Press "Enter" to skip to content

Azerbaycan tarixi 7 cildde 2-ci cild

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

2 ci Qrup Fənnləri və İxtisasları ✅

2-ci qrup da əsas fənnlər Coğrafiya və Riyaziyyatdı. Hər birinin balı 200 baldır. Qalan fənnlər isə 100 bal qiymətləndirilir.
Hər iki tarix fənnindən imtahan verilsədə tarix əsas fənn kimi götürülmür.

2 ci qrup ixtisasları aşağıdakılardır :

Bu siyahıda 2-ci qrupa imtahan verərkən hazırlaşmalı olduğunuz ixtisaslar siyahısı qeyd edilmişdir. Buyurub hər birini oxuyub hansı universitetlərdə yerləşdiklərini görə bilərsiniz.

Beynəlxalq münasibətlər

Bu ixtisas siyasət elminin bir qoludur. Beynəlxalq münasibətlər hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərən üçün uyğundur. Bu ixtisası seçənlər üçün xarici dil biliyi, xüsusəndə ingilis dili çox vacibdir. Beynəlxalq münasibətlər ixtisasının məzunları dövlət və özəl müəssisələri ilə yanaşı, magistr təhsili alıb pedaqoq kimi fəaliyyət göstərə bilərlər.

Bu ixtisasın tədrisi aşağıdakı universitetlərdə mövcuddur:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dillər Universiteti
  • Bakı Slavyan Universiteti
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Naxçıvan Universiteti
  • ADA

Biznesin idarə edilməsi

Bu ixtisasın məqsədi tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə biliklərin verilməsidir. İqtisadiyyata marağı olanlar üçün uyğun sahədir. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-tədris Azərbaycan və İngilis dilində
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan və Türk dilində
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti – tədris İngilis dilində

İqtisadiyyat

İqtisadiyyat iqtisadiyyatın bütün sahələrini əhatə edən peşəkar mütəxəssis yetişdirir. Bu ixtisasın məzunları dövlət strukturlarının müvafiq sahələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilirlər. İqtisadiyyatın ən mühüm müsbət cəhətlərindən biri də odur ki, mühasibat, audit və s ixtisaslardan fərqli olaraq yox olmamağa doğru irəliləməsidir. Bu ixtisasa siz aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində
  • Bakı Mühəndislik Universiteti – İngilis dilində tədris
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası
  • Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyası
  • Naxçıvan Dövlət Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və İngilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Bakı Biznes Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Naxçıvan Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Marketinq

Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların, təlabatlarının müəyyən edilməsi, bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilnəsi, satışdan əvvəl və sonrakı xidmətin təşkili, reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilir. İxtisasın həm bu günü həm də gələcəyi parlaqdır. Aşağıdakı universitetlərdə bu ixtisas üzrə təhsil ala bilərsiniz.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris İngilis dilində
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan və Türk dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Mühasibatlıq

Bu ixtisasın əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatın aparılması yönündə bilik və bacarıqlar qazandırmaqdır. Bu ixtisas yaxşı riyazi bacarığı olan, iqtisadiyyat və hüquq sahələri ilə maraqlananlar üçündür. Hal-hazirda ixtisasa böyük təlabat var. İxtisas aşağıdakı universitetlərdə tədris olunur :

  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Naxçıvan Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Naxçıvan Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Coğrafiya

Coğrafiya – təbiətlə insanın qarşılıqlı təsirini öyrənir. Coğrafiyaçıların bu gün əsas fəaliyyəti müxtəlif proseslərin və hadisələrin izahı vı səbəbini müəyyənləşdirmək və gələcək üçün proqnozlar verməkdir. Biologiya, Kimya, Fizika, Ekologiya, Tarix, Riyaziyyat, Iqtisadiyyat, Sosiologiya ilə maraqlananlar bu ixtisası seçə bilər. Coğrafiya ixtisasl üzrə savadlı kadrlara daima ehtiyac olacaqdır. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti

Maliyyə

Maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idarə edilməsinin təşkili deməkdir. İxtisas şirkətlərin mövcud olan maliyyə resurslarının necə olunmasını öyrədir. Dövlət səviyyəsində də eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Riyaziyyatı sevənlər, marağı olanlar bu ixtisası seçə bilər. Hal-hazirda ixtisas gələcək üçün ən perspektivli ixtisaslardan biridir.

  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Naxçıvan Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Coğrafiya müəllimliyi

İxtisas təbiətdə baş verən hadisələri və onların baş vermə səbəblərini ardıcıllıqla təhsil alanlara ötürür. Şagirdlərdə sintez və dəyərləndirmə bacarıqlarını inkişaf etdirməklə coğrafi proqnozların verilməsi, yeni ideya və fikirlərin, layihələrin təqdim olunmasını inkişaf etdirir. İxtisas üzrə orta ümumtəhsil məktəblərində, özəl kurslarda, ekologiya və turizm sahəsində çalışmaq mümkündür. Bu sahədə hazırlanan kadrlar dövrün siyasətçiləri, iqtisadçıları və coğrafiyaçıları olaraq ən vacib fiziki, iqtisadi və siyasi problemlərin həllində böyük rol oynayır. Aşağıdakl universitetlərdə bu ixtisas üzrə təhsil ala bilərsiniz:

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Naxçıvan Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Naxçıvan Universiteti
  • Bakı Qızlar Universiteti

Menecment

Bu ixtisas müəssisə idarəçiliyini və onun effektiv idarə olunmasi yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini və səmərəliliyini təşkil etməkdir. İxtisas düzgün və effektiv idarə olunmanı öyrədir. Menecment ixtisası iqtisadiyyata və idarəetməyə marağı olanlar üçündür. İxtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dövlət

2 ci qrup fenleri ve 2 ci qrup ixtisaslari haqqında məlumatlar bunlardan ibarətdir. Digər qruplar üçün məlumatları oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz.

Azərbaycan

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.

Bütpərəstlik

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çıraqlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir.

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən — torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.

Atəşpərəstlərin məbədi Atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Zərdüştlük

Zərdüştlük atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc — Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.

Yəhudilik

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.

Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qarışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır.

Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.

Xristianlıq

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş “Alban yazısında və Alban dilində” leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə ərazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu-VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.

Pravoslavlıq. Provaslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altıağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı – Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.

Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Lakin Sovet dövründə, 1934-cü ildə kilsə bolşeviklər tərəfindən dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur və 2007-ci ildə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə yeni kilsə tikilərək istifadəyə verilmişdir.

22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.

2016-cı ilin oktyabrında ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Bakıdakı Katolik Kilsəsində messa – dini mərasimdə iştirak etmiş və Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini — kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.

İslam

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri “Bab əl-Əbvab” adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və “evlərində otururdular”, yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində – ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda “rəbəd” adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.

Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları-XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı-XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı-1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı-1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı-1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı-1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı-1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar “qızılbaşlar” adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov “Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. “Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə” Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.

İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı — müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.

Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri Nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən Cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir.

Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.

Azerbaycan tarixi 7 cildde 2-ci cild

16 noyabr 2021

16 noyabr 2021 Layihə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğində təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Gəlirlərin mənbələri Məbləğ (min manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi 1 485 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 670 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 46 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 236 045,0
2.5. Əlavə dəyər vergisi 5 278 700,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 910 000,0
2.6. Sadələşdirilmiş vergi 200 000,0
2.7. Aksizlər 1 266 847,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 160 000,0
2.8. Yol vergisi 116 500,0
2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 40 000,0
2.9. Mədən vergisi 142 023,0
2.10. Gömrük rüsumları 1 150 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 95 385,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 1 800,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 106 500,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 12 710 000,0
2.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 16 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 9 000,0
2.17. Dövlət rüsumu 363 500,0
2.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 21 000,0
2.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 760 000,0
2.20. Sair daxilolmalar 141 700,0

Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır: (min manatla)

3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 309 865,0
3.1.1. yol vergisi 116 500,0
3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 6 000,0
3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 50 000,0
3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 89 500,0
3.1.5. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu 15 500,0
3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 22 500,0
3.1.7 Sair daxilolmalar 9 865,0

Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir. Maddə 5. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır: 5.1. bu Qanunun 9-cu maddəsi ilə 2022-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa); 5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının gəlirləri tam həcmdə. Maddə 6 . Bu Qanunun 9-cu maddəsi ilə 2022-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir. Maddə 7. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin istiqamətləri Məbləğ (manatla)
7.1. Ümumi dövlət xidmətləri 4 262 893 867,0
7.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 1 436 519 030,0
7.1.2. beynəlxalq münasibətlər 361 900 000,0
7.1.3. xarici yardımlar 11 000 000,0
7.1.4. elm 202 790 759,0
7.1.5. seçkilərin keçirilməsi və statistika tədbirləri 20 484 078,0
7.1.6. büdcələrarası transfertlər 438 200 000,0
7.1.6.1. yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya 5 300 000,0
7.1.6.2. yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya 1 300 000,0
7.1.6.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 431 600 000,0
7.1.7. dövlət borcu 1 792 000 000,0
7.2. Müdafiə və milli təhlükəsizlik 4 489 892 429,0
7.2.1. müdafiə qüvvələri 2 153 165 727,0
7.2.2. milli təhlükəsizlik 285 501 146,0
7.2.3. sərhəd xidməti 441 585 091,0
7.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 4 119 118,0
7.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 1 605 521 347,0
7.2.5.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1 600 442 500,0
7.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 2 362 101 755,0
7.3.1. məhkəmə hakimiyyəti 110 390 706,0
7.3.2. hüquq mühafizə 1 767 323 977,0
7.3.3. prokurorluq 102 704 436,0
7.3.4. məhkəmə qərarlarının icrası 10 000 000,0
7.3.5. hüquqi yardım 4 386 425,0
7.3.6. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 367 296 211,0
7.4. Təhsil 3 884 325 660,0
7.4.1. məktəbəqədər təhsil 376 858 452,0
7.4.2. ümumi təhsil 2 090 153 867,0
7.4.3. peşə təhsili 63 815 386,0
7.4.4. orta ixtisas təhsili 87 300 596,0
7.4.5. ali təhsil 59 987 844,0
7.4.6. əlavə təhsil 3 937 523,0
7.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar 7 015 701,0
7.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər 1 195 256 291,0
7.5. Səhiyyə 1 788 619 634,0
7.5.1. poliklinikalar və ambulatoriyalar 1 664 544,0
7.5.2. xəstəxanalar 171 143 669,0
7.5.3. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 2 588 726,0
7.5.4. səhiyyə sahəsində proqramlar və digər xidmətlər 1 613 222 695,0
7.5.4.1. əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı 1 125 674 629,0
7.6. Sosial müdafiə və sosial təminat 3 565 794 062,0
7.6.1. sosial müdafiə 310 043 606,0
7.6.2. sosial təminat 5 243 653,0
7.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 50 000,0
7.6.4. sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər 3 250 456 803,0
7.6.4.1. dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 145 967 169,0
7.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət 458 708 021,0
7.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 205 387 395,0
7.7.2. televiziya, radio və nəşriyyat 54 155 734,0
7.7.3. bədən tərbiyəsi və gənclər siyasəti 43 890 288,0
7.7.4. mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər 155 274 604,0
7.8. Mənzil və kommunal təsərrüfatı 261 446 634,0
7.8.1. mənzil 43 762 755,0
7.8.2. kommunal təsərrüfatı 112 939 643,0
7.8.3. su təsərrüfatı 14 500 000,0
7.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 90 244 236,0
7.9. Kənd təsərrüfatı 997 304 754,0
7.9.1. kənd təsərrüfatı tədbirləri 477 483 667,0
7.9.2. baytarlıq 47 535 447,0
7.9.3. meliorasiya 459 713 640,0
7.9.4. kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər 12 572 000,0
7.10. Ətraf mühitin mühafizəsi 285 828 108,0
7.10.1. bioloji zənginliyin qorunması 7 743 673,0
7.10.2. hidrometeorologiya tədbirləri 10 966 058,0
7.10.3. meşə təsərrüfatı 15 467 857,0
7.10.4. balıqçılıq və ovçuluq 1 443 272,0
7.10.5. ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi 248 992 248,0
7.10.6. ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər 1 215 000,0
7.11. İqtisadi fəaliyyət 5 931 795 120,0
7.11.1. nəqliyyat və rabitə 217 559 840,0
7.11.2. iqtisadi və kommersiya fəaliyyəti 56 068 289,0
7.11.3. tikinti və şəhərsalma 4 991 670 500,0
7.11.3.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 789 800 000,0
7.11.3.2. işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası 2 200 000 000,0
7.11.4. geodeziya və faydalı qazıntılar 8 175 975,0
7.11.5. yanacaq və enerji kompleksi 1 900 000,0
7.11.6. iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər 656 420 516,0
7.12. Əsas bölmələrə aid edilməyən xərclər 1 590 289 956,0
7.12.1. ehtiyat fondları 628 000 000,0
7.12.1.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu 518 000 000,0
7.12.1.2. dövlət büdcəsinin ehtiyat fondu 110 000 000,0
7.12.2. məqsədli büdcə fondları 309 865 000,0
7.12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 309 865 000,0
7.12.3. valyuta konvertasiyası 4 000 000,0
7.12.4. əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət 648 424 956,0
7.12.4.1. dövlət ehtiyatlarının yaradılması 39 800 000,0
7.12.4.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20 000 000,0
7.12.4.3. Ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər 11 792 650,0
7.12.4.4. sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 576 832 306,0

Maddə 8. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin. Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 8 820 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120 500 000,0 manat, yerli xərclər 978 959 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 7 757 997 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 37 456 000,0 manat məbləğində təsdiq edilsin. (manatla)

Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləş dirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş dirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
Cəmi o cümlədən
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ
Şəhərlər:
1 Bakı 7 834 836 000 88 584 100 413 378 000 7 332 873 900 0
2 Gəncə 70 923 000 1 457 700 39 502 000 29 963 300 0
3 Lənkəran 25 767 000 1 983 900 15 119 000 8 664 100 0
4 Mingəçevir 30 397 000 65 000 22 178 000 8 154 000 0
5 Naftalan 6 185 000 2 000 3 687 000 2 496 000 0
6 Sumqayıt 142 033 000 1 977 400 51 571 000 88 484 600 0
7 Şəki 30 760 000 1 484 500 14 118 000 15 157 500 0
8 Şirvan 26 986 000 1 385 300 6 578 000 19 022 700 0
9 Yevlax 21 218 000 2 131 900 10 630 000 8 456 100 0
10 Xankəndi
Rayonlar:
11 Abşeron 59 024 000 166 000 18 587 000 40 271 000 0
12 Ağcabədi 18 606 000 1 338 600 10 526 000 6 741 400 0
13 Ağdam 6 385 000 35 000 11 330 000 0 4 980 000
14 Ağdaş 8 273 000 12 000 8 261 000 0 0
15 Ağstafa 8 566 000 41 000 8 525 000 0 0
16 Ağsu 10 674 000 815 100 5 600 000 4 258 900 0
17 Astara 14 777 000 1 710 000 6 147 000 6 920 000 0
18 Balakən 6 472 000 1 103 000 6 981 000 0 1 612 000
19 Beyləqan 12 600 000 33 000 6 829 000 5 738 000 0
20 Bərdə 17 023 000 61 000 9 605 000 7 357 000 0
21 Biləsuvar 10 899 000 1 817 000 5 381 000 3 701 000 0
22 Cəbrayıl 1 242 000 16 000 4 100 000 0 2 874 000
23 Cəlilabad 9 632 000 35 000 8 727 000 870 000 0
24 Daşkəsən 4 510 000 1 000 4 088 000 421 000 0
25 Füzuli 11 450 000 17 000 11 433 000 0 0
26 Gədəbəy 7 326 000 41 000 7 285 000 0 0
27 Goranboy 7 613 000 20 000 9 749 000 0 2 156 000
28 Göyçay 12 451 000 16 000 8 672 000 3 763 000 0
29 Göygöl 15 702 000 9 000 6 893 000 8 800 000 0
30 Hacıqabul 7 722 000 12 000 3 702 000 4 008 000 0
31 Xaçmaz 38 079 000 4 313 900 9 699 000 24 066 100 0
32 Xızı 3 739 000 5 000 3 310 000 424 000 0
33 Xocalı 489 000 3 000 2 013 000 0 1 527 000
34 Xocavənd 1 059 000 25 000 2 574 000 0 1 540 000
35 İmişli 31 596 000 1 322 700 6 287 000 23 986 300 0
36 İsmayıllı 11 359 000 10 000 6 309 000 5 040 000 0
37 Kəlbəcər 1 686 000 4 000 5 210 000 0 3 528 000
38 Kürdəmir 10 325 000 18 000 5 707 000 4 600 000 0
39 Qax 4 670 000 15 000 10 131 000 0 5 476 000
40 Qazax 15 398 000 15 000 8 409 000 6 974 000 0
41 Qəbələ 19 720 000 22 000 8 104 000 11 594 000 0
42 Qobustan 5 008 000 5 000 4 432 000 571 000 0
43 Quba 24 773 000 64 000 8 125 000 16 584 000 0
44 Qubadlı 4 423 000 4 000 3 665 000 754 000 0
45 Qusar 13 139 000 28 000 6 058 000 7 053 000 0
46 Laçın 3 107 000 75 000 5 448 000 0 2 416 000
47 Lerik 3 156 000 5 000 5 585 000 0 2 434 000
48 Masallı 11 758 000 35 000 8 546 000 3 177 000 0
49 Neftçala 9 416 000 28 000 6 314 000 3 074 000 0
50 Oğuz 3 232 000 30 000 5 686 000 0 2 484 000
51 Saatlı 13 178 000 8 000 8 800 000 4 370 000 0
52 Sabirabad 13 756 000 17 000 6 906 000 6 833 000 0
53 Salyan 14 655 000 26 000 7 219 000 7 410 000 0
54 Samux 6 008 000 16 000 5 992 000 0 0
55 Siyəzən 5 961 000 17 000 3 956 000 1 988 000 0
56 Şabran 8 101 000 21 000 4 271 000 3 809 000 0
57 Şamaxı 16 213 000 14 000 8 800 000 7 399 000 0
58 Şəmkir 22 281 000 50 000 15 141 000 7 090 000 0
59 Şuşa 1 955 000 2 000 1 953 000 0 0
60 Tərtər 9 389 000 17 000 9 372 000 0 0
61 Tovuz 24 978 000 7 808 900 12 090 000 5 079 100 0
62 Ucar 6 415 000 21 000 6 394 000 0 0
63 Yardımlı 2 882 000 8 000 4 977 000 0 2 103 000
64 Zaqatala 12 173 000 62 000 12 111 000 0 0
65 Zəngilan 1 773 000 3 000 3 179 000 0 1 409 000
66 Zərdab 4 098 000 11 000 7 004 000 0 2 917 000
Cəmi: 8 820 000 000 120 500 000 978 959 000 7 757 997 000 37 456 000

Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır. Maddə 11. Azərbaycan Respublikasının 2022-ci ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin: (manatla)

11.1. Daxili dövlət borcu üzrə,o cümlədən: 232 000 000,0
faiz ödənişləri 225 096 000,0
11.2. Xarici dövlət borcu üzrə,o cümlədən: 1 560 000 000,0
faiz ödənişləri 407 573 811,0

Maddə 12. Azərbaycan Respublikasının 2022-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 100 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 600 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 800 000,0 min manat məbləğində təsdiq edilsin. Maddə 13. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir. Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 063 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2022-ci il yanvarın 1-ə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçirilsin. Maddə 15. Azərbaycan Respublikasının 2022-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 32 906 390,0 min manat müəyyən edilsin. Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2022-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 15 818 686,0 min manat məbləğində müəyyən edilsin. Maddə 17. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti

Похожие статьи

  • Azerbaycan tarixi 7 cildde 3 cu cild

    Azerbaycan tarixi 7ci cild pdf Bu il Azərbaycanda III qrupda 3 yeni ixtisas yaranıb. 5 ixtisas ləğv olunub. 2 ixtisasın isə adı dəyişdirilib. Azərbaycan…

  • Azerbaycan tarixi bdu

    Bakı Dövlət Universitetinin yaranma tarixi Sonradan Azərbaycan tarixi hansı məşəqqətlərlə üzləşdisə Bakı Dövlət Universiteti da paralel olaraq həmin…

  • Azerbaycan tarixi 5ci cild

    Azerbaycan tarixi 5ci cild Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi….

  • Azerbaycan kitabxana isi tarixi yukle

    Azerbaycan kitabxana isi tarixi yukle DOWNLOAD Dundee, Scotland, 1862. After the mill of businessman Matthew Beaumont burns to the ground, Detective…

  • Azerbaycan tarixi 1 cild

    Azerbaycan Tarixi – Wikipedia Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi…

Comments are closed, but trackbacks and pingbacks are open.