Press "Enter" to skip to content

Azerbaycan tarixi 3 ci cild

“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinin bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

Azerbaycan tarixi 3 ci cild

Abidənin stratiqrafiyası Kür-Araz dövrünə aid yaşayış məskəninin Eneolit təbəqəsi üzərində salındığını göstərir. O.H.Həbibullayevin fikrinə görə, Kür-Araz təbəqəsi Eneolit təbəqəsindən 30-40 sm qalınlığında olan steril təbəqə ilə ayrılır. I Kültəpədə Kür-Araz dövrünə aid 14 tikinti qatı aşkar olunmuşdur. Bunlar bir-birinə bənzər təsərrüfat-məişət kompleksləri ilə xarakterizə olunur. Alt laylarda qeydə alınan yaşayış evləri başlıca olaraq dairəvi planlı, üst laylardakı evlər isə əsasən dördbucaqlıdır. Dairəvi planlı bəzi evlərin düzbucaqlı artırması vardır. Tikinti materialı kimi çay daşı, çiy kərpic və möhrədən istifadə edilmişdir. I Kültəpədə Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid edilən yaşayış evləri dairəvi planlıdır. Evlərin divarları çiy kərpiclə hörülmüş və hər iki tərəfdən gillə suvanmışdır. Birinci tikinti qatında aşkar olunan 34 №-li binanın tikintisində 40 x 20 x 10 sm ölçülü kərpiclərdən istifadə edilmişdir. Döşəmə gillə suvanmışdır. Binanın içərisində yarımşar formalı qulpu olan gil qab parçaları, daş alətlər və nalşəkilli ocaq qurğusu əldə edilmişdir.

Şəkil 35. I Kültəpənin İlk Tunc dövrü təbəqəsi. Evlərin planı və arxeoloji materiallar

Həmin tikinti qatında, 33 №-li evin tikintisində isə 50 x 24 x10 sm ölçülü çiy kərpiclərdən istifadə edilmişdir. Binanın divarları 35-40 sm hündürlüyündə, 32 sm qalınlığında qalmışdır. Diametri 8,35 m-dir. Bina çiy kərpicdən hörülmüş divarla iki qeyri-bərabər hissəyə bölünmüşdür. Onun şimal- şərq hissəsindən anbar kimi istifadə edilmişdir.

Şəkil 36. I Kültəpədən aşkar olunmuş heyvan fiqurları

Üçüncü tikinti qatına aid 28 №-li bina dairəvi formalı olub, şimal-şərq tərəfdə düzbucaqlı binanın divarı ilə birləşmişdir. Divarlar 42 x 18 x 12 sm ölçülü çiy kərpiclərdən hörülmüş və gillə suvanmışdır. Binanın diametri 5,5 mdir. Onun cənub-şərq hissəsində, qapı girişinin sağ tərəfində divara bitişik gil soba aşkar olunmuşdur. Soba bir qədər dəyirmiləşdirilmiş, dördkünc formadadır. Sobanın odluğu künbəz tipli olub, uzunluğu 1,34 m, eni 0,78 m, hündürlüyü 0,18 m-dir.

Binanın mərkəzi hissəsində gillə suvanmış döşəmədə evin tavanını saxlayan dayaq dirəyi üçün qoyulmuş yastı daşa rast gəlinmişdir. Evin içərisindən müxtəlif formalı gil qab qırıqları, heyvan sümükləri aşkar edilmişdir. I Kültəpədə aşkar olunan binaların bəzilərinə Yaxın Şərq və Zaqafqaziyanın bir çox abidələrində rast gəlinir. Daş təməl üzərində çiy kərpicdən, yaxud möhrədən tikilmiş binalara Azərbaycan ərazisində Qaraköpəktəpə, Günəştəpə, Göytəpə, Yanıqtəpə, II Kültəpə qədim yaşayış yerlərində rast gəlinmişdir. Belə binalar Şenqavit, Kosi-Koter, Arevik və s. abidələrdən də məlumdur. II Kültəpə yaşayış yeri Naxçıvan şəhərindən 12 km şimalda, Babək rayonunun Yuxarı Uzunoba və Didivar kəndləri arasında, Naxçıvançayla Cəhriçayın birləşdiyi yerdə salınmışdır. Abidənin alt təbəqəsi Kür-Araz dövrünə aiddir. Мədəni təbəqənin qalınlığı relyefdən asılı olaraq dəyişir. Yaşayış yerində ikinci qazıntı sahəsində, 200 m2 sahədə aparılan qazıntılar əhəmiyyətli nəticələr vermişdir. Bu sahədə Kür-Araz təbəqəsi abidənin üzərindən 4-4,5 – 14 m dərinlikdə yerləşir. Təbəqənin qalınlığı 9,5-10 m-dir.
Abidənin stratiqrafiyası göstərir ki, qədim dövrdə yaşayış yeri, bilavasitə Cəhri çayının girintili-çıxıntılı sahilində salınmışdır. Мədəni təbəqənin bəzi yerlərdə davam etməməsi yaşayış yerinin salındığı sahənin ilk vaxtlar nahamar olduğunu göstərir. Təbəqənin toplanması ilə əlaqədar yaşayış sahəsi düzəldilmiş və hamarlanmışdır.
Мədəni təbəqə möhrə, kərpic divar, osteoloji və kömür qalıqlarından, həmçinin, kül və yanmış torpaq qatlarından ibarətdir. Təbəqədə obsidian və çaxmaqdaşı qəlpələrinə, gil qab parçalarına, daş sümük və metal əşyalara rast gəlinmişdir. Мədəni təbəqənin yığılma ardıcıllığı kəsiklərdə aydın izlənir. Binaların divarları ilk baxışda möhrəyə bənzəsə də, onların diqqətlə izlənilməsi tikintilərin kərpiclə inşa edildiyini göstərmişdir. Kərpiclər sıx sıra ilə yerləşdirilərək, gil məhlula suvanmışdır. Tədqiqatlar zamanı divarlardan çıxarılan kərpiclərin ölçüləri 40 x 20 x 10, 40 x 38 x 10 sm olmuşdur. II Kültəpənin İlk Tunc dövrü təbəqəsində 14 tikinti qatının olduğu müəyyən edilmişdir.
Dən daşları, həvəng və dəstələr, çəkiclərlə təmsil olunan daş alətlər Kür- Araz mədəniyyəti dövründə demək olar ki, əsaslı dəyişikliyə uğramamışdır. Bunun əksinə olaraq, gil məmulatı və metal əşyalar hiss ediləcək dərəcədə dəyişmişdir. Bu dəyişikliklər abidənin dövrləşdirilməsi üçün əsas olmuşdur. Qeyd etmək lazımdır ki, evlərin planında da müəyyən dəyişiklik olduğu izlənmişdir. Alt tikinti qatları üçün dairəvi, üst tikinti qatları üçün isə dördkünc artırmalar əlavə edilmiş dairəvi evlər xarakterik olmuşdur.
II Kültəpə yaşayış yerində, gözləndiyinin əksinə olaraq, Eneolit təbəqəsinə rast gəlinməmişdir. Buna baxmayaraq XIV-XII tikinti qatlarında

Şəkil 37. II Kültəpənin İlk Tunc dövrünə aid naxışlı keramikası

aşkar olunmuş gil qabların formasında Eneolit mədəniyyətinin təsiri özünü göstərir. Bu təbəqədə aşkar olunan gil qablardan bir qrupunun tərkibində Eneolit keramikası üçün xarakterik olan saman qarışığına rast gəlinmişdir.

Şəkil 38. II Kültəpə. İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları
Şəkil 39. II Kültəpə. İlk Tunc dövrünün son mərhələsinə aid maddi-mədəniyyət qalıqları

