Press "Enter" to skip to content

Tofiq Necefli – Wikipedia

Onun «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» (Bakı, 2000), “Qaraqoyunlular və Ağqoyunlular” (Təbriz, 2012) və “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” (Bakı, 2012) adlı monoqrafiyaları çap olunmuşdur. Bununla yanaşı, o, 6 elmi-metodik kitabın və dərs vəsaitinin, habelə 100-dən artıq elmi məqalənin müəllifidir. Türkiyə, Çexiya, Rusiya Federasiyası və İran İslam Respublikasında keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Türkiyə, İran, Argentina və Rusiyada onun elmi məqalələri çap olunmuşdur. O, nəşr olunmuş “Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı” və çapa təqdim olunan iki cildlik «Naxçıvan tarixi» monoqrafiyasının həmmüəlliflərindən biridir. T.H.Nəcəfli həmçinin «Azərbaycan tarix atlası»na (Bakı, 2007) daxil olan XV-XVII əsrlər Azərbaycan tarixinə dair 7 xəritənin həmmüəllifidir. O, «Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti müasir Türkiyə tarixşünaslığında» adlı doktorluq mövzusu üzərində işi başa çatdırmış və müdafiə etmişdir. 2017-ci ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Mədəniyyət

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xan-xan”, “Mütriblərin rəqsi”, “Gəlinlə qayınananın deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını (“Xırs-quldurbasan”, “Müsyö Jordan və dərviş Məstəli şah”) oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1896-cı ildə H.Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə “Artistlər ittifaqı” yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların — M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun “Müsibəti Fəxrədin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, N.Nərimanovun “Nadanlıq”, “Nadir şah” pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda “Müsəlman dram artistləri” şirkəti yaradıldı. “Şirkət”ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, “Şirkət” arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi.

1910-cu ildə “Səfa” adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. “Səfa” cəmiyyətinin dram truppası “Nicat”a nisbətən xeyli zəif idi. Ancaq “Nicat”ın aktyorları tədricən “Səfa”ya keçirdilər. Cəmiyyətin işində D.Bünyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına “Nicat”dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. “Səfa” truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər “Nicat”, istərsə də “Səfa” cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera — Ü.Hacıbəyovun “Leyli və Məcnun” əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov (“Aşıq Qərib” operası, “Əlli yaşında cavan”, “Evli ikən subay” musiqi komediyaları), M.Maqomayev (“Şah İsmayıl”), M.M.Kazımovski (“Vurhavur” musiqili komediyası), M.C.Əmirov (“Seyfəlmülk” operası) və başqalarının əsərləri ilə zənginləşdi.

1916-cı ildə C.Məmmədquluzadənin “Ölülər” komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda “Müsəlmən artistləri ittifaqı” yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

Tofiq Necefli – Wikipedia

Tofiq Hümbət oğlu Nəcəfli — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi elmi əsərlərin qiymətləndirilməsi şurasının üzvü, tarix üzrə elmlər doktoru. [1]

Tofiq Nəcəfli
Tofiq Hümbət oğlu Nəcəfli
Doğum tarixi 1 noyabr 1960 (62 yaş)
Doğum yeri Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix üzrə elmlər doktoru
İş yeri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsas elmi əsərləri
  • 3 Monoqrafiya və kitabları
  • 4 İstinadlar

Tofiq Hümbət oğlu Nəcəfli 1960-cı ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1982—1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsini əla qiymətlərlə bitirmişdir. 1990—1993-cü illərdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış və 1993-cü ildə həmin İnstitutun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1994-cü ilin iyununda «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Hazırda A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisidir.

Onun «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» (Bakı, 2000), “Qaraqoyunlular və Ağqoyunlular” (Təbriz, 2012) və “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” (Bakı, 2012) adlı monoqrafiyaları çap olunmuşdur. Bununla yanaşı, o, 6 elmi-metodik kitabın və dərs vəsaitinin, habelə 100-dən artıq elmi məqalənin müəllifidir. Türkiyə, Çexiya, Rusiya Federasiyası və İran İslam Respublikasında keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Türkiyə, İran, Argentina və Rusiyada onun elmi məqalələri çap olunmuşdur. O, nəşr olunmuş “Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı” və çapa təqdim olunan iki cildlik «Naxçıvan tarixi» monoqrafiyasının həmmüəlliflərindən biridir. T.H.Nəcəfli həmçinin «Azərbaycan tarix atlası»na (Bakı, 2007) daxil olan XV-XVII əsrlər Azərbaycan tarixinə dair 7 xəritənin həmmüəllifidir. O, «Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti müasir Türkiyə tarixşünaslığında» adlı doktorluq mövzusu üzərində işi başa çatdırmış və müdafiə etmişdir. 2017-ci ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

T.H.Nəcəfli Bakı Dövlət Universitetinin Tarix fakültəsində orta əsrlər tarixini tədris edir. O, həm də magistraturada “Xalqların böyük köçü və Azərbaycan” mövzusu üzrə mühazirələr oxuyur.

O, 1998-ci ildə müqəddəs Həcc və Kərbəla, 2001-ci ildə isə Məşhəd ziyarətlərində olmuşdur. Ailəlidir, iki övladı var. [1]

Əsas elmi əsərləri

Monoqrafiya və kitabları

  1. Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. Bakı, Kür, 1999, 132 s.
  2. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, Çaşıoğlu, 2000, 197 s.
  3. Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. Bakı, Kür, 2001, 142 s.
  4. Tarixin interaktiv təlimi. Bakı, Çaşıoğlu, 2002, 128 s. (R.Məlikovla birgə).
  5. Orta əsrlər tarixi (7-ci sinif). Müəllimlər üçün vəsait. Bakı, Yeni nəsil, 2003, 128 s. (R.Məlikovla birgə)
  6. Əmir Teymur. Bakı, Yeni nəsil, 2002, 16 s. (R.İsmaylovla birgə).
  7. Azərbaycan tarixi. Test tapşırıqları. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərs vəsaiti. (Həmmüəllif). Bakı, 2003, 184 s.
  8. Ə.Z.V.Toqan. Azərbaycan. Azərbaycan dilində çapa hazırlanmışdır (M.Ənsərli ilə birgə). Bakı, Ocaq, 2007, 88 s.
  9. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, Çaşıoğlu, 2012, 604 s.
  10. قاراقویونلوها و آغقویونلوها. تبریز. نشر اختر (Qaraqoyunlular və Ağqoyunlular. Təbriz, Əxtər nəşriyyatı), 2012, 176 s.
  11. Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün Azərbaycan tarixi. Dərs vəsaiti. (Bilal Dədəyevlə həmmüəllif). Bakı, 2013, 287 s.
  12. Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bakı, 2013, səh. (həmmüəllif)
  13. Gubadly the ancient Azerbaijani land Zangazurs gateway. Baku, Turxan, 2013 (həmmüəllif).
  14. Губадлы. Ворота древней Азербайджанской земли Зангезура. Баку, Турхан, 2013 (həmmüəllif)

İstinadlar

  1. 12“Nəcəfli Tofiq Hümbət oğlu”. 2020-10-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-05-24 .

Похожие статьи

  • Azerbaycan tarixi ziya bunyadov 2

    Ziya Bünyadov Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə…

  • Azerbaycan tarixi bdu

    Azerbaycan tarixi bdu Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov bildirib ki, təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi…

  • Azerbaycan tarixi bdu

    Bakı Dövlət Universitetinin yaranma tarixi Sonradan Azərbaycan tarixi hansı məşəqqətlərlə üzləşdisə Bakı Dövlət Universiteti da paralel olaraq həmin…

  • Azerbaycan tarixi mehman abdullayev

    Azerbaycan tarixi mehman abdullayev mehman, abdullayev, abdullayev, mehman, qəhrəman, oğlu, fevral, 1958, göyçay, azərbaycan, tarixçisi, tarix, elmləri,…

  • Azerbaycan tarixi 7 cildde 3 cu cild

    Azerbaycan tarixi 7ci cild pdf Bu il Azərbaycanda III qrupda 3 yeni ixtisas yaranıb. 5 ixtisas ləğv olunub. 2 ixtisasın isə adı dəyişdirilib. Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.