatə edən bütün əşya və hadisələrə aid ola bilər.

1)Bir quşum var, canı yox
Elə çoxdur, sanı yox (təyyarə)

2) Aləmi bəzər
Özü lüt gəzər (İynə) və s.

III Dramatik növ:

Mövsum və məişət mərasimləri ilə əlaqədar müxtəlif növ oyunlar; tamaşalar və şölənlər yaranıbdır.
Mərasimlər:
Mövsum mərasimləri- təbiət hadisələri və əmək fəaliyyəti ilə əlaqədar düzəldilmişdir.
Onların ən çox yayılanı Novruz bayramıdır. Bu bayramın yaranması haqqında müxtəlif müşahidələr mövcuddur.
1) Guya tarixi bütün varlığı məhz bu gün yaratmağa başlamışdır.
2) Əfsanəvi padşahlar bu bayramı icad etmişdir.
Məhşur Xorezim alimi Əl-Biruni(XI əsr) ’’Ötən günlərin abidələri’’ kitabında qeyd edir ki, ’’Cəmşid diyar-diyar gəzməyə xoşlarmış. Günlərin bir günündə, o, Azərbaycanı da görmək istəyir. Öz qızıl taxtına əyləşir, adamlar onu çiyninə alıb aprır. Günəşin şüaları Cəmşidin üstünə düşdükdə adamlar bu mənzərəni görüb, heyran olur, həmin günü bayram e’lan edirlər’’ (ətraflı bax H. Əfəndiyev Az. Şifahi xalq ədəb. Bakı 1992).
3) Azərbaycan alimi Teymur bəy Bayraməlibəyov ’’Novruz bayramı’’ (Kaspi qəz. 1913 –cü il) adlı silsilə məqalələrində yazır ki, bu bayram günəşin şərəfinə məşhur Zərdüşt tərəfindən tə’sis edilib.
Digər mövsum mərasimləri:
Xıdır – yaşıllıq, yağış arzusu ilə təşkil edilən mərasim.
Qodu-qodu – yağıntı çox olduqda keçirilir.
XIX əsrin bir sıra mənbələrində bu mərasimlərin Azərbaycanda keçirilməsi qeyd olunub.
Qədim mərasimlərin bir qismi bu və ya digər şəklində bu günə kimi gəlib.

Похожие статьи

  • Azerbaycan sifahi xalq edebiyyati

    Ifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar Sabah aparırıq bizə. Şifahi xalq ədəbiyyatı. Bədii ədəbiyyat şifahi və yazılı olaraq 2 yolla formalaşır….

  • Azərbaycan şifahi xalq ədəbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatı Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir….

  • Azerbaycan xalq rqslri

    Azərbaycan xalq rəqsləri Azərbaycanda rəqs sənəti Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi…

  • Azerbaycan sifahi xalq ədəbiyyatı numuneleri

    Azerbaycan sifahi xalq ədəbiyyatı numuneleri Eləmi, Vətən yeri, Yurd yeri, Vətən yeri. Haraylayıb gəzirəm Bülbüllər ötən yeri. ŞİFAHİ XALQ ƏDƏBİYYATI…

  • Azerbaycan sifahi xalq dbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatına Qoz yemənın insan orqanizmində əmələ gətirdiyi dəyişikliklər.Qrammənfi və qrammüsbət bakteriyalar orqanizm üçün çox…

Comments are closed, but trackbacks and pingbacks are open.