Press "Enter" to skip to content

Azerbaycan tarixi cografiyasi

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac −2901 m, Hinaldağ – 3367 m), Murovdağ (Gamışdağ – 3724 m), Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

Azerbaycan Cografiyasi – Wikipedia

Azərbaycanın tarixi ərazisi cənub-şərqi Qafqazda və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 280 min km² (dəqiq rəqəm bilinmir), əhalisinin sayı isə 50 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,3 mln nəfərdir (2012-ci il). 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötdü.

Azərbaycan Respublikasının ümumcoğrafi xəritəsi

Mündəricat

  • 1 Azərbaycan Respublikasının relyefi
  • 2 Cənubi Azərbaycanın relyefi
  • 3 Təbii ehtiyatları
    • 3.1 Su ehtiyatları

    Azərbaycan Respublikasının relyefi

    Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac −2901 m, Hinaldağ – 3367 m), Murovdağ (Gamışdağ – 3724 m), Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

    Cənubi Azərbaycanın relyefi

    Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən ibarətdir. Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər, cənub yamacı isə 25 kilometr məsafədə 3000 metrdən 1000 metrə qədər enir. Onun şimal yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır. Kiəmki-Qaraca silsiləsi Qaradağın cənub, cənub-qərbinə yaxın olmaqla 110 kilometr məsafədə uzanır. Onun Kiəmki zirvəsi 3358 metrə, ən uca zirvəsi isə 3975 metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən şərqə doğru 130 kilometr uzanmaqla 4821 metrə qədər (Savalan dağı) ucalır. Cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından yaranmış Savalan silsiləsinin yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal enliyi isə 20 kilometrə çatır. Bozquş silsiləsi şimaldan Acıçay, Balıqçay, cənub-şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. Acıdərə çökəkliyindən cənub-qərbə vulkan mənşəli Səhənd (Haramdağ) dağının (3710 m) konusu ucalır. Ətrafdakı dağarası çökəklik və düzənliklərdən 2500 metrdən artıq ucalan Səhənd dağı və Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir. Mişudağ silsiləsi Urmiya gölünün şimal-şərq qurtaracağında yerləşməklə 60 kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir. Cənubi Azərbaycanın qərb qurtaracağında İranla Türkiyə sərhədi boyu 110 kilometr məsafədə uzanan Qotur silsiləsinin şərq yamacı Sarısu, Qızılçay, Ələnd, Qotur çayları ilə kəskin parçalanmışdır. Qotur silsiləsinin ən uca zirvələrindən Heravil (3676 m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və başqalarını misal çəkmək olar. Qotur silsiləsindən cənuba, Urmiya gölündən qərbə Moğancıq-Musalan silsiləsi ayrı-ayrı dağ tirələrindən ibarət olmaqla, onların mütləq yüksəkliyi 2000 metrlə 3000 metr arasında dəyişir. Silsilələrin ən uca zirvəsi 3601 metrdir. Mezozoyun çökmə süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir çox çay dərələri vasitəsilə parçalanmışdır. Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır. Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır.

    Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır. Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasuçayın qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş düzənlikdən ibarətdir. Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir. Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25–30 kilometr məsafədə uzanır. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə doğru 200 metrə qədər yüksəlir. Cənubi Azərbaycan relyefində təbiətin yaratdığı əvəzsiz abidələrdən biri də vulkan mənşəli Savalan dağıdır.

    Təbii ehtiyatları

    Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. Azərbaycan ərazisi mezo-kaynozoyun çökmə, vulkanogen və intruziv süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub, tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal) büruzə verir. Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb. Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-xloridli-sulfatlı, hidrokarbonatlı-sulfatlı, xloridli, sulfatlı-xloridli və başqa kimyəvi tərkibli mineral bulaqlar daxildir.

    Su ehtiyatları

    Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 30–31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70–72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

    Azərbaycanın yerüstü su ehtiyatlarının 19–20,6 kubkilometri transsərhəd çayların, 9,5–10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2–2,5 kubkilometr təşkil edir ki, bunun da 1–1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2–1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5–7,8 kubkilometr təşkil edir.

    Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır.

    Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür.

    Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3–0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5–1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.

    Su anbarları: Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq və il ərzində istifadə oluna biləcək etibarlı su mənbələrinə malik olmaq məqsədi ilə bir sıra çayların üzərində su anbarları yaradılıb. Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır.

    Göllər: Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkilometr olan 450-yə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi su ehtiyatı 0,9 kubkilometrə, şirinsulu göllərin ehtiyatı isə 0,03–0,05 kubkilometrə yaxındır.

    Buzlaqlar: Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan Silsilədə mütləq yüksəkliyi 3600–4000 metrdən artıq olan ərazilərdə formalaşıb. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb. Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkilometr, su ehtiyatı isə 0,08 kubkilometr təşkil edir. Buzlaqlar Bazardüzü zirvəsində 3,6 kvadratkilometr, Bazaryurdda 1 kvadratkilometr, Tufandağda 0,5 kvadratkilometr, Şahdağda isə 1,1 kvadratkilometr sahəni əhatə edir. Kiçik Qafqazda yalnız Qapıcıq dağında sahəsi 0,15 kvadratkilometr olan buzlaq mövcuddur. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır.

    Yeraltı sular: Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Bu ehtiyatların 60 %-ə yaxını Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə-Qazax dağətəyi düzənliklərinin ərazisində yerləşir. Geoloji kəsilişdə yüksək sukeçiricilik xüsusiyyətlərinə malik çaqıl-çınqıl və qumlu süxurların üstünlük təşkil etməsi, çay şəbəkəsinin yaxşı inkişaf etməsi, yağıntıların çoxluğu bu ərazilərdə yeraltı suların qidalanması üçün əlverişli şərait yaradır. Dağətəyi bölgələr içərisində Ceyrançöl və Acınohur düzənlikləri yeraltı suların ehtiyatlarının çox məhdudluğu və nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnir. Şamaxı-Qobustan ərazisi bir qədər müsbət şəraitlə fərqlənir.

    Böyük və Kiçik Qafqazın, Talışın dağlıq hissələrində yüksək keyfıyyətli yeraltı sular əsasən tektonik çatlarla əlaqəli olaraq bulaqlar şəklində təzahür edir. Yamacların ətəklərində, dərələrdə rast gəlinən bulaqların sərfı adətən 5–10 litr/saniyə arasında dəyişir. Dağ çaylarının yataqaltı süxurlarında gündəlik sərfi 40–60 min kubmetr olan yeraltı sular da geniş yayılmışdır.

    Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.

    Landşaft tipləri

    1. Yüksək dağlığın nival və qismən nival-buzlaq landşaftı. Əsasən Böyük Qafqazın (Baş Qafqaz silsiləsi, Yan silsilə), qismən Kiçik Qafqazın (Murovdağ, Zəngəzur silsilələri, Qarabağ vulkanik yaylası və s.) təqribən 3000 m-dən yüksəkdə yerləşən sahələrini əhatə edir. Dağlar struktur-denudasion, nival-buzlaq və erozion-buzlaq mənşəlidir. Yura və Tabaşirin terrigen, karbonatlı, vulkanogen, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Səthi çox yerdə çılpaq qayalıq və çınqıllıqdır. Relyefi intensiv parçalanmışdır. Qravitasiya-denudasiya prosesləri səciyyəvidir. Kar, təknəvan dərə (troq), moren buzlaq relyefi formaları yayılmısdır. Dağlıq tundra iqliminə malikdir. Orta temperatur yanvarda −15 °C-dən −8,5 °C-yə dək, iyulda 4–9 °C-dir, İllik yağıntı 800–1200 mm-dir. Böyük Qafqazda (Bazardüzü, Bazaryurd, Tufan və Şahdağ zirvələrində) 3800–3900 m-dən yüksəkdə ümumi sahəsi təqribən 6 km² olan buzlaqlar var. Torpaq örtüyü inkişaf etməmişdir. Çox seyrək qayalıq-çınqıllıq bitkilərinə, yüksək dağlıq dırnaqlılarına (qaya-keçisi, Azərbaycanda Dağıstan turu), bəzi quş və gəmirici növlərinə rast gəlinir. Böyük Qafqazın Qusar, Qudyal, Əyriçay və s. çayları buradan başlanır. Turizm və alpinizm məqsədilə istifadə edilir.

