Tarixi xronologiya
1724 – Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
Azərbaycanın dünyadakı ilkləri
Dünyada baş verən ”İlklər” daim insanların maraq dairəsində olmuşdur… “İlk dəfə telefon nə vaxt və hansı ölkədə ixtira olunub?”, “İlk dəfə maşın nə vaxt və hansı ölkədə ixtira olunub?”. İlk yazı, əsər, mahnı, kino, teatr, muzey, şair, aktyor, elmi kəşf, imtahan sistemi, hətta ilk insanın nə vaxt, harda yaranması və kim olması daim beyinlərdə müəyyən suallar və maraqlar yaratmışdır. Bu və bu kimi digər “İlklər” tarixin müəyyən dövründə, fərqli ölkə və insanlar tərəfindən meydana gəlmişdir. Dünyanın müxtəlif ölkəsində bizi maraqlandıran “İlklərin” kəşfini tapa bilərik. Məsələn, telefonun nə vaxt kəşf olunması ilə əlaqədar bir çox mübahisələr mövcuddur.
1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün “Bell Telephone Company” adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. Daha sonra mobil telefonlar ixtira olundu və bu günki günümüzü onlarsız təsəvvür etmək mümkün deyil.
Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Avtomobil tək bir şəxs tərəfindən ixtira edilməmişdir, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır
1592-ci ildə ilk dəfə cisimləri 30 dəfəyə qədər böyüdə bilən teleskop yaradılıb
Dünya təhsil sisteminə imtahanları ilk dəfə 1792-ci ildə William Farish gətirib.
Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlanıb.
Dünyada ilk avtobus 1829-cu ildə istehsal olunub.
Göstərdiyim nümunələrdən əlavə daha çoxunu misal göstərmək olar. Dünayaya öz “İlkləri” ilə töhfə verən ölkələrdən biri də Vətənimiz – Azərbaycandır. Ən qədim məskənlərdən biri olan ölkəmiz bir sıra dəyərlərinə görə, Avropa, Qərb ölkələrinə nümunədir. Ölkəmiz də siyasi, iqtisadi, elm və təhsil, incəsənət və mədəniyyət olmaqla müxtəlif sahələrdə dünyada və Şərqdə “İlklərə” imza atmışdır. İndi isə İlklərimiz ilə tanış olaq.
Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin banisi Uzun Həsənin anası Sara Xatundur. O, Osmanlı sultan və Qərb diplomatları ilə çoxsaylı görüşlər keçirərək, ölkəsinin maraqlarını müdafiə edib.
Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-1920-ci illərdə olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində bir sıra dünya miqyaslı ilklərə imza atıb. Azərbaycan Demokratik Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun böyük rolu olmuşdur. İtirilmiş dövlətçiliyimizin bərpası olan cümhuriyyətin yaradılması Azərbaycan üçün çox mühüm sayılan ilklərdən biri idi. Belə ki,məhz ilk dəfə cumhuriyyəti bütün dünya ölkələri bir dövlət kimi tanıyaraq onun suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmışlar. 23 ay yaşasa da bu dövlət Azərbaycanın müstəqil dövlət idarəçiliyinin onurğa sütunun hesab edilən parlament, nazirlər kabineti, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və ordu quruculuğu ilə bağlı çoxsaylı işlər görmüşlər. Məhz hazırki Azərbaycan dövləti Azərbaycan Xalq Cumhuriyyətinin qoyub getdiyi təməllər üzərində qurulmuş və onun hüquqi varisidir.
İlk dəfə olaraq Demokratik quruluşlu ölkələr arasında bayraqda 8 guşəli ulduz məhz Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət bayrağında istifadə edilmişdir. Hətta Türkiyə Cumhuriyyətinin hazırda istifadə etdiyi 5 guşəli bayrağın məhz Azərbaycanın bayrağının ilkin formasından ilham alınaraq hazırlandığı ilə bağlı çoxsaylı fikirlər və iddialar da mövcuddur. Çünki, Türkiyə Cumhuriyyəti Azərbaycan Xalq Cumhuriyyətindən 5 il sonra yaranıb.
Şərqdə qadınlara seçki hüququnun verilməsi də Azərbaycanın sahibləndiyi ilklərdən biridir.
O dövr üçün bu hadisə müsəlman aləmində qadınların söz demək azadlığının olduğunu bildirən əsas sübutdur. Hansı həmin vaxt hələ Avropa ölkələrinin bir çoxunda qadınlara seçki hüququ tam verilməmişdi.
Dünyanın ən hündür bayraq dirəyi 2010-cu ilin sentyabrın 1-də Azərbaycanın paytaxtında istifadəyə verilib. 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr, bünövrəsinin diameteri 3,2 bünövrənin üst hissəsinin diametri 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə 350 kiloqramdır. Ginnes dünya rekordlar təşkilatı 2009-cu ilin mayın 9-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Zəngin neft ehtiyatları ilə tanınan ölkəmiz bu sahədə də öz sözünü tarixən demişdir.
Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə Semyanovun səyi, qazma üsulu ilə Bakı mədənlərində qazılıb. Bu hadisə əllə qazmanın sonu olubş
Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində Bakı üsulu adı ilə məşhurlaşıb.
Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər dənizinin Azərbaycan sektorunda salınan neft daşları platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulan, Abşeron yarımadasının 42 kilometriliyində, cənub Şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilən metal dirəklərin üstündəki estakada dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. Neft daşları dünyada “8-ci möcuzə” və ya “Möcuzələr adası” adı ilə məşhurdur.
Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri isə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadədir. 1921-ci ildə Bakının Novxanı kəndində anadan olan Lütfizadə daha sonra İrana, ordan isə Amerikaya köçüb və Kaliforniya Berkley Universitetinin ömürlük professoru adını alıb. Lütfizadə hazırda rəqəmsəl texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşüb. Ölümünə qədər bir çox elmi təşkilatlar, rəqəmsal texnologiya şirkətləri Lütfizadənin onlarla əməkdaşlıq etməsini özləri üçün fəxr hesab ediblər.
Dünyada ilk dəfə anelgeziyanın kəşf edən alim Mustafa Topçubaşovdur. 1937-ci ildə Dünya Anesteziologiya elm tarixində ilk dəfə olaraq orginal keyitmə üsulunu inyeksion efir yağ narkozunu “Analgezin”i kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asablığına görə, geniş tətbiq edilməyə başlanıb.
Yüksək oktanlı benzin və məhvedici kokteylin ixtirası
Akademik Yusif Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu hazırlayıb ki, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin də çox böyük əhəmiyyəti olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənərək hazırlanıb. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KPMK-nin o vaxtki I katibi Mir Cəfər Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq, mayedən bir qədər buxarıya sıçradıb. Nəticədə hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Hətta bu ixtiralarına görə 1957-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsində Yusif Məmmədəliyevin ixtiralarına görə onun Nobel mükafatına layiq görülməsi üçün namizəd seçilməsi də müzakirə olunub. Ancaq ermənilərin müdaxiləsi nəticəsində bu proses yarımçıq qalmışdı.
SSRİ-nin Kosmik proqramlarının qurucusu Kərim Kərimov
Raketlər və kosmik sahədə bir çox ixtiralar və təkmilləşdirmələrlə SSRİ-də bütün digər elm adamlarını ötüb keçən Kərim Kərimov 1966-cı ildə SSRİ-nin Kosmik Gəmilər üzrə dövlət komissiyasının sədri seçilərək 25 il bu vəzifədə çalışmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Kosmik araşdırmalar və elmi sahədə etdiyi ixtiralar sayəsində kosmik qoşunların general-leytenant rütbəsinə qədər yüksələn Kərim Kərimov 2003-cü ildə Moskvada vəfat etmiş orda da dəfn olunmuşdur.
Müsəlman dünyasında ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb. III Aleksandr bu məktəbin açılmasına icazə vermədikdə Hacı Zeynalabdin Tağıyev II Nokalay taxtda olduqda yenidən icazə almağa cəhd edir. Nikolayın həyat yoldaşı Aleksandra tacqoyma mərasimində ərizə verir. Bütün xərcləri ödəyəcəyini bildirmək şərtilə Banka yüksək vəsait qoymaqla 1896-cı ildə Bakının mərkəzi küçələrindən birində, 1896-1901-ci illərdə inşaatı başa çatmaqla Şərqdə və Cənubda ilk dünyəvi qızlar məktəbinin açılmasına icazə alır.
Ölkəmiz tarixən incəsənət, memarlıq kimi sahələrdə də zəngin mədəniyyət və irsə sahib olmuşdur. Bunun nümunəsidir ki. Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası Cənubi Azərbaycanın Marağa şəhərində yerləşir . Bu Rəsədxananın banisi böyük Azərbaycan alimi, mütəffəkkiri Nəsrəddin Tusidir. Türk elminin bu şah əsəri 1259-cu ildə yaradılıb.Eyni zamanda digər faktları göstərmək olar.
Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın liberottosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində uğura imza atıb.
Müsəlman Şərqində ilk opera yazan kişi bəstəkar da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə həm də bu uğuruna imza atıb.
Dünya ədəbiyyatında ilk “Xəmsə” şəkilli bədii yaradıcılıq nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. “Xəmsə” beşlik deməkdir. Bura daxil olan əsərlər 5 böyük poema şəklində olur. Nizamidən sonra hind şairi Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqları bu usual müraciət etməyə başlayır.
Cənubi Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot Leyla Məmmədbəyovadır. O, Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə edib.