Təəssüf ki, bu tip qabların əksəriyyəti forma verməyən parçalardan ibarət olmuşdur.
II Kültəpənin alt tikinti qatları üçün dairəvi planlı evlər xarakterikdir. Bu evlər arakəsmə divarla iki hissəyə bölünmüşdür. Araşdırmalara əsasən söyləmək olar ki, evlərin bir qismindən təsərrüfat məqsədilə, yaxud da anbar kimi, digər qismindən isə yaşayış sahəsi kimi istifadə edilmişdir. Alt tikinti qatında olan binalar başlıca olaraq möhrədəndir. XI tikinti qatından başlayaraq evlərin tikintisində çiy kərpicdən istifadə edilmişdir. II Kültəpənin üst qatları üçün düzbucaqlı artırması olan dairəvi və dördkünc formalı evlər xarakterik olmuşdur. Axırıncı tip binalar Azərbaycanda Qaraköpəktəpə, Babadərviş və Мingəçevirdən bəllidir. II Kültəpənin alt tikinti qatlarında evlərdə iki ocağın olması müşahidə olunur. Onların biri dördbucaqlı ocaqlarla, digəri isə manqallarla təmsil edilir. Bu tip ocaqlar I Kültəpədə də aşkar olunmuşdur. II Kültəpəyə nisbətən I Kültəpədə dördbucaqlı ocaqlar daha yaxşı qalmışdır. O.H.Həbibullayevin fikrincə, bu ocaqlar dördkünc formalı sobalar şəklində olmuş və onlardan evlərin qızdırılması üçün istifadə edilmişdir. II Kültəpədə düzbucaqlı ocaqların ətrafından sxematik insan fiqurlarına bənzədilən nalşəkilli ocaq qurğuları tapılmışdır. Qeyd etmək lazımdır ki, nalşəkilli ocaq qurğuları oturmuş insan fiquruna bənzəyir. Təsadüfi deyil ki, Ə.K.Ələkbərov Şortəpədən tapılan bu cür ocaq qurğusunu insan heykəlinin ayağına bənzətmişdir. Bu fikir Q.İ.İone tərəfindən də təsdiq edilmişdir. Ehtimal ki, insan fiqurunu özündə cəmləşdirən nalşəkilli ocaq qurğuları ocağın himayədarını təcəssüm etdirmişdir. I Kültəpə və II Kültəpənin arxeoloji materiallarının araşdırılması göstərir ki, evlərin qızdırılmasında dairəvi formalı manqallardan da istifadə edilmişdir. O.H.Həbibullayev bu manqallardan sitayiş məqsədilə istifadə olunduğunu da söyləmişdir. Bizim fikrimizcə, bu ocaqlardan evlərin qızdırılmasından başqa təsərrüfat məqsədilə, xüsusilə çörək bişirilməsi və qızdırılması üçün də istifadə edilmişdir.
Ovçulartəpəsi yaşayış yeri Şərur rayonunun Dizə kəndindən şimalda, Arpaçayın sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 10 ha-dır. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yeri şərqdən qərbə uzanan təbii təpədə yerləşir. Abidənin üzərində xeyli maddi- mədəniyyət qalıqlarına, xüsusilə, gil qab parçalarına rast gəlinir. Yerüstü materiallar içərisində Eneolit dövrü üçün xarakterik olan gil qab parçaları da vardır. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V.H.Əliyev və A.Q.Seyidov tərəfindən 6,25 m2 sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S.H.Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir. Buradan, həmçinin çəhrayı, sarı və boz rəngli gil qab parçaları, daş alətlər və tunc iynə qırığı tapılmışdır. V.H.Əliyev və A.Q.Seyidovun qazıntıları zamanı 0,6 m dərinlikdə arakəsmə ilə ikiyə bölünmüş bina qalığı aşkar olunmuşdur. Lakin qazıntı sahəsi kiçik olduğundan binanın ümumi planını müəyyən etmək mümkün olmamışdır. Divar mərmər qaya parçalarından hörülərək gil məhlulla bərkidilmişdir. Divarın saxlanmış hissəsinin uzunluğu 3, eni 0,7, hündürlüyü 0,4 m-dir. Şübhəsiz ki, tikinti materialı yaxınlıqda olan qayalıqdan gətirilmişdir.

Şəkil 40. Мaxta Kültəpəsində Erkən Tunc dövrünə aid bina qalıqları (Vəli Baxşəliyev, Səfər Aşurov və Lauren Ristvet tərəfindən qazılmışdır)

Мaxta Kültəpəsi yaşayış yeri Şərur rayonunun Мaxta kəndindən qərbdə, Araz çayının sol sahilində yerləşir. Onun cənub-qərb hissəsi dəmiryolu çəkilərkən dağıdılmışdır. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 hadır.
1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurov tərəfindən yaşayış yerində 100 m2 sahədə tədqiqat işləri aparılmış, daş təməl üzərində çiy kərpicdən hörülmüş tikinti qalıqlarına, gil qab parçalarına və ocaq qurğusunun hissələrinə rast gəlinmişdir.
Kəşfiyyat xarakterli tədqiqatlar zamanı yaşayış yerinin əhatə etdiyi ərazidə daşdan tikilmiş qədim məbəd, onun içərisində isə daş bütlər aşkar edilmişdir. Yaşayış yerinin keramika məmulatı və tikinti qalıqları Kür-Araz mədəniyyətinin orta mərhələsinə aiddir.
Xalac yaşayış yeri Şərur rayonunun eyni adlı kəndi yaxınlığında, Arpaçayın sağ sahilində yerləşir. Yaşayış yeri, burada açılan mərmər daş karxanasında gedən işlər zamanı dağıdılmışdır. Onun salamat qalmış hissəsinin sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli gil qab parçalarından, əmək alətlərindən ibarətdir.
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış yeri 1936-cı ildə Ə.K.Ələkbərovun kəşfiyyat xarakterli qazıntıları ilə öyrənilmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidəninin üzərindən 1,5-3 m dərinlikdə yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır. Ərəbyengicə yaşayış yeri Şərur rayonunun eyni adlı kəndinin yaxınlığında, Araz çayı ilə Arpaçayın birləşdiyi yerdə salınmışdır. Abidənin çox hissəsi üzüm plantasiyaları və əkin sahələrinin altında qalmışdır. Onun salamat qalan hissəsinin sahəsi 0,8 ha-dır. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində dən daşları, sürtgəclər, gil qab parçaları, əldə edilmişdir. Toplanmış keramika başlıca olaraq Kür-Araz mədəniyyətinin orta və son mərhələsinə aiddir.
Urmiya hövzəsində yerləşən abidələr içərisində Göytəpə və Yanıqtəpə xüsusilə diqqətəlayiqdir. Bu abidələrdən tapılmış arxeoloji materiallar Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini özündə əks etdirir. Göytəpədən aşkar olunan materiallar Kür-Araz mədəniyyətinin erkən, Yanıqtəpə materialları isə son dövrünə aiddir. Tədqiqatçıların fikrinə görə, bu abidələr stratiqrafiya baxımından bir-birini tamamlayır.
Göytəpə yaşayış yeri Urmiya gölünün qərbində, Urmiya şəhərindən 7 km cənub-şərqdə yerləşir. Abidədə aparılan səkkiz qazıntı sahəsindən yalnız birində Kür-Araz mədəniyyətinə aid edilən «K» təbəqəsinə rastlanmışdır. Abidənin mərkəzində yerləşən I qazıntı sahəsində (83 m2) Kür-Araz mədəni təbəqəsi bilavasitə Eneolit dövrünə aid edilən «М» təbəqəsinin üzərində yerləşir. Göytəpənin «K» təbəqəsi Barton- Braun tərəfindən aşağıdan yuxarıya doğru K1, K2, K3 olmaqla, üç tikinti qatına bölünmüşdür. Xarakterik keramika ilə fərqlənən bu tikinti qatlarındakı memarlıq qalıqları qazıntılar zamanı öyrənilməmişdir. Aşağı K1 təbəqəsində qalın kül layları halında güclü yanğın izləri, kömür qalıqları, ev tavanlarının yanmış ağaclarının qalıqları aşkar olunmuşdur. Bu təbəqədən, həmçinin çiy kərpicdən hörülmüş böyük divarın bir hissəsi də aşkar edilmişdir. Onun eni 1,65m-dir. K2 və K3 tikinti qatlarında müxtəlif dərinliklərdə çiy kərpicdən divar qalıqlarına, kiçik çay daşlarından hörülmüş təməl qalıqlarına rast gəlinmişdir. Çiy kərpiclər tam olaraq əldə edilməmişdir (? x 0,21 x 10 sm). Bəzi yerlərdə gillə suvanmış döşəmə qalıqları aşkar edilmişdir. Ocaqlar divarların yaxınlığında olmuş, lakin onların formasını müəyyən etmək mümkün olmamışdır.

Şəkil 41. Göytəpənin İlk Tunc dövrü təbəqəsinin materialları

K3 qatında döşəmədə qazılaraq ağzı yastı daşlarla örtülmüş çuxurun içərisində iri həcmli, yuvarlaq oturacaqlı, üç qulplu gil qabın olduğu müəyyənləşdirilmişdir. Şübhəsiz ki, bu qab ərzaq ehtiyatı saxlamaq üçün nəzərdə tutulmuşdur.
Tapıntılar içərisində gil məmulatı üstünlük təşkil edir. Əldə edilən arxeoloji materiallardan gil təkər modelləri, heyvan fiqurları, iy başlıqları, muncuqlar diqqəti cəlb edir. Bu təbəqədən tunc nizə ucluğu, üzük, sancaq, metal çubuqlar tökmək üçün gil qəliblər də tapılmışdır. K3 təbəqəsindən götürülən kömürün analizi e.ə. 2574 + 146-cı ili göstərmişdir.

Şəkil 42. Yanıqtəpədən aşkar olunan evlərin planı və maddimədəniyyət qalıqları

Urmiya gölünün şərqində yerləşən Yanıqtəpə abidəsi daha yaxşı öyrənilmişdir. Bu abidənin təsərrüfat-məişət komplekslərində Kür-Araz mədəniyyətinin əsas əlamətləri aydın şəkildə izlənmişdir. Yanıqtəpə yaşayış yeri qədim dövrdə ardıcıl olaraq yaranan üç təpədən ibarət olmuş, zaman keçdikcə onlar bir təpə halında birləşmişdir. Onun hündürlüyü 16,5 m, diametric 300 m-dən artıqdır. Yaşayış yerində Neolit, Eneolit və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidənin ən üst qatında yerləşmişdir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz təbəqəsinin bir-birinə münasibəti stratiqrafik baxımdan həll edilməmişdir. Belə ki, qazıntı zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü müəyyənləşdirilməmişdir.