    2. Yüksək dağlığın alp, subalp və çəmən-çöl landşaftı. Böyük Qafqazda (Baş Qafqaz silsiləsi, Yan silsilə) və Kiçik Qafqazda (Şahdağ, Murovdağ, Zangəzur və s. silsilələr, Qarabağ yaylası) 2000–2200 m-dən 3000 m-ədək hündürlükləri əhatə edir.

    Yura və Tabaşirin, əsasən, karbonatlı-terrigen, vulkanogen, tufagen çöküntülərindən təşkil olunmuşdur. Şiddətli parçalanmış relyefə malikdir. Dağlar denudasion-struktur mənşəlidir. Burada vaxtaşırı güclü sellər yaranır. Sel ocaqları, əsasən, qayalıq və dağ çəmənlikləri sahəsində yerləşir. Çay dərələri, əsasən, bu landşaft sahəsində formalaşmağa başlayır. İqlimi soyuqdur. Orta temperatur yanvarda −120C-dən −70C-yədək, iyulda 8–17 °C-dir. İllik yağıntı Boyük Qafqazın cənub yamacında 1400–1600 mm, qalan sahələrdə 900 mm-ədəkdir. Əsasən, çimli dağ-çəmən torpaqları yayılmışdır. Dağıstan turu, qarapaca, bezoar keçisi, gəmiricilər (qarsiçanı, dağsiçanı), kor köstəbək, Qafqaz uları, Qafqaz tetrası, kərkəz, qaya kərtənkələsi və s. məskunlaşmşdır. Alp, subalp çəmənləri və çəmən-çöl yarımtiplərinə bölünür. Alp çəmənləri 2400–2500 m-dən yüksəkdə yerləşir. Bitkilərin boyu çox qısa, növləri azdır. Alp çəmənlərindən aşağıda, 2000–2200 m-dən 2400–2500 m-ədək hündürlükdə, subalp çəmənləri zolağı uzanır. Subalp çəmənləri növ etibarilə zəngin olan hündürboylu, əsasən, çox hissəsini yem otları təşkil edən çoxillik bitkilərdən ibarətdir. Kiçik Qafqazın subalp və alp çəmənləri Böyük Qafqazdakından bir qədər kserofitliyi ilə fərqlənir. Çəmən-çöl landşaft yarımtipi Zəngəzur silsiləsində və Qarabağ yaylasında inkişaf etmişdir. Alp çəmənlərindən yay otlağı, subalp çəmənlərindən isə həm yay otlağı, həm də biçənək kimi istifadə edilir. Arıçılığın inkişafı üçün əlverişli sahədir.

