Press "Enter" to skip to content

Fənn-Sinif üzrə mündəricatlar

“LANDAU” məktəbinin şagirdlərinin daha bir qrupu AZƏRTAC-da olub. Məktəblilər əvvəlcə Agentliyin yeni binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və .

Azerbaycan tarixi 5

Burda hər daşın altında bir tarix var. Hər bir abidə tarixin ayrı-ayrı səhifələrindən xəbər verir. Gəzdikcə, gördükcə, oxuduqca nə isə kəşf edirsən və hər dəfəsində də yenidən aşiq olursan. Bura Azərbaycandır.

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır və təqribən 5 min illik dövlətçilik tarixinə sahibdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.

Azərbaycanın bütün tarixi torpaqları Atropatena və Albaniya adlı iki yerli dövlətin tərkibində cəmləşmişdi. Ölkənin şimalında qurulan Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu da (Dərbənd və ətraf ərazilərlə birlikdə) daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda–Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə şəhərləri olub.

Atropatena dövləti isə indiki İran İslam Respublikasının Azərbaycanla sərhəd şimal əraziləri və Azərbaycan Respublikasının cənub ərazilərini əhatə edirdi. Albaniyaya nisbətdə Atropatena daha tez süqut etdi və Sasanilərin təsiri altına düşdü. Eramızın əvvəllərində III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.

Xilafət dağıldıqdan sonra–IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı. İslam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti Oğuz-Türk dövlətinin-Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.

XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə-xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də, bu, arzuolunan nəticəni vermədi.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Azərbaycanın bundan sonrakı tarixində “Şimali Azərbaycan” və ya “Rusiya Azərbaycanı”, “Cənubi Azərbaycan” və ya “İran Azərbaycanı” siyasi-coğrafi anlayışları meydana gəldi.

Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika–Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti (“Azadıstan məmləkəti”) quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Hər iki Azərbaycan dövlətinin ərazisində geniş milli-demokratik islahatlar keçirilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20 dövləti, o cümlədən Paris Sülh Konfransının Ali Şurası tərəfindən müstəqil dövlət kimi tanındı.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Azərbaycanda bolşevik rejimi 70 il hökm sürdü.

1991-ci ildə Sovetlər İmperiyasının dağılması ilə Azərbaycan növbəti dəfə müstəqilliyinə qovuşdu. Hazırda 86.6 min km2 ərazisi olan Azərbaycan Respublikasının torpaqlarının 20%-i işğal altındadır. Müstəqil Respublikamız 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olundu. 1995-ci il noyabrın 12-də isə müstəqil Azərbaycan Respublikasının ilk demokratik konstitusiyası qəbul edildi. Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların üzvü olan Azərbaycan hazırda Avropa Birliyi, NATO, eləcə də digər beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq edir və regionin aparıcı dövlətinə çevrilib.

  • 454 Portalda olan xidmətlərin sayı

Azərbaycan tarixi

“LANDAU” məktəbinin şagirdlərinin daha bir qrupu AZƏRTAC-da olub. Məktəblilər əvvəlcə Agentliyin yeni binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və .

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə.

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb.

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, .

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına – günəş enerjisini artıran reaksiyaya .

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.