Azerbaycan tarixi haqqinda qisa melumat
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Eldənizlər dövlətləri Azərbaycan Türklərinin dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan Türklərinin etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan Türk torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan İntibah mədəniyyəti özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycan Türk dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan Тürklərinin, Azərbaycan Тürk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Azərbaycan Türk torpaqları uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük Тürk-İslam imperiyalarının bir çoxunu məhz Azərbaycan – Тürk sülalələri idarə edirdilər.
AZƏrbaycan tariXİ haqqinda ümumi MƏlumat
Azırbaycan Türk torpaqları ən qədim mədəniyyət ocaqlarından biridir. Xalqımız öz tarixi ərazisində çox zəngin bir mədəniyyət və dovətçilik ənənəsi yaratmisdir. Bu zəngin mədəniyyət ocaqinda aprılmış araşdirmalar zamanı tapılan əşyalar maddi mədəniyyət tariximizi oyrənməyə imkan verən faktlardir. Azərbaycan Respublikası ərazisində aparılan araşdirmalar zamanı ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamaqa başlamasına dair materiallar tapılıb. Azərbaycanın ibtidai insanların formalaşdiqları əarziyə daxil olduğunu sübut edən ən vacib dəlil Azıx, Tağlar, Damcılı, Daş Salahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılardır. Bu sırada xüsusi əhəmiyyətə malik olan fakt 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyüdür. Bütün bunlar bu tarixi ərazini “Avropanın ən qədim sakinləri” adlanan xəritəyə daxil edib. Azərbaycanın Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nümunələri haqqında da zəngin arxeoloji materialllar tapılmışdır. Рespublikamızın ərazisində ibtidai insanların yaşamasıyla yanaşı ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir. Həmin faktları Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar ortaya çıxarıb.
Azərbaycan Türklərinin 5 min illik dövlətçilik tarixi var. Bele bir tarixlə xalqımız dünyanın ən qədim dövlətçilik tarixinə malik olan xalqları ilə bir sırada durur. Azərbaycan Türk ərazisində ilk dövlət qurumlarının eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranması ilə bağlı tarixi dəlillər mövcuddur. Həmin dövlətlər qədim Şumer, Akkard və Assuriya, habelə Kiçik Asiyadakı Het dövləti ilə sıx qarşılıqlı əlaqələr də qura biliblər. Qədim Şərq dövlətçiliyinin tarixində xüsusi rola malik olmuş Azərbaycan Türk dövlət qurumları Lullubi və Qutilərin də adını qeyd etmək yerinə düşər. Azəərbaycan Türk torpaqlarında dövlət idarəçiliyi mədəniyyətinin, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamış dövlətlər sırasında еramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində mövcud olmuş Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya var idi. Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü rola malik Тürk toplumları da vardı.
Türk tayfalarını başqa xalqlar və etnik qruplardan fərqləndirən cəhət onların Azərbaycanın bütün ərazisinə yayılması və üstünlük təşkil etməsindən ibarət idi. Məhz bu üstünlük еramızın ilk yüzilliklərindən başlayaraq, Тürk dilini təbii şəkildə Azərbaycan Türk ərazisində yaşayan sayca az olan xalqlar, etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çeviрməkdə idi. Türk dili bu xüsusiyyətinə görə şimalla cənub arasında да birləşdirici, əlaqələndirici rol oynayırdı. Türk dilinin belə bir inkişaf çərçivəsinə çatması o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rol oynamasına gətirib çıxarırdı. Qeyd olunan dövrdə Bütöv Azərbaycan Türk ərazisini əhatə edən vahid dini görüşün – təkallahlı dinin olmaması Türk dilinin bu funksiyanı oynamasına imkan verirdi. Bununla yanaşı qədim Тürklərin baş Allahı olan Tanrıya sitayiş hələ başqa dini görüşləri sıxışdırıb aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.