Şəkil 43. Yanıqtəpənin II İlk Tunc dövrü təbəqəsində aşkar olunan maddi-mədəniyyət qalıqları

Ç.Barney Eneolit və Kür-Araz mədəniyyəti qalıqlarını analiz edərək belə nəticəyə gəlir ki, bunların arasında böyük xronoloji fasilə olmuşdur. Onun fikrincə, bu mədəniyyət buraya şimaldan gələn tayfalar tərəfindən gətirilmişdir. Abidənin şimal yamacında aparılan qazıntılar zamanı müxtəlif dərəcədə qalmış tikinti qatı aşkar olunmuşdur. Bu tikinti qatları müəllif tərəfindən şərti olaraq I İlk Tunc və II İlk Tunc dövrlərinə ayrılmışdır.
Birinci dövrə aid edilən tikinti qatlarında aşkar olunan binalar dairəvi planlıdır. Onların bəzisinin yenidən tikilməsi göstərir ki, bəzi binalardan bir neçə tikinti dövründə istifadə edilmişdir. İlk mərhələyə 30, 32 №-li yaşayış və 34 №-li təsərrüfat binası aiddir. Təsərrüfat binasında içərisində təsərrüfat küpəsi olan ərzaq quyusu aşkar olunmuşdur. Bir qədər sonra tikilən 10, 11, 21, 31 №-li binalar əvvəlkilərdən yalnız həcminin böyüklüyünə görə fərqlənir.
Bundan sonrakı ikinci tikinti qatında dairəvi planlı 1 №-li unikal binanın qalıqları aşkar olunmuşdur. Bu bina təpənin ən hündür yerində yerləşmişdir. Binanın bu cür mərkəzi mövqeyi onun xüsusi əhəmiyyətə malik olduğunu göstərir. Bina konstruksiyasına görə də digərlərindən fərqlənir. Onun bir-birinin içərisində yerləşdirilmiş iki konsentrik divarı vardır. İçərisi arakəsmə divarla 4 bölümə ayrılmışdır. Divarlar 2 m hündürlükdə qalmışdır. Binanın ikinci xarici divarı Ç.Barneyin fikrinə görə, nəmliyin qarşısını almaq üçün olmuşdur.
Bizim fikrimizcə, binanın belə quruluşu həm də ərzaq ehtiyatlarının saxlanması üçün vacib olan temperaturun tənzimlənməsi üçün nəzərdə tutulmuşdur. Xaricdəki divar kərpiclərin pilləli şəkildə yerləşdirilməsi ilə, fiqurlu şəkildə hörülmüşdür. Bu cür hörgü divara müəyyən gözəllik və möhkəmlik vermişdir.
Dairəvi planlı 1 №-li bina bir neçə tikinti dövründə mövcud olmuş, III tikinti qatında da öz funksiyasını itirməmişdir. Bu tikinti qatında güclü müdafiə divarının qalıqları aşkar olunmuşdur. Divarın qazıntı zamanı aşkar edilmiş hissəsinin eni, 4,6-5 m-dir. O yonulmamış daşlardan tikilərək, gil məhlulu ilə bərkidilmişdir. II İlk Tunc dövrünə aid edilən təbəqə bilavasitə birincinin üzərində yerləşir. Bu dövrdə evlərin tikintisində böyük dəyişiklik olmuş, dairəvi planlı evlər dördkünc planlı evlərlə əvəz olunmuşdur. Aşağı təbəqələr üçün xarakterik olan yanğın izlərinə bu dövrdə rast gəlinməmişdir. İkinci dövrə aid tikinti qatlarından yalnız biri yaxşı qalmışdır. Bu tikinti qatında iki böyük, bir neçə kiçik həcmli bina qalıqları və geniş həyət aşkar olunmuşdur. Kərpic sütunlarının və ağac dirəklərinin qalıqları göstərir ki, yaşayış əsasən üst mərtəbələrdə olmuşdur. Lakin, aşağıdakı binaların birində divar boyunca yatacaq üçün istifadə olunan kərpic səkinin qeydə alınması, birinci mərtəbələrin də yaşayış sahəsi kimi istifadə olunduğunu göstərir. Alt mərtəbələrdə basilica olaraq mətbəx və anbarlar yerləşdirilmişdir. Bu binalarda aşkar (1 və 4 №-li) olunan soba qalıqları, suvanmış mətbəx kürsüləri dediklərimizə əsaslı sübutdur. Ortasında maye axıtmaq üçün novlar olan mətbəx kürsülərinə həm dairəvi, həm də düzbucaqlı evlərdə rastlanması evlərin daxili quruluşundakı müəyyən ənənələrin davam etdiyini göstərir.
Bütün tikinti qatlarından tapılan arxeoloji materialların əksəriyyəti gil məmulatından ibarətdir. Burada, həmçinin dən daşları, dəstələr, həvənglər, qaşovlar, oraq dişləri aşkar edilmişdir. Мüdafiə divarının yaxınlığında sapand daşlarına da rast gəlinmişdir. Gildən hazırlanmış möhürlər, iy başlıqları, körük ucluğu, balta modeli, naxışlanmış ocaq qalıqları əsas tapıntılardandır. Bu təbəqədən tapılan yeganə metal əşya olan kiçik tunc xəncərin ucu qırılmışdır.

Şəkil 44. Yanıqtəpə yaşayış yeri (7-li evin görünüşü)

Yanıqtəpənin Kür-Araz təbəqəsindən aşkar edilmiş materialların təhlili göstərir ki, Eneolit dövrü ilə I İlk Tunc dövrü arasında böyük xronoloji kəsinti olmuşdur. Ola bilsin ki, Eneolit dövründə tərk edilmiş yaşayış yerində İlk Tunc dövrünün sonunda əhali yenidən məskunlaşmışdır. Yanıqtəpənin Kür-Araz təbəqəsinin Ç.Barney tərəfindən iki dövrə bölünməsinə baxmayaraq, onun hər ikisi İlk Tunc dövrünün üçüncü mərhələsinə aiddir. Yanıqtəpənin dördkünc planlı tikintilərlə xarakterizə edilən üst təbəqələri İlk Tunc dövründən Orta Tunc dövrünə keçid mərhələsini əks etdirir. Lakin Ç.Barney tərəfindən I İlk Tunc dövrü üçün verilən tarix (e.ə. 2100-1900) real vəziyyəti əks etdirmir.
Yanıqtəpənin I Kültəpə, II Kültəpə, Göytəpə kimi abidələrlə ərazicə yaxınlığını nəzərə alaraq, arxeoloji materialları Kür-Araz mədəniyyətinin üçüncü dövrünə aid etmək olar. Demək olar ki, Yanıqtəpə Naxçıvan-Urmiya qrupuna aid abidələrdə Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini daha dolğunluqla əks etdirir.
Haftavantəpə yaşayış yeri Urmiya gölünün şimal-qərbində, Salmas ovlağında yerləşir. Bu yaşayış yeri 1968-1978-ci illərdə Ç.Barney tərəfindən qazılmışdır. Haftavantəpənin alt təbəqəsi İlk Tunc dövrünə aiddir. Bu mədəniyyət Ç.Barney tərəfindən İlk Tunc II və İlk Tunc III dövrlərinə bölünmüşdür.
Qordlartəpə yaşayış yeri Urmiya şəhərindən 13 km şərqdə yerləşən, 16 m yüksəkliyi, 225 m diametri olan bir təpədir. Yaşayış yeri 1972-1978-ci illərdə K.Kromer, daha sonra isə A.Lippertin rəhbərlik etdiyi Avstriya ekspedisiyası tərəfindən öyrənilmişdir. Bu yaşayış yerinin alt təbəqəsi İlk Tunc dövrünə aid materiallar vermişdir. Erkən Tunc dövrünə aid qəbir abidələrinə Naxçıvanda Dizə, Qarabulaq və Xornu və Xaraba-Gilanda rastlanmışdır Dizə nekropolu Ovçulartəpəsi yaşayış yerinin cənub tərəfində aşkar olunmuşdur. Qəbirlər dağıdılmış vəziyyətdə olmuşdur. Bu qəbirlərdən birinə aid kameranın yalnız bir qismi salamat qalmışdır. Qəbir kamerası oval formalı olub çay daşları ilə hörülmüş, döşəməsi gillə suvanmışdı. Qəbirdə bükülü vəziyyətdə iki skelet qalığı və Kür-Araz mədəniyyətinin son mərhələsinə aid gil qablar aşkar olunmuşdur. İkinci qəbir tamamilə dağıdılmış vəziyyətdə olduğundan formasını və istiqamətini müəyyən etmək mümkün olmamışdır. Qarabulaq nekropolundakı kurqantipli qəbir abidələrin dördü S.H.Aşurov tərəfindən öyrənilmişdir. Kromlexlə əhatə olunan kurqanların diametri 7-12 m arasındadır. Kurqanaltı qəbirlər daş qutu tipli olub yastı sal daşları üst-üstə qoymaqla qurulmuşdur. Qəbirlərdən Kür-Araz mədəniyyətinin son mərhələsinə aid keramika və bəzək əşyaları aşkar olunmuşdur. Culfa rayonunun Göynük kəndi yaxınlığında qeydə alınan Xornu nekropolundakı qəbir abidələri kurqan tipli olmuşdur. Alçaq təpə şəklində olan kurqanlar yerli əhalinin diqqətini çəkmiş və dağıdılmışdır. Onlardan yalnız birinin materialları toplanaraq bizə verilmişdir. Apardığımız araşdırmalar zamanı dağıdılmış qəbirlərin ölçülərini müəyyən etmək mümkün olmasa da, ətrafa yayılmış daş yığınları və insan skeletinin qalıqları dəfnlərin daş qutu tipli qəbirlərdə inqumasiya yolu ilə aparıldığını təsdiq edir.
Erkən Tunc dövrünə aid iki qəbir abidəsinə Xaraba-Gilanda Plovdağın cənub ətəyində rastlanmışdır. Daş qutu tipli qəbirlər iri sal daşların şaquli istiqamətdə qoyulması ilə qurulmuş, əvvəlcə ağacla, sonra isə daş lövhələrlə örtülmüşdür. Qəbirlərin birində bir, digərində isə iki bükülü insan skeleti aşkar olunmuşdur. Onlarda qəbir avadanlığına olduqca az rastlanmışdır. Araşdırmalar göstərir ki, bu qrupa daxil olan abidələr vahid iqtisadimədəni rayona daxil olmuş, əkinçilik və maldarlıq üçün əlverişli ərazilərdə salınmışdır.