Dünyada ilk duz mumya Azərbaycanda tapılıb. Tapılan duz mumya insan hazırda Cənubi Azərbaycanın Zəncan şəhərindəki Mahmudxan Zülfuqari Tarix Etnoqrafiya Muzeyində saxlanılır. İlk duz-mumya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oxford Universitetinin mütəxəssisləri cəlb edilib. Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumya 2350 il əvvəl yaşayan 16-18 yaşlı gənc oğlana aiddir. O çiynində duz daşıyarkən uçqun altında qalıb. Gənc oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqlarında olan ayaqqabılara və dərsdən olan duz kisə oz orginallığını itirmədən qorunub və xarab olmayıb. Bu, dünyada ən qədim tarixə malik olan duz-mumyadır.
Dünya tarixində ilk dəfə Azərbaycanın Lerik rayonunda “Uzunömürlülər muzeyi” fəaliyyətə başlayıb
Muzey 1991-ci ildə tikilmişdir. Bu Muzeyin dünyanın heç bir ölkəsində anoloqu yoxdur, belə bir eksponatların nümayiş olunduğu ölkə məhz Azərbaycandadır. Muzeydə Azərbaycanda ən uzum ömür sürmüş insanlar haqqında foto guşələr və onlara məxsus əşyaların saxlandığı bölmələr var.
“Qoltuq Ağacı” muzeyi də ilk dəfə olaraq Azərbaycanda yaradılıb.
Bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. İlk belə eksponatlar sərgisi olan bu muzey Naftalan şəhərində yerləşir. Muzey ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyətə başlayıb.
Dünyada ilk Miniatür Kitab Muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.
Muzeyin açılışı 2002-ci il 23 aprel-də olub. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb. 3500-dən çox eksponatın yer aldığı bu muzey Bakı şəhərində yerləşir.
İlk və yeganə Beynəlxalq Muğam Mərkəzi də Bakı şəhərində yerləşir.
Bu mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb. Bu layihənin memarları Vahid Tansu, Xauiddin Yayk və Etime Ahmeddir.
Dünyada ilk dəfə olaraq ipəkdən Quran-i Kərim kitabını həmyerlimiz Tünzalə Məmmədzadə hazırlayıb.
3 il müddətində hazırlanan Quran-i Kərim kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm–dir. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.
Ölkəmiz daim müxtəlif sahələrdə öz sözünü deməyi bacarmışdır. Bəlkə də hər sahədə ilk ola bilməmişdir ,amma daim inkişaf edən dünyada ölkəmiz də hər zaman bu yöndə çıxış etmiş, inkişafa və gələcəyə doğru uğurlu addımlar atmışdır. Buna misal olaraq , Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalibiyyəti və bu müsabiqəyə ev sahibliyi etməsi, “Baku 2015 Olimpiya” yarışlarının ölkəmizdə keçirilməsi, “İslam Oyunları”, “Formula1” yarışları və.s. keçirliməsi ölkəmizi dünya miqyasında daha çox tanınmasına və xarici ölkə vətəndaşlarının diqqətini cəlb etmişdir ki, bu da özünü ölkəmizin iqtisadi və mədəni sahədə inkişafına səbəb olmuşdur. Bu və bunlar kimi istər iqtisadi, istər siyasi, istər elmi, mədəni bütün sahələrdə uğur və nailiyyətlər bu gün kimi gələcək günlərdə də daim dünya miqyasında özünü göstərəcək və ölkəmizin adı öz müstəqil siyasəti, mədəni,elmi .sosial-iqtisadi uğurları ilə daim öz imzası ilə tanınacaqdır. Bizim vəzifələrimizdən biri də məhz müstəqillik və dəyərlərimizi qoruyub onlara sahib çıxmaq və onları tanıtmaqdır.
Müəllif: Bəsti İbadova
- AÇAR SÖZLƏR
- Azerbaycan
- azerbaycan haqqinda
- Azerbaycan Respublikasi
- dunyadaki ilkler
- ilk defe
- maraqli faktlar
Tarixi xronologiya
E. ə. II minilliyin birinci yarısı – Ön Asiyaya gələn ari tayfaları Urmiya gölü sahillərində hurilərlə təmasda olmuşlar.
E. ə. II minilliyin sonu – Azərbaycanda ibtidai icma quruluşunun dağılması.
E. ə. II minilliyin sonu – I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların soxulması.
E. ə. IX əsrin ikinci yarısı – Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapmışdır.
E. ə. VIII əsr – Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə mübarizə.
E. ə. 714-cü il – II Sarqonun Urartuya qarşı yürüşü.
E. ə. VIII-VII əsrin sonu – kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması.
E. ə. VII əsrin 70-ci illəri – Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının meydana gəlməsi.
E. ə. VII əsrin 70-ci illəri – Mada çarlığının meydana gəlməsi.
E. ə. 660-cı ilə yaxın – Mannada çar Ahşeriyə qarşı üsyanlar.
E. ə. 625-585-ci illər – Kiaksarın hökmranlığı.
E. ə. 615-ci il – Madalıların Aşşur ilə müharibəsinin başlanması
E. ə. 612-ci il – Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsi
E. ə. 612-605-ci illər – Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi
E. ə. VII əsrin sonu – VI əsrin başlanğıcı – Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi
E. ə. 550-ci il – Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi
E. ə. 522-ci il – Qaumatanın çevrilişi.
E. ə. əvvəl 521-ci il – Fravartişin başçılığı ilə madalıların üsyanı
E. ə. IV əsr – eramızın III əsri – Yaloylutəpə mədəniyyəti
E. ə. 334-330-cu illər – Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutu
E. ə. 331-ci il – Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və albanların iştirak etməsi
E. ə. IV əsrin son sülsü – Atropatena dövlətinin meydana gəlməsi
E. ə. III əsr – Albaniya dövlətinin meydana gəlməsi
E. ə. 285-280-ci illər – Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları.
E. ə. III əsrin son sülsü – Atropatenanın güclənməsi. Çar Artabazan.
E. ə. III əsrin 20-ci illərinin sonu – Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır.
E. ə. III əsr – Albaniyada sikkə kəsilməsi.
E. ə. II əsrin 60-cı ili – Atropatena yenidən müstəqil siyasət yeridir.
E. ə. I əsr – Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin möhkəmlənməsi.
E. ə. I əsr – Roma müdaxiləsinə qarşı albanların mübarizəsi.
E. ə. 60-cı illər – Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması.
E. ə. I əsrin ikinci yarısı – Atropatenada Artabazdın hökmranlığı.
E. ə. 36-cı il – Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi. Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının darmadağın edilməsi.
E. ə. 35-ci il – Albanların parfiyalılarla çarpışması. Basilevs Zober.
E. ə. I əsrin sonu – Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq.
Eramızın I əsrinin başlanğıcı – Arşakilər Atropatenada hakimiyyəti ələ keçirmişlər.
Eramızın I əsrinin ikinci yarısı – Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması
70-ci illər – Albanların Azərbaycana və qonşu ölkələrə soxulması
80-90-cı illər – Romalıların Albaniyaya yürüşü
III əsrin II yarısı – Azərbaycan ərazisində Sasani işğalı dairəsi
313-371 – Alban hökmdarı Urnayr
313 – Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi
V əsrin əvvəlləri- Yeni alban əlifbasının yaradılması
422 – Alban keçidinin birgə müdafiəsi üçün İran-Bizans sazişi
428 – Sasanilərin Ermənistanda dövlətçiliyi ləğv etmələri
V əsrin ortaları – Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır
450-451 – Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı
451, 2 iyun – Avarayr döyüşü
457-463 – Alban xalqının Sasanilərə qarşı üsyanı
463-487 – II Vaçenin taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq
481-484 – Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları
485 – Nvarsak sülh müqaviləsi
487 – Alban Arşakilər sülaləsi hakimiyyətinin bərpası
487-510 – III Mömin Vaçaqan
488 – Aquen (Aluen) məclisinin çağırılması
V əsrin sonu VI əsrin I yarısı – Məzdəkilər hərəkatı
510 – Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması
510-628 – Albaniyada II mərzbanlıq dövrü
VI əsrin I yarısı, ortaları – Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin) Cənubi Qafqaz ərazisinə yeni yürüşləri
531-579 – I Xosrov Ənuşirəvan
586 – Bizans ordusunun Albaniyaya hücumu
591 – İran-Bizans müqaviləsi
603 – Mihranilərin Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması
603-628 – İran-Bizans müharibəsi
626 – Xəzərlərin Albaniyaya geniş hücumunun başlanması
627 – Mehrani Varaz Qriqorun Ktesifonda “Girdiman hakimi və Albaniyanın işxanı” titulunu alması
629-630 – Xəzərlərin Albaniyanı tutması
639-640 – Ərəblərin Azərbaycana ilk uğursuz basqınları
640-642 – İran qoşunlarının Albaniyaya hücumları
640 – Cavanşirin İberiya hökmdarı Atrnersehlə “sarsılmaz ittifaq” bağlaması
642 – Nihavənd döyüşü
643 – Ərəblərin Azərbaycana hücumu. Ərdəbil döyüşü
643 – Ərəb-Azərbaycan sülh sazişi
643 – Utba ibn Farkadın xəlifənin Azərbaycandakı “amili” vəzifəsinə təyin edilməsi
643 – Ərəblərin Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi
644 – Ərəblərin Muğanı tutması. Sülh sazişi
644-645 – Azərbaycan əhalisinin ərəblərə qarşı çıxışları
644-645 – Ərəblərin Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi
644-645 – Həbib ibn Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı
652-653 – Salman ibn Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin yenidən ərəb itaətindən çıxması
654-655 – Həbib ibn Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən asılı vəziyyətə düşməsi
654 – Ərəb canişinini iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II Konstantla danışıqları
664 – Cavanşirin xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi
667-670 – Cavanşirin xəlifə Müaviyə ilə görüşləri və danışıqları
680 – Cavanşirin qətli
VII əsr – 15 aşırımın Xudafərin körpüsünün tikilməsi
VII əsrin II yarısı – Alban şairi Davdək
680 – Xəzərlərin Azərbaycana yeni hücumlarının başlanması
680-669 – Alban hökmdarı I Varaz Tiridat
681 – Alban katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları
688-690 – Cənubi Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat tabeçiliyinə düşmələri
691-92, 725-26 – Azərbaycan əhalisinin siyahıya alınması
699-704 – I Varaz Tiridatın Konstantinopolda əsir saxlanılması
VII-VIII əsrin hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması
VII əsrin II yarısı-VIII əsrin I əvvəlləri – Moisey Kalankatlı və onun “Alban tarixi” əsəri
704 – Partav (Bərdə) dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi
705 – Albaniyanın dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi
VIII əsr – Azərbaycanda sufizmin yayılmağa başlaması
707-708 – Azərbaycan ərazisində ərəb-xəzər müharibələri
721-722 – Xəzər, qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları
VIII əsrin 30-cu illəri – Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri
748-752 – Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı
750 – Abbasilər sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi
755 – Atəşpərəst Sunbadın üsyanı
VIII əsrin ortaları – Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal və cənub ərəb tayfaları arasında ədavətin artması
775-785 – Xəlifə əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı
778-779 – Xürrəmilərın ilk çıxışı
793-794 – Beyləqanda Əbu Müslim üsyanı
796/97-797/98 – Xürrəmilərin Azərbaycanda yeni çıxışları
VIII əsrin sonu – Ərəb-Xəzər müharibələrinin başa çatması
VIII əsrin sonu – IX əsrin əvvəlləri – “Ərminiyə” inzibati adının faktiki ləğvi
VIII əsrin sonu – IX əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi
808-809 – Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları
816 – Cavidan və Əbu İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır.