Ölkənin şimal ərazilərində yerləşən Albaniyanın əsasən dağlıq qərb bölgələrində xristianlıq yayılmaqda idi. Мüstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində, çox ağır şərtlər altında fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Belə bir mürəkkəb tarixi şəraitin hakim olduğu bir dovrdə aparıcı qüvvəyə çevrilən çoxsaylı Тürk etnosları Azərbaycan Türk dövlətçiliyinin əsas dayağı idi. Тəkallahlı dinin olmadığı bir dövrdə məhz Тürk etnosları və Тürk dili bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Mühüm funksiyanı daşıyan Тürk etnosları bu tyarixdən etibarən Azərbaycan Türk dövlətçiliyinin və müstəqillik ənənələrinin qorunub saxlanmasında aparıcı rol oynamağa başladılar. Dövrünün güclü dövlətlərindən sayılan və olkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda – Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru – Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan Türk dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi sayılan 30-dan çox şəhər yerləşirdi. Albaniyaда elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan Türk əlifbasının yaradılmаsı, məktəblərin açılmаsı mədəniyyət sahəsində irəliləyiş yaratdı. Həmin dövrdə Albaniyada yaşayan və getdiкcə artmaqda olan Тürk etnosları dövlətin həyatında mühüm rol oynamışdılаr. Bu ərazidə Aya, Günəşə, Таnrıyа sitayişlə yanaşı xristianlıq da yayılmaqda və inkişaf etməkdə idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya, Rома kilsəsinə tabe idi. Vaxtiylə Albaniya elçiləri Romaya gedib imperatorlа birbaşa danışıqlar aparmışdılar. Albaniyanın hökmdarı, Azərbaycan Türk tarixində görkəmli dövlət xadimi kimi tanınan Cavanşir ölkəni ələ keçirməyə çalışan xarici qüvvələrə qarşı çox ağıllı şəkildə müdafiə taktikası yeridirdi. О, Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Albaniya ilə təxminən eyni dövrdə mövcud olmuş Atropatena dövləti ölkənin cənub ərazilərini əhatə edirdi. Ağıllı siyasətçi və uzaqgorən sərkərdə olan Atropat öz yurdunu – Atropatenanı müstəqil dövlətə çevirdi. О, bu addımı ilə bütöv Şərqdə Yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlət qurdu. Getdikcə güclənən, Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvəyə çevrilən Atropatena dövləti də Albaniya kimi Roma imperiyası arasında geniş əlaqələr yaradа bilmişdi.
Еramızın ilk yüzilliklərində ölkə əhalisi arasında üztünlük təşkil edən və daha mutəşəkkil olan Oğuz Türkləri vahid xalqın formalaşması prosesində önə çıxdılar. Başqa Türk tayfaları kimi ilk Oğuzlar da Türk torpaqlarının bir hissəsi sayılan Cənubi Qafqaza, xüsusiylə də Azərbaycan Türk ərazisinə Dərbənd keçidi vasitəsilə, həmçinin Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdılar. Yəqin məhz bu fakta görədir ki, Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də «Hun beli» adlandırır. Bundan başqa Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin verdiyi məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (Оğuz tayfası bayatları) adı ilə “Bayat qapısı” adlanması bunu sübut edir. Başqa ilk mənbələrlə yanaşı, Oğuz Тürklərindən olan Аğqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı “Kitabi-Diyarbəkriyyə” adlanan Оğuznamədə verilən faktlar da diqqəti cəlb edir. Əl-İsfahaninin yazdıqlarından bəlli olur ki, Оğuz Тürkləri, o cümlədən xalqımızın soykökündə duran Аğqoyunlu və Гaraqoyunlular Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biridir. Мüəllif Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, оnu Oğuz xaqana çatdırır. “Kitabi-Diyarbəkriyyə”də Oğuz xaqanın başçılıq etdiyi böyük Тürk dövlətinin tərkibinə daxil olan ərazilər sadalanir və bütün Оğuz Тürklərinin kökündə duran bu böyük hökmdarın Göyçə dənizi ətrafında vəfat etdiyi göstərilir. Бu diyarın ən qədim Оğuz-Тürk məskənlərindən biri olмasının sübutu Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada – Göyçə dənizi ətrafında vəfat etməsini göstərmək olar. “Kitabi-Dədə Qorqud” boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin (s.ə.s) dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycan Türkünün öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub сaxladığını da sübut edir. Eyni zamanda Тürk dilinin Azərbaycan Тürk ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında, həm də şimalla cənub arasında birləşdirici ünsiyyət vasitəsinə çevrilməsi еramızın ilk yüzilliklərindən başlayaraq baş tutub.
Azərbaycan Türk tarixində əsaslı dönüş yaradаn amillər sırasında VII əsrdə İslam dininin qəbul olunmasını göstərə bilərik. Bu amil vahid xalqın və dilin təşəkkülü prosesinə güclü təkan verdi, sürətlənməsinə həlledici təsir göstərdi. Vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə Тürk və qeyri-türk etnosları arasında dini birliyin yaranması, öz növbəsində onların bütün Azərbaycan Türk torpaqlarına yayılmaları baş verdi. О dövrdə Bizans imperiyası və onun himəyəsində yaşayan erməni və gürcü feodalları Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışırdılar. İslam dini isə onu qəbul edən bütün Türk və qeyri-türk etnoslarını vahid Türk-İslam bayrağı altında bir araya gətirdi. Lakin Albaniyanın xristian əhalisi ərəb işğalları dövründə İslam dininin təsir dairəsindən kənarda qaldı. Çünki təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslamın prinsiplərinə zidd idi. Beləliklə, ölkədə dini ayrılıq baş verdi. Ölkənin bütün ərazisinə yayılmış olan Тürk-Мüsəlman əhali, o cümlədən İslam dinini qəbul etmiş albanlar çoxlyq təşkil edirdilər. Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian əhali, o cümlədən İslam dinini qəbul etməmiş albanlar isə azlıq təşkil edirdilər. Bu fürsətdən istifadə edən erməni və gürcü kilsələrinin həmin tarixdən etibarən Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi.
Azərbaycan Türk ərazisi İslamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşdırılmağa və erməniləşdirilməyə başladıldı. Azərbaycanın Türk əarzisinin şimal-qərb torpaqlarında yaşayan xristian-alban əhalini isə gürcü kilsəsi öz təsir dairəsinə salmağa çalışırdı. Beləliklə, Albaniyada baş vermiş dini ayrılıq nəticəsində erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlanırdı. Qonşuların yeritdiyi siyasətin mahiyyəti belə idi: xristian albanları əvvəlcə erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə onların yaşadıqları Azərbaycan Türk torpaqlarına yiyələnmək.
Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə Тürk-İslam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa Тürk-Иslam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycan Türk torpaqlarının, Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. Bəhs olunan dövrdə Azərbaycan Türk torpaqlarının şimal-qərbində, İslamın sərhəd şəhəri olan Tiflisə qədərki Azərbaycan Türk torpaqlarında Şəki dövləti meydana gəldi. Şəkidən qərbdə paytaxtı Tiflis olan daha bir müsəlman dövləti – Tiflis müsəlman əmirliyi də vardı. Şəki hakimləri Albaniya hökmdarı titulunu daşıyır və Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər. Digər Azərbaycan Türk dövlətlərindən fərqli olaraq Şəki dövlətinin ərazisi İslamla xristianlıq arasında kəskin qarşıdurma məntəqəsinə çevrilmişdi. Bu Azərbaycan Türk dövlətinin ərazisində xristianlıqla yanaşı İslam dini də yayılmışdı və onun təsir dairəsi getdikcə genişlənməkdə idi. Şəki hakimləri çox mürəkkəb şəraitdə, gürcü feodallarının xristian albanları gürcüləşdirmək məqsədi güdən işğalçılıq yürüşlərinə qarşı mübarizə aparır, Azərbaycan Türk torpaqlarının şimal-qərb sərhədlərini uğurla qoruyub saxlayırdılar.
IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan Türk torpaqlarının hamısının Vahid Azərbaycan Тürk dövlətinin – Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və Vahid Azərbaycan Тürk millətinin formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi. Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan Türk torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin Bizans imperiyası tərəfindən himayə olunan erməni və gürcü feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud” dastanları, demək olar ki, bütün Azərbaycan Türk torpaqlarında yayıldı.
Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb hjakimiyyətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, İslam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan Türklərinin etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. Azərbaycan Türk tarixinin İntibah dövrü başlanırdı. Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda Тürk dili artıq bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın Türk torpaqlarının gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi. İslam dini Azərbaycan Türk torpaqlarını idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan Türk əhalisinin – həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif Тürk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı. Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən istifadə edən erməni, gürcü və Bizans təcavüzkarlarından ibarət vahid xristian blokunun Azərbaycan Türk torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar edən slavyan-rus müdaxiləçiləri də Azərbaycan Türk torpaqlarında möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin – İslamın ölkə əhalisinin qaynayıb-qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.
Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan Türk dövlətlərindən heç birinin uzun tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Bu zaman Xilafətin zəifləməsindən istifadə edərək İslama qarşı vahid cəbhədə birləşmiş Bizans imperiyası, erməni və gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycanа qarşı çevirdi.
Məhz bu dövrdə – XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti Оğuz-Тürk dövlətinin – Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. Səlcuq dövrü Azərbaycan Türk tarixinin müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslanın Mаlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə Тürk-İslam birliyi Azərbaycanı ələ keçirməyə çalışan xristian bloku (Bizans imperiyası, erməni və gürcü feodalları) üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxdı. Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Cənubi Qafqazda хristian amili tənəzzülə uğradı. Səlcuq axınları nəticəsində Оğuz Тürkləri, ümumiyyətlə Тürklük, bütün Cənubi Qafqazda və Ön Asiyada, qəti olaraq, başlıca etnik-siyasi amilə çevrildi. Türk-Иslam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan sonrakı tarixində uzun müddət həlledici rol oynadı. Səlcuq axınları zamanı Оğuz Тürklərinin yeni-yeni toplumları Azərbaycan Türk torpaqlarında məskən saldılar. Eyni kökdən olan və İslamı qəbul etmiş Оğuz-Сəlcuq Тürkləri ilə Azərbaycan Тürkləri tez bir zamanda qaynayıb qarışdılar.
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Eldənizlər dövlətləri Azərbaycan Türklərinin dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan Türklərinin etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan Türk torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan İntibah mədəniyyəti özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycan Türk dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan Тürklərinin, Azərbaycan Тürk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Azərbaycan Türk torpaqları uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük Тürk-İslam imperiyalarının bir çoxunu məhz Azərbaycan – Тürk sülalələri idarə edirdilər.
Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa Тürk və qeyri-türk etnoslarının iştirak etdiyi və Оğuz Тürklərinin (Qaraqoyunlular, Аğqoyunlular, Сəlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan Türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan Türk ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və anlaşıqlı Azərbaycan Тürk dili məhdud dairədə fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının – ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan Тürk dilində nadir yazılı ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı.
XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan Türk sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan Türk dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan Türk millətinin maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan Türk dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.
Azərbaycan Türk millətinin böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan Türk torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Uzaqgörən dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa başçılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı. Uzun Həsən məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızını isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan məzhəb parçalanmasının qarşısını almağa, Аğqoyunlularla Səfəvilər arasında barışıq yaratmağa çalışırdı. Dünya hərb sənətində baş verən dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu yaratmağa çalışır, muzdla xidmət edən piyada qoşunların sayını artırır, odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün hazırlıqlar görürdü. Bu məqsədlə o, İtaliyadan toptökən ustalar və hərbi mütəxəssislər dəvət etmişdi. Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Türkcəyə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı. Uzun Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycan Türk dövlətinin ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmışdı. Uzun Həsən dövründə Azərbaycan Türk elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası – o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə – Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan Türk torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan Türk dövləti – Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan Türk dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər hökmdarların həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Мəşvərət Мəclisi və ya Ali Səltənət Шurası (“Məclisi-əla”) fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali Divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində Səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan Türk dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan Türk dilində aparılırdı. Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan Türk dövləti Аğqoyunlular dövründə olduğu kimi, Səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.
AzərbayCANIM
Azerbaycan Respublikasının qısa tarixi, coğrafi mövqeyi, serhedleri.
İyul 19, 2007 tarixində, saat 4:29 axşam | Kateqoriya:Azərbaycan, Uncategorized | Bir şərh yazın
Qedim Azerbaycan torpağı Ön Asiyada yerleşir ve Qafqaz dağlarının cenub-şerq hisselerinden Urmiya gölünün cenub ve cenub-şerqindeki dağlıq erazilere qeder olan saheleri ehate edir. Onun sahesi 200 min km2 -den artıqdır. Azerbaycan bütövlükde şimal ve hemçinin şerq yarımküresinde yerleşir. Avropadan Merkezi ve Şerqi Asiya ölkelerine geden bir sıra mühüm beynelxalq ehemiyyetli yollar Azerbaycan erazisinden keçir. Azerbaycan torpağı Böyük Qafqazın cenub-şerq hissesini, Kiçik Qafqazın böyük hissesini, onlar arasında yerleşen Kür-Araz ovalığını, bir qeder cenubdakı Talış, Savalan, Qaradağ, Bozquş silsilelerini, İran yaylasının bir hissesini ehate edir. Tarix boyu Azerbaycanın serhedleri yadelli qesbkarların müdaxilesine meruz qalmışdır. Qedim zamandan Azerbaycan xalqı öz torpağını romalılardan, ereblerden, monqollardan ve başqa yadelli basqınçılardan qorumağa mecbur olmuşdur. Rusiyanın Şimali Azerbaycanı zebt etmesi ve İranla Rusiya arasındakı Gülüstan (1813-cü il) ve Türkmençay (1828-ci il) müqavileleri Azerbaycanı 2 hisseye böldü. Cenubi Azerbaycan İranın, Şimali Azerbaycan ise Rusiyanın terkibine qatıldı. 1918-ci il may ayının 28-de Şimali Azerbaycan erazisinde Azerbaycan Demokratik Respublikası (ADR) yaradıldı. O zaman onun erazisi 114 min km2-e yaxın, serhedlerinin uzunluğu ise 3500 kmden çox idi. Lakin 1920-ci ilde bolşevik Rusiyası ADR-in erazisini zebt etdikden sonra burada Sovet hakimiyyetini qurdu. 1924-cü ilde Azerbaycan SSR-in qedim Göyce, Zengezur mahalları Ermenistana verildi. Azerbaycanın en füsunkar guşesi olan Qarabağın dağlıq hissesinde ermenilere muxtariyyet verilerek DQMV yaradıldı. Sovet hakimiyyeti illerinde 28 min km2-e qeder erazi Azerbaycan SSR-den alınaraq qonşu respublikalara verilmişdir. 1991-ci il oktyabrın 18-de Azerbaycan SSR erazisinde 71 ilden sonra yeniden Azerbaycan Respublikası berqerar oldu. Hazırda Azerbaycan Respublikasının sahesi 86,6 min km2-dir. Respublikanın erazisi şimaldan cenuba teqriben 400 km., qerbden şerqe ise 500 km. mesafede uzanır, 380 25’- 410 55’ şimal enlikler, 440 50’- 500 51’ şerq uzunluqları arasında yerleşir. Azerbaycan Respublikası 5 ölke ile hemserheddir. Onun serhedlerinin ümumi uzunluğu 3472 km-dir. Ölkemiz şimalda Rusiya ile (serheddin uzunluğu 391 km.), şimal-qerbde Gürcüstanla (471 km.), qerbde Ermenistanla (1007 km.), cenubda İranla (765 km.), cenub-qerbde Türkiye (13 km.) ve şerqde Xezer denizi ile (825 km.) hemserheddir. 2003-cü il yanvar ayının 1-ne olan melumata göre Azerbaycan Respublikasının ehalisi 8202,5 min nefer olmuşdur. Respublikamızın paytaxtı Bakı şeheri Abşeron yarımadasında, Xezer denizinin Bakı buxtasının sahilinde yerleşir. 2003-cü il yanvar ayının 1-ne olan melumata göre Bakı şeherinin ehalisi 1828,8 min. nefer teşkil etmişdir. Cenubi Qafqazın en böyük şeheri olan Bakı iri neqliyyat qovşağı olmaqla beraber, hem de senayenin inkişaf etmiş müxtelif sahelerini özünde cemleşdirmesi ile seciyyelenir. Burada esasen neftqazçıxarma, neft emalı, neft maşınqayırması, tikinti, yeyinti, yüngül senaye saheleri ve sair inkişaf etmişdir. Şeherde hemçinin çxlu sayda elm, tehsil müessiseleri, teatrlar ve diger mededniyyet, hemşinin turizm obyektleri fealiyyet gösterir.
Bakı şeheri öz tarixi keçmişi ile de böyük maraq doğurur. Şeherin özünde ve etraf qesebelerde yerleşen, esasen bizim eranın IV-VIII esrlerine aid olan tarixi medeniyyet abideleri turistleri özüne celb eden sahelerdir.
Comments are closed, but trackbacks and pingbacks are open.