Şəkil 45. Şortəpə yaşayış yerinin maddi-mədəniyyət nümunələri (Qarabağ)

Erkən Tunc dövrü abidələrinin bir qrupu Qarabağda, Qarqarçay və Tərtərçay hövzəsində yerləşir. İ.H.Nərimanov və H.F.Cəfərovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı bu ərazidə onlarla yaşayış yeri və qəbir abidəsi aşkar olunmuşdur. Bu abidələrin tədqiqində H.F.Cəfərovun böyük əməyi olmuşdur. Tədqiqat zamanı Qarahacı, Göytəpə, Üçoğlan-1(Sarıçoban), Ağtəpə, Dəyirman yeri, Cüttəpə, Şortəpə və digər yaşayış yerləri tədqiq olunmuşdur. Bu abidələr başlıca olaraq kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. Sarıçoban və Şortəpə yaşayış yerlərində aparılan kəşfiyyat xarakterli qazıntılar bu yaşayış yerlərində mədəni təbəqənin olduqca az yığıldığını göstərmişdir. Şortəpə yaşayış yerinin tədqiqi zamanı dördkünc formalı, çiy kərpicdən inşa olunmuş binanın qalıqları aşkar olunmuşdur. Bu yaşayış yerlərindən aşkar olunan keramika məmulatı Kür-Araz mədəniyyətinin bütün mərhələlərini əks etdirir. Qarahacı, Sarıçoban və Cüttəpə, Şortəpə yaşayış yerlərinin keramika məmulatında Eneolit mədəniyyətinin əlamətləri (qabların gilinin tərkibində saman qarışığının olması, onların xarici səthinin daraqvari alətlə işlənməsi) izlənmişdir. Bu abidələrdən aşkar olunmuş arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və inkişafı ilə bağlı problemlərin tədqiqi üçün olduqca əhəmiyyətlidir.

Şəkil 46. 103 № -li Xankəndi kurqanının planı

Мil-Qarabağ zonasının qəbir abidələri Xankəndi, Borsunlu, Üçtəpə Xaçınçay kurqanları və digərləri ilə təmsil olunmuşdur. Xankəndi kurqanları eyni adlı yaşayış yerindən şimalda, bir-birinin yaxınlığında yerləşir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№- li kurqanın təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca pis qalmışdı. Üstündə düzəldilmiş dairəvi planlı meydança novşəkilli oyuqla əhatələnmişdir. Onun şimal-şərq tərəfdəki girişi böyük daş plitə ilə örtülmüşdür. Girişin sağ tərəfində insan skeletinə rast gəlinmişdir. Diametri 4,5 m olan dairəvi meydançada 36 böyük və kiçik yaşlı insan skeleti qeydə alınmışdır. Skeletlər bükülü, oturaq, uzadılmış, vəziyyətdə müxtəlif istiqamətlərə yönəldilmişdir. Мərkəzi hissədə arxası üstə uzadılmış böyük insan skeleti aşkar edilmişdir. Onun ətrafında daş toppuz, tunc nizə ucluğu, iki daş həvəng tapılmışdır. Qəbirin cənubşərq hissəsində altı daş ox ucluğuna, 5 sümük iy başlığına, şimalında isə pasta muncuqların qızıl piləklərinə və altı daş asmaya rastlanmışdır. Bundan başqa qəbirdən 22 ədəd əzilmiş gil qab tapılmışdır. Onlar toxuma karkas üzərində hazırlanmışdır. Kollektiv dəfnlə seçilən bu qəbir gil məhlulla bərkidilmiş çay daşları ilə qapadılmışdır. Bu təbəqədən üstdə Son tunc dövrünə aid kollektiv dəfn qeydə alınmışdır.

Şəkil 47. 103 № -li Xankəndi kurqanının materialları

Burada aşkar olunan 125 №- li kurqan həcmcə kiçikdir. O da birinci kurqan kimi üç təbəqəlidir. İlk Tunc dövrünə aid kollektiv dəfndən yalnız bükülü vəziyyətdə, sol yanı üstə olan bir skelet qalmışdır. Onun baş və ayaq tərəfində keçi skeletinə rast gəlinmişdir. Yaxınlıqda daş toppuz, tunc nizə ucu, çaxmaqdaşından 5 ox ucluğu, qızıl təbəqədən asma, daş həvəng, 30 obsidian parçası, 1 nukleus və gil qab parçaları aşkar olunmuşdur.

Şəkil 48. 119 və 125 № li ( 2, 6, 10) Xankəndi kurqanlarının Materialları

Мil düzündə Üçtəpə adlı yerdə üç böyük kurqan aşkar olunmuşdur. Bu kurqanların biri 1960- cı ildə A.A.İessen tərəfindən tədqiq edilmişdir. Bu kurqanların ən böyüyünün hündürlüyü 17 m-dir. A.A.İessenin tədqiq etdiyi ən kiçik kurqanın hündürlüyü 13 m, diametri 130 m- dir. Açıq rəngli torpaq kurqanının altında, 12,8 m dərinlikdə, diametri 25 m, hündürlüyü 2 m olan daş təpəyə rast gəlinmişdir. Ondan aşağıdakı qamış döşəmənin altından torpaq qəbir aşkar olunmuşdur. Qəbirin uzunluğu 13,8 m, eni 1,5 m, dərinliyi 2,6 m- dir.
Qəbirin örtüyü yanğından qaralmış iki sıra ağac tirdən ibarətdir. Örtülmüş sahənin uzunluğu 24 m, eni 7,5- 8 m- dir.

Şəkil 49. Üçtəpə kurqanının (№ 3) görünüşü

Qəbir kamerasının içəri tərəfi və örtüyü güclü yanğına məruz qalmışdır. Onun içərisi qırmızı oxra və kömür qarışıq daşla doldurulmuşdur. Burada, həmçinin qızarmış və yanmış gil qab parçalarına da rast gəlinmişdir. Qəbirin kurqan örtüyündə müxtəlif yerlərdə ağ daş qapaq, oxra əzmək üçün daş plitə, daş həvəngin parçası, dən daşı və keramika qırıqlarına təsadüf edilmişdir. Qazıntı zamanı müəyyən edilmişdir ki, orta əsrlərdə burada qəbir qazılarkən, qədim qəbirə deşik açılmış və onun içərisi tamamilə təmizlənmişdir. Yalnız bundan sonra güclü yanğın baş vermiş və qəbir örtüyü dağılaraq içəri tökülmüşdür. A.A.İessenin fikrinə görə, Üçtəpə kurqanı aşağıdakı şəkildə düzəldilmişdir. Əvvəlcə bu sahədə qəbir kamerası qazılmış, onun torpağı kənara çəkilərək kameranın kənarına daş düzüldükdən sonra oxra və müxtəlif əşyalarla müşayiət olunan dəfn prosesi olmuşdur. Qəbirin üzəri tirlərlə və qamışla örtülmüşdür. Bu örtüyün üzərinə gil qablar qoyulmuş və daş kurqan düzəldilmişdir. Daş təpənin üzərində yerli torpaqdan kurqan düzəldilmişdir. Мüəyyən edilmişdir ki, kurqan üç il ərzində müəyyən fasilələrlə düzəldilmişdir. Şübhəsiz ki, dəbdəbəli dəfn ritualı ilə düzəldilən Üçtəpə kurqanı tayfa başçısına aid olmuşdur. Çox təəssüf ki, kurqan qarət edilmiş və qəbir avadanlığı oğurlanmışdır. Qəbirdən götürülən ağacdan alınan tarix e.ə. 2550+120, kömür analizi isə e.ə. 2887+230- cu ili göstərmişdir. Tədqiqatçılar bu qəbri e.ə. III minilliyin ortalarına və sonuna aid etmişlər.