821 – II Varaz Tiridatın öldürülməsi
IX əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəli – Arranda bidətçi beyləqanlıların (pavlikianların) hərəkatı
830-833 – Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması
835 – Alban hakimi Səhl ibn Smbatın Arranı ələ keçirməsi
836 – Həştadsər vuruşması
836-cı ilin qışı – Babəkin sərkərdəsi Tarxanın öldürülməsi
837 avqust – Bəzz qalasının tutulması və dağıdılması; Babəkin qaçması
837, 15 sentyabr – Babəkin tutularaq Bərzəndə gətirilməsi
838, yanvar-mart – Babəkin edam edilməsi
839-840 – Təbəristanda Məzyədin başçılığı ilə üsyan
839-40 – Azərbaycanda Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı
842-847 – İsfahanda xürrəmilərin yeni çıxışları
IX əsrin 40-cı illəri – Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar
853 – Buğa əl-Kəbirin çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması
IX əsrin II yarısı-X əsrin əvvəlləri – Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi
861 – Məzyədilərdən olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ almaları
869 – Haşim əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması
886 (887) – Qriqor Hammamın Alban dövlətin bərpa etməsi
IX əsrin 80-ci illərinin əvvəlləri – Bakı neft mədənlərindən və duz yataqlarından əldə edilən gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları
IX əsrin 80-cı illərin axırı – Sünik və Arsax-Xaçın knyazlığının yaranması
IX əsrin II yarısı – X əsrin I yarısı – Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici, əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.)
898-941 – Sacilər dövləti
901-927 – Yusif ibn Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi
913-914 – Rusların Abşeron sahilinə və Bakıya hücumları
914 – Yusifin erməni hökmdarı I Smbatı məğlub etməsi
917 – Layzanşah Əbu Tahir Yəzidin Şirvanı tutması və “şirvan-şah” titulunu qəbul etməsi
917 – Şamaxının Əbu Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması
930 – Şirvan-Dərbənd sülh müqaviləsi
943 – Rusların Bərdəni işğalı və dağıtması
960 – Sənəkərimin Şəkidə hakimiyyəti möhkəmlətməsi və “alban hökmdarı” adını qəbul etməsi
971-1075 – Şəddadilər dövləti (Gəncə əmirliyi)
983 – Şabranın qala divarlarının tikilməsi
983-1060; 1107-1117 – Rəvvadilər dövləti
1018-1021, 1029 – Oğuzların Azərbaycana yürüşləri
1027 – Araz çayı üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi
1030 – Rusların gəmilərlə Azərbaycana yeni hücumu
1038-Orta Asiyada Oğuz dövlətinin təşəkkülü
1040 – Dəndənəkan döyüşü
XI əsrin 40-cı illəri – Səlcuq yürüşlərinin başlanması
1045 – Yəzidiyyənin və Gəncənin qala divarlarının möhkəmləndirilməsi
1054 – Sultan Toğrulun Təbrizə hücumu
1066 – Şirvanda iğtişaşlar
XI əsrin 60-70-ci illəri – Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları
1078/79 – Bakıda “Sınıq qala” məscidinin inşası
XI əsrin sonu – Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması
XI-XII əsrlər – Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası
XI-XIII əsrin əvvəlləri – Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü
1100 – Beyləqanda üsyan
1111 – Şirvanşah III Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi
1117-1157 – Böyük Səlcuq sultanı Səncər
1118 – Mərkəzi Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun fəaliyyətə başlaması
1120/21 – Gürcü hökmdarı IV Davidin Arrana hücumu
1122 – Gəncədə zəlzələ
1123/24 – Gürcülərin Şirvana hücumları
1130-1213 – Mxitar Qoş
1133-1152 – Məsudun İran sultanı elan edilməsi
1135 – Xəlifə-sultan qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti
1136 – Sultan Məsudun atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi
1139 – Gəncədə zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları
1142 – Əmir Qutluğun Gəncədə sultana qarşı çıxışı
1145-1234 – Şihabəddin Sührəvərdi
1147 – Xas bəyin Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi
1148 – Marağada “Qırmızı günbəz” türbəsinin inşası
1148 – İraq sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı çıxışları və hücumları
XII əsrin ortaları – Mxitar Qoşun “Nor-Getik”-Qoşavəng monastırının və oradakı məktəbin yaranması
1153 – Sultan Məhəmmədin hakimiyyətə gəlməsi
1160 – Arslan şahın İraq sultanı olması Şəmsəddin Eldənizə “böyük atabəy” titulu verilməsi
1161 – Gürcülərin Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə şəhərlərinin qırğın və talana məruz qalması
1163-64 – Şəmsəddin Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması
1166 – Sünik padşahlığının dağılması
1168 – Marağa hakimi Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması
1174/75 – Rusların və qıpçaqların Şirvana yürüşləri
1174-1186 – Atabəy Məhəmməd Cahan Pəhləvan
1175 – Təbrizin və Ruindiz qalasının Eldənizlərin mülklərinə qatılması
1186 – Möminə xatun (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması
1186-1191 – Atabəy Qızıl Arslan “Məmlük” dövrünün başlanması
1188 – Qızıl Arslanın Həmədanı tutması və sultan taxtına oturması
1191 – Qızıl Arslanın qətli
1191/92 – Şamaxıda dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri
1191-1210 – Atabəy Əbubəkr
1194 – Şəmkir, Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu arasında döyüş. Əbubəkrin məğlubiyyəti
1194 – Cahan Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması və burada öldürülməsi
XII əsr – Qazax rayonu ərazisində “Qırmızı körpü”nün inşası
XII-XIII əsrin əvvəli – Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi
1206 – Atabəy Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara verilməsi
1208 – Marağa hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin Marağanı tutması
1210 – Atabəy Əbubəkrin vəfatı
1210-1225 – Atabəy Özbək
1210-1211 – Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.) çapılıb talan edilməsi
1214-1215 – Özbəyin Xaçına yürüşü
1215 – Həsən Cəlalın Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi
1215-1261 – Həsən Cəlalın hakimiyyəti
1216 – Qandzasar monastırının tikilməyə başlanması
1220-1222 – Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı
1221 – Qıpçaqların Azərbaycana hücumları
1221 – Gürcülərin Şəki və Qəbələni tutması
1225-1231 – Xarəzmşah Cəlaləddin Mənqburnu Azərbaycanda
1225 – Azərbaycan Atabəylər dövlətinin süqutu
1227 – Şəki və Qəbələnin gürcülərdən geri alınması
1231 – Xarəzmşah Cəlaləddinin qətli
1231 – Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulması
1231-ci il – Monqolların ikinci yürüşü
1225 – Gürcü feodallarının Gəncəyə hücumu
1225-1244 – Şirvanşah III Fəriburz
1227 – Şəki və Qəbələnin gürcülərdən geri alınması
1231 – Xarəzmşah Cəlaləddinin qətli
1230-1294 – Musiqişünas Səfıəddin Urməvi
1231 – Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan
1235 – Gəncənin monqollar tərəfindən işğalı
1239 – Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı
1239-1256 – Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti
1244-1260 – Şirvanşah II Axsitan
1252-1334 – Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin
1254 – Əhalinin monqollar tərəfindən siyahıya alınması
1256-1357 – Azərbaycanda Hülakülar (Elxanilər) dövləti
1256-1265 – Hülakü xanın hakimiyyəti
1259 – Marağa rəsədxanasının açılışı
1260-1267 – Şirvanşah II Fərruxzad
1262, 1265, 1288 – Qızıl Orda xanlarının Azərbaycana yürüşləri
1265-1282 – Abaqa xan Hülaki
1267-1294 – Şirvanşah II Gərşasb
1276 – Arranda Abaqa xana qarşı üsyan
1282-1284 – Əhməd Tekudar Hülaki
1284-1291 – Arqun xan Hülaki
1291-1295 – Keyxatu xan Hülaki
1294-1317 – Şirvanşah III Fərruxzad
1295 – Baydu xan Hülaki
1295 – Qazan xanın islam dinini qəbul etməsi
1295-1304 – Qazan xan
XIII-XIV əsrlər – Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası
XIII-XV əsrlər – Bakıda Şirvanşahlar kompleksinin tikilməsi
XIV əsrin əvvəlləri – Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı
XIV əsrin əvvəlləri – Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi
XIV əsrin əvvəlləri – Mahmudabad şəhərinin inşası
1304-1316 – Sultan Məhəmməd Xudabəndə (Ulcaytu)
1316-1335 – Sultan Əbu Səid
1318 – Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi
1322 – Bərdə türbəsinin tikilməsi
1335 – Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü
1335-1336 – Arpa xan Hülaki
1336 – Musa xan Hülaki
1336-1338 – Məhəmməd xan Hülaki
1339-1340 – Satıbəy xatun Hülaki
XIV əsrin 40-cı illəri – Hülakülər dövlətinin parçalanması
1340 – Bağdadda Cəlairilər dövlətinin təsisi
1340-1344 – Süleyman xan Hülaki
1340-1357 – Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı
1344-1355 – Ənuşirəvani-Adil Hülaki
1344, 1346, 1357 – Təbrizdə Çobani feodallarına qarşı üsyanlar
1345-1372 – Şirvanşah Kavus
1345-1357 – Həsən xan Hülaki
1359-1410 – Azərbaycan Cəlairilər dövlətinin tərkibində
1359-1374 – Şeyx Üveys Cəlairi
1364-1367 – Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi
1372-1382 – Sultan Hüseyn Cəlairi
1382-1538 – Dərbəndilər sülaləsi
1382-1417 – Şirvanşah I İbrahim
1382-1410 – Sultan Əhməd Cəlairi
1385, 1387, 1394 – Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
1386, 1392, 1399 – Teymurun Azərbaycana yürüşləri
1387, 1393, 1397, 1400 – Teymurun Əlincəqalaya hücumları
1387-1401 – Əlincəqalanın qəhrəmancasına müdafiəsi
1404 – İspaniyalı Klavixo Təbrizdə
1405-1406 – Azərbaycanda Teymurilərə qarşı üsyan
1406, may-iyun – Şirvanşah İbrahimin Təbrizə gəlişi