    3. Orta dağlığın enliyarpaqlı meşə və meşədən şonrakı çəmən-kol landşaftı. Bu landşaft respublikanın dağlıq landşaft zonaları arasında daha geniş yer tutur. Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-in sahəsi istisna olmaqla) və Talış dağlarının yamaclannda təqribən 1200 m-dən 1800 m-ə, bəzi yerlərdə 2000–2200 m-ədək hündürlükləri əhatə edir. Yura və Tabaşirin əhəngdaşı, qumdaşı, gilli şistlərindən, Üçüncü Dövrün gillicələrindən, qumlarından, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Ərazi şiddətli parçalanmış relyefə malikdir. Dağlar, əsasən, denudasion-struktur mənşəlidir. Dağ uçqunları və sürusmələr geniş yayılmışdır. Sellər, əsasən tranzit xarakterlidir. Dik yamaclı dar və dərin dərələr səciyyəvidir. İqlimi soyuq və mülayim-istidir. Orta temperatur yanvarda −6 °C-dən −2 °C-yədək, iyulda 13–190C, illik yağıntı 600–1300 mm-dir. Qonur dağ-meşə, çöküntülü-karbonatlı dağ-meşə, tipik və yuyulmuş dağ-meşə torpaqları, Talış dağlarında podzollaşmış torpaqlar və dağ-sarı torpaqlar yayılmşdır. Meşələrin çox hissəsində, xüsusilə 1400–1600 m hündürlükdə şərq fıstığı, yuxarı hissələrdə isə Şərq palıdı, bəzi yerlərdə tozağacı və ağcaqayın ağacları üştünlük təskil edir. Daha yuxarılarda meşələr seyrələrək subalp çəmənləri landşaftına keçir. Meşə landşaftının yuxarı hissəsində rütubətsevən, aşağı hissəsində isə quraqlığadavamlı ağac növləri yayılmısdır. Atmosfer yağıntılarının mövsümlər üzrə bərabər paylanmaması orta dağlıqda meşələrin inkişafının və onların yayılma dərəcəsinin müxtəlifliyinə səbəb olmuşdur. Meşənin intensiv qırılması çəmən və əsasən, meşədən sonrakı kollarla qarışıq müxtəlif ot bitkiləri ilə əvəz olunmasına şərait yaratmışdır. Bu landşaft heyvanlarla, xüsusilə dırnaqlılar və quş növləri ilə zəngindir. Maral, cüyür, çöldonuzu, boz ayı, müxtəlif növ dələ və s. yayılmışdır. Bir çox ağac növləri meşə və ağac emalı sənayesi üçün xammaldır. Yabanı meyvə yığılır.

    4. Orta dağlığın dağ-kserofit landşaftı. Naxçıvan MR-də (Zəngəzur və Dərələyəz silsilələrində), qismən Talış dağlarında (Talış və Peştəsər silsilələrinin qərb və cənub-qərb hissələrində) inkişaf etmişdir. Başlıca olaraq Paleogenin vulkanogen, vulkanogen-çökmə süxurları üzərində yaranmışdır. Naxçıvan MR-də təqribən 1100 m-dən 2000 m-ədək, Talış d-rında dağarası çökəkliklərdə 1300m-dən 1900 m-ədək hündürlükləri əhatə edir. Naxçıvan MR-də soyuq iqlim, Talış dağlarında yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda −5 °C-dən −4°Cyədək, iyulda 18 °C-dən 25 °C-yədəkdir, illik yağıntı Naxçıvan MR-də 400–500 mm, Talış dağlarında 300–400 mm-ədəkdir. Hər iki ərazidə yayın quraq keçməsi kserofit landşaftın əmələ gəlməsinə səbəb olmuşdur. Dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitkisi dağkserofit (friqanoid) tiplidir (gəvən, tıstıs və s.). Canavar, tülkü, dovşan, daşlıq dələsi, müxtəlif növ siçan, ular, boz kəklik və s. səciyyəvidir. Heyvandarlıq, əkinçilik, bağçılıq və arıçılıq inkişaf etmişdir.

    5.Alçaq dağlığın çöl, qismən meşə-çöl landşaftı. Böyük Qafqazın cənub yamaclarında, Kiçik Qafqazın kənar hissələrində, Talışda Burovar silsiləsinin şimali-qərbində (əsasən, Cəlilabad rayonu ərazisində) 100–150 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Tabaşir (Kiçik Qafqaz) və Neogenin (Böyük Qafqaz) dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil olunmuşdur. Relyefi struktur-erozion və arid-denudasion-struktur mənşəlidir. Səthi güclü və orta dərəcədə parçalanmışdır. İqlimi mülayim-istidir. Orta temperatur yanvarda −3 °C-dən +2 °C-yədək, iyulda 19 °C-dən 24 °C-yədəkdir. İllik yağıntı 400–600 mm-dir. Dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bu landşaft üçün daşdayan, yovşan-daşdayan və yovşan daraqotu kimi çöl və yarımçöl bitkiləri səciyyəvidir. Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik və s. var. Qış otlağı kimi istifadə edilir.

    6. Alçaq dağlığın yarımsəhra landşaftı. Qobustanda, Ceyrançöldə, Bozdağ (Gəncə Bozdağı) silsiləsində, Acınohur çölü və onun ətrafında, 50–100 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Neogenin dəniz və kontinental çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti, yanmsəhra və quru çöl iqliminə malikdir. Orta temperaturr yanvarda −3 °C-dən −1 °C-yədək, iyulda 19 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı 200–400 mm-dir. Qəhvəyi, açıq-qəhvəyi, boz-qonur torpaqlarda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Qış otlağıdır.

    7. Dağ ətəklərinin enliyarpaqlı meşə landşaftı. Böyük Qafqazın cənub-şərq hissəsinin şimal yamacında və Talış dağlarının alçaq dağlıq hissələrində inkişaf etmişdir. 100–300 m-ədək hündürlükləri əhalə edir. Əsasən, Kaynozoyun əhəngdaşı, gil, qumlu-gilli çöküntülərindən, çaqıl daşlarından təşkil olunmuşdur. Relyefi Qusar maili düzənliyi hissəsində akkumulyativ-denudasion, Dəvəçi rayonu sahəsində struktur-erozion, Talış zonasında denudasion-struktur mənşəlidir. İqlimi mülayim-istidir. Orta temperatur yanvarda −3 °C-dən +2 °C-yədək, İyulda 18 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı Böyük Qafqaz hissəsində 600 mm-ə, Talış zonasında 1900 mm-ə qədərdir. Karbonatlı və tipik qəhvəyi dağ-meşə, Talış zonasında podzollaşmış dağ-sarı torpaqlar geniş yayılmışdır. Meşələrin növ tərkibi çox müxtəlifdir. Böyük Qafqaz hissəsində palıd və vələs, Talış zonasında Hirkan tipli relikt növlər — dəmirağac, şabalıdyarpaq palıd, azat və s. üstünlük təşkil edir. Cüyür, çöldonuzu, dələ, oxlu kirpi, süleysin, qırqovul, kəklik və s. var. Meşə olmayan sahələr heyvandarlıqda və bitkiçilikdə istifadə olunur.

    8. Ön dağlığın kserofit və çöl landşaftı. Bu landşaft tipi Qusar maili düzənliyinin şərqində, Ceyrançöl və Acınohur ön dağlığının cənub kənarında və s. ərazilərdə inkişaf etmişdir. 100 m-dən 1100 m-ə qədər hünd.-ləri əhatə edir. Neogenin dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil olunmuşdur. Dağlar arid-denudasion struktur mənşəlidir. Bedlend, yarğanqobu şəbəkəsi, gil karstı inkişaf etmişdir, İqlimi mülayim-istidir. Hər iki sahəda yay quraq keçir. Orta temp-r yanvarda −2 °C-dən 0 °C-yədək, iyulda 19 °C-dən 23 °C-yədəkdir. İllik yağıntı 500–600 mm-dir. Dağ şabalıdı, dağ boz-qəhvəyi, boz-qonur və s. torpaqlar yayılmışdır. Bitkiləri yarımsəhra tiplidir (ardıc, saqqızağacı, qara-tikan kolları və s.). Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik, turac və s. var. Relyefi əlverişli olan sahələrdə bağçılıq inkişaf etmişdir.

    Düzənlik landşaftları: 9. Ovalıq-düzənliklərin meşə-çəmən landşaftı. Qanıx-Əyriçay çökəkliyində, Lənkəran ovalığının cənub, Samur-Dəvəçi ovalığının şimali-qərb hissəsində (Şollar düzü), dəniz sahillərində −27 m-dən 200 m-ədək hündürlükləri əhatə edir. Antropogenin allüvial-prolüvial, dəniz-kənarı hissələrdə isə Holosenin dəniz çöküntülərindən təşkil olunmuşdur. İqlimi Şollar düzündə mülayimisti yarımsəhra və quru-çöl, qalan yerlərdə mülayim-istidir. Orta temperatur yanvarda −2 °C-dən +5 °C-yədək, iyulda 20 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı Şollar düzündə 300–400 mm, QanıxƏyriçay çökəkliyində 600–900 mm, Lənkəran ovalığının cənub-qərbində 1400 mm-ə qədərdir. Qrunt suları səthə yaxındır. Şollar düzündə allüvial çəmən-meşə, Qanıx-Əyriçay çökəkliyində allüvial çəmən və allüvial çəmən-meşə torpaqları, Lənkəran ovalığında isə podzollu və qleylipodzollu sarı torpaqlar yayılmışdır. Meşələrin növ tərkibi müxtəlifdir. Qanıx-Əyricay çökəkliyi və Samur-Dəvəçi ovalığı meşələrində palıd, vələs, qarağac, yalanqoz və s., Lənkəran ovalığında isə şabalıdyarpaq palıd, dəmirağac, azat və digər ağac növləri üstünlük təşkil edir. Çöldonuzu, canavar, oxlu kirpi, süleysin, qırqovul və s. var. Tütünçülük, meyvəçilik, tərəvəzçilik və s. inkişaf etmişdir. Lənkəran ovalığında subtropik bitkilər (çay, sitrus bitkiləri) becərilir.

    10. Düzənliklərin quru-çöl landşaftı. Gəncə-Qazax düzənliyini, Şirvan düzünün şimal, Mil və Qarabağ düzlərinin alçaq dağlığa qovusduğu cənub hissələrini, gətirmə konuslarını, konuslararası çökəklikləri, terrasları və allüvial-prolüvial düzənlikləri əhatə edir. Mülayim-isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda −2 °C-dən −10C-yədək, iyulda 25 °C-dən 27 °C-yədəkdir. İllik yağıntı 400 mm-ə yaxındır. Çəmən-boz-qonur, şorlaşmış boz və açıq-şabalıdı torpaqlar yayılmışdır. Əsas bitki qrupları yovşan-daşdayan, yovşan-daraqotudan ibarətdir. Canavar, tülkü, müxtəlif qumsiçanı, qırqovul, kəklik, turac və s. var. Suvarma əkinçiliyi inkişaf etmişdir. Qıs otlağıdır.

    11. Ovalıqların və dağarası düzən1iklərin yarımsəhra landşaftı. Azərbaycan Respublikasındakı bu landşaft zonası ən geniş sahəyə malikdir (ərazinin təqribən 25%-i). Kür-Araz ovalığının çox hissəsini, Naxçıvan MR-ın Arazboyu düzənliklərini, Abşeron yarimadasını və Samur-Dəvəçi ovalığının cənub-şərq, yarısını əhatə edir. Hündürlük −27 m-dən (Xəzər dənizi sahilində) 600–1000 m-ə (Naxçıvan MR-də) qədərdir. Antropogenin allüvial-prolüvial, Holosenin allüvial, prolüvial-delüvial çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti yarımsəhra və quru çöl iqliminə, Naxçıvan MR-ın Arazboyu düzənliklərində isə soyuq yarımsəhra və quru çöl iqliminə malikdir. Hər iki sahədə yay quraq keçir. Orta temperatur yanvarda 1–4 °C, Naxçıvan MR-in Arazboyu düzənliklərində −4 °C-dən 2 °C-yədək, iyulda, müvafiq olaraq, 21 °C-dən 27 °C və 23°Cdən 280C-yədəkdir. İllik yağıntı 130 mm-dm 300 mm-ə qədərdir. Boz-çəmən, boz, boz-qonur və s. torpaqlar yayılmışdır. Yovşanlı, kəngizli, yovşanlı-şoranotulu, gəvənli yarımsəhra bitkiləri üstündür. Bu landşaft tipi daxilində çəmən-bataqlıq (Kür çayı yatağı boyundakı çalalarda, qrunt sularının səthə çıxdığı yerlərdə, axmazlarda və s.), şorakət (okean səviyyəsindən alçaqda yerləşən sahələrdə) landşaft yarımtipləri də ayrılır. Ceyran, canavar, tülkü, boz dovşan, müxtəlif qumsiçanı,qırqovul, turac, kəklik və s. var. Ərazi Antropogen təsirlərə məruz qalmışdır, çox hissəsi şumlanmışdır. Pambıqçılıq, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdir.

    Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və Kiçik Qafqazın landşaft struklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq Talışda landşaft inversiyası bas verir — alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir.

    Azərbaycan dünyadakı 11 iqlim tipindən 9-u özündə cəmləyən və bu səbəbdən olduqca zəngin təbiətə malik olan ölkədir.Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığının Ağdaş-Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. Bu ərazidə iyulun orta aylıq temperaturu 27 °C-dən yüksək olduğundan pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın və eləcə də cənub-şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur. Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti iqlim vardır. Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti iqlim yaranmışdır. Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur −32 °C, illik mütləq maksimum temperatur isə +44 °C olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez-tez baş verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır. Azərbaycanın mütləq yüksəkliyi 2600–2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.

    Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə orta axın zonasına (25–5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası çökəkliklərdə isə zəif axım (5–1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir. Atmosfer yağıntıları ərazi üzrə bərabər paylanmamışdır. Əgər Azərbaycan Respublikasının Astara rayonunda illik yağıntının miqdarı 1800 mm-dən artıqdırsa1, Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir. Mülayim iqlim qurşağın orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərində tipik səhra, 200–400 mm olan ərazilərində tipik yarımsəhra, 400–500 mm olan ərazilərində isə rütubətli dağ çölləri və alçaq dağlıq arid meşələri inkişaf etmişdir. İllik yağıntının 600–1400 mm-ə çatdığı ərazilərdə meşə örtüyü vardır. Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə qədərdir. Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin yaranmasına səbəb olur. Azərbaycan ərazisində ilin isti yarısında düşən dolu, əsən isti-quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur. Azərbaycan Respublikasının ən iri çayları Kür, Araz, Samur, Tərtər, Naxçıvançay və başqalarıdır. Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdərirud, Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır. Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır. Urmiya gölünün sahəsi 5900 kvadrat kilometr, onun sutoplayıcı hövzəsinin ümumi sahəsi isə 50 min kvadrat kilometrdir. Gölün səviyyəsi 125 m mütləq yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi şimal hissədə 6 m-ə, cənubda isə 15 m-ə çatır. Payız və yaz fəsillərində yağışların yağması ilə əlaqədar olaraq onun səviyyəsi qalxır, yayda isə əksinə, su səthindən intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. Hövzə yüksək minerallaşmaya (220 0/00) malikdir. Lakin göldə xərçəngəbənzər canlılar vardır.

    Torpaqları və bitki aləmi

    Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (5000 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur. 1 1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı. Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını buna misal çəkmək olar. İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və yarımsəhra landşaftları inkişaf etmişdir.

    Heyvanlar aləmi və qoruqları

    Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb. Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b. vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac, kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır. Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan və başqa qoruqlar aiddir.

    “Azərbaycan tarixi. Yeddi cilddə. I cild” (Bakı, Elm, 1998) Məsul redaktor: Akademik İqrar Əliyev

    Həmçinin bax

    • Azərbaycan təbiəti
    • Azərbaycanın iqlimi

    Azerbaycan tarixi cografiyasi

    (+994 12) 493 30 77

    • Fəlsəfə
    • Tarix
    • Azərbaycan tarixi
    • Sosiologiya
    • Etnoqrafiya
    • İqtisadiyyat
    • Dövlət və hüquq
    • Siyasət. Siyasi elmlər
    • Elm və təhsil
    • Mədəniyyət
    • Kitabxana işi
    • Psixologiya
    • Dilçilik
    • Ədəbiyyatşünaslıq
    • Folklor
    • Bədii ədəbiyyat
    • İncəsənət
    • Kütləvi informasiya vasitələri

    Azərbaycanın tarixi-siyasi coğrafiyası

    Abunə

    Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

    Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

    Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

    Bannerlər

    Əlaqə

    Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
    Nizami küçəsi 58

    Tel.: (+99412) 596-26-13

    İş vaxtı:
    Bazar ertəsi – Cumə: 9:00-18:00
    Fasilə: 13:00-14:00
    İstirahət günləri: Şənbə, Bazar

    Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
    Məlumatlardan istifadə zamanı istinad vacibdir.

    Azerbaycan tarixi cografiyasi

    Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 — e.ə. təqr.120), Strabon (e.ə. 64/63 — eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 — təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.

    Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 — təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu — XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII — VIII əsrlər) «Alban tarixi» əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir.

    Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş “Şərqi Zaqafqaziya və Xəzər dənizi” xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır.

    Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi

    Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır. Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25′ — 41°55′, şimal enliklər və 44°50′ — 50°51′ şərq uzunluqları arasında yerləşir. Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycanın coğrafi mövqeyi

    Relyefi

    Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması — düzənliklər və dağlar üstünlük təşkil edir. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.

    Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür. Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə — Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə — Qusar maili düzənliyi. Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.

    Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri — Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.

    Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.

    Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.

    Azərbaycanın iqlimi

    Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir.

    Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır. Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.

    Azərbaycanın daxili suları

    Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür(Ətraflı Azərbaycanın daxili suları). Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür. Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.

    Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları — Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.

    Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.

    Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.

    Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar. Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.

    Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

    Bitki örtüyü

    Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır. Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir.

    Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir. Azərbaycanın florası

    Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir. Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.

    Meşələr əsas üç ağac növlərindən — fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir. Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.

    Azərbaycanda heyvanlar aləmi

    Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən — İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

    Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub. Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən — bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan — müxtəlif növ qurbağalara, quşlardan — qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir. Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır. Azərbaycan Respublikasının «Qırmızı kitabı»na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.

    Azərbaycanın faydalı qazıntıları

    Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir. Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur. Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır.

    Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir. Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi «mineral sular muzeyi» adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

    Xəzər dənizi

    Dünyanın ən iri qapalı su hövzəsi — Xəzər dənizi Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.

    Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır. Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17′ şimal enliyi və 36°33′ cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km 2 , sularının həcmi isə 78648 km 3 -dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir.

    Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir. Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.

    Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur. Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır. Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir — 42 növ; xulkimilər — 31, siyənəkkimilər — 17, qızıl balıqkimilər — 2, nərəkimilər — 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

    Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın «Qırmızı kitabı»na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

    Похожие статьи

    • Azerbaycan tarixi mövzuları

      Azərbaycan tarixi üzrə mənbələr Azərbaycanda icma yaşayışının müxtəlif dövrlərinin dərindən öyrənilməsi üçün Azərbaycan Respublikasının coğrafi mövqeyi…

    • Azerbaycan rspublikasinin cografiyasi 1 cild

      Azərbaycan Respublikasının coğrafiyası. I cild: fiziki coğrafiya (2014) Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m…

    • Azerbaycan tarixi 5c cild

      Azərbaycanın ən uzun 5 çayı 1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları) 2. Araz hövzəsinin çayları (Arazın sol qolları) 3. Birbaşa…

    • Azerbaycan rspublikasinin fiziki cografiyasi

      50-dən çox sürət Ağstafa Azərbaycan Qeyri-müvafiq kimi nişanla. Məişət texni Texnika təmiri xidməti Telefonların təmiri. Obyektlər və Ofislər Ofis…

    • Azerbaycan tarixi 1ci cild

      Azerbaycan tarixi 1ci cild Azerbaycan sivilizasiyanin en qedim merkezlerinden biri olmaqla zengin ve qedim tarixe malikdir. Min iller erzinde onun…

Comments are closed, but trackbacks and pingbacks are open.