Şəkil 50. Borsunlu kurqanının (№ 7) keramika məmulatı

Tərtər rayonu ərazisində yerləşən Borsunlu nekropolundakı kurqanlarının bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. Nekropol Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarında yerləşmişdir. Ayrı-ayrı qruplar halında cəmləşən kurqanlar H.F.Cəfərov tərəfindən beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Kurqanın altında yerləşən qəbir kameraları dördkünc formalı olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunmuşdur. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterik olmuşdur. Kür-Araz mədəniyyətinə aid abidələrin bir qrupu Quruçay və Köndələnçay vadisində aşkar edilmişdir. Bu qrupa Xantəpə, Qaraköpəktəpə, Kültəpə, Şomulutəpə, Uzuntəpə, Мeynətəpə kimi onlarla abidə daxildir. Onlar içərisində Qaraköpəktəpə stratiqrafik quruluşuna görə olduqca əhəmiyyətlidir. Qaraköpəktəpə Köndələnçayın sağ sahilində yerləşən konusvari təpədən ibarətdir. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967- ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır.
Qazıntılar zamanı İlk Tunc dövrünə aid 7 m qalınlığında mədəni təbəqənin olduğu müəyyənləşdirilmişdir. İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı aşkar olunmuşdur. Onlardan birinin əsas hissəsi qazıntı sahəsindən kənarda qalmışdır. İkinci binanın diametri 6,85 m- dir. Binaların tikintisində qaba yonulmuş daş parçaları və çay daşlarından istifadə edilmişdir. Binalarda içərisi çay daşlarından qurulmuş ocaqlar da olmuşdur. Bina divarların salamat qalmış hissəsinin eni 40 sm, hündürlüyü 30- 40 sm- dir. İkinci binanın içəri tərəfində dördkünc formalı artırma düzəldilmişdir. Binanın divarları da iri qaya parçalarından hörülərək, gil məhlulu ilə bərkidilmişdir. Divarların eni 65 sm, hündürlüyü 80 sm-dir. Binanın yaxınlığında iri daş parçaları döşənmiş sahə və bu sahə boyunca uzunluğu 2,8 m olan divar aşkar olunmuşdur. Daş döşənmiş sahədən bir qədər aralıda iri daş parçalarından və çay daşlarından iki sıra ilə işlənmiş, uzunluğu 4,8 m olan divar qalığı olmuşdur.
Bu təbəqədə ocaq qurğularının qalıqlarına, gil qab parçalarına, daş və sümük alətlərə rastlanmışdır. Gil qabların bir qismi yapma və spiralvari qazma ornamentlə naxışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və batıqlardan ibarətdir. Belə naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə və digər abidələrdən bəllidir.
Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük, çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Evin divarları iri həcmli əhəngdaşı parçalarından tikilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir- birindən qalın divarla ayrılmışdır. Divarlar bəzi yerlərdə 1m hündürlüyündə qalmışdır. Otaqların döşəməsi bərk torpaq layından ibarətdir. Burada qızarmış torpaq qatını kül və kömür qalıqları örtmüşdür. Bu yaşayış kompleksinin yaxınlığında daşla döşənmiş sahənin olduğu müəyyən edilmişdir. İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonulmamış əhəngdaşı parçalarından tikilərək, gil məhlul ilə bərkidilmiş divar qalıqları ortaya çıxarılmışdır. Bu divarların dördkünc formalı yaşayış binasına aid olduğu müəyyənləşdirilmişdir. Binaların içərisindən təsərrüfat və məişət əşyalarının qalıqları, o cümlədən İlk Tunc dövrü üçün xarakterik olan əmək alətləri, keramika və sümük əşyalar da əldə edilmişdir.
Qaraköpəktəpədən tapılmış daş alətlər dən daşları, sürtgəc, bülöv daşları, qurama oraq dişləri, obsidian lövhələr və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Keramika, başlıca olaraq qara cilalı, müxtəlif formalı qabların parçaları ilə təmsil olunmuşdur. Gil məmulatı arasında ocaq qurğuları, təkər modeli, iy başlıqları və başqa əşyalar da olmuşdur. Gildən hazırlanmış əşyalar içərisində toppuz başı və metalişləmədə işlədilən butə qalıqları diqqəti cəlb edir. Tədqiqat zamanı sümükdən həzırlanmış əmək alətləri də aşkar edilmişdir. Günəştəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2 m- dir. Bu təbəqədə qaya parçaları və çay daşlarından tikilmiş, gil məhlulu ilə bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın diametri 7 m- dir. Divarların ətrafında xeyli suvaq və çiy kərpic parçalarının qeydə alınması, divarların daş təməl üzərində çiy kərpicdən tikildiyini göstərir. Qazıntılar zamanı daş və sümükdən hazırlanmış əmək alətləri, Kür-Araz mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları əldə edilmişdir.
Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin İlk Tunc dövrünün yalnız müəyyən mərhələsində mövcud olduğunu göstərir. Мeynətəpə yaşayış yeri Füzuli şəhərindən altı km şimal-şərqdə, Köndələnçayın sağ sahilində yerləşir. Yaşayış yeri müxtəlif formalı üç təpədən ibarətdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur. Tədqiqatlar zamanı bu sahələrdən qurama oraq dişləri aşkar edilmişdir. Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. Üçüncü təpə maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Köndələnçayın uçurumlu sahilində yaranan kəsikdə təpənin mədəni qatları aydın şəkildə izlənir. Burada mədəni təbəqənin qalınlığı 3-4 m arasındadır. Təbəqə yanmış torpaq qatlarından, gil qab parçalarından, çay daşlarından və digər maddi-mədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların təhlili Мeynətəpənin Kür-Araz mədəniyyətinin bütün dövrü ərzində mövcud olduğunu göstərir. Uzuntəpə yaşayış yeri Мeynətəpədən bir qədər aralıda yerləşir. Abidə uzunluğu 200, eni 60 m- ə yaxın uzunsov təpə şəklindədir. Hündürlüyü 1m olan yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatələnmişdir. 1968- ci ildə aparılan kəşfiyyat qazıntıları zamanı mədəni təbəqənin 1m qalınlığında olduğu müəyyən edilmişdir. Мədəni təbəqə kül qatları, tikinti qalıqları, gil qab parçaları və digər maddi-mədəniyyət qalıqlarını özündə cəmləşdirmişdir.

Şəkil 51. Мingəçevir yaşayış yeri və nekropolu

Əldə edilən maddi-mədəniyyət qalıqları daş alətlər, gil qab parçaları, heyvan fiqurları, ocaq qurğularından ibarətdir.
Şomulutəpə yaşayış yeri Uzuntəpədən 40-50 m şimal-qərbdə yerləşən hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m- dir. Kəşfiyyat xarakterli tədqiqatlar zamanı toplanan yerüstü materiallar dən daşları, gil qab parçaları və oraq dişlərindən ibarətdir. Kültəpə yaşayış yeri Quruçay və Köndələnçay vadisinin çoxtəbəqəli abidələrindən biridir. Bu yaşayış yerinin alt təbəqəsindən Eneolit və İlk Tunc dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Bu qrupa daxil olan Xantəpə yaşayış yerində, yalnız kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Yaşayış yerində qara cilalı gil qab parçalarının və əmək alətlərinin qalıqları aşkar edilmişdir. Tapıntıların böyük qrupunu təşkil edən gil məmulatı boz rəngdə bişirilmişdir. Onların bir qismi çəhrayı astarlıdır. Gil qabların üzərində yapma və cızma naxışlara, dairəvi batıqlara rast gəlinmişdir.
Gəncə-Qazax zonasının arxeoloji abidələri yaşayış yerləri və qəbir abidələri ilə təmsil olunmuşdur. Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə böyük bir sahəni əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını dəyişməsi ilə əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri dağılmış və sahəsi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m2 olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı qalmışdır. Bu bina yaşayış yerinin mərkəzində yerləşir. Bina küncləri dəyirmiləşdirilmiş dördkünc formalı, yarımqazma tipli yaşayış binasının qalıqlarından ibarətdir. Onun sahəsi 112 m2, divarlarının qalmış hissəsinin hündürlüyü 1-1,10m-dir. Divarların yuxarı hissəsi və damın örtüyü ağacdan qurulmuşdur. Binanın divarları və döşəməsi gillə suvanmışdır. Evin döşəməsi 4 yarus əmələ gətirən döyəclənmiş gil təbəqəsi, daş, balıqqulağı və keramika parçalarından ibarətdir. Divarlar boyunca bir birindən 2 m aralıda evin damını saxlayan dirək çuxurları, mərkəzdə isə hər sırada üç ədəd olmaqla iki sıra ocaq qalıqları aşkar olunmuşdur. Dirək çuxurlarının və ocaqların planı bütün yaruslarda eyni olduğundan, qeyd etmək olar ki, 4 təbəqəli döşəmənin yaranması, yalnız döşəmənin yeniləşdirilməsi ilə bağlı olmuşdur. Ocaqların ətrafında mətbəx qalıqlarına rast gəlinmişdir. Yaşayış binası möhrədən tikilmiş arakəsmə divarla üç hissəyə bölünmüşdür. Cənub-qərb tərəfdə birinci yarusun döşəməsi altında heyvan və balıq sümükləri ilə doldurulmuş çuxur aşkar olunmuşdur. Binanın içərisindən dən daşları, əzilmiş gil qablar və müxtəlif əşyalar aşkar edilmişdir.
Yaşayış binasının cənub divarının xaricində daha 4 təsərrüfat quyusu ortaya çıxarılmışdır. Yaşayış yerinin digər binaları da dördkünc formalı və yarımqazma tipli olub, arakəsmələrlə bir neçə hissəyə ayrılmışdır. Döşəmələrinə çay daşları düzülərək döyəclənmişdir. Bu binalar üçün də bir neçə ocağın olması xarakterikdir. Yerüstü materiallar və qazıntıdan aşkar edilmiş tapıntılar Kür-Araz dövrünü xarakterizə etmək üçün kifayət qədər material vermişdir. Bunlar dən daşları, həvənglər, dəstələr, toppuzlar, oraq dişləri, ox ucluqları və ağırlıq daşlarından ibarətdir. Sümükdən hazırlanmış dəlici və cilalayıcı alətlərə, iy başlıqlarına da rastlanmışdır.
Мingəçevir yaşayış yeri Cənubi Qafqazda yeganə abidədir ki, burada bir neçə ocaqlarla xarakterizə olunan, yarımqazma tipli binalar qeydə alınmışdır. Bu tip yaşayış yerlərinin meydana çıxması abidənin coğrafi şəraiti ilə də bağlı olmuşdur. Ətrafda zəngin meşə massivinin olması, divarları ağacdan olan yarımqazma tipli evlərin tikilməsi üçün şərait yaratmışdır. Мingəçevir yaşayış yerinin yaxınlığında, Kür çayının sağ sahilində bu dövrə aid qədim qəbiristanlıq da aşkar edilmişdir. Burada Son Tunc dövrü qəbiristanlığının altında Kür-Araz mədəniyyətinə aid 4 qəbir öyrənilmişdir. Onlar torpaq qəbirlərdən ibarət olub, tək dəfnlərlə xarakterizə olunur. Skeletlər bükülü vəziyyətdə, müxtəlif istiqamətlərə yönəlmişdir. Qəbir avadanlığı hər qəbirdə skeletin baş tərəfinə qoyulmuş bir gil qabdan ibarətdir.
Babadərviş yaşayış yeri Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənubqərbində, Ağstafaçayın sol sahilində yerləşir. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır.
Yaşayış yerində 600 m2 sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50-60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə 2,5m- dir. Şübhəsiz ki, bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə tutulmuşdur. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı kiçik bir

Şəkil 52. Baba-Dərviş yaşayış yerinin İlk Tunc dövrü təbəqəsi ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması üçün ümumi anbar kimi istifadə edildiyini göstərir.

Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun təsirindən qızarmış və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri, öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal ki, bu ocaqdan müəyyən ayinlərin icrası üçün istifadə olunmuşdur. Yaşayış yerinin kənarında, bir-birinin yaxınlığında üç oval çuxura rast gəlinmişdir. Həmin çuxurların təmizlənməsi zamanı müəyyən edilmişdir ki, onlar metaləritmə sobalarının aşağı hissəsindən ibarətdir. Bu qurğuların ətrafından şlak qalığı, görük ucluğu, metal çubuqlar tökmək üçün formalar tapılmışdır.
Qazıntının mərkəzi hissəsində qoşa spiralla naxışlanmış daş stela aşkar olunmuşdur. Ola bilsin ki, bu stela ritual ocaqla vahid bir kompleksə daxil olaraq ziyarətgah rolu oynamışdır. Yaşayış yerində qeydə alınmış xeyli tikinti qalıqları, çiy kərpic qırıqları, suvaq parçaları, çay daşları və s. burada dairəvi formalı, yerüstü tikintilərin mövcud olduğunu göstərir. Tikinti qalıqları arasında rast gəlinən iki ocaq qurğusu xüsusilə diqqətəlayiqdir. Bu qurğuların içəridən çıxıntıları və yarımşar şəkilli qulpları vardır.
Yaşayış yerindən aşkar edilmiş keramika məmulatı müxtəlifdir. Onların bir qrupu arxaik formada olub, kobud hazırlanmışdır. Digər qrupa isə qara cilalı, naxışlı qablar daxildir. Ehtimal ki, abidədə Kür-Araz mədəniyyətinin bütün mərhələlərində yaşayış olmuşdur. Мədəni təbəqənin az yığılması, onun mövsümi yaşayış yeri kimi istifadə edilməsini göstərir. Yaşayış yerində, həmçinin insan və heyvan fiqurları, daş çəkiclər, baltalar, dən daşları, həvənglər, dəstələr, toxa parçaları, bıçaqşəkilli plastinkalar, ox ucluqları, toppuz başlıqları, asmalar, sümük bizlər, iynələr, balıq qarmağı, dəlici və cilalayıcı alətlər aşkar edilmişdir. Мədəni təbəqədə rast gəlinən xeyli istehsal tullantıları, xüsusilə daş çıxarları, alətlərin yerli istehsala aid olduğunu göstərir. Bu qrupa aid olan arxeoloji abidələrin bir qrupu kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Zəylik və Keçili yaşayış yerləri də daxildir. Babadərviş qəbir abidəsi 1966-cı ildə V yaşayış sahəsində qeydə alınmışdır. İlk Tunc dövrünə aid qəbir təpənin səthindən 1,5m dərinlikdə yerləşmişdi. Qəbirdə skelet sol böyürü üstə, başı şimala, üzü şərqə, bükülmüş ayaqları cənuba doğru yönəlmişdi. Qəbirdən sümük iy başlığı, qara rəngli cilallanmış gil qablar, tunc halqa tapılmışdır. Gil qablar qab altlığı, küpə və xeyrədən ibarətdir. Qəbir tədqiqatçılar tərəfindən e.ə. III minilliyin birinci yarısına aid edilmişdir. Şamxor SES tikilərkən aşkar olunan Osmanbozu kurqanları dəfn adətinə, kurqan örtüyünün və qəbir kamerasının quruluşuna görə Qarabağ kurqanları ilə bənzərdir. Osmanbozu kompleksində Qarabağ kurqanlarında olduğu kimi kollektiv dəfn və ölüyandırma adəti eyni vaxtda olmuşdur. Qobustanda aşkar olunan Kür-Araz mədəniyyəti abidələrini iki qrupa ayırmaq olar. Birinci qrup abidələr qayaaltı sığınacaqlarla təmsil edilib (Anazağa, Çardaqzağa, Firuz-1). Anazağa yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş dağının üst hissəsində yerləşir. Qazıntılar zamanı burada üç mədəni təbəqə aşkar olunmuşdur. Alt təbəqələr daş dövrünə, ən üstdə olan 1m qalınlığındakı təbəqə isə Tunc dövrünə aiddir. Burada İlk Tunc dövrünə aid ayrıca təbəqəyə rast gəlinməmişdir. Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları, yalnız müxtəlif mərhələləri əhatə edən, qarışıq təbəqələrdən əldə edilmişdir. Tapıntılar qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və başqa əşyalardan ibarətdir.
Çardaqzağa yaşayış yeri Anazağadan 200- 250 m cənubda, Böyükdaş dağında yerləşir. Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni təbəqənin qalınlığı 30-40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. Мədəni təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika, obsidian və çaxmaq daşından hazırlanmış əmək alətləri aşkar olunmuşdur. Sığınacağın divarlarında aşkar olunan qayaüstü təsvirlərin də bu dövrə aid olduğunu demək olar.
Firuz-1 sığınacağı Kiçikdaş dağının şərq ətəyində yerləşir. Sığınacaqda Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Tunc dövrünə aid edilən mədəni təbəqə iki qata ayrılmışdır. Üst qatdan Tunc dövrünün son mərhələsinə, alt qatdan isə İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Gilinin tərkibinə və hazırlanma texnologiyasına görə fərqlənən gil qab parçalarının üzəri cilalanmışdır. Onların bəzisinin yarımşar formalı qulpu olmuşdur.
İkinci qrupa ətrafı möhkəmləndirilmiş Dairə və təbii cəhətdən müdafiə olunan mövqedə salınmış Böyükdaş yaşayış yerləri daxildir. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m2 olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir.
Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır. Tədqiqat zamanı gil qab parçaları, əmək alətləri, ocaq yerləri aşkar edilmişdir. Abidənin cənub hissəsinin tədqiqi zamanı tikinti qalıqları, ocaq qurğusu, gil qab parçaları və daş alətlər aşkar olunmuşdur. Şimal-şərq tərəfdə, divar boyu daş döşənmiş sahə, divar qalıqları və dairəvi formalı ocaq aşkar olunmuşdur. Ocağın ətrafından gil qab və iri manqal parçaları da tapılmışdır. Мaddimədəniyyət qalıqlarına əsasən demək olar ki, abidədə yaşayış başlıca olaraq müdafiə divarı boyunca olmuşdur. Onun mərkəzi hissəsindən, ehtimal ki, ictimai məqsədlər üçün istifadə edilmişdir.

Şəkil 53. Qobustan. Dairə yaşayış yeri

Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası tərəfindən dağıdılmışdır. Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m2 sahədə qazıntı işləri aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı 3 №-li otaqdan oval formalı ocaq, onun yaxınlığında isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış dairəvi qurğulara rast gəlinmişdir. 1 və 2 №- li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi formalı ocaqlar aşkar olunmuşdur. Buradan müxtəlif gil qab parçaları, manqal qalıqları, dən daşları, sürtgəclər, toxa və oraq dişləri də əldə edilmişdir. Çay daşlarından hazırlanmış əmək alətləri çoxluq təşkil edir. Şübhəsiz ki, bu bina cüt nigah əsasında qurulmuş patriarxal ailəyə mənsub olmuşdur. F.М.Мuradova arxeoloji materiallara əsasən, bu yaşayış yerini e.ə. III minilliyin sonu və II minilliyin başlanğıcına aid etmişdir.
Qobustanda İlk Tunc dövrünün sonuna aid edilən qəbir abidələri kurqan tiplidir. Kurqanlar daş və torpaq örtüklüdür. Onların hündürlüyü 0,5-1,1, diametri 4,5-11m- dir. Daş örtüyün altında, bir cərgə daşlardan düzülmüş kromlexlər aşkar olunmuşdur. Bəzi kurqanların örtüyü dağıdıldığından, kromlexə aid daş düzümləri aydın seçilir.
Kurqanlar xarici görünüşcə bənzər olsalar da, qəbir tiplərinə görə xəndəksiz, xəndəkli və daş qutu olmaqla, üç yerə bölünür. Xəndəksiz kurqanlar başlıca olaraq Orta və Son Tunc dövrlərinə aiddir. Tədqiqatçı F.М.Мuradova tərəfindən İlk Tunc dövrünə aid edilən 5 №- li xəndəkli kurqan kromlexlə əhatə edilmişdir. Kromlexin mərkəzində yerləşən dördkünc formalı qəbir kamerasının yanları kiçik həcmli əhəng daşları ilə əhatə olunmuş, üstü iri sal daşlarla örtülmüşdür. Qəbir qarət edildiyindən, skeletə rast gəlinməmişdir. Aşkar edilən keramika məmulatı e.ə. III minilliyin sonu üçün xarakterik olmuşdur. İlk Tunc dövrünə aid edilən 3 №- li kurqanın hündürlüyü 1,1 m, diametric 11 m- dir. Kurqanın mərkəzində əhəng daşlarından qurulmuş daş qutu tipli qəbir aşkar olunmuşdur. Bu abidənin qərb divarı və örtük daşı saxlanmamışdır. Ola bilsin ki, qəbir kurqanın qarət edilməsi zamanı dağıdılmışdır. Onun qərb tərəfində, örtük daşları arasında hər iki tərəfdən yonularaq, insan şəklinə salınmış əhəng daşına rast gəlinmişdir. Daş heykəlin hündürlüyü 1,4 metrdir. Bu kurqan təmizlənərkən, daş qutu tipli qəbirin ətrafında üzərinə şəkillər çəkilmiş 12 ədəd daş aşkar edilmişdir. Aparılan araşdırmalar təsdiq etmişdir ki, Tunc dövründə Qobustanda daş qutu tipli qəbirlərin divarları rəsmlərlə bəzədilmişdir. Kurqandan əldə edilmiş maddi-mədəniyyət nümunələri çaxmaqdaşından hazırlanmış yarpaq formalı nizə ucu, maral buynuzundan düzəldilmiş asma, boz rəngli tək qulplu gil qab, kiçik həcmli kasa parçalarından ibarətdir. Kurqan e.ə. III minilliyin sonuna aid edilmişdir. Azərbaycanın cənub-şərqində yerləşən abidələr yaşayış yerləri və kurqanlardan ibarətdir. Bu qrupa aid I Мişarçay və II Мişarçayda İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Qazıntılar zamanı tikinti qalıqları, gil qab parçaları, əmək alətləri və başqa maddi-mədəniyyət qalıqları əldə edilmişdir.
Bu qrupa daxil olan abidələr içərisində Astara rayonunda yerləşən Telmankənddə aşkar olunan kurqanlar diqqəti cəlb edir. Bu kurqanların ikisi F.R.Мahmudov tərəfindən öyrənilmişdir. Hər iki kurqan Bakı-Astara şose yolunun kənarındakı çay plantasiyalarının içərisində qeydə alınmışdır. F.R.Мahmudov tərəfindən tədqiq edilən 1 №- li kurqanın hündürlüyü 2,3, diametri isə 14 m- dir. Kurqan örtüyü müxtəlif ölçülü daşlardan ibarətdir. Onların içərisində ağırlığı yarım tona çatan qaya parçaları da vardır. Daş kurqanın üstü nazik torpaq təbəqəsi ilə örtülmüşdür. Kurqan örtüyünün altında dördkünc formalı daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirin uzunluğu 1m, eni 0,7 m, hündürlüyü 0,5 m-dir. Skelet olduqca pis qalmış, çürümüşdür. Onun sağ böyrü üstə, bükülü vəziyyətdə, şimal-cənub istiqamətində, üzü qərbə tərəf olduğu müəyyən edilmişdir. Qəbir kamerası bir sıra daş düzülmüş kromlexlə əhatə olunmuşdur. Kromlexin diametri 6,9 m- dir. Qəbirdən gil qablara aid parçalar, at başı təsvir olunmuş uzunsov daş, bülöv daşı və metal əşyalar aşkar edilmişdir. Bu qəbirin kurqan örtüyündən gil qab parçaları, yastı tiyəli balta və araba təkərinin modeli tapılmışdır. Мateriallar içərisində saplaqlı tunc nizə ucluqları xüsusi maraq doğurur. Bu tip nizələr İlk Tunc dövründə geniş yayılmış silah növlərindən biri olmuşdur.

Azərbaycan Tarixi (Yeddi cilddə)

Azərbaycan Tarixi (Yeddi cilddə) — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası.

Mündəricat

Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik “Azərbaycan tarixi”nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir.

Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır.

Yeddi cildlik “Azərbaycan tarixi”nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur.

Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur.

Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, çar Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Soisal dəyişikliklər, siyasiictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılmışdır.

“Azərbaycan tarixi” çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır.

Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiy yatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar tməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti də şərh edilir.

Bu cilddə Vətən tarixinin mürə kkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, “milli” dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tamvə hərtərəfli şərh olunur.

“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinin bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

Xəbərdarlığın sonu.

Kitabın 1, 2 və 4-cü cildləri 1998, 3-cü cildi 1999, 5 və 6-cı cildləri 2001, 7-ci cildi isə 2003-cü ildə nəşr edilmişdir.

1, 2, 3 və 4-cü cildlər 2007, 5, 6 və 7-ci cildlər isə 2008-ci ildə təkrar nəşr olunmuşdur.

Cild № Dövr Məsul redaktor Şəhər Nəşriyyat İl Səhifə ISBN Oxu Yüklə Arxiv
I Ən qədimdən – b.e. III əsri İqrar Əliyev Bakı Elm 2007 520+40 ISBN 978-9952-448-36-8 [1]
II III-XIII əsrin I rübü Nailə Vəlixanlı Bakı Elm 2007 608+24 ISBN 978-9952-448-34-4 [3] 2015-08-02 at the Wayback Machine [4]
III XIII-XVIII əsrlər Oqtay Əfəndiyev Bakı Elm 2007 692+56 ISBN 978-9952-448-39-9 [6] 2017-02-16 at the Wayback Machine [7]
IV XIX əsr Mahmud İsmayılov Bakı Elm 2007 504+48 ISBN 978-9952-448-37-5 [9] 2017-02-16 at the Wayback Machine [10]
V 1900-1920-ci illər Mahmud İsmayılov
Nigar Maksvell
Bakı Elm 2008 696+40 ISBN 978-9952-448-41-2 [12] 2017-02-16 at the Wayback Machine [13]
VI Aprel 1920 – iyun 1941 Cəmil Quliyev Bakı Elm 2008 568+48 ISBN 978-9952-448-44-03 [15] 2016-03-05 at the Wayback Machine [16]
VII 1941-2002-ci illər Tahir Qaffarov Bakı Elm 2008 608+80 ISBN 978-9952-448-48-1 [18] 2017-02-16 at the Wayback Machine [19]

İstinadlar

Həmçinin bax

  • Azərbaycan Milli Ensiklopediyası
  • Azərbaycan dilinin izahlı lüğəti

Xarici keçidlər

Avqust 03, 2021
Ən son məqalələr

Patrik Troton

Patrik Uayt

Patrik Vayt

Patrik Züskind

Patrinc

Patrinia

Patriniya

Patris Lumumba

Patris de Mak-Maqon

Patrisi

Ən çox oxunan

Kolorado (səhra)

Kolorado Sprinqs

Kolorado böcəyi

Kolorado çayı

Kolorektal xərçəng

azərbaycan, tarixi, yeddi, cilddə, amea, tarix, institutu, tərəfindən, dəfə, 1998, 2003, illərdə, nəşr, edilmiş, azərbaycan, tarixinin, qədim, zamanlardan, 2002, ilə, qədər, olan, dövrünü, əhatə, edən, cildlik, kitablar, seriyası, azərbaycan, tarixiazərbaycan,. Azerbaycan Tarixi Yeddi cildde AMEA Tarix Institutu terefinden ilk defe 1998 2003 cu illerde nesr edilmis ve Azerbaycan tarixinin en qedim zamanlardan 2002 ci ile qeder olan dovrunu ehate eden 7 cildlik kitablar seriyasi Azerbaycan TarixiAzerbaycan TarixiAzerbaycan Tarixi Yeddi cildde Muellif ler AMEA Tarix InstitutuJanr TarixOrijinalin dili AzerbaycancaOlke AzerbaycanOrijinalin nesr ili 1998 I II ve IV1999 III2001 V ve VI2003 VIISeriya Azerbaycan dili ve tarixiNesriyyat ElmCild 7Sehife I 520 40II 608 24III 692 56IV 504 48V 696 40VI 568 48VII 608 80isbn ISBN 978 9952 448 36 8 Mundericat 1 Mezmun 2 Nesr 3 Siyahi 4 Istinadlar 5 Hemcinin bax 6 Xarici kecidlerMezmun Redakte Xeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir I cildAzerbaycan dunyanin en qedim insan meskenlerinden ve sivilizasiya merkezlerinden biridir Yeddicildlik Azerbaycan tarixi nin I cildi Azerbaycan tarixinin en qedim zamanlardan baslayaraq eramizin III esrinin birinci rubu ile basa catan boyuk bir dovrunu ehate edir Kitabda arxeoloji menbeler ve yazili abideler esasinda olkemizde ibtidai insan cemiyyetinin merheleleri menevi heyati onun dagilmasi ilkin sinifli cemiyyetin ve dovletlerin meydana gelmesi onlarin taleyi seher heyati medeniyyeti xalqin yadelli isgalcilarla mubarizesi etnik meseleler ve s aciqlanir II cildYeddi cildlik Azerbaycan tarixi nin II cildinde III esrden tutmus XIII yuzilin I rubunedek olan dovru tedqiq edilmis sasanilerin ve ereblerin hakimiyyetleri zamani bas veren siyasi ictimai iqtisadi medeni deyisiklikler askarlasdirilmisdir Xilafetin zeifiediyi dovrde tesekkul tapan Azerbaycan feodal dovletlerinin tarixi selcuq yurusu ve onun neticeleri Azerbaycan Atabeyleri dovletinin yaranmasi ve suqutu elece de dovrun ictimai iqtisadi medeni heyati ve maddi medeniyyeti bu cildde genis serh olunmusdur III cildAzerbaycan Elmler Akademiyasi Tarix Institutu ve diger institut emekdaslarinin uzun iller boyu apardiqlari axtarislarin yekunu olan bu cildde Vetenimizin orta esrler tarixinin XIII esrden baslayaraq son dovru isiqlandirilmis monqol esareti ve onun neticeleri burada tesekkul tapan Azerbaycan dovletlerinin tarixi onlarin yaranmasi ve suqutu xanliqlar dovru xalqimizin xarici isgalcilarin tecavuzune qarsi azadliq mubarizesi elece de dovrun ictimai iqtisadi medeni heyati etrafli serh olunmusdur IV cildCildde XIX esr Azerbaycan tarixinin esas saheleri ehate olunmusdur XIX esrin baslangicinda car Rusiyasi Simali Azerbaycani istila etdi yurdumuzun simal torpaqlari Rusiya imperiyasinin terkibinde qaldi Cildde istilanin gedisi car Rusiyasinin Simali Azerbaycani ucqar mustemlekeye cevirmesi siyaseti xalqin ona qarsi mubarizesi olkenin sosial iqtisadi siyasi ve medeniyyet tarixi esrin son rubunde burada kapitalist munasibetlerinin qerarlasmasi bununla elaqedar senayenin kend teserufatinin inkisaf xususiyyetleri Soisal deyisiklikler siyasiictimai hadiseler elece de xalqimizin millet kimi tesekkul tapmasi milli suurun yukselisi Azerbaycan dili ve medeniyyetinin inkisaf merheleleri isiqlandirilmisdir V cild Azerbaycan tarixi coxcildliyinin V cildinde XX yuzilliyin son derece muhum hadiselerle zengin olan ilk iki onilliyi isiqlandirilmisdir Azerbaycan xalqinin butun heyat sahelerini ehate eden koklu deyisiklik lerin bas verdiyi hemin dovrde kapitalist istehsal munasibetlerinin iqtisadiy yatda aparici movqe tutmasi maarifciliye esaslanan milli ozunuderk ve ictimai suurun milli dovletciliyi berqerar tmekle neticelenen boyuk bir inkisaf merhelesi kecmesi edebiyyat ve medeniyyetin cosqun inkisafi sosial iqtisadi tekamul cemiyyetin diger muhum proses ve hadiseleri bu cildde diqqet merkezine cekilmisdir Azerbaycan Xalq Cumhuriyyetinin qurulmasi ile neticelenen milli azadliq herekatindan genis behs olunan bu cildde Cumhuriyyetin muxtelif sahelerdeki fealiyyeti ve onun suqutuna sebeb olan amillerle yanasi milli dovlet quruculugunda muhum tarixi siyasi ehemiyyeti de serh edilir VI cildBu cildde Veten tarixinin mure kkeb ve ziddiyyetli dovrlerinden biri olan 20 30 cu illerin ugurlu ve meseqqetli tarixi hadiseleri nezerden kecirilir Sovet hakimiyyetinin qurulmasi milli dovlet quruculugu senayelesdirme ve kollektivlesdirme medeni heyat idareetmenin zorakiliq gorunmemis ceza tedbirleri ile musayiet olunan inzibati amirlik sistemi elece de yeni cemiyyet qurmagin butun agirliqlarini ciyinlerinde dasiyan milyonlarla zehmetkesin gergin emek fealiyyeti indiyedek oyrenilmemis arxiv senedleri ve dovri metbuat materiallari esasinda tamve herterefli serh olunur VII cild Azerbaycan tarixi nin VII cildi Azerbaycanin 1941 ci ilin iyun ayindan 2002 ci iledek olan murekkeb ziddiyyetli tarixi dovrunu ehate edir Kitab uc bolmeden ibaretdir I bolmede Azorbaycanin Ikinci dunya muharibesi dovru tarixi II bolmede 1945 1991 ci illerde xususen 1970 ci illerde ve 1980 ci illerin birinci yarisinda iqtisadi ve medeni yukselis 80 ci illerin sonlarinda baslanan milli oyanis demokratik herekat III bolmede ise respublikanin suverenliyinin berqerarlasdirilmasi musteqil dovletciliyin qurulmasi ve mohkemlendirilmesi olkenin iqtisadi siyasi medeni inkisafi arxiv senedleri dovri metbuat materiallari ve movcud elmi edebiyyat esasinda serh olunur Xeberdarligin sonu Nesr RedakteKitabin 1 2 ve 4 cu cildleri 1998 3 cu cildi 1999 5 ve 6 ci cildleri 2001 7 ci cildi ise 2003 cu ilde nesr edilmisdir 1 2 3 ve 4 cu cildler 2007 5 6 ve 7 ci cildler ise 2008 ci ilde tekrar nesr olunmusdur Siyahi RedakteCild Dovr Mesul redaktor Seher Nesriyyat Il Sehife ISBN Oxu Yukle ArxivI En qedimden b e III esri Iqrar Eliyev Baki Elm 2007 520 40 ISBN 978 9952 448 36 8 1 2 II III XIII esrin I rubu Naile Velixanli Baki Elm 2007 608 24 ISBN 978 9952 448 34 4 3 Arxivlesdirilib 2015 08 02 at the Wayback Machine 4 5 III XIII XVIII esrler Oqtay Efendiyev Baki Elm 2007 692 56 ISBN 978 9952 448 39 9 6 Arxivlesdirilib 2017 02 16 at the Wayback Machine 7 8 IV XIX esr Mahmud Ismayilov Baki Elm 2007 504 48 ISBN 978 9952 448 37 5 9 Arxivlesdirilib 2017 02 16 at the Wayback Machine 10 11 V 1900 1920 ci iller Mahmud IsmayilovNigar Maksvell Baki Elm 2008 696 40 ISBN 978 9952 448 41 2 12 Arxivlesdirilib 2017 02 16 at the Wayback Machine 13 14 VI Aprel 1920 iyun 1941 Cemil Quliyev Baki Elm 2008 568 48 ISBN 978 9952 448 44 03 15 Arxivlesdirilib 2016 03 05 at the Wayback Machine 16 17 VII 1941 2002 ci iller Tahir Qaffarov Baki Elm 2008 608 80 ISBN 978 9952 448 48 1 18 Arxivlesdirilib 2017 02 16 at the Wayback Machine 19 20 Istinadlar RedakteHemcinin bax RedakteAzerbaycan Milli Ensiklopediyasi Azerbaycan dilinin izahli lugetiXarici kecidler RedakteMenbe https az wikipedia org w index php title Azerbaycan Tarixi Yeddi cildde amp oldid 5719878, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Azerbaycan tarixi 3 ci cild

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan təhsil tarixi: III cild: Müstəqillik illəri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

  • Azərbaycan tarixi 5 ci cild

    Azərbaycan tarixi 5 ci cild İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə və Göytəpədən götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə…

  • Azərbaycan tarixi 6 ci cild

    Azerbaycan Tarixi 6-cı sinif © Bütün hüquqlar qorunur. Azərbaycan tarixi I Bölmə. Azərbaycan ərazisində ibtidai icma quruluşu İbtidai icma quruluşunun…

  • Azərbaycan tarixi 7 cilddə 1 ci cild

    VII sinif. Azərbaycan tarixi ( KSQ 1) 3 №-li kurqanın diametri 15, hündürlüyü 1,6 m olmuşdur. Kurqan «Pristavlıq» adlanan ərazidə aşkar olunmuşdur. Bu…

  • Azerbaycan tarixi 5.cild

    Azerbaycan tarixi 5.cild a) 1993-cü il 15 iyundan Azərbaycan tarixi. V sinif KSQ № 4 Внимание! Все тесты в этом разделе разработаны пользователями сайта…

  • Azərbaycan tarixi 3 ci cild

    Azərbaycan tarixi 3 ci cild aşkar olunmuş gil qabların formasında Eneolit mədəniyyətinin təsiri özünü göstərir. Bu təbəqədə aşkar olunan gil qablardan…

Comments are closed, but trackbacks and pingbacks are open.