1406, iyul – Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması
1406, 14 oktyabr – Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş
1408, 21 aprel – Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi
1410, 30 avqust – Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş
1410-1420 – Qara Yusifin hakimiyyəti
1410-1467 – Qaraqoyunlu dövləti
1412, dekabr – Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş
1417-1465 – Şirvanşah I Xəlilullahın hakimiyyəti
1421, 30 iyul-1 avqust – İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü
1422-1429 və 1431-1435 – Qaraqoyunlu İsgəndərin hakimiyyəti
1427-1447 – Şeyx İbrahim (Şeyxşah) Səfəvi
1429, 17-18 sentyabr – İsgəndərlə Şahrux arasında Səlmas döyüşü
1436-1467 – Cahanşahın hakimiyyəti
1447-1460 – Şeyx Cüneyd Səfəvi
1453-1457 – Cahanşahın İranı zəbt etməsi
1453-1478 – Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda)
1458 – Cahanşahın Heratı alması
1460-1488 – Şeyx Heydər Səfəvi
1465-1500 – Şirvanşah Fərrux Yəsarın hakimiyyəti
1465 – Təbrizdə “Göy məscid”in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri
1466 – Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi
1467, 10 noyabr – Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş
1471-1473 – Venesiya elçisi Katerino Zeno Azərbaycanda
1472-1473 – Ağqoyunlu-Osmanlı müharibəsi
1473, 1 avqust – Malatiya döyüşü
1473, 11 avqust – Otluqbeli döyüşü
1478, 5 yanvar – Uzun Həsənin vəfatı
1478-1490 – Sultan Yaqubun hakimiyyəti
1483 – Təbrizdə “Həşt-behişt” sarayının tikilməsi
1483, 1487, 1488 – Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri
1487 17 iyul – İsmayıl Səfəvinin Ərdəbildə anadan olması
1488-1404 – Şeyx Sultan Əli Səfəvi
1489-1493 – Körpə İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması
1490-1492 – Ağqoyunlu Baysunqurun hakimiyyəti
1492-1497 – Ağqoyunlu Rüstəm padşahın hakimiyyəti
1494-1499 – İsmayılın Gilanda (Lahicanda)qalması
1497 – Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti
1499 – Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi
1499-1500 – İsmayılın Ərzincan səfəri
1500-cü ilin sonları – İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi
1501-ci ilin yazı – İsmayılın Bakını alması
1501-ci ilin ortaları – Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi
1501-ci ilin payızı – İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması
1501-1524 – I Şah İsmayılın hakimiyyəti
1502-1524 – Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyəti
1503, 21 iyun – Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi
1504-1505-ci illərin qışı – Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması
1508, 21 oktyabr – Şah İsmayılın Bağdadı tutması
1509-1510 – Şah İsmayılın Şirvana ikinci yürüşü
1510, 2 dekabr – Mərv yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi
1512-1520 – Sultan Səlimin hakimiyyəti
1514, 23 avqust – Çaldıran döyüşü
1515 – Diyarbəkirin Sultan Səlim tərəfindən zəbt edilməsi
1516-1517 – Səfəvilərin Gürcüstana yürüşləri
1520-1566 – I Sultan Süleyman Qanuninin hakimiyyəti
1521 – Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi
1524, 23 may – I Şah İsmayılın vəfatı
1524-1535 – Şirvanşah II Xəlilullahın hakimiyyəti
1524-1576 – I Şah Təhmasibin hakimiyyəti
1534, 1535, 1548, 1554 – I Sultan Süleymanın Azərbaycana yürüşləri
1538 – Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi
1540, 1546, 1551, 1554 – Səfəvilərin Gürcüstana yürüşləri
1544 – Hindistan hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması
1547, 1549, 1554 – Şirvanda Səfəvilərə qarşı üsyan
1551 – Şəkinin Səfəvilər dövlətinə qatılması
1552-ci il – Səfəvilərin Osmanlı ərazisinə yürüşü
1555, 29 may – Amasiya sülhü
1555 – Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi
1560-1634 – Tarixçi İsgəndər bəy Münşi
1565 – Şah Təhmasibin tamğa vergisini ləğv etməsi
1571-1573 – Təbrizdə şəhər yoxsullarının üsyanı
1574-1595 – III Sultan Muradın hakimiyyəti
1576, 22 avqust-1577, 24 noyabr – II Şah İsmayılın hakimiyyəti
1578, 13 fevral-1587 – Şah Məhəmməd Xudabəndənin hakimiyyəti
1578-1590 – Səfəvi-Osmanlı müharibələri
1578, 9 avqust – Çıldır döyüşü
1578-1581 – Krım tayfalarının Şirvan və Qarabağa basqınları
1540, 1546, 1554 – Səfəvilərin Gürcüstana yürüşləri
1587-1629 – Şah Abbasın hakimiyyəti
1590 – İstanbul sülhü
1598 – Paytaxtın Qəzvindən İsfahana köçürülməsi
1599-1601 – Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya səyahəti
1603, 14 sentyabr – I Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması
1603, 21 oktyabr – I Şah Abbasın Təbriz şəhərini tutması
1603-1617 – I Sultan Əhmədin hakimiyyəti
1603-1607 – Səfəvi-Osmanlı müharibəsi
1604, 8 iyun – İrəvan qalasının osmanlılardan azad edilməsi
1605, may – Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü
1605, 7 noyabr – I Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi
1606 – Azərbaycanda Cəlairi hərəkatının yüksəlməsi
1606, 9 yanvar – I Şah Abbasın Şamaxı üzərinə yürüşü
1606, 5 iyul – Gəncənin osmanlılardan azad edilməsi
1606-1607 – Gəncədə Şah Abbas məscidinin inşası
1606 – Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi
1607, yanvar – Bakıda osmanlılara qarşı üsyanın başlanması
1607, fevral-mart – Dərbənddə osmanlılar əleyhinə üsyanlar
1607, 27 iyun – Şamaxı şəhərinin osmanlılardan azad edilməsi
1610 – Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1610-1612 – Osmanlı-Səfəvi müharibəsi
1610 – Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1612, 17 oktyabr – İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması
1613, oktyabr – I Şah Abbasın Gürcüstana yürüşü
1614-1616 – Şirvanda Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan
1616-1618 – Osmanlı Səfəvi müharibəsi
1616 – Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
1618, 10 sentyabr hakimiyyəti – Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın Osmanlı ordusunu məğlub etməsi
1618, 26 sentyabr – Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması
1618-1623 – II Sultan Osmanlı hakimiyyəti
1623-1640 – IV Sultan Muradın hakimiyyəti
1624-1626 – Səfəvi-Osmanlı müharibəsi
1625, 30 iyun – I Şah Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması
1629, 19 yanvar – I Şah Abbasın vəfatı
1629-1642 – I Şah Səfinin hakimiyyəti
1629 – Talışda üsyan
1630, 30 aprel – Osmanlı ordusunun İrəvanı tutması
1631-1632 – Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin ətrafında üsyan
1635-ci ilin yayı – IV Sultan Muradın Azərbaycana yürüşü
1639, 17 may – Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması
1642-1667 – II Şah Abbasın hakimiyyəti
1667-1694 – Şah Süleymanın hakimiyyəti
1668, 4 yanvar – Şamaxıda zəlzələ
1668-ci ilin yayı – Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi
1696-1722 – Şah Sultan Hüseynin hakimiyyəti
1699-1702 – Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması
1707-1709 – Erməni fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri. Car-Balakən bölgəsində üsyanlar
1709-1711 – Şirvanda üsyanlar
1710 – Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi
1713 – Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri
1716-1718 – Rus dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri
1717 iyun-iyul – Rusiya-İran ticarət müqaviləsinin bağlanması
1718-1719 – Hacı Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi
1720-1721 – Şirvanda üsyanın ikinci mərhələsi
1721, avqust – Hacı Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının Şamaxını tutması
1722, iyul – I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün başlanması
1722, 23 avqust – Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması
1722, 5 sentyabr – Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi
1722, oktyabr – İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması
1722, dekabr – Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması: Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi
1723, avqust – Rus eskadrasının Bakını zəbt etməsi
1723, sentyabr – Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında “müqavilə” bağlanması
1724, 12 iyul – İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması
1724, iyun – Osmanlı qoşunlarının İrəvan şəhərini alması
1724 – Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
1725, may – Osmanlı qoşunlarının Təbrizi alması
1725, avqust – Gəncənin Osmanlı qoşunları tərəfindən alınması
1725, dekabr – Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması
1726-1727 – Müşkür, Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunları tərəfindən işğalı
1726-1758 – Qubalı Hüseynəli xanın hakimiyyəti
1727-1728 – Hacı Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması
1730 – Nadir şah Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması
1732, 16 yanvar – Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması
1732, 21 yanvar – Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması
1733, fevral – Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması
1734, avqust – Nadirin Şamaxını ələ keçirməsi
1735 – Hacı Davudun vəfatı
1735, 10 mart – Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması
1743 – Şəkidə üsyan
1744, noyabr – Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi
1747, 20 iyun – Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi
1747 – III Sam Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi.
Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan etməsi
1743-1755 – Hacı Çələbi xanın hakimiyyəti
1747-1759 – Dərbəndli Məmmədhüseyn xanın hakimiyyəti
1747-1760 – Gəncəli Şahverdi xanın hakimiyyəti
1747-1762 – Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti
1747-1786 – Talışda Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti
1748 – Bayat qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi
1748-ci ilin sonu – Adil şahın taxtdan salınması
1748-1763 – Qarabağlı Pənahəli xanın hakimiyyəti
1751 – Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1752 – Gürcü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü
1755 – Hacı Çələbi xanla qubalı Hüseynəli xan arasında toqquşma
1755-1779 – Şəkili Hüseyn xanın hakimiyyəti
1757 – Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi
1758-1789 – Qubalı Fətəli xanın hakimiyyəti
1758-1763 – Əsgəran qalasının tikilməsi
1759 – Urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu
1760-1780 – Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti
1760 – Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1761 – Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi
1763-1786 – Xoylu Əhməd xanın hakimiyyəti
1763 – Məhəmməd Səid xanın Yeni Şamaxını ələ keçirməsi
1768 – Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi
1768-1784 – Bakılı Məlikməhəmməd xanın hakimiyyəti
1772 – Şəki şəhərinin yeni əraziyə köçürülməsi
1774, iyul – Əmir Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması
1774, avqust – General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi
1779 – Qarabağlı İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi
1779-1781 – Şəkili Əbdülqədir xanın hakimiyyəti
1780-1781 – Qubalı Fətəli xanın Qarabağa yürüşləri
1781-1795 – Şəkili Məhəmmədhəsən xanın hakimiyyəti
1783, 24 iyul – Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk müqaviləsinin imzalanması
1783-1804 – Gəncəli Cavad xanın hakimiyyəti
1785 – Xoylu Əhməd xanın Təbrizə yürüşü
1786-1814 – Mir Mustafa xanın hakimiyyəti
1795 – Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza birinci yürüşü
1795, iyun-iyul – Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması
1795-1806 – Şəkili Səlim xanın hakimiyyəti
1796, aprel – V. Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü
1796-1806 – Qarabağlı İbrahim Xəlil xanın hakimiyyəti
1797 – Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü
1797, 4 iyul – Ağa Məhəmməd şahın Şuşada qətlə yetirilməsi
1801 (əvvəli) – İran-İngiltərə müqaviləsi
1801, 12 sentyabr – Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti
1802, 26 dekabr – Georgiyevski müqaviləsi
1803, mart – Car-Balakənin Rusiya tərəfindən işğalı
1804, 4 yanvar – Gəncənin Rusiya tərəfindən işğalı
1804, 10 iyul – Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi
1804, iyul – Rusiya-İran müharibəsinin başlanması
1805, 14 may – Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi
1805, 27 dekabr – Şirvan xanlığı ilə Rusiya arasında müqavilə
1806, 8 fevral – Sisianovun Bakı yaxınlığında öldürülməsi
1806, iyun – İbrahimxəlil xanın öldürülməsi
1806, iyun – Rus qoşunlarının Şəki xanlığından qovulması
1806, 22 iyun – Rus qoşunları tərəfindən Dərbəndin tutulması
1806, sentyabr – Bakı və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi
1806, oktyabr – Şəki xanlığının işğalı
1806, dekabr – Rus-türk müharibəsinin başlanması
1809 – İngiltərə-İran müqaviləsi
1810, 15 iyun – Mehrinin ruslar tərəfindən işğalı
1810, avqust – İranla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması
1812, 21 dekabr – Kotlyarevskinin Lənkəran xanlığına soxulması
1813, 12 oktyabr – Gülüstan sülhü
1818 – Ağalar haqqında “Əsasnamə”
1819 – Nuxada komendant üsulunun təsisi
1820 – Şirvanda komendant üsulunun təsisi
1822 – Qarabağ xanlığında komendant üsulunun təsisi
1824 – Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi
1826 – Lənkəranda komendant üsulunun təsisi
1826, 19 iyul – Abbas Mirzənin Şimali Azərbaycana hücumu
1826, 27 iyul – Gəncə üsyanı
1826, 3 sentyabr – Şamxor döyüşü
1826, 4 sentyabr – Gəncənin yenidən işğalı
1826, 13 sentyabr – Gəncə döyüşü
1826, 9 dekabr – Nuxanın yenidən tutulması
1826, 26 dekabr – Rus qoşunlarının Cənubi Azərbaycana soxulması
1827, 26 may – Naxçıvanın tutulması
1827, 5 iyun – Cavanbulaq döyüşü
1827, 7 iyul – Abbasabadın tutulması
1827, 20 sentyabr – Sərdarabadın süqutu
1827, 26 sentyabr – İrəvanın mühasirəsinin başlanması
1827,1 oktyabr – İrəvan qalasının süqutu
1827, 2 oktyabr – Mərəndin tutulması
1827, oktyabr – Xoyun tutulması
1827, 13 oktyabr – Təbrizin tutulması
1827 – Xanabad (Nuxa yaxınlığında) ipək emalı fabrikinin işə salınması
1828, 28 yanvar – Urmiyanın tutulması
1828, 8 fevral – Ərdəbilin tutulması
1828, 10 fevral – Türkmənçay müqaviləsi
1828, aprel – Rus-türk müharibəsinin başlanması
1829, 2 sentyabr – Ədirnə sülhü
1830 – Car vilayətinin təşkili
1830 – Car-Balakən üsyanı
1830, dekabr – Şuşada ilk qəza məktəbinin açılması
1831, 3 iyun – Yeni ticarət tarifi (yasaqlı tarif)
1831 – Talış üsyanı
1832, 17 yanvar – Bakıda qəza məktəbinin açılması
1833, 8 fevral – Gəncədə qəza məktəbinin açılması
1837 – Quba üsyanı
1838 – Car-Balakəndə kəndli çıxışı
1838 – Şəkidə kəndli üsyanı
1840 – İnzibati məhkəmə islahatı
1841, 5 yanvar – Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun
1844 – Qafqaz canişinliyinin təsisi
1844-1845 – Şuşa, Nuxa və Qubada kəndli çıxışları
1846, 14 dekabr – Şamaxı, Dərbənd quberniyalırının təşkili
1848 – Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi
1848 – Şuşada ilk teatr tamaşası
1849, iyun – İrəvan quberniyasının təşkili
1849 – Gəncədə, Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması
1850 – Lənkəranda ilk teatr tamaşası
1852 – Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi
1855 – Gədəbəy misəritmə zavodunun işə düşməsi
1857 – Şamaxıda ilk teatr tamaşası
1859 – Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili
1861, 29 iyun – “Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə”nin təsdiqi
1863, iyun – Zaqatalada üsyan
1864, 21 yanvar – Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilməsi
1865 – Bakıda 4 sinifli ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu
1865, 25 avqust – “Simens qardaşları və Ko şirkəti” tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması
1868 – Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması
1870, 14 may – aqrar islahat keçirilmişdir.
1872, 17 fevral – Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması
1872, 16 iyun – şəhər əsasnaməsinin təsdiq olunması
1872, avqust – Bakı xəzinə palatasının təsiri
1873, 23 mart – Bakıda M. F. Axundovun “Lənkəran xanının vəziri” pyesinin tamaşasının göstərilməsi
1873 – İlk neft fontanı
1874 – Ərəş qəzasının təşkili
1874 – Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması
1875, 22 iyul – “Əkinçi” qəzetinin nəşrə başlaması
1878 – İlk neft kəmərinin çəkilişi
1879 – “Nobel qardaşları” firması tərəfindən ilk dəmir yolunun çəkilməsi
1880, yanvar – Bakı rayonunda dəmir yolunun fəaliyyətə başlaması
1882 – Zaqatalada birinci peşə məktəbi təşkil olundu
1883, may – Tiflis və Bakı arasında dəmir yolu fəaliyyətə başladı
1883, iyul – Cəbrayıl və Cavanşir qəzalarının təşkili
1889-1893 – İngilis təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri
1890, 3 dekabr – Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün “Sudan istifadə haqqında Əsasnamə”nin qəbul edilməsi
1894 – Rusiyada ilk neft ixracedici sindikat “Bakının neft-zavod sahibləri ittifaqı”nın yaranması
1896 – Bakı-Batum neft kəməri tikintisinin başlanması
1896 – Mərdəkanda Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən təşkil olunmuşdu.
1897 – Bakının ən iri firmalarından biri “H. Z. Tağıyev” firması bir qrup ingilisə Q. Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı
1897 – Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi
1898 – Bakı neft hasilatına görə ABŞ-ı ötdü
1898 – Quba bağçılıq məktəbinin fəaliyyətə başlaması
1899 – Yelizavetpol quberniyasında “Tovuz” tikinti materialları və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu
1900 – Bakı-Dərbənd dəmiryolu çəkilmişdir.
1900 – Bakıda sosial-demokrat mərkəzinin yaradılması
1900 – Don Səhmdar Torpaq Bankının Azərbaycanın ərazisində fəaliyyətə başladı.
1900, noyabr – Bakı ilə Petrovsk arasında dəmir yolunun istismarı başlandı
1900-cü ilin əvvəli – “Nobel qardaşları” şirkəti və Rotişildin “Mazut” cəmiyyəti kartel müqaviləsi bağladı (“Nobmazut”)
1900-cü il 1 may – İmperator II Nikolay “Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlilərinin torpaq təminatının mühüm əsasları”nı təsdiq etdi
1901 – Bakıda ilk müsəlman qadın məktəbi “Tağıyevin qız məktəbi açıldı
1901-ci il – RSDFP-nin Bakı komitəsinin yaradılması
1901-ci il – Bakıda icraçı qrupunun təşəkkül tapması “Nina” mətbəəsinin fəaliyyətə başlaması
1902-ci il – Tiflisdə kənd sahibkarlarının qurultayı
1902-ci ilin yayı – Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmiryol stansiyaları arasındakı teleqraf xətti ilə birləşdirildi
1903-cü il – RSDFP Bakı təşkilatında bolşeviklərə və menşeviklərə parçalanma
1903 – Bakı bulvarının inşası. M. Nağıyevin Yeni Avropa mehmanxanasının tikilməsi
1903 – Tiflisdə Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet “Şərqi-Rus çıxmağa başladı
1903-cü ilin yayı – Bakıda eser təşkilatının yaradılması
1903-cü il – Təzəkənd-Biləsuvar arasında yeni teleqraf xətti çəkildi
1903-cü ilin payızı – Bakıda “spesifiklər” təşkilatının yaradılması
1904-cü il – “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” tərəfındən Ağdaş və İrəvan pambıqçılarının qurultayı keçirildi
1904-cü il oktyabr – Sosial-demokratik “Hümmət” təşkilatının fəaliyyətə başlanması
1904-cü il – İlk kredit idarəsi- “Qarşılıqlı kredit cəmiyyəti” açıldı
1904-cü il dekabr – Bakı fəhlələrinin ümumi tətili, məşhur Konstitusiyasının (27 dekabr) nizamlanması
1905-ci il fevral – Gəncədə “Sosial-federalistlərin türk inqilabi komitəsi”nin yaradılması
1905-ci il 6-9 fevral – Bakıda erməni-müsəlman toqquşmaları
1905-ci il 26 fevral – Qafqazda canişinlik üsul idarəsinin bərpası
1905, 27 sentyabr – Neft sənayeçilərinin Peterburq müşavirəsi
1905-ci ilin yayı – Gəncədə “Qeyrət” qrupunun yaradılması
1905-ci il, avqust – Nijni-Novqorada Ümumrusiya müsəlman ittifaqının (İttifaqi-müsliminin) I (təsis) qurulutayının keçirilməsi
1905-ci il, dekabr – Kadet partiyası Bakı şöbəsinin təşkili
1905-ci il, avqust-sentyabr – “Difai” partiyasının meydana çıxması
1906-cı il, 28 oktyabr – Bakı qrado naçalnikliyinin yaradılması
1906-cı il, aprel – Tiflisdə “Molla Nəsrəddin” jurnalının çapa başlaması
1907-ci il – “Musa Nağıyevin neft sənayesi və ticarət cəmiyyəti” yarandı
1907 – Müsəlman ruhani cəmiyyəti “Səadət”in fəaliyyətə başlaması
1908-ci il – Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmiryolu çəkilişinin başa çatdırılması
1909-cu il – S. Peterburq beynəlxalq kommersiya bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı
1910-cu il – Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərinin qurultayı
1911-ci il – Culfada İran hesab-borc bankının şöbəsi yaradıldı
1911-ci il – Bakı-Tiflis telefon xətti çəkilib başa çatdırıldı
1911, oktyabr – Bakı “Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyasının əsasının qoyulması
1911-Bakı ilk qadın qəzeti “İşıq” nəşr olunub
1912-ci il – “Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında” qanun IV Dövlət duması tərəfindən təsdiq edildi
1912-ci il, 16 avqust – Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı
1912-ci il, 20 dekabr – Çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi təsdiq edilib qüvvəyə mindi
1913-cü il – Lənkəranda Rus-Asiya bankının şöbəsinə çevrilən komissionerliyi açıldı
1913-cü il – Astarada İran hesablama borc agentliyinin şöbəsi açıldı
1913-cü il – Londonda “Yeni Şibayev neft komissiyası” yaradıldı
1913-cü il – “Xəzər gəmiçiliyi” yaradıldı
1913-cü il – Bakı ilə Tiflis arasında birbaşa teleqraf əlaqəsi yaradıldı
1913-cü il, 7 iyul – Çarın sərəncamı ilə “Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında” qanun qüvvəyə mindi
1914-1918 – M. Nağıyevin vəsaiti ilə xəstəxana tikilmişdi
1914-cü – “M. Q. Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti” təşkil olundu
1914 – Gəncədə Müəllimlər Seminariyası açılmışdır
1914-cü il – Bakı tacir bankı yaradıldı
1914-cü il, 25 iyun – Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açıldı
1914-1918-ci illər – I Cahan savaşı
1915, 15 iyun – Bakı HSK-nın yaradılması
1916 – Bakı Müəllimlər Seminariyasının fəaliyyətə başlaması
1916 – “Müsəlman dram cəmiyyəti yaradıldı
1917, 3 mart – Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili
1917, 3 mart – Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə-OZAKOM -a verildi
1917, 15-20 aprel – Bakıda Qafqaz müsəlmanları qurultayı keçirilməsi
1917, 1-8 may – Zaqafqaziya Komissarlığının təşkili
1918, yanvar – Yelizavetpol qəzasında azərbaycanlıların soyqırımı
1918, 23 fevral – Zaqafqaziya seyminin açılması. Zaqafqaziya hökumətinin təşkili
1918, mart-aprel – Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı
1918, 27 may – Azərbaycan Milli Şurasının təşkili. Azərbaycanın Müstəqilliyi Aktının qəbulu
1918, 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
1918, 28 may – Azərbaycanın İstiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Hökumətinin Tiflisdən Gəncəyə köçürülməsi
1918, 26 iyun – Azərbaycan Milli Ordusunun yaradılması
1918, 26 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi
1918, 31 iyul – Bakı Xalq Komissarları Şurasının süqutu
1918, 4 avqust- İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
1918, 26 dekabr – Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin imzalanması
1919, 15 yanvar – Qarabağ general-qubernatorluğunun yaradılması
1919, 15 yanvar – Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi
1919, iyun – Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan Gürcüstan Hərbi Müdafiə Aktının imzalanması
1919, 11 avqust – Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
1919, 24 avqust – İngilislərin Bakını tərk etməsi
1919, 28 avqust – Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanunun qəbul edilməsi
1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
1920, 11 yanvar – Paris Sülh Konfransında Antanta Ali Şurasının Azərbaycanın müstəqilliyini de-fakto tanıması
1920, 11-12 fevral – Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı.
1920, 24 aprel – RK (b)P Qafqaz Ölkə Komitəsi, AK(b)P MK və BK partiya təşkilatlarını hərbi vəziyyətdə elan edirlər.
1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
1920, 27-28 aprel – XI Qızıl Ordunun hissələri rəsmi elan etmədən Azərbaycanın şimal sərhədlərini keçdilər, həmin gün axşam saat 11 -də Parlamentə ultimatum təqdim edildi, hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında qərar imzalandı, 28 apreldə XI Qızıl Ordunun zirehli qatarları Bakını işğal etdi.
1920, 28 aprel – Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci heyəti təşkil edildi.
1920, 28 aprel – mayın əvvəlləri – Qəza inqilab komitələrinin təşkili.
1920, 30 aprel – Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K (b)P MK-nın orqanı “Kommunist” qəzetinin ilk sayının çap edilməsi.
1920, 30 aprel – XI Qızıl Ordu hissələrinin Şamaxı və Salyanı işğal etməsi.
1920, 3,4 may – XI Qızıl Ordu hissələrinin Lənkəranı və Astaranı işğal etməsi.
1920, 5 may – Azərbaycan İnqilab Komitəsinin xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verməsi.
1920, 7 may – Azərbaycan İnqilab Komitəsinin Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verməsi.
1920, 11 may – XI Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması.
1920, 12 may – Azərbaycan İnqilab Komitəsinin xalq məhkəmələrinin təşkili haqqında dekreti.
1920, 12 may – Azərbaycan Daxili İşlər Komissarlığının Azərbaycanda hər cür zümrə, təbəqə və vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekreti.
1920, 12 may – XI Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi.
1920, 16 may – N. Nərimanovun Moskvadan Bakıya gəlməsi.
1920, 24 may – Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekreti.
1920, 25-31 may – Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 27 may – Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili.
1920, iyun – teatrların milliləşdirilməsi haqqında dekret. Azərbaycan Dövlət Teatrıının yaradılması
1920, 5-15 iyun – Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 6 iyun – Azərbaycan İnqilab Komitəsinin Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekreti.
1920, 9-20 iyun – Zaqatalada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 11 iyun – Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekreti.
1920, 19 iyun – Fətəli Xan Xoyskinin muzdlu erməni qatilinin əli ilə Tiflisdə qətlə yetirilməsi.
1920, 16-19 iyul – Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayı.
1920, 28 iyul – XI Qızıl Ordunun birinci Qafqaz polku Naxçıvana daxil oldu və sovet hakimiyyəti elan edildi.
1920, 1-7 sentyabr – Bakıda Şərq xalqlarının birinci qurultayı.
1920, 20 sentyabr – Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması. M. Xiyabaninin qətli.
1920, 23 sentyabr – Azərbaycan İnqilab Komitəsinin kənd yoxsul komitələrinin təşkili haqqında dekreti.
1920, 30 sentyabr – Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilə bağlanması.
1920, 1-10 noyabr 1920-ci ilin yayında – XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M. Ə. Rəsulzadənin İ. V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
1920, 15 dekabr – Azərbaycan İnqilab Komitəsinin “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekreti.
1921, yanvar – Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması.
1921, yanvar – Azərbaycan Dövlət Arxivinin fəaliyyətə başlaması.
1921, 11-18 fevral – Azərbaycan Kommunist (b) Partiyasının III qurultayı.
1921, 16 mart – RSFSR və Türkiyə Respublikası arasında dostluq müqaviləsinin imzalanması.
1921, 19 may – I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi.
1921, iyul – Azərbaycan SSR XKS-nin Bakıda birinci kişi pedaqoji institutunun yaradılması haqqında dekreti.
1921, 26 avqust – Azərbaycan SSR XKS-nin Konservatoriyanın təşkili haqqında dekreti.
1921, sentyabr – Azərb. K(b)P MK və Azərb. SSR XKS-nin Azneftkomun müstəqil Azərneft trestinə çevrilməsi haqqında qərar qəbul etməsi.
1921, 13 oktyabr – Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları ilə Türkiyə arasında müqavilə imzalanması.
1921, noyabr – Bakıda Ali qadın pedaqoji institutunun açılması.
1922, 17 yanvar – Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi.
1922, 25 yanvar – Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması.
1922, 27 yanvar – Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayı.
1922, 12 mart – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının (ZSSRFİ) təşkili.
1922, 28 aprel – 3 may – II Ümumazərbaycan Sovetlər qurultayı.
1922, 20 oktyabr – Azərbaycan SSR MİK-nın latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekreti.
1922, 2 noyabr – C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən “Molla Nəsrəddin” satirik jurnalının Bakıda buraxılan ilk sayı çapdan çıxmışdır.
1922, 7 noyabr – Bakıda böyük satirik M. Ə. Sabirin abidəsinin təntənəli açılışı.
1922, 13 dekabr – I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi.
1922, 30 dekabr – SSRİ I Sovetlər qurultayı. Sovet Sosialist Respublikaları İttifaqının təşkili.
1923, 12-15 mart – AK (b)P V qurultayı.
1924, 18 mart – Azərbaycan XKS və MİK-nın “Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında” qərarı.
1923, aprel – “İliç buxtası” neft mədəninin əsasının qoyulması.
1923, 23 may – Azərbaycan Mərkəzi Dövlət kitabxanasının təntənəli açılışı.
1923, iyun – Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu.
1923, 7 iyul – Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili.
1923, 20 oktyabr – Azərbaycan MİK “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul etdi.
1923, 2 noyabr – Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması.
1923, noyabr – “Şərq qadını” (indiki “Azərbaycan qadını”) adlı ədəbi, ictimai, siyasi jurnalın nəşrə başlaması.
1924, 3 fevral – Bakıda tramvay nəqliyyatının işə salınması.
1924, 9 fevral – Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Nax. MSSR) təşkil edilməsi.
1924 mart – Xalq Maarif Komissarlığı “Qədim abidələrin qeydə alınması və onların mühafizəsi” haqqında qərar qəbul etdi.
1924, 5-9 may – AK (b)P VI qurultayı.
1924, 17 iyul – “Rədd olsun savadsızlıq” cəmiyyəti şöbəsinin Azərbaycanda təşkili.
1924, 6 oktyabr – Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının – “Göybirliyi”nin təşkili.
1925, 10-16 mart – IV Azərbaycan Sovetlər qurultayı.
1925,19 mart – N. Nərimanovun Moskvada vəfatı.
1926, 3 fevral – Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya yaradılması.
1926, 25 fevral 5 mart – Bakıda I Ümumittifaq türkoloji qurultayı.
1926, 6 iyul – Bakını Balaxanı – Sabunçu rayonu ilə birləşdirən, SSRİ – də birinci elektrik dəmir yolunun təntənəli açılışı.
1926, iyul – Tiflisdə Azərbaycan dilində “Dan ulduzu” adlı aylıq ədəbi-ictimai jurnalının 1-ci sayı çapdan çıxmışdı.
1926, 6 noyabr – Efırdə ilk dəfə “Danışır Bakı” sözlərinin səslənməsi – Azərbaycanda müntəzəm radio verlişlərinə başlanması.
1927, 18 mart – V Ümumazərbaycan Sovetlər qurultayı.
1927, may – Yeni türk əlifbasının Ümumittifaq mərkəzi komitəsi təsis edilmişdi.
1927, 12-18 noyabr – AK (b)P VIII qurultayı.
1928, 13-16 yanvar – Azərbaycan proletar yazıçılarının I qurultayı. Azərbaycan proletar yazıçıları Assosasiyasının yaranması.
1928, 22 iyul – Azərbaycan SSR MİK və Azərbaycan SSR XKS-nin məcburi qaydada yeni – latın qrafıkalı əlifbaya keçilməsi haqqında qərarı.
1928, dekabr – Bakıda Azərbaycan aşıqlarının I qurultayı.
1929, 1 yanvar – Azərbaycanda latın əlifbasına keçilməsi.
1929, 6-14 mart – AK (b)P IX qurultayı.
1929, may – Azərbaycan Politexnik institutu kənd təsərrüfatı fakultəsinin Azərbaycan kənd təsərrüfatı İnstitutuna (AKTİ) çevrilməsi.
1929, 22 oktyabr – Azərbaycan MİK yanında Azərbaycan Elmi – Tədqiqat İnstitutunun (Az. DETİ) açılması.
1930, fevral – Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri istifadəyə verildi.
1930, 10 mart – Bakı Sənaye Akademiyası fəaliyyətə başlayır.
1930, mart – Bərdə və Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili.
1930, 31 may – 4 iyun – AK(b) P X qurultayı.
1930, iyun – Azərbaycan Tibb İnstitutunun yaradılması.
1930, 28 avqust – AK (b) P MK bürosunun “Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi haqqında” qərarı.
1931, 19-25 yanvar – AK (b) P XI qurultayı.
1931, 8-16 fevral VII – Ümumazərbaycan Sovetlər qurultayı.
1931, 31 mart – Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif edilməsi.
1932, 19-25 yanvar – AK (b) P XI qurultayı.
1932, sentyabr – SSRİ Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB) yaradılması.
1933, 10 dekabr – Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK – nin birinci katibi seçilir.
1934, 11-14 yanvar – AK (b) P XII qurultayı.
1934, 13-17 iyun – Azərbaycan sovet yazıçılarının I qurultayı.
1934, noyabr – Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi.
1935, 11-17 yanvar – VIII Ümumazərbaycan Sovetlər qurultayı.
1935, oktyabr – SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA Azərbaycan Filialına (Az.FAN) çevrilməsi.
1937, 14 mart – Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu.
1937, 3-9 iyun – AK (b) P XIII qurultayı.
1937, 17 sentyabr – Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu.
1938, 11-14 mart – Azərbaycan aşıqlarının II qurultayı.
1938, 5-14 aprel – Moskvada Azərbaycan incəsənətinin birinci dekadası.
1938, 7-14 iyun – AK (b) P XIV qurultayı.
1939, 25 fevral – AK (b) P XV qurultayı.
1939 2 sentyabr – İkinci Dünya müharibəsinin başlanması.
1940, 1 yanvar – Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi.
1940, 12-16 mart – K (b) P XVI qurultayı.
1940, 6 may – Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı.
1940, 15-28 may – Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü.
1940, 23-25 oktyabr – Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı.
1941, 22 iyun – Faşist Almaniyasının SSR-yə hücumu.
1941, 28 iyun – Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
1941, avqust – 402-ci Azərbaycan milli diviziyanın yaradılması.
1941 avqust – SSRİ və Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi.
1941, oktyabr – 223-cü Azərbaycan milli diviziyanın yaradılması.
1941, dekabr – İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
1941-1945 – Cənubi Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi.
1942, fevral-mart – 416-cı Azərbaycan milli diviziyanın yaradılması.
1942, may – 77 Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi.
1942, avqust-sentyabr – 271-ci Azərbaycan milli diviziyanın yaradılması.
1942, 9 sentyabr – Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
1943-cü ilin payızı – Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi.
1945, 23 yanvar – Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945, 9 May – Faşist Almaniyası üzərində qələbə.
1945, 2 sentyabr – Yaponiya üzərində qələbə.
1945-1954 – Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi.
1946 iyun – Təbriz Universitetinin açılması.
1946 dekabr – Cənubi Azərbaycanda milli-demokratik hərəkatın süqutu.
1947 23 dekabr – 10 mart – SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarları.
1948 – Xəzər dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması.
1948, iyun – Bakıda Xarici Dillər İnstitutunun yaradılması
1948, 11 noyabr – Mingəçevir şəhərinin salınması
1949 – Azərbaycan SSR-də icbari yeddilik təhsilə keçilməsi.
1955 – M. Rəsulzadənin Ankarada vəfatı.
1959 – Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilir.
1962 – Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 – İcbari on illik təhsilə keçilməsi.
1967 – Bakı metropoliteninin 6 stansiyasının işə salınması.
1969, iyul – H. Ə. Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi.
1978, aprel – Azərbaycan SSR yeni Konstitusiyasının qəbul edilməsi.
1982 – H. Ə. Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Sovetinin Birinci müavini təyin edilməsi.
1983 – Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi.
1987 – H. Ə. Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi.
1988, 17 noyabr – Azərbaycanda milli-azadlıq hərəkatının başlanması.
1988, dekabr – Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR-dən) azərbaycanlıların kütləvi deportasiyasının başa çatdırılması.
1989, 30 dekabr – Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1990, 20 yanvar – Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.
1990, 19 may – Respublikada “Prezident” institutunun təsisi
1991, 5 fevral – Azərb. SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması.
1991, 3 sentyabr – H. Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi.
1991, sentyabr – Qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaranması.
1991, 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi.
1991, 26 noyabr – DQMV statusunun ləğv edilməsi.
1991, 26 noyabr – Milli Şuranın yaradılması.
1992 ,25-26 fevral – Xocalı faciəsi.
1992, 17-18 may – Laçının düşmən əlinə keçməsi.
1992, 7 iyun – AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilməsi.
1992, oktyabr – Azadlığı müdafiə aktına 907 saylı əlavənin qəbul edilməsi
1992, 21 noyabr – Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması
1993, 3-6 aprel – Kəlbəcərin işğalı
1993, 4 iyun – Gəncə qiyamı
1993, 9 iyun – H. Əliyevin Bakıya gəlməsi
1993, 15 iyun – H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi- “Qurtuluş” günü
1993, 23 iyul – Ağdamın işğalı
1993, 18 avqust – Cəbrayılın işğalı
1993, 21-23 avqust – Cənub bölgəsində qiyamın yatırılması
1993, 23 avqust – Fizulinin işğalı
1993, 31 avqust – Qubadlının işğalı
1993, 24 sentyabr – Azərbaycanın MDB-yə daxil olması
1993, 3 oktyabr – H. Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
1993, 30 oktyabr – Zəngilanın işğalı
1993, 2 noyabr – Prezident H. Əliyevin xalqa müraciəti
1994, 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalanması
1994, oktyabr – Dövlət çevrilişinə cəhd
1995, mart – Dövlət çevrilişinə cəhd
1995, 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul edilməsi və ilk demokratik parlament seçkilərinin keçirilməsi
1996, dekabr – ATƏT-in Lissabon zirvə toplantısı
1998, sentyabr – Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı
1998, 11 oktyabr – H. Əliyevin ikinci dəfə Respublika Prezidenti seçilməsi
1998, 1 dekabr – Azərbaycan Respublikası Prezidenti H. Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır.
1999, noyabr – ATƏT-in İstanbul sammiti
1999, 12 dekabr – Azərbaycanda ilk bələdiyyə seçkiləri
2000, 7 sentyabr – H. Əliyevin minilliyin sammitində çıxışı
2000, 5 noyabr – Respublikada Milli Məclisə növbəti seçkilər
2000, 9 noyabr – Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi
2001, mart – “Azərbaycan Atatürk Mərkəzinin yaradılması
2001, 26-27 aprel – İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
2001, 9-10 noyabr – Bakıda Dünya Azərbaycanlılarının I qurultayı
2002, 28 yanvar – ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması
2002, 2 may – Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı
2002, 22-23 may – Vatikan dövlətinin başçısı, Roma papası II İohanın Azərbaycan Respublikasına səfəri
2002, 9 iyun – Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı
2002, 7 avqust – Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması
2002, 18 sentyabr – Səngəçalda Bakı-Ceyhan əsas ixrac neft-boru kəmərinin təməlinin qoyulması
2002, 30 sentyabr – “Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi
2002, 18 noyabr – Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə qəbul edilməsi
2003, 27 yanvar – İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilməsi
2003, 2 avqust – İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi
2003, 15 oktyabr – Azərbaycan Respublikası Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyevin qələbəsi
2003, 24 noyabr – Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı
2003, 12 dekabr – Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfatı
2004, 11 fevral – Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı
2004, oktyabr – Prezident İlham Əliyevin II Ümumrusiya azərbaycanlılarının II Konqresində iştirakı
2004, noyabr – Təbrizdə Azərbaycan konsulluğunun açılması
2004, dekabr – Azərbaycanda bələdiyyə seçkiləri
2005, 24-26 yanvar – Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri
2005, 6 noyabr-Azərbaycan Respublikasının Milli Məclisinə 3 çağırış seçkilər
2005, 10 mart- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı.
2005, 26 mart – YAP-ın III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir
2005, 25 may- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınıb.
2005, 25 avqust – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cərəncamı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdır.
2005, 16 dekabr Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
2005, 16 dekabr – Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Мüdаfiə Sənаyеsi Nаzirliyi yaradılmışdır.
2005, 20 dekabr – Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir
2006, 30 yanvar – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə həmin vaxta qədər fəaliyyət göst ərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.
2006, 30 yanvar – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
2006, 31 mart – Sumqayıt şəhərində «Azərbaycan Cekli İcması» İctimai Birliyi (ACİİB) təsis edilmişdir.
2006, 22 may – Cənubi Azərbaycanın böyük şəhərlərində türk millətinə sataşan məqalənin yazılmasına qarşı etiraz aksiyası
2007, 1 fevral – Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı – UNPO-nun üzvlüyünə qəbul olunub.
2007, 8-9 mart –Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmiş və Bakı bəyannaməsi qəbul edilmişdir.
2007, 12 iyun- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası yaradılmışdır
2008, yanvar – Azərbaycanda sahibkarlıq subyektlərinin üçün “vahid pəncərə” mexanizmi tətbiq olunmağa başlamışdır.
2008, 7 aprel -Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalamışdır.
2008, may – Azərbaycan ilk dəfə Avroviziya Mahnı Müsabiqəsına qatılmışdır.
2008, 2 iyun – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.
2008, 15 oktyabr- Azərbaycan Respublikası prezidenti seçkiləri keçirilmiş və prezident İlham Əliyev yenidən qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlamışdır.
2009, 18 mart – “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendumu keçirilmişdir.
2009, 30 aprel- Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
2009, 23 dekabr– Azərbaycanda bələdiyyə seçkiləri
2009, 20 dekabr-Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir.
2010, 15 yanvar-saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib
2010, 20 yanvar- Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
2010, 7 noyabr- Azərbaycan Respublikasının Milli Məclisinə 4-cü çağırış seçkilər
2010, 14 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə bağlı fərman imzalamışdır.
2011, 14 fevral – saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan “Mədəniyyət” kanalı işə başlamışdır.
2011, 21 yanvar- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.
2011, 27 yanvar-Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş və Azərbaycanda antikorrupsiya kampaniyasına başlanılmışdır.
2011, 14 may- 56-cı Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur.
2011, 5-6 iyul- Bakıda “Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmişdir.
2011, 20 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalamışdır.
2011, 8 sentyabr – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalamışdır.
2011, 23-24 sentyabr – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirləri keçirilmişdir.
2011, 25 sentyabr – Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.
2011, 3 oktyabr – Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılış mərasimi olmuşdur.
2011, 12 oktyabr – Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir.
2011, 25 oktyabr – Azərbaycan tarixində ilk dəfə 155 ölkənin səsini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.
2011, 11 noyabr – Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir
2011,17 noyabr – Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimi təşkil olunmuşdur
2011, 24 dekabr – Yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimi olmuşdur.
2011, 28 dekabr – Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur
2011, 29 dekabr – Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur
2011, 30 dekabr – Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur.
2012, 1 yanvar – BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunan Azərbaycan səlahiyyətlərinin icrasına başlamışdır.
2012, 02-04 aprel – Avronest Parlament Assambleyasının sessiyası Bakıda təşkil olunmuşdur
2012, 3 may – ay ərzində BMT-yə sədrliyin Azərbaycana keçməsi
2012, 7 may – 25000 nəfərlik tamaşaçı yeri olan “Baku Crystal Hall”un açılışı olmuşdur.
2012, 9-13 may – Azərbaycanda ilk beynəlxalq velosiped turu keçirilmişdir.
2012, 10 may – Heydər Əliyev mərkəzinin açılışı
2012, 26 may – Bakı şəhərində “Avroviziya” müsabiqəsinin finalı keçirilmişdir.
2012, 30 may – Naxçıvan Muxtar Respublikasında investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri sayılan Naxçıvan sement zavodu istifadəyə verilmişdir.
2012, 06 iyun – Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfər etmişdir
Comments are closed, but trackbacks and pingbacks